Məhkəmə qərarları › İş №2(102)-4740/2019

Ali Məhkəmə Qərar — İş №2(102)-4740/2019

01.07.2019 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-4740/2019 01.07.2019 ALİ MƏHKƏMƏ xxxxbaycan Respublikası adından xxxxbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının QƏRARİ xxxxbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyası, hakimlər Əsgərov Qürbət Ağa oğlunun sədrliyi və məruzəsi ilə, Vəliyeva Elşanə Rafiq qızı və Hacıyev Sənan Firudin oğlundan ibarət tərkibdə, Əkbərli Əkbər Eldar oğlunun katibliyi, iddiaçının vəkili Vəkil1, Cavabdeh1, vəkili Vəkil2 iştirakları ilə, Şəki Apellyasiya Məhkəməsinin mülki kollegiyasının 19 fevral 2019-cu il tarixli qətnaməsindən Cavabdeh1 və vəkili Vəkil2 kassasiya şikayəti üzrə işə baxaraq, MÜƏYYƏN ETDİ: Zərdab Rayon Məhkəməsinin 29 oktyabr 2018-ci il tаrixli, 2(035)-656/2018 saylı (hakim Tahir Qubadov) qətnaməsi ilə iddia qismən təmin edilmiş, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 bostana çəkilən xərcə görə 36.50 manat, qazanılan mənfəətin yarısı, yəni 5652.50 manat, hüquqlarının müdafiəsi məqsədi ilə vəkilə ödədiyi 200 manat, dövlət rüsumuna görə 30 manat, cəmi 5919.00 manat pulun müştərək qaydada alınaraq İddiaçı verilməsi, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir. Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 19 fevral 2019-cu il tarixli, 2(107)-708/2019 saylı qətnaməsi ilə (hakimlər E.Hüseynov sədrlik edən, məruzəçi, A.Mahmudov və V.Məlikov) Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməyərək Zərdab Rayon Məhkəməsinin 29 oktyabr 2018-ci il tаrixli, 2(035)-656/2018 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. İŞİN HALLARİ: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarş ı iddia ərizəsi və iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək cavabdehlərdən bostana çəkilən xərcə görə 420 manat, qazanılan mənfəətin yarısı, yəni 6250 manat, hüquqlarının müdafiəsi məqsədi ilə vəkilə ödədiyi 200 manat və dövlət rüsumuna görə 30 manat pulun alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktları qəbul edilmişdir. KASSASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ VƏ TƏRƏFLƏRİN İZAHATLARİ: Cavabdeh1 və vəkili Vəkil2 kassasiya şikayəti verərək şikayəti onunla əsaslandırmışlar ki, ikinci instansiya məhkəməsi işin faktiki hallarını nəzərə almamış, onlara heç bir hüquqi qiymət verməmişdir. Apellyasiya instansiya məhkəməsi işin bu hallarını da nəzərə almamışdır, bununla da AR MPM-nin 385-ci maddəsinin təl əblərinə riayət edilməmişdir, yəni maddi və prosessual hüquq normalarını kobud surətdə pozmuşdur. Apellyasiya instansiya məhkəməsi iş üzrə mötəbər sübutları tətbiq etməmiş, ancaq cavabdehin formal mülahizələrinə istinad etmişdir. Ona görə də Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 19 fevral 2019-cu il tarixli qətnaməsinin ləğv olunmasını və iddianın rədd edilməsini xahiş edrilər. Məhkəmə kollegiyasının iclasında Cavabdeh1 və vəkili Vəkil2 kassasiya şikayətinin dəlillərini müdafiə edərək şikayətin təmin ediməsini, iddiaçının vəkili Vəkil1 isə kassasiya şikayətinin dəlilləri ilə razılaşmadığını vurğulayaraq Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 19 fevral 2019-cu il tarixli qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdilər. Məhkəmə kollegiyasının iclasının yeri və vaxtı barədə digər tərəflərə lazımi qaydada bildiriş göndərilmiş olsa da, tərəflər tərəf üzrlü səbəblər olmadan gəlməmişlər. Azərbaycan Respublikası MPM-nin 415.3-cü maddəsinə əsasən kollegiya işə gəlməyən digər tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə kollegiyası məruzəçini dinləyib, kassasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, Şəki Apellyasiya Məhkəməsinin mülki kollegiyasının 19 fevral 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən, kassasiya şikayəti isə təmin edilmədən saxlanılmalıdır. HÜQUQ MƏSƏLƏLƏRİ: Azərbaycan Respublikası MPM-nin 416-cı maddəsinin tələbinə görə kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Qanunun tələbinə görə ka ssasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yəni işə baxan birinci instansiya və apellyasiya instansiyası məhkəməsi tərəfindən sübut kimi qəbul olunan faktlara hüquqi qiymət vermir. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, kassasiya instansiyası məhkəməsinin iş materiallarında olan sübutlara və hüquqi faktlara istinad etməsi faktiki halları araşdırma kimi qiymətləndirilməməlidir. Qeyd etmək lazımdır ki, işin faktiki hallarının prosessual qanunvericiliyin tələblərinə riayət edilmədən müəyyən olunması ədalətli məhkəmə araşdırılması hüququnun pozulmasına dəlalət etməklə mübahisənin hüquqi aktlarına təsir göstərə bilər. Apellyasiya instansiyası məhkəməs i tərəfindən müəyyən edilmişdir ki, Zərdab rayonu Yuxarı Seyidlər bələdiyyəsi tərəfindən 01 yanvar 2018-ci il tarixli icarə müqavilələlərinə əsasən hazırkı İddiaçı 01 il müddətinə iki yerdə - biri 07 ha, digəri 2.3 ha olmaqla kənd təsərrüfatı məhsulları istehsal etmək və maldarlıqla məşğul olmaq üçün torpaq sahəsi icarəyə verilmişdir. Həmçinin müəyyən edilmişdir ki, Zərdab rayonu Yuxarı Seyidlər bələdiyyəsi tərəfindən 17 yanvar 2018-ci il tarixli icarə müqaviləsinə əsasən hazırkı Cavabdeh1 kənd təsərrüfatı məhsulları istehsal etmək və maldarlıqla məşğul olmaq üçün 01 il müddətinə ünvan 1 ünvanda yerləşən01 ha torpaq sahəsi icarəyə verilmiş, eləcədə Cavabdeh1la “xxxx” MMC arasında bağlamış 10 yanvar 2018-ci il tarixli 68 saylı alqı-satqı müqaviləsinə əsasən həmin 01 ha torpaq sahəsində keyf iyyətli pambıq əkib-becərməyi öhdəsinə götürmüşdür. Həmin sahədə tərəflər ortaqlı pambıq əkilmişlər. Tərəflər sözügedən (iddiaçının 2.3 ha olduğunu, cavabdehlərin isə 01 ha olduğunu iddia etdikləri) yerdə ortaqlı 85 sot bostan (qarpız, qarğıdalı, lobya) əkmişlər. Cavabdehlər iddiaçı ilə ortaqlı əkdikləri torpaq sahəsini 2018-ci ilin iyul ayının 10-dan ehtibarən tam nəzarətə götürərək, iddiaçını həmin sahəyə buraxmamışlar. Zərdab rayon Bitki Mühafizə Mərkəzinin rəisi X2 və “xxxx” MMC-nin (Zərdab bazarı) direktoru X1 tərəfindən verilmiş mütəxəssis rəylərindən müəyyən olunur ki, haqqında mübahisə qaldırılan yerə Zərdab rayon Bitki Mühafizə Mərkəzinin rəisi X2 tərəfindən baxış keçirlmiş, orada 85 sot bostan qarpız əkildiyi, qarpızın əksər hissəsinin yığıldığı, dərilərək yığılmış məhsulun göv də yerinə baxış keçirilərkən orta məhsuldarlığın 370-380 sentner olmaqla qarpız bostan bitkisinin məhsuldarlığının 32300 kq olduğu və 2018-ci ilin iyul-avqust ayalarında Zərdab rayon bazarında qarpızın orta bazar qiyməti 0.35-0.40 manat təşkil etdiyi müəyyən edilmişdir. Apellyasiya instansiyası məhkəməsinin işin araşdırılmış halları ilə gəldiyi nəticə ondan ibarətdir ki, cavabdehlər sözügedən yerdə əkilən bostanın onların (konkret halda Əlövsətin) icarəyə götürdükləri 01 ha torpaq sahəsində yerləşməsi mülahizəsini əsas götürərək 2018-ci ilin iyul ayının 10-dan etibarən iddiaçını (onun ailəsini) həmin sahəyə buraxmamaqda haqlı olmamışlar. Cavabdehlər müqavilənin (ortaqlı işin) yerinə yetirilməsinə zəmin yaratmaq üçün iddiaçı ilə birgə hərəkət etməli olduqları halda bunu etməmiş, bununla da xxxxbaycan Respublikası Mülki Məcəlləsinin 425-ci maddəsinin tələblərini pozmuşlar. İddiaçı cavabdehlərdən bostana çəkilən xərcə görə 420 manat pul tələb etsə də, həmin məbləğdə xərc çəkməsinə dair izahatından başqa hər hansı bir sübut təqdim etməmişdir. Bununla belə Cavabdeh1 izahatında iddiaçının bostana görə 73 manat xərc çəkdiyini təsdiq etmiş və həmin məbləği ödəməyə razı olduğunu bildirmişdir. Cavabdehlər iddianı qəbul etməsələr də, əkilən bostan sahəsinin 85 sot deyil, 30 sot olmasına, eləcədə əkilən bostan sahəsinin məhz onların icarəsində olan 01 ha torpaq sahəsində əkilməsinə dair öz mülahizələrini əsaslandıra bilməmiş, iddiaçı isə öz iddiasını yuxarıda sadalanan qaydada əsaslandırmışdır. Digər tərəfdən cavabdehlərin icarəsində olan 01 ha sahədə pambıq əkildiyi halda, sahəsi 85 s ot olan bostanın (qarpızın) məhz harada əkilməsi diqqət çəkir. Üstəlik Cavabdeh1 izahatında təkrar ölçmə zamanı əkilən pambıq sahəsinin 1.24 ha olduğunun müəyyən edildiyini bildirmişdir. Beləliklə iddiaçının iddianın müdafiəsinə dair gətirdiyi dəlillər daha inandırıcıdır. Cavabdehin dəlilləri isə inandırıcı və əsaslı deyildir. Tərəflər ortaq iş gördükləri üçün həm çəkilən xərc, həm də əldə edilən mənfəət onlar arasında bölünməli olduğundan iddiaçı tərəfindən bostana çəkilən xərcə görə müəyyən olunan 73 manat onlar arasında bölünməli və cəkilən xərcin yarısına görə 36.50 manat pul cavabdehlərdən tutularaq iddiaçıya verilməlidir. İddiaçı cavabdehlərdən qazanılan mənfəətin yarısına görə 6250 manat tələb etsə də, məhkəmə hesab edir ki, iddia həmin hissədə mütəxəssis tərəfindən müəyyən edilmiş məhsuldarlıq – 32300 kq həmin dövrdə mövcud olmuş orta bazar qiymətinin aşağı qiymətinə - 0,35 qəpiyə vurulmaqla müəyyən edilən məbləğin yarısı (32300 kq x 0,35 qəpik =11305:2= 5652.50 manat) təmin edilməlidir. Beləliklə, birinci instansiya məhkəməsi mövcud mübahisəyə və işin hallarına lazımi hüquqi qiymət vermişdir. Birinci instansiya məhkəməsinin bu iş üzrə gəldiyi nəticə işin həqiqi hallarına uyğun olmaqla, mübahisənin maddi hüquqi əsasları düzgün müəyyən edilmiş, məhkəmə müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri düzgün nəticəyə gəlmişdir. Ona görə də, apellyasiya şikayəti təmin edilməməli, iş üzrə Zərdab Rayon Məhkəməsinin 29 oktyabr 2018-ci il tаrixli, 2(035)-656/2018 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nətic ələrin maddi əsası kimi aşağıdakı maddi hüquq normalarına istinad etmişdir. xxxxbaycan Respublikası Mülki Məcəlləsinin 425.1-ci maddəsinə görə öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Həmin Məcəllənin 425.2-ci maddəsinə görə öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1091.1-ci maddəsinə görə əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Həmin Məcəllənin 1092.1-ci maddəsinə görə varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Qaytarma vəzifəsi aşağıdakılara da şamil edilir: -1092.1.1. bu Məcəllənin 157.5-ci maddəsinin tələbləri nəzərə alınmaqla, əldə edilənlərdən götürülən faydaya; -1092.1.2. əldə edən şəxsin əldə etdiklərinə əsasən və ya onlar üçün kompensasiya kimi əldə etdiyinə və ya qəsdən əldə etmədiyinə. Həmin Məcəllənin 1092.2-ci maddəsinə görə əldə edilənləri vermək mümkün olmadıqda, onların dəyəri ödənilir. Həmin Məcəllənin 1092.3-cü maddəsinə görə varlanmış şəxs qaytarmanı n tələb olunduğu anda daha özünün varlı olmadığını sübut edərsə, bu Məcəllənin 1092.1 və 1092.2-ci maddələrinə uyğun iddiaların irəli sürülməsi istisna edilir. Varlanmadan əvvəl və ya bilavasitə varlanma zamanı bunun üçün hüquqi əsasın olmadığını bilən varlanmış şəxsə bu qayda şamil edilmir. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsinin nəticələri işin həqiqi hallarına uyğun olmaqla qanuni və əsaslıdır. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə ümumilikdə hüquqi qiymət verərək hesab edir ki, göstərilən dəlillər mülahizə xarakterli olmaqla iş materialları ilə təkzib olunduğundan formal əsaslar kimi qiymətləndirilir, həmçinin həmin dəlillərlə işin faktiki halları mübahisələndirilməklə işin hallarının sübut olunmamasına və məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına istinad edildiyindən bu dəlillər apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğvinə əsas ola bilməz. Apellyasiya instansiyası məhkəməsi işin hallarını tam və hərtərəfli araşdıraraq əldə edilmiş sübutlar əsasında qətnamə qəbul etmiş, hüquq normaları düzgün tətbiq və təfsir edilmiş, qətnamə xxxxbaycan Respublikasının MPM-nin 217-ci maddəsinin tələblərinə müvafiq qəbul edilmiş, həmçinin apellyasiya instansiyası məhkəməsinin nəticələri işin faktiki hallarına uyğun olmaqla onun tərəfindən xxxxbaycan Respublikasının 372.1 və 372.7-ci maddələrinin tələblərinə riayət edilmiş, qəbul edilmiş qətnamə həmçinin də, xxxxbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun "Məhkəmə qətnaməsi haqqında" 24 noyabr 2005-ci il tarixli 4 saylı Qə rarının tələblərinə uyğun olmuşdur. Belə ki, xxxxbaycan Respublikasının MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri subutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübüt etməlidir. Həmin Məcəllənin 407.2-ci maddəsinə əsasən kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. xxxxbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun "Məhkəmə qətnaməsi haqqında" 24 noyabr 2005-ci il tarixli 4 saylı Qərarında təsbit olun muşdur ki, məhkəmə qərarı maddi və prosessual hüquq normalarına dəqiq riayət edilməklə qəbul edildikdə qanuni hesab edilir. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayətləri əsassızdır. Apellyasiya instansiyası məhkəməsi işdə olan sübutlarla tərəflərin irəli sürdüyü dəlillərə lazımi hüquqi qiymət verərək iş üzrə düzgün hüquqi nəticəyə gəlmiş, qəbul etdiyi qətnaməsi qanuni və əsaslı olmaqla, maddi və prosessual hüquq normaları düzgün tətbiq edilmişdir. Ona görə də kassasiya şikayətləri təmin edilmədən apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Şərh edilənləri və xxxxbaycan Respublikası MPM-nin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdeh1 kassasiya şikayəti təmin edilməsin. Şəki Apellyasiya Məhkəməsinin mülki kollegiyasının həmin iş üzrə 19 fevral 2019cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar