Məhkəmə qərarları › İş №2(102)-4746/2020

Ali Məhkəmə Qərar — İş №2(102)-4746/2020

14.10.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-4746/2020 14.10.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Xələfov İlqar Rəhim oğlu, Quliyev Gündüz Ağababa oğlu və Əliyev Zaur Əli oğlundan ibarət tərkibdə, Məhərrəmova Çinarə Ədalət qızının katibliyi ilə, Gəncə Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxxxx 2019-cu il tarixli 2(104)-4197/2019 saylı qətnaməsindən ilk iddia üzrə cavabdehlər “xxxx” MMC, Cavabdeh2 və Cavabdeh3 tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə baxaraq Müəyyən etdi: Tərtər Rayon Məhkəməsinin xx xxxxxx 2018-ci il tarixli qətnaməsi ilə (hakim M.S.Məmmədov, iş № 2(061)-112/2018) iddiaçı “xxxx” QSC BOKT-ın cavabdehlər X4, Cavabdeh2 və Cavabdeh3 qarşı borc tələbi və həmin borcun ipoteka predmetinə yönəldi lməsi tələbinə dair ilkin iddiası qismən təmin edilərək, cavabdeh “xxxx” MMC-nin rəhbəri X1 xx xxxxxx 2013-cü il tarixli kredit müqaviləsi üzrə 4308 manat əsas borc, 1341 manat faiz borcu olmaqla, cəmi 5649 manat borc, xx xxxxx 2014-cü il tarixli kredit müqaviləsi üzrə 4725 manat əsas borc, 1629 manat faiz borcu olmaqla, cəmi 6354 manat borc, xx xxxxxx 2015-ci il tarixli kredit müqaviləsi üzrə 22.965 manat əsas borc, 3036 manat faiz borcu olmaqla, cəmi 26.001 manat borc olmaqla hər üç kredit müqaviləsi üzrə 38.004 manat borc məbləği və ödənilmiş 30 manat dövlət rüsumu iddiaçı “xxxx” QSC BOKT-nın xeyrinə tutulması qət edilmişdir. Həmin qətnamə ilə tələb ipoteka qoyulmuş Cavabdeh2 məxsus N ünvanda yerləşən fərdi yaşayış evinə 0,05 ha torpaq sahəsi ilə birlikdə və Cavabdeh3 məxsus ünvan 2 ünv anda yerləşən fərdi yaşayış evinə 0,06 ha torpaq sahəsi ilə birlikdə yönəldilmiş, həmin ipoteka predmetlərinin açıq hərracdan satılması və əldə olunan vəsaitdən 38.004 manat məbləğində borc, məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 30 manat məbləğində dövlət rüsumu və 50 manat məbləğində ekspertiza xərci tutulması, ipoteka predmeti olan Cavabdeh2 məxsus ünvan 3 ünvanda yerləşən fərdi yaşayış evinin 0,05 ha torpaq sahəsi ilə birlikdə ilkin satış qiyməti 42.000 manat, Cavabdeh3 məxsus ünvan 2 ünvanda yerləşən fərdi yaşayış evinin 0,06 ha torpaq sahəsi ilə birlikdə ilkin satış qiyməti isə 40.000 manat məbləğində olması müəyyən edilmişdir. Qətnamə ilə eyni zamanda ilkin iddia üzrə cavabdehlər “xxxx” MMC-nin rəhbəri X2, Cavabdeh2 və Cavabdeh3 ilkin iddiaçı “xxxx” QSC BOKT-a qarşı “aralarında ba ğlanmış xx xxxxxx 2013-cü il tarixli, xx xxxxx 2014-cü il tarixli və xx xxxxxx 2015-ci il tarixli kredit müqavilələrinin və “xxxx” QSC-nin Bərdə filialı ilə ipoteka qoyanlar Cavabdeh2 və Cavabdeh3 arasında bağlanmış eyni tarixli ipoteka müqavilələrinin və onların doğurduğu hüquqi nəticələrin etibarsız hesab edilməsi barədə” qarşılıqlı iddiası təmin edilməmişdir. Gəncə Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxxxx 2019-cu il tarixli qətnaməsi ilə (hakimlər: A.H.Hüseynzadə, İ.Ə.Şəfiyev və L.S.Süleymanov) qarşılıqlı iddia üzrə iddiaçılar, ilk iddia üzrə cavabdehlər “xxxx” MMC, Cavabdeh2 və Cavabdeh3 tərəfindən verilmiş apelyasiya şikayəti qismən təmin edilərək, Tərtər Rayon Məhkəməsinin xx xxxxxx 2018-ci il tarixli qətnaməsi ləğv edilmiş və iş üzrə yeni qətnamə çıxarılaraq ilkin iddi a qismən təmin edilmiş, cavabdeh “xxxx” MMC-dən xx xxxxxx 2013-cü il tarixli, kredit müqaviləsi üzrə 4308 manat əsas borc, 86,43 manat faiz məbləği, xx xxxxx 2014-cü il tarixli kredit müqaviləsi üzrə 4725 manat əsas borc, 681,02 manat faiz məbləği və xx xxxxxx 2015-ci il tarixli kredit müqaviləsi üzrə 22.965 manat əsas borc, 3036 manat faiz məbləği və iddia ərizəsinin məhkəməyə verilməsi üçün ödənilmiş 30 manat dövlət rüsumu olmaqla, cəmi 35.831,45 manat tutularaq iddiaçı “xxxx” QSC BOKT-a ödənilməsi, həmin kredit müqavilələri üzrə tutmanın ipoteka qoyulmuş Cavabdeh2 məxsus və Cavabdeh3 məxsus torpaq sahəsi ilə birlikdə fərdi yaşayış evlərinə yönəldilməsi, ipoteka predmetlərinin açıq hərracdan satılaraq əldə olunan vəsait hesabına tələblərin təmin edilməsi, ipoteka predmetləri olan Cavabde h2 məxsus əmlakın ilkin satış qiyməti 42.000 manat, Cavabdeh3 məxsus əmlakın ilkin satış qiyməti isə 40.000 manat məbləğində müəyyən edilmiş, ilk iddia qalan hissələrdə və qarşılıqlı iddia təmin edilməmişdir. İşin halları: “xxxx”xxxx“xxxx” MMC arasında bağlanmış xx.xx.2013-cü il tarixli kredit müqaviləsinə əsasən QSC tərəfindən MMC-yə 24 ay müddətinə, illik 23 faiz olmaqla 15.000 manat, xx.xx.2014-cü il tarixli kredit müqaviləsinə əsasən 24 ay müddətinə, illik 23 faiz olmaqla 10.000 manat və xx.xx.2015-ci il tarixli kredit müqaviləsinə əsasən 36 ay müddətinə, illik 23 faiz olmaqla 25.000 manat məbləğində kreditlər verilmişdir. Göstərilən ipoteka müqavilələrindən irəli gələn öhdəliklərin təminatı kimi cavabdehlər Cavabdeh2 məxsus N saylı fərdi yaşayış evi 0.05 ha torpaq sahəsi ilə birlikdə və Cavabdeh3 məxsus ünvan 2 ünvanda yerləşən fərdi yaşayış evi 0.06 ha torpaq sahəsi ilə birlikdə ipoteka ilə yüklü edilmişdir. 2017-ci ilin aprel ayında “xxxx” QSC BOKT cavabdehlər X3, Cavabdeh2 və Cavabdeh3 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət cavabdehlərdən 38.004 manat məbləğində borcun, 30 manat dövlət rüsumunun tutulması, tutmanın ipoteka ilə yüklü edilmiş əmlaka yönəldilməsi və s. dair qətnamə çıxarılmasını xahiş etmişdir. Eyni zamanda cavabdehlər “xxxx” MMC-nin rəhbəri X4, Cavabdeh2 və Cavabdeh3 ilkin iddiaçı “xxxx” QSC BOKT-a qarşı “aralarında bağlanmış xx xxxxxx 2013-cü il tarixli, xx xxxxx 2014-cü il tarixli və xx xxxxxx 2015-ci il tarixli kredit müqavilələrinin və “xxxx” QSCnin Bərdə filialı ilə ipoteka qoyanlar Cavabdeh2 və Cavabdeh3 arasında bağlanmış eyni tarixli ipote ka müqavilələrinin və onların doğurduğu hüquqi nəticələrin etibarsız hesab edilməsi barədə” qətnamə çıxarılmasını xahiş etmişlər. İddia və qarşılıqlı iddia tələbləri üzrə yuxarıda göstərilən məhkəmə qətnamələri qəbul edilmişdir. Kassasiya şikayətinin dəlilləri: İlk iddia üzrə cavabdehlər “xxxx” MMC, Cavabdeh2 və Cavabdeh3 qətnamədən kassasiya şikayəti verərək apelyasiya instansiyası məhkəməsi tərəfindən işdəki sübutlara düzgün qiymət verilmədən, işə maddi və prosessual hüquq normalarının pozulması ilə baxılmasını əsas göstərməklə qətnamənin ilk iddianın qismən təmin edilməsi, qarşılıqlı iddianın təmin edilməməsi hissələrində ləğv edilərək və işin həmin hissələrdə yenidən baxılması üçün apelyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişlər. İşin baxıl ma vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumatlandırılmalarına baxmayaraq tərəflər məhkəmə kollegiyasının iclasına gəlməmiş, lakin kollegiya işə cavabdehlərin iştirakı olmadan baxmağı mümkün hesab etmişdir. Hüquqi məsələlər: Kollegiya sədrlik edənin məruzəsini dinləyib, kassasiya şikayətinin dəlillərini müzakirə edib, iş materiallarını araşdırdıqdan sonra hesab edir ki, kassasiya şikayəti təmin olunmamalı, qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası MPM-in 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. İş materiallarından görünür ki, “xxxx”xxxx“xxxx” MMC xx.xx.2013-cü il tarixli, xx.xx.2014-cü il tarixli və xx.xx.2015-ci i l tarixli kredit müqavilələrini bağlamaqla üzərlərinə qarşılıqlı surətdə öhdəliklər götürmüşlər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. “xxxx” QSC BOKT iş üzrə müəyyən olunduğu kimi, kredit müqavilələri üzrə öhdəliyini icra edərək müqavilələrdə nəzərdə tutulmuş kreditlərin “xxxx” MMC-yə verilməsini təmin etmiş və tərəflərin ümumi razılığına əsasən kreditlərin qaytarılma müddətini və şərtlərini müəyyən edən ödəniş cədvəlləri tərtib olunmuşdur. Lakin işdən göründüyü kimi MMC kredit lərin qaytarılması qaydası və şərtləri ilə əlaqədar üzərinə götürdüyü öhdəlikləri lazımınca yerinə yetirməmiş və nəticədə onun QSC-yə kredit müqavilələri üzrə əsas və faiz borcu yaranmışdır. Mülki Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Müəyyən olunduğu kimi cavabdeh “xxxx” MMC-nin “xxxx”xxxxbağladığı kredit müqavilələri üzrə öhdəliklərini n təminatı kimi mülkiyyət hüququ ilə digər cavabdehlər olan Cavabdeh2 və Cavabdeh3 məxsus olan fərdi yaşayış evləri torpaq sahələri ilə birlikdə ipoteka ilə yüklü edilmişdir. Mülki Məcəllənin 307.7 və 309.1-ci maddəsinə əsasən ipoteka müqaviləsi notariatda təsdiq olunmalı və dövlət qeydiyyatına alınmalıdır. İşdən görünür ki, “xxxx”xxxxbağlanmış ipoteka müqavilələri qanunun yuxarıda göstərilən normalarının tələblərinə müvafiq olaraq notariatda təsdiq olunmuş və ipoteka hüququ dövlət qeydiyyatına alınmışdır. Mülki Məcəllənin 317.1-ci maddəsinə görə borclu təminat vasitəsi ipoteka olan əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayan daşınmaz əşyanın satılmasını tələb edə bilər. Apelyasiya instansiyası məhkəməsi qarşılıqlı iddia tələbinin rədd olunmasını əsaslı sa yarkən Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 271.1-ci maddəsinin həmin Məcəllənin 158.2 və 158.4-cü maddələri baxımından şərh edilməsinə dair” xx xxxxxx 2015-ci il tarixli qərarına istinad etmişdir. Kollegiya yuxarıda göstərilənlərlə əlaqədar apelyasiya instansiyası məhkəməsinin iş üzrə gəldiyi nəticə ilə razılaşaraq hesab edir ki, mübahisə maddi və prosessual hüquq normalarının tələblərinə və müəyyən olunmuş sübutlara uyğun həll edilməklə qətnamə tərəflərin qarşılıqlı münasibətlərinə uyğun əsaslandırıldığından kassasiya şikayətinin dəlilləri qətnamənin ləğv edilməsi üçün əsas ola bilməz. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 416-419-cu maddələrini rəhbər tutaraq kollegiya QƏRARA ALDİ: Kassasiya şikayəti tə min edilməsin. Gəncə Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının hazırkı iş üzrə olan xx xxxxxx 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar