Məhkəmə qərarları › İş №2(102)-4752/2021

Ali Məhkəmə Qərar — İş №2(102)-4752/2021

05.10.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-4752/2021 05.10.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçı ləğv prosesində olan "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı iş üzrə QƏRARİ (Açar sözlər: pul tutulması ) Hakimlər Xəlilov İsmayıl Kamil oğlu (sədrlik edən və məruzəçi), Əliyev Ələsgər Əliabbas oğlu və Əhmədova Mehparə Tofiq qızından ibarət tərkibdə, Babayeva Məlahət Əfqan qızının katibliyi, İddiaçının vəkili Quliyev Türhan Ceyhun oğlunun iştirakı ilə, İddiaçı ləğv prosesində olan "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı kredit borcunun ödənilməsi tələbinə dair Bakı Apelyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-251/2021 nömrəli, 15.03.2021-ci il tarixli qətnaməsindən iddia çı ləğv prosesində olan "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları 1. 25.11.2011-ci il tarixli 455/0-USD nömrəli kredit müqaviləsi ilə "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən Cavabdeh illik 18 faizlə 48 ay müddətinə 488.000 ABŞ dolları məbləğində kredit verilmişdir. Həmçinin 25.11.2011-ci il tarixli 455/0-USD nömrəli kredit müqaviləsi üzrə 30.12.2012-ci il tarixli 01 saylı Əlavə saziş ilə 488.000 ABŞ dolları məbləğində kreditin qalığı 453.974.30 ABŞ dolları müəyyən edilmiş, müddəti 24 ayadək uzadılmışdır. Borclu müqavilə öhdəliklərini yerinə yetirmədiyi üçün hazırkı mübahisə başlamışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsi ndə icraat

2. İddiaçı ləğv prosesində olan "xxxx" Açıq Səhmdar Cəmiyyəti Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinin xeyrinə 25.11.2011-ci il tarixli kredit müqaviləsi və 30.12.2012-ci il tarixli əlavə saziş üzrə 89.097,83 ABŞ dolları əsas, 292.480,45 ABŞ dolları faiz, 18.888,74 ABŞ dolları cərimə borcu olmaqla, cəmi 400.467.02 ABŞ dolları borcun və 30 manat ödənilmiş dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

3. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, 25.11.2011-ci il tarixli kredit müqaviləsinə əsasən "xxxx" ASC-dən Cavabdeh illik 18 faizlə 48 ay müddətinə 488.000 ABŞ dolları məbləğində kredit verilmişdir. 30.12.2012-ci il tarixli Əlavə Sazişə əsasən kreditin qalıq məbləği 453.974.30 ABŞ dolları, kreditin son ödənilmə müddəti 30.12.2014cü il tarixədək təyin olunmuşdur. Lakin borclu müqavilənin şərtlərini pozaraq borc öhdəliyini icra etməkdən boyun qaçırır. Cavabdeh 02.06.2017-ci il tarixə banka 89.097.83 ABŞ dolları əsas, 292.480.45 ABŞ, dolları faiz, 18.888,74 ABŞ dolları cərimə borcu olmaqla, cəmi 400.467,02 ABŞ dolları məbləğində borcu vardır. Xəbərdarlıq edilməsinə baxmayaraq cavabdeh borcu ödəməkdən boyun qaçırır.

4. Bakı şəhəri Xətai rayon Məhkəməsinin 2(011)-6842/2017 saylı 14 avqust 2017-ci il tarixli qətnaməsi (hakim.R.Ataşova) ilə iddia qismən təmin edilmiş, Cavabdeh iddiaçı ləğv prosesində olan "xxxx" Açıq Səhmdar Cəmiyyətinin xeyrinə 453.974,30 ABŞ dolları əsas, 159.830,75 ABŞ dolları faiz borcu, 500 ABŞ dolları cərimə borcunun ödəniş gününə manata məzənnə ilə hesablanm aqla və 30 manat dövlət rüsumunun tutulması, iddia tələbinin qalan hissədə təmin edilməməsi qət edilmişdir.

5. Məhkəmə iddia tələbini qismən təmin edərkən, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1, 386.1, 433.1, 442, 466.1, 465.2, 466.1-ci maddələrinə istinad etmişdir.

6. Birinci instansiya məhkəməsinin qətnaməsindən Cavabdeh apellyasiya şikayəti vermişdir. Apelyasiya instansiyası məhkəməsindəki İ icraat

7. Bakı Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının (hakimlər V.Baxışova, E.Nağıyeva və H.Həmidov) 30 may 2019-cu il tarixli, 2(103)-1110/2019 saylı qətnaməsi ilə Cavabdeh apellyasiya şikayəti qismən təmin edilmiş, Bakı şəhəri Xətai rayon Məhkəməsinin 2(011)-6842/2017 saylı 14 avqust 2017-ci il tarixli qətnaməsi əsas borcun tutulması hissəsində dəyişdirilmiş, Cavabdeh iddiaçı ləğv pr osesində olan "xxxx" Açıq Səhmdar Cəmiyyətinin xeyrinə 25.11.2011-ci il tarixli 455/0-USD nömrəli kredit müqaviləsi üzrə 89.097,83 ABŞ dolları əsas, 159.830,75 ABŞ dolları faiz borcu, 500 ABŞ dolları cərimə borcu, cəmi 249.428,58 ABŞ dolları pulun tutulması, Ekspertizanın aparılması ilə əlaqədar olaraq 145 manat ekspertiza xərci Cavabdeh dövlət büdcəsinə tutulması qət edilmişdir.

8. Apelyasiya instansiyası məhkəməsi qətnaməsini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 432.1, 432.4, 741-ci maddələrinə istinad etməklə əsaslandırmışdır.

9. Apelyasiya Məhkəməsi əsas borc məbləğini dəyişdirərkən 1-ci instansiya məhkəməsinin iddia tələbindən kənara çıxaraq iddia tələbində qeyd olunan məbləğdən artıq əsas borc məbləği hesablamasını qanunsuz və əsassız hesab etmişdir.

10. İddiaçı ləğv prosesin də olan "xxxx" Açıq Səhmdar Cəmiyyəti və Cavabdeh qətnamə ilə razılaşmayaraq ondan kassasiya şikayəti vermişlər. Kassasiya instansiyası məhkəməsindəki İ icraat

11. Azərbaycan Respublikası Ali Məhkəməsinin (hakimlər S.Hacıyev, Q.Əsgərov və E.Vəiyeva) 2(102)-7338/2019 saylı 13 noyabr 2019-cu il tarixli qərarı ilə cavabdehin kassasiya şikayəti təmin edilmiş, iddiaçının kassasiya şikayəti təmin edilməmiş, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi iddianın təmin edilmiş hissəsində ləğv edilmiş və həmin hissədə iş yeni apellyasiya baxışına göndərilmişdir.

12. Apelyasiya instansiyası məhkəməsi qətnamədə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 432.1, 432.4, 739.1, 739.2, 741-ci maddələrinə istinad etmişdir.

13. Kassasiya instansiyası məhkəməsi iddiaçı bankın cavabdehdən daha artıq pul tut ulmalı olması ilə bağlı mövqeyi ilə razılaşmamış, əksinə cavabdehin mənafeyinə uyğun olaraq borcun məbləğinin yenidən araşdırılması üçün işi yeni apelyasiya baxışına göndərmişdir. Apelyasiya instansiyası məhkəməsindəki İİ icraat

14. Bakı Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının (hakimlər Ş.Məhərrəmova, M.Məmmədov və R.Həsənov) 15.03.2021-ci il, 2(103)-251/2021 saylı qətnaməsi ilə Apellyasiya şikayəti qismən təmin edilmiş, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)6842/2017 saylı, 14 avqust 2017-ci il tarixli qətnaməsi Cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinin xeyrinə 453974,30 ABŞ dolları əsas və 159830,75 ABŞ dolları faiz borcunun tutulması hissəsində dəyişdirilmiş, 25.11.2011-ci il tarixli kredit müqaviləsi və 30.12.2012ci il tarixli əlavə saziş üzrə Cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyy ətinin xeyrinə tutulmalı olan əsas borc 87 203,12 (səksən yeddi min iki yüz üç dollar 12 sent) ABŞ dolları və faiz borcu 68 897,04 ABŞ dolları (altmış səkkiz min səkkiz yüz doxsan yeddi dollar 04 sent) məbləğində müəyyənləşdirilmiş, Qətnamə mübahisələndirilən qalan hissədə dəyişdirilmədən saxlanılmış, məhkəmə xərcləri bölüşdürülmüşdür.

15. Apelyasiya instansiyası məhkəməsi qətnamədə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 5.3, 14.2.1, 385, 425, 442, 448.1-ci maddələrinə istinad etmişdir.

16. İddiaçı ləğv prosesində olan "xxxx" Açıq Səhmdar Cəmiyyəti qətnamə ilə razılaşmayaraq kassasiya şikayəti vermişlər. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Kassasiya şikayətinin dəlilləri

17. İddiaçı ləğv prosesində olan "xxxx" Açıq Səhmdar Cəm iyyəti kasasiya şikayəti verərək qətnamənin mübahisələndirilən hissədə ləğv olunmasını, iddianın tam təmin edilməsi və ya mülki işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

18. Kassasiya şikayəti belə əsaslandırılmışdır: Məhkəmə maddi və prosessual hüquq normalarını pozmuş və düzgün tətbiq etməmiş, gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halları aydınlaşdırmamış, qətnamədə göstərilən nəticələr işin hallarına uyğun gəlmir. Borcun məbləğinin müəyyən edilməsi ilə bağlı keçirilmiş ekspertiza rəyi obyektiv tərtib edilməmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. c) Məhkəmə icraatı iştirakçılarının izahatları

19. İddiaçının vəkili Q uliyev Türhan Ceyhun oğlu kassasiya şikayətini müdafiə edərək, şikayətin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

20. Cavabdehlər məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq məhkəmə iclasına gəlməmiş, məhkəmə kollegiyası MPM-in 415.3-cü maddəsinə əsasən, işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq. Azərbaycan Respublikası Mülki Məcəlləsi:

21. Maddə. 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.

22. Maddə. 425.1. Öz hüquqlarını həyata keçirərkən və v əzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir.

23. Maddə.425.2. Öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər.

24. Maddə. 427.3. Əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzin də istənilən an icra edilməlidir.

25. Maddə.

442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür; 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur.

26. Maddə. 448.1. Əgər Mülki Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir.

27. Maddə. 448.2. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır.

28. Maddə. 462.1. Dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir.

29. Maddə. 465.2. Əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödəniməsini və öhdəliyin icrasını tələb edə bilər.

30. Maddə.

467. Məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:

31. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

32. Maddə

416. Kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya baxışının hədləri

33. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

34. Kassasiya şikayətinin məzmunundan belə qənaət hasil olur ki, iddiaçı qətnaməni borc hissəsində mübahisələndirir.

35. Kollegiya ilk növbədə qeyd edir ki, bundan əvvəlki Apelyasiya Məhkəməsinin qətnaməsindən iddiaçının vermiş olduğu kassasiya şikayəti təmin edilməmişdi. Həmin vaxt iddiaçının kassasiya şikayəti borcun məbləği ilə bağlı idi. Apelyasiya Məhkəməsi borcun məbləğini 89.097,83 ABŞ dolları əsas, 159.830,75 ABŞ dolları faiz borcu, 500 ABŞ dolları cərimə, cəmi 249.428,58 ABŞ dolları müəyyən etmişdi. İddiaçı həmin məbləğlə razılaşmırdı, lakin onun əvvəlki kassasiya şikayəti şikayəti təmin olunmamış, əksinə cavabdehin şikayəti təmin olunmuşdur. Ona görə hazırkı icraatda qeyd olunan məbləğdən artıq hissə (əvvəlki apelyasiya qətnaməsində müəyyən edilmiş məbləğdən artıq hissə) məhkəmə baxışının predmeti ola bilər. Yəni əsas məbləğdə 89.097,83 ABŞ dollarından az olan məbləğ və faiz borcu hissəsində isə 1 59.830,75 ABŞ dolları faiz borcundan az olan məbləği iddiaçı mübahisələndirə bilər. Eyni zamanda əvvəlki qətnamədə cərimə məbləği 500 ABŞ dolları təşkil edirdi və həmin hissədə də şikayət təmin edilməmişdi.

36. Apellyasiya instasniyası məhkəməsi tərəfindən müəyyən edilmişdir ki, 25.11.2011-ci il tarixli 455/0-USD nömrəli kredit müqaviləsi ilə "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən Cavabdeh illik 18 faizlə 48 ay müddətinə 488.000 ABŞ dolları məbləğində kredit verilmişdir. Həmçinin 25.11.2011-ci il tarixli 455/0-USD nömrəli kredit müqaviləsi üzrə 30.12.2012-ci il tarixli 01 saylı Əlavə saziş ilə 488000 ABŞ dolları məbləğində kreditin qalığı 453974.30 ABŞ dolları müəyyən edilmiş, müddəti 24 ayadək uzadılmışdır. Həmin saziş əsasında tərtib edilmiş ödəniş cədvəlindən görünür ki, Cavabdeh 30.1 2.2014-cü il tarixədək banka 453974.30 ABŞ dolları əsas, 163440 ABŞ dolları faiz borcu olmaqla, cəmi 617414 ABŞ dolları məbləğində pul qaytarmalı idi. "xxxx" ASC tərəfindən təsdiq edilmiş maliyyə arayışından görünür ki, Cavabdeh müqavilənin müddətinin bitdyi 30.12.2014-cü il tarixə Banka 453.974,30 ABŞ dolları əsas, 159.830,75 ABŞ dolları faiz borcu olmaqla, cəmi 613805,05 ABŞ dolları məbləğinə borcu yaranmışdır.

37. Kassasiya instansiyası məhkəməsinin işi yeni apellyasiya baxışına göndərərkən mövqeyi və bundan irəli gələn göstərişləri ondan ibarət olmuşdur ki, “...nə birinci instansiya, nədəki apellyasiya instansiyası məhkəməsi tərəfindən alınmış ekspertiza rəyi Mülki Prosessual Məcəllənin 88-ci maddəsinə zidd olaraq heç bir qiymətləndirilmə aparılmadan sübut kimi qəbul edilmişdir. Halbuk i, apellyasiya instansiyası məhkəməsi apellyasiya şikayətinin dəlillərinə qiymət verərkən ekspertiza rəyi üzrə borcun ilkin kredit müqaviləsi üzrə deyil, sonradan bağlanmış kredit müqaviləsinə əlavə sazişin ödəniş cədvəlinə uyğun olaraq hesablanıb-hesablanmadığını aydınlaşdırmalı idi”.

38. Apellyasiya instansiya məhkəməsi qeyd etmişdir ki, İşin müəyyən olunmuş hallarına əsasən cavabdeh, müqavilə üzrə üzərinə götürdüyü öhdəliklərini lazımi qaydada icra etməmiş və bu baxımdan hesab etmişdir ki, birinci instansiya məhkəməsi haqlı olaraq onun hərəkətlərini öhdəliyin lazımınca icra edilməməsi kimi qiymətləndirmişdir.

39. Eyni zamanda işin müəyyən edilmiş hallarından məlum olur ki, tərəflər arasında kredit müqaviləsi 25.11.2011-ci il tarixdə bağlanmış, 30.12.2012-ci il tarixdə kreditin müddəti 24 ay müddətinə uzadılaraq, güzəşt müddətinin 23 ay təşkil etməsi müəyyənləşidirlmişdir. Belə olan halda kreditin son müddəti 25.11.2017-ci il tarix kimi qəbul edilməli, eyni zamanda nəzərə alınmalıdır ki, iddiaçı 02.06.2017-ci il tarixədək yaranmış borcu cavabdehdən tələb edir.

40. Bununla bağlı Ali Məhkəmənin yuxarıda qeyd edilən mövqeyini nəzərə alan kollegiya təkrar əlavə məhkəmə-mühasibatlıq ekspertizası təyin etmiş, ekspert qarşısında 02.06.2017-ci il tarixə olan əsas və faiz borcunun nə qədər məbləğ təşkil etməsi kimi sual qoyulmuş, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 27 dekabr 2019-cu il tarixli ekspert rəyində qeyd edilmişdir ki, Cavabdeh 02.06.2017-ci il tarixə banka 87203,12 ABŞ dolları əsas və 68897,04 ABŞ dolları faiz borcu borcu vardır.

41. Cavabdehin ödəmiş olduğu və ekspertin də rəydə qeyd etdiyi məbləğ cavadehin götürmüş olduğu əsas borcdan çıxıldığı təqdirdə borcun məbləğinin daha artıq olmasının açıq-aşkar olması ilə bağlı iddiaçının dəlili ilə əlaqədar təkcə onu demək kifayətdir ki, həqiqətən ödənilmiş məbləğlə bağlı rəydə qeyd edilən məbləği kerdit götürülmüş əsas məbləğdən çıxdıqda daha böyük borc məbləği yaranır. Lakin məsələ ondan ibarətdir ki, iddiaçı özü iddia tələbində cavabdehin əsas borc üzrə 89.097.83 ABŞ dolları əsas borcu qaldığını iddia edir və həmin məbləği tələb edirdi. Belə qənaət hasil olur ki, cavabdeh götürmüş olduğu 488.000 ABŞ dolları məbləğində borcu ödəmiş və ödənilməmiş əsas borc iddia tələbində qeyd olunan məbləğdən artıq deyil. Ona görə iddiaçının həmin ziddiyyətli hallara istinad etməsi onun xeyrinə olan dəlil deyil, əksinə ödənişlərlə bağlı onun özünün düzgün məlumat verməməsinə dəlalət edən haldır.

42. Qeyd olunandan başqa işdə ekspert rəyini şübhə altına halan hər hansı hal aşkar edilməmiş, iddiaçı tərəf rəyin düzgün olmamasına dair sübutlar təqdim etməmişdir.

43. Qeyd olunmalıdır ki, mülki qanunvericiliyin aparıcı prinsiplərindən biri mülki hüquq subyektlərinin öz hüquq və vəzifələrini həyata keçirərkən vicdanlılığın tələb etdiyi tərzdə hərəkət etmək öhdəliyidir. Mülki Məcəllənin 5.3-cü maddəsinə əsasən mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. Həmin Məcəllənin 425-ci maddəsinə müvafiq olaraq öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Bu normaların mənasına görə borclu ilə yanaşı ona qarşı tələb hüququna malik olan kreditor da müqavilədən irəli gələn hüquqlarını tələb edərkən vicdanlılıq prinsiplərinə riayət etməli, öz hərəkətləri ilə şüurlu şəkildə borclunun həddən artıq əlverişsiz vəziyyətə düşməsinə şərait yaratmamalıdır.

44. İşin faktiki hallarının ətraflı yoxlanılmaması, hərtərəfli araşdırma aparılmaması ilə bağlı kassasiya instansiyası qeyd edir ki, Kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apelyasiya instansiyası məhkəməsi tərəfin dən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır, işin faktiki hallarını araşdırmır. Ekspertizanın keçirilməsi barədə vəsatət verilməsi, əldə edilmiş rəyə etiraz edilməsi, ekspertizanın keçirilməsində iştirak və.s məsələlər işə mahiyyəti üzrə baxılarkən həll olunan məsələrdir ki, hazırkı icraatın baxış predmeti deyil.

45. Qeyd olunanları nəzərə alaraq Kollegiya belə qənaətə gəlir ki, apelyasiya instansiyası məhkəməsi mübahisəni həll edərkən maddi və prosessual hüquq normalarını düzgün tətbiq etdiyi üçün qətnamə dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti təmin olunmamalıdır.

46. Göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: İddiaçı ləğv prosesində olan "xxxx" Açıq Səhmdar Cəmiyyətinin kassa siya şikayəti təmin edilməsin. Bakı Apelyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-251/2021 nömrəli, 15.03.2021-ci il tarixli qətnaməsi kassatora aid hissədə dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar