Məhkəmə qərarları › İş №2(102)-4755/2021

Ali Məhkəmə Qərar — İş №2(102)-4755/2021

24.08.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-4755/2021 24.08.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Ləğv prosesində olan İddiaçı ASC-nin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun cavabdehlər Cavabdeh2 Xasay oğlu, Cavabdeh5, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh1 qarşı iş üzrə QƏRARİ (Açar sözlər: kredit müqaviləsi üzrə yaranmış borcun ipoteka predmetinə yönəldilməsi və ipoteka ilə yüklü edilmiş əmlakın açıq hərracda satılaraq əldə olunmuş vəsait hesabına borcun ödənilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Şəfiyev İspəndiyar Əsəd oğlu (sədrlik edən və məruzəçi), Əhmədov Əhməd Abbas oğlu və Həsənov Vüqar Təvəkgül oğlundan ibarət tərkibdə, X4 oğlunun katibli yi, ilkin iddia üzrə iddiaçı (qarşılıqlı iddia üzrə cavabdeh) Ləğv prosesində olan İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun vəkili Vəkil1, ilkin iddia üzrə cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) Cavabdeh2 və ilkin iddia üzrə Cavabdeh5 iştirakları ilə, Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 06 aprel 2021-ci il tarixli, 2(107)-107/2021 saylı qətnaməsindən iddiaçı Ləğv prosesində olan İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə 24 avqust 2021-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. İddiaçı ASC-nin Yevlax filialı ilə Cavabdeh2 arasında bağlanmış 19.02.2014-cü il tarixli, 01 saylı kredit müqaviləsinə əsasən Cavabdeh2 36 ay müddətinə, illik faiz dərəcəsi 6% faiz ödənilmək şərti ilə 30.000 manat məbləğində kredit verilmişdir. Kredit müqaviləsinin təminatı olaraq Cavabdeh2, Cavabdeh5, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh1 ilə 19.02.2014-cü il tarixli, 01 saylı ipoteka müqaviləsi bağlanmış, Cavabdeh2 mülkiyyətində olan, Yevlax rayonun Qaramanlı kəndində yerləşən yaşayış evi, Cavabdeh2, X1, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh1 məxsus 0,2662 ha torpaq sahəsi ilə birlikdə ipoteka ilə yüklü edilmişdir. Kredit müqaviləsinə əsasən, borcalan bankdan aldığı krediti və ona hesablanmış faiz borcunu bu müqavilənin tərkib hissəsi olan ödəniş qrafikinə müvafiq olaraq ödəməyi öz üzərinə götürmüşdür. Borcalan kredit müqaviləsi üzrə öhdəliyini tam icra etməmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməs ində icraat

2. İddiaçı Ləğv prosesində olan İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu cavabdehlər Cavabdeh2 Xasay oğluna, Cavabdeh5, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh1 qarşı iddia ərizəsi ilə Yevlax Rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh2 21.503,83 manat əsas, 196,97 manat müddətin sonuna hesablanmış faiz borcu, 3.086,24 manat məbləğində cərimə və 2.865 manat kredit müqaviləsinin müddəti bitdikdən sonra Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin 24.12.2014-cü il tarixli Plenum qərarına əsasən Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 445.7-ci maddəsinə uyğun olaraq hesablanmış məbləğ olmaqla, cəmi 27.652,04 manat kredit borcunun və mübahisənin məhkəmə vasitəsi ilə həll edilməsi üçün ödənilmiş 30 manat dövlət rüsumunun tutularaq Ləğv prosesində olan İddi açı ASC-nin xeyrinə ödənilməsi, ipoteka qoyulmuş, xüsusi mülkiyyət hüququ ilə Cavabdeh2, Cavabdeh5, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh1 məxsus, Yevlax rayonun Qaramanlı kəndində yerləşən fərdi yaşayış evinə 0,2662 ha torpaq sahəsi ilə birlikdə tutmanın yönəldilməsi, həmin əmlakların açıq hərrac yolu ilə satılması, satışdan əldə olunan vəsaitin kredit borcuna yönəldilməsi və ipoteka predmetinin satışından əldə olunan vəsait Cavabdeh2 borcunun tam ödənilməsinə kifayət etmədiyi halda qalan borc məbləğinin Cavabdeh2 tutularaq Ləğv prosesində olan İddiaçı ASC-nin xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

3. İddia tələbi onunla əsaslandırılmışdır ki, borclu Cavabdeh2 kredit müqaviləsinin şərtlərini pozmuş, dəfələrlə olunmuş şifahi və yazlı xəbərdarlıqlara baxmayaraq üzərinə d üşən öhdəlikləri yerinə yetirməmiş, kredit və faizləri vaxtında ödəməmişdir. Hazırda borclunun banka ödənilməmiş borcu - 21.503,83 manat əsas, 196,97 manat müddətin sonuna hesablanmış faiz, 3.086,24 manat məbləğində cərimə və 2865 manat kredit müqaviləsinin müddəti bitdikdən sonra Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin 24.12.2014-cü il tarixli Plenum qərarına əsasən Azərbaycan Respublikasının Mülki Məcəllənin 445.7-ci maddəsinə uyğun olaraq hesablanmış məbləğ olmaqla, cəmi 27.652,04 manat təşkil edir.

4. Cavabdeh2 cavabdehlər Ləğv prosesində olan İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fonduna və Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinə qarşı “maddi və mənəvi ziyan tələbinə” dair qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehlərdən 50.0 00 manat maddi ziyanın, 100.000 manat mənəvi ziyanın, eləcə də qarşılıqlı iddia ərizəsinin verilməsi üçün ödənilmiş 30 manat dövlət rüsumunun onun xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

5. Qarşılıqlı iddia tələbi onunla əsaslandırılmışdır ki, verilmiş kreditlə dərhal 70 baş xüsusi damazlıq olan xırda buynuzlu heyvan almış, heyvanları bir müddət həyətindəki tövlədə saxlamış, sonra onların otarılmaları üçün örüş sahələri almış və bəslənmələri üçün tövlə və digər yardımçı təssərrüfat binaları inşa etmişdir. Eyni zamanda həmin heyvanların normal bəslənmələri üçün davamlı olaraq yüksək səviyyədə baytarlıq xidmətləri göstərib, işçi qüvvəsi kimi isə ailə üzvlərini tam səfərbər edib həmin heyvanlara qulluq göstərmişlər. Heyvanların birinci bala verən dövründə bütün dün yada və respublikada baş verən dəhşətli inflyasiya nəticəsində heyvan bazarında kəskin ucuzlaşma baş vermiş və bu neqativ hal uzun müddət davam etmişdir. Məcbur qalıb heyvanları dəyərindən 5 qat aşağı qiymətə satıb borcunu ödəmək istəsə də, əldə olunan məbləğ o qədər cüzi olmuşdur ki, heyvanlara müalicə üçün alınan vaksinlərin pulunun yarısını belə ödəməmişdir. O, dərhal düşdüyü vəziyyətlə bağlı Fonda və banka məlumat verərək kredit müddətinin uzadılmasını xahiş etmiş, lakin müraciətinə müsbət cavab ala bilməmişdir. Hazırda maddi və mənəvi baxımdan ailə olaraq böyük iztirab keçirirlər. Bu acınacaqlı vəziyyətin baş verməsi cavabdehlərin təqsiri üzündən olduğu üçün onlardan 50.000 manat maddi və 100.000 manat mənəvi ziyanın ödənilməsini xahiş edir.

6. Yevlax Rayon Məhkəməsinin 05 iyun 2020-c i il tarixli, 2(039)- 296/2020 nömrəli qətnaməsi ilə (hakim G.Cavadova) qarşılıqlı iddia rədd edilmiş, ilkin iddia qismən təmin edilərək, Cavabdeh2 19.02.2014-cü il tarixli, 01 saylı kredit müqaviləsinə əsasən 21.503,83 manat əsas, 167,62 manat faiz, 100 manat cərimə, 2865 manat kredit müqaviləsinin müddəti bitdikdən sonra odənilməmiş (5%-lə hesablanmış) faiz borcu olmaqla, cəmi 24.639 (iyirmi dörd min altı yüz otuz doqquz) manat 45 (qırx beş) qəpik məbləğində borc iddiaçı Ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə tutulması, tutmanın xüsusi mülkiyyət hüququ ilə Cavabdeh2, Cavabdeh5, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh1 məxsus Yevlax rayonu Qaramanlı kəndində yerləşən 0.2662 ha torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən 2 mərtəbəli, 4 otaqlı, ümumi sahəsi 176,32 m² o lan fərdi yaşayış evinə yönəldilməsi, ipoteka predmetinin ilkin satış qiymətinin 70.000 (yetmiş min) manat müəyyən edilməsi, evin açıq hərracdan satılması və evin satışından əldə edilən pul vəsaiti hesabına hərracın keçirilməsi xərcləri çıxıldıqdan sonra 24.639 (iyirmi dörd min altı yüz otuz doqquz) manat 45 (qırx beş) qəpik məbləğində borcun iddiaçı Ləğv prosesində olan İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun xeyrinə ödənilməsi, qalan vəsaitin Cavabdeh2 qaytarılması, ilkin iddianın qalan hissədə rədd olunması, iddia ərizəsinin verilməsinə görə ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 30 manat məbləğində pulun Cavabdeh2 “Ləğv prosesində olan İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun xeyrinə tutulması, ekspertiza tədqiqatının dəyəri olan 120 mana t pulun Cavabdeh2 alınaraq Məhkəmə Ekspertiza Mərkəzinin hesab nömrəsinə ödənilməsi qət edilmişdir.

7. Məhkəmə hesab etmişdir ki, iddiaçının irəli sürdüyü tələb cavabdehdən əsas kredit borcunun, faiz borcunun və müqavilə müddəti bitdikdən sonra hesablanmış borcun tutulması hissəsində qismən əsaslıdır, lakin dəbbə pulu yüksək hesablandığına görə azaldılmalıdır.

8. Məhkəmə qeyd etmişdir ki, Ləğv prosesində olan İddiaçı ASC tərəfindən Cavabdeh2, Cavabdeh5, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh1 üzərinə götürdüyü öhdəliyi yerinə yetirməməsi ilə əlaqədar borcun ipoteka ilə yüklü edilmiş əmlak hesabına ödənilməsi üçün məhkəməyə müraciət olunacağı barədə 06.11.2019-cu il tarixli **********166 saylı bildiriş göndərilmiş və qeyd olunan bildiriş 12.11.2019-cu il tarixdə Daşınmaz Əmlakın Dövlət Reyestri X idmətinin Yevlax Ərazi İdarəsi tərəfindən qeydə alınmışdır.

9. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 317,319,739, 295,279-cu maddələrinə istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat

10. İddiaçı Ləğv prosesində olan İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu həmin qətnamədən apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi və iddia tələbinin təmin olunması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.

11. Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 06 aprel 2021-ci il tarixli, 2(107)-107/2021 saylı qətnaməsi ilə (hakimlər A.Mahmudov (sədrlik edən və məruzəçi), Ə.Məcidov və M.Əsədli) iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilərək, Yevlax Rayon Məhkəməsinin 05 iyun 2020-ci il t аrixli qətnaməsinin “ipoteka predmetinin ilkin satış qiymətinin 70.000 manat məbləğində müəyyən edilməsi” hissəsində dəyişdirilməsi, ipoteka predmeti olan Yevlax rayonu, Qaramanlı kəndində yerləşən fərdi yaşayış evinin 0,2662 ha torpaq sahəsi ilə birlikdə hazırki vəziyyətdə likvid dəyərinin 65.000 (altmış beş min) manat müəyyən edilməsi qət edilmiş, qətnamə mübahisələndirilən qalan hissələrdə dəyişdirilmədən saxlanılmışdır.

12. Apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, cavabdehlərin hərəkətləri öhdəliyin lazımınca icra edilməməsi kimi qiymətləndirilməlidir. Belə ki, cavabdeh tərəfindən kredit öhdəlikləri üzrə müəyyən ödənişlər edilsə də, sonradan ödənişlərin edilməsi dayandırılmışdır. Bu halda öhdəliyin lazımınca icra edilməməsinə görə onun məsuliyyət məsələsi Mülki Məcəllənin 443.1-ci maddəsinə görə həll edilməlidir. Həmin maddəyə görə öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. Beləliklə, iddiaçının Cavabdeh2 münasibətdə tələbi qanuni və əsaslı olduğu üçün qismən təmin edilməlidir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Kassasiya şikayətinin dəlilləri

13. İddiaçı Ləğv prosesində olan İddiaçı ASC-nin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu kassasiya şikayəti verərək apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin 19.02.2014-cü il tarixli, 01 saylı kredit müqaviləsi üzrə faiz borcu, cərimə borcu və kredit müqaviləsi bitəndən sonra Azərbaycan Respublikasının Konstitusiya Məhk əməsinin 24.12.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış faiz məbləğinin təmin edilməyən hissəsində ləğv edilməsi və iddia tələbinin təmin edilməsi və ya işə yenidən baxılması üçün apelyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

14. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, Yevlax Rayon Məhkəməsi və Şəki Apellyasiya Məhkəməsi 19.02.2014-cü il tarixli, 01 saylı kredit müqaviləsi üzrə faiz və cərimə borcu məbləğlərinin dəyişdirilməsinin müəyyən edilməsi barədə qətnamə qəbul edərkən, Məhkəmə Ekspertizası Mərkəzinin 17 mart 2020-ci il tarixli, 9-240 saylı məhkəmə-mühasibatlıq ekspertizasının rəyinə əsaslanmışdır. Bu zaman məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 103.1-ci maddəsini nəzərə almamışdır. Ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir. Belə ki, cavabdehin əsas və faiz borcunun müəyyənləşdirilməsi üçün məhkəməmühasibatlıq ekspertizası təyin edilmiş və ekspert rəyində cavabdehin 19.02.2017-ci il tarixə 22.857,36 manat əsas, 167,62 manat faiz borcunun olduğu göstərilmişdir. Qeyd edilən ekspert rəyi ekspert tərəfindən təhqiqatın hansı metodlarla aparılması, ekspertizanın rəyinin düzgün olub-olmaması müəyyən edilmişdir. Rəydən narazı olduqları üçün məhkəmədən iş üzrə təkrar ekspertiza təyin edilməsi barədə xahişləri təmin edilməmişdir. Bununla da birinci instansiya və apellyasiya məhkəməsi işin hərtərəfli və obyektiv araşdırılmasına şərait yaratmamışdır. Belə ki, məhkəmə tərəflər arasında bağlanan kredit müqaviləsinin 2.5-ci bəndini nəzərə almamışdır. Kredit müqaviləsinin 2.5-ci bəndinə əsasən, borcalan kredit müqaviləsi üzrə əsas borcun və faizlərin ödənilməsini bu müqavilənin tərkib hissəsi olan ödəniş qrafikinə uyğun olaraq həyata keçirir. Borcalan kredit və (və ya) ona hesablanmış faizləri ödəniş qrafikində nəzərdə tutulmuş tarixlərdə ödəmədikdə hər gecikdirilmiş gün üzrə aylıq ödəniş məbləğinin 1% cərimə və vaxtı keçmiş kredit üzrə faiz ödəyir. Lakin məhkəmə qətnamə qəbul edərkən cavabdehdən tələb edilən 196,97 manat faiz borcunu və 3.086,24 manat cərimə borcunu tam təmin etməmişdir. X3 Məhkəməsinin qətnaməsi ilə ipoteka predmeti olan fərdi yaşayış evinin 0,2662 ha torpaq sahəsi ilə birlikdə ilkin satış qiymətinin 65.000 manat dəyərində müəyyən edilməsi fərdi yaşayı ş evinin real bazar (likvid) qiymətindən yüksəkdir. Ona görə də iddiaçı qətnamənin bu hissəsi ilə razı deyil. İddiaçı nə iddia ərizəsində, nə də ki, məhkəmə iclasları vaxtı ipoteka predmetinin qiymətinin 65.000 manat civarında qiymətləndirilməsini xahiş etməmiş və ya buna öz razılığını verməmişdir. İddiaçı hesab edir ki, ipoteka saxlayanla ipoteka qoyan arasında razılaşma hər hansı yazılı sənəd əsasında müəyyən olunmalıdır, tərəflərin iradə ifadəsi rəsmi qaydada, onların imzaları ilə fiksə olunmalıdır. Lakin hazırkı iş üzrə məhkəmə qətnamə qəbul edərkən tərəflərin yazılı razılığını almamışdır. Bununla da, əmlaka yüksək qiymət qoyulmuşdur. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

15. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. c) Məhkəmə icraatı iştirakçılarının izahatları 1

6. Ali Məhkəmənin Mülki Kollegiyasının iclasında iddiaçının vəkili Vəkil1 Nəriman oğlu kassasiya şikayətinin dəlillərini müdafiə edərək şikayətin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi.

17. Ali Məhkəmənin Mülki Kollegiyasının iclasında cavabdehlər Cavabdeh2 və Cavabdeh5 vəkilsiz iştrak etdiklərinə görə Azərbaycan Respublikası Mülki Prossesual Məcəlləsinin 67-ci maddəsinin tələbinə əsasən onların izahatı dinlənilməmişdir.

18. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq iş üzrə cavabdehlər Cavabdeh3, Cavabdeh4 və Cavabdeh1, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin nümayəndəsi məhkəmə iclasına gəlmədikləri və gəlməmələrinin səbəbləri barədə məlumat vermədikləri üçün məhkəmə kollegiyası MPM-in 415.3-cü maddəsinə əsasən işə həmi n şəxslərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Kassasiya baxışının hədləri

19. MPM-in 407.2-ci maddəsinə əsasən kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir. MPM-ə əsasən kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (maddə 416).

20. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətb iq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin (maddə 418.3).

21. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

22. Hazırkı kassasiya şikayətində apellyasiya instansiyası məhkəməsi aktının id dianın tam təmin olunmaması hissəsində ləğvi xahiş edildiyindən, məhkəmə aktı həmin hissədə yoxlanılır. Tətbiq edilən hüquq

23. Azərbaycan Respublikasının Mülki Məcəlləsi Maddə

6. Mülki qanunvericiliyin prinsipləri 6.2. Fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. Maddə

152. Mülkiyyət hüququnun anlayışı və məzmunu 152.5. Mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka b aşqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın Maddə

317. İpoteka ilə yüklü olan əşyanı satmaq tələbi 317.1. Borclu təminat vasitəsi ipoteka olan əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayan daşınmaz əşyanın satılmasını tələb edə bilər. Maddə

425. Öhdəliklərin icrası zamanı vicdanlılıq 425.1. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. 425.2. Öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər. Maddə

442. Öhdəliyin icra edilməməsi anlayışı Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Maddə

448. Öhdəliklərin icra edilməməsi üçün borclunun məsuliyyəti 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdi rilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Maddə

739. Borc müqaviləsi 739.1. Borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. 24. “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanunu Maddə

1. Əsas anlayışlar 1.0.1. ipoteka - öhdəliyin icrasının təmin edilməsi üsulu olaraq daşınmaz əşyaların və rəsmi reyestrdə üzərində mülkiyyət hüquqları qeydə alınan daşınar əşyaların girovudur; 1.0.6. ipoteka hüququ - bu Qanunun 34-cü maddəsində nəzərdə tutulmuş əsaslar olduğu hallarda ipoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi hüququdur; Maddə

8. Ümumi mülkiyyətdə olan əşyanın ipoteka qoyulması 8.1. Ümumi birgə mülkiyyətdə olan əşya bütün mülkiyyətçilərin notariat qaydasında təsdiq olunmuş razılığı ilə ipoteka qoyula bilər. Maddə

34. İpoteka predmetinə tutmanın yönəldilməsi hüququnun yaranması 34.1. İpoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi hüququnun yaranmasına əsas verən hallar aşağıdakılardır: 34.1.1. əsas öhdəliyin, yaxud onun bir hissəsinin icrasının 90 təqvim günü və daha çox müddətə gecikdirilməsi; 34.1.3. ipoteka müqaviləsində nəzərdə tutulmuş və ipoteka saxlayana ipotekaya tutma yönəltmək hüququ verən şərtinin baş verməsi; 34.1.4. bu Qanunda nəzərdə tutulmuş digər hallarda. Maddə

59. İp oteka predmeti olan yaşayış evinə və mənzilə tutmanın yönəldilməsi 59.3. İpoteka qoyulmuş yaşayış evinə və ya mənzilə tutma yönəldildikdə və o satıldıqda ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər tutduqları yaşayış sahəsini ən geci bir ay ərzində tərk etməlidirlər, bu şərtlə ki: 59.3.1. yaşayış evi və ya mənzil ipoteka müqaviləsi üzrə kreditin qaytarılması üçün ipoteka qoyulmuş olsun; və ya 59.3.2. ipoteka qoyanla birlikdə yaşayan yetkinlik yaşına çatmış ailə üzvləri və digər şəxslər ipoteka müqaviləsi bağlanarkən həmin evə (mənzilə) tutma yönəldildikdə və o satıldıqda onu tərk etmək barədə notariat qaydasında təsdiq edilmiş öhdəlik götürmüş olsunlar. İpoteka müqaviləsi bağlandıqdan sonra həmin evə və ya mənzilə qeydiyyata alınmış şəxslər belə öhdəlik götürmüş sayılırlar.

25. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Maddə

417. Kassasiya instansiyası məhkəməsinin səlahiyyətləri 417.1. Kassasiya məhkəməsi işə baxarkən: 417.1.1. apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər; Maddə

418. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin və ya qərardadının ləğv edilməsinin əsasları 418.1. Maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması, o cümlədən maddi və prosessual hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin pozulması apelyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

26. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəm əsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

27. Kassasiya kollegiyası kassatorun kassasiya şikayətində qeyd etdiyi apellyasiya instansiyası məhkəməsi tərəfindən təkrar ekspertiza təyin edilməməsi dəlilinə münasibətdə qeyd edir ki, əvvəla Azərbaycan Respublikası MPM-nin 102.2-ci maddəsinə görə məhkəmə, əsassızlığına görə ekspertin rəyi ilə razılaşmadıqda, habelə bir neçə ekspertin rəyləri arasında ziddiyyətlər olduqda, ekspertiza təyin edə bilər. Yəni təkrar ekspert iza keçirilməsi məhkəmənin vəzifəsi deyil, hüququdur və rəy əsassız olduqda və ya bir neçə rəyin arasında ziddiyyət olduqda aparılır.

28. Bundan başqa, apellyasiya şikayətinin dəlillərində yalnız 196,97 manat müddətin sonuna hesablanmış faiz və 3.086,24 manat cərimənin məbləğinin qismən təmin edilməsindən, habelə ipoteka predmetinin ilkin satış qiymətindən narazılıq ifadə olunmuş, birinci instansiya məhkəməsinin qətnaməsi bu hissələrdə mübahisələndirilmişdir. Apellyasiya şikayətində və işə apellyasiya məhkəməsində baxılarkən mühasibatlıq ekspertizasının rəyi mübahisə predmeti olmamış, iddiaçı tərəfindən əlavə və ya təkrar ekspertiza təyin olunması barədə vəsatət verilməmişdir.

29. Nəzərə alınmalıdır ki, MPM-nin 403.1-ci maddəsinin mənasına görə kassasiya araşdırmasının predmeti tərəflərin apelyasiya icraatında təmin olunmamış tələbləri ola bilər.

30. Kassatorun “ipoteka saxlayanla ipoteka qoyan arasında razılaşma hər hansı yazılı sənəd əsasında müəyyən olunmalıdır, tərəflərin iradə ifadəsi rəsmi qaydada, onların imzaları ilə fiksə olunmalıdır, lakin hazırkı iş üzrə məhkəmə qətnamə qəbul edərkən tərəflərin yazılı razılığını almamışdır” dəlili də əsassızdır.

31. Çünki “İpoteka haqqında” Qanunun 39.3.3-cü maddəsinin tələbinə görə məhkəmənin ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında qərarında ipoteka predmetinin ilkin satış qiyməti göstərilməlidir. İlkin satış qiyməti ipoteka qoyanla ipoteka saxlayanın razılaşması əsasında, mübahisə olduqda isə müstəqil qiymətləndiricinin rəyi əsasında məhkəmə tərəfindən müəyyən edilir.

32. Göründüyü kimi ipoteka predmetinin qiyməti ilə bağlı tərəflər arasında razılaşma yoxdur və bu halda ipoteka predmetinin ilkin satış qiymətinin qiymətləndiricinin rəyi əsasında məhkəmə tərəfindən müəyyən edilməsi qanunidir.

33. Kassasiya şikayətinin digər dəlilləri məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmaması və qətnamədə ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmaması ilə bağlıdır və hazırkı icraat çərçivəsində belə dəlillər üzrə araşdırma aparılmır, onlara qiymət verilmir.

34. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti təmin olunmamalıdır.

35. Məhkəmə kollegiyası yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Qərara aldı: İddiaçı Ləğv prosesində olan İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 06 aprel 2021-ci il tarixli, 2(107)107/2021 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar