Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-4736/2019 24.06.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası hakimlər Hacıyev Sənan Firudin oğlunun sədrliyi və məruzəsi ilə, Vəliyeva Elşanə Rafiq qızı və Əsgərov Qürbət Ağa oğlundan ibarət tərkibdə, Qılıcova Sevda Mübariz qızının katibliyi ilə, Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 08 yanvar 2019-cu il tarixli qətnaməsindən İddiaçı və vəkili***nun kassasiya şikayəti üzrə işə baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı avabdehlər Cavabdeh1 ***na və Cavabdeh2 qarşı zərərin əvəzinin ödənilməsi, evin cavabdehdən alınaraq, vərəsələr arasında bölünməsi, cavabdehin onun mülkündən çıxarılaraq, başqa evə köçürülməsi tələbinə dair iddia ilə müraciət edərək, 1981-ci ildə tikdiyi sahəsi 40 kv.m. olan dağıdılmış mal damına dəyən zərərin əvəzinin Cavabdeh1 *** tərəfindən ona ödənilməsi, 1918-ci ildə tikilmiş evin Cavabdeh1 ***ndan alınaraq, vərəsələr arasında bölünməsi və Cavabdeh2 ona aid olan mülkdən çıxarılaraq, əvvəllər yaşadığı 1980-cı ildə tikilmiş 69 nömrəli evə köçürülməsinə dair qətnamənin qəbul edilməsini xahiş etmişdir. Zaqatala Rayon Məhkəməsinin (hаkim Arif İsmayılov) 30 avqust 2018-ci il tаrixli qətnaməsi ilə İddiaçı cavabdehlər Cavabdeh1 ***na və Cavabdeh2 qarşı zərərin əvəzinin ödənilməsi, evin cavabdehdən alınaraq, vərəsələr arasında bölünməsi, cavabdehin onun mülkündən çıxarılaraq, başqa evə köçürülməsi tələbi bаrədə iddiаsı rədd edilməsi, İddiaçı cavabdehlər Cavabdeh1 *** na və Cavabdeh2 qarşı 1981-ci ildə tikdiyi sahəsi 40 kv.m. olan dağıdılmış mal damına dəyən zərərin əvəzinin Cavabdeh1 *** tərəfindən ona ödənilməsi, 1918-ci ildə tikilmiş evin Cavabdeh1 ***ndan alınaraq, vərəsələr arasında bölünməsi və Cavabdeh2 ona aid olan mülkdən çıxarılaraq, əvvəllər yaşadığı 1980-cı ildə tikilmiş 69 nömrəli evə köçürülməsi tələbinə dair iddia ərizəsinin təmin edilməməsi, İddiaçı tərəfindən ödənilmiş 10 (on) manat məbləğində dövlət rüsumunun onun özünə aid edilməsi qət edilmişdir. Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 08 yanvar 2019-cu il tarixli qətnaməsi ilə (hakimlər İ.Quliyev (sədrlik edən və məruzəçi), A.Mahmudov və M.Əsədli, iş № 2(107)-198/2019) iş üzrə Zaqatala Rayon Məhkəməsinin 30 avqust 2018-ci il tаrixli qətnaməsi İddiaçınа münаsibətdə dəyişdi rilmədən, оnun apellyasiya şikayəti isə təmin edilmədən sаxlаnmışdır. KASSASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ: İddiaçı və vəkili*** göstərmişlər ki, təqdim edilmiş sübutlar nəzərə alınmamış, işin mahyyətinə uyğun olmayan qətnamə çıxarılmışdır. Ona görə də, Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 08 yanvar 2019-cu il tarixli qətnaməsinin ləğv edilməsini xahiş edirlər. PROSESSUAL MƏSƏLƏLƏR: Məhkəmə kollegiyasının iclasının yeri və vaxtı barədə tərəflərə lazımi qaydada bildiriş göndərilmiş olsa da, tərəflər üzrlü səbəblər olmadan məhkəmə kollegiyasının iclasına gəlməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 415.3-cü maddəsinə əsasən, kollegiya işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə kollegiyası məruzəçini dinləyib, kassasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının qəbul etdiyi 08 yanvar 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən, kassasiya şikayəti təmin edilmədən saxlanılmalıdır. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası MPM-nin 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiqini yoxlayır. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yəni, işə baxan birinci instansiya və apellyasiya instansiyası məhkəməsi tərəfindən sübut kimi qəbul olunan faktlara hüquqi qiymət vermir. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərur ətindən irəli gələrək, kassasiya instansiyası məhkəməsinin iş materiallarında olan sübutlara və hüquqi faktlara istinad etməsi faktiki halları araşdırma kimi qiymətləndirilməməlidir. Apellyasiyainstansiyasıməhkəməsi tərəfindən müəyyən edilmişdir ki, İddiaçı 05.07.1952-ci il tarixdə ***ndə anadan olmuşdur və ***ndə qeydiyyatdadır. Cavabdeh Muradov X11 rayonu ***sakinidir və həmin kənddə yaşayır. Cavabdeh Əhmədova X20 rayonu ***sakinidir və həmin kənddə yaşayır. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 18 saylı Ərazi İdarəsinin 14.05.2018-ci il tarixli **********97 nömrəli məktubu ilə İddiaçı *** ünvanında yerləşən fərdi yaşayış evinə dair arxiv sənədlərinin surətləri təqdim edilmişdir. ***ndə yerləşən 0,12 ha torpaq sahə sində yerləşən 1 mərtəbəli, 3 otaqlı, 66.2 kv.m. yaşayış, 18 kv.m. köməkçi sahədən ibarət fərdi yaşayış evi ümumi birgə mülkiyyət hüququ ilə Cavabdeh2, X15, İddiaçı, X9, X12, X5 və X2 adına daşınmaz əmlakın dövlət reyestrində 1 nömrəli reyestr kitabının 22 nömrəli vərəqində 10.08.2006-cı il tarixdə qeydiyyata alınmışdır. X1 adına 17.05.2006cı il tarixdə tərtib edilmiş, inventar nömrəsi 10 olan fərdi yaşayış evinin texniki pasportunun təsdiq edilmiş surəti işə əlavə edilmişdir. Zaqatala RİHB-in ***inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin 26.04.2006-cı il tarixli 1331 nömrəli arayışından görünür ki, mərhum X16 vəfat etdikdən sonra onun övladları İddiaçı, X21, ***, ***, ***, Cavabdeh2 və *** qalmışdır. 06.01.2006-cı il tarixdə Zaqatala Rayon Dövlət Notariat Kontorunda 2V-99 nömrəli reyest rlə qeydə alınmış “Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə”yə əsasən, 22.12.2005-ci il tarixdə ölmüş X6 vərəsələri *** yaşayan X21, İddiaçı, X18, X19, X17, Cavabdeh2 və X13 miras əmlakdan hər biri bərabər hissədə pay almalıdır. Şəhadətnamə verilən miras əmlak ***ndə 0.12 ha torpaq sahəsində yerləşən, 1918-ci il tarixdə tikilmiş, bir mərtəbəli, üç otaqlı, 66.2 kv.m. yaşayış, 18 kv.m. köməkçi, 84.2 kv.m. ümumi sahəsi olan evdən ibarətdir. Zaqatala Rayon Dövlət Arxivi tərəfindən verilmiş 07.11.2017-ci il tarixli 987 saylı arxiv arayışından görünür ki, X1 *** XDS İK-in 1986-1990-cı illərin təsərrüfat başına kitablarında ailə tərkibi özündən, qızı Cavabdeh2 ibarət olmuşdur. Təsərrüfatda 1982-ci il tarixdə yaşayış evi tikilib. Ümumi sahəsi 58 kv.m., yaşayış sahəsi 48 kv.m., həyətyanı to rpaq sahəsi 0,18 ha, o cümlədən, tikilialtı 0,02 ha. Zaqatala Rayon Dövlət Arxivi tərəfindən verilmiş 07.11.2017-ci il tarixli 987 saylı arxiv arayışından görünür ki, İddiaçı *** XDS İK-nin 1983-1985-ci illərin təsərrüfat başına kitablarında ailə tərkibi özündən, həyat yoldaşı Əhmədova Bənövşə H.Murad qızından, oğlu X3, qızı X7, oğlu X10, qızı X8 və oğlu X14 ibarətdir. Təsərrüfatda ümumi sahəsi 30 kv.m. olan 1950-ci ildə tikilmiş yaşayış evi, 1981-ci ildə tikilmiş mal damı, həyətyanı torpaq sahəsi 0,12 ha, o cümlədən, tikilialtı 0,02 ha olması göstərilmişdir. Apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticədə görünür ki, İddiaçı 1981-ci ildə tikdiyi sahəsi 40 kv.m. olan mal damının Cavabdeh1 *** tərəfindən dağıdılmasına, Cavabdeh2 ona aid olan hansı mülkdən çıxarılmalı olmasına və onun həmin mülkə hüququnun yaranmasına dair hər hansı sübut təqdim edə bilməmişdir. İddia ərizəsinin 1918-ci ildə tikilmiş evin Cavabdeh1 ***ndan alınaraq, vərəsələr arasında bölünməsi tələbinə dair hissəsi ilə bağlı qeyd edilməlidir ki, həmin fərdi yaşayış evinin otaqlarının sayı və ölçüləri, onun yerləşdiyi torpaq sahəsi göstərilmədiyinə görə ona münasibət bildirmək mümkün deyildir.ç Bununla yanaşı, qeyd edilməlidir ki, 06.01.2006-cı il tarixli “Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə”yə əsasən, 22.12.2005-ci il tarixdə ölmüş X4 miras qalmış ***ndə 0.12 ha torpaq sahəsində yerləşən, 1918-ci il tarixdə tikilmiş, bir mərtəbəli, üç otaqlı, 66.2 kv.m. yaşayış, 18 kv.m. köməkçi, 84.2 kv.m. ümumi sahəsi olan evdə onun vərəsələri X15, İddiaçı, X9, X12, X5, Cavabdeh2 və X2 hər birinin pay ı bərabər hissədədir. Həmin daşınmaz əmlak Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən 10.08.2006-cı il tarixdə verilmiş MH seriyalı ******* nömrəli çıxarışa əsasən, Cavabdeh2, X15, İddiaçı, X9, X12, X5 və X2 ümumi birgə mülkiyyətindədir. Həmin əmlakda iddiaçının payı müəyyən edilməmiş və naturada ayrılmamışdır. Apellyasiya instаnsiyаsı məhkəməsi düzgün оlаrаq qeyd etmişdir ki, İddiaçı cavabdehlər Cavabdeh1 ***na və Cavabdeh2 qarşı 1981-ci ildə tikdiyi sahəsi 40 kv.m. olan dağıdılmış mal damına dəyən zərərin əvəzinin Cavabdeh1 *** tərəfindən ona ödənilməsi, 1918-ci ildə tikilmiş evin Cavabdeh1 ***ndan alınaraq, vərəsələr arasında bölünməsi və Cavabdeh2 ona aid olan mülkdən çıxarılaraq, əvvəllər yaşadığı 1980-cı ildə tikilmiş 69 nömrəli evə köçürülməsi tələbin ə dair iddia ərizəsi qanuni və əsaslı olmadığına görə təmin edilməməlidir. İddiaçı kassasiya şikаyətində istinad etdiyi dəlillərlə bağlı işə aşağı instansiya məhkəmələrində baxılarkən heç bir sübut təqdim etməmişdir. Odur ki, məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə qiymət verərək hesab edir ki, apellyasiya instansiyası məhkəməsi işin araşdırılmış halları üzrə düzgün hüquqi qiymət verərək hesab etmişdir ki, iddiaçının istinad etdiyi halların mübahisənin hüquqi həlli üçün əhəmiyyət kəsb etməməsindən əlavə göstərdiklərinin həqiqi olmasına dair də heç bir mötəbər sübut növü təqdim etməmişdir. Halbuki, Azərbaycan Respublikasının MPM-nin 14.2, 217.3 və 217.4-cü maddələrinə əsasən mahiyyəti üzrə işə baxan məhkəmə tərəfindən qətnamə tərəflərin məntiqi izahı əsasında deyil, yalnız tə rəflərin təqdim etdikləri sübutlardan istifadə etməklə, məhkəmə iclasında müəyyən edilmiş həqiqi hallar və tədqiq olunmuş sübutlar üzrə çıxarılır. Məhkəmə işin düzgün həlli üçün önəmli olan halların, yəni subutetmə predmetini yaradan hüquqi faktların varlığını və ya yoxluğunu Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 76-cı maddəsində təsbit edilmiş subutetmə vasitələrinin köməyi ilə müəyyənləşdirir. Həmin Məcəllənin 80-cı maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə subutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə kollegiyası kassasiyaşikayətinindəlillərinəümumilikdəhüquqiqiymətverərək hesab edir ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən qanunvericiliyin yuxarıda göstərilən tələblərini nəzərə alıb iş üzrə həqiqətə nail olmaq üçün sübutları tam, hərtərəfli araşdırmış, işin faktiki hallarını ətraflı müəyyənləşdirərək düzgün hüquqi nəticəyə gəlmiş, hazırkı işə baxılarkən maddi və prosessual hüquq normasının tətbiqində səhvə yol verilməmiş, iddiaçı apellyasiya şikayətinin dəlillərini təsdiq edən sübutları apellyasiya instansiyası məhkəməsinə təqdim edə bilməmiş, məhkəmə instansiyası tərəfindən onun apellyasiya şikayətinin dəlillərinə müfəssəl hüquqi qiymət verilməklə tərəfindən Azərbaycan Respublikası nın Ali Məhkəməsinin Plenumunun «Məhkəmə qətnaməsi haqqında» 24 noyabr 2005-ci il tarixli 4 saylı qərarının 17-ci bəndinin tövsiyyəsinə, MPM-in 14, 77, 88, 217, 218, 372.1, 372.7-ci maddələrinin tələblərinə riayət edilmiş, habelə, mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuş, iddianın təmin edilməməsi barədə nəticələri mahiyyəti üzrə düzgün, kassasiya şikayətində göstərilən dəlillər isə əsassızdır. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi iş üzrə müəyyən etdiyi faktiki hallara maddi hüquq normalarını düzgün tətbiq etmiş, prosessual qanun pozuntularına yol verməmişdir. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, hazırki iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalı, kass asiya şikayəti təmin olunmamalıdır. Yuxarıda şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416-419-cu maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALİR: İddiaçı kassasiya şikayəti təmin edilməsin. Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının həmin iş üzrə 08 yanvar 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-4736/2019
Ali Məhkəmə Qərar — İş №2(102)-4736/2019
24.06.2019 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver