Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-4744/2019 01.07.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyası, hakimlər Əsgərov Qürbət Ağa oğlunun sədrliyi və məruzəsi ilə, Vəliyeva Elşanə Rafiq qızı və Hacıyev Sənan Firudin oğlundan ibarət tərkibdə, Əkbərli Əkbər Eldar oğlunun katibliyi, İddiaçı, vəkili Vəkil1, Cavabdeh, vəkili Vəkil2 iştirakları ilə, Bakı Apellyasiya Məhkəməsinin MK-nın 01 fevral 2019-cu il tarixli qətnaməsindən İddiaçı və vəkili Vəkil1 kassasiya şikayəti üzrə işə baxaraq, MÜƏYYƏN ETDİ: Bakı şəhəri Nizami rayon Məhkəməsinin 2(007)-4073/2018 saylı 19 noyabr 2018ci il tarixli qətnaməsi ilə İddiaçı Cavabdeh qarşı pul tələbivə mənəvi zərərin ödənilməsi tələbi barədə iddiasının təmin olunmaması qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin MK-nın 01 fevral 2019-cu il tarixli qətnaməsi ilə (sədrlik edən M.Məmmədov, hakimlər X.Sarıyev və E.Şamayev, İş № 2(103)-1659/2019) İddiaçı apellyasiya şikayəti qismən təmin edilərək hazırkı mülki iş üzrə Bakı Şəhəri Nizami Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 19 noyabr 2018-ci il tarixli qətnamə ləğv edilmiş və iş üzrə yeni qətnamə qəbul edilmiş, İddiaçı Cavabdeh qarşı “pul tələbi barədə” iddiası iddia müddətini ötürməsi əsası ilə təmin edilməmiş, apellyasiya şikayətinin verilməsi üçün iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu onun özünə aid edilmişdir. İŞİN HALLARİ: İddia ərizəsi ilə Nizami Rayon Məhkəməsinə müraciət etmiş iddiaçı, onun tərəfindən cavabdehə verilmiş bor cun ödənilməsi məqsədi ilə 10.000 ABŞ dolları, dəymiş maddi zərərinin əvəzinin ödənilməsi məqsədi ilə 5.000 manat, mənəvi ziyanın əvəzinin ödənilməsi məqsədi ilə 2.000 manat, habelə ödənilmiş dövlət rüsumunun əvəzinin – 30 manat məbləğində pulun cavabdehdən onun xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktları qəbul edilmişdir. KASSASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ VƏ TƏRƏFLƏRİN İZAHATLARİ: İddiaçı və vəkili Vəkil1 kassasiya şikayəti verərək şikayəti onunla əsaslandırmışlar ki, məhkəmə tərəfindən maddi hüquq normaları düzgün tətbiq olunmamışdır, sübutlara düzgün qiymət verilməmiş, qanunvericiliyin normaları kobud şəkildə pozulmuş, əsassız olaraq iddia tələbi rədd edilmişdir. Ona görə də apellyasiya instansiya məhkəməsinin 01 fevral 2019-cu il tarixli qətnaməsinin ləğv olunmasını və iddia tələbinin təmin edilməsini xahiş edirlər. Məhkəmə kollegiyasının iclasında İddiaçı və vəkili Vəkil1 kassasiya şikayətinin dəlillərini müdafiə edərək şikayətin təmin edilməsini, Cavabdeh və vəkili Vəkil2 isə kassasiya şikayətinin təmin edilməməsini apellyasiya instansiya məhkəməsinin 01 fevral 2019-cu il tarixli qətnaməsinin dəyişdirilmədən saxlanılmasın xahiş etdilər. Məhkəmə kollegiyası məruzəçini dinləyib, kassasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, Bakı Apellyasiya Məhkəməsinin MK-nın 01 fevral 2019-cu il il tarixli qətnaməsi dəyişdirilmədən, kassasiya şikayəti təmin edilmədən saxlanılmalıdır. HÜQUQ MƏSƏLƏLƏRİ: Azərbaycan Respublikası MPM-nin 416-cı maddəsinin tələbinə görə kassasiya instansiyası məhkəməsi apelly asiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yəni işə baxan birinci instansiya və apellyasiya instansiyası məhkəməsi tərəfindən sübut kimi qəbul olunan faktlara hüquqi qiymət vermir. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, kassasiya instansiyası məhkəməsinin iş materiallarında olan sübutlara və hüquqi faktlara istinad etməsi faktiki halları araşdırma kimi qiymətləndirilməməlidir. Qeyd etmək lazımdır ki, işin faktiki hallarının prosessual qanunvericiliyin tələblərinə riayət edilmədən müəyyən olunması ədalətli məhkə mə araşdırılması hüququnun pozulmasına dəlalət etməklə mübahisənin hüquqi aktlarına təsir göstərə bilər. Apelyasiya instansiyası məhkəməsi işin araşdırılmış halları ilə müəyyən etmişdir ki, 18.09.2011-ci il tarixli “Alğı-satqı müqaviləsindən” görünür ki, İddiaçı mülkiyyətində olan evi X1 25.000 ABŞ dolları müqabilində satmışdır. Yasamal Rayon Polis İdarəsinin İstintaq Şöbəsinin 14.05.2018-ci il tarixli “Sübutların qiymətləndirməsi və cinayət işi üzrə icraata xitam verilməsi” haqqında qərarından görünür ki, qərarın təsviri hissəsində göstərilənlərə əsasən cinayət hadisəsi olmadığından fakta görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə başlanmış ********* nömrəli cinayət icraatına xitam verilmişdir. Hazırki iş üzrə tərəflər arasında borc münasibətlərinin yaranması, yəni iş üzrə cavabdehin iddiaçıdan 20.000 ABŞ dolları məbləğində borc alması və bu borcdan 10.000 ABŞ dolları məbləğində hissəni qaytarması işin mübahisəsiz halıdır. Hazırda tərəflər arasında mübahisə doğuran məsələ cavabdeh tərəfindən iddiaçıdan borc olaraq götürülmüş pulun qalan hissəsinin, yəni 10.000 ABŞ dollarının cavabdeh tərəfindən iddiaçıya qaytarılıb-qaytarılmamasıdır. Apelyasiya instansiyası məhkəməsinin gəldiyi nəticədən görünür ki, iddiaçı apellyasiya şikayətinə əsasən Yasamal RPİ İŞ-nin 14.05.2018-ci il tarixli qərarından cavabdehin iddiaçıdan aldığı 20.000 ABŞ dolları məbləğində pulun 10.000 ABŞ dollarını qaytarmadığı görünür. Bununla bağlı qeyd edilməlidir ki, həmin qərarda şahid qismində dindirilmiş hazırki iş üzrə Cavabdeh ifadəsi öz əksini tapmışdır ki, bu ifadədə 10.00 0 ABŞ dollarının İddiaçı qaytarılmamasına dair etiraf müşahidə edilmir. İstintaq orqanına verilmiş həmin ifadə Cavabdeh məhkəmələrə verdiyi ifadələr ilə eynilik təşkil edir. Qərarda həmçinin qeyd olunmuşdur ki, Cavabdeh İddiaçı borc aldığı 20.000 ABŞ dolları məbləğində puldan 10.000 ABŞ dollarını İddiaçı qaytarması istintaqla sübuta yetirilsə də, qalan 10.000 ABŞ dolları pulun Cavabdeh tərəfindən İddiaçı qaytarılması barədə Cavabdeh göstərdiyi xüsusatlar öz təsdiqini tapmamışdır. Bununla belə, Cavabdeh ilə İddiaçı arasında olan münasibətlər mülki xarakterdə olduğundan borc qismində qalmış 10.000 ABŞ dolları məbləğində pul vəsaitinin məhkəmə qaydasında geri qaytarılmasına dair hüquqları İddiaçı izah olunmalıdır. İddiaçı adıçəkilən qərardad qeyd olunmuş bu xüsusata əsaslanaraq hesab etmişd ir ki, cavabdehin 10.000 ABŞ dolları məbləğində borcu ona qaytarmaması faktı sübuta yetirilmişdir. Borcun tam həcmdə qaytarılmaması faktı mövcud olsa da, iddia tələbi təmin edilə bilməz. Çünki müvafiq borcun məhkəmə qaydasında tələb edilməsi üçün qanunla müəyyən edilmiş iddia müddəti iddiaçı tərəfindən ötürülmüşdür. İş materiallarından isə görünür ki, iş üzrə cavabdehin vəkili tərəfindən Rayon Məhkəməsinə “iddia müddətinin tətbiqi barədə” ərizə versə də (iş v. 70), Rayon Məhkəməsi bu ərizəni nəzərə almamış, işə mahiyyəti üzrə baxaraq iddianı rədd etmişdir. Halbuki, hazırki iddia tələbinə iddia müddəti tətbiq edilməli və bu səbəbdən iddia təmin olunmamalıdır. Göründüyü kimi, müqavilə tələbləri üzrə iddia müddəti üç il təşkil edir. İşin hallarından müəyyən olunur ki, İddiaçı mövcud mübahisə ilə bağlı ilk dəfə 2014-cü ildə hüquq mühafizə orqanlarına müraciət etmişdir. Hazırki iddia ərizəsinin Rayon Məhkəməsinə daxilolma tarixi isə 09.10.2018-ci il tarixidir. Buradan da o nəticəyə gəlinir ki, iddiaçı tərəf qanunla müəyyən olunmuş iddia ərizəsini iddia müddətini ötürməklə vermişdir. Həmçinin işə apellyasiya qaydasında baxılan zaman iddiaçı tərəf iddia ərizəsinin gec təqdim olunmasına səbəb kimi iş üzrə aparılan istintaqın yekun nəticəsini gözləməkdə olduğunu, son qərarın 2018-ci ildə verildiyini və iddia ərizəsini də bu səbəbdən yuxarıda göstərilən tarixdə məhkəməyə təqdim etdiyini bildirmişdir. Qeyd edilməlidir ki, göstərilən hal Mülki Məcəllənin 379-cu maddəsində iddia müddətinin axımının dayandırılması əsası kimi təsbit olunmamışdır. Dəlil əsassızdır. Beləliklə də apellyasiya nın nəticələri ilə müəyyən edilir ki, Rayon Məhkəməsinin iş üzrə gəldiyi nəticə səhvdir, Rayon Məhkəməsi maddi hüquq normalarının tələblərini pozmuşdur. İddiaçının cavabdehə qarşı “pul tələbini” irəli sürmək üçün qanunla müəyyən edilmiş iddia müddətini ötürməsi və cavabdehin “iddia müddətinin tətbiqi barədə” ərizə verməsi nəzərə alınmaqla, Rayon Məhkəməsinin qətnaməsi ləğv edilərək iş üzrə yeni qətnamə qəbul edilməli, hazırki iddia tələbinə iddia müddəti tətbiq edilməli və bu səbəbdən, iddia təmin olunmamalıdır. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticələrin maddi əsasını aşağıdakı hüquq normaları ilə əsaslandırmışdır. Mülki Məcəllənin tələblərinə görə başqa şəxsdən hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir (maddə 37 2.1.). Hüququ pozulmuş şəxsin iddiası ilə hüququn müdafiəsi üçün müddət iddia müddəti sayılır (maddə 372.2.). Müqavilə tələbləri üzrə iddia müddəti üç il, daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti isə altı ildir (maddə 373.2.). Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsinin iş üzrə gəldiyi nəticə və həmin nəticəyə tətbiq etdiyi maddi və prosessual hüquq normaları düzgün olmuşdur. İddiaçı kassasiya şikayətində apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsinin əsası kimi ona istinad etmişdir ki, apellyasiya instansiyası məhkəməsi sübutlara düzgün hüquqi qiymət verməmiş, işin hallarına qeyri-obyektiv yanaşaraq əsassız qətnamə qəbul etmişdir. Məhkəmə kollegiyası mülki işlərə baxarkən sübutlara düzgün qiymət verilməsinə önəm verir. Belə ki, mü lki prosessual qanunvericiliyin tələblərinə müvafiq olaraq məhkəmə qətnaməsinin əsaslandırıcı hissəsində sübutları sadalamaqla kifayətlənməməli, hər bir sübutun, o cümlədən şahif ifadələrinin məzmunu qətnamədə şərh edilməli, sübutlar əlaqələndirilməli, araşdırılan sübutların qəbul edilib-edilməməsinin səbəbləri aydın göstərilməlidir. Azərbaycan Respublikasının Konstutisuya Məhkəməsinin Plenumunun “S.Əliyevanın şikayəti ilə əlaqədar Azərbaycan Respublikasının Ali Məhkəməsi Plenumunun mülki işlər üzrə məhkəmə kollegiyasının 28 dekabr 2004-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 31 may 2006-cı il tarixli qərarında göstərilir ki, məhkəmə özü tərəfindən müəyyən olunmuş işin hallarını və qənaətini formalaşdıran sübutlar ı, bu və ya digər sübutları rədd etmək üçün istinad etdiyi dəlilləri və rəhbər tutduğu qanunları qətnamədə göstərməklə onu hüquqi cəhətdən əsaslandırmalıdır. Göstərilənlərlə yanaşı məhkəmə kollegiyası qeyd etməıyi zəruri hesab edir ki, kassasiya şikayətinin qeyd edilən dəlilləri iş materialları ilə təsdiq edilmir. Apellyasiya instansiyası məhkəməsi iş üzrə sübutları araşdırmış, onlara ayrı-ayrılıqda, eləcə də məcmu halda qiymət vermişdir. Azərbaycan Respublikasının MPM-nin 14.2, 217.3 və 217.4-cü maddələrinə əsasən mahiyyəti üzrə işə baxan məhkəmə tərəfindən qətnamə tərəflərin məntiqi izahı əsasında deyil, yalnız tərəflərin təqdim etdikləri sübutlardan istifadə etməklə, məhkəmə iclasında müəyyən edilmiş həqiqi hallar və tədqiq olunmuş sübutlar üzrə çıxarılır. Azərbaycan Respublikasının M PM-nin 78.1-ci maddəsinə əsasən sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Həmin Məcəllənin 80-cı maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə ümumilikdə hüquqi qiymət verərək hesab edir ki, bu dəlillər mülahizə xarakterli olmaqla formal əsaslar kimi qiymətləndirilir və qanuni, əsaslı, ədalətli olan Apellyasiya Məhkəməsinin qətnaməsinin ləğvinə əsas ola bilməz. Göstərilən səbəblərdən məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayəti əsassızdır. Apellyasiya instansiyası məhkəməsi işə baxarkən həqiqətə nail olmaq üçün işin faktiki hallarını düzgün m üəyyənləşdirmiş, sübutları tam, hərtərəfli araşdırmış, işdə olan sübutlarla tərəflərin irəli sürdüyü dəlillərə lazımi hüquqi qiymət verərək iş üzrə düzgün hüquqi nəticəyə gəlmiş, qəbul etdiyi qətnaməsi qanuni və əsaslı olmaqla, maddi və prosessual hüquq normaları duzgün tətbiq edilmişdir. Buna görə də kassasiya şikayəti təmin edilmədən, Apellyasiya Məhkəməsinin qətnaməsi isə dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416-419-cu maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALİR: İddiaçı kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının həmin iş üzrə 01 fevral 2019cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-4744/2019
Ali Məhkəmə Qərar — İş №2(102)-4744/2019
01.07.2019 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver