Məhkəmə qərarları › İş №2(102)-4743/2019

Ali Məhkəmə Qərar — İş №2(102)-4743/2019

01.07.2019 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-4743/2019 01.07.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyası, hakimlər Əsgərov Qürbət Ağa oğlunun sədrliyi və məruzəsi ilə, Vəliyeva Elşanə Rafiq qızı və Hacıyev Sənan Firudin oğlundan oğlundan ibarət tərkibdə, Əkbərli Əkbər Eldar oğlunun katibliyi ilə, Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasının 11 fevral 2019-cu il tarixli qətnaməsindən Cavabdeh1, Cavabdeh2 və vəkili Vəkil kassasiya şikayəi üzrə işə baxaraq, MÜƏYYƏN ETDİ: Bakı şəhəri, Nəsimi Rayon Məhkəməsinin 21 fevral 2017-ci il tarixli qətnaməsi ilə iddia tələbi qismən təmin edilərək, iddiaçı Cavabdeh2 416.458,97 ABŞ dolları əsas bo rc, 111.467,24 ABŞ dolları faiz borcu, 4000 ABŞ dolları cərimə borcu olmaqla, cəmi 531.926,21 ABŞ dolları (tutulduğu anda Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən manatın ABŞ dollarına münasibətdə müəyyən edilmiş məzənnəsi nəzərə alınmaqla manat hesabı ilə) məbləğində pulun, habelə 31 manat xərcin və 30 manat ödənilmiş dövlət rüsumunun İddiaçı-yə ödənilməsi, tutmanın ipotekaya qoyulmuş Cavabdeh2 məxsus ünvan 1 ünvanda yerləşən mənzilə yönəldilməsi, həmin mənzilin ilkin satış qiymətinin 515.000 (beş yüz on beş min) manat məbləğində müəyyən edilməklə, açıq hərracda satılması, satışdan əldə olunmuş vəsait hesabına Cavabdeh2 İddiaçı-yə olan kredit borcunun ödənilməsi, həmin mənzil satıldıqdan sonra bir ay ərzində cavabdehlər Cavabdeh2 və Cavabdeh1 həmin mənzildən çıxarılması və mənzili n boşaldılması, iddia tələbinin qalan hissədə təmin edilməməsi, «xxxx» MMC tərəfindən aparılmış qiymətləndirmə hesabatının haqqı olan 300 manat və ekspertiza xərcinin cavabdehdən tutulması qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 11 fevral 2019-cu il tarixli, 2(103)-1933/2019 saylı qətnaməsi ilə (hakimlər İ.Xəlilov sədrlik edən, məruzəçi X.Cəmilova və İ.Kərimli) apellyasiya şikayəti təmin edilməyərək həmin iş üzrə Bakı şəhəri, Nəsimi Rayon Məhkəməsinin 21 fevral 2017-ci il tarixli qətnaməsi apellyantlara aid hissədə dəyişdirilmədən saxlanılmışdır. İŞİN HALLARİ: İddiaçı cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı «kredit borcunun tutulması və s.» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktları qəbul edilmişdir. KA SSASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ VƏ TƏRƏFLƏRİN İZAHATLARİ: Cavabdeh1, Cavabdeh2 və vəkili Vəkil kassasiya şikayəti verərək şikayəti onunla əsaslandırmışlar ki, məhkəmənin adı çəkilən qətnaməsi qeyri-qanuni olmaqla birtərəfli qaydada çıxarılmış, iş üçün mühüm əhəmiyyət kəsb edən hallar tam araşdırılmamış, maddi və prosessual hüquq normalarının pozulmasına yol verilmişdir. İşə baxan Bakı Apellyasiya Məhkəməsi qətnaməsində hüquq normalarının kobud surətdə pozulmasına yol vermişdir. Ona görə də Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 11 fevral 2019-cu il tarixli qətnaməsinin ləğv olunmasını və işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsini xahiş edirlər. Məhkəmə kollegiyasının iclasının yeri və vaxtı barədə tərəflərə lazımi qaydada bildiriş göndərilm iş olsa da, tərəflər üzrlü səbəblər olmadan gəlməmişlər. Azərbaycan Respublikası MPM-nin 415.3-cü maddəsinə əsasən kollegiya işə gəlməyən tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə kollegiyası məruzəçini dinləyib, kassasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasının 11 fevral 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən, kassasiya şikayəti isə təmin edilmədən saxlanılmalıdır. HÜQUQ MƏSƏLƏLƏRİ: Azərbaycan Respublikası MPM-nin 416-cı maddəsinin tələbinə görə kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yəni işə bax an birinci instansiya və apellyasiya instansiyası məhkəməsi tərəfindən sübut kimi qəbul olunan faktlara hüquqi qiymət vermir. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, kassasiya instansiyası məhkəməsinin iş materiallarında olan sübutlara və hüquqi faktlara istinad etməsi faktiki halları araşdırma kimi qiymətləndirilməməlidir. Qeyd etmək lazımdır ki, işin faktiki hallarının prosessual qanunvericiliyin tələblərinə riayət edilmədən müəyyən olunması ədalətli məhkəmə araşdırılması hüququnun pozulmasına dəlalət etməklə mübahisənin hüquqi aktlarına təsir göstərə bilər. Apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmişdir ki, İddiaçı ilə Cavabdeh2 arasında imzalanmış 15 aprel 2014-cü il tarixli, ****** saylı kredit müqaviləsindən görünür ki, bank tərəfindən Cavabdeh2 illik 17 faizlə 24 ay müddətinə 640.000 ABŞ dolları məbləğində kredit verilmişdir. İddiaçı ilə Cavabdeh2 arasında bağlanmış 15 faprel 2014-cü il tarixli, *******saylı ipoteka müqaviləsindən görünür ki, tərəflər arasında bağlanmış kredit müqaviləsinin təminatı kimi Cavabdeh2 məxsus olan ünvan 1 ünvanda yerləşən mənzil Bank qarşısında ipoteka ilə yüklü edilmişdir. Evin qiyməti 600.000 manat məbləğində müəyyən edilmişdir. İddiaçı ilə Cavabdeh2 arasında bağlanmış 1 sentyabr 2014-cü il tarixli, *******saylı kredit müqaviləsidən görünür ki, Bank tərəfindən Cavabdeh2 illik 17 faizlə 20 ay müddətinə 125000 ABŞ dolları məbləğində kredit verilmişdir.İddiaçı ilə Cavabdeh2 arasında bağlanmış 05 sentya br 2014-cü il tarixli, ******saylı sonrakı ipoteka müqaviləsindən görünür ki, tərəflər arasında bağlanmış kredit müqaviləsinin təminatı kimi Cavabdeh2 məxsus olan ünvan 1 ünvanda yerləşən mənzil Bank qarşısında ipoteka ilə yüklü edilmiş, evin qiyməti 600.000 manat məbləğində müəyyən edilmişdir.Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında ƏDRX-nin Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestri tərəfindən verilmiş 12.09.2014-cü il tarixli, RX seriyalı, ******* №-li Çıxarışdan görünür ki, Cavabdeh2 məxsus ünvan 1 ünvanda yerləşən İddiaçı-nin xeyrinə ipoteka ilə yüklü edilmiş və daşınmaz əmlakın dövlət reyestrində 2086 nömrəli reyestr kitabında qeydiyyata alınmışdır.İddiaçı-nin Cavabdeh2 ünvanlanmış 24.08.2015-ci il tarixli «ipoteka predmetinə tutman ın yönəldilməsinə dair» bildirişdə qeyd olunmuşdur ki, borc öhdəliyi icra edilmədiyi halda ipoteka predmetinə qanunla müəyyən olunmuş qaydada tutma yönəldiləcəkdir.İddiaçı tərəfindən Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsinə üvanlanmış 26.08.2015-ci il tarixli məktubdan görünür ki, bank Cavabdeh2 məxsus ünvan 1 ünvanda yerləşən mənzilə dair tutmanın yönəldilməsi haqqında bidirişin qeydə alınmasını xahiş etmişdir. İddiaçı tərəfindən verilmiş 07.02.2017-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh2 banka 416.458,97 ABŞ dolları əsas kredit borcu, 111.467,24 ABŞdolları faiz borcu, 67.923,45 ABŞ dolları cərimə borcu, cəmi 595.849,66 ABŞ dolları məbləğində borcu var.“xxxx” MMC tərəfindən verilmiş 23 fevral 20l6-cı il tarixli ekspert rəyindən görünür ki, 23.02.2016-cı il tarixinə ünvan 1 ünvanda yerləşən mənzilin real bazar qiyməti 515.000 manat təşkil etmişdir. Qiymətləndiricinin xidmət haqqı 300 manat təşkil etmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 8690 12 yanvar 2017-ci il tarixli məhkəmə-mühasiballıq ekspertizasının rəyindən görünür ki, İddiaçı ilə Cavabdeh2 arasında bağlanmış 15 aprel 2014-cü il tarixli kredit müqaviləsi üzrə olan ssuda və cari hesabdan çıxarışlarda eyni hesabda bir neçə kredit olduğundan hazırki ekspertizanı aparılmış ödənişlərin hansı kredit üzrə ödənilməsini və Cavabdeh2 İddiaçı-yə olan borcunu müəyyən etmək mümkün olmamışdır. Ekspert tədqiqatının dəyəri 10 manat təşkil etmişdir.18 yanvar 2019-cu il tarixli cavabdeh tərəfindən verilmiş ərizədən görünür ki, 16.01.2019-cu il tarixinə 58000 ABŞ dolları məbləğində ödənişlər edilmiş, birinci instansiya məhkəməsinin qətnaməsi üzrə qalıq borcunu 2019-cu ilin dekabr ayınadək ödəyəcək. Apellyasiya instansiyası məhkəməsinin iş üzrə gəldiyi nəticədən görünür ki, tərəflər arasında kredit və ipoteka müqavilələrinin bağlanması, borc vəsaitinin verilməsi, borclunun müqavilə üzrə götürdüyü öhdəliklərə riayət etməməsi işin mübahisəsiz hallarıdır. Apellyasiya şikayətininin faiz borcu düzgün hesablanmaması, dəbbə pulunun ödənilməsinə dair tərəflər arasında razılıq olmaması barədə dəlili ilə əlaqədar qeyd edilməlidir ki, iş materiallarında olan maliyyə arayışından və hesabdan çıxarışdan görünür ki, əsas borcun məbləğinə faizlər hesablanarkən tərəflər arasında b ağlanmış müqavilə şərtlərinə riayət edilmişdir. Qeyd edilən sənədlərlə cavabdehə hər hansı bir məbləğin artıq hesablanması öz təsdiqini tapmır. Cavabdeh öz növbəsində qeyd etdiyi halları sübut edəcək hər hansı bir sənədi məhkəməyə təqdim edə bilməmişdir. Həmçinin cavabdeh faiz borcunun məbləğini mübahisələndirsə də, onun tərəfindən cəmi 58000 ABŞ dolları məbləğində borcun ödənildiyi ərizə ilə təsdiq etmişdir. Həmin ərizə ilə cavabdeh qətnamə ilə müəyyən edilmiş borcun məbləğini tanıyır və onu ilin sonunadək ödəməyi vəd edir. Nəticə etibarı ilə, qeyd olunan sənədlərlə cavabdehin borcunun düzgün hesablanılması öz təsdiqini tapdığından və borcun artıq hesablanılmasına ehtimal verən hallar aşkar edilmədiyindən məhkəmə cavabdehin bu dəlilini əsassız hesab edir. Bank tərəfindən cavabdehə hesabla nmış borc məbləğinin hesablanmasında hər-hansı səhvə yol verilməsi müəyyən edilməmişdir. Tərəflər arasında cərimənin ödənilməsi barədə razılıq olmasından asılı olmayaraq, kreditor dəbbə pulunu ödənilməsini tələb edə bilər və hesab edir ki, cavabdehdən tutulan cərimənin 4000 ABŞ dolları məbləğində müəyyənləşdirilməsi işin hallarına uyğundur. Bundan başqa həmin məsələyə Bakı Apellyasiya Məhkəməsi bankın şikayəti ilə bağlı (cərimənin kəskin azaldılması barədə) işə baxılarkən qiymət vermişdir. Birinci instansiya məhkəməsinin qətnaməsi faktlar nöqteyi nəzərindən qanuni və əsaslıdır, apellyasiya şikayətinin dəlilləri formal mülahizələrə əsaslanır, məhkəmə qətnaməsinin ləğv edilməsi üçün əsaslar yoxdur, maddi və prosessual hüquq normaları birinci instansiya məhkəməsi tərəfindən düzgün tətbiq olun muşdur. Apellyasiya instansiyasının məhkəmə kollegiyası mübahisəli münasibətlərə aşağıdakı maddi hüquq normalarını tətbiq etmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 462.1. maddəsinə əsasən, dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Həmin Məcəllənin 464.1. maddəsinə əsasən, kreditor qanunla müəyyənləşdirilmiş dəbbə pulunun ödənilməsini, tərəflərin razılaşmasında onun ödənilməsi vəzifəsinin nəzərdə tutulub-tutulmadığından asılı olmayaraq, tələb edə bilər. Həmin Məcəllənin

467. Maddəsinə görə, məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kre ditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsinin nəticələri işin həqiqi hallarına uyğun olmaqla və tərəflərin qarşılıqlı münasibətlərini əks etdirdiyi üçün qanuni və əsaslıdır. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 kassasiya şikayətinin dəlili ilə əlaqədar olaraq kollegiya qeyd edir ki, iddiaçı kredit müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmiş, cavabdeh isə həmin müqavilə üzrə üzərinə düşən öhdəlikləri yerinə yetirməmiş, nəticədə kreditor qarşısında müqavilə üzrə öhdəlikləri yaranmışdır. Cavabdeh həmin öhdəliyin icrasından yayındığı üçün iddiaçı bu tələblə məhkəmə müdafiəsindən istifadə etmək məcburiyyətində qalmışdır. Beləliklə kassasiya icraatı qaydasında işə baxılarkən apellyasiya instans iyası məhkəməsi tərəfindən hazırkı mübahisə araşdırılarkən maddi və prosessual qanunvericiliyin tələblərinin pozulması halı müəyyən edilməmişdir. Belə ki, iradə ifadəsi ilə bağlanmış müqavilənin şərtləri cavabdeh tərəfindən lazımınca icra edilməmiş və nəticədə həmin müqavilənin vaxtında və lazımınca icra edilməməsinə görə məsuliyyəti yaranmışdır. Azərbaycan Respublikasının MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə kоllеgiyаsı hesab edir ki, apellyasiya instansiyası məhkəməsi işin bütün faktiki hallarını tam, hərtərəfli və obyektiv araşdırmış, mübahisə üzrə t ədbiq edilməli olan hüquq normalarını düzgün tətbiq edərək nəticə etibarı ilə qanuni və əsaslı qətnamə çıxarmışdır. Kassasiya şikayətinin dəlilləri qətnamənin ləğvi üçün əsas ola bilməz, ona görə də kassasiya şikayəti təmin edilmədən, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Şərh edilənləri və Azərbaycan Respublikası MPM-nin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdeh1 və Cavabdeh2 kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasının həmin iş üzrə 11 fevral 2019cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar