Məhkəmə qərarları › İş №2(102)-4748/2019

Ali Məhkəmə Qərar — İş №2(102)-4748/2019

27.06.2019 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-4748/2019 27.06.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Quliyev Gündüz Ağababa oğlunun sədrliyi və məruzəsi ilə, Mirzəliyev Əsəd Abdulla oğlu və Qoldman Tatyana Aleksandrovnadan ibarət tərkibdə, Əhmədov Nurlan Vəli oğlunun katibliyi, Cavabdeh2 iştirakı ilə, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 13 fevral 2019-cu il tarixli qətnaməsindən İddiaçı QSC-nin kassasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Bakı şəhəri Suraxanı Məhkəməsinin 09 sentyabr 2016-cı il tarixli qətnaməsi ilə (hakim E.Z.Ağayev, 2(010)-7010/2016) İddiaçı QSC-nin cavabdehlər Cavabdeh1, Cav abdeh2, X1, Cavabdeh4 və Cavabdeh5 qarşı iddia qismən təmin edilərək cavabdehlərdən müştərək qaydada 27.11.2012-ci il tarixli kredit razılaşması üzrə 3738 ABŞ dolları məbləğində əsas borc, 1288 ABŞ dolları məbləğində faiz borcu, 200 ABŞ dolları məbləğində cərimə olmaqla, cəmi 5227 ABŞ dolları borcun ödəniş anında manata məzənnəsi ilə, 10.10.2013-cü il tarixli kredit razılaşması üzrə 1112 ABŞ dolları məbləğində əsas borc, 246 ABŞ dolları məbləğində faiz borcu, 50 ABŞ dolları məbləğində cərimə olmaqla, cəmi 1408 ABŞ dolları borcun ödəniş anında manata məzənnəsi ilə alınaraq iddiaçıya ödənilməsi qət edilmiş, qalan hissədə rədd edilmişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 17 iyul 2018-ci il tarixli qətnaməsi ilə (hakimlər: V.T.Həsənov, V.Ə.Baxışova, N.Ş.Cəfərov iş 2(103)-6142/20 18) cavabdehlərin apellyasiya şikayəti qismən təmin edilmiş, Suraxanı Rayon Məhkəməsinin 09 sentyabr 2016-cı il tarixli qətnaməsi ləğv edilmiş, iş üzrə yeni qətnamə qəbul edilmiş, iddia qismən təmin edilmiş, Cavabdeh1 27.11.2012-ci il tarixli kredit razılaşması üzrə 3217 ABŞ dolları məbləğində əsas borc, 736 ABŞ dolları məbləğində faiz borcu, 200 ABŞ dolları məbləğində cərimənin ödəniş vaxta ABŞ dollarının manata məzənnəsi nəzərə alınmaqla, 10.10.2013-cü il tarixli kredit razılaşması üzrə 1112 ABŞ dolları məbləğində əsas borc, 162 ABŞ dolları məbləğində faiz borcu, 50 ABŞ dolları məbləğində cərimənin ödəniş anında manata məzənnəsi ilə alınaraq iddiaçıya ödənilməsiqət edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 17 dekabr 2018-ci il tarixli qərarı ilə (iş № 2(102)- 8338/2018, hakimlər Ə.G.Nurməmmədov, M.T.Əhmədova, Ə.M.Rüstəmov)İddiaçı QSC-nin kassasiya şikayəti qismən təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 17 iyul 2018-ci il tarixli qətnaməsi qismən, yəni iddia tələbinin cavabdehlər Cavabdeh2, X1, Cavabdeh4 və Cavabdeh5 qarşı hissəində rədd olunması hissəsində ləğv edilmiş, iş həmin hissədə yenidən baxılması üçün həmin apellyasiya məhkəməsinə göndərilmişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 13 fevral 2019-cu il tarixli qətnaməsi ilə (hakimlər: A.N.İmanov, A.Q,Hüseynov, V.N.Sadıqov iş 2(103)-2699/2019) cavabdehlərin apellyasiya şikayəti qismən təmin edilmiş, Suraxanı Rayon Məhkəməsinin 09 sentyabr 2016-cı il tarixli qətnaməsi cavabdehlər Cavabdeh2, X1, Cavabdeh4 və Cavabdeh5 27.11.2012-ci il tarixli kredit raz ılaşması üzrə 3738 ABŞ dolları məbləğində əsas borc, 1288 ABŞ dolları məbləğində faiz borcu, 200 ABŞ dolları məbləğində cərimə olmaqla, cəmi 5227 ABŞ dolları borcun ödəniş anında manata məzənnəsi ilə, 10.10.2013-cü il tarixli kredit razılaşması üzrə 1112 ABŞ dolları məbləğində əsas borc, 246 ABŞ dolları məbləğində faiz borcu, 50 ABŞ dolları məbləğində cərimə olmaqla, cəmi 1408 ABŞ dolları borcun ödəniş anında manata məzənnəsi ilə alınaraq iddiaçıya ödənilməsi hissəsində ləğv edilmiş, iddia tələbi Cavabdeh2, X1, Cavabdeh4 və Cavabdeh5 aid hissədə rədd edilmişdir. Həmin qətnamədən iddiaçı verdiyi kassasiya şikayətində qətnamənin ləğv edilib iddianın zaminlərə aid hissədə də təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İşin halları: İddiaçı ASC ilə Cavabdeh1 arasında bağlanmış 27.06.2008-ci il tarixli kredit xətti müqaviləsinə əsasən cavabdehə 120 ay müddətinə 30000 ABŞ dolları məbləğində kredit xətti açılmışdır. Həmin tarixdə İddiaçı QSC ilə Cavabdeh2, X1, Cavabdeh4 və Cavabdeh5 arasında bağlanmış zaminlik müqaviləsinə əsasən onlar Cavabdeh1 bank qarşısında öhdəliklərinin icra edilməsi üçün eyni həcmdə məsuliyyəti öz üzərlərinə götürmüşlər. İddiaçı ASC ilə Cavabdeh1 arasında bağlanmış 27.06.2008-ci il tarixli kredit xətti müqaviləsi çərçivəsində bağlanmış 27.11.2012-ci il tarixli kredit razılaşması əsasında ona aylıq 2,4167 faiz ödəmək şərtilə 24 ay müddətinə 20000 ABŞ dolları, 10.10.2013-cü il tarixli kredit razılaşması əsasında isə aylıq 2,1667 faiz ödəmək şərti ilə 15 ay müddətinə 6900 ABŞ dolları məbləğində kredit verilmişdir. 14.10.2016-cı il tarixdə İddi açı QSC Cavabdeh1, Cavabdeh2, X1, Cavabdeh4 və Cavabdeh5 qarşı kredit razılaşmaları üzrə borcun tutulması tələbinə dair ərizə ilə məhkəməyə müraciət etmişdir. İş üzrə yuxarıda qeyd olunan məhkəmə aktları qəbul edilmişdir. Kassasiya şikayətinin dəlilləri, kassasiya şikayətinə qarşı etirazlar və məhkəmə iclasında iştirak edən şəxslərin izahatları Kassator şikayətini onunla əsaslandırmışdır ki, apellyasiya məhkəməsi tərəfindən qətnamə qəbul edilərkən iş üçün əhəmiyyət kəsb edən hallar araşdırılmamış və düzgün hüquqi qiymət verilməmiş, maddi və prosessual hüquq normaları pozulmuşdur. Məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilmiş kassatorun nümayəndəsi məhkəmə kollegiyasının iclasına gəlməmişdir. Məhkəmə kollegiyasının iclasında cavabdehlərdən Cavabdeh2 vəkilsiz iştirak etmişdir. Hüqu qi məsələlər: Məhkəmə kollegiyası aşağıdakı əsaslara görə hesab edir ki, kassasiya şikayəti təmin edilmədən, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Həmin Məcəllənin 418-ci maddəsi ilə apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin və qərardadının ləğv edilməsinin əsasları müəyyən edilmişdir. İddia tələbinin əsasını kredit müqaviləsi üzrə ödənilməli olan borcun borclu və zamindən müştərək qaydada tutulması təşkil edir. İddiaçı bank tərəfindən apellyasiya məhkəməsinin qətnaməsi iddianın zaminlərə aid hissəsində rədd e dilməsi hissəsində mübahisələndirilir. Zaminlik müqaviləsinin əsaslarını müəyyən edən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 470-ci maddəsinə əsasən zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Zaminlik müqaviləsi gələcəkdə yaranacaq öhdəliyin təmin edilməsi üçün də bağlana bilər. Göründüyü kimi 27 iyun 2008-ci tarixli kredit xətti müqaviləsi üzrə öhdəliklərin icrasının təminatı kimi həmin tarixdə zaminlik müqaviləsi də bağlanmışdır. Kredit xətti müqaviləsi çərçivəsində 27.11.2012-ci il tarixdə 24 ay müddətinə 20000 ABŞ dolları, 10.10.2013-cü il tarixdə 15 ay müddətinə 6900 ABŞ dolları məbləğində borcun verilməsinə dair kredit müqavilələri bağlanmışdır. 27.11.2012- ci il tarixli kredit müqaviləsinin icra müddəti 02.12.2014-cü il tarixdə, 10.10.2013cü il tarixli kredit müqaviləsinin icra müddəti 12.01.2015-ci il tarixdə bitmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 477-ci maddəsi ilə zaminliyə xitam verilməsinin əsasları müəyyən edilmişdir. Həmin maddənin tələblərinə görə zaminlik müqaviləsində göstərilmiş onun verilmə müddəti qurtardıqda zaminliyə xitam verilir. Belə müddət təyin edilmədikdə zaminliyə onun təmin etdiyi öhdəliyin icrası vaxtının çatdığı gündən bir il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. Əsas öhdəliyin icrası müddəti göstərilmədikdə və müəyyənləşdirilə bilmədikdə və ya tələbetmə məqamı ilə müəyyənləşdirilə bildikdə zaminliyə zaminlik müqaviləsinin bağlandığı gündən iki il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. Hazırkı zaminlik müqaviləsi üzrə zaminlik onun təmin etdiyi öhdəliklərin icrası vaxtının çatdığı gündən bir il ərzində qüvvədə olmuş, zaminliklə təmin edilmiş öhdəliklərin icrası vaxtı müvafiq olaraq 27.11.2014-cü il və 10.01.2015-ci il tarixlərdə başa çatmış, lakin iddiaçı bank 07.06.2016-cı il tarixdə hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı bank müqavilələrin icra müddəti bitdikdən qanunla nəzərdə tutulmuş 1 il müddət ərzində zaminlərə qarşı iddia irəli sürmədiyindən cavabdehlər Cavabdeh2, X1, Cavabdeh4 və Cavabdeh5 zaminliyinə qanunun imperativ göstərişinə əsasən xitam verilmişdir. Bu halda apellyasiya məhkəməsi iddianın zaminlərə aid hissədə əsassız olması barədə düzgün nəticəyə gəlmişdir. Kassasiya şikayət inin dəlillərinə gəldikdə isə öhdəliyin icrası müddətinin aydın şəkildə ifadə olunduğu kredit və zaminlik müqavilələrinin bütün öhdəlikləri tam ödənilənədək qüvvədə olması barədə şərti hüquqi müəyyənlik prinsipinə və mülki qanunvericiliyin müddətləri tənzimləyən müddəalarına zidd olduğu üçün əhəmiyyətsiz olmaqla tərəflər üçün hüquqi nəticələr doğura bilməz. Beləliklə, apellyasiya məhkəməsi tərəfindən iş üzrə gəlinən nəticə qanunvericiliyin tələblərinə uyğun olmaqla, qətnamə maddi və prosessual hüquq normaları düzgün tətbiq edilməklə qəbul edildiyindən kassasiya şikayətinin dəlilləri qətnamənin ləğvi üçün əsas hesab edilə bilməz. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-nin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Kassasiya şikayəti təm in edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 13 fevral 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar