Məhkəmə qərarları › İş №2(102)-4749/2021

Ali Məhkəmə Qərar — İş №2(102)-4749/2021

28.09.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-4749/2021 28.09.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçı Cavabdeh qarşı iş üzrə QƏRARİ (Açar sözlər: qaz xəttinə qanunsuz qoşulmanın hüquqi nəticələri) Hakimlər Xəlilov İsmayıl Kamil oğlu (sədrlik edən və məruzəçi), Əliyev Ələsgər Əliabbas oğlu və Əhmədova Mehparə Tofiq qızından ibarət tərkibdə, Babayeva Məlahət Əfqan qızının katibliyi, İddiaçının vəkili Vəkil iştirakı ilə, İddiaçı Cavabdeh qarşı dəymiş zərərin əvəzinin ödənilməsi tələbinə dair Bakı Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-1014/2021 nömrəli, 24.02.2021-ci il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. Cavabdehə məxsus olan Xəzər rayonu Mərdəkan qəsəbəsi 28 may küçəsi ev 22 üvanda sayğacdan kənar qaz xətti çəkilərək qazdan qanunsuz istifadə olunması ilə bağlı sənədləşmələr aparılmışdır. Bu fakt 18.01.2017-ci il tarixli, ******* saylı, 19.12.2017-ci il tarixli, ******* saylı, 25.01.2018-ci il tarixli, ******* saylı, 22.05.2018-ci il tarixli, ******* saylı, 25.07.2018-ci il tarixli, ******* saylı, 28.08.2018-ci il tarixli, ******* saylı, 19.09.2018-ci il tarixli, ******* saylı, 31.10.2018-ci il tarixli, ******* saylı, 30.11.2018-ci il tarixli, ******* saylı, 28.12.2018-ci il tarixli, ******* saylı, 31.01.2019-cu il tarixli, ******* saylı, 28.02.2019-cu il tarixli, ******* saylı, 29.03.2019-cu il tarixli, ******* saylı, 30.04. 2019-cu il tarixli, ******* saylı, 31.05.2019-cu il tarixli, ******* saylı, 28.06.2019-cu il tarixli, ******* saylı aktlarla rəsmiləşdirilmişdir. Ona görə iddiaçı məhkəməyə müraciət edərək həmin aktlar əsasında hesablanmış pul vəsaitinin cavabdehdən tutulmasını tələb edir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat

2. İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, təbii qazdan qeyri-qanuni istifadəyə görə yaranmış 5734 manat məbləğində əsas borcun, 30 manat məbləğində dövlət rüsumunun, ümumilikdə 5764 manat məbləğində borcun Cavabdeh tutularaq İddiaçı xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir.

3. İddiaçı İB iddia ərizəsini onunla əsaslandırmışdır ki, İddiaçı Cavabdeh məxsus fərdi yaşayış evini təbii qazla təchiz edir. Həmin ünvana “Azəriqaz” İB-nin Bakı Regional qazın satışı Departamenti tərəfindən **********00000 nömrəli abonent kodu verilmiş, mənzilində G-4 markalı, 1702AZ**********85 saylı qaz sayğacı quraşdırılmışdır. Lakin Cavabdeh “X2”nın 6.5-ci bəndinin (qazpaylayıcı şəbəkəyə qanunsuz qoşulma) tələblərini pozaraq, istifadəsinə verilmiş sayğacdan əvvəl özbaşına olaraq qaz xəttinə qoşulmaqla təbii qazı talamışdır. İddiaçı İB-nin işçiləri tərəfindən Birliyin balansında və istismarında olan küçə qaz xətlərinə, eləcə də cavabdehin fərdi yaşayış evində quraşdırılmış qaz sayğacına baxış keçirilərkən qaz xəttinə özbaşına qoşulmaqla cavabdehin təbii qazdan qeyri-qanuni istifadə halı aşkar olunaraq aktlaşdırılmış və bu halı təsbitləyən foto çəkilişlər aparılmışdır. Qeyd olunan faktlarla bağlı Birliyin işçiləri tərəfindən “Təbii X2n pozulması haqqında” aktlar tərtib edilmişdir. Belə ki, 18.01.2017-ci il tarixli, ******* saylı akt əsasında 161,60 manat; 19.12.2017-ci il tarixli, ******* saylı akt əsasında 1944 manat; 25.01.2018-ci il tarixli, ******* saylı akt əsasında 1214 manat; 22.05.2018-ci il tarixli, ******* saylı akt əsasında 324 manat; 25.07.2018-ci il tarixli, ******* saylı akt əsasında 648 manat; 28.08.2018-ci il tarixli, ******* saylı akt əsasında 133,20 manat; 19.09.2018-ci il tarixli, ******* saylı akt əsasında 324 manat; 31.10.2018-ci il tarixli, ******* saylı akt əsasında 66,60 manat; 30.11.2018-ci il tarixli, ******* saylı akt əsasında 142,20 manat; 28.12.2018-ci il tarixli, ******* saylı akt əsasında 142,20 manat; 31.01.2019-cu il tarixli, ******* saylı ak t əsasında 142,20 manat; 28.02.2019- cu il tarixli, ******* saylı akt əsasında 142,20 manat, 29.03.2019-cu il tarixli, ******* saylı akt əsasında 142,20 manat, 30.04.2019-cu il tarixli, ******* saylı akt əsasında 142,20 manat, 31.05.2019-cu il tarixli, ******* saylı akt əsasında 32,40 manat, 28.06.2019-cu il tarixli, ******* saylı akt əsasında 32,40 manat dəymiş ziyan hesablanmışdır. Beləliklə cavabdehin cəmi borcu 5734 manat olmuşdur. Cavabdeh tərəfindən heç bir ödəniş həyata keçirilmədiyi üçün məhkəməyə müraciət etmək zərurəti yaranmışdır. Tərəflər arasında imzalanmış 17.04.2017-ci il tarixli, 03/8528 saylı müqavilənin 2.3.4-cü bəndinə əsasən istehlakçı təqsirli hərəkətləri (hərəkətsizliyi), habelə bu müqavilə üzrə müəyyən edilmiş vəzifələrin icra edilməməsi nəticəsində qaz paylayıcısı na dəymiş zərərin əvəzini ödəməlidir. Dəymiş zərər Azərbaycan Respublikasının Dövlət Neft Şirkətinin (SOCAR) kollegial idarəetmə orqanı olan Şurasının 14.03.2011 -ci il tarixli, 11 nömrəli qərarı ilə təsdiqlənmiş “İstehlakçılar tərəfindən təbii X2nın pozulması hallarında qanunsuz istifadə olunmuş qazın dəyərinin bərpasının hesablanması qavdaları”na əsasən müəyyən edilmişdir. Həmin qaydalara əsasən, istehlakçılar tərəfindən X2nın pozuntusuna yol verilməsi aşkar edildikdə, qazın verilməsi qeyd-şərtsiz dayandırılır və təbii qazın alqı-satqısı müqaviləsində göstərilən qaz cihazları üçün nəzərdə tutulan normativ hesabata müvafiq olaraq, axırıncı texniki baxış müddətindən sonrakı dövr üçün və ya iddia müddəti ərzində (3 il) qaz sərfinə bərabər qanunsuz istifadə olunmuş qazın dəyəri hesablanaraq istehlakçı tərəfindən təchizatçının hesablaşma-hesabına ödənilir. Qeyd edilən sənədlərdən göründüyü kimi, cavabdeh tərəfindən qazpaylayıcı şəbəkəyə qanunsuz qoşulma halı aşkar olunduğu üçün, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli, 80 saylı qərarı ilə təsdiq edilən “Qazdan istifadə qaydalan”nın 6.5-ci bəndinə əsasən qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla qazın verilişini dayandırmalı və dəymiş zərərin ödənilməsini qanunvericiliyə uyğun olaraq həmin şəxsdən tələb etməlidir.

4. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-588/2020 saylı, 31 avqust 2020-ci il tarixli qətnaməsi (hakim. R.Xəzri) ilə iddia təmin edilməmişdir.

5. Məhkəmə iddia tələbini rədd edərkən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.2, 443.2, 448.1, 448.2, 1 096.1, 1096.2, 1097.1; «Qaz təchizatı haqqında» Azərbaycan Respublikasının Qanununun 13-cü maddəsinin 8 hissəsi; Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 80 saylı 12 may 2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş «X2»nın 3.1.7, 4.9, 5.2, 5.4, 5.5, 6.5, 6.7-ci bəndlərinə istinad etmişdir.

6. Birinci instansiya məhkəməsinin qətnaməsindən İddiaçı apellyasiya şikayəti vermişdir. Apelyasiya instansiyası məhkəməsindəki icraat

7. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 24.02.2021-ci il tarixli 2(103)-1014/2021 nömrəli qətnaməsi ilə (sədrlik edən İ.Şirinov, hakimlər T.Səmədov və A.Tanrıverdiyev) İddiaçı İB tərəfindən verilmiş apellyasiya şikayəti təmin olunmamış; Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-588/2020 saylı, 31 avqust 2020-ci il tarixli qətnaməsi onun apellyasiya şik ayətinə əsasən mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmışdır.

8. Apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin gəldiyi nəticə və əsaslandırma ilə razılaşmışdır.

9. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən İddiaçı kassasiya şikayəti vermişdir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Kassasiya şikayətinin dəlilləri

10. İddiaçı kasasiya şikayəti verərək qətnamənin ləğv olunmasını və işə yenidən baxılması üçün apellyasiya instansiya məhkəməsi göndərilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.

11. Kassasiya şikayəti belə əsaslandırılmışdır: Məhkəmə maddi və prosessual hüquq normalarını pozmuş və düzgün tətbiq etməmiş, gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halları a ydınlaşdırmamış, qətnamədə göstərilən nəticələr işin hallarına uyğun gəlmir.“Əlavə olaraq qeyd edilmişdir ki, məhkəmələr ekspert rəyini düzgün qiymətləndirməmiş, ekspertiza təyin edilən zaman artıq iddiaçı tərəfindən pozuntuların aradan qaldırılmasına diqqət yetirməmişlər. İddiaçı tətəfindən cavabdeh şəxs barəsində aktların tərtib edildiyi tarixlərdə cavabdeh tərəfindən smart tipli qaz sayğacı üzrə təbii qazdan istifadəyə görə nə qədər pul ödənildiyi araşdırılmamış, materiallarına əlavə edilmiş fotoşəkillərə qiymət verməmişlər. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

12. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. c) Məhkəmə icraatı iştirakçılarının izahatları məhkəmələr iş

13. İddiaçının vəkili Vəkil kassasiya şikayətini müdafiə edərək, şikayətin təmin edilməsi b arədə qərar qəbul edilməsini xahiş etmişdir.

14. Cavabdeh məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq məhkəmə iclasına gəlməmiş, məhkəmə kollegiyası MPM-in 415.3-cü maddəsinə əsasən, işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Mülki Məcəlləsi:

15. Maddə. 448.2. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz. “Qaz təchizatı haqqında” Azərbaycan Respublikasının Qanunu:

16. Maddə 6.2. Bilərəkdən (qəsdən) və“ya səhlənkarlıq nəticəsində“qaz qurğularına ziyan vuran və“ya qurğu sahibindən icazəsiz digər qurğudan qaz alan ist ənilən“şəxs, qaz qurğusu sahibinə“dəymiş“ziyana görə“məsuliyyət daşıyır.

17. Maddə 20.Müvafiq icra hakimiyyəti orqanı və qaz nəzarəti üzrə onun müvəkkil etdiyi“nümayəndələr qaz fəaliyyəti ilə bağlı bütün yerləri, binaları və qurğuları yoxlama hüququna malikdir.

18. Maddə 22.“Bu Qanunu pozan hüquqi və“fiziki“şəxslər Respublikası“qanunvericiliyinə“uyğun məsuliyyət daşıyırlar. Azərbaycan Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli 80 saylı qərarı ilə təsdiq edilən “X2”

19. Maddə 6.5. Qazpaylayıcı şəbəkəyə qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla qazın verilməsini dayandırmalı və dəymiş zərərin ödənilməsini qanunvericiliyə uyğun olaraq həmin şəxsdən tələb etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:

20. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

21. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

22. Maddə

416. Kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

23. Maddə. 418.1. Maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır. Kassasiya baxışının hədləri

24. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəf indən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

25. Məhkəmə Kollegiyası aşağıdakı əsaslara görə apellyasiya instansiya məhkəməsinin mövqeyi ilə razılaşmır.

26. Apellyasiya məhkəməsi iddianı rədd etmişdir ona görə ki, iddiaçının iddia tələbinin əsasını təşkil edən aktlar cavabdeh tərəfindən imzalanmamış, iş materiallarında olan 03 iyul 2020-ci il tarixli 10/444 saylı ekspert rəyində qaz xəttinə kənar qoşulm a təsdiqini tapmamış, abonentin qazdan qeyri-qanuni istifadə etməsi sübuta yetirilməmiş, iddiaçı bununla bağlı əlavə heç bir sübut təqdim etməmişdir

27. Məhkəmə kollegiyası hesab edir ki, iddiaçı tərəfindən təqdim edilmiş sübutlar düzgün qiymətləndirilməmiş, mülki prossesual qanunvericiliyin tələbləri pozulmuşdur.

28. İddiaçı tələbinin əsası kimi tərtib edilmiş çoxsaylı aktları məhkəməyə təqdim etmişdir. Eyni zamanda iddiaçı aktlarla təsvir edilən və qaz xəttinə qoşulma hallarını təsdiq edən fotoşəkilləri də məhkəməyə təqdim etmişdir.

29. Aktlar tərtib edilmişdir ona görə ki, cavabdeh qaz xəttinə qaz borusunda quraşdırılmış borucuq qaynaq etmiş və həmin hissəyə rezin boru quraşdırmaqla qazdan sayğacdankənar istifadə etmişdir. İşdə olan ekspertiza rəyində də həmin borucuğun qaz borusuna qay naq olunması təsdiq olunur (mülki iş səhifə 91). Həmin borunun uzunluğu 1 sm təşkil edir. Çəkilmiş fotoşəkllərdə abonentin həmin boru vasitəsi ilə rezin boru ilə qaza müdaxilə etməsi aşkar görünür. Ekspertiza zamanı həmin boru qaynaq olunmuşdur və artıq qanunsuz müdaxilə izləri aşkar edilməmişdir.

30. Əslində, müdaxilədən uzun müddət keçdikdən, bir neçə aktlar tərtib edildikdən sonra, məhkəmə baxışı zamanı müvafiq ekspertiza ilə qaz borusuna müdaxilə faktını müəyyən etməyin ehtimalı sfıfıra bərabərdir. Analoji işlər üzrə müvafiq ekspertizanın keçirilməsinin müsbət nəticələri mümkün deyil.

31. Buna baxmayaraq, hazırkı iş üzrə ekspertiza dövründə də, fotoşəkillərlə təsdiq edilmiş rezin borunun qoşulduğu borucuğun hələ də əsas boruya bitişik olaraq qalıdığı, sadəcə ağzının qaynaq olunduğu aşk ar edilmişdir.

32. Uzun illər ərzində dalbadal qanunsuz qoşulma ilə bağlı aktların tərtib edilməsi, bunu təsdiq edən fotoşəkillərin çəkilməsi (həmin evin həyəti tərəfdən və həm də küçədən), fotoşəkillərdə hadisənin baş vermə şəraitinin aydın olaraq görünməsi, əsas boruya qoşulma nöqtəsinin izlərinin saxlanması, cavabdehin bütün bu rəsmiləşmələrə heç bir münasibət bildirməməsi, abonent saldosuna əsasən (mülki iş səhifə 14-15) iki il ərzində (2018-2019) abonentin təbii qazdan istifadəyə görə heç bir ödəniş etməməsi halları qanunsuz qoşulmanın mövcudluğuna dəlalət edən hallardır. Hər gün baş verən çoxsaylı analoji pozuntuların başqa qaydada (daha peşəkar) rəsmiləşdirilməsinin fiziki cəhətdən mümkün olmadığı anlaşılandır.

33. Tərtib edilmiş aktlar üzrə məbləğlərin reallığı əks etdirməməsi, həd dən artıq olması kimi hallar artıq məhkəmənin qiymət verəcəyi hallardır. Təəsüflər olsun ki, analoji işlərin sayı çox olsa da, bu sahədə vahid məhkəmə təcrübəsinin formalaşıdırmlası mümkün olmamışdır. Oxşar işlərdə müxtəlif məhkəmələr müxtəlif hesablama qaydaları tətbiq edirlər. Məsələn, bir sıra məhkəmələr qazdan qanunsuz istifadə halları aşkar edildiyi təqdirdə ədalətli məbləği müəyyən etmək üçün normalda abonentin etdiyi ödənişin orta sərfiyatını nəzərə alır, digər halda qış ayları üçün ağlabatan sabit məbləğ, yay ayları üçün isə digər sabit məbləği tutmaqla mübahisəni həll edirlər.

34. Məhkəmə kollegiyası hesab edir ki, əslində fərqli fikirlərin, mövqelərin yaranmasına səbəb aktlar üzrə hesablanmış məbləğlərin həddən artıq və ədalətli olmaması, real sərfiyyatı əhatə etməməsi ilə bağl ıdır. Belə hesablamalar iddiaçı təşkilatın qəbul etdiyi qaydalar və təlimatlar əsasında hesablandığından, onlar normativ xarakterli aktlar olmadığından məhkəmələr həmin qaydalardan kənara çıxaraq vahid bir mövqe nümayiş etdirməkdə haqlı olardılar. Lakin hər bir halda qanunsuz qoşulma halı təsdiq edildiyi təqdirdə məbləğin ədalətli olmaması əsası ilə iddianı təmin etməkdən çəkinmə əsaslı hesab oluna bilməz.

35. Məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara əsasən belə qənaətə gəlir ki, Apelyasiya Məhkəməsi mübahisəni həll edərkən maddi və prosessual hüquq normalarını düzgün tətbiq etməmişdir ki, buda qətnamənin ləğv olunması üçün əsasdır.

36. Şərh edilənlərə və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416, 417, 418, 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara a ldı: İddiaçı kassasiya şikayəti təmin edilsin. Bakı Apelyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-1014/2021 nömrəli, 24.02.2021-ci il tarixli qətnaməsi ləğv edilsin. İşə apelyasiya qaydasında yenidən baxılması üçün həmin məhkəməyə qaytarılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar