Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-4752/2022 18.10.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Yusifov Calal Famil oğluna və Cavabdeh2 qarşı ilk, Yusifov Calal Famil oğlunun və Cavabdeh2 İddiaçı qarşı qarşılıqlı, müstəqil tələb irəli sürən üçüncü şəxs X12 oğlunun İddiaçı qarşı iddia tələbinə dair iş üzrə QƏRARİ Açar sözlər: maneənin aradan qaldırılması, tikilinin sökülməsi Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Əliyev Ələsgər Əliabbas oğlu (məruzəçi), Əhmədova Mehparə Tofiq qızı və Xəlilov İsmayıl Kamil oğlundan ibarət tərkibdə, İddiaçı cavabdehlər Yusifov Calal Famil oğluna və Cavabdeh2 qarşı “pəncərənin bağlanması, barmaqlıqların sökülməsi və s.” tələbin ə dair ilk, Yusifov Calal Famil oğlunun və Cavabdeh2 İddiaçı qarşı “qanunsuz tikilinin sökülməsi, ərazinin əvvəlki vəziyyətə qaytarılması və s.” tələbinə dair qarşılıqlı, müstəqil tələb irəli sürən üçüncü şəxs X12 oğlunun İddiaçı qarşı “qanunsuz tikilinin sökülməsi, ərazinin əvvəlki vəziyyətə qaytarılması və s.” tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-9768/2021 nömrəli, 20 dekabr 2021-ci il tarixli qətnaməsindən iddiaçı, cavabdehlər və üçüncü şəxs tərəfindən verilmiş kassasiya şikayətlərinə 18 oktyabr 2022-ci il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. Bakı şəhəri, Binəqədi rayonu, Rəsulzadə qəsəbəsi, Aydınbəyov küçəsindəki 1 otaqlı, 22,8 kv.metr yaşayış, 48,5 kv.metr ümum i sahəli 78a saylı fərdi yaşayış evi 04 mart 2005-ci il tarixdə İddiaçı adına qeydiyyata alınmışdır. 2. ünvan 4 (yeni qaydalarda – AZ 1054, ünvan 1 ünvanında 0,01497 ha. torpaq sahəsində yerləşən, ümumi sahəsi 48,5 kv.metr olan fərdi yaşayış evi 02 iyun 2020-ci il tarixdə İddiaçı adına qeydiyyata alınmışdır. 3. ünvan 2 ünvanında yerləşən, 0,00713 ha. torpaq sahəsində yerləşən 56,5 kv.metr sahəli fərdi yaşayış evi Yusifov Calal Famil oğlunun mülkiyyəti kimi 24 avqust 2015-ci il tarixdə qeydiyyata alınmışdır.
4. Bakı şəhəri Binəqədi Rayonu İcra Hakimiyyətinin Başçısı tərəfindən İddiaçı Kərim oğluna ünvanlandırılmış 26 dekabr 2019-cu il tarixli məktubdan görünür ki, İddiaçı qüvvədə olan tikinti norma və qaydalarına uyğun razılaşdırılmış eskiz layihə əsasında, eləcə də, tikinti işləri aparılar kən ətraf ərazinin sanitar-texniki normalara və yanğından mühafizə qaydalarına riayət edilməklə tikinti işləri aparılmasına icazə verilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat
5. İddiaçı Yusifov Calal Famil oğluna və Cavabdeh2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehlərin sahibliyində olan, ünvan 2 ünvanındakı fərdi yaşayış evindən onun mülkiyyətində olan ünvan 4 ünvanındakı fərdi yaşayış evinin girişçıxış yoluna və həyətinə baxan pəncərələrin bağlanması, pəncərəyə vurulmuş, evinin giriş-çıxışına maneçilik törədən dəmir barmaqlığın sökülməsi, həyətinə su axıdılan navalçaların və həyət qapısının açılmasına maneçilik törədən, həyətin küçə tərəfdən ona aid hissəyə cavabdeh tərəfindən qoyulmuş su nasosunun və dəmir qutunun sökülm əsi, eləcə də, mülkiyyətində olan fərdi yaşayış evindən, həyətyanı sahədən istifadəyə və əmlakına sahibliyinə cavabdeh tərəfindən yaradılan maneələrin aradan qaldırılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
6. İddia tələbi onunla əsaslandırılmışdır ki, ünvan 4 onun şəxsi mülkiyyətindədir və bu barədə ona Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsindən 2005-ci il tarixdə FM seriyalı, 035716 saylı Qeydiyyat Vəsiqəsi verilmişdir. O, həmin evin yerləşdiyi torpaq sahəsini 2004-cü ildə almışdır. Azərbaycan Respublikası Əmlak Məslələri üzrə Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsindən ona mülkiyyətində olan həmin ev barəsində 31 may 2020-ci il tarixdə texniki pasport və 02 iyun 2020-ci il tarixdə isə yeni çıx arış verilmiş, ev, evin həyətyanı torpaq sahəsi tam dəqiqliklə ölçülərək bu qeydlər çıxarışda öz əksini tapmışdır. O, mülkiyyətində olan həmin evdə ailə üzvləri ilə birlikdə yaşayır. Cavabdehlərin sahibliyində olan Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, Aydınbəyov küçəsi, ev 88-in 1-ci mərtəbəsinin 1 böyük və 1 balaca pəncərəsi onun həyətinə baxır, evdə danışılanlar onun həyətində eşidilir, həmin pəncərələrdən onun həyəti tam görünür, bu səbəbdən o və ailə üzvləri öz həyətində sərbəst hərəkət edə bilmir, cavabdehin balaca pəncərəyə vurduğu dəmir barmaqlıq həyətdə onların hərəkətinə mane olur. Cavabdehlərin öz həyətlərindən və küçə yolundan evlərinə pəncərə açmaq imkanları vardır, həmçinin, cavabdehin evinin navalçalarından su onun həyətinə axıdılır. Cavabdeh həyətin küçə tərəfindən ona a id hissəyə dəmir qutu içində su nasosu qoymuşdur ki, bu da onun həyət qapısının açılmasına mane olur. O, dəfələrlə cavabdehdən onun həyətinə baxan pəncərələrin bağlanmasını, pəncərəyə quraşdırdığı dəmir barmaqlığın, içində su nasosu olan dəmir qutunun sökülməsini, həmçinin navalçalardan həyətinə suyun axıdılmasının qarşısının alınmasını tələb etsə də, cavabdeh göstərilənlərin heç birini yerinə yetirməmişdir. Mənzil şəraiti yaxşı olmadığından o, 2019-cu ildə Binəqədi rayon İcra Hakimiyətinə müraciət edərək şəxsi mülkiyyətində olan, ünvan 4-nın həyətində ev tikdirməyinə icazə verilməsini xahiş etmiş, tikəcəyi evin layihə-smeta sənədlərini hazırladaraq təsdiq olunması üçün İcra Hakimiyyətinə təqdim etmişdir. İcra Hakimiyyətinin nümayəndələri tərəfindən fərdi yaşayış evinə və tikəcəyi evin y erinə baxış keçirilmiş, layihə-smeta təsdiq edilmiş və ona 26 dekabr 2019-cu il tarixdə məktub verilərək tikinti işlərinin razılaşdırılmış eskiz-layihəyə uyğun aparılmasına icazə verilmişdir. O, razılaşdırılmış eskiz-layihəyə uyğun olaraq tikinti işlərinə başlayarkən cavabdeh əsassız olaraq onun işinə müdaxilə etmiş, tikinti işlərinin aparılmasına maneçilik törətmişdir. Bütün bunlara görə də, o, hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət etməli olmuşdur. Hazırda o, fərdi yaşayış evinin tikintisini başa çatdırmışdır.
7. Həmçinin, Yusifov Calal Famil oğlu və Cavabdeh2 İddiaçı qarşı qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək İddiaçı ilk iddiasının rədd edilməsi, ünvan 4 ünvanında yerləşən fərdi yaşayış evinin qarşısındakı zəbt etdiyi 0,00915 ha. torpaq sahəsində İddiaçı tikdirdi yi, xx.xx.2020-ci il tarixli, **********31-10301 reyestr nömrəli texniki pasportda nəzərdə tutulmayan özbaşına tikintinin (fərdi yaşayış evinin), Yusifov Calal Famil oğlunun mülkiyyətində olan, ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evinin divarı ilə həmin özbaşına tikintinin divarı arasında qalan boşluq üzrə İddiaçı hördürdüyü hasarın və quraşdırdığı qapının İddiaçı tərəfindən öz hesabına sökülməsi və İddiaçı zəbt etdiyi qeyd edilən 0,00915 ha. torpaq sahəsinin öz hesabına əvvəlki vəziyyətə gətirilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişlər.
8. Qarşılıqlı iddia tələbi onunla əsaslandırılmışdır ki, ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evi təxminən 50 il əvvəl tikilmişdir, həmin vaxtdan etibarən Cavabdeh1 və Cavabdeh2 ailə üzvləri ilə birlikdə həmin ünvanda yaşayırlar. 2020-ci il in yanvar ayının əvvəllərindən etibarən həmin küçədə 78A ünvanında İddiaçı tərəfindən tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla özbaşına tikili inşa edilməyə başlanmışdır. Həmin özbaşına tikili Cavabdeh1 məxsus evin pəncərələrinə günəş işığı düşməsinin qarşısını almışdır, həmçinin, İddiaçı tikdirdiyi evin pəncərələrini Cavabdeh1 məxsus evin pəncərələrinin qarşısına quraşdırmışdır ki, bu da milli-mədəni dəyərlər baxımından qəbuledilməzdir. Həmçinin, İddiaçı qarşılıqlı iddia üzrə iddiaçıların razılığı olmadan evin divarına bitişik vəziyyətdə su borusu çəkdirmişdir. Həmin su borusundan su sızması nəticəsində Cavabdeh1 evinin divarı və bünövrəsi nəm çəkəcəkdir. Eyni zamanda, İddiaçı Cavabdeh1 evinin həmin divarı ilə özünün inşa etdirdiyi tikilinin divarının arasını küçə tərəfdən hasarla hördürmüşdür ki, bu da yağış və qar sularının divarların arasında yığılmasına, beləliklə evin divarına və bünövrəsinə zərər verəcəyinə gətirib çıxaracaqdır. Bundan başqa, İddiaçı hüququnun rəsmiləşdirilməsi barədə xx.xx.2020-ci il tarixdə verilmiş ********** qeydiyyat nömrəli çıxarışda və xx.xx.2020-ci il tarixdə verilmiş, reyestr nömrəsi **********31-10301 saylı texniki pasportdan aydın olur ki, İddiaçı mülkiyyətində olan torpaq sahəsinin ölçüsü 0,01497 ha., faktiki torpaq sahəsinin ölçüsü isə 0,02412 hektardır. Beləliklə, İddiaçı zəbt etdiyi torpaq sahəsinin ölçüsü 0,00915 ha. olduğu məlum olur. Odur ki, İddiaçı inşa etdirdiyi tikilinin yerləşdiyi torpaq sahəsi onun mülkiyyətində, icarəsində və ya istifadəsində d eyil, zəbt edilmiş ərazidə olduğundan həmin tikili sökülməli, ərazi İddiaçı tərəfindən əvvəlki vəziyyətə gətirilməlidir. İddiaçı tərəfindən inşa edilmiş tikili zəbt olunmuş torpaq sahəsində olduğundan, Cavabdeh1 evinin pəncərələrinin həmin evə baxması İddiaçı hüquqlarını poza bilməz, pəncərəyə quraşdırılmış dəmir barmaqlıq İddiaçı evinə girişçıxışa heç bir məhdudiyyət yaratmır, navalçalar isə küçəyə axıdılmaq qaydasında quraşdırılmışdır.
9. Bundan başqa, X12 oğlu müstəqil tələb irəli sürən üçüncü şəxs qismində İddiaçı qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək İddiaçı ilk iddiasının rədd olunması, ünvan 4 ünvanında yerləşən fərdi yaşayış evinin qarşısındakı zəbt etdiyi 0,00915 ha. torpaq sahəsində İddiaçı tikdirdiyi, xx.xx.2020-ci il tarixli, **********31-10301 reyestr nömrəli tex niki pasportda nəzərdə tutulmayan özbaşına tikintinin (fərdi yaşayış evinin), ona məxsus ünvan 5 ünvanında yerləşən fərdi yaşayış evinin divarı ilə həmin özbaşına tikintinin divarı arasında qalan boşluq üzrə İddiaçı hördürdüyü hasarın və quraşdırdığı konsol döşəmənin öz hesabına sökülməsi və İddiaçı zəbt etdiyi qeyd edilən 0,00915 ha. torpaq sahəsinin öz hesabına əvvəlki vəziyyətə gətirilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
10. Üçüncü şəxsin iddiası onunla əsaslandırılmışdır ki, ünvan 4 ünvanında İddiaçı tərəfindən inşa edilmiş tikili özbaşına tikilidir, həmin özbaşına tikili L.Xanlarova məxsus Aydınbəyov küçəsi, 98A saylı evin otağının pəncərələrinə və bayır divarına günəş işığı düşməsinin qarşısını tam almışdır, həmçinin, İddiaçı L.Xanlarovun evinin həmin divarı ilə özünün i nşa etdirdiyi tikilinin divarının arasını küçə tərəfdən hasarla hördürmüşdür ki, bu da yağış və qar sularının divarların arasında yığılmasına, beləliklə evin divarına və bünövrəsinə zərər verəcəyinə gətirib çıxaracaqdır. Bununla əlaqədar hətta L.Xanlarovun evinin qeyd edilən hissədə yerləşən otağının divarının içəri tərəfdən üz hissəsi nəm çəkərək qabarmağa, divarın boyası isə düşəməyə tökülməyə başlamış, həmin otaq yaşayış üçün yararsız hala gəlmiş və evin bünövrəsi zəifləməyə başlamışdır. L.Xanlarov 1995-ci ildən həmin ünvanda yaşayır, o, həmin evi alarkən İddiaçı indiki həyətinə baxan pəncərə mövcud olmuş, hazırda İddiaçı istifadəsində olan həyətin yerində yol olduğundan pəncərə ilə bağlı heç kimin hüquqları pozulmamışdır.
11. Məhkəmə iclasında İddiaçı vəkili Vəkil1 İddiaçı izahatında g östərilənləri təsdiq edərək əlavə olaraq bildirdi ki, İddiaçı tərəfindən yeni ev inşa edilərkən qonşuluqda yerləşən, cavabdehin və müstəqil tələb irəli sürən üçüncü şəxsin evi ilə ara məsafəsi qanunauyğun şəkildə saxlanılmış, şəhərsalma normalarına uyğun olaraq layihə-smetada göstərilən qaydada inşa edilmişdir.
12. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin məhkəmə tikinti-texniki ekspertizasına dair 25 yanvar 2021-ci il tarixli, 10/2774 nömrəli rəyində göstərilmişdir ki: - ünvan 4 ünvanında yerləşən fərdi yaşayış evinin qarşısındakı torpaq sahəsi İddiaçı faktiki istifadəsində olan torpaq sahəsidir. Həmin ünvanda yerləşən fərdi yaşayış evinin faktiki istifadəsində olan torpaq sahəsində X3 tərəfindən həmin evin texniki pasportunda nəzərdə tutulmayan inşaat işl əri aparılmışdır. - İddiaçı tərəfindən inşa edilmiş fərdi yaşayış evi ilə Yusifov Calal Famil oğluna məxsus Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, Aydınbəyov küçəsi 88 saylı evin və X12 oğluna məxsus Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, Aydınbəyov küçəsi 98A saylı evin arasında olan boşluğun küçə tərəfindən mişar daşı ilə hörülərək bağlanması “Eskiz Layihə”də nəzərdə tutulmadığına görə, həmin hasarların tikilməsi tikinti norma və qaydalarına uyğun deyildir. - Mülki iş materiallarının doqquzuncu səhifəsində yer alan “Eskiz layihəsi”ndə göstərilən məlumatlar ilə baxış zamanı əldə olunmuş məlumatlar arasında müqayisəli tədqiqat aparılan zaman aşağıda qeyd olunan nəticələr ortaya çıxmışdır: 1)İddiaçı tərəfindən inşa olunmuş tikilinin (fərdi yaşayış evi) çöl ölçü ləri uyğunluq təşkil edir, lakin layihə üzrə fərdi yaşayış evinin xarici divarları 400 mm. (cüt daş) qalınlığında nəzərdə tutulsa da, faktiki vəziyyətdə divarlar 200 mm. (tək daş) qalınlığındadır. Bu da öz növbəsində otaqların daxili ölçülərində fərqlərin yaranmağına səbəb olmuşdur. 2)Fərdi yaşayış evinin hündürlüyü layihə üzrə 3,15 metr nəzərdə tutulsa da, faktiki olaraq bir tərəfdən küçə tərəfdən və cavabdehin evi istiqamətinə hündürlük 4,6 metrdir. 3)Fərdi yaşayış evinin yaşayış otağının layihədə nəzərdə tutulmuş bir pəncərəsi faktiki vəziyyətdə bağlanmışdır. 4)Fərdi yaşayış evinin cavabdehin fərdi yaşayış evi ilə ara məsafəsi layihədə 1,2 metr nəzərdə tutulsa da, faktiki 1,4 metrdir. 5)İddiaçı tərəfindən inşa edilmiş fərdi yaşayış evi ilə Yusifov Calal Famil oğluna məxsus Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, Aydınbəyov küçəsi 88 saylı evin və X12 oğluna məxsus Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, Aydınbəyov küçəsi 98A saylı evin arasında olan boşluq küçə tərəfdən mişar daşı ilə hörülərək bağlanmışdır. - ünvan 4 barəsində xx.xx.2020-ci il tarixdə verilmiş, reyestr nömrəsi **********3110301 saylı yeni texniki pasportda və xx.xx.2020-ci il tarixdə verilmiş ********** qeydiyyat nömrəli yeni çıxarışda İddiaçı mülkiyyətində olan torpaq sahəsinin 0,01497 ha., faktiki istifadəsində olan torpaq sahəsinin isə 0,02412 ha. olduğu müəyyən olundu. - Baxış zamanı İddiaçı tərəfindən inşa edilmiş fərdi yaşayış evi ilə Yusifov Calal Famil oğluna məxsus Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, Aydınbəyov küçəsi 88 saylı evin və X12 oğluna m əxsus Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, Aydınbəyov küçəsi 98A saylı evin arasında olan boşluq küçə tərəfdən mişar daşı ilə hörülərək bağlanması, İddiaçı tərəfindən inşa edilmiş fərdi yaşayış evi ilə Yusifov Calal Famil oğluna məxsus evin pəncərəsi arasında hündürlük fərqi olması (cavabdehin fərdi yaşayış evinin pəncərəsi nisbətən aşağıda yerləşir) həmin evin divarlarına və pəncərələrinə günəş işığının düşməsinə qismən məhdudiyyət yaradır. - Pəncərə və nəfəsliyin mülki iş materiallarının 51-ci səhifəsində yer alan Yusifov Calal Famil oğluna məxsus Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, Aydınbəyov küçəsi 88 saylı evin texniki pasportunda nəzərdə tutulduğu müəyyən olundu. Həmçinin, qeyd olunur ki, pəncərənin bir tərəfdən küçəyə çıxışının olduğunu, həmin tərə fdən otağın daxili hündürlüyü ilə xarici hündürlüyü arasında fərqlərin olduğunu, nəfəsliyin yerləşdiyi otağın bir tərəfdən küçəyə çıxışının olduğunu, həmin tərəfdən otağın divarına bitişik 42 sm. qalınlığında mişar daşından inşa olunmuş hörgünün olduğunu nəzərə alaraq, Yusifov Calal Famil oğluna məxsus evdən İddiaçı yeni tikdirdiyi evə açılan bir böyük və bir balaca pəncərənin (nəfəslik) bağlanacağı təqdirdə Yusifov Calal Famil oğlunun öz həyətindən və küçə yolundan öz evinə pəncərə açmaq imkanının olmadığı müəyyən olundu. Yusifov Calal Famil oğluna məxsus evin mübahisəli pəncərəsinə vurulmuş dəmir barmaqlıqların İddiaçı inşa etdiyi yeni evdən küçəyə açılan giriş-çıxış yoluna çıxıntısı yoxdur. Mübahisəli balaca pəncərəyə (nəfəslik) vurulmuş dəmir barmaqlıqlar ilə İddiaçı inşa etdiyi yeni e vdən küçəyə açılan yoluna 7 sm.çıxıntısı vardır. Lakin həmin çıxıntının küçəyə açılan giriş-çıxış yoluna maneə yaradıb-yaratmaması subyektiv məsələ olduğuna, hər-hansı normativlərlə tənzimlənmədiyinə görə tikinti-texniki ekspertin həll elədiyi məsələlər dairəsinə aid deyildir. - Tədqiqat obyektinə baxış zamanı Yusifov Calal Famil oğluna məxsus evin damının kənarlarına vurulmuş navalçanın İddiaçı faktiki istifadəsində olan torpaq sahəsinə tərəf olan hissəsinin bir qisminin dağıldığı müəyyən olundu. Baxış zamanı ekspertiment aparılaraq navalçaya su buraxılmış və həmin suyun İddiaçı faktini istifadəsində olan torpaq sahəsinə axdığı müəyyən olunmuşdur. - Sözügedən, içində su nasosu olan dəmir qutunun İddiaçı istifadəsində olan torpaq sahəsi tərəfə 22 sm. çıxıntısı vardır. Lakin, həmin çıxıntın ın küçəyə açılan giriş-çıxış yoluna maneə yaradıb-yaratmaması subyektiv məsələ olduğuna, hər-hansı normativlərlə tənzimlənmədiyinə görə tikinti-texniki ekspertin həll elədiyi məsələlər dairəsinə aid deyildir. - Baxış zamanı əldə olunmuş məlumatlardan (çəkilmiş fotoşəkillərdən və s.) görünür ki, iddiaçı və cavabdehə məxsus müvafiq olaraq 78A və 88 saylı evlərin arasından keçən, mübahisə predmeti olan qaz xətti mişardaşından inşa olunmuş hasarın içindən keçməklə fərdi yaşayış evləri arasındakı açıq sahədən keçir. Həmçinin, qeyd olunur ki, həmin hasarın aşağı hissəsində qapı boşluğu mövcuddur ki, bu qapı boşluğundan müvafiq qurum əməkdaşlarının həmin hissəyə daxil olması və qaz xəttinə baxış keçirməsi mümkündür. Göstərilənlərə əsasən, həmin qaz xəttinin çəkilməsi ilə əlaqədar hər-hansı texnik i təhlükəsizlik qaydalarının tələblərinin pozulması halı müəyyən edilmir. Mübahisə predmeti olan su xəttində nasazlıq (o cümlədən qəza və s.) baş verəcəyi təqdirdə cavabdehin fərdi yaşayış evinin tikinti konstruktiv elementləri (divar, tavan, döşəmə və s.) üzərinə susızma izləri yarana və fərdi yaşayış evinin təmirinə ziyan dəyə bilər. Qeyd olunan məsələlər təhlükəsizlik texnikası qaydalarının pozulmasına aid deyildir.
13. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) 2(001)-211/2021 saylı, 05 may 2021-ci il tarixli qətnaməsi ilə (hakim X1) İddiaçı Yusifov Calal Famil oğluna və Cavabdeh2 qarşı “pəncərənin bağlanması, barmaqlıqların sökülməsi və s.” tələbinə dair ilk iddiasının qismən təmin edilməsi, Yusifov Calal Famil oğlunun mülkiyyətində olan, ü nvan 2 ünvanındakı fərdi yaşayış evindən İddiaçı mülkiyyətində olan ünvan 4 ünvanındakı fərdi yaşayış evinin həyətinə su axıdılan novalçaların sökülməsi, iddianın qalan hissədə təmin edilməməsi, Yusifov Calal Famil oğlunun və Cavabdeh2 İddiaçı qarşı “qanunsuz tikilinin sökülməsi, ərazinin əvvəlki vəziyyətə qaytarılması və s.” tələbinə dair qarşılıqlı iddiasının qismən təmin edilməsi, İddiaçı ünvan 4 ünvanında yerləşən fərdi yaşayış vinin qarşısındakı 0,00915 ha. torpaq sahəsində tikdirdiyi fərdi yaşayış evi Yusifov Calal Famil oğlunun maraqlarına toxunan hissədə, yəni Yusifov Calal Famil oğlunun mülkiyyətində olan, ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evinin İddiaçı inşa etdirdiyi fərdi yaşayış evinin həyətinə baxan pəncərələrinə gün işığının düşməsinin təmin olunması məqsədi ilə rekon struksiya edilməsi, İddiaçı ünvan 4 ünvanında yerləşən fərdi yaşayış evinin qarşısındakı 0,00915 ha. torpaq sahəsində tikdirdiyi fərdi yaşayış evinin Yusifov Calal Famil oğlunun mülkiyyətində olan, ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evinin divarı ilə arasında qalan boşluq üzrə İddiaçı hördürdüyü hasar və quraşdırdığı qapı İddiaçı tərəfindən öz hesabına sökülməsi, iddianın qalan hissədə təmin edilməməsi, müstəqil tələb irəli sürən üçüncü şəxs X12 oğlunun İddiaçı qarşı “qanunsuz tikilinin sökülməsi, ərazinin əvvəlki vəziyyətə qaytarılması və s.” tələbinə dair iddiasının qismən təmin edilməsi, İddiaçı ünvan 4 ünvanında yerləşən fərdi yaşayış evinin qarşısındakı 0,00915 ha. torpaq sahəsində tikdirdiyi fərdi yaşayış evi X12 oğlunun maraqlarına toxunan hissədə, yəni X12 oğlunun mülkiyyətin də olan, ünvan 5 ünvanında yerləşən fərdi yaşayış evinin İddiaçı inşa etdirdiyi fərdi yaşayış evinin həyətinə baxan pəncərələrinə gün işığının düşməsinin təmin olunması məqsədi ilə rekonstruksiya edilməsi, İddiaçı ünvan 4 ünvanında yerləşən fərdi yaşayış evinin qarşısındakı 0,00915 ha. torpaq sahəsində tikdirdiyi fərdi yaşayış evinin X12 oğlunun istifadəsində olan, ünvan 5 ünvanında yerləşən fərdi yaşayış evinin divarı ilə arasında qalan boşluq üzrə İddiaçı hördürdüyü hasar və quraşdırdığı konsol döşəmənin İddiaçı tərəfindən öz hesabına sökülməsi, iddianın qalan hissədə rədd edilməsi, kompleks məhkəmə tikinti-texniki və təhlükəsizlik texnikası ekspertizasının keçirilməsinə xərclənmiş 50 manat məbləğində pul vəsaitinin 25 manat hissəsi İddiaçı, 25 manat hissəsi isə müştərək qaydada Yusifov Calal Famil oğlundan və Cavabdeh2 tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilməsi, ilk və qarşılıqlı iddia ərizələri üzrə ödənilmiş dövlət rüsumlarının hər iki iddia üzrə iddiaçılara aid edilsin, müstəqil tələb irəli sürən üçüncü şəxsin iddiası üzrə isə 5 manat məbləğində dövlət rüsumu İddiaçı tutularaq dövlət nəfinə ödənilməsi qət edilmişdir.
14. Məhkəmə ilk öncə İddiaçı iddia tələbinin cavabdehlərin yaşadığı evdən onun həyətinə baxan pəncərələrin bağlanması hissəsinə münasibətdə qeyd etmişdir ki, keçirilmiş ekspertiza nəticəsində müəyyən edilmişdir ki, Yusifov Calal Famil oğluna məxsus evdən İddiaçı yeni tikdirdiyi evə açılan bir böyük və bir balaca pəncərənin (nəfəslik) bağlanacağı təqdirdə Yusifov Calal Famil oğlunun öz həyətində n və küçə yolundan öz evinə pəncərə açmaq imkanının olmadığı müəyyən edilmişdir. Həmin pəncərə və nəfəsliyin Yusifov Calal Famil oğluna məxsus Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, Aydınbəyov küçəsi 88 saylı evin texniki pasportunda göstərildiyi nəzərə alınaraq, məhkəmə hesab etmişdir ki, İddiaçı iddiası bu hissədə əsassız olmaqla təmin edilməməlidir.
15. İddianın barmaqlığın sökülməsi hissəsinə münasibətdə məhkəmə qeyd etmişdir ki, ekspert rəyində göstərilmişdir ki, mübahisəli balaca pəncərəyə (nəfəslik) vurulmuş dəmir barmaqlıqlar ilə İddiaçı inşa etdiyi yeni evdən küçəyə açılan yoluna 7 sm.çıxıntısı vardır. Lakin həmin çıxıntının küçəyə açılan giriş-çıxış yoluna maneə yaradıb-yaratmaması subyektiv məsələ olduğuna, hər-hansı normativlərlə tənzimlənmədiyinə görə tikinti-te xniki ekspertin həll elədiyi məsələlər dairəsinə aid deyildir. İddiaçı iddiasını bu hissədə Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 170.2-ci maddəsi ilə əsaslandırmışdır. Məhkəmə qeyd etmişdir ki, sözügedən barmaqlığın 7 sm. çıxıntısı olması Mülki Məcəllənin 170.2-ci maddəsində göstərilən “hədsiz təsir” kimi qiymətləndirilə bilməz. Həmçinin, barmaqlığın 7 sm.-dən ibarət çıxıntısının İddiaçı məhz mülkiyyətində olan torpaq sahəsi ilə üst-üstə düşməsi, eləcə də yaranan maneənin konkret nədə ifadə olunması ilə bağlı İddiaçı tərəfindən məhkəməyə sübut təqdim edilməmişdir. Halbuki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Göstərilənlərə əsasən, məhkə mə hesab edir ki, İddiaçı iddiası həmin hissədə də təmin olunmamalıdır.
16. İddianın İddiaçı həyətinə su axıdılan navalçaların sökülməsi hissəsinə münasibətdə məhkəmə qeyd etmişdir ki, keçirilmiş ekspertiza nəticəsində müəyyən olunmuşdur ki, həqiqətən də Yusifov Calal Famil oğluna məxsus evin damının kənarlarına vurulmuş navalçanın İddiaçı faktiki istifadəsində olan torpaq sahəsinə tərəf olan hissəsinin bir qisminin dağıldığı müəyyən olunmuşdur. Baxış zamanı ekspertiment aparılaraq navalçaya su buraxılmış və həmin suyun İddiaçı faktiki istifadəsində olan torpaq sahəsinə axdığı müəyyən olunmuşdur. Gələcəkdə navalçadan su axacağı və suyun hərəkət trayektoriyasının müəyyən edilməsinin qeyri-mümkün olduğu nəzərə alınaraq məhkəmə hesab edir ki, suyun İddiaçı məhz mülkiyyətində olan torpaq sahəs inə axıb-axmaması hazırki halda əhəmiyyətli hal kimi nəzərə alınmadan Cavabdeh1 tərəfindən həmin navalça sökülməli, bununla da İddiaçı faktiki istifadəsində olan torpaq sahəsinə Cavabdeh1 məxsus evin navalçasından su axmasının qarşısı alınmalıdır. Beləliklə, iddia həmin hissədə təmin edilməlidir.
17. İddianın su nasosunun və onun yerləşdiyi dəmir qutunun sökülməsi hissəsinə münasibətdə məhkəmə qeyd etmişdir ki, keçirilmiş ekspertiza zamanı müəyyən olunmuşdur ki, sözügedən, içində su nasosu olan dəmir qutunun İddiaçı istifadəsində olan torpaq sahəsi tərəfə 22 sm. çıxıntısı vardır. Lakin, həmin çıxıntının küçəyə açılan girişçıxış yoluna maneə yaradıb-yaratmaması subyektiv məsələ olduğuna, hər-hansı normativlərlə tənzimlənmədiyinə görə tikinti-texniki ekspertin həll elədiyi məsələlər dairəsin ə aid deyildir. Məhkəmə tərəfindən təyin edilmiş yerində müayinə zamanı həmin su nasosunun yerləşdiyi dəmir qutunun İddiaçı həyətindən küçəyə açılan girişçıxış yoluna maneə yaratmadığı, beləliklə onun hüquqlarını məhdudlaşdırmadığı müəyyən edilmişdir. Buna görə də, iddia bu hissədə də təmin olunmamalıdır.
18. Beləliklə, İddiaçı iddiası yalnız navalçanın sökülməsi ilə bağlı hissədə əsaslı olduğundan iddia tələbinin sonuncu, yəni İddiaçı mülkiyyətində olan fərdi yaşayış evindən, həyətyanı sahədən istifadəyə və əmlakına sahibliyinə cavabdeh tərəfindən yaradılan maneələrin aradan qaldırılması hissəsinə münasibətdə məhkəmə qeyd edir ki, sözügedən maneələrin nədən ibarət olması nə iddiaçı tərəfindən konkret göstərilmiş, nə də işin halları ilə müəyyən olunmadığından iddia bu hissədə də təmin olun mamalıdır.
19. Yusifov Calal Famil oğlunun və Cavabdeh2 qarşılıqlı iddiasına, habelə X12 oğlunun müstəqil tələb irəli sürən üçüncü şəxs kimi iddiasına münasibətdə isə məhkəmə qeyd etmişdir ki, “M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 04 may 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 30 iyul 2008-ci il tarixli qərarında qeyd olunmuşdur ki, mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə, o cümlədən tam hüquqlu məhkəmə kimi apellyasiya instansiyası məhkəməsi ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub – olmamasını araşdırmalıdır. Keçirilmiş ekspertiza zamanı müəyy ən olunmuşdur ki, ünvan 4 ünvanında yerləşən fərdi yaşayış evinin qarşısındakı torpaq sahəsi İddiaçı faktiki istifadəsində olan torpaq sahəsidir və həmin ünvanda yerləşən fərdi yaşayış evinin faktiki istifadəsində olan torpaq sahəsində X3 tərəfindən həmin evin texniki pasportunda nəzərdə tutulmayan inşaat işləri aparılmışdır. ünvan 4 barəsində xx.xx.2020-ci il tarixdə verilmiş, reyestr nömrəsi **********31-10301 saylı yeni texniki pasportda və xx.xx.2020-ci il tarixdə verilmiş ********** qeydiyyat nömrəli yeni çıxarışda İddiaçı mülkiyyətində olan torpaq sahəsinin 0,01497 ha., faktiki istifadəsində olan torpaq sahəsinin isə 0,02412 ha. olduğu müəyyən olunmuşdur.
20. Beləliklə, İddiaçı qanuni olaraq ona ayrılmış torpaq sahəsindən daha böyük sahəni istifadə etdiyi, yəni faktiki olaraq zəbt etdiyi müəyyən olunsa da, zəbt edilmiş torpaq sahəsi ilə Yusifov Calal Famil oğluna və X12 oğluna məxsus torpaq sahələrinin üst-üstə düşmə halı müəyyən edilmir ki, belə olan halda, sonuncuların İddiaçı tərəfindən zəbt edilmiş ərazinin boşaldılması ilə bağlı iddia tələbi üçün subyektiv hüquqları müəyyən edilmir. Buna görə də, həm qarşılıqlı, həm də müstəqil tələb irəli sürən üçüncü şəxsin iddia tələbi yalnız iddiaçıların hüquqlarına toxunan, aşağıda qeyd edilən hissədə təmin edilməlidir.
21. Belə ki, ekspert rəyindən görünür ki, ünvan 4 ünvanında yerləşən fərdi yaşayış evinin qarşısındakı torpaq sahəsində X3 tərəfindən inşa edilmiş fərdi yaşayış evi ilə Yusifov Calal Famil oğluna məxsus Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, Aydınbəyov küçəsi 88 saylı evin və X12 oğluna məxsu s Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, Aydınbəyov küçəsi 98A saylı evin arasında olan boşluğun küçə tərəfindən mişar daşı ilə hörülərək bağlanması “Eskiz Layihə”də nəzərdə tutulmadığına görə, həmin hasarların tikilməsi tikinti norma və qaydalarına uyğun deyildir və boşluğun küçə tərəfdən mişar daşı ilə hörülərək bağlanması, İddiaçı tərəfindən inşa edilmiş fərdi yaşayış evi ilə Yusifov Calal Famil oğluna məxsus evin pəncərəsi arasında hündürlük fərqi olması (cavabdehin fərdi yaşayış evinin pəncərəsi nisbətən aşağıda yerləşir) həmin evin divarlarına və pəncərələrinə günəş işığının düşməsinə qismən məhdudiyyət yaradır.
22. Məhkəmə hesab etmişdir ki, İddiaçı ünvan 4 ünvanında yerləşən fərdi yaşayış evinin qarşısındakı 0,00915 ha. torpaq sahəsində tikdirdiyi fərdi yaşayış evi Y usifov Calal Famil oğlunun maraqlarına toxunan hissədə, yəni Yusifov Calal Famil oğlunun mülkiyyətində olan, ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evinin İddiaçı inşa etdirdiyi fərdi yaşayış evinin həyətinə baxan pəncərələrinə gün işığının düşməsinin təmin olunması məqsədi ilə rekonstruksiya edilməli, həmin fərdi yaşayış evinin Yusifov Calal Famil oğlunun mülkiyyətində olan, ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evinin divarı ilə arasında qalan boşluq üzrə İddiaçı hördürdüyü hasar və quraşdırdığı qapı İddiaçı tərəfindən öz hesabına sökülməli, həmin fərdi yaşayış evi X12 oğlunun maraqlarına toxunan hissədə, yəni X12 oğlunun mülkiyyətində olan, ünvan 5 ünvanında yerləşən fərdi yaşayış evinin İddiaçı inşa etdirdiyi fərdi yaşayış evinin həyətinə baxan pəncərələrinə gün işığının düşməsini n təmin olunması məqsədi ilə rekonstruksiya edilməli, fərdi yaşayış evinin qarşısındakı 0,00915 ha. torpaq sahəsində tikdirdiyi fərdi yaşayış evinin X12 oğlunun istifadəsində olan, ünvan 5 ünvanında yerləşən fərdi yaşayış evinin divarı ilə arasında qalan boşluq üzrə İddiaçı hördürdüyü hasar və quraşdırdığı konsol döşəmə İddiaçı tərəfindən öz hesabına sökülməlidir
23. Məhkəmə öz mövqeyini, Mülki Məcəllənin 170.2-ci, Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 111(1), Mülki Prossesual Məcəllənin 77.1, 101.3-cü maddələrinə istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat
24. Qətnamədən iddiaçı apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi, ilk iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
25. Qətnamədən həmçinin cavabdehlər apellyas iya şikayəti verərək, qətnamənin ilk iddianın təmin edilmiş və qarşılıqlı iddianın rədd edilmiş hissələrdə ləğv edilməsi, qarşılıqlı iddianın tam təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişlər.
26. Qətnamədən eyni zamanda üçüncü şəxs apellyasiya şikayəti verərək, qətnamənin üçüncü şəxsin iddiasının rədd edildiyi hissədə ləğv edilməsi, üçüncü şəxsin iddiasının təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
27. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının (bundan sonra – apellyasiya instansiya məhkəməsi) 2(103)-9768/2021 nömrəli, 20 dekabr 2021-ci il tarixli qətnaməsi ilə (hakimlər X8 -sədrlik edən və məruzəçi, X2 və X5) İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, Yusifov Calal Famil oğlu və Cavabdeh2, X12 oğlu tərəfindən verilmiş apellyas iya şikayəti qismən təmin edilmiş, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-211/2021 saylı, 07 may 2021-ci il tarixli qətnaməsi qismən İddiaçı yeni tikdirdiyi ev ilə X10 və Cavabdeh2 evinin arasındakı boşluğu küçədən ayıran divara aid hissədə və yeni tikilən evin rekonstruksiya olunması hissəsində ləğv edilmiş, həmin hissədə Yusifov Calal Famil oğlu və Cavabdeh2, X12 oğlunun iddia tələbləri qismən təmin edilmiş, İddiaçı yeni inşa etdirdiyi ev ilə, Yusifov Calal Famil oğlu və Cavabdeh2 evi arasında boğluğu küçədən ayıran hasarın 2,2 metr hündürlüyə qədər, M.K. Balakişiyevin inşa etdiyi evin evə daxil olduqdan sonra sağ otağının sağ başlanğıcdan 4,6 metrlik divarın 1,5 metr məsafədə İddiaçı hesabına sökülməsi, Yusifov Calal Famil oğlu və Cavabdeh2, X12 oğlu tərəfindən verilmiş apelly asiya şikayətlərinin qalan hissədə təmin edilməməsi, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-211/2021 saylı, 07 may 2021-ci il tarixli qətnaməsinin qalan hissədə dəyişdirilmədən saxlanılması, apellyasiya şikayəti ilə əlaqədar ödənilmiş dövlət rüsumunun onu ödəyən şəxslərə aid edilməsi qət edilmişdir.
28. Apelyasiya instansiyası məhkəməsi qəbul etdiyi qətnaməni onunla əsaslandırmışdır ki, işə apellyasiya qaydasında baxılarkən yerində müayinə keçirilmiş və müəyyən edilmişdir ki, İddiaçı tərəfindən inşa edilən evin divarları birinci mərtəbənin tavanına kimi kubik daşından hörülmüş, evin ümumi uzunluğu 9,5 metr, eni 4,6 metrdir. Ev iki otaq və bu otaqların arsında yerləşən 2 metr eniliyində eyvan rolunu oynayan balaca otaqdan ibarətdir. Evin giriş qapısı həmin balaca otağa açılır, orada n sağ və sol tərəfdəki otaqlara qapı yeri qoyulmuşdur. Evə giriş qapısından daxil olduqdan sonra sol tərəfdəki otaq 3,8 X 3,6 metr, sağ tərəfdəki otaq 3,8 x 3.5 metr ölçüdədir. Yeni tikilən evin arxa tərəfində təxminən bir metr məsafədə X12 oğlunun evi, qabaq tərəfində 1.3 metr məsafədə Yusifov Calal Famil oğlu və Cavabdeh2 evləri yerləşir. İddiaçı Yusifovlara məxsus olan evin arxasında piyada yolu kimi saxladığı boşluğu küçədən ayrırmaq üçün tikdiyi hasarın hündürlüyü 4 metrə yaxın olmaqla boşluqdan havanın işləməsinə maneçilik törədir. Yeni tikilməkdə ola evin giriş qapısından daxil olduqda sağ tərəfdə yerləşən otaq sağ tərəfdən həm arxada yerləşən X12 oğluna məxsus olan evin yataq otağının, həm də qabaqda yerləşən Yusifovlara məxsus olan evin yataq otağının pəncərəsinin qarşısını kəsmək lə otağa işıq və havanın daxil olmasına maneçilik yaradır. Arxadakı və qarşıdakı evlərə normal hava və işığın daxil olmasının təmin olunması üçün M.K. Balakişiyevin inşa etdiyi evin evə daxil olduqdan sonra sağ otağı başlanğıcdan 4,6 metrlik divarı 1,5 metr məsafədə sökülməlidir
29. Məhkəmə kollegiyası İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinin dəlillərinin əsaslılığına dair dəlilləri aşkar etməmişdir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri
30. İddiaçı kassasiya şikayəti verərək qətnamənin ləğv edilməsi və ilk iddianın təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.
31. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən qətnamə qəbul edilərkən ilkin İddiaçı tərəfindən tikintin in qanuni istifadəsində olan torpaq sahəsində inşa edildiyi, buna lazımi icazələrin alındığı, şəhərsalma və tikinti normalarına və qaydalarına əməl edilməklə aparıldığı nəzərə alınmamış bu isə Mülki Məcəllənin 180.1 və 180.2-ci maddələrinin tələblərinin ciddi şəkildə pozulması ilə nəticələnmişdir. Belə ki, tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş ev, tikili maraqlı tərəfin tələbinə əsasən məhkəmə qətnaməsinə əsasən o, vaxt sökülə bilər ki, həmin evin, tikilinin saxlanılması həmin şəxsin hüququnu və qanunla qorunan mənafeyini pozmuş olsun, onun həyatı və sağlamlığı üçün real təhlükə yaratsın. Hazırkı halda ilkin iddiaçının inşa etdiyi tikilinin ilkin iddia üzr ə cavabdehin və müstəqil tələb irəli sürən üçüncü şəxsin həyatı və sağlamlığı üçün hər hansı təhlükə törətməsi mülki iş materialları ilə təsdiq olunmur və həmin tikili ilkin iddiaçının öz sahəsindən istifadə etməkdə onlara maneçilik törətmir və hüquqlarını pozmur.
32. Şəhərsalma və Tikinti Məcəlləsinin 70-ci maddəsinin tələblərinə əsasən ara məsafəsi qaydalarını müəyyən edərkən tikintinin yanğın təhlükəsizliyi, sağlam sanitarepidemioloji, insolyasiya və eyni zamanda təbii işıqlandırma şəraitinin təmin edilməsi nəzərə alınmaqla məlumatlandırma icraatı tətbiq edilən yaşayış evlərinə münasibətdə divar hündürlüyünün 0,3 hissəsi nisbətində nəzərdə tutulmuşdur. Hazırkı iş üzrə ilkin İddiaçı tərəfindən tikintinin şəhərsalma və tikinti norma və qaydalarına uyğun aparılmasına, eyni zamanda Bakı ş əhəri Binəqədi Rayon İcra Hakimiyyəti tərəfindən təsdiq edilmiş eskiz-layihədə nəzərdə tutulduğundan daha artıq ara məsafəsinin saxlanmasına baxmayaraq, apelyasiya instansiyasıməhkəməsi tərəfindən heç bir maddi hüquq normasına istinad edilmədən İddiaçı tərəfindən tikilən evin qonşu evlərin yataq otaqlarına işıq və havanın daxil olmasına maneçilik yaratması qənaətinə gəlinmişdir.
33. Qətnamə qəbul edərkən apelyasiya məhkəməsi tərəfindən Şəhərsalma və Tikinti Məcəlləsinin 73.1-ci maddəsinin tələblərinin nəzərə alınmaması İddiaçı yeni inşa etdirdiyi ev ilə Yusifov Calal Famil oğlu və Cavabdeh2 evi arasında boşluğu küçədən ayıran hasarın 2,2 metr hündürlüyə qədər sökülməsinin qət edilməsi ilə nəticələnən qanunsuz qətnamənin qəbul edilməsinə səbəb olmuşdur. Belə ki, qətnamə qəbul edilərkən torp ağın maili olması səbəbindən 1,0 metr hündürlük fərqinin olması və bununla əlaqədar hasarın hündürlüyünün istinad nöqtəsi qismində torpaq sahəsinin ən yuxarı səviyyəsinin qəbul edilməli olması nəzərə alınmamışdır. Qanunvericiliyin tələbindən görünür ki, hasar tikilisinin küçə istiqamətinə olan hündürlüyünün 4,6 metr olmaqla həmin hasarın 3,2 metr hissəsi normaya uyğundur, yuxarı digər 1,4 metr hündürlükdə və 1,4 metr enində sağ və sol qonşulara bitişik hissəsi isə tikinti norma və qaydalarının tələblərinə uyğun deyil. Bununla yanaşı qeyd edilməlidir ki, İddiaçı tərəfindən ünvan 4 ünvanda yerləşən fərdi yaşayış evi 2004-ci ildə alınanadək mübahisəli hasar evin əvvəlki sahibi tərəfindən inşa edildiyindən, yəni artıq mövcud olduğundan hazırda həmin hasarın sökülməsi tələbinə dair qaldırılmış iddia və həmin tələb əsasında qəbul edilmiş qətnamə əsassızdır.
34. Nəzərə alınsa ki, sökülməsi qət edilən konsol döşəmənin eni divar səthindən cəmi 1,4 metrə qədərdir, belə olan halda Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2014-cü il 11 mart tarixli 72 nömrəli qərarı ilə təsdiq edilmiş “Ara məsafəsi ilə bağlı müfəssəl Qaydalar”ın 10.1-ci bəndinə əsasən, həmin konsol döşəmənin inşası ara məsafələrinin hesablanması zamanı nəzərə alınmamalıdır. Belə ki, qeyd olunan Qaydalarda bu tipli döşəmələrin nəzərə alınması üçün eninin 1,5 metrdən artıq olması nəzərdə tutulur. Beləliklə, qeyd olunan Qaydaların 10.1-ci bəndinin tələbindən aydın şəkildə görünür ki, qətnamə sözügedən konsol döşəmənin İddiaçı tərəfindən öz hesabına sökülməsinin qət edilməsi hissəsində də, qanunsuz və əsassız olduğunda n ləğv edilməlidir.
35. Bakı şəhəri Binəqədi Rayon İcra Hakimiyyəti tərəfindən təsdiq edilmiş Eskizlayihəyədə İddiaçı tərəfindən tikintisi nəzərdə tutulan fərdi yaşayış evinin döşəməsi və tavanı hissələrində evin dayanıqlığının təmin edilməsi məqsədilə beton kəmərin nəzərdə tutulmasına və eyni zamanda tikinti zamanı layihəyə uyğun olaraq beton kəmərlərin inşa edilməsinə baxmayaraq, apelyasiya instansiyasıməhkəməsi layihələndirilmə zamanı dinamik yüklərin təsirinə məruz qalan konstruktiv elementlərin onların dayanıqlığı və möhkəmliyi ilə bağlı hesabatların nəticələrinin nəzərə alındığına diqqət yetirmədən evə daxil olduqdan sonra sağ otağın sağ başlanğıcından 1,5 metr məsafədə sökülməsi qənaətinə gəlmişdir. Hansı ki, evin döşəməsinin və tavanının aşağı hissələrində beton kəmər inşa edildiyi ndən fərdi yaşayış evinin dayanıqlığına və möhkəmliyinə zərər vurulmadan qətnamədə qeyd olunan qaydada sökülməsi mümkün deyil. Beləliklə qətnamə qəbul edərkən məhkəmə tərəfindən Şəhərsalma və Tikinti Məcəlləsinin 64.2-ci maddəsinin tələbləri də pozulmuşdur.
36. İlkin İddiaçı tərəfindən tikinti qanuni istifadəsində olan torpaq sahəsində inşa edildiyindən, ilkin iddia üzrə cavabdehin və iş üzrə müstəqil tələb irəli sürən üçüncü şəxsin sahibliklərində olan tikililərdən kənarda yerləşdiyindən, habelə ilkin iddia üzrə cavabdehin və iş üzrə müstəqil tələb irəli sürən üçüncü şəxsin hər hansı hüquq və mənafeyinə toxunmadığından aparılan tikilinin sökülməsinə dair iddia tələbi ilə məhkəməyə müraciət etmək hüququna malik deyillər. Apelyasiya instansiyasıməhkəməsi tərəfindən bu faktların nəzərə alı nmaması isə Azərbaycan RespublikasıKonstitusiya Məhkəməsi Plenumunun Qərarlarında formalaşdırdığı hüquqi mövqeyə tamamilə ziddir
37. Şəhərsalma və Tikinti Məcəlləsinin 69.1-ci maddəsinin tələbinə əsasən, yalnız ara məsafəsi sahələri nəzərdə tutulan sahələrin üzərində yerüstü tikinti obyektlərinin inşasına yol verilmədiyi halda, apelyasiya instansiyası məhkəməsi tərəfindən qeyd olunan maddənin tələbləri pozularaq İddiaçı inşa etdiyi evə daxil olduqdan sonra sağ otağın sağ başlanğıcından 4,6 metrlik divarının 1,5 metr məsafədə İddiaçı hesabına sökülməsi qət edilmişdir. Hansı ki, ilkin İddiaçı tərəfindən fərdi yaşayış evinin tikintisi zamanıŞəhərsalma və Tikinti Normalarına və qaydalarına tam olaraq riayət edilmiş, eyni zamanda ara məsafəsi qaydalarda nəzərdə tutulduğundan daha artıq saxlanıl mışdır.
38. MM-in 170.2-ci və Şəhərsalma və Tikinti Məcəlləsinin 73.4-cü maddələrinin tələblərindən göründüyü kimi, qonşu torpaq sahələrinin mülkiyyətçiləri bir-birinə qarşılıqlı hörmət bəsləməli, öz mülkiyyət hüququnu həyata keçirərkən qonşunun mülkiyyətinə cürbəcür hədsiz təsirlərdən çəkinməli və atmosfer yağıntılarının bir qonşunun torpağından digərinə axmaması üçün müvafiq tədbirlər görülməlidir. Birinci instansiya məhkəməsi tərəfindən, eyni zamanda iş üzrə keçirilmiş ekspertiza rəyi ilə Cavabdeh1 məxsus evin damının kənarlarına vurulmuş navalçanın İddiaçı istifadəsində olan torpaq sahəsinə tərəf olan hissəsinin dağıldığının və həmin torpaq sahəsinə suyun axdığının müəyyən olunmasına baxmayaraq, ilkin iddia üzrə cavabdehin maraqları üstün tutularaq fərdi yaşayış evinin həyətinə su axıd ılan novalçaların yalnız sökülməsi qət edilmişdir. Apelyasiya instansiyasıməhkəməsi isə birinci instansiya məhkəməsinin qətnaməsinin həmin hissəsi ilə razılaşmışdır. Hansı ki, qəbul edilmiş qətnamə icra edilərək navalçanın söküləcəyi təqdirdə, İddiaçı istifadəsində olan torpaq sahəsinə dağılmış navalçadan əvvəldən qismən axan suyun indi hamısı axıdılacaqdır. Bu isə nəticədə, ilkin İddiaçı hüquqlarının qorunmasına deyil, qismən pozulan hüququnun tam olaraq pozulmasına səbəb olacaqdır. Beləliklə, məhkəmə tərəfindən fərdi yaşayış evinin həyətinə suyun axmaması üçün müvafiq tədbirlər görülərək novalçaların yenisi ilə əvəz edilməsi barədə qətnamə qəbul edilməsi əvəzinə yalnız sökülməsinin qət edilməsi ilə qeyd olunan maddi hüquq normalarının tələbləri də pozulmuşdur.
39. Bununla yanaşı qeyd edi lməlidir ki, ünvan 4 ünvanda tikilinin və hasarın tikilməsi Cavabdeh1 və X12 oğluna məxsus evlərin divarlarına və pəncərələrinə günəş işığının normaya uyğun düşməsinə məhdudiyyət yaratmır və təbii işıqlandırma – günəş işığı СНиП 23-05-95* insolyasiya qaydalarına uyğundur. Yəni normaya əsasən hər bir yaşayış otağı günün 10:00-dan 16:00- dək müddət ərzində 2 saat gün işığı ilə təchiz olunmalıdır. Kassasiya şikayətinin qoşmasına əlavə edilmiş “X6” MMC-nin 04 mart 2022-ci il tarixli 50 nömrəli Mütəxəssis rəyi ilə ünvan 4 ünvanda tikilinin və hasarın inşa edilməsi ilə Cavabdeh1 məxsus Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, Aydınbəyov küçəsi 88 saylı evin və X12 oğluna məxsus Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, Aydınbəyov küçəsi 98A saylı evin divarlarına və pənc ərələrinə günəş işığının günün müvafiq təxminən 1300 və 1500 saatlarında düşməsi müəyyən edilmişdir (tədqiqata gün işığının pəncərəyə düşməsini əks etdirən foto görüntü əlavə edilmişdir).
40. Bakı şəhəri Binəqədi Rayon İcra Hakimiyyəti tərəfindən təsdiq edilmiş eskizlayihədə divarla yerin üst səthinin kəsişmə nöqtəsindən divarın sonuna qədər olan hündürlüyü 3,55 metr (0,4 metr kürsü, 3,15 metr otağın hündürlüyü) nəzərdə tutulmuşdur. Evin faktiki hündürlüyü isə torpaq səthinin maili olması səbəbindən (torpaq sahəsinin küçə tərəfi ilə əks istiqamətində 1,0 metr hündürlük fərqi mövcuddur) küçə tərəfdən 4,6 metr olsa da, yuxarıda qeyd olunduğu kimi qətnamə ilə sökülməsi nəzərdə tutulan 1,5 metr hissədə cəmi 3,6 metr təşkil edir. İstinad edilən maddi hüquq normasının tələbinə uyğun olaraq nəzər ə alınsa ki, ara məsafəsi məlumatlandırma icraatı tətbiq edilən yaşayış evlərinə münasibətdə - divar hündürlüyünün 0,3 hissəsi nisbətində müəyyən edilir, o halda evin arxa tərəfində olan X12 oğlunun və qabaq tərəfində olan Yusifov Calal Famil oğlu və Cavabdeh2 evlərinin pəncərələrinin qarşısındakı 3,6 metrlik hündürlüyünün 0,3 hissədə ara məsafəsi 1,08 metr (3,6x0,3=1,08), küçə tərəfdən evin 4,6 metrlik hündürlüyünün 0,3 hissəsində isə 1,38 metr (4,6x0,3=1,38) təşkil etməlidir. Hansı ki, tikinti zamanı faktiki olaraq evin arxa tərəfində olan X12 oğlunun evinin küçə tərəfində 1,4 metr, pəncərəsi olan hissədə 1,25 metr, qabaq tərəfində olan Yusifov Calal Famil oğlunun evinin küçə tərəfində 1,4 metr, pəncərəsi olan hissədə isə 1,38 metr ara məsafəsi saxlanılmışdır. Apelyasiya instansiyasımə hkəməsi tərəfindən isə cavabdehlərin və üçüncü şəxsin evlərinin yataq otaqlarının pəncərələrinin qarşısındakı hissədə evin hündürlüyünü və ara məsafəsini düzgün müəyyən etməməklə “tikilməkdə olan evin otağa işıq və havanın daxil olmasına maneçilik yaratması” qənaətinə gəlmişdir. Bununla da, məhkəmə tərəfindən Şəhərsalma və Tikinti Məcəlləsinin 69.5.2-1-ci maddəsinin və Azərbaycan RespublikasıNazirlər Kabinetinin 2014-cü il 11 mart tarixli 72 nömrəli qərarı ilə təsdiq edilmiş “Ara məsafəsi ilə bağlı müfəssəl Qaydalar”ın 9-cu bəndinin tələbləri kobud surətdə pozulmuşdur.
41. İlk İddiaçı tərəfindən Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, Aydınbəyov küçəsi, ev 78a ünvanında mülkiyyətində olan fərdi yaşayış evinin həyətyanı sahəsində, yəni istifadəsində olan torpaq sahəsində tikinti işlərinin Bakı şəhəri Binəqədi Rayon İcra Hakimiyyəti tərəfindən təsdiq edilmiş eskiz-layihədə nəzərdə tululmuş çöl ölçülərinə uyğun inşa edilməsinə baxmayaraq apelyasiya instansiyasıməhkəməsi qətnamə qəbul edərkən Şəhərsalma və Tikinti Məcəlləsinin 80.4-ci maddəsini nəzərə almamışdır.
42. Məhkəmə tərəfindən yerli baxış keçirilərkən hər hansı ölçmə işləri aparmadan evin hündürlüyü və arxa və qabaq tərəfindəki qonşu evlərlə ara məsafələri təxmini, yəni evin hündürlüyü faktiki ölçülərindən daha artıq, qonşu evlərlə ara məsafəsi isə daha az müəyyən edilməklə Şəhərsalma və Tikinti Məcəlləsinin 69.4-ci maddəsinin tələbləri kobud surətdə pozulmuşdur.
43. Cavabdeh2 kassasiya şikayəti verərək qətnamənin qismən ləğv edilməsi, qarşılıqlı iddianın təmin olunması barədə yeni qərar qəbul edilməsini xahiş etmişdi r.
44. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, İddiaçı özbaşına tikintini tikdirdiyi 0,00915 ha zəbt edilmiş torpaq sahəsi üzərində daşınmaz əmlakın dövlət reyestrində dövlət qeydiyyatına alınmış və həmin reyestrdən çıxarışla rəsmiləşdirilmiş hər hansı hüququ yoxdur. Göründüyü kimi iddiaçının tikdiyi tikili özbaşına tikilidir. Odur ki, Bakı Apellyasiya Məhkəməsi İddiaçı tikdirdiyi özbaşına tikintininin tam sökülməsini təmin etməliydi.
45. Bakı Apellyasiya Məhkəməsinin mübahisəli qətnaməsinin əsaslandırıcı və nəticə hissələrindən göründüyü kimi, İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmişdir. Belə olan halda, həmin qətnamənin əsaslandırıcı və nəticə hissəsində “Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-211/2021 saylı, 07 may 2021-ci il tarixli qətnaməsinin qismən İddiaçı yeni tikdirdiyi ev ilə X10 və Cavabdeh2 evinin arasındakı boşluğu küçədən ayıran divara aid hissədə ləğv edilməsinin” və “Yusifov Calal Famil oğlu və Cavabdeh2 evi arasında boşluğu küçədən ayıran hasarın 2,2 metr hündürlüyə qədər İddiaçı hesabına sökülməsinin” nəzərdə tutulması ziddiyyətdir. BakıApellyasiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərardadına əsasən buraxılmış yanlışlıqların düzəldilməsi barədə xx.xx.2022-ci il tarixli ərizə təmin edilməmişdir. Bununla da, faktiki olaraq M.B.Balakişiyevin apellyasiya şikayəti qismən təmin edilmişdir. Bundan başqa Bakı Apellyasiya Məhkəməsi qətnaməsinin əsaslandırıcı və nəticə hissəsində istifadə edilən “Yusifov Calal Famil oğlu və Cavabdeh2 evi arasında boşluğu” ifadəsi yanlışdır. Həmin ifadə “Yusifov Calal Famil oğlu və X12 o ğlunun evi arasında boşluğu” şəklində olmalıydı.
46. Bakı Apellyasiya Məhkəməsi qarşılıqlı iddia üzrə iddiaçıların birgə apellyasiya şikayətinin “zəbt edilmiş torpaq sahəsinin əvvəlki vəziyyətə gətirilməsi” hissəsinə münasibət bildirməmişdir. Halbuki, mübahisəli özbaşına tikinti ilə Cavabdeh1 məxsus evin həmin istiqamətdə olan otağının bayır divarı arasında qalan yer İddiaçı tərəfindən hasarla hörülmüşdür ki, bu da yağış və qar sularının sözügedən divarların arasına yığılmasına və Cavabdeh1 məxsus evin bünövrəsinin zəifləmisə səbəb olur, özbaşına tikinti həmin istiqamətdə fərdi yaşayış evimin otaqlarına və mətbəxinə pəncərələr və nəfəslik vasitəsilə hava daxil olmasını və qeyd edilən pəncərələr və nəfəslikdən baxdıqda ətrafın ümumi görünüşünü məhdudlaşdırır. Ona görə də sözügedən torpaq sa həsi İddiaçı tərəfindən öz hesabına əvvəlki vəziyyətə gətirilməlidir.
47. Cavabdeh Yusifov Calal Famil oğlu kassasiya şikayəti verərək qətnamənin qismən ləğv edilməsi, qarşılıqlı iddianın təmin olunması barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.
48. Kassasiya şikayəti Cavabdeh2 kassasiya şikayətinin məzmununa uyğun əsaslandırılmışdır.
49. Üçüncü şəxs X12 oğlu kassasiya şikayəti verərək qətnamənin qismən ləğv edilməsi, ilk iddianın rədd olunması, üçüncü şəxsin iddiasının təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.
50. Kassasiya şikayəti Cavabdeh2 kassasiya şikayətinin məzmununa uyğun əsaslandırılmışdır. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
51. İddiaçı cavabdehlərin və üçüncü şəxsin verdiyi kassasiya şikayətlərinə qarşı yazılı etiraz verərək, cavab dehlərin və üçüncü şəxsin kassasiya şikayətinin təmin edilməməsi, iddiaçının kassasiya şikayətinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Tətbiq edilən hüquq Mülki Məcəllə
52. Maddə 170.2. Qonşu torpaq sahələrinin və ya digər daşınmaz əmlakın mülkiyyətçiləri, qanunda nəzərdə tutulmuş hüquq və vəzifələrindən əlavə, bir-birinə qarşılıqlı hörmət bəsləməlidirlər. Öz mülkiyyət hüququnu həyata keçirən hər kəs qonşunun mülkiyyətinə cürbəcür hədsiz təsirlərdən çəkinməlidir. Xüsusən, işlənmiş qazların, tozun, ağır qoxuların, səs-küyün və ya titrəyişlərin bütün ziyanlı və torpaq sahələrinin mövqeyinə və xarakteristikasına görə qanunsuz təsirləri qadağandır.
53. Maddə 180.1. Tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma v ə tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır.
54. Maddə 180.2. Özbaşına tikinti aparmış şəxs ona mülkiyyət hüququ əldə etmir. Onun tikintiyə dair sərəncam vermək - onu satmaq, bağışlamaq, icarəyə vermək, digər əqdlər bağlamaq ixtiyarı yoxdur.
55. Maddə 180.4. Tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarım və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş bina və qurğular müvafiq icra hakimiyyəti orqanlarının və ya maraqlı tərəfin müraciəti üzrə qəbul edilmiş məhkəmənin qərarı əsasında sökülə bilər. Şəhərsalma və Tikinti Məcəlləsi
56. Maddə 69.1. Binaların xarici divarlarının önündə ara məsafəsi sahələri nəzə rdə tutulmalıdır. Həmin sahələrin üzərində yerüstü tikinti obyektlərinin inşasına yol verilmir. Aşağıdakı şərtlərin mövcud olduğu hallarda torpaq sahələrinin sərhədlərindəki xarici divarların önündə ara məsafəsi sahəsinin saxlanılması zəruri deyil: tikinti obyektinin torpaq sahəsinin sərhədində tikilməsi müfəssəl planda nəzərdə tutulduqda (mövcud tikintinin ara məsafəsi sahəsinin saxlanılmasını tələb etdiyi hallar istisna olmaqla); tikinti obyektinin torpaq sahəsinin sərhədində tikilməsinə yol verilməsi müfəssəl planda nəzərdə tutulduqda və qonşu torpaq sahəsində də tikintinin müvafiq torpaq sahəsinin sərhədində tikilməsi şəhərsalma və tikintiyə dair normativ sənədlərin tələbləri baxımından mümkündürsə.
57. Maddə 64.2. Layihələndirmə zamanı dinamik yükləri və ya təsirləri qəbul edən konstr uksiyalarda xüsusi mühafizə tədbirləri (rəqs söndürücüləri, vibroizolyasiya, qoruyucu konstruksiyaların perforasiyası və sairə) nəzərdə tutulmalıdır. Dinamik yüklərin təsirinə məruz qalan konstruktiv elementlər onların dayanıqlığı və möhkəmliyi ilə bağlı hesabatların nəticələri nəzərə alınmaqla layihələndirilməlidir.
58. Maddə 69.4. Ara məsafəsi divarın hündürlüyünə əsasən müəyyən edilir. Divarla yerin üst səthinin kəsişmə nöqtəsindən divarın sonuna qədər olan şaquli məsafə divarın hündürlüyünü, binanın xarici divarının səthindən həmin binanın yerləşdiyi torpaq sahəsinin sərhədinə qədər olan məsafə isə ara məsafəsini təşkil edir.
59. Maddə 69.5.2-1. Ara məsafəsi bu Məcəllənin 80-ci maddəsinə əsasən barəsində məlumatlandırma icraatı tətbiq edilən yaşayış evlərinə münasibətdə - divar hündü rlüyünün 0,3 hissəsi
60. Maddə 70.1. Tikilib abadlaşdırılmış və bərpa olunan ərazilərdə bu Məcəllənin 69.4-cü maddəsində müəyyən olunmuş məsafə şəhərsalma və tikintiyə dair normativ sənədlərin tələbləri nəzərə alınmaqla azaldıla bilər. Bu zaman tikintinin yanğın təhlükəsizliyi, sağlam sanitar-epidemioloji, insolyasiya və təbii işıqlandırma şəraitinin təmin edilməsi zəruridir.
61. Maddə 73.1. Müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş hallar istisna olmaqla, hasarların hündürlüyü 2 metr 20 santimetrdən çox olmamalıdır.
62. Maddə 73.2. İki yanaşı torpaq sahələrinin səviyyələri müxtəlif olduqda, hasarın hündürlüyünün istinad nöqtəsi qismində torpaq sahəsinin ən yuxarı səviyyəsi qəbul edilir.
63. Maddə73.4. Qonşu torpaq sahələrinin şaquli planlaşdırılması zamanı atmosfer yağınt ılarının və suvarma sularının bir qonşunun torpağından digərinə axmaması üçün müvafiq tədbirlər görülməlidir. Atmosfer yağıntılarından yaranan suların sahənin relyef mürəkkəbliyi ilə əlaqədar qonşu ərazilərdən keçməklə kənarlaşdırılması şəhərsalma və tikintiyə dair normativ sənədlərdə nəzərdə tutulmuş qaydada həyata keçirilir.
64. Maddə 80.1. Mülkiyyətində, icarəsində və ya istifadəsində olan torpaq sahəsində təyinatı üzrə yerüstü mərtəbələrinin sayı 3-dən, hündürlüyü 12 metrdən (binanın hündürlüyü “ 0” səviyyəsindən, yəni birinci yerüstü mərtəbənin döşəməsinin üst hissəsindən sonuncu mərtəbənin örtüyünün alt hissəsinədək (çardaqaltı döşəmənin alt hissəsi) və aşırımlarının uzunluğu 6 metrdən çox olmayan fərdi yaşayış evlərinin tikintisi ilə bağlı məlumatlandırma icraatı həyata keçirilir və onların tikintisi üçün tikinti layihəsinin yalnız zirzəmilərin, mərtəbələrin, dam örtüklərinin planlarından, kəsiklərdən və fasadlardan ibarət memarlıq-planlaşdırma və tikinti ərazisinin baş planı bölmələrinin hazırlanması tələb olunur.
65. Maddə 80.3. Barəsində məlumatlandırma icraatı nəzərdə tutulan tikinti obyektlərinin tikinti layihəsinin memarlıq-planlaşdırma və tikinti ərazisinin baş planı bölmələri müvafiq ərazidə qüvvədə olan müfəssəl planın tələblərinə uyğun tərtib edilməlidir.
66. Maddə 80.4 Sifarişçi tikintiyə başlamazdan əvvəl tikinti niyyəti barədə müvafiq icra hakimiyyəti orqanına və ya müvafiq icra hakimiyyəti orqanının yaratdığı quruma məlumat verir və bu Məcəllənin 80.1-ci və 80.3-cü maddələrində nəzərdə tutulmuş tələblərə uyğunluğunun yoxlanılması üçün tikinti obyektləri nin layihəsinin memarlıqplanlaşdırma və tikinti ərazisinin baş planı bölmələrini, habelə torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənədin surətini həmin orqana təqdim edir. Müvafiq icra hakimiyyəti orqanı və ya müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurum tərəfindən bu Məcəllənin 80.1-ci maddəsində nəzərdə tutulmuş tikinti obyektlərinə münasibətdə 10 gün müddətində, layihəyə dair irad sifarişçiyə təqdim edilmədikdə, sifarişçi tikinti işlərinə başlaya bilər. İradlar olduqda, həmin iradlar normativ hüquqi aktlara istinad olunmaqla və onların pozulan tələbləri dəqiq göstərilməklə əsaslandırılmalıdır Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2014-cü il 11 mart tarixli 72 nömrəli qərarı ilə təsdiq edilmiş “Ara məsafəsi ilə bağlı müfəssəl Qaydalar”ın.
67. Bənd 7 Ara məsafəsi binanın xarici divarının hündürlüyünə əsasən müəyyən edilir. Divarla yerin üst səthinin kəsişmə nöqtəsindən divarın sonuna qədər olan şaquli məsafə divarın hündürlüyünü, binanın xarici divarının səthindən həmin binanın yerləşdiyi torpaq sahəsinin sərhədinə qədər olan məsafə ara məsafəsini təşkil edir. Əgər relyefə əsasən hündürlük dəyişərsə, bu zaman divarın orta hündürlüyü əsas götürülür.
68. Bənd 9 Ara məsafəsi olaraq divar hündürlüyünün 0,6 hissəsi, kənd ərazilərində və xüsusi yaşayış ərazilərində (hərbi şəhərciklər, tələbə şəhərcikləri, müvəqqəti məskunlaşma əraziləri) divar hündürlüyünün 0,4 hissəsi Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin 80.1-ci maddəsinə əsasən barəsində məlumatlandırma icraatı tətbiq edilən fərdi yaşayış evlərinə müna sibətdə isə divar hündürlüyünün 0,3 hissəsi, yalnız sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi üçün nəzərdə tutulmuş ərazilərdə və sənaye ərazilərində divar hündürlüyünün 0,25 hissəsi qəbul olunur.
69. Bənd 10.1. Ara məsafələrinin hesablanması zamanı divar səthindən 1,5 metrə qədər irəli çıxan karnizlər, dam çıxıntıları, dayaqsız giriş və terras örtükləri nəzərə alınmır. Mülki Prosessual Məcəllə
70. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
71. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.
72. Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
73. Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.
74. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.
75. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
76. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
77. Maddə 416.2. Ape llyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.
78. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri
79. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
80. Hazırkı kassasiya şikayətlərində apellyasiya instansiyası məhkəməsinin qətnaməsi tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
81. Baxılan iş üzrə 3 iddia tələbi irəli sürülmüşdür: - cavabdehlərə məxsus fərdi yaşayış evindən iddiaçının mülkiyyətində olan fərdi yaşayış evinin giriş-çıxış yoluna və həyətinə baxan pəncərələrin bağlanması, pəncərəyə vurulmuş, evinin giriş-çıxışına maneçilik törədən dəmir barmaqlığın sökülməsi, həyətinə su axıdılan navalçaların və h əyət qapısının açılmasına maneçilik törədən, həyətin küçə tərəfdən ona aid hissəyə cavabdeh tərəfindən qoyulmuş su nasosunun və dəmir qutunun sökülməsi, eləcə də, mülkiyyətində olan fərdi yaşayış evindən, həyətyanı sahədən istifadəyə və əmlakına sahibliyinə cavabdeh tərəfindən yaradılan maneələrin aradan qaldırılmasına dair ilk iddia; - iddiaçının zəbt etdiyi torpaq sahəsində tikdirdiyi, xx.xx.2020-ci il tarixli, **********3110301 reyestr nömrəli texniki pasportda nəzərdə tutulmayan özbaşına tikintinin (fərdi yaşayış evinin), cavabdehlərə məxsus fərdi yaşayış evinin divarı arasında hördürdüyü hasarın və quraşdırdığı qapının iddiaçı tərəfindən öz hesabına sökülməsi və zəbt edilmiş torpaq sahəsinin iddiaçının öz hesabına əvvəlki vəziyyətə gətirilməsinə dair qarşılıqlı iddia; müstəqil tələb irəli sürən üçüncü şəxsin qarşılıqlı iddia ilə eyni məzmunlu iddiası.
82. Apellyasiya instansiyası məhkəməsi tərəfindən ilk iddiaya münasibətdə hüquqi dəyərləndirmənin maddi və prosessual normaların tələblərinə uyğun aparıldığını nəzərə alaraq məhkəmə kollegiyası belə qənaətə gəlir ki, iddiaçının kassasiya şikayətinin dəlilləri qətnamənin həmin hissədə ləğvi üçün əsas hesab edilmir.
83. Qarşılıqlı iddia və üçüncü şəxsin iddiasına münasibətdə məhkəmə kollegiyası aşağıdakıları qeyd edir.
84. Tərəflər, qonşuluq münasibətlərində olmaqla, qarşılıqlı təsirlərin yarandığı torpaq sahələrinin və üzərində yerləşən fərdi yaşayış evlərinin mülkiyyətçiləridir, üçüncü şəxs isə həmin ərazidə yerləşən başqa bir fərdi yaşayış evində məcburi köçkün kimi müvəqqəti olaraq məskunlaşmışdır.
85. Belə ki, ünvan 4 ünvanında 0,01497 ha. torpaq sahəsi və üzərində yerləşən 48,5 kv.m. sahədən ibarət olan fərdi yaşayış evi iddiaçının xüsusi mülkiyyətindədir, ünvan 2 ünvanında yerləşən 56,5 kv.m sahədən ibarət fərdi yaşayış evi qarşılıqlı iddia üzrə iddiaçının mülkiyyətindədir, həmin evin yerləşdiyi 0,00713 ha. torpaq sahəsi isə sonuncunun qanuni istifadəsindədir.
86. İddiaçının faktiki istifadəsində olan torpaq sahəsi 0,02412 ha. təşkil edir, o, 0,00915 ha torpaq sahəsinə dair hüquqlarını təsdiq edən hər hansı bir sənəd təqdim etməmişdir, bu səbəbdən iddiaçının həmin əmlaka münasibətdə sahibliyi qanunsuz sahiblik kimi qiymətləndirilir.
87. Torpaq sahəsinə qanunsuz sahiblik, yəni özbaşına sahiblik, torpaqların zəbt edilməsi Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 111-ci maddəsi ilə qadağan edilir. H əmin maddədə təsbit edilmişdir ki, Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan olunur. Özbaşına tutulmuş (zəbt edilmiş) torpaq sahələri qanunsuz istifadə zamanı çəkilən xərclərin əvəzi ödənilmədən aidiyyəti üzrə geri qaytarılmalıdır. Torpaqların əvvəlki vəziyyətinə gətirilməsi (orada olan binaların, tikililər və qurğuların sökülməsi də daxil olmaqla) torpaqları zəbt etmiş hüquqi və fiziki şəxslər tərəfindən və ya onların hesabına həyata keçirilir.
88. Qarşılıqlı iddia üzrə iddiaçının və üçüncü şəxsin sökülməsini tələb etdiyi tikililər iddiaçının qanuni əsaslar olmadan sahiblik etdiyi 0,00915 ha torpaq sahəsində inşa edilmişdir.
89. Mülki Məcəllənin 180-ci maddəsinin tələbləri baxımından həmin tikililər hüquqi rejiminə görə özbaşına tikinti hesa b edilir.
90. Həmin maddədə göstərilmişdir ki, tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır. Özbaşına tikinti aparmış şəxs ona mülkiyyət hüququ əldə etmir. Onun tikintiyə dair sərəncam vermək - onu satmaq, bağışlamaq, icarəyə vermək, digər əqdlər bağlamaq ixtiyarı yoxdur. Özbaşına tikintiyə mülkiyyət hüququ məhkəmə tərəfindən o şəxs üçün tanına bilər ki, tikinti aparılmış torpaq sahəsi onun mülkiyyətində olsun. Əgər tikintinin saxlanması digər şəxslərin hüquqlarını və qanunla qorunan mənafelərini pozursa və ya fiziki şəxslərin həyatı və sağlamlığı üçün təhlükə yaradırsa, göstəril ən şəxsin özbaşına tikintiyə mülkiyyət hüququ tanına bilməz. Tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş bina və qurğular müvafıq icra hakimiyyəti orqanlarının və ya maraqlı tərəfin müraciəti üzrə qəbul edilmiş məhkəmənin qərarı əsasında sökülə bilər.
91. İstinad edilən maddənin məzmunundan göründüyü kimi tikililər tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla inşa edildikə özbaşına tikili hesab edilir. Göstərilən üç haldan ən azı birinin mövcudluğu tikilinin qanunvericiliyin tələblərinə riayət edilməklə inşa edilməsini istisna edir.
92. Bunun la belə, həmin tikilinin sökülməsi tələbinə münasibətdə hüquqi dəyərləndirmə ilk öncə “subyektiv hüquq”a malik olma kontekstində aparılmalıdır.
93. Bu həm də özbaşına tikinti və onun nəticələrini müəyyən edən müvafiq qanunun müddəalarından irəli gəlir, çünki Mülki Məcəllənin 180.4-cü maddəsinə görə bu cür tələbi irəli sürmək hüququna malik olan subyektlərin dairəsi müvafiq icra hakimiyyəti orqanı və ya “maraqlı tərəf”lə məhdudlaşdırılmışdır.
94. Beləliklə, məhkəməyə göstərilən məzmunlu iddia ərizəsi ilə müraciət etmiş şəxsin “maraqlı tərəf” sayılması qanunvericilikdə məhz tikilinin onun hüquqlarına və qanunla qorunan mənafelərinə toxunmasının təsdiq edilməsi ilə şərtləndirilmişdir, tikili qanunvericiliyin tələblərinə cavab verməsə belə, şəxs yalnız bu zaman həmin tikilinin sökülməsini tələ b etmək hüququ qazanır.
95. Təkrar vurğulanmalıdır ki, qarşılıqlı iddia üzrə iddiaçı qonşu torpaq sahəsində yerləşən fərdi yaşayış evinin mülkiyyətçisidir. O da qeyd edilməlidir ki, üçüncü şəxs yaşadığı evə dair hüquqlarını təsdiq edən hər hansı sənəd təqdim etməmişdir.
96. Konstitusiyanın 13 və 29-cu maddələrinin tələblərinə görə, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhr um edilə bilməz.
97. Mülki Prosessual Məcəllənin mülki məhkəmə icraatının vəzifələrini müəyyən edən 2-ci maddəsinin tələblərinə görə mülki işlər və iqtisadi mübahisələr üzrə məhkəmə icraatının vəzifələri hər bir fiziki və yaxud hüquqi şəxsin Azərbaycan Respublikasının Konstitusiyasından, qanunlarından və digər normativ hüquqi aktlarından irəli gələn hüquq və mənafelərinin məhkəmədə təsdiq olunmasıdır.
98. Göstərilən normanın məzmunu onu ehtiva edir ki, yalnız qanuni hüquq və mənafelərin məhkəmə müdafiəsinə təminat verilir, iddia qaldırmış şəxsin hüququ olduğunu ehtimal etdiyi və pozulduğuna istinad etdiyi, lakin qanuni əsası olmayan tələblərin məhkəmə tərəfindən təmin edilməsi istisna edilir.
99. Qarşılıqlı iddia üzrə iddiaçı sökülməsini tələb etdiyi tikilinin ona məxsus evin pəncərələrinə günəş işığı düşməsinin qarşısını aldığını, həmçinin həmin tikilinin pəncərələrini ona məxsus evin pəncərələrinin qarşısına quraşdırıldığını, bunun millimədəni dəyərlər baxımından qəbuledilməz olduğunu, onun razılığı olmadan evin divarına bitişik vəziyyətdə su borusu çəkdidiyini və həmin su borusundan su sızması nəticəsində evinin divarı və bünövrəsinin nəm çəkəcəyəni, iddiaçının evinin həmin divarı ilə özünün inşa etdirdiyi tikilinin divarının arasını küçə tərəfdən hasarla hördürdüyünü, bunun da yağış və qar sularının divarların arasında yığılmasına, beləliklə evin divarına və bünövrəsinə zərər verəcəyini bildirir.
100. Aşağı instansiya məhkəməsi tərəfindən alınmış ekspert rəyi ilə qarşılıqlı iddia üzrə iddiaçının tələbinin əsası kimi istinad etdiyi halların təsdiq edildiyi, sökülməsi müb ahisələndirilən tikililərin qanunvericiliyin tələblərinə cavab vermədiyi müəyyən edilmişdir.
101. Mübahisəli tikilinin məlumatlandırma icraatının tətbiq edildiyi tikili olmaqla, müvafiq icra hakimiyyətinin razılığı ilə inşa edilməsi barədə dəlillərə gəldikdə isə, tikintinin məlumatlandırma icraatı qaydasında aparılması üçün ilkin şərt tikintinin aparıldığı torpaq sahəsinə dair hüququn mövcud olmasıdır.
102. Əks yanaşma Şəhərsalma və Tikinti Məcəlləsinin 80-ci maddəsinin tələblərinə ziddir.
103. Həmin normanın müddəalarına görə, mülkiyyətində, icarəsində və ya istifadəsində olan torpaq sahəsində təyinatı üzrə yerüstü mərtəbələrinin sayı 3-dən, hündürlüyü 12 metrdən (binanın hündürlüyü “ 0” səviyyəsindən, yəni birinci yerüstü mərtəbənin döşəməsinin üst hissəsindən sonuncu mərtəbənin örtüyü nün alt hissəsinədək (çardaqaltı döşəmənin alt hissəsi) və aşırımlarının uzunluğu 6 metrdən çox olmayan fərdi yaşayış evlərinin tikintisi ilə bağlı məlumatlandırma icraatı həyata keçirilir və onların tikintisi üçün tikinti layihəsinin yalnız zirzəmilərin, mərtəbələrin, dam örtüklərinin planlarından, kəsiklərdən və fasadlardan ibarət memarlıq-planlaşdırma və tikinti ərazisinin baş planı bölmələrinin hazırlanması tələb olunur.
104. Beləliklə, zəbt edilmiş torpaq sahəsində tikinti aparaılmasına dair müvafiq icra hakimiyyətinin razılığının və ya icazəsinin mövcudluğu özü-özlüyündə mübahisənin iddiaçının xeyrinə həll edilməsinə pozitiv təsir göstərən hal kimi qiyməndirilə bilməz.
105. Göstərilən xüsusatlara apellyasiya instansiyası məhkəməsi tərəfindən diqqət yetirilməmiş, mübahisə üzrə dəyərlə ndirmə qanunvericiliyin tələblərinə uyğun olmamış, nəticə etibarilə qətnamə maddi və prosessual hüquq normalarının tələblərinin pozulması ilə qəbul edilmişdir.
106. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası belə qənaətə gəlir ki, kassasiya şikayətləri qismən təmin edilməli, qətnamə qarşılıqlı iddianın və müstəqil tələb irəli sürən üçüncü şəxsin iddiasının “evlərin divarları arasındakı boşluqda inşa edilmiş hasar və qapının sökülməsi və özbaşına tikilinin sökülməsi” tələbinə dair hissələrdə ləğv edilməli və iş həmin hissələrdə yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməli, qalan hissələrdə dəyişdirilmədən saxlanılmalıdır.
107. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı Kassasiya şikayətl əri qismən təmin edilsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-9768/2021 nömrəli, 20 dekabr 2021-ci il tarixli qətnaməsi qarşılıqlı iddianın və müstəqil tələb irəli sürən üçüncü şəxsin iddiasının “evlərin divarları arasındakı boşluqda inşa edilmiş hasar və qapının sökülməsi və özbaşına tikilinin sökülməsi” tələbinə dair hissələrdə ləğv edilsin və iş həmin hissələrdə yenidən baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilsin. Qətnamə qalan hissələrdə dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.