Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-4748/2023 26.12.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin cavabdeh X3 qarşı (3-cü şəxs qismində Maraqlı şəxs1 MMC cəlb edilməklə) iddia tələbinə dair iş üzrə QƏRARİ ( Açar sözlər: müəyyən edilmiş qaydada və məbləğdə dövlət rüsumunun ödənilməsini təsdiq edən sənədlər, dövlət rüsumu tam ödənilmədiyinə görə apelyasiya şikayətinin qeyrimümkünlüyü) Azərbaycan Respublikasının Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Şəfiyev İspəndiyar Əsəd oğlu (məruzəçi hakim), Əhmədov Əhməd Abbas oğlu və Həsənov Vüqar Təvəkgül oğlundan ibarət tərkibdə, iddiaçı "xxxx" ASC-nin cavabdeh X3 qarşı (3-cü şəxs qismində Maraqlı şəxs1 MMC cəl b edilməklə) ipoteka predmetinə tutmanın yönəldilməsi və sair tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-6653/2023 nömrəli, 17 oktyabr 2023-cü il tarixli qərardadından cavabdeh X5 tərəfindən verilmiş kassasiya şikayətinə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat
1. İddiaçı "xxxx" ASC cavabdeh X3 qarşı (3-cü şəxs qismində Maraqlı şəxs1 MMC cəlb edilməklə) ipoteka predmetinə tutmanın yönəldilməsi və sair tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.
2. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 16 avqust 2023-cü il tarixli, 2(001)2641/2023 saylı qətnaməsi ilə (hakim S.Səlimova) iddia tələbi qismən təmin edilərək, Cav abdeh mülkiyyətində olan ünvan 1 ünvanında 0,01206 ha torpaq sahəsində yerləşən 231,8 kv.m. ümumi sahədən ibarət qeyri-yaşayış binasının ilkin satış qiyməti 330.000 manat olmaqla açıq hərracda satılması, satışdan əldə olunmuş vəsaitdən xx.xx.2017-ci il tarixli 210LG170411 №-li qarantiyanın verilməsi şərtləri haqqında saziş üzrə əsas borca görə 180.000 manat, faiz borcuna görə 5250 manat, əldən çıxan faydaya görə xx.xx.2022ci il tarixdən xx.xx.2023-cü il tarixədək olan dövr üçün illik 5% dərəcəsi ilə 11.175 manat, məhkəmə xərclərinə görə 620 manat olmaqla, cəmi 197.045 manat pulun ASC "xxxx"ın xeyrinə, ekspertiza tədqiqatının dəyərinə görə 150 manat pulun dövlət nəfinə tutulması, iddia ərizəsinin qalan hissədə rədd olunması qət edilmişdir. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat
3. Cavabdeh X5 apellyasiya şikayət verərək, iddia tələbinin təmin edilmiş hissəsində rədd edilməsinə dair yeni qətnamə çıxarılmasını xahiş etmişdir.
4. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 17 oktyabr 2023-cü il tarixli, 2(103)-6653/23 nömrəli qərardadı ilə (hakimlər – X.Ə.Sarıyev (sədrlik edən və məruzəçi), F.V.Abdıyev və F.H.Qasımov) cavabdeh X5 tərəfindən verilmiş apellyasiya şikayəti üzrə apellyasiya qeyri-mümkün hesab edilmiş və apellyasiya şikayəti mülki işlə birlikdə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə qaytarılmışdır.
5. Apellyasiya instansiyası gəldiyi nəticəni belə əsaslandırmışdır ki, iddiaçı tərəfindən iddia ərizəsi verilərkən 485 manat dövlət rüsumu ödənilmişdir. Bu məbləğin 50 faizi 242,5 manat təşkil edir. Cavabdeh tərəfindən isə dövlət rüsumunun ödənilməsinin süb utu kimi apellyasiya şikayətinə 2 ədəd mədaxil qəbzi əlavə edilmişdir. ********** nömrəli birinci qəbzə əsasən xx.xx.2023-cü il tarixdə Nümayəndə2 tərəfindən 47,50 manat rüsum ödənildiyi müəyyən edilir. ********** nömrəli ikinci qəbzə əsasən xx.xx.2023-cü il tarixdə X2 tərəfindən 202,50 manat dövlət rüsumu ödənilmişdir.
6. Lakin ********** nömrəli qəbzdən göründüyü kimi 202,50 manat məbləğdə dövlət rüsumu qətnamənin çıxarıldığı xx.xx.2023-cü il tarixdən 4 ay əvvəl - xx.xx.2023-cü il tarixdə ödənilmiş, həmçinin rüsumu ödəyən şəxs kimi X2 göstərilmişdir.
7. Kollegiya hesab etmişdir ki, qeyd olunan qəbzin hazırki işə aidiyyəti müəyyən edilmir. Kollegiya ********** nömrəli mədaxil qəbzi üzrə ödənilən dövlət rüsumunun hazırkı işə aidiyyəti müəyyən edilmədiyindən, dövlət rüsumu 47,50 manat həcmi ndə ödənildiyindən, apellyasiya şikayətinin qeyri-mümkün hesab edilməsi qənaətinə gəlmişdir.
8. Məhkəmə gəldiyi nəticənin əsası kimi “Dövlət rüsumu haqqında” Qanunun 8.1.4, 8.6-cı maddələrinə, Mülki Prosessual Məcəllənin 361.3, 364.1 və 366.2-ci maddələrinə istinad etmişdir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri
9. Cavabdeh X5 (vəkil Nümayəndə2) kassasiya şikayəti verərək qərardadın ləğv edilib, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2(001)2641/2023 saylı qətnaməsindən verilmiş apelyasiya şikayətinin Bakı Apellyasiya Məhkəməsi tərəfindən icraata götürülməsinin təmin edilməsini xahiş etmişdir.
10. Kassasiya şikayətində qeyd olunmuşdur ki, qətnamədən verilən apellyasiya şikayəti üçün “Dövlət rüsumu haqqında” Qanunun 8.6-cı maddəsinə müvafiq olan məbləğdə, - iddia tələbi üzrə ödənilən 485 manat dövlət rüsumunun 50 faizi, yəni, 242,5 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Həmin rüsum məbləği iki ayrı qəbz şəklində iş materiallarına əlavə olunmuşdur. Birinci qəbzdə ödənildiyi qeyd olunan 47,50 manat rüsum məbləği cavabdehin etibarnamə üzrə səlahiyyət verdiyi Nümayəndə2, ikinci qəbz üzrə ödənilən 202,50 manat dövlət rüsumu isə digər etibar olunan və sözügedən etibarnamədə də adı qeyd olunan X2 tərəfindən ödənilmişdir. Yəni, müəyyən olunmuş dövlət rüsumu məbləği qanunvericiliyə uyğun şəkildə və qaydada ödənilmişdir. Bu səbəbdən məhkəmənin apellyasiya şikayətini qeyri-mümkün hesab etməsi üçün heç bir əsas mövcud deyildir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
11. Məhkəməyə kassasiya şikayə tinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq “Dövlət rüsumu haqqında” Qanun
12. Maddə 8.6. Apellyasiya, kassasiya və ya əlavə kassasiya şikayətinin, qanuni qüvvəyə minmiş məhkəmə aktlarına yeni açılmış hallar üzrə yenidən baxılması üçün ərizənin verilməsinə görə bu Qanunun müvafiq olaraq 8.1-ci və 8.2-ci maddələrində müəyyən edilmiş dövlət rüsumunun 50 faizi ödənilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi
13. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.
14. Maddə
81. Qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz.
15. Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
16. Maddə 108.1. Mülki məhkəmə icraatında dövlət rüsumu aşağıdakı hallarda ödənilir:... 108.1.7. apellyasiya, kassasiya və ya əlavə kassasiya şikayəti verildikdə;...
17. Maddə 361.3. Şikayətə dövlət rüsumunun ödənilməsini təsdiq edən sübutlar əlavə edilir.
18. Maddə 363.1. Apellyasiya şikayəti birinci instansiya məhkəməsi tərəfindən aşağıdakı hallarda qaytarılır:... 363.1.2. Apellyasiya şikayətinə müəyyən edilmiş qaydada və məbləğdə dövlət rüsumunun ödənilməsini təsdiq edən sənədlər əlavə olunmamışdırsa, qanunla dövlət rüsumunun ödənilməsinə möhlət verilməsi, hissə-hissə ödənilməsi və ya onun məbləğinin azaldılması imkanı nəzərdə tutulmuşdursa, bu barədə vəsatət olmadıqda və ya vəsatət rədd edilmişdirsə;...
19. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
20. Maddə 417.1.3. Kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını qismən ləğv edə və ya tamamilə, yaxud qismən ləğv edib işi yenidən baxılmaq üçün apellyasiya instansiyası məhkəməsinə göndərə bilər.
21. Maddə 418.1. Maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması, o cümlədən maddi və prosessual hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin pozulması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır. Kassasiya baxışının hədləri
22. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
23. Hazırkı kassasiya şikayətinə əsasən apellyasiya instansiyası məhkəməsinin qərardadı tam yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
24. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsinin apelyasiya şikayətinin qaytarılması barədə gəldiyi nəticə qanuni və əsaslıdır.
25. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin İ hissəsi hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verir. Məhkəmə müdafiəsi təminatı əsas insan və vətəndaş hüquqları və azadlıqları sırasında olmaqla, eyni zamanda bütün digər hüquq və azadlıqların təminatı kimi qəbul olunur. Ədalət mühakiməsi vasitəsilə insan hüquq və azadlıqlarının təminatı sisteminin universal xarakteri, həmçinin şəxsin qanunsuz və əsassız məhkəmə qərarlarından müdafiə olunması məqsədilə müvafiq məhkəmələrə şikayət etmək imkanlarını əhatə edir. Bu mənada məhkəmə müdafiəsi hüququ yalnız birinci instansiyada məhkəmə müdafiəsinin təmin olunmasını deyil, onun həm çinin apellyasiya və kassasiya instansiyalarında da həyata keçirilməsini nəzərdə tutur. Hər hansı məhkəmə instansiyasına şikayət etmək hüququ məhkəmə müdafiəsi hüququndan irəli gəlir.
26. Lakin nəzərə alınmalıdır ki, məhkəmə müdafiəsi hüququ mütləq hüquq deyildir və qanunla müəyyən edilmiş prosessual şərtlər mövcud olduqda bəzi məhdudiyyətlərə məruz qala bilər. Məhkəmənin qərarından yuxarı instansiya məhkəməsinə şikayət verilməsi üçün də bəzi şərtlər, məhdudiyyətlər nəzərdə tutulur. Bu cür şərtlərdən biri, apelyasiya şikayətinin veriməsi üçün MPM-nin 108.1.7-ci maddəsinə uyğun olaraq, “Dövlət rüsumu haqqında” Qanunun 8.6-cı maddəsində müəyyən olunmuş məbləğdə dövlət rüsumunun ödənilməsinin zəruriliyidir.
27. Apelyasiya instansiyası məhkəməsi müəyyən etmişdir ki, baxılan iş üzrə apelyasiya şikayəti verilməsi üçün 242,5 manat dövlət rüsumu ödənilməlidir. Cavabdeh dövlət rüsumunun ödənilməsinin sübutu kimi 2 ədəd mədaxil qəbzi əlavə etmişdir. ********** nömrəli birinci qəbzə əsasən xx.xx.2023-cü il tarixdə cavabdeh tərəfindən 47,50 manat rüsum ödənilmişdir. Lakin ********** nömrəli ikinci qəbzə əsasən xx.xx.2023-cü il tarixdə X2 tərəfindən ödənilmiş 202,50 manat dövlət rüsumunun baxılan işə aidliyi müəyyən edilməmişdir.
28. Məhkəmə kollegiyası qeyd edir ki, apelyasiya instansiyası məhkəməsinin apelyasiya şikayətinin mümkünlüyünü yoxlayarkən araşdırmalı olan məsələlərdən biri də apelyasiya şikayətinin qaytarılması üçün MPM-nin 363.1.2-ci maddəsində nəzərdə tutulmuş halı - apellyasiya şikayətinə müəyyən edilmiş qaydada və məbləğdə dövlət rüsumunun ödənilməsini təsdiq edən sənə dlərin əlavə olunmasını müəyyən etməkdən ibarətdir.
29. Kassatorun «apellyasiya şikayəti üçün “Dövlət rüsumu haqqında” Qanunun 8.6-cı maddəsinə müvafiq olan məbləğdə - iddia tələbi üzrə ödənilən 485 manat dövlət rüsumunun 50 faizi yəni, 242,5 manat məbləğində dövlət rüsumu ödənilmişdir» dəlili, qərardadın ləğvinə əsas vermir.
30. Çünki MPM-nin 363.1.2-ci maddəsində bəhs olunan “müəyyən edilmiş qaydada dövlət rüsumunun ödənilməsini təsdiq edən sənəd” ifadəsi onu ehtiva edir ki, məhkəmə ödənilmiş dövlət rüsumunun məbləğini yoxlamaqla kifayətlənməməli, həm də bu məbləğin qanunla müəyyən edilmiş qaydada ödənilməsini, baxılan işə aid olmasını müəyyən etməlidir. Buna görə də apelyasiya instansiyası məhkəməsi haqlı olaraq dövlət rüsumunun işə aidliyini araşdırmış və bəhs olunan 202.50 manat rüsum un birinci instansiya məhkəməsinin qətnaməsi çıxarılandan təxminən 4 ay əvvəl ödənildiyini nəzərə alaraq, bu ödənişin baxılan işə aid olmaması barədə nəticəyə gəlmişdir.
31. Məhkəmə kollegiyası apelyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə ilə razılaşır. Müzakirə olunan məsələnin xüsusiliyini nəzərə alaraq məhkəmə kollegiyası qeyd edir ki, 202,50 manat dövlət rüsumunun ödənilməsi barədə ödəmə sənədində cavabdehin etibarnamə üzrə nümayəndəsi X1 (həmin nümayəndə həm də vəkildir (1716 - VK)) adı qeyd olunmuşdur. Vəkilə öz peşəsinə görə tam aydındır ki, birinci instansiya məhkəməsinin qətnaməsi çıxarılmamış apelyasiya şikayətinin ödənilməsi üçün istər prosessual, istərsə də vəkillik fəaliyyəti ilə bağlı hər hansı zərurət yoxdur. Belə ki, birinci instansiya məhkəməsində işin necə tamamlan acağı – iş üzrə icraata xitam veriləcəyi (iddiadan imtina etmə, barışıq sazişi bağlanması və s. səbəblə əlaqədar), baxılmamış saxlanılacağı, mahiyyəti üzrə baxılıb qətnamə çıxarılacağı halda iddianın təmin və ya rədd ediləcəyi, cavabdehin çıxarılacaq qətnamə ilə razılaşmayacağı bəlli deyildi. Bu vəziyyətdə iş üzrə apelyasiya şikayəti verilməsi üçün dövlət rüsumunu ödəməyi şərtləndirən hal yox idi. İstər vəkillik fəaliyyətində, istərsə də məhkəmə təcrübəsində, birinci instansiya məhkəməsinin qətnaməsi olmadığı halda dövlət rüsumunun ödənilməsinə rast gəlinmir. Bu vəziyyətdə rüsumun ödənilməsi, vəkil olan nümayəndənin hüquqi xidmət göstərdiyi şəxsin mənafelərinə də uyğun deyildir. O.Xudatlının vəkillik fəaliyyəti ilə məşğul olması isə, həmin məbləğin xidmət göstərdiyi başqa şəxsə aid iş üzrə deyil, məhz hazırki iş üzrə ödənildiyi ilə bağlı haqlı sual doğurur və buna dair sübut təqdim edilməsini zəruri edir. 202,50 manat rüsumun ödənilməsi barədə qəbzdə O.Xudatlının həmin məbləği hansı məhkəmənin icraatında olan, hansı iş üzrə ödənildiyi barədə hər hansı məlumat əksini tapmayıb.
32. Apelyasiya şikayətinə dövlət rüsumunun tam ödənlməsini təsdiq edən sənədin əlavə olunmaması, qanunla dövlət rüsumunun ödənilməsinə möhlət verilməsi, hissə-hissə ödənilməsi və ya onun məbləğinin azaldılması imkanı nəzərdə tutulduğu halda bu barədə vəsatət verilməməsi, MPM-nin 363.1.2-ci maddəsinə əsasən apelyasiya şikayətinin geri qaytarılması kimi hüquqi nəticəyə səbəb olur.
33. Kassasiya kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi düzgün olaraq MPM-nin 363.1.2-ci maddəsinə istina d etməklə apelyasiya şikayətinin geri qaytarılmasına dair qərardad qəbul etmişdir. Kassasiya şikayətinin dəlilləri əsassız olduğundan təmin olunmamalı, qərardad dəyişdirilmədən saxlanılmalıdır.
34. Məhkəmə kollegiyası yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-6653/2023 nömrəli, 17 oktyabr 2023-cü il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.