Məhkəmə qərarları › İş №2(102)-4740/2020

Ali Məhkəmə Qərar — İş №2(102)-4740/2020

17.11.2020 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-4740/2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçı Cavabdeh1 və Cavabdeh2 qarşı iş üzrə QƏRARİ iş № 2(102)-4740/20 (Açar sözlər: qonşular arasında yol mübahisəsi) 17.11.2020 Hakimlər Xəlilov İsmayıl Kamil oğlu (sədrlik edən və məruzəçi) Əliyev Ələsgər Əliabbas oğlu və Əhmədova Mehparə Tofiq qızından ibarət tərkibdə, Babayeva Məlahət Əfqan qızının katibliyi, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı yolun açılması və dəymiş zərərin ödənilməsi tələbinə dair Gəncə Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(104)-305/2020 nömrəli, xx xxxxxx 2020-ci il tarixli qətnaməsindən cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları İddiaçı və cavabdehlər qonşudurlar. İddiaçının evinə gedən avtomobil yolu cavabdehlərə məxsus torpaq sahəsinin kənarından keçir. İddiaçıya gedən yolun daralması səbəbindən tərəflər arasında mübahisə düşmüşdür. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı Tərtər Rayon Məhkəməsində iddia qaldıraraq, cavabdehlər tərəfindən onun evinə gedən və avtomobil yoluna yeganə çıxış olan yolun açılması, isitfadəyə tam yaralı hala gətirilməsi, eləcədə həmin yoldan keçən ümumi istifadədə olan suyun axınını tənzimləyən azbest-sement borunun və onun qurlaşdırılmasının dəyəri olan 300 manatın cavabdehlərdən alınaraq ona ver ilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmalkın Kadastrı və Ünvan Reyestri Xidmətinin xx xxxxxxxx 2017-ci il tarixli 7/515 nömrəli mütəxəssis rəyinə əsasən, Tərtər rayonunun Sarov bələdiyyəsinin yerquruluşu planında Sarov kəndində yaşayan İddiaçı yaşadığı evinə gedən 6,8 metr enində avtomobil yolu nəzərdə tutulmuşdur. Hazırda həmin avtomobil yolu mövcud olmaqla bələdiyyə mülkiyyətinə məxsus ümumi istifadəli torpaq sahəsidir. Həmin yolun qərb tərəfindən eni 1,2 metr, uzunluğu isə 40 metr olmaqla 48 kv.m hissəsi Cavabdeh1 və Cavabdeh2 tərəfindən ətrafı setka ilə çəpərlənməklə öz həyətyanı torpaq sahəsinə qatılmışdır. Bunun nəticəsində yolun eni daralmış, həmin yoldan keçən ümumi istifadədə olan suyun axımın ı tənzimləyən azbest turba cavabdehlər tərəfindən sındırlmaqla həm yola, həmdə turbaya ziyan vurlumuşdur. Tərtər Rayon Məhkəməsinin xx xxxxxx 2017-cı il tarixli 2(061)-1568/2017 nömrəli (hakim M.Məmmədov) qətnaməsi ilə iddia təmin edilərək cavabdehlər Cavabdeh1 və Cavabdeh2 Tərtər rayonun Sarov kəndində qonşu olduqları İddiaçı umumi istifadələrində olan yoldan və su xəttindən istifadə ilə əlaqədar maneçiliklərinə son qoyulması, cavabdehlər tərəfindən həmin ümumi istifadədə olan yolun qərb tərəfindən eni 1,2 metr, uzunluğu isə 40 metr olmaqla 48 kv.m hissəsinə çəkilmiş çəpər sökülməklə yolun açılması və əvvəkli vəziyyətinə qaytarılması, habelə yolun tutulması nəticəsində həmin yoldan keçən ümumi istifadədə olan suyun axımını tənzimləyən azbes-sement borunun sındırlması ilə əlaqədar iddiaçıy a vurulmuş ziyanın miqdarı olan 300 manat məbləğində pulun cavabdehlərdən tutulub iddiaçıya ödənilməsi qət edilmiş, məhkəmə xərcləri bölühdürülmüşdür. Məhkəmə Mülki Məcəllənin 6, 152, 170, 171, 172, 176-cı maddələrinə istinad edərək mövqeyini belə əsaslandırmışdır ki, iddiaçı və cavabdeh qonşu olmaqla ümumi istifadələrində olan yolla bağlı hüquqlarını sərbəst, heç kəsin müdaxiləsi olmadan həyata keçirməlidirlər və həmin yoldan istifadə ilə əlaqədar bir-birlərinə mane olmamalıdırlar. Apelyasiya instansiyası məhkəməsindəki icraat Həmin icraatda yenidjən ekspertiza keçirilmiş və Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx xxxxxx 2019-cu il atrixli 26090 nömrəli ekspert rəyinə əsasən, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əm alkın Kadastrı və Ünvan Reyestri Xidmətinin Migəçevir LTİ-nin mühəndisi Əvəz Salahovun tərtib etdiyi mütəxəssis rəyində qeyd olunur ki, İddiaçı və onun ailə üzvlərinə torağın mülkiyyətə verilməsinə dair JN-170F (KOD ********) nömrəli şəhadətnamə ilə mülkiyyətə verilmiş, Tərtər rayon Sarov kənd ərazi vahidinin hüdudları daxilində yerləşən həyətyanı torpaq sahəsinə və evinə gedən avtomobil yoluna yeganə çıxış olan Sarov kəndində torpaq islahatı ilə əlaqədar tərtib edilmiş yerquruluşu planında nəzərdə tutulmuş yolun 48 kv.m hissəsini cavabdehlər Cavabdeh1 və X1 hal-hazırda öz istifadələrində olan həyətyanı torpaq sahəsinə əlavə etməklə istifadə edirlər. Gəncə Apellyasiya Məhkəməsinin (hakimlər-R.Muradov (sərlik edən və məruzəçi), Ş.Əliyeva, Ə.Məmmədov) xx xxxxxx 2020-ci il tarixli, 2(104)-3 05/20 nömrəli qətnaməsi ilə Tərtər Rayon Məhkəməsinin xx xxxxxx 2017-cı il tarixli 2(061)-1568/2017 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmış, ümumilikdə ekspertiza tədqiqatına sərf olunmuş 117,20 manat cavabdehlər Cavabdeh1 və Cavabdeh2n aid edilmişdir. Apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin gəldiyi nəticə və əsaslandırma ilə razılaşmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Kassasiya şikayətinin dəlilləri Cavabdehlər kassasiya şikayəti verərək qətnamənin ləğv, işin yenidən baxılması üçün apelyasiya instansiyası məhkəməsinə göndərilməsini xahiş etmişlər. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən ekspertiza təyin edilən zaman ekspertlər qarşısında qoyulmuş sualların heç birisi qərardadda öz əksini tapmamışdır. Həmçinin apelyasiya məhkəməsi iş üzrə mübahisəni həll edərkən mübahisənin mahiyyəti üzrə həllinə lazımi təşəbbüs göstərməmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları İddiaçı və digər Cavabdeh2 Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 67.1-ci maddəsinin tələblərinə əməl etməmiş, vəkilin iştirakı olmadan məhkəmə iclasına gəlmişlər. Ona görə məhkəmə kollegiyası onlarin izahatını dinləməmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmalarına baxmayaraq iş üzrə digər cavabdeh məhkəmə iclasına gəlmədiyi üçün Məhkəmə kollegiyası MPM-in 415.3-cü maddəsinə əsasən, işə digər cavabdehin i ştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 170-ci maddəsi(qonşuluq hüququ). Maddə 170.2. qonşu torpaq sahələrinin və ya digər daşınmaz əmlakın mülkiyyətçiləri, qanunda nəzərdə tutulmuş hüquq və vəzifələrindən əlavə, bir-birinə qarşılıqlı hörmət bəsləməlidirlər. Maddə 239 torpaq sahəsinə buraxılma Maddə 239.1 fiziki şəxslər dövlət və bələdiyyə mülkiyyətində olan, hamının buraxılması üçün açıq torpaq sahəsində heç bir icazə almadan sərbəst ola bilər və həmin sahələrdə olan təbiət obyektlərindən qanunvericiliyin, habelə müvafiq torpaq sahəsi mülkiyyətçisinin yol verdiyi hədlərdə istifadə edə bilər. Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin 18-ci maddəsinin 2-ci bəndinə görə küçə və yol kimi nəzərdə tutulan torpa q sahələri ümumi istifadədə olan torpaq sahələridir. Həmin Məcəllənin 20-ci maddəsinə görə, yaşayış məntəqələrinin torpaqlarından onların baş planlarına, ərazinin planlaşdırılması və tikintisi layihələrinə və eləcə də yerquruluşu-təsərrüfat planlarına müvafiq surətdə istifadə edilir. “Avtomobil yolları haqqında” Azərbaycan Respublikası Qanunun 7-ci maddəsinin birinci yarımbəndinə görə, bələdiyyə avtomobil yollarına şəhərlərin və rayon mərkəzlərinin məhəllədaxili yolları, habelə kənd və qəsəbələrin ərazisində yerləşən və onların mülkiyyətində olan bələdiyyə yolları bələdiyyə qurumlarının ərazi hüdüdlarında avtomobil və başqa nəqliyyat əlaqələrini təmin edir. Küçələr, keçidlər, ictimai nəqliyyat xətləri, digər yollar və yol qurğuları aiddir. Həmin Qanunun 7-ci maddəsinin üçüncü yarımbəndinə görə, bələdiyyə yollarında istifadə qaydalarını bələdiyyə bu qanunun tələblərinə uyğun olaraq müəyyənləşdirir. Həmin Qanunun 8-ci maddəsinə görə özəl avtomobil yollarına hüquqi və fiziki şəxlərin xüsusi mülkiyyətində olan qeyri-dövlət avtomobil yolları aiddir. Həmin Qanunun 13-cü maddəsinin dördüncü yarımbəndinə görə ümumi istifadədə olan bələdiyyə yollarının yerləşdiyi torpaq sahələri də bələdiyyə mülkiyyətinə aid edilir. Həmin Qanunun 13-cü maddəsinin altıncı yarım bəndinə görə, ümumi istifadədə olan avtomobil yollarının torpaq sahələrində müvafiq icra hakimiyyəti orqanının razılığı olmadan və ya verilmiş razılıq şərtləri pozulmaqla inşa edilmiş hər cür tikili və qurğular qanunsuz hesab edilir. Qanunsuz tikili və qurğuların inşasına yol vermiş hüquqi və fiziki şəxslər, onları bu Qanunla və Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə müəyyən edilmiş qaydada öz qüvvəsi və (və ya) vəsaiti hesabına sökməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Maddə

416. Kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya baxışının hədləri Hazırkı kassasiya şikayətində qətnamə cavabdehlər tərəfindən tam mübahisələndirildiyindən apelyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, i ş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Kassasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur. Belə ki, İddiaçı cavabdehlər Cav abdeh1 və Cavabdeh2 ilə eyni küçədə yaşayırlar və eyni yoldan istifadə edirlər. Lakin cavabdehlər ümumi istifadədə olan yolun bir hissənin zəbt edərək maneələr yaratmışlar və ümumi istifadədə olan suyun axınını təmizləyən azbes-sement borunu sındırmışlar, ona görə də iddiaçı hazırki iddia tələbi ilə məhkəməyə müraciət etmiş, işə baxan birinci instansiya məhkəməsi də Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmalkın Kadastrı və Ünvan Reyestri Xidmətinin xx xxxxxxxx 2017-ci il tarixli 7/515 nömrəli mütəxəssis rəyinə əsaslanaraq iddia tələbini təmin etmişdir. Həmçinin apelyasiya icraaatı zamanı cavabdehlər tərəfindən torpaq sahəsinin zəbt olunmasının müəyyənləşdirilməsi, cavabdehlərin mübahisəli torpaq sahəsinə hər hansı təsirlərinin olub-olmamasını müəyyən e tmək üçün iş üzrə tikinti-texniki və torpaqşünaslıqyerquruluşu ekspertizaları təyin edilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx xxxxxx 2019-cu il atrixli 26090 nömrəli ekspert rəyi müəyyən olunmuşdur ki, İddiaçı və onun ailə üzvlərinə torağın mülkiyyətə verilməsinə dair JN-170F (KOD ********) nömrəli şəhadətnamə əsasında mülkiyyətlərinə verilmiş Tərtər rayon Sarov kənd ərazi vahidinin hüdudları daxilində yerləşən həyətyanı torpaq sahəsinə və evinə gedən avtomobil yoluna yeganə çıxış olan və Sarov kəndində torpaq islahatı ilə əlaqədar tərtib edilmiş yerquruluşu planında nəzərdə tutulmuş yolun 48 kv.m hissəsi cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tərəfindən tutularaq istifadələrində olan həyətyanı torpaq sahəsinə əlavə edilmişdir. Göründüyü kimi cava bdehlər tərəfindən ümumi istifadədə olan yolun 48 kv.m hissəsi əsassız olaraq zəbt olunmuş və bunun nəticəsi olaraqda iddiaçının yoldan istifadəsi məhdudlaşmışdır. Bundan əlavə işdə olan xx xxxx 2017-ci il tarixli aktdan görünür ki, su axıdılan azbes durması cavabdehlər tərəfindən yararsız hala salınmışdır. Qeyd olunanları nəzərə alaraq Kollegiya belə qənaətə gəlir ki, apelyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti təmin olunmamalıdır. Göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(104)-305/2020 nömrəli iş üzrə xx xxxxxx 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qətid

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar