Məhkəmə qərarları › İş №2(102)-4745/2019

Ali Məhkəmə Qərar — İş №2(102)-4745/2019

11.07.2019 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-4745/2019 11.07.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası Mirzəliyev Əsəd Abdulla oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər Qoldman Tatyana Aleksandrovnadan, Quliyev Gündüz Ağababa oğlundan ibarət tərkibdə, katib A.Cəfərlinin iştirakı ilə, iddiaçı x1-nin Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 13 fevral 2019-cu il tarixli qətnaməsindən verdiyi kassasiya şikayəti üzrə işə baxaraq Müəyyən etdi: Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 02 noyabr 2018-ci il tarixli, 2(011)5122/2018 saylı qətnaməsi ilə (hakim S.Səlimova) iddia tələbi rədd edilmiş, x1-dən iş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyərinə görə 295 manatın dövlət nəfinə tutulması qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 13 fevral 2019-cu il tarixli, 2(103)-2081/2019 saylı qətnaməsi ilə (hakimlər: A.Hüseyn, E.Nəbiyev və R.Qurbanov) Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 02 noyabr 2018-ci il tarixli, 2(011)- 5122/2018 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. İddiaçı x1 kassasiya şikayəti verərək Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 13 fevral 2019-cu il tarixli, 2(103)-2081/2019 saylı qətnaməsinin ləğv edilməsi, iddia tələbinin təmin edilməsi, ekspertiza xərcinin cavabdehlərdən tutulması barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. İşin halları: İddiaçı x1 cavabdeh x2 qarşı “pul tələbi”nə dair iddia ərizəsi ilə Bakı şəhəri Xətai Rayon Məhkəməsinə müraciət edərək, borclu x2 kreditor x1-nin xeyrinə 2807.38 ABŞ dolları əsas və 958.98 ABŞ dolları faiz borcunun, cəmi 3766.36 ABŞ dolları faiz borcunun və 30 manat məbləğində ödənilmiş dövlət rüsumunun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, x1 ilə borclu x3 arasında bağlanmış 16.10.2014-cü il tarixli mikro-biznes krediti müqaviləsinə əsasən bank borcalana 24 ay müddətinə qaytarmaq, illik 29% ödəmək şərtilə 5000 ABŞ dolları kredit vermişdir. Kredit müqaviləsi üzrə öhdəliklərin təminatı olaraq cavabdeh x2 ilə bağlanmış 16.10.2014-cü il tarixli zaminlik müqaviləsinə əsasən zamin borcalanın kredit müqaviləsindən irəli gələn öhdəliklərinin tamamilə icra edilməsi üçün məsuliyyəti öz üzərinə götürmüşdür. Borclu ödəniş cədvəlinə əsasən ödəməli olduğu kredit və hesablanmış faizləri banka ödəməkdən yayınmış və kredit müqaviləsinin tələblərini pozaraq üzə rinə düşən öhdəliyi yerinə yetirməmişdir. Kredit müqaviləsinə əsasən kreditalan pul öhdəliklərinin icrasını gecikdirdikdə bank pul öhdəliyinin vaxtından əvvəl icrasını tələb edə bilər. Əsas borclu x3 öldüyü üçün əsas öhdəliyin təminatı kimi və zamini olduğu əsas borclunun banka olan öhdəliyinin icrasına görə zamin məsuliyyət daşıyır. Cavabdehin hazırda banka əsas borca görə 2807,38 ABŞ dolları, faiz borcuna görə 958,98 ABŞ dolları olmaqla cəmi 3766,36 ABŞ dolları borcu qalmışdır. Ona görə də cavabdeh x2 16.10.2014-cü il tarixli kredit müqaviləsi üzrə əsas borca görə 2807,38 ABŞ dolları, faiz borcuna görə 958,98 ABŞ dolları olmaqla cəmi 3766,36 ABŞ dolları borcun və ödənilmiş dövlət rüsumuna görə 30 manatın x1-nin xeyrinə tutulmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. İş üzrə yuxa rıda göstərilən məhkəmə qərarları qəbul edilmişdir. Kassasiya şikayətinin dəlilləri: İddiaçı x1 kassasiya şikayətini onunla əsaslandırmışdır ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının pozulması ilə qəbul edilmişdir. Ona görə də Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 13 fevral 2019-cu il tarixli, 2(103)-2081/2019 saylı qətnaməsinin ləğv edilməsi, iddia tələbinin təmin edilməsi, ekspertiza xərcinin cavabdehlərdən tutulması barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir Prosesiştirakçılarının izahatları: İddiaçı x2 məhkəmə iclasında vəkilsiz iştirak etdiyi üçün məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 67.1-ci maddəsinə əsasən işin baxılmasında onun iştirakını mümkün hesab etmədi. Hüquqi məsələlər: Azərbaycan Respublika sı MPM-nin 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Məruzəçini dinləyib, kassasiya şikayətinin dəlillərini müzakirə edən məhkəmə kollegiyası hesab edir ki, qətnamə dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti təmin edilməməlidir. İşdən göründüyü kimi borcverən x1 ilə borcalan x3 və zamin x2 arasında bağlanmış 16.10.2014-cü il tarixli kredit müqaviləsindən müəyyən olunur ki, bank borcalana 24 ay müddətinə, yəni 16.10.2016-cı il tarixədək qaytarmaq, illik 29% ödəmək şərti ilə 5000 ABŞ dolları kredit verməyi öhdəsinə götürmüşdür. İşdə olan x1-nin 16.10.2014-cü il tarixli məxaric orderindən müəyyən olunur ki, bank tərəfindən borcalan x3na 5000 ABŞ dolları ödənilmişdir. İşdə olan x1-nin 06.05.2018-ci il tarixli arayışından müəyyən olunur ki, x3nun 16.10.2014-cü il tarixli kredit müqaviləsi üzrə əsas borca görə 2807,38 ABŞ dolları, faiz borcuna görə 958,98 ABŞ dolları olmaqla cəmi 3766,36 ABŞ dolları borcu vardır. İşdə olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 02.10.2018-ci il tarixli 25241 saylı rəyindən müəyyən olunur ki, 16.10.2014-cü il tarixli kredit müqaviləsi üzrə x3nun əsas borcu 2784,31 ABŞ dolları, faiz borcu 970,45 ABŞ dolları təşkil edir. Rəydən daha sonra müəyyən olunur ki, iş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri 145 manat təşkil edir. İşdə olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 10.08.2018-ci il tarixli 18855 saylı rəyindən müəyyən olunur ki, 1 6.10.2014-ci il tarixli ME/25144/45/18 saylı kredit sazişində zamin qrafasındakı imza x2 tərəfindən icra olunmuşdur. Rəydən daha sonra müəyyən olunur ki, iş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri 150 manat təşkil edir. Belə ki, Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 10.08.2018-ci il tarixli 18855 saylı və 02.10.2018-ci il tarixli 25241 saylı rəylərindən görünür ki, iş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri ümumilikdə 295 manat təşkil edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 107-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 115.0 və 115.0.1-ci maddələrində göstərilmişdir ki, ekspertlərə verilməli olan məbləğlər işə baxılması ilə əlaqədar məsrəflərə da xildir. Həmin Məcəllənin 119.1-ci maddəsində isə təsbit olunmuşdur ki, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddia tələbinin rədd olunduğunu nəzərə alaraq və qeyd olunan prosessual hüquq normalarını rəhbər tutaraq məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsinin iddiaçı x1-dən iş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyərinə görə 295 manatın dövlət nəfinə tutulmasından ibarət qənaəti düzgün olmuşdur. İş materialları ilə müəyyən edilir ki, borcverən x1 borcalan x3na 16.10.2014-cü il tarixli kredit müqaviləsinə əsasən 24 ay müddətinə, yəni 16.10.2016-cı il tarixədək qaytarmaq, illik 29% ödəmək şərti ilə 5000 ABŞ dolları kredit vermiş, zamin x2 borcalanın öhdəliklərinin icrasına borcverənə təminat vermi şdir. Daha sonra müəyyən olunmuşdur ki, borcverən zaminə qarşı hazırkı tələbi ilə 11.05.2018-ci il tarixdə məhkəməyə müraciət etmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 477.0. maddəsinə əsasən zaminliyə aşağıdakı hallarda xitam verilir: 477.0.1. zaminliyin təmin etdiyi öhdəliyə xitam verildikdə, habelə zaminin razılığı olmadan həmin öhdəlik dəyişdirildikdə və bu dəyişdirilmə onun məsuliyyətinin artmasına və ya onun üçün digər əlverişsiz nəticələrə səbəb olduqda; 477.0.2. əgər zamin yeni borclu üçün cavabdeh olmaq barəsində kreditora razılıq verməmişsə, zaminliklə təmin edilmiş öhdəlik üzrə borc başqa şəxsə keçirildikdə; 477.0.3. kreditor borclunun və ya zaminin təklif etdiyi lazımi icranı qəbul etməkdən imtina etdikdə; 477.0.4. zaminlik müqaviləs ində göstərilmiş onun verilmə müddəti qurtardıqda. Belə müddət təyin edilmədikdə zaminliyə onun təmin etdiyi öhdəliyin icrası vaxtının çatdığı gündən bir il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. Əsas öhdəliyin icrası müddəti göstərilmədikdə və müəyyənləşdirilə bilmədikdə və ya tələbetmə məqamı ilə müəyyənləşdirilə bildikdə zaminliyə zaminlik müqaviləsinin bağlandığı gündən iki il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. Azərbaycan Respublikası MM-nin 367-ci maddəsinin tələblərinə əsasən müddət hüquqi anlayış kimi həmişə özündə konkretliyi ehtiva etməli və zaminlik müqaviləsi zaminliyin verilmə müddətinin göstərilməsi ilə müəyyənləşdirilməlidir. Tərəflər arasında bağlanmış müqavilə üzrə zaminlik konkret müddət təyin edil mədən verildiyindən Mülki Məcəllənin 477.0.4-cü maddəsinə əsasən zaminliyə onun təmin etdiyi öhdəliyin icrası vaxtının çatdığı gündən bir il ərzində kreditor zaminə qarşı iddia irəli sürmədiyindən zaminliyə xitam verilmişdir. Şərh olunanları nəzərə alan məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsində işə baxılarkən maddi hüquq normaları düzgün tətbiq olunduğundan, prosessual hüquq pozuntusuna yol verilmədiyindən, kassasiya şikayəti təmin edilməməli, qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 419-cu maddəsini rəhbər tutaraq məhkəmə kollegiyası Qərara aldı: x1-nin kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 13 fevral 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar