Məhkəmə qərarları › İş №2(102)-4744/2021

Ali Məhkəmə Qərar — İş №2(102)-4744/2021

28.10.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-4744/2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının "xxxx" MMC-nin Cavabdeh qarşı iş üzrə QƏRARİ Açar sözlər: alqı-satqı müqaviləsi üzrə borc tələbi 28.10.2021 Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Əliyev Ələsgər Əliabbas oğlunun sədrliyi və məruzəsi ilə, Əhmədova Mehparə Tofiq qızı və Xələfov İlqar Rəhim oğlundan ibarət tərkibdə, Nəsirova Günel İnqilab qızının katibliyi, İddiaçının vəkili X1 iştirakı ilə, Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-2161/2021 nömrəli iş üzrə 02 mart 2021-ci il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə dair işə 28 oktyabr 2021-ci il tarixdə Ali Məhkəmənin bina sında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. İş materiallarından görünür ki, "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış 02 sentyabr 2017-ci il tarixli müqaviləyə əsasən iddiaçı tərəfindən Cavabdeh 24 ay müddətinə dəyərinin ödənilməsi şərti ilə Künc divan Adona-Mobilya mebeli, 06 fevral 2019-cu il tarixli müqaviləyə əsasən iddiaçı tərəfindən Cavabdeh 18 ay müddətinə dəyərinin ödənilməsi şərti ilə İMEİ kodu **********87685 olan “Samsung Galaxy A6” markalı telefonu, 19 mart 2019-cu il tarixli müqaviləyə əsasən iddiaçı tərəfindən Cavabdeh 23 ay müddətinə dəyərinin ödənilməsi şərti ilə Foriella-Dnepr yataq dəsti, matras, Marvin-GencCarpayı, Doshek Uretan mebeli, 07 aprel 2019-cu il tarixli müqaviləyə əsasən iddiaçı tərəfindən Cavabdeh 16 ay müddətinə dəyəri nin ödənilməsi şərti ilə İMEİ kodu **********96040 olan “Samsung Galaxy A50” markalı telefonu, 09 aprel 2019-cu il tarixli müqaviləyə əsasən iddiaçı tərəfindən Cavabdeh 23 ay müddətinə dəyərinin ödənilməsi şərti ilə mebel dəsti, 26 aprel 2019-cu il tarixli müqaviləyə əsasən iddiaçı tərəfindən Cavabdeh 12 ay müddətinə dəyərinin ödənilməsi şərti ilə Sonorous surefix asqı, 26.04.2019-cu il tarixli müqaviləyə əsasən iddiaçı tərəfindən Cavabdeh 11 ay müddətinə dəyərinin ödənilməsi şərti ilə "Hoffmann"markalı LED televizor satılmışdır. 2. 21 avqust 2019-cu il tarixli maliyyə və ödəniş cədvəlindən görünür ki, borclu Cavabdeh Künc divan Adona-Mobilya mebel üçün 335 manat ödənilməmiş hissə, 101 manat dəbbə pulu, İMEİ kodu **********87685 olan “Samsung Galaxy A6” markalı telefon üçün 148 manat ödəni lməmiş hissə, 11 manat dəbbə pulu, Foriella-Dnepr yataq dəsti, matras, Marvin-Genc-Carpayı, Doshek Ureton mebel üçün 2058 manat ödənilməmiş hissə, 294 manat dəbbə pulu, İMEİ kodu **********96040 olan “Samsung Galaxy A50” markalı telefon üçün 195 manat ödənilməmiş hissə, 15 manat dəbbə pulu, mebel dəsti üçün 1163 manat ödənilməmiş hissə, 175 manat dəbbə pulu, Sonorous surefix asqı üçün 22 manat ödənilməmiş hissə, 0 manat dəbbə pulu, "Hoffmann" markalı LED televizor üçün 300 manat ödənilməmiş hissə, 90 manat dəbbə pulu olmaqla, ümumilikdə 4221 manat ödənilməmiş hissə, 686 manat dəbbə pulu borcu vardır 3. 05 oktyabr 2020-ci il tarixli maliyyə və ödəniş cədvəlindən görünür ki, Cavabdeh Künc divan Adona-Mobilya mebel üçün 335 manat ödənilməmiş hissə, 101 manat dəbbə pulu, Foriella-Dnepr yataq d əsti, matras, Marvin-Genc-Carpayı, Doshek Ureton mebel üçün 2058 manat ödənilməmiş hissə, 294 manat dəbbə pulu, mebel dəsti üçün 1163 manat ödənilməmiş hissə, 175 manat dəbbə pulu, Sonorous surefix asqı üçün 22 manat ödənilməmiş hissə, 0 manat dəbbə pulu, "Hoffmann" markalı LED televizor üçün 300 manat ödənilməmiş hissə, 90 manat dəbbə pulu olmaqla, ümumilikdə 2715 manat ödənilməmiş hissə, 485 manat dəbbə pulu borcu vardır. İş üzrə qəbul edilmiş məhkəmə aktları Birinci instansiya məhkəməsində icraat 4. "xxxx" MMC Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Künc divan Adona-Mobilya mebel üçün 335 manat ödənilməmiş hissə, 101 manat dəbbə pulu, cəmi 436 manat, İMEİ kodu **********87685 olan “Samsung Galaxy A6” markalı telefon üçün 148 manat ödənilməmiş hissə, 11 manat dəbbə p ulu, cəmi 159 manat, ForiellaDnepr yataq dəsti, matras, Marvin-Genc-Carpayı, Doshek Uretan mebel üçün 2058 manat ödənilməmiş hissə, 294 manat dəbbə pulu, cəmi 2352 manat, İMEİ kodu **********96040 olan “Samsung Galaxy A50” markalı telefon, “Samsung” markalı soyuducu üçün 195 manat ödənilməmiş hissə, 15 manat dəbbə pulu, cəmi 210 manat mebel dəsti üçün 1163 manat ödənilməmiş hissə, 175 manat dəbbə pulu, cəmi 1338 manat, Sonorous surefix asqı üçün 22 manat ödənilməmiş hissə, 0 manat dəbbə pulu, cəmi 22 manat, "Hoffmann" markalı LED televizor üçün 300 manat ödənilməmiş hissə, 90 manat dəbbə pulu, cəmi 390 manat, ümumilikdə 4907 manat borc və 30 manat dövlət rüsumu olmaqla, cəmi 4937 manat məbləğində pulun Cavabdeh "xxxx" MMC-nin hesabına ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

5. İddia tələbi onunla əsaslandırılmışdır ki, “cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti ilə bağladığı 02.09.2017-ci il, 06.02.2019-cu il, 13.03.2019-cu il, 07.04.2019-cu il, 26.04.2019-cu il və 26.04.2019-cu il tarixli müqavilələrə əsasən Künc divan AdonaMobilya mebel, İMEİ kodu **********87685 olan “Samsung Galaxy A6” markalı telefon, Foriella-Dnepr yataq dəsti, matras, Marvin-Genc-Carpayı, Doshek Ureton mebel, İMEİ kodu **********96040 olan “Samsung Galaxy A50” markalı telefon, “Samsung” markalı soyuducu, Sonorous surefix asqı və "Hoffmann" markalı LED televizor almış və nəticədə 4907 manat borcu yaranmışdır. Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə 02.09.2017-ci il tarixli müqaviləyə əsasən alqı-satqı qiyməti 1608 manat olan ForiellaDnepr yataq dəsti, matras, Marvin-Genc -Carpayı, Doshek Ureton mebel üçün umumilikdə 436 manat olmaqla, ondan 335 manat ödənilməmiş hissə, 101 manat dəbbə pulu, 06.02.2019-cu il tarixli müqaviləyə əsasən alqı-satqı qiyməti 666 manat olan İMEİ kodu **********87685 olan “Samsung Galaxy A6” markalı telefon üçün ümumilikdə 159 manat olmaqla, ondan 148 manat ödənilməmiş hissə, 11 manat dəbbə pulu, 19.03.2019-cu il tarixli müqaviləyə əsasən alqı-satqı qiyməti 2254 manat olan Foriella-Dnepr yataq dəsti, matras, Marvin-Genc-Carpayı, Doshek Uretan mebel üçün ümumilikdə 2352 manat olmaqla, ondan 2058 manat ödənilməmiş hissə, 294 manat dəbbə pulu, 07.04.2019-cu il tarixli müqaviləyə əsasən alqı-satqı qiyməti 784 manat olan İMEİ kodu **********96040 olan “Samsung Galaxy A50” markalı telefon üçün ümumilikdə 210 manat olmaqla, ondan 195 mana t ödənilməmiş hissə, 15 manat dəbbə pulu, 09.04.2019-cu il tarixli müqaviləyə əsasən alqı-satqı qiyməti 1219 manat olan mebel dəsti üçün ümumilikdə 1338 manat olmaqla, ondan 1163 manat ödənilməmiş hissə, 175 manat dəbbə pulu, 26.04.2019-cu il tarixli müqaviləyə əsasən alqı-satqı qiyməti 24 manat olan Sonorous surefix asqı üçün ümumilikdə 22 manat olmaqla, ondan 22 manat ödənilməmiş hissə, 0 manat dəbbə pulu, 26.04.2019-cu il tarixli müqaviləyə əsasən alqısatqı qiyməti 330 manat olan "Hoffmann" markalı LED televizor üçün ümumilikdə 390 manat olmaqla, ondan 300 manat ödənilməmiş hissə, 90 manat dəbbə pulu miqdarında borcu yaranmışdır. Cavabdehin cəmi ödədiyi məbləğ 2664 manat təşkil edir..

6. Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsinin 05 oktyabr 2020-ci il tarixli qətnaməsi ilə iddia qismən təm in edilərək, Cavabdeh Künc divan Adona-Mobilya mebel üçün 335 manat ödənilməmiş hissə, 10 manat dəbbə pulu, cəmi 345 manat, Foriella-Dnepr yataq dəsti, matras, Marvin-Genc-Carpayı, Doshek Ureton mebel üçün 2058 manat ödənilməmiş hissə, 30 manat dəbbə pulu, cəmi 2088 manat, mebel dəsti üçün 1163 manat ödənilməmiş hissə, 20 manat dəbbə pulu, cəmi 1183 manat, Sonorous surefix asqı üçün 22 manat ödənilməmiş hissə, "Hoffmann" markalı LED televizor üçün 300 manat ödənilməmiş hissə, 10 manat dəbbə pulu, cəmi 310 manat, ümumilikdə 3948 manat və 30 manat ödənilmiş dövlət rüsumu olmaqla, cəmi 3978 manat məbləğində pulun tutularaq iddiaçı "xxxx" MMCnin hesabına ödənilməsi qət edilmişdir.

7. Birinci instansiya məhkəməsi qəbul etdiyi qətnaməni onunla əsaslandırmışdır ki, Cavabdeh müqaviləyə əsasən "x xxx" MMC-dən aldığı əşyaların dəyərini ödəməyi öhdəsinə götürsə də, öhdəliyi tam icra etməmişdir.

8. Ona görə də, məhkəmə əsas borcla bağlı onu qeyd etmişdir ki, iddiaçı əsas borc üzrə 02.09.2017-ci il, 19.03.2019-cu il, 09.04.2019-cu il, 26.04.2019-cu il və 26.04.2019-cu il tarixli müqavilələr üzrə tələb edilən əsas borcun tutulması hissəsində tam əsaslıdır.

9. Məhkəmə iddia tələbinin 06.02.2019-cu il tarixli və 07.04.2019-cu il tarixli müqavilələr üzrə müvafiq olaraq İMEİ kodu **********87685 olan “Samsung Galaxy A6” markalı telefon və İMEİ kodu **********96040 olan “Samsung Galaxy A50” markalı telefon üçün tələb edilən borc məbləğləri ilə bağlı qeyd etmişdir ki, məhkəmə iclasında tərəflərin izahatları və məhkəməyə təqdim edilmiş maliyyə arayışından müəyyən olunduğu kimi, cavabdeh qeyd e dilən müqavilələr üzrə üzərinə düşən öhdəliyi yerinə yetirmişdir və hazırda onun həmin müqavilələr üzrə borcu yoxdur. Ona görə də, iddia həmin hissədə təmin edilməməlidir.

10. Bundan başqa tərəflər arasında bağlanmış müqavilədə borcun ödənilməsinin gecikdirilməsi üçün cərimə nəzərdə tutulsa da hesablanmış dəbbə pulu tasübsüz surətdə yüksəkdir.

11. Ona görə də kredit müqavilələri üzrə hesablanmış dəbbə pulunun miqdarı Künc divan Adona-Mobilya mebel üçün 10 manat, Foriella-Dnepr yataq dəsti, matras, MarvinGenc-Carpayı, Doshek Ureton mebel üçün 30 manat, mebel dəsti üçün 20 manat, "Hoffmann" markalı LED televizor üçün 10 manat olmaqla, cəmi 70 manat məbləğində müəyyən edilməlidir.

12. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikasının Mülki Məcəllənin 385.1, 425.1, 442, 448.1, 600.1, 600.4-cü Mü lki Prossesual Məcəllənin 14.2, 77.1, 107, 119.1, 217.4-cü maddələrinə istinadla əsaslandırmışdır. Apellyasiya instansiyası məhkəməsindəki icraat

13. Qətnamədən cavabdeh apellyasiya şikayəti vermişdir.

14. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-2161/2021 nömrəli iş üzrə 02 mart 2021-ci il tarixli qətnaməsi ilə (hakimlər – E.Mehdiyev (sədrlik edən və məruzəçi), Ş.Məmmədova və N.Cəfərov) Cavabdeh apellyasiya şikayəti təmin edilməmiş, Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-2774/2020 nömrəli mülki iş üzrə 05 oktyabr 2020-ci il tarixli qətnaməsi mübahisələndirilən hissədə - iddianın təmin olunmuş hissəsində dəyişdirilmədən saxlanılmışdır.

15. Apellyasiya instansiyası məhkəməsi qəbul etdiyi qətnaməni onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsi iddianı qismən təmin etməklə mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir.

16. Apellyasiya şikayətinin dəlilləri qətnamənin ləğvi üçün əsas təşkil etmir. Belə ki, İddiaçı MMC ilə Cavabdeh arasında nisyə alqı-satqı müqavilələri bağlanılmışdır. Satıcı qismində İddiaçı MMC eyni məzmunlu həmin müqavilələrə uyğun olaraq üzərinə düşən öhdəlikləri yerinə yetirmiş və məhsulları alıcı olan Cavabdeh mülkiyyətinə vermişdir, bu hal təhvil təslim aktları ilə öz təsdiqini tapır və mübahisə olunmur. Lakin alıcının müvafiq müqavilələr üzrə öhdəliklərini lazımınca tam və vaxtında yerinə yetirməsi sübuta yetirilmir. Belə olan halda, alıcı Cavabdeh satıcı olan İddiaçı MMC ilə qarşısında müqavilə öhdəlikləri üzrə mülki hüquqi məsuliyyəti yaranır. Bunun la yanaşı, cavabdeh tutulması qət edilən borcu mübahisələndirsə də, həmin borcun əsassız olması və (ya) düzgün hesablanmamasına dair hər hansı sübut məhkəməyə təqdim etməmişdir. Beləliklə, iddia tələbinin təmin edilməsi barədə qətnamə qanuni və əsaslıdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Kassasiya şikayətinin dəlilləri

17. Cavabdeh kassasiya şikayəti verərək apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsini və işin yenidən baxılması üçün apelyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

18. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apelyasiya instansiyası məhkəməsi işin hallarını düzgün araşdırmamış, maddi və posessual hüquq normalarının tələblərini pozmuşdur. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

19. Kassasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır. c) Məhkəmə icraatı iştirakçılarının izahatları

20. İddiaçının vəkili izahat verərək kassasiya şikayətinin təmin edilməsini, apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsini və işin yenidən baxılması üçün apelyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etdi.

21. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq iş üzrə cavabdeh hər hansı üzrlü səbəb göstərmədən məhkəmə iclasına gəlməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 415.3-cü maddəsini rəhbər tutaraq işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Kassas iya baxışının hədləri

22. MPM-in 407.2-ci maddəsinə əsasən kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir.

23. MPM-ə əsasən kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (maddə 416).

24. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhk əməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

25. Hazırkı kassasiya şikayətində iş üzrə cavabdeh apelyasiya instansiyası məhkəməsinin aktının tam ləğvini xahiş etdiyindən həmin məhkəmə aktı tam yoxlanılır. Mülki işə tətbiq edilən hüquq Mülki Məcəllə

26. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyə n hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. (maddə 385.1)

27. Əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. (maddə 427.3)

28. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. (maddə 442)

29. Dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. (maddə 462.1)

30. Əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. (maddə 465.2)

31. Məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. (maddə 467)

32. Alğı-satqı müqaviləsinə görə sat ıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür.. (maddə 567)

33. Alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. (maddə 600.1)

34. Əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alğı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müd dətləri və məbləğləri nəzərdə tutulmuş olsun. (maddə 601.1) Mülki Prossesual Məcəllə

35. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.(maddə 14.2)

36. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. (maddə 77.1)

37. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. (maddə 88)

38. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasın a istinad etməyə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir. (maddə 407.2)

39. Kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. (maddə 416)

40. Kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. (maddə 417.1.1) Kassasiya instansiyası məhkəməsinin mövqeyi

41. Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq nor malarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

42. Belə ki, kassasiya şikayətində qeyd edilən dəlillər mülahizə xarakterli olmaqla iş materialları ilə təsdiq edilmir. Həmin dəlillər əsassız olduğundan apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğvi üçün qanuni əsas ola bilməz.

43. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin olunmamalı, apelyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

44. Yuxarıda göstərilənləri və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti təmin edil məsin. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-2161/2021 nömrəli iş üzrə 02 mart 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar