Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-475/2021 01.02.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı1 Cavabdeh1 qarşı iddia tələbinə dair iş üzrə QƏRARİ Açar sözlər: notariusun icra qeydi, işə məhkəmədə baxılmalı deyil, iş üzrə icraata xitam verilməsi Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Hüseynov Abiddin Qabil oğlu (sədrlik edən və məruzəçi), Nurməmmədov Əhməd Güləhməd oğlu və Əhmədova Mehparə Tofiq qızından ibarət tərkibdə, Fərhadov Fuad Əlirza oğlunun katibliyi, iddiaçının vəkili Vəkil iştirakı ilə, Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(105)-1058/2020 nömrəli iş üzrə xx xxxxxxxx 2020-ci il tarixli qərardadından İddiaçı1 tərəfindən verilmiş kas sasiya şikayətinə dair işə xx xxxxxx 2021-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları Sumqayıt şəhəri 1 saylı notariat kontorunda təsdiq edilmiş xx xxxx 2014-cü il tarixli borc (kredit) müqaviləsinə görə İddiaçı1 (bundan sonra – iddiaçı) tərəfindən Cavabdeh1 (bundan sonra – cavabdeh) şəxsi ehtiyaclarını ödəmək məqsədi ilə 1 il müddətinə 130000 manat məbləğində borc pul vermişdir. Həmin müqavilə üzrə ödənilməmiş 130000 manat məbləğində pulun cavabdehdən tutularaq iddiaçıya verilməsinə dair Sumqayıt şəhər 1 saylı notariat kontorunun xüsusi notariusu tərəfindən xx xxxx 2015-ci il tarixli icra qeydi verilmiş, icra qeydi icra olunması üçün Sumqayıt şəhəri üzrə İcra idarəsinə göndərilmişdir. İcra qeydinə əsasən cavabdeh tərəfin dən iddiaçıya 10000 manat məbləğində pul ödənilmiş, icra qeydi iddiaçının ərizəsi əsasında Sumqayıt şəhəri üzrə İcra idarəsinin böyük icra məmurunun xx xxxxxxx 2019-cu il tarixli qərarı ilə icra edilmədən geri qaytarılmışdır. Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-9867/2015 nömrəli iş üzrə qanuni qüvvəyə minmiş xx xxxxxxx 2015-ci il tarixli qətnaməsi ilə Cavabdeh1 Sumqayıt şəhəri 1 saylı notariat kontoruna və İddiaçı1 qarşı icra qeydinin ləğv edilməsi barədə iddia tələbi təmin edilməmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehdən 120000 manat pul vəsaiti olan əsas borcun, mənəvi zərərə görə 5000 manat həcmində pul vəsaitinin, 120000 manat pul vəsaitinin onun dövriyyəsindən çı xarmaqla özündə saxlaması ilə əlaqədar Azərbaycan Respublikasının Mərkəzi Bankının uçot dərəcəsinə müvafiq olaraq illik beş faizinin, yəni 51200 manat pul vəsaitinin, vəkilə hüquqi yardıma görə ödənilən 500 manat pul vəsaitinin, iddia ərizəsinin məhkəməyə təqdim etmək üçün ödənilən 30 manat dövlət rüsumunun, cəmi 176530 manat pulun tutularaq ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, cavabdeh qəsdən əsassız iddialar verib borcunu uzun müddət ərzində qaytarmamaqla ona qeyd etdiyi məbləğdə ziyan vurmaqla yanaşı onu mənəvi əzablara düçar etmişdir. Sumqayıt Şəhər Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) 2(060)-7011/2019 nömrəli iş üzrə xx xxxxxxx 2019-cu il tarixli qətnaməsi ilə (hakim G.Tanrıverdiyeva) iddia qis mən təmin edilmiş, cavabdehdən 118800 manat pul, vəkilə hüquqi yardıma görə ödənilən xərclərə görə 200 manat və 21 manat dövlət rüsumu olmaqla, çəmi 119021 manat pul vəsaitinin tutularaq iddiaçıya ödənilməsi qət edilmişdir. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, iddiaçı tərəflər arasında bağlanmış borc müqaviləsi üzrə yaranmış borcunu tələb etməkdə haqlıdır. İddiaçı məhkəmə iclasında cavabdehin ona olan borcundan hər ay 300 manat olmaqla 4 ay ödəniş etdiyini bildirdiyindən, həmin məbləğ (300 x 4 ay = 1200 manat) əsas borcdan (120000 manat) çıxılmalı, cavabdehdən iddiaçının xeyrinə 118800 manat məbləğində pul tutulmalıdır. Həmçinin, xx xxxx 2015-ci il tarixdə həmin borc (kredit) müqaviləsi üzrə cavabdehdən vaxtında ödənilməmiş 130000 manat məbləğində pulun tutulması barədə icra qey di tərtib edilmişdir. İcra qeydi icraya yönəldilsə də, tələbkar tərəfindən icra qeydinin icra edilmədən geri qaytarılması xahiş edilmiş, icra sənədi icra ediİmədən tələbkara geri qaytarılmışdır. Bu səbəbdən məhkəmə icra qeydi olduğu təqdirdə məhkəmədə hazırki işə baxılmalı olmaması barədə cavabdehin etirazını əsassız hesab etmişdir. Məhkəmə, həmçinin hesab etmişdir ki, iddia tələbi 120000 manat pul vəsaitinin iddiaçının dövriyyəsindən çıxarmaqla özündə saxlaması ilə əlaqədar Azərbaycan Respublikasının Mərkəzi Bankının uçot dərəcəsinə müvafiq olaraq illik beş faizinin, yəni 51200 manat pul vəsaitinin cavabdehdən tutularaq iddiaçıya ödənilməsi hissəsində təmin edilməməlidir. Belə ki, məhkəməyə cavabdehin sözügedən məbləği qaytarmayaraq ondan istifadə etməklə müəyyən fayda, gəlir, artım, bə hər və s. əldə etdiyini, yəni həmin məbləğdən faydalandığını təsdiq edən hər hansı sübut təqdim etməmişdir. Əksinə, iddiaçı özü cavabdehin borcundan hər ay 300 manat olmaqla 4 ay ödəniş etdiyini məhkəmə iclasında etiraf etmişdir. Məhkəmə onu da qeyd etmişdir ki, iddiaçı ərizəsində cavabdehin hərəkətləri nəticəsində mənəvi əzab çəkdiyini və bunun nəticəsində ona 5000 manat məbləğində mənəvi ziyan dəydiyini bildirsə də, ərizəsinə bu halları da təsdiq edən hər hansı sübut əlavə etməmiş və sonradan məhkəməyə təqdim etməmişdir. Ona görə də, 5000 manat məbləğində mənəvi ziyanın cavabdehdən tutularaq iddiaçıya ödənilməsi hissəsində də iddia tələbi təmin edilməməlidir. Bundan başqa, Məhkəmə hesab etmişdir ki, vəkilə hüquqi yardıma görə ödənilən xərclərə görə cavabdehdən 200 manat məbləğində pul və saiti tutularaq iddiaçıya verilməlidir. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra – Mülki Məcəllə) 6, 152.3, 442, 443.1, 445.2.1, 449.1, 739-cu maddələrinə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 14, 77.1, 80, 81, 88, 121.1-ci maddələrinə istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının (bundan sonra – apellyasiya instansiyası məhkəməsi) 2(105)-1058/2020 nömrəli iş üzrə xx xxxxxxxx 2020-ci il tarixli qərardadı ilə (hakimlər – T.Məmmədov (sədrlik edən və məruzəçi), Ş.Abasov və Z.Məmmədov) cavabdehin apellyasiya şikayəti qismən təmin edilmiş, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilmiş, hazırkı iddia tələbi üzrə işin icraatına xit am verilmiş, iddiaçının apellyasiya şikayəti təmin edilməmişdir. Apelyasiya instansiyası məhkəməsi “İcra haqqında” Qanunun 6.1.4-cü maddəsinə, MPM-in 261.0.1, 391-ci maddələrinə istinadla hesab etmişdir ki, sözügedən borc müqaviləsi əsasında notariat orqanı tərəfindən icra qeydi verildiyindən, həmin icra qeydi qismən icra olunduğundan hazırkı iddia ərizəsinə məhkəmə qaydasında baxılmalı deyildir. Birinci instansiya məhkəməsi sadalanan hallara əhəmiyyət verməyərək iddia ərizəsinə məhkəmə qaydasında baxılmalı olmaması əsası ilə iddia ərizəsinin qəbulundan imtina etmək əvəzinə iddia ərizəsini icraata qəbul edərək işə mahiyyəti üzrə baxmış, məhkəmə araşdırması zamanı da həmin hallara diqqət yetirməmişdir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatl arı a) Kassasiya şikayətinin dəlilləri İddiaçı (Vəkil) kassasiya şikayəti verərək apellyasiya instansiyası məhkəməsinin qərardadının ləğv olunması və işin yeni apellyasiya baxışına qaytarılması barədə qərar qəbul olunmasını xahiş etmişdir. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normaları düzgün tətbiq edilməmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri Kassasiya şikayətinə qarşı cavabdeh tərəfindən verilmiş yazılı etirazda qərardad qanuni və əsaslı hesab edilməklə onun dəyişdirilmədən saxlanılması, kassasiya şikayətinin təmin olunmaması xahiş edilmişdir. c) Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə iclasında iddiaçının vəkili kassasiya şikayətinin dəlillərini müdafiə edərək, onun təmin edilməsini, apellyasiya instansiyası məhkəməsinin qərardadının ləğv edilərək işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsini xahiş etdi. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq iş üzrə cavabdeh hər hansı üzrlü səbəb göstərmədən məhkəmə iclasına gəlməmişdir. Məhkəmə kollegiyası MPM-in 415.3-cü maddəsini rəhbər tutaraq işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Kassasiya baxışının hədləri MPM-in 407.2-ci maddəsinə əsasən kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üç ün kassasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir. MPM-ə əsasən kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (maddə 416). Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin (maddə 418.3). Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərur ətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Apellyasiya instansiyası məhkəməsinin aktı iş üzrə yeganə iddiaçı olan kassator tərəfindən mübahisələndirildiyindən həmin məhkəmə aktı tam yoxlanılır. Mülki işə tətbiq edilən hüquq “İcra haqqında” Azərbaycan Respublikasının qanunu Notariat orqanlarının icra qeydləri icra sənədi sayılır (maddə 6.1.4). Qanunun 8.2-ci maddəsinə müvafiq olaraq İcra sənədi bu Qanunun 7-ci maddəsində nəzərdə tutulan tələblərə uyğundursa, icra məmuru icra sənədini məhkəmədən və ya digər orqandan qəbul etməli və icraa ta başlamalıdır (maddə 8.2). Tələbin icra edilmədiyi və ya qismən icra edildiyi icra sənədi aşağıdakı hallarda icra sənədini vermiş məhkəməyə və ya digər orqana (notariusun icra qeydi isə tələbkara) qaytarılır: 23.1.1. tələbkarın ərizəsi əsasında; 23.1.2. borclu hüquqi şəxsin ünvanını və ya borclu fiziki şəxsin yaşayış yerini, borclunun əmlakının olduğu yeri müəyyən etmək və yaxud bank və ya digər kredit təşkilatlarında ona məxsus pul vəsaitlərinin və başqa qiymətli şeylərin olması barədə məlumat əldə etmək mümkün olmadıqda (borclunun və ya onun əmlakının bu qanunla nəzərdə tutulan hallarda axtarışı istisna olmaqla) və ya ləğv olunan hüquqi şəxsin əmlakı tələbkarın tələblərinin təmin edilməsi üçün yetərli olmadıqda; 23.1.3. borcluda tələbin yönəldilə biləcəyi əmlak və gəlirlər olmadıqda və icra məmuru tərəfindən onun əmlakının və gəlirlərinin axtarışı ilə bağlı görülmüş bütün tədbirlər nəticə vermədikdə (maddə 23.1) İcra sənədinin qaytarılması bu Qanunun 23.1-ci maddəsində nəzərdə tutulan əsaslar aradan qalxdıqdan sonra tələbkar müraciət etdikdə sənəd yenidən icraya yönəldilir. Bu Qanunun 23.1-ci maddəsində nəzərdə tutulan əsaslar aradan qalxdıqdan sonra tələbkar icra qeydinin icrası üçün yenidən aidiyyəti icra qurumuna müraciət edə bilər. Bu hallarda icra qurumu icra qeydini icraata qəbul etməli və bu Qanunla nəzərdə tutulan tədbirləri görməlidir (maddə 23.3). MPM İddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə, onun məhkəmə icraatı mümkündür (maddə 151.1). Ərizəyə məhkəmə qaydasında baxılmalı deyildirsə hakim iddianın yolverilməzliyinə görə iddia əri zəsini qəbul etməkdən imtina edir (maddə 153.2.1). İş məhkəmədə baxılmalı deyildirsə, hakim iş üzrə icraata xitam verir (maddə 261.0.1). Kassasiya instansiyası məhkəməsinin mövqeyi Baxılan iş üzrə iddia tələbi üç hissədən ibarətdir 1) kredit müqaviləsi üzrə borcun qaytarılması; 2) mənəvi zərərə görə pul vəsaitinin tutulması və 3) pul vəsaitinin iddiaçının dövriyyəsindən çıxarmaqla qanunsuz saxlamaqla faizin tutulması. Apellyasiya instansiyası məhkəməsi borc müqaviləsi üzrə notariat orqanı tərəfindən icra qeydinin verildiyinə əsaslanaraq tələbin birinci hissəsi – kredit müqaviləsi üzrə borcun qaytarılması hissəsində işə məhkəmədə baxılmalı olmaması barədə düzgün qənaətə gəlmişdir. Çünki MPM-ə əsasən, iddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə, onun məhkəmə icraatı mümkündür. Ərizəyə məhkəmə qaydasında baxılmalı deyildirsə hakim iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir, əgər iş icraata qəbul edilibsə iş üzrə icraata xitam verir. “İcra haqqında” Qanuna əsasən notariat orqanlarının icra qeydləri icra sənədi sayılır və daxil olmuş icra qeydi həmin Qanunun 7-ci maddəsində nəzərdə tutulan tələblərə uyğundursa, icra məmuru icra sənədini məhkəmədən və ya digər orqandan qəbul etməli və icraata başlamalıdır. Apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılarkən notariusun icra qeydi – icra sənədi mövcud olmuş, iş materiallarında icra qeydinin qüvvədən düşməsi barədə hər hansı məlumat olmamışdır. Əksinə Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-9867/2015 nömrəli iş üzrə qanuni qüvvəyə minmiş xx xxxxxxx 2015-ci il tarixli qətna məsi ilə Cavabdeh1 Sumqayıt şəhəri 1 saylı notariat kontoruna və İddiaçı1 qarşı icra qeydinin ləğv edilməsi barədə iddia tələbi təmin edilməmişdir. Nəzərə alınmalıdır ki, notariusun icra qeydi əsasında başlanmış icra icraatı üzrə icra sənədinin tələbkara qaytarılması icra qeydinin mövcud olmadığı (qüvvədən düşdüyü) anlamına gəlmir. İcra qeydinin tələbkara qaytarılması eyni şəxsin ərizəsi ilə onun yenidən icraya yönəldilməsini istisna etmir. Belə ki, “İcra haqqında” Qanunun 23.1-ci maddəsində tələbkarın ərizəsi və ya icra məmurunun təşəbbüsü ilə notariusun icra qeydinin tələbkara qaytarılması qaydası müəyyən edilir. Lakin Qanunun 23.3-cü maddəsinə əsasən həmin əsaslar aradan qalxdıqdan sonra tələbkar müraciət etdikdə sənəd yenidən icraya yönəldilir. Bu hallarda icra qurumu icra qeydini icra ata qəbul etməli və həmin Qanunla nəzərdə tutulan tədbirləri görməlidir. Bununla yanaşı, apellyasiya instansiyası məhkəməsi iddia tələbinin ikinci və üçüncü hissəsi üzrə də icraata xitam verməklə, yuxarıda sadalanan hüquq normalarının tələblərini pozmuşdur. Belə ki, həmin tələblər tərəflər arasında bağlanmış kredit müqaviləsindən irəli gəlsə də, onlarla bağlı hər hansı icra qeydi (icra sənədi) mövcud olmadığından mülki işə həmin hissələrdə istinad olunan əsaslarla xitam verilməsi əsassızdır. Apellyasiya instansiyası məhkəməsinin iddiaçının digər tələblərinə – mənəvi zərərin və kredit borcu üzrə faizlərin tutulması tələbinə mahiyyəti üzrə baxmaqdan imtina etməsi iddiaçını hüquq və azadlıqlarını məhkəmə müdafiəsi təminatından məhrum etməklə, düzgün olmayan məhkəmə aktının çıxarılmasına səb əb omuşdur. Ona görə də kassasiya şikayəti qismən təmin olunmalı, qərardad qismən – mənəvi zərərin və pul vəsaitini saxlamaqla əlaqədar faizlərin tutulması hissələrində ləğv edilməli və həmin hissədə iş yeni apelyasiya baxışına göndərilməli, qərardad qalan hissədə - kredit müqaviləsi üzrə borcun tutulması tələbinə aid hissədə dəyişdirilmədən saxlanılmalıdır. Nəzərə alınmalıdır ki, hüquqi yardıma görə ödənilən xərclərin tutulması barədə xahiş ayrıca iddia tələbi olmamaqla, məhkəmə xərclərinə aid olduğu üçün işə mahiyyəti üzrə baxılmasının nəticəsindən asılı olaraq məhkəmə tərəfindən mülki prosessual qanunvericiliyin tələblərinə əsasən həll edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: İddiaçı1 kassasiya şikayəti qismən təmin edilsin. Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(105)-1058/2020 nömrəli iş üzrə xx xxxxxxxx 2020-ci il tarixli qərardadı qismən - mənəvi zərərin, pul vəsaitini qanunsuz saxlamaqla əlaqədar faizlərin tutulması tələblərinə aid hissədə ləğv edilsin və həmin hissədə iş yenidən baxılması üçün Sumqayıt Apellyasiya Məhkəməsinə göndərilsin. Qərardad qalan hissədə - kredit müqaviləsi üzrə borcun tutulması tələbinə dair hissədə dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-475/2021
Ali Məhkəmə Qərar — İş №2(102)-475/2021
01.02.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver