Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-4742/2021 14.09.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı: İddiaçı İB Cavabdeh1 oğluna qarşı iş üzrə QƏRARİ iş № 2(102)-4742/21 (Açar sözlər: dəymiş maddi zərərin əvəzinin ödənilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının hakimləri Əhmədov Əhməd Abbas oğlu (sədrlik edən, məruzəçi), Həsənov Vüqar Təvəkgül oğlu və Şəfiyev İspəndiyar Əsəd oğlundan ibarət tərkibdə, Əzimova Səbinə Yaşar qızının katibliyi, İddiaçı: İddiaçı İB-nin vəkili Nümayəndə iştirakları ilə, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 15 mart 2021-ci il tarixli, 2(103)2988/2021 saylı qətnaməsindən İddiaçı İB kassasiya şikayəti üzrə işə 14 sentyabr 2021-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları İşin hallarına görə, İddiaçı İB-yi məhkəmədə Cavabdeh1 qarşı iddia qaldıraraq, təbii qazdan istifadəyə görə yaranmış 9.451,74 manat borcun tutulub onun xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş edib. Birinci instansiya məhkəməsində icraat Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 14 sentyabr 2020-ci il tarixli qətnaməsi ilə (sədrlik edən, hakim R.H.Xəzri) iddia qismən təmin edilərək, cavabdehdən 653,70 manat pulun tutulub iddiaçıya ödənilməsi və qalan hissədə iddianın rədd olunması qət edilib. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni belə əsaslandırıb ki, tərəflər arasında “Qaz paylayıcısı ilə sənaye qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı haqqında” 25 a prel 2017-ci il tarixli müqavilə bağlanıb. İddiaçı tərəfindən cavabdeh barəsində 14 sentyabr 2016-cı il tarixli akt əsasında 172,80 manat; 16 noyabr 2016-cı il tarixli akt əsasında 285,10 manat; 06 dekabr 2016-cı il tarixli akt əsasında 115,20 manat; 30 dekabr 2016-cı il tarixli akt əsasında 80,60 manat; 07 fevral 2017-ci il tarixli akt əsasında 396 manat; 09 mart 2017-ci il tarixli akt əsasında 242,40 manat; 26 may 2017-ci il tarixli akt əsasında 322,40 manat; 02 iyun 2017-ci il tarixli akt əsasında 189,60 manat; 18 oktyabr 2017-ci il tarixli akt əsasında 220,80 manat; 25 yanvar 2018-ci il tarixli akt əsasında 475,60 manat; 23 fevral 2018-ci il tarixli akt əsasında 284,40 manat; 27 mart 2018-ci il tarixli akt əsasında 255,80 manat; 27 aprel 2018-ci il tarixli akt əsasında 284,40 manat; 21 may 2018-ci il tarixli akt əsasında 58,80 manat; 13 iyun 2018-ci il tarixli akt əsasında 133,20 manat; 26 iyul 2018-ci il tarixli akt əsasında 133,20 manat; 28 avqust 2018-ci il tarixli akt əsasında 133,20 manat; 19 sentyabr 2018-ci il tarixli akt əsasında 133,20 manat 31 oktyabr 2018-ci il tarixli akt əsasında 66,60 manat; 30 noyabr 2018-ci il tarixli akt əsasında 142,20 manat; 28 dekabr 2018-ci il tarixli akt əsasında 142,20 manat; 31 yanvar 2019-cu il tarixli akt əsasında 142,20 manat; 28 fevral 2019-cu il tarixli akt əsasında 142,20 manat; 29 mart 2019-cu il tarixli akt əsasında 142,20 manat; 30 aprel 2019-cu il tarixli akt əsasında 142,20 manat; 30 may 2019-cu il tarixli akt əsasında 32,40 manat; 28 iyun 2019-cu il tarixli akt əsasında 32,40 manat; 31 iyul 2019-cu il tarixli akt əsas ında 32,40 manat; 30 avqust 2019-cu il tarixli akt əsasında 32,40 manat; 30 sentyabr 2019-cu il tarixli akt əsasında 32,40 manat; 30 oktyabr 2019-cu il tarixli akt əsasında 32,40 manat; 29 noyabr 2019-cu il tarixli akt əsasında 142,20 manat; 30 dekabr 2019-cu il tarixli akt əsasında 295,20 manat; 30 yanvar 2020-ci il tarixli akt əsasında 295,20 manat; 28 fevral 2020-ci il tarixli akt əsasında 295,20 manat; 18 mart 2020-ci il tarixli akt əsasında 177,10 manat; 30 aprel 2020-ci il tarixli akt əsasında 413,30 manat borc hesablanıb. Cavabdeh 2016-cı ildə qeyri-qanuni olaraq təbii qazdan istifadə etməsini göstərib, iddia tələbini yalnız həmin hissədə etiraf edib. 2016-cı ildə tərtib edilmiş 4 akta əsasən, iddiaçı tərəfindən cavabdeh barəsində 172.80 manat, 285.10 manat, 115.20 manat və 80.60 ma nat olmaqla, cəmi 653.70 manat borc hesablanıb. Lakin iddiaçı, cavabdeh tərəfindən etiraf edilən aktlar istisna olmaqla digər aktlar əsasında itirilmiş qazın bərpasına görə zərərin yarandığını iddia etsə də, tələb edilən məbləğdə cavabdehin borcunun olmasına dair əsaslı və mötəbər sübutları məhkəməyə təqdim etməyib. Həmçinin sözügedən aktlar yalnız iddiaçı təşkilatın əməkdaşları tərəfindən tərtib edilib imzalanıb və cavabdehin həmin aktları imzalamaqdan imtina etməsi orada qeyd edilməyib. Belə olan halda aktların mötəbərliyi şübhə doğurur və həmin aktlara əsasən cavabdehin iddiaçıya göstərilən məbləğdə maddi zərər vurması nəticəsinə gəlmək yolverilməzdir. Ona görə də iddia qismən təmin edilməlidir. Birinci instansiya məhkəməsi hüquqi mövqeyini Mülki Məcəllənin 21.1, 21.2, 443.1, 443.2, 4 48.1, 448.2-ci maddələrinin və digər maddi, prosessual hüquq normalarının tələbləri ilə əsaslandırıb. İddiaçı apellyasiya şikayəti verərək iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilib, iddianın tam təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş edib. Apellyasiya instansiyası məhkəməsində icraat Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 15 mart 2021-ci il tarixli qətnaməsi ilə (hakimlər V.N.Sadıqov sədrlik edən, məruzəçi, Q.A.Əsgərov və A.N.İmanov) apellyasiya şikayəti təmin edilmədən, iş üzrə Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 14 sentyabr 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılıb. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni belə əsaslandırıb ki, birinci instansiya məhkəməsi iddianı qismən təmin etməklə düzgün nəticəyə gəlib, madd i və prosessual hüquq normalarının tələblərini hazırki mülki mübahisəyə düzgün tətbiq edib. Apellyasiya instansiyası məhkəməsi hüquqi mövqeyini Mülki Məcəllənin 21.1, 443.1, 448.2-ci maddələrinin və digər maddi, prosessual hüquq normalarının tələbləri ilə əsaslandırıb. Kassasiya instansiyası məhkəməsində icraat Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları Kassasiya şikayətinin dəlilləri İddiaçı kassasiya şikayəti verərək iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissədə ləğv edilib, həmin hissədə iddianın təmin edilməsi və ya mübahisələndirilən hissədə mülki işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə qaytarılması barədə yeni qərar qəbul edilməsini xahiş edib. Kassasiya şikayəti belə əs aslandırılıb ki, apellyasiya instansiyası məhkəməsi mübahisələndirilən hissədə işə baxarkən maddi və prosessual hüquq normalarının tələblərini pozub və iş üzrə düzgün olmayan qətnamə qəbul edib. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri Kassasiya şikayətinə dair etiraz ərizəsi daxil olmayıb. Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə iclasında İddiaçı İB-nin vəkili Nümayəndə kassasiya şikayətində göstərilənlərə uyğun olaraq izahat verdi. Cavabdeh1 məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilsə də üzrsüz səbəblərdən məhkəmə iclasına gəlmədiyi üçün kassasiya instansiyası məhkəməsi Azərbaycan Respublikası MPM-nin 415.3-cü maddəsinə əsasən onun iştirakı olmadan işə baxılmasını mümkün hesab etdi. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsi: Həmin Məcəllənin 21.1-ci maddəsinə əsasən, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən, zərər dedikdə hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Mülki Məcəllənin 443.1-ci maddəsinə əsasən, öhdəliyi icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Həmin Məcəllənin 448.2-ci maddəsinə əsasən, bor clu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşıyır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir (MPM-nin 407.2-ci maddəsi). Kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (MPM-nin 416-cı maddəsi). Kassasiya baxışının hədləri Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək mülki iş materiallarında olan birinci və apellyasiya instansiyası məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə edilmiş və araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad etməsi kassasiya instansiyası məhkəməsinin işin faktiki hallarını araşdırması kimi qiymətləndirilməməlidir. İddaçının kassasiya şikayətində iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsi iddianın təmin olunmayan hissəsində mübahisələndirildiyindən, qətnamənin əsaslılığı kassasiya şikayətinin dəlilləri hüdudlarında yalnız mübahisələndirilən hissədə yoxlanılmalıdır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi Kassasiya instansiyası məhkəməsi mübahisələndirilən hissədə apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə ilə razılaşmayıb hesab edir ki, apellyasiya instansiyası məhkəməsi həmin hissədə işə baxarkən maddi və prosessual hüquq normalarının tələblərini pozub. Belə ki, tərəflər arasında bağlanmış “Qaz paylayıcısı ilə sənaye qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı haqqında” 25 aprel 2017-ci il tarixli müqaviləyə əsasən, iddiaçı cavabdehə kifayət həcmdə təbii qaz verməyi, cavabdeh isə öz növbəsində istifadə etdiyi qaz üçün müvafiq məbləğdə və müəyyən olunmuş qaydada ödəməni həyata keçirməyi öhdələrinə götürüblər. Eyni zamanda işdən görünür ki, iddiaçı tərəfindən cavabdeh barəsində 14 sentyabr 2016-cı il tarixli akt əsasında 172,80 manat; 16 noyabr 2016-cı il tarixli akt əsasında 285,10 manat; 06 dekabr 2016-cı il tarixli akt əsasında 115,20 manat; 30 dekabr 2016-cı il tarixli akt əsasında 80,60 manat; 07 fevral 2017-ci il tarixli akt əsasında 396 manat; 09 mart 2017-ci il tarixli akt ə sasında 242,40 manat; 26 may 2017-ci il tarixli akt əsasında 322,40 manat; 02 iyun 2017-ci il tarixli akt əsasında 189,60 manat; 18 oktyabr 2017-ci il tarixli akt əsasında 220,80 manat; 25 yanvar 2018-ci il tarixli akt əsasında 475,60 manat; 23 fevral 2018-ci il tarixli akt əsasında 284,40 manat; 27 mart 2018-ci il tarixli akt əsasında 255,80 manat; 27 aprel 2018-ci il tarixli akt əsasında 284,40 manat; 21 may 2018-ci il tarixli akt əsasında 58,80 manat; 13 iyun 2018-ci il tarixli akt əsasında 133,20 manat; 26 iyul 2018-ci il tarixli akt əsasında 133,20 manat; 28 avqust 2018-ci il tarixli akt əsasında 133,20 manat; 19 sentyabr 2018-ci il tarixli akt əsasında 133,20 manat 31 oktyabr 2018-ci il tarixli akt əsasında 66,60 manat; 30 noyabr 2018-ci il tarixli akt əsasında 142,20 manat; 28 dek abr 2018-ci il tarixli akt əsasında 142,20 manat; 31 yanvar 2019-cu il tarixli akt əsasında 142,20 manat; 28 fevral 2019-cu il tarixli akt əsasında 142,20 manat; 29 mart 2019-cu il tarixli akt əsasında 142,20 manat; 30 aprel 2019-cu il tarixli akt əsasında 142,20 manat; 30 may 2019-cu il tarixli akt əsasında 32,40 manat; 28 iyun 2019-cu il tarixli akt əsasında 32,40 manat; 31 iyul 2019-cu il tarixli akt əsasında 32,40 manat; 30 avqust 2019-cu il tarixli akt əsasında 32,40 manat; 30 sentyabr 2019-cu il tarixli akt əsasında 32,40 manat; 30 oktyabr 2019-cu il tarixli akt əsasında 32,40 manat; 29 noyabr 2019-cu il tarixli akt əsasında 142,20 manat; 30 dekabr 2019-cu il tarixli akt əsasında 295,20 manat; 30 yanvar 2020-ci il tarixli akt əsasında 295,20 manat; 28 fevral 2020-ci il tarixli akt əs asında 295,20 manat; 18 mart 2020-ci il tarixli akt əsasında 177,10 manat; 30 aprel 2020-ci il tarixli akt əsasında 413,30 manat borc hesablanıb. Hazırda iddiaçı, cavabdehdən təbii qazdan istifadəyə görə yaranmış borca 9.451,74 manat pulun tutulub ona ödənilməsini iddia edir. Cavabdeh isə 2016-cı ildə qeyri-qanuni olaraq təbii qazdan istifadə etdiyini və iddia tələbini yalnız həmin hissədə etiraf etdiyini bildirib. Apellyasiya instansiyası məhkəməsi, cavabdehin etiraf etdiyi aktlar istisna olmaqla, digər aktlar üzrə itirilmiş qazın bərpasına görə cavabdehin borcunun olduğunu iddia etsə də, tələb edilən məbləğdə onun borcunun olmasına dair əsaslı və mötəbər sübutları məhkəməyə təqdim etmədiyini, sözügedən aktların yalnız iddiaçının əməkdaşları tərəfindən tərtib edilib imzalandığını, cavabde hin aktları imzalamaqdan imtina etməsinin isə orada qeyd edilmədiyini, belə olan halda həmin aktların mötəbərliyinin şübhə doğurduğunu göstərsə də, kassasiya instansiyası məhkəməsi bununla razılaşmır. Belə ki, əvvəla, apellyasiya instansiyası məhkəməsi, işə əlavə edilmiş sübutlar, o cümlədən ödəniş cədvəlləri, aktlar və cavabdehə aid saldo üzrə sonuncunun qaz xəttinə yalnız 2016-cı ildə qoşulması ilə bağlı işin hallarını kifayət qədər araşdırmayıb. Həmçinin, cavabdeh tərəfindən faktın etiraf olunmasının əslində işin hallarının gizlədilməsi məqsədi ilə edilməsini nəzərə almayıb və bununla da Mülki Prosessual Məcəllənin 106.4-cü maddəsinin tələblərini pozub. Halbuki, həmin maddənin mənasına görə, məhkəmə faktın etiraf olunmasının işin hallarının gizlədilməsi məqsədi ilə... baş verməsinə şübh ə edirsə, etirafı qəbul etmir. Bu halda həmin faktlar ümumi qaydada sübut olunmalıdır. Digər tərəfdən, işə əlavə edilmiş 02 iyun 2017-ci il tarixli, 080625 saylı aktın surətindən görünür ki, cavabdeh həqiqətən təbii qazdan sayğacdan kənar istifadə etməsini və beləliklə də həmin faktı sözügedən aktı imzalamaqla təsdiq edib. Apellyasiya instansiyası məhkəməsi, bu hala diqqət yetirmədən və iddiaçının tələbinin əsası kimi istinad etdiyi halları təsdiq etmək üçün məhkəməyə təqdim etdiyi çoxsaylı aktlarda, o cümlədən 02 iyun 2017-ci il tarixli, 080625 saylı aktda göstərilən faktlar üzrə heç araşdırma aparmadan, həmin sübutlara Mülki Prosessual Məcəllənin 14.2, 80 və 88-ci maddələrinin tələbləri baxımından hüquqi qiymət vermədən, cavabdehin etiraf etdiyi aktlar üzrə istisna olmaqla, digər aktlar üzrə itirilmiş qazın bərpasına görə zərərin yaranmasına dair işin halları üzrə səhv nəticəyə gəlmişdir. Eyni zamanda, apellyasiya instansiyası məhkəməsi, sözügedən aktların tərtib edildiyi sentyabr 2016-cı ildən-iyun 2020-ci il tarixədək olan dövr ərzində cavabdeh tərəfindən təbbi qazdan istifadəyə görə hansı məbləğdə ödənişlərin edilməsinə dair işin hallarını tam, hərtərəfli və obyektiv araşdırmadan, yalnız cavabdehin etiraf etdiyi faktı nəzərə alaraq birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmışdır. Halbuki, işə əlavə edilmiş cavabdehin adına qeydiyyata alınmış və iş üçün əhəmiyyətli olan hallar barədə məlumat verən “smart tipli” qaz sayğacı üzrə abonent saldosundan görünür ki, cavabdeh tərəfindən aktların tərtib edildiyi sentyabr 2016-cı ildən-iyun 2020-ci il tarixədək o lan dövr ərzində “smart tipli” qaz sayğacı üzrə iddiaçının hesabına cəmi 2 manat ödəniş edilib. Apellyasiya instansiyası məhkəməsi, ümumiyyətlə iddia olunan dövrlərdə iddiaçının təbbi qazdan istifadə edib-etməməsi ilə bağlı işin hallarını lazımi qaydada araşdırmayb. Hazırda iddia ərizəsində, cavabdehin təbii qazdan qeyri-qanuni istifadə etməsi nəticəsində tərtib edilmiş aktlara görə 7.037,90 əsas manat, əvvəlki illərə görə 2.413,84 manat qalıq borcunun olduğu iddia olunur. Apellyasiya instansiyası məhkəməsi, iddianın qalıq borcu tələbinə aid hissəsinə ümumiyyətlə münasibət bildirməyib və bununla da Mülki Prosessual Məcəllənin 218.1, 218.3, 392.1.5-ci maddələrinin tələblərini pozub. Halbuki, həmin maddələrin mənasına görə, qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmi yyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən etməlidir. Hakim işdə iştirak edən şəxslərin verdiyi bütün tələblər üzrə qətnamə çıxarmalıdır. Eyni zamanda apellyasiya instansiyası məhkəməsinin qətnaməsində məhkəmənin nəticəyə gəlməsi barədə motivlər və məhkəmənin rəhbər tutduğu qanunlar da göstərilməlidir. “Qaz təchizatı haqqında” Azərbaycan Respublikası Qanunun 6.2-ci maddəsinə əsasən, bilərəkdən (qəsdən) qaz qurğu sahibindən icazəsiz qaz alan cavabdeh şəxs, qaz qurğusu sahibinə vurulmuş zərərin əvəzini ödəmək vəzifəsi daşıyır. Həmin Qanunun 22-ci maddəsində göstərilir ki, bu Qanunu pozan hüquqi və fizik i şəxslər Azərbaycan Respublikası qanunvericiliyinə uyğun məsuliyyət daşıyırlar. Mülki Məcəllənin 443.1-ci maddəsinə əsasən, öhdəliyi icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Həmin Məcəllənin 448.2-ci maddəsinə əsasən, borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşıyır. Bu baxımdan kassasiya instansiyası məhkəməsi, iddiaçının kassasiya şikayətinin dəlillərini əsaslı sayır və hesab edir ki, işdə olan sübutları təhlil etmədən, onların mötəbərliyini yoxlamadan işin bu və ya digər faktiki hallarının müəyyən edilmiş və ya müəyyən edilməmiş hesab edilməsi yolverilməzdir və işin məhkəmə tərəfindən müəyyən edilmiş hesab olunan hər bir halı barəsində məhkəmənin gəldiyi yekun nəticə işdə olan sübutlarla təsdiq olunmalıdır. Məhkəmə yalnız sübutl arı sadalamaqla kifayətlənməməli, onları əlaqəli şəkildə şərh etməli, bu və ya digər sübutun qəbul edilib-edilməməsinin səbəblərini qətnamədə aydın izah etməlidir. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 noyabr 2005-ci il tarixli, 4 saylı qərarında da məhkəmələrə məhz bu qaydalara əməl etmələri tövsiyə olunub. Azərbaycan Respublikası MPM-nin 418.1-ci maddəsinə əsasən maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadının ləğv edilməsi üçün əsasdır. Kassasiya instansiyası məhkəməsi işin yuxarıda müəyyən edilmiş həqiqi hallarını və sadalanan maddi və prosessual hüquq normalarının tələblərini nəzərə alıb, kassasiya şikayətində göstərilən digər dəlilləri də müzakir ə edib hesab edir ki, kassasiya şikayəti təmin edilməli, iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə ləğv edilməli, mülki iş həmin hissədə yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə qaytarılmalı, işə yenidən apellyasiya qaydasında baxılarkən sadalanan nöqsanlar aradan qaldırılmaqla yanaşı, işin hərtərəfli, tam və obyektiv tədqiqinə nail olmaq üçün lazım olan bütün tədbirlər görülməli və araşdırılan sübutlara Azərbaycan Respublikası MPM-nin 88-ci maddəsinin tələbləri baxımından düzgün hüquqi qiymət verilməlidir Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 416, 417 və 419-cu maddələrinin tələblərini rəhbər tutaraq, kassasiya instansiyası məhkəməsi Qərara aldı: İddiaçı İB kassasiya şikayəti təmin edilsin. İş üzrə B akı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 15 mart 2021-ci il tarixli, 2(103)-2988/2021 saylı qətnaməsi qismən- iddianın təmin olunmayan hissəsində ləğv edilsin, mülki iş həmin hissədə yenidən baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə qaytarılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-4742/2021
Ali Məhkəmə Qərar — İş №2(102)-4742/2021
14.09.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver