Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-474/2024 16.02.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh qarşı iş üzrə QƏRARİ İş № 2(102)-474/2024 (Açar sözlər: borcun qaytarılması) Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının hakimləri Əhmədov Əhməd Abbas oğlu (məruzəçi), Həsənov Vüqar Təvəkgül oğlu və Şəfiyev İspəndiyar Əsəd oğlundan ibarət tərkibdə, Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(105)-1189/2023 nömrəli iş üzrə 27 sentyabr 2023-ci il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş kasasiya şikayəti üzrə işə 16 fevral 2024-cü il tarixdə Ali Məhkəmənin inzibati binasında yazılı icraat qaydasında baxaraq,aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. S atıcı İddiaçı MMC-nin direktoru X3 ilə alıcı Cavabdeh arasında xx.xx.2017-ci il tarixdə, 01 saylı alqı-satqı müqaviləsi bağlanmışdır. Bu müqavilə üzrə malların 1 kisəsinin qiyməti Klass A 5,7 manat və Klass B 4,9 manat təşkil etmişdir. Müqaviləyə 1 saylı Əlavə Sazişlə malların 1 kisəsinin qiyməti Klass A 5,8 manat və Klass B 5 manat müəyyən edilmişdir.
2. İddiaçı MMC tərəfindən verilmiş maliyyə arayışına əsasən, onunla Cavabdeh arasında imzalanmış müqaviləyə əsasən sonuncuya “Norm” sement məhsulları satılmışdır. Cavabdeh həmin müqavilə üzrə xx.xx.2017-ci il tarixində 1000 manat ödəmişdir. Cavabdeh xx.xx.2021-ci il tarixə MMC-yə 74.348 manat məbləğində qalıq borcu mövcuddur.
3. İddiaçı MMC ilə işləyən dillerlərlə Yoxlama Aktına əsasən, xx.xx.2018-ci il tarixinə alıcı Cavabdeh satıcı "xxxx" MMC-in 74.348 manat qalıq borcunun olduğu qeyd edilmiş və akt tərəflərin imzaları ilə təsdiq edilmişdir.
4. Cavabdeh xx.xx.2021-ci il tarixdə 74.348 manat məbləğində qalıq borcunun mövcud olması barədə pretenziya ilə xəbərdar edilmişdir.
5. Bakı şəhəri, 41 saylı notariat kontorunda imzalanmış xx.xx.2018-ci il tarixli kredit müqaviləsi ilə X1 Elşən Məmməd oğluna 74348 manat məbləğində pulu xx.xx.2018-ci il tarixədək faizsiz borc olaraq vermişdir.
6. Müxtəlif tarixlərə olan, imzalanmış nağd pulun təhvil-təslim aktlarına əsasən, Cavabdeh borcuna görə İddiaçı MMC-nə müxtəlif məbləğlərdə ödənişlər etmişdir.
7. Müxtəlif tarixlərə olan əmtəə-nəqliyyat qaimələrinə əsasən, İddiaçı MMC tərəfindən “Norm” müxtəlif çəkilərdə sement məhsulları Sumqayıt şəhəri, 21-ci məhəllədə yerləşən daş bazarına və Ca vabdeh təhvil verilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat
8. İddiaçı MMC (bundan sonra iddiaçı) Cavabdeh (bundan sonra cavabdeh) qarşı müqavilə üzrə öhdəliklərin yerinə yetirilməsi və pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehdən onun xeyrinə 74.348 manat pulun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
9. İddiaçı, iddia tələbini işin hallarına istinad edərək onunla əsaslandırmışdır ki, cavabdehlə “Norm” sement məhsullarının alqı-satqısı nisyə qaydada həyata keçirilmişdir. Tərəflər arasında imzalanmış müqaviləyə əsasən, iddiaçı “Norm” sement məhsullarını cavabdehə sataraq onun satış ünvanına çatdırmağı, cavabdeh isə malları qəbul edərək onun dəyərini razılaşdırılmış vaxta iddiaçıya ödəməyi öz öhdə sinə götürmüşdür. Cavabdeh bu günədək müqavilə üzrə üzərinə düşən öhdəliklərini tam yerinə yetirməmişdir Belə ki, cavabdehin iddiaçıya cəmi 74.348 manat borcu var.
10. İddiaçı, iddia tələbinin həcminin artırılması barədə ərizə ilə məhkəməyə müraciət edərək, 2019-cu ilin aprel-noyabr aylarında cavabdehə əlavə mal verdiyini bildirməklə, cavabdehdən xx.xx.2017-ci il tarixli müqavilə üzrə 78.920 manat pulun tutulmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir.
11. Cavabdeh iddiaya etiraz edərək bildirmişdir ki, xx.xx.2017-ci il tarixli müqavilə üzrə onun borcu olmamış, olan borcunu mədaxil orderləri ilə MMC-nin əməkdaşlarına, Namiq və Emil adlı şəxslərə kassa mədaxil orderi ilə ödəmişdir. Onun hal-hazırda iddiaçıya heç bir borcu qalmamış, hətta borcunu ödədikdən sonra iddiaçı tərəfindən müq avilədən kənar ona sement verilmiş və o, həmin məhsulları sataraq pullarını qaytarmışdır. Bundan əlavə cavabdeh ərizə verərək, iddia müddəti keçdiyindən tələbin rədd olunmasını xahiş etmişdir.
12. Sumqayıt Şəhər Məhkəməsinin 02 iyul 2021-ci il tarixli, 2(060)-4073/2021 saylı qətnaməsi ilə (hakim Aynur Behbudova) iddia qismən təmin edilmiş, cavabdehdən 74.348 manat pulun tutularaq iddiaçıya ödənilməsi qət edilmişdir.
13. Məhkəmə öz mövqeyini onunla əsaslandırmışdır ki, iddiaçı tələbin həcminin artırılmasına dair ərizədə göstərilənlərə dair sübutları məhkəməyə təqdim etməmiş, bu halları sübuta yetirməmişdir. Ona görə də məhkəmə 74.348 manat borca dair akta və digər sənədlərə istinad edərək həmin məbləğdə pulun cavabdehdən tutulması qənaətinə gəlmişdir.
14. Məhkəmə öz hüquqi mövqeyini Azərbay can Respublikası Mülki Məcəlləsinin 425, 442, 445, 567-ci maddələrinə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 88, 106-cı maddələrinə istinad edərək əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki birinci icraat
15. Cavabdeh apellyasiya şikayəti verərək, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi, iddianın rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
16. Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırmış ki, tərəflər arasında bağlanmış xx.xx.2017-ci il tarixli müqavilənin 5.1-ci maddəsinə əsasən, müqavilə üzrə ödəmələr satıcının təqdim etdiyi sənədlər əsasında malın alıcı tərəfindən təhvil alındığı tarixdən 1 ay müddətində aparılır. Satıcının təklif etdiyi endirimli satışlar 100 % əvvəlcədən ödəniş şək lində aparılır. Tərəflər ən azı 3 ayda bir dəfə çatdırılmış malların həcmi, ödənilmiş məbləğ və qalıq borc barədə yoxlama aktı və hər dəfə ödəniş edilərkən təhvil-təslim aktı tərtib edirlər. Müqavilənin tələbinə əsasən 3 ay müddətinə çatdırılmış malın həcmi, ödənilmiş məbləğ və qalıq borc barədə yoxlama aktı xx.xx.2018-ci il tarixdə aparılmış, guya ki, qalıq borc müəyyən edilmişdir. Yoxlama aktı müqavilə şərtlərinə uyğun aparılmamış, müqavilə ilə müəyyən edilmiş əsaslar aktda göstərilməmişdir. Belə ki, yoxlama aktında cavabdehə çatdırılmış malların çatdırılmasını sübut edən əmtəə nəqliyyat qaiməsi və qaiməyə uyğun malın həcmi, alıcıya çatdırılmış hər partiya malın (qaimə əsasında) ödənilmiş məbləği və qalıq məbləği müəyyən edilmədən yekun qalıq borcu müəyyən edilmişdir. Bu son qalıq borcun un haradan yaranması aktla müəyyən edilməmişdir. Əslində aktda müəyyən edilmişdir ki, yoxlama dövründə, yəni 01 yanvar 2017-ci ildə xx.xx.2018-ci ilə qədər alıcı (cavabdeh) tərəfindən götürülən mal dövriyyəsinin məbləği 10.828 manat olmuş, həmin dövr üçün ödənilən məbləğ 9.712 manat təşkil etmişdir ki, burada qalıq borcu 1106 manat təşkil edir. Bu səbəbdən məhkəmənin iddia tələbini bu cür səthi araşdıraraq iddiaçının yoxlanılmamış sənədlərinə hüquqi qiymət verməsi başa düşülən deyil. Eyni zamanda iddiaçının məhkəməyə təqdim etdiyi yoxlama aktı saxta olaraq sonradan tərtib edilmişdir. Çünki yoxlama aktının cavabdehlə olan 2-ci hissəsində cavabdehin imzası yoxdur. İş materiallarında olan və məhkəmənin sübut növü kimi əsaslandığı yoxlama aktı (xx.xx.2018 tarixli) qanunvericiliyin və bağlanmış xx.xx.2017-ci il tarixli müqavilənin şərtlərini pozmaqla tərtib edildiyindən əsas sübut kimi götürülə bilməzdi. Götürülməsi mümkün olsa, onda 1106 manat qalıq borc kimi qəbul edilməlidir. Məhkəməyə təqdim edilmiş kassa-mədaxil qəbzlərindən görünür ki, cavabdehin iddiaçıya qalıq borcu olmamışdır. Belə ki, qalıq borcu olduqda kassa-mədaxil orderində qalıq borc hissəsində məbləği qeyd edilməlidir, necə ki, başqa qəbzlərdə bu cür borc qeyd edilmişdir. Bundan başqa, məhkəmə cavabdehin xx.xx.2021-ci il tarixdə məhkəməyə iddia müddətinin keçməsi ilə əlaqədar ərizə verməsini qətnamədə göstərsə də, bu halın əsaslı olub-olmamasını araşdırmamış və qətnamədə ərizənin təmin edilməsi üçün hər hansı bir hal göstərilməmişdir. Mülki Məcəllənin 375.2-ci maddəsinə görə məhkəmə tərəfindən iddia müddəti yalnı z mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. Məhkəmənin iddiaçının iddia tələbinin artırmağa dair xx.xx.2021-ci il tarixli iddia ərizəsinə əlavəsində eyni əsaslarla cavabdehdən əlavə olaraq 4.000 manat, cəmi 78.920 manat pul tutulmasını xahiş etməsini əsassız hesab edərək rədd etməsi və iddianı qismən təmin etməsi göstərir ki, məhkəmə əlavə iddia ərizəsi üzrə doğru nəticəyə gəldiyi halda iddia üzrə yanlış və əsasız nəticəyə gəlmişdir. Belə ki, iddia ərizəsinə əlavə də eyni əsaslarla verilmişdir.
17. Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(105)-3264/2021 nömrəli, 21 dekabr 2021-ci il tar ixli qətnaməsi ilə (hakimlər L.Məmmədova (sədrlik edən və məruzəçi), G.Tağızadə və T.Quliyev) apellyasiya şikayəti təmin edilməmiş, iş üzrə Sumqayıt Şəhər Məhkəməsinin 02 iyul 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.
18. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq göstərmişdir ki, cavabdeh apellyasiya şikayətində onun iddiaçıya hər hansı bir borcunun olmamasını qeyd etsə də, buna dair hər hansı bir sübut təqdim etməmişdir. Cavabdehin iddiaçıya borclu olmasına dair iş materiallarında bunu sübut edən sənədlər, o cümlədən müqavilə, müqaviləyə əlavə saziş, yoxlama aktı, maliyyə arayışı, qaimələr və s. mövcuddur. c) Kassasiya instansiyası məhkəməsindəki birinci icraat
19. Cavabdeh kassasiya şikayəti verərək, iş üzrə apellyasiy a instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi, mülki işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
20. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, borca dair işin halları lazımi qaydada araşdırılmamış, məhkəmə tərəfindən əsassız olaraq iddia müddəti tətbiq olunmamışdır.
21. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının 2(102)2804/2022 nömrəli, 22 iyun 2022-ci il tarixli qərarı ilə (hakimlər Z.Əliyev (məruzəçi), İ.Xələfov və A.Hüseynov) kassasiya şikayəti təmin edilmiş, iş üzrə Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(105)-3264/2021 nömrəli, 21 dekabr 2021-ci il tarixli qətnaməsi ləğv edilmiş və iş yeni apellyasiya baxışına göndərilmişdir.
22. Kassasiya instansiyası məhkəməs i qeyd etmişdir ki mübahisəyə mahiyyəti üzrə baxan məhkəmələr müəyyən etmişlər ki, tərəflər arasında müqavilə öhdəliklərinin icra edilməməsindən qaynaqlanan 74.348 manat borca dair xx.xx.2018-ci il tarixdə akt tərtib olunmuşdur. İddiaçının hazırkı tələbinə dair ərizəsi isə birinci instansiya məhkəməsinə xx.xx.2021-ci ildə daxil olmuşdur. Eyni zamanda iş materiallarına cavabdeh tərəfindən iddiaçıya müxtəlif tarixlərdə (o cümlədən 2018-ci ilin may ayında, habelə 2019-cu ilin avqust ayınadək) və müxtəlif məbləğlərdə pulun ödənilməsinə dair qəbzlər əlavə olunmuşdur. Cavabdeh ərizə verərək iddia müddəti ötürüldüyündən tələbin rədd olunmasını xahiş etmişdir. Buna baxmayaraq işə mahiyyəti üzrə baxan məhkəmələr iddia müddətinin tətbiqinə dair ərizə üzrə araşdırma aparmamış, cavabdehin istifadə etd iyi müdafiə vasitəsinə heç bir hüquqi qiymət verməmişlər. Bu hal həqiqətə nail olmaq üçün iş üzrə əhəmiyyət kəsb edən xüsusatların hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradılmasına, qətnamənin iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmasına dair normaların pozulmasına, nəticə etibarilə maddi hüquq normalarının düzgün tətbiq olunmamasına dəlalət edir.
23. Kassasiya instansiyası məhkəməsi mövqeyini onunla əsaslandırmışdır ki, mübahisənin düzgün həlli üçün iddianın təmin olunmuş 74.348 manat hissəsində tələbin qanuni əsasları üzrə iddiaçının tələb hüququnun həcmi, borcunu ödədiyini bildirən cavabdehin dəlilləri sübutetmə yükünə riayət olunmaqla yoxlanılmalı, ödənilməmiş borc müəyyən olunduğu halda, cavabdehin iddia müddətin in tətbiqinə dair ərizəsi üzrə tam və hərtərəfli araşdırma aparılmalı, bu çərçivədə cavabdehin öhdəliyin icra vaxtının (buna müvafiq olaraq iddia müddətinin əvvəlinin) hansı tarixdən başlandığı, iddianın qaldırıldığı tarixədək bu müddətin (müddətin başlamasından sonra, o cümlədən 2018 və 2019-cu ildə edilmiş ödənişlərə dair qəbzlər və digər hüquqi hərəkətlərlə) kəsilib-kəsilmədiyi və əhəmiyyət kəsb edən digər hallar aydınlaşdırılmaqla iddia tələbinə və cavabdehin ərizəsinə yekun hüquqi qiymət verilməlidir. d) Apellyasiya instansiyası məhkəməsindəki ikinci icraat
24. Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(105)-1916/2022 nömrəli, 29 noyabr 2022-ci il tarixli qətnaməsi ilə (hakimlər Ş.R.Abasov (sədrlik edən və məruzəçi) apellyasiya şikayəti təmin edilməmiş, iş üzrə Sumqayıt ş əhər Məhkəməsinin 02 iyul 2021-ci il tarixli, 2(060)-4073/2021 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.
25. Apellyasiya instansiyası məhkəməsi müəyyən etmişdir ki, tərəflər arasında bağlanmış alqı-satqı müqaviləsi faktiki olaraq əşyanın hissə-hissə ödənilməsini nəzərdə tutmuş, tərəflərdən birinin öhdəliyi icra etməsi digər tərəfin öz öhdəliklərini icra etməsi ilə şərtləndirilmişdir. Göründüyü kimi, alıcı şərtləşdirilmiş öhdəliyi icra etməmiş, alış qiymətini tam ödəməmişdir. Hazırda araşdırılan mübahisənin predmeti olan alqı-satqı müqaviləsi əvəzli müqavilədir, yəni satıcının müəyyən əşyanı alıcının mülkiyyətinə verəcəyi, alıcının isə həmin əşyanı qəbul edib əvəzində razılaşdırılmış pul məbləğini əşyanın qiymətini satıcıya ödəyəcəyi haqqında razılaşmadır. Alqı-satqı müqaviləsinin p redmeti olan əşyanın dəyəri yalnız pulla ödənilir və satıcı əşyanı alıcının mülkiyyətin vermək müqabilində ondan həmin əşyanın qiymətini almalıdır. Buna görə də alqı-satqı müqaviləsi əvəzli müqavilə hesab edilir.
26. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, cavabdeh bir tərəfdən alınmış malın dəyərini ödədiyini bildirsə də, digər tərəfdən iddiaçı tərəfindən iddia müddətinin ötürülməsinə istinad edərək iddia müddətinin tətbiq edilərək iddianın rədd olunmasını xahiş etmişdir.
27. Cavabdehin də istinad etdiyi və yoxlama aktından görünür ki, onun xx.xx.2018ci il tarixə 74.348 manat qalıq borcu vardır. Başqa sözlə, qeyd edilən tarixə tələb edilən borcun mövcud olması işin mübahisəsiz halıdır. Cavabdeh həmin borc məbləğini ödədiyini iddia etsə də, bununla bağlı məhkəməyə heç bir mötə bər və legitim sübut təqdim edə bilməmişdir. Əksinə, işdən görünür ki, cavabdeh həmin borc barədə notarial müqavilə bağlamaqla onun mövcudluğunu etiraf etmişdir. Hazırda cavabdeh tərəf həmin müqavilənin hazırki mübahisəyə aidiyyəti olmadığını, yaxud zor tətbiqi ilə bağlandığını iddia etsə də, bu dəlil ağalabatan deyil. Qeyd olunan kredit müqaviləsini MMC-nin direktoru öz adından bağlasa da, işin faktiki halından görünür ki, həmin müqavilə məhz cavabdehin MMC-yə borcunun təsdiqi üçün bağlanmışdır.
28. Cavabdeh iddiaçıdan 2019-cu ildə də sement məhsulları almış və aldığı sement məhsullarına görə 2019-cu ildə müxtəlif aylarda ödənişlər etmişdir. Cavabdeh tərəfindən kredit üzrə sonuncu ödənişin avqust 2019-cu il tarixdə edilməsi və bu hərəkətlə də borclu şəxsin borcunu etiraf etməsi nəzərə alı nsa, onda Mülki Məcəlləsinin 380.1 və 380.2-ci maddələrinə uyğun olaraq belə nəticəyə gəlmək olar ki, hazırki tələb üzrə iddia müddətinin axımı məhz 2019-cu ildən başlayır ki, 3 illik həmin iddia müddəti də 2022-ci ildə başa çatır. Hazırki iddia isə xx.xx.2021-ci il tarixdə məhkəməyə daxil olmuşdur.
29. Tərəflər arasında qeyd olunan kredit müqaviləsi xx.xx.2018-ci il tarixdə bağlanmış, müqavilənin icra müddəti xx.xx.2018-ci il tarixdə bitmişdir. Başqa sözlə, iddia müddətinin axımı həmin vaxtdan hesablansa belə, yenə 3 illik müddət ötürülməmişdir.
30. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni Mülki Məcəllənin 567, 600, 601, 442, 445, 448, 372, 373, 377 və 380-ci maddələri ilə əsaslandırmışdır. e) Kassasiya instansiyası məhkəməsindəki ikinci icraat
31. Cavabdeh kassasiya şikayət i verərək, iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi, iddianın rədd edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.
32. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya məhkəməsi heç bir əsas olmadan iddiaçının mövqeyində duraraq, iddiaçının tərtib etdiyi heç bir qaimə fakturaya əsaslanmayan xx.xx.2018-ci il tarixli yoxlama aktını əsaslı hesab etməyə çalışaraq müxtəlif qaimə fakturaları əsas gətirmişdir ki, bu da yoxlama dövrünə aid edilməyən mal əmtəə qaimələridir ki, yoxlama aktlarından 2 il sonra tərtib edilmiş bu cür sənədlərə istinad edilə bilməzdi; - bundan başqa, məhkəmə cavabdehin borclu olmasını əsaslandırmaq istəyərkən onun həmin vaxt MMC-nin direktoru işləmiş Eldar Əkbərovla bağladığı borc müqaviləsinə istinad edərək cavabde hin borclu olmasına şübhəli əsaslarla inandığını qətnamədə əsaslandırmaq istəmişdir. Kassator əlavə olaraq onu da qeyd etmişdir ki, məhkəmə iddia müddətinin ötməsinə baxmayaraq, işdə olan tərəflərin təsdiq etdiyi müqavilədən kənar sement məhsulunun nağd pula verilməsini, tərəflərin müqavilə üzrə alqı-satqı etməsi kimi şərh etmişdir. Məhkəmə qətnamədə qeyd edib ki, tərəflər arasında borc müqaviləsi bağlandıqdan sonra həmin müqavilə üzrə olan öhdəliklər ödənilmiş hesab edilməlidir. Məhkəmə bu ziddiyyətli halı qətnamədə şərh etməmişdir.
33. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının 12 aprel 2023-cü il tarixli, 2(102)-1570/2023 saylı qərarı ilə (hakimlər A.Abbasov (məruzəçi), V.Məmmədov və Z.Babayev) kassasiya şikayəti qismən təmin edilmiş, iş üzrə Sumqayıt Apellyasiya Məhkəmə si Mülki kollegiyasının 29 noyabr 2022-ci il tarixli qətnaməsi ləğv edilmiş, mülki iş yenidən baxılması üçün apellyasiya məhkəməsinə qaytarılmışdır.
34. Kassasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, apellyasiya instansiyası məhkəməsi sement məhsullarına görə cavabdeh tərəfindən iddiaçıya 2018-ci ilin may ayında, habelə 2019-cu ilin avqust ayınadək müxtəlif məbləğlərdə pulun ödənilməsi və bununla da sonuncu ödənişin edildiyi avqust 2019-cu il tarixdən iddia müddətinin kəsilməsi nəticəsinə gəlib, belə olan halda, müddətin kəsilməsinə əsas verən həmin ödənişlərin nəyə görə nəzərə alınmaması və tələb edilən borcdan çıxılmaması qətnamədən görünmür.
35. Apellyasiya instansiyası məhkəməsi tərəflər arasında xx.xx.2018-ci ildə bağlanmış kredit müqaviləsini cavabdeh tərəfindən borcun mövcudluğu nun etiraf edilməsi kimi qəbul edərək və həmin müqavilənin icra müddətinin xx.xx.2018-ci il tarixdə bitməsini nəzərə alaraq göstərib ki, iddia müddətinin axımı həmin vaxtdan hesablansa belə, yenə 3 illik iddia müddəti ötməmişdir. Buna baxmayaraq, apellyasiya instansiyası məhkəməsi 08 may 2018-ci il tarixli kredit müqaviləsi bağlanandan sonra da cavabdeh tərəfindən nə qədər ödəniş edilməsinə aydınlıq gətirməmişdir.
36. Digər tərəfdən məhkəmə kollegiyası qeyd etmişdir ki, istər 31 mart 2018-ci il tarixli yoxlama aktı imzalanandan, istərsə də 08 may 2018-ci il tarixli kredit müqaviləsi bağlanandan sonra cavabdehin iddia müddətini kəsən müxtəlif vaxtlarda, müxtəlif məbləğlərdə ödənişlər etməsini göstərən apellyasiya məhkəməsi həmin ödənişlərin konkret tarixi və məbləğlərini də qətnamədə göstər məmiş, yalnız ümumi ifadələrlə kifayətlənmişdir. Halbuki apellyasiya instansiyası məhkəməsi işə mahiyyəti üzrə baxan məhkəmə kimi iddia müddətinin axımının başlanması, həmin müddətin kəsilməsi, müddətin kəsilməsinə əsas verən ödənişlərin sayı, tarixi və məbləğlərini konkret müəyyən etməli və həmin ödənişləri müddətin kəsilməsinə əsas verən hal kimi qəbul edirdisə, ödənilən məbləğin tələb edilən məbləğdən çıxılmasını təmin etməli idi.
37. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, cavabdeh iddiaçıdan 2019-cu ildə də sement məhsulları almış və aldığı sement məhsullarına görə 2019-cu ildə müxtəlif aylarda ödənişlər etmişdir. Cavabdeh tərəfindən kredit üzrə sonuncu ödənişin avqust 2019-cu il tarixdə edilməsi və bu hərəkətlə də borclu şəxsin borcunu etiraf etməsi nəzərə alınsa, müddət keçməyib. (bax:33-cü bənd) Apellyasiya instansiyası məhkəməsinin bu mövqeyi də anlaşılan deyil. Belə ki, apellyasiya instansiyası məhkəməsi müddətin kəsilməsi baxımından bir tərəfdən cavabdehin xx.xx.2018-ci il tarixli Yoxlama Aktından sonra 2018-ci ilin may ayından 2019-cu ilin avqustunadək ödəniş etməsini göstərib, digər tərəfdən də cavabdehin iddiaçıdan 2019-cu ildə də aldığı sement məhsullarına görə 2019-cu ildə müxtəlif aylarda ödənişlər etməsini qeyd edib. Nəticədə məlum deyil ki, cavabdeh tərəfindən 2018-ci ilin may ayından 2019-cu ilin avqustunadək həyata keçirilmiş ödənişlər Yoxlama Aktına əsasən yaranmış qalıq borcun ödənilməsidir, yaxud cavabdehin Yoxlama Aktından sonra iddiaçıdan aldığı sement məhsullarının əvəzinin ödənilməsidir. f) Apellyasiya instansiyası məhkəməsindəki üçüncü icraat
38. Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 27 sentyabr 2023-ci il tarixli, 2(105)-1189/2023 nömrəli qətnaməsi ilə (hakimlər Z.Məmmədov (sədrlik edən və məruzəçi), A.Süleymanova və F.Məmmədov) cavabdehin apellyasiya şikayəti qismən təmin edilmiş, iş üzrə Sumqayıt Şəhər Məhkəməsinin 02 iyul 2021-ci il tarixli qətnaməsi qismən, 9.000 manat pul tələbinə aid hissədə ləğv edilmiş, yeni qətnamə qəbul edilərək, həmin hissədə iddia rədd olunmuş, qətnamə- 65.348 manat məbləğində pul tələbinə aid hissədə dəyişdirilmədən saxlanılmışdır.
39. Apellyasiya instansiya məhkəməsi qeyd etmişdir ki, iddia tələbi tərəflər arasında bağlanmış alqı-satqı müqaviləsi üzrə borca dair tərtib edilmiş və təsdiqlənmiş xx.xx.2018-ci il tarixli akta əsaslanır. İddiaçı, bu məbləğdə alacağının cav abdeh tərəfindən ödənilmədiyini bildirərək pulun tutulmasını tələb edir.
40. Məhkəmə kollegiyasının xx.xx.2023-cü il tarixli qərardadı ilə audit yoxlama ekspertizası təyin edilməsi barədə vəsatət təmin edilməmiş, xx.xx.2023-cü il tarixli digər qərardadla məhkəmə-mühasibatlıq ekspertizası təyin edilmiş və ekspertin xx.xx.2023-cü il tarixli rəyi ilə müəyyən edilmişdir ki, ekspert rəyinin tədqiqat hissəsində ekspert aşağıdakıları qeyd etmişdir: Təqdim edilmiş iş materiallarının 1-ci cildinin 28-ci səhifəsində olan, xx.xx.2017-ci il tarixi əhatə edən “müştəri hesabından çıxarış”dan göründüyü kimi, Cavabdeh xx.xx.2017-ci il tarixə olan qalıq borcu 73.232,00 manat, xx.xx.2017-ci il tarixi dövründə götürülən mal dövriyyəsi 10.828,00 manat, ödənilən pul vəsaiti isə 9.712,00 manat olmuş və tərəflər tərəfindən öz imzaları ilə təsdiq olunmuşdur. Təqdim edilmiş iş materiallarının 1-ci cildinin 29-cu səhifəsində olan, İddiaçı MMC ilə işləyən Dillerlərlə Yoxlama aktı” sənədindən də göründüyü kimi, Cavabdeh həmin yoxlama aktının tarixinə, yəni xx.xx.2018-ci il tarixə olan qalıq borcu 74.348,00 manat (73232,00 + 10828,00 - 9712,00) müəyyən edilmiş və tərəflər tərəfindən öz imzaları ilə təsdiq edilmişdir. Həmçinin bildirilir ki, iş materiallarının 1-ci cildinin 126-cı səhifəsində olan, Bakı şəhəri 41 saylı notariat kontorunda imzalanmış xx.xx.2018-ci il tarixli kredit müqaviləsi ilə cavabdehə 74348 manat məbləğində pul vəsaitinin xx.xx.2018-ci il tarixədək faizsiz borc olaraq verilməsi öz əksini tapmışdır.
41. Bundan başqa xx.xx.2019-xx.xx.2020-ci il tarixi əhatə edən “müştəri hesabından çı xarış”dan göründüyü kimi, Cavabdeh tərəfindən xx.xx.2019-xx.xx.2020-ci il tarixi dövründə götürülən mal dövriyyəsi 84.912,00 manat, ödənilən pul vəsaiti isə 80.340 manat olmaqla, bu dövr üçün yaranmış qalıq borcu 4.572,00 manat (84912,00-80340,00) müəyyən edilmişdir.
42. Məhkəmə tərəfindən hüquqi qiymət verildikdən sonra, cavabdehin MMC-yə olan ümumi qalıq borcu 78.920,00 manat (74.348,00 +4.572,00) məbləğində müəyyən edilmişdir.
43. Məhkəmə kollegiyası qeyd etmişdir ki, cavabdeh iddiaçıdan 2019-cu ildə sement məhsulları almış və aldığı sement məhsullarına görə 2019-cu ildə müxtəlif aylarda ödənişlər etmişdir. Ekspert rəyi ilə də müəyyən olunur ki, xx.xx.2019-xx.xx.2020ci il tarixi əhatə edən “müştəri hesabından çıxarış” məlumatlarına əsasən, Cavabdeh tərəfindən xx.xx.2019-xx.xx.2020-ci il tarixi əhatə edən dövrdə götürülən mal dövriyyəsi 84.912,00 manat, ödənilən pul vəsaiti isə 80.340 manat olmaqla, bu dövr üçün yaranmış qalıq borcu 4.572,00 manat (84912,00-80340,00) müəyyən edilmişdir.
44. Məhkəmə kollegiyası cavabdehin iddia müddəti tətbiq olunması barədə ərizəsinə münasibətdə qeyd etmişdir ki, təqdim olunmuş sənədlərlə müəyyən edilir ki, cavabdeh iddiaçıdan 2019-cu ildə sement məhsulları almış və aldığı sement məhsullarına görə 2019-cu ildə müxtəlif aylarda ödənişlər etmişdir. Ekspert rəyi ilə də müəyyən olunur ki, xx.xx.2019-xx.xx.2020-ci il tarixi əhatə edən “müştəri hesabından çıxarış” məlumatlarına əsasən, Cavabdeh tərəfindən xx.xx.2019-xx.xx.2020-ci il tarixi əhatə edən dövrdə götürülən mal dövriyyəsi 84.912,00 manat, ödənilən pul vəsaiti isə 80.340 manat olmaql a, bu dövr üçün yaranmış qalıq borcu 4.572,00 manat (84912,0080340,00) müəyyən edilmişdir.
45. Məhkəmə kollegiyası hesab etmişdir ki, 2019-2020-ci illərdə tərəflər arasında mal dövriyyəsi olmuş, həmin dövrlə bağlı ödənişlər olmuşdur. Bu isə iddia müddətinin tətbiqini istisna edən amildir. Belə ki, cavabdeh tərəfindən sonuncu ödənişin 31 dekabr 2019-cu il tarixdə edilməsi xx.xx.2019-xx.xx.2020-ci il tarixli müştəri hesabından çıxarışda əks olunmuşdur.
46. Apellyasiya instansiyası məhkəməsi belə qənaətə gəlmişdir ki, cavabdeh tərəfin bir tərəfdən iddia müddətinin tətbiqi barədə ərizə təqdim etməsi, digər tərəfdən son apellyasiya baxış iclaslarında borc məbləğinin mübahisələndirilməsi və bununla bağlı audit yoxlaması keçirilməli olması barədə vəsatətlər təqdim etməklə mövqeyini də ziddiyyətli dir. Belə mövqe ona dəlalət edir ki, cavabdeh özünün iddia etdiyi məbləğdə olan az borcla razılaşır, borcun məhkəmə araşdırması ilə müəyyən edilmiş məbləğdə olması isə cavabdehi qane etmir, bu səbəbdən iddia müddətinin tətbiqi ilə bağlı məsələ qoyulur. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri
47. Cavabdeh kassasiya şikayəti verərək, iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi, iddianın rədd edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.
48. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə cavabdehin vəkili tərəfindən audit yoxlaması ekspertizası aparılması barədə vəsatətini haqsız yerə təmin etməyərək, öz təşəbbüsü ilə məhkəmə mühasibatlıq ekspertizası təyin etmişdir. İddiaçı xx.xx.2017- ci ildə xx.xx.2018-ci ilə qədər heç bir malın verilməsi barədə heç bir qaimə fakturası və nəqliyyat əmtəə qaimələri məhkəməyə təqdim etməmiş, yalnız saxta diller yoxlama aktına təqdim etmişdir. Eyni zamanda iş materiallarında olan xx.xx.2019xx.xx.2010-cu il tarixdə malların faktura qaimələri və nəqliyyat əmtəə qaimələrini faktura qaimələri və nəqliyyat əmtəə qaimələrini məhkəməyə təqdim etmiş və bu hal mühasibatlıq ekspertizası tərəfindən yoxlanılmışdır. İddiaçı 84.912.66 manatlıq sement vermiş, onun 80.340 manatı kassator tərəfindən ödənilmişdir. Bu haldan göründüyü kimi qanuni faktura ilə verilmiş malların hamısının pulu kassator tərəfindən ödənilmişdir. Kassator qeyd etmişdir ki, tərəflər arasında işgüzar münasibətlər olmuş, mal dövriyyəsi və ödənişlər edilmiş, bu isə iddianın hərəkətsiz d urmaması, buna müvafiq olaraq iddia müddətinin də keçmədiyinə dəlalət edir. Məhkəmə bu halı cavabdehə münasibətdə qiymətləndirsə, onda pulun tam ödənilməsi qənaətinə gəlmiş olardı. Təəssüf ki, apellyasiya məhkəməsi bu halı iddiaçının mövqeyində duraraq qiymətləndirmişdir. Məhkəmə bu halda xx.xx.2017-ci il tarixli müqavilənin şərtlərinə pozulmasına diqqət yetirməmişdir. Kassator, həmçinin onu da qeyd etmişdir ki, tərəflər arasında bağlanmış xx.xx.2017-ci il tarixli müqavilənin 5.1-ci maddəsinə əsasən müqavilə üzrə ödəmələr satıcının təqdim etdiyi sənədlər əsasında malın alıcı tərəfindən təhvil alındığı tarixdən 1 ay müddətində aparılır. Satıcının təklif etdiyi endirimli satışlar 100% əvvəlcədən ödəniş şəklində aparılır. Tərəflər ən azı 3 ayda bir dəfə çatdırılmış malların həcmi, ödənilmiş m əbləğ və qalıq borc barədə yoxlama aktı və hər dəfə ödəniş edilərkən təhvil-təslim aktı tərtib edirlər, müqavilənin tələbinə əsasən 3 ay müddətinə çatdırılmş malın həcmi, ödənilmiş məbləğ və qalıq borc barədə yoxlama aktı tərtib edilir. xx.xx.2018-ci il tarixdə aparılmış üzləşmə aktında güya ki, qalıq borc müəyyən edilmişdir. Yoxlama aktı müqavilə şərtlərinə uyğun aparılmamış, müqavilə ilə müəyyən edilmiş əsaslar aktda göstərilməmişdir. Belə ki, yoxlama aktında cavabdehə çatdırılmış malların çatdırılmasını sübut edən əmtəə nəqliyyat qaiməsi və qaiməyə uyğun malın həcmi, alıcıya çatdırılmış, hər partiya malın (qaimə əsasında) ödənilmiş məbləği və qalıq məbləği müəyyən edilmədən yekun qalıq borcu müəyyən edilmişdir. Bu son qalıq borcunun hardan yaranması aktla müəyyən edilməmişdir. Əslində aktda müəyyən edilmişdir ki, yoxlama dövründə, yəni 01 yanvar 2017-ci ildə xx.xx.2018-ci ilə qədər alıcı kassator tərəfindən xx.xx.2018-ci ilə qədər alıcı kassator tərəfindən götürülən mal dövriyyəsinin məbləği 10.828 manat təşkil etmiş, həmin dövr üçün ödənilən məbləğ 9.712 manat təşkil etmişdir ki, burada qalıq borcu 1.106 manat təşkil edir. Alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Tərəflər arasında bağlanmış xx.xx.2017-ci il tarixli müqavilənin yuxarıda göstərilən bəndləri satıcı tərəfindən pozulmuşdur. Satıcı özünün maddi imkanından istifadə edərək öhdəliyi icra etmiş alıcı kasatorumaddi məsuliyyətə cəlb etdirmişdir. Cavabdeh tərəfin özünün yazdığı etirafından görünür ki, iddiaçı xx.xx.2017-ci il tarixli müqavilə əsasında kassatora 4 dəfə sement məhsulları vermişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
49. İddiaçı kassasiya şikayətinə qarşı etiraz verərək, kassasiya şikayətinin təmin edilmədən, iş üzrə apellasiya instansiyası məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi
50. Maddə 5.3. Mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar.
51. Maddə 372.1. Başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir.
52. Maddə 372.2. hüququ pozulmuş şəxsin iddiası ilə hüququn müdafiəsi üçün müddət iddia müddəti sayı lır.
53. Maddə 373.2. Müqavilə tələbləri üzrə iddia müddəti üç il, daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti isə altı ildir.
54. Maddə 375.2. Məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır.
55. Maddə 380.1. Müəyyənləşdirilmiş qaydada iddia irəli sürüldükdə, habelə borclu şəxs borcu etiraf etməsini göstərən hərəkətlər etdikdə iddia müddətinin axımı kəsilir.
56. Maddə 380.2. Fasilədən sonra iddia müddəti yenidən başlanır. Fasiləyə qədər keçmiş vaxt yeni müddətə daxil edilmir.
57. Maddə 432.1. Əgər kreditor razıdırsa, borclu öhdəliyi hissə-hissə icra edə bilər (öhdəliyin hissə-hissə icrası).
58. Maddə 432.3. Əgər borclu kreditora bir neçə eyni növlü öhdəlik icra etməlidirsə və onun icra etdikləri bütün öhdəliklərin ödənilməsi üçün yetərli deyildirsə, icra zamanı borclunun özünün müəyyənləşdirdiyi öhdəlik ödənilir. Əgər borclu ödənilən öhdəliyi müəyyənləşdirməzsə, onda ödənilmə müddəti çatmış öhdəliklərdən müvafiq olaraq kreditorda daha az təminatı olan öhdəlik əvvəlcə ödənilir, bərabər təminatlı öhdəliklərdən borclu üçün daha ağır olanı, eyni dərəcədə ağır olan öhdəliklərdən daha köhnə öhdəlik, eyni müddətli öhdəliklərin isə hamısı ödənilir.
59. Maddə
442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.
60. Maddə
567. Alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür.
61. Maddə 597.1. Alıcı əşyanı alğı-satqı müqaviləsində nəzərdə tutulan qiymətlə və ya əgər müqavilədə qiymət nəzərdə tutulmayıbsa və müqavilənin şərtləri əsas götürülməklə müəyyənləşdirilə bilmirsə, bu Məcəllənin 398.3-cü maddəsinə uyğun müəyyənləşdirilmiş qiymətlə ödəməyə, habelə müqaviləyə və ya adətən irəli sürülən tələblərə müvafiq surətdə ödəniş üçün zəruri olan hərəkətləri öz hesabına yerinə yetirməyə borcludur.
62. Maddə 600.1. Alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşya nın nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir.
63. Maddə 600.4. Əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər.
64. Maddə 601.1. Əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alqı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun.
65. Maddə 601.1. Əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alqı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi
66. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
67. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.
68. Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
69. Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.
70. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.
71. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
72. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
73. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.
74. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri
75. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
76. Hazırkı kassasiya şikayətində qətnamə cavabdeh tərəfindən iddianın təmin edilməyən hissəsində mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı həmin hissədə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
77. Kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin mübahisələndirilən hissədə gəldiyi nəticə və hüquqi əsaslandırma ilə razılaşır və hesab edir ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən maddi və prosessual hüquq normalarının tələblərini hazırki mülki mübahisəyə düzgün tətbiq edib və işdə, kassasiya şikayətinin dəlillərinə əsasən iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin kassasiya qaydasında ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar yoxdur.
78. Cavabdeh kassasiya şikayətində apellyasiya instansiyası məhkəməsinin işə baxarkən maddi və prosessual hüquq normalarının tələblərini pozduğunu, iddianın təmin edilməsi üçün əsasların olmadığını və sair göstərsə də, kassasiya instansiyası məhkəməsi onun bu dəlilləri ilə razılaşmır.
79. Belə ki, apellyasiya instansiyası məhkəməsi, apellyasiya şikayətinin dəlillərini araşdırıb qeyd etmişdir ki, işin müəyyən edilmiş faktiki halları baxımından hazırkı iddianın qanuni əsası kimi Mülki Məcəllənin 567-ci və 597.1-ci maddələri nəzərdən keçirilə bilər.
80. Belə ki, alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Alıcı əşyanı alğı-satqı müqaviləsində nəzərdə tutulan qiymətlə və ya əgər müqavilədə qiymət nəzərdə tutulmayıbsa və müqavilənin şərtləri əsas götürülməklə müəyyənləşdirilə bilmirsə, bu Məcəllənin 398.3-cü maddəsinə uyğun müəyyənləşdirilmiş qiymətlə ödəməyə, habelə müqaviləyə və ya adətən irəli sürülən tələblərə müvafiq surətdə ödəniş üçün zəruri olan hərəkətləri öz hesabına yerinə yetirməyə borcludur.
81. İddia tələbi tərəflər arasında bağlanmış alqı-satqı müqaviləsi üzrə borca dair tərtib edilmiş və təsdiqlənmiş xx.xx.2018-ci il tarixli akta əsaslanır. İddiaçı, bu məbləğdə alacağının cavabdeh tərəfindən ödənilmədiyini bildirirək pulun tutulmasını tələb edir.
82. Cavabdeh isə məhkəməyə ərizə verərək, iddiaçı tərəfindən iddia müddəti ötürüldüyü üçün tələbin rədd olunmasını xahiş etmişdir.
83. Apellyasiya baxışı zamanı cavabdehin nümayəndəsi və vəkili iş üzrə audit yoxlama ekspertizasının təyin edilməsini xahiş etmiş və bildirmişdir ki, yoxlama diller aktına əsasən, xx.xx.2017-ci ildən xx.xx.2018-ci il tarixə kimi cavabdeh tərəfindən götürülən mal dövriyyəsinin məbləği 10.828 manat təşkil etmiş, həmin dövr üçün ödənilən məbləğ 9.712 manat təşkil etmişdir, burada qalıq borcu 1106 manat təşkil etmişdir. Yoxlama aktında bu qalıq borcun haradan yaranması, yəni malın alıcıya hansı əmtəə qaimə sənədləri ilə təhvil verilməsi, nəqliyyat qaimə fakturalarının olması, alınan həmin məhsulun qəbul edilməsi öz əksini tapmamışdır. İddiaçı özünün üstün səl ahiyyətlərindən istifadə etməklə, akt tərtib edib vermədiyi əmtəəyə görə cavabdehdən artıq pul tələb etmişdir. 84. xx.xx.2023-cü il tarixli ekspert rəyinə əsasən, xx.xx.2017-ci il tarixi əhatə edən “müştəri hesabından çıxarış”dan görünür ki, cavabdehin xx.xx.2017-ci il tarixə olan qalıq borcu 73.232 manat, xx.xx.2017-ci il dövründə götürülən mal dövriyyəsi 10.828 manat, ödənilən pul vəsaiti isə 9.712 manat olmuş və tərəflərin öz imzaları ilə təsdiq olunmuşdur.
85. İddiaçının işləyən dillerlərlə yoxlama aktı sənədindən görünür ki, cavabdehin həmin yoxlama aktının tarixinə, yəni xx.xx.2018-ci il tarixə olan qalıq borcu 74.348 manat (73.232 + 10.828- 9.712) müəyyən edilmiş və tərəflər öz imzaları ilə təsdiq edilmişdir.
86. Həmçinin mülki iş materiallarında olan Bakı şəhəri, 41 saylı notaria t kontorunda imzalanmış xx.xx.2018-ci il tarixli kredit müqaviləsi ilə cavabdehə 74.348 manat məbləğində pul vəsaitinin xx.xx.2018-ci il tarixədək faizsiz borc olaraq verilməsi öz əksini tapmışdır.
87. Bundan başqa, mülki iş materiallarında olan xx.xx.2019-xx.xx.2020-ci il tarixi əhatə edən “müştəri hesabından çıxarış”dan görünür ki, cavabdeh tərəfindən xx.xx.2019xx.xx.2020-ci il tarixə olan dövrdə götürülən mal dövriyyəsi 84.912 manat, ödənilən pul vəsaiti isə 80.340 manat olmaqla, bu dövr üçün yaranmış qalıq borcu 4.572 manat (84912,00-80340,00) müəyyən edilmişdir.
88. Rəyin tədqiqat hissəsində göstərilənlərə əsasən, mülki iş materiallarında olan məlumatların düzgünlüyünə məhkəmə tərəfindən hüquqi qiymət verildikdən sonra, cavabdehin iddiaçıya olan ümumi qalıq borcu 78.920 manat (74.348+ 4.572) məbləğində müəyyən edilmişdir.
89. Apellyasiya instansiyası məhkəməsi, cavabdehin iddia müddəti tətbiq olunması barədə ərizəsinə münasibətdə qeyd etmişdir ki, təqdim olunmuş sənədlərlə müəyyən edilir ki, cavabdeh iddiaçıdan 2019-cu ildə sement məhsulları almış və aldığı sement məhsullarına görə 2019-cu ildə müxtəlif aylarda ödənişlər etmişdir. Ekspert rəyi ilə də müəyyən olunur ki, xx.xx.2019-xx.xx.2020-ci il tarixi əhatə edən “müştəri hesabından çıxarış” məlumatlarına əsasən, cavabdeh tərəfindən xx.xx.2019-xx.xx.2020-ci il tarixi əhatə edən dövrdə götürülən mal dövriyyəsi 84.912 manat, ödənilən pul vəsaiti isə 80.340 manat olmaqla, bu dövr üçün yaranmış qalıq borcu 4.572 manat (84912,0080340,00) müəyyən edilmişdir.
90. Apellyasiya instansiyası məhkəməsi cavabdehin kassasiya şikayət i ilə eyni məzmunlu olan apellyasiya şikayətinin dəlillərini araşdırıb qeyd etmişdir ki, 2019-2020-ci illərdə tərəflər arasında mal dövriyyəsi olmuş, həmin dövrlə bağlı ödənişlər olmuşdur. Bu isə iddia müddətinin tətbiqini istisna edən amildir. Belə ki, cavabdeh tərəfindən sonuncu ödənişin 31 dekabr 2019-cu il tarixdə edilməsi xx.xx.2019-xx.xx.2020-ci il tarixli müştəri hesabından çıxarışda əks olunmuşdur.
91. Əgər borclu kreditora bir neçə eyni növlü öhdəlik icra etməlidirsə və onun icra etdikləri bütün öhdəliklərin ödənilməsi üçün yetərli deyildirsə, icra zamanı borclunun özünün müəyyənləşdirdiyi öhdəlik ödənilir. (Mülki Məcəllə maddə 432.3).
92. Apellyasiya instansiyası məhkəməsi yuxarıda sadalanan maddələrin tələblərini hazırkı mülki mübahisəyə tətbiq edib, işin hallarını nəzərə alıb q eyd etmişdir ki, cavabdeh tərəfindən əvvəlki ödənişlərin edilməməsi və ikinci mal dövriyyəsi ilə bağlı ödənişlər edilməsi iddia müddətinin keçməsi üçün əsas ola bilməz. Belə ki, tərəflər arasında işgüzar münasibətlər olmuş, mal dövriyyəsi və ödənişlər edilmiş, bu isə iddiaçının hərəkətsiz durmaması, buna müvafiq olaraq iddia müddətinin də keçmədiyinə dəlalət edir.
93. Mülki Məcəllənin 380.1-ci maddəsinə əsasən müəyyənləşdirilmiş qaydada iddia irəli sürüldükdə, habelə borclu şəxs borcu etiraf etməsini göstərən hərəkətlər etdikdə iddia müddətinin axımı kəsilir.
94. Başqa sözlə, hesabdan çıxarışda olan əməliyyatlar tərəflər arasında edilmiş təhvil-təslim aktlarında öz əksini tapmışdır. Lakin mülki iş materiallarında olan 31 may 2018-ci il tarixli təhvil-təslim aktı ilə ödənilmiş 9000 manat ca vabdeh tərəfindən ödənilsə də, tərəflər arasında olan hesabdan çıxarışlarda əks olunmamışdır. Ödənişin tarixindən də göründüyü kimi, o hesablaşmalar dövrünü əhatə etməyən aralıq dövrdə edilmişdir.
95. Bu səbəbdən apellyasiya instansiyası məhkəməsi düzgün olaraq qeyd etmişdir ki, cavabdeh tərəfindən edilmiş həmin ödəniş nəzərə alınaraq ekspert rəyi ilə müəyyən edilmiş məbləğdən çıxılmalıdır. (74.348-9000=65.348 manat). Həmin ödəniş 2019-cu ilə kimi, yəni tərəflər arasında ikinci dövrdə olan mal dövriyyəsi ilə bağlı deyil, birinci dövriyyə ilə bağlı edilmişdir.
96. Göstərilənlərə əsasən, kassasiya instansiyası məhkəməsi cavabdehin kassasiya şikayətinin dəlilləri ilə razılaşmır və hesab edir ki, apellyasiya instansiyası məhkəməsi onun kassasiya şikayəti ilə eyni məzmunlu olan apellyasiya şi kayətinin dəlillərini araşdıraraq onlara düzgün hüquqi qiymət verdiyi üçün, həmin dəlilləri təkrar araşdırmağa lüzum görmür və belə qənaətə gəlir ki, iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsi mübahisələndirilən hissələrdə dəyişdirilmədən, kassasiya şikayəti təmin edilmədən saxlanılmalıdır.
97. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 416, 417 və 419-cu maddələrinin tələblərini rəhbər tutaraq, kassasiya instansiyası məhkəməsi Qərara aldı: Cavabdeh kassasiya şikayəti təmin edilməsin. İş üzrə Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 27 sentyabr 2023-cü il tarixli, 2(105)-1189/2023 nömrəli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qanuni qüvvəyə minir.