Məhkəmə qərarları › İş №2(102)-4755/2019

Ali Məhkəmə Qərar — İş №2(102)-4755/2019

27.06.2019 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-4755/2019 27.06.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Quliyev Gündüz Ağababa oğlunun sədrliyi və məruzəsi ilə, Mirzəliyev Əsəd Abdulla oğlu və Qoldman Tatyana Aleksandrovnadan ibarət tərkibdə, Əhmədov Nurlan Vəli oğlunun katibliyi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 02 noyabr 2018-ci il tarixli qətnaməsindən “xxxx” MMC-nin kassasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 28 mart 2018-ci il tarixli qətnaməsi ilə (iş № 2(011)-658/2018, hakim S.R.Səlimova) İddiaçı XXX qızının “xxxx” MMC-yə qarşı iddiası qismən tə min edilmiş, cavabdehdən 22.000 avro məbləğində pulun öhdəlik icra edilən günə manata olan məzənnəsi ilə alınıb iddiaçıya verilməsi qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 02 noyabr 2018-ci il tarixli qətnaməsi ilə (iş № 2(103)-9734/2018, hakimlər M.A.Məmmədov, X.Ə.Sarıyev, H.Ü.Həmidov) “xxxx” MMC-nin apellyasiya şikayəti təmin edilməmiş, qətnamə dəyişdirilmədən saxlanılmışdır. Həmin qətnamədən cavabdehin nümayəndəsi verdiyi kassasiya şikayətində qətnamənin ləğv edilib işin yenidən baxılması üçün apellyasiya məhkəməsinə göndərilməsini xahiş etmişdir. İşin halları: “xxxx” MMC ilə İddiaçı XXX qızı arasında Square Epil İ Alex aparatının alınması barədə razılaşma olmuşdur. “xxxx” MMC-nin direktoru Cavabdeh2 ilə İddiaçı XXX qızı arasında 14 avqust 2016cı il tarixdə ba ğlanmış beh müqaviləsinə əsasən sonuncu tərəfindən MMC-yə 11.000 avro ödənilmişdir. 25 dekabr 2017-ci il tarixdə İddiaçı XXX qızı “xxxx” MMC-yə qarşı hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehdən onun xeyrinə 22.000 avro tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İş üzrə yuxarıda qeyd olunan məhkəmə aktları qəbul edilmişdir. Kassasiya şikayətinin dəlilləri, kassasiya şikayətinə dair etirazlar və tərəflərin izahatları: Kassator şikayətini onuna əsaslandırmışdır ki, apellyasiya məhkəməsi tərəfindən qətnamə qəbul edilərkən maddi və prosessual hüquq normaları pozulmuş, iş üzrə əhəmiyyət kəsb edən hallara düzgün hüquqi qiymət verilməmişdir. Tərəflər arasında olan razılığa əsasən “xxxx” MMC-nin gətirəcəyi aparatı lizinq şirkəti “xxxx” alaraq iddiaçıya lizinqə v erməli idi. Lakin MMC trəfindən sözügedən aparat gətirildikdən sonra lizinq şirkəti iddiaçının aparatı istifadə edəcəyi sahəyə baxış keçirmiş və həmin sahənin kiçik olması, kifayət qədər gəlir əldə edilməsinin mümkün olmayacağı və lizinq haqqının ödənilməyəcəyi qənaətinə gələrək aparatı öz hesabına almaqdan imtina etmişdir. Tərəflər arasındakı razılıq bu səbəbdən pozulmuşdur. MMC tərəfindən həmin aparatın iddiaçıya birbaşa satılmasına dair təklif verilməsinə baxmayaraq iddiaçı sifariş verdiyi aparatı təhvil almaqdan imtina etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilmiş tərəflər məhkəmə kollegiyasının iclasına gəlməmişlər. Hüquqi məsələlər: Məhkəmə kollegiyası aşağıdakılara əsasən hesab edir ki, kassasiya şikayəti təmin edilmədən, apellyasiya instansiya məhkəməsinin qətna məsi dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416-cı maddəsinə əsasən kassasiya instansiya məhkəməsi apellyasiya instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Həmin Məcəllənin 418-ci maddəsi ilə apellyasiya instansiya məhkəməsinin qətnaməsinin və qərardadının ləğv edilməsinin əsasları müəyyən edilmişdir. İddia tələbinin əsasını 11.000 avro məbləğində behin iki qatı məbləğində qaytarılması təşkil edir. İşin mübahisələndirilməyən halları ilə müəyyən olunur ki, tərəflər Square Epil İ Alex aparatının alqı-satqısı barədə razılığa gəlmiş, tərəflər arasında 14 avqust 2016-cı il tаrixdə beh müqaviləsi bağlanmış, iddiaçı tərəfindən 11.000 avro məbləğində beh verilmişdir. Lakin tərəflər arasında kı razılaşma baş tutmamış, behin qaytarılması ilə bağlı tərəflər arasında mübahisə yaranmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin behin anlayışını müəyyən edən 491-ci mаddəsinin tələblərinə görə beh müqavilənin bağlanmasını təsdiq etmək və icrasını təmin etmək məqsədilə razılığa gələn tərəflərdən birinin müqavilə üzrə digər tərəfə verəcəyi ödənişlər hesabına verdiyi pul məbləğidir. Behin məbləğindən asılı olmayaraq beh haqqında razılaşma yazılı formada bağlanmalıdır. Həmin Məcəllənin behlə təmin edilmiş öhdəliyə xitam verilməsinin və onun icra edilməməsinin nəticələrini müəyyən edən 492-ci mаddəsinə əsаsən öhdəliyin icrasına başlanana qədər ona tərəflərin razılaşması üzrə və ya icranın mümkün olmaması nəticəsində xitam verildikdə beh qaytarılmalıdır. Əgər müqavilənin icra edilməmə si üçün beh vermiş tərəf məsuliyyət daşıyırsa, beh digər tərəfdə qalır. Əgər müqavilənin icra edilməməsi üçün beh almış tərəf məsuliyyət daşıyırsa, o, digər tərəfə behin iki mislini ödəməlidir. Bundan əlavə, müqavilənin icra edilməməsi üçün məsuliyyət daşıyan tərəf, əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, beh məbləği hesaba alınmaqla, zərərin əvəzini digər tərəfə ödəməyə borcludur. Deməli behi müqavilənin icrasından imtina edən tərəf qaytarmalıdır. Bu halda ilk növbədə müqavilənin icra edilməməsinə görə hansı tərəfin məsuliyyət daşıdığı müəyyən edilməlidir. Apellyasiya məhkəməsi tərəfindən müəyyən edilmişdir ki, beh müqaviləsinin bağlandığı vaxtdan MMC öhdəliyin icrası ilə bağlı iddiaçıya məlumat göndərməsini, sifariş aldığı malı təklif etməsini, öhdəliyin icrasına hazır olmasını, iddiaçının isə malı qəbul etməkdən imtina etməsini təsdiq edən hər hansı sübut təqdim etməmişdir. Belə olan halda alqı-satqı müqaviləsinin bağlanmaması üçün iddiaçının məsuliyyət daşıması barədə MMCnin dəlilləri sübuta yetirilməmişdir. Bu halda apellyasiya məhkəməsi cavabdehdən aldığı 11.000 avro məbləğində behin iki mislinin iddiaçının xeyrinə tutulması barədə birinci instansiya məhkəməsinin qətnaməsini dəyişdirilmədən saxlamaqla iş üzrə düzgün nəticəyə gəlmişdir. Beləliklə, apellyasiya instansiyası məhkəməsinin iş üzrə gəldiyi nəticə qanunvericiliyin tələblərinə uyğun olmaqla, maddi və prosessual hüquq normaları düzgün tətbiq edilmiş, kassasiya şikayətinin dəlilləri qətnamənin ləğvi üçün əsas hesab edilə bilməz. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məc əlləsinin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 02 noyabr 2018-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar