Məhkəmə qərarları › İş №2(102)-4759/2021

Ali Məhkəmə Qərar — İş №2(102)-4759/2021

24.08.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-4759/2021 24.08.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdehlər Azərbaycan Respublikası Maliyyə Nazirliyi və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: dəymiş zərərin əvəzinin ödənilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Şəfiyev İspəndiyar Əsəd oğlu (sədrlik edən və məruzəçi), Abbasov Aqil Əzizağa oğlu və Həsənov Vüqar Təvəkgül oğlundan ibarət tərkibdə, X10 oğlunun katibliyi, İddiaçı vəkili Vəkil, cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin vəkili X4, nümayəndəsi Hüsiyev Araz Oktay oğlunun iştirakları ilə, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-2850/2021 nömrəli iş üzrə 01 aprel 2021-ci il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə 24 avqust 2021-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. Lənkəran şəhəri Qala Xiyabanı 33 ünvanında yerləşən “Mərkəzi Univermaq” Azərbaycan Respublikası Dövlət Əmlak Komitəsi ilə həmin univermağın güzəştli satışında hüququ olan 10 nəfərdən ibarət əmək kollektivi arasında bağlanmış 07 iyul 1998-ci il tarixli alqı-satqı müqaviləsinə əsasən 465.867.000 manata satın alınmışdır. İddiaçı da güzəştli satışda iştirak etmiş şəxslərdən biri olmuş və həmin əmlak onun adına özəlləşdirilmişdir. 07 avqust 2004-cü il tarixdə İddiaçı həmin əmlakı bacısı X3 600.000.000 manata satmış dır.

2. Ağır Cinayətlərə Dair İşlər üzrə Azərbaycan Respublikası Məhkəməsinin 31 oktyabr 2007-ci il tarixli hökmünə əsasən İddiaçı adına verilmiş mülkiyyət hüququ haqqında 24 oktyabr 2002-ci il tarixli şəhadətnamə, həmin obyektə dair onunla Təranə Dadaşova arasında bağlanmış 07 avqust 2004-cü il tarixli alqı-satqı müqaviləsi, həmçinin sonuncunun adına verilmiş 24 avqust 2004-cü il tarixli şəhadətnamə, onların hüquqi nəticələri etibarsız hesab edilməklə, həmin obyekt üzərində dövlətin mülkiyyət hüququ bərpa edilməklə obyekt dövlət mülkiyyətinə geri qaytarılmışdır. Həmin hökm ilə müəyyən edilmişdir ki, təqsirləndirilən şəxs X9 şəhəri Qala Xiyabanı, 33 ünvanında yerləşən “Mərkəzi Univermaq”ı qaynı İddiaçı adına həqiqi qiymətindən ucuz qiymətə saxta sənədlərlə özəlləşdirmişdir. 3.X5 Axundova q arşı aralarında bağlanmış alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi nəticəsində ona dəymiş 1.086.976 manat məbləğində zərərin əvəzinin ödənilməsi tələbinə dair iddia qaldırmış, Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)6954/2013 saylı, 17 dekabr 2013-cü il tarixli qətnaməsi ilə İddiaçı iddianı etiraf etməsi əsası ilə iddia təmin edilərək, 1.086.976 manat pulun cavabdehdən tutularaq iddiaçıya verilməsi qət edilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat

4. İddiaçı cavabdehlər Azərbaycan Respublikası Maliyyə Nazirliyi və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinə qarşı 14 sentyabr 2019-cu il tarixdə hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Lənkəran şəhəri Qala Xiyabanı 33 ünvanında yerləşən “Mərkəzi univermaq” ın dəyəri və ona dəymiş zərərin əvəzi kimi 1.428.286 manatın cavabdehlərdən müştərək qaydada onun xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

5. İddia tələbi onunla əsaslandırılmışdır ki, həmin əmlakın dəyəri 840.931 manat, sonradan aparılmış yaxşılaşdırma və rekonstruksiya işlərinin dəyəri isə 246.045 manat təşkil etmişdir və bu hal Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 17 dekabr 2103-cü il tarixli qətnaməsi ilə müəyyən edilmişdir. Həmin qətnamə ilə mübahisələndirilən obyektin alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi nəticəsində Təranə Dadaşovaya 1.086.976 manat maddi ziyanın dəyməsi müəyyən edilərək iddiaçıdan həmin məbləğin tutulması qət edilmişdir. Həmin qətnamə qüvvəyə mindikdən sonra, yəni 2013-cü ildən 2018-ci ilə kimi isə 1.086.976 manatın 2017-ci ilə o lan 31,4% inflyasiya dərəcəsi 341.310 manat olmuşdur. Beləliklə, ona vurulmuş maddi ziyanın məbləği cəmi 1.428.286 manat təşkil edir, cavabdehlər isə həmin məbləği ödəməkdən imtina edirlər.

6. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-496/2018 nömrəli iş üzrə 22 iyun 2018-ci il tarixli qətnaməsi ilə (hakim P.A.Hüseynov) iddia qismən təmin edilmiş, Azərbaycan Respublikası Maliyyə Nazirliyi vasitəsi ilə Azərbaycan Respublikasının dövlət büdcəsindən 112.137 manat və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsindən 37.379 manat pulun tutulub iddiaçıya ödənilməsi qət edilmişdir.

7. Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, iddiaçı ona binanın dəyəri 840.931 manat, obyektin bir hissəsində şadlıq evi tikmək üçün aparılmış rekonstruksiya işlərinin dəyəri 246.045 manat, in flyasiya dərəcəsi 341.310 manat olmaqla, cəmi 1.428.826 manat məbləğində maddi zərər dəydiyini iddia etsə də, qeyd edilən məbləğdə ziyanın dəyməsini təsdiq edən hər hansı sübutu məhkəməyə təqdim etməmişdir. Təqdim edilmiş qiymətləndirmə rəyləri və iddiaçıdan 1.086.976 manat məbləğində pulun tutulmasına dair Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 17 dekabr 2013-cü il tarixli qətnaməsi isə mübahisələndirilən obyektə aid şəhadətnamə və müqavilənin etibarsız hesab edilməsi nəticəsində iddiaçıya qeyd edilən məbləğdə maddi ziyanın dəyməsini təsdiq edən sübut kimi qiymətləndirilə bilməz. Məhkəmə hesab etmişdir ki, iddiaçı tərəfindən mübahisələndirilən obyekt ilə əlaqədar ödənilən pul vəsaiti, 01 yanvar 2006-cı il tarixdən həyata keçirilən manatın denominasiyası və pul vəsaitlərinin ödənildiyi tar ixdən qeyd edilən məsələ ilə əlaqədar yekun məhkəmə qərarının qəbul edildiyi tarixə istehlak qiymətləri indeksi nəzərə alınmaqla vurulmuş maddi ziyan olaraq hesablanıb iddiaçıya ödənilməlidir.

8. Məhkəmə hesab etmişdir ki, iddiaçı tərəfindən mübahisələndirilən obyekt ilə əlaqədar ödənilən pul vəsaiti, 01 yanvar 2006-cı il tarixdən həyata keçirilən manatın denominasiyası və pul vəsaitlərinin ödənildiyi tarixdən qeyd edilən məsələ ilə əlaqədar yekun məhkəmə qərarının qəbul edildiyi tarixə istehlak qiymətləri indeksi nəzərə alınmaqla vurulmuş maddi ziyan olaraq hesablanıb iddiaçıya ödənilməlidir.

9. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21, 337-ci maddələrinə istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki birinci icraat

10. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-432/2019 nömrəli iş üzrə 13 fevral 2019-cu il tarixli qətnaməsi ilə (hakimlər X.Ə.Sarıyev (sədrlik edən və məruzəçi), E.Y.Şamayev, Ş.Ə.Məhərrəmova) apellyasiya şikayətləri təmin edilməmiş, qətnamə dəyişdirilmədən saxlanılmışdır.

11. Apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının pozulması müəyyən edilmədiyindən, qətnamə faktlar nöqteyi-nəzərindən qanuni və əsaslıdır, qətnamənin apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar yoxdur. c) Kassasiya instansiyası məhkəməsindəki birinci icraat

12. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 2(102)-4655/2019 saylı iş üzrə 11 iyun 2019-cu il tarixli qərarı ilə (hakimlər Ə.A.Əhmədov (sədrlik edən və məruzəçi), İ.K.Dəmirov və A.Ə.İsgəndərov) iddiaçı və cavabdehlərin ayrı-ayrılıqda verdikləri kassasiya şikayətləri təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-432/2019 nömrəli iş üzrə 13 fevral 2019-cu il tarixli qətnaməsi ləğv edilmiş, mülki iş yenidən baxılması üçün həmin apellyasiya instansiya məhkəməsinə qaytarılmışdır.

13. Kassasiya instansiyası məhkəməsinin hüquqi mövqeyi ondan ibarət olmuşdur ki, apellyasiya instansiyası məhkəməsi iddiaçının tələbləri üzrə kifayət qədər araşdırma aparmadan, onun tələbinin əsası kimi istinad etdiyi halları təsdiq etmək üçün məhkəməyə təqdim edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdırmadan, həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq hüquqi qiymət vermədən, həmçinin işdə iştirak edən şəxslərin, o cümlədən iddiaçının nümayəndəsinin izahatını işə əlavə edilmiş digər sübutlarla müqayisəli şəkildə tədqiq edib yoxlamadan, eləcə də tərəflərin apellyasiya şikayətlərini hansı dəlillərə əsasən təmin etmədiyini qətnamədə kifayət qədər əsaslandırmadan, birinci instansiya məhkəməsinin gəldiyi nəticə və hüquqi əsaslandırma ilə razılaşmışdır. d) Apellyasiya instansiyası məhkəməsindəki ikinci icraat

14. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-10769/2019 nömrəli iş üzrə 03 dekabr 2019-cu il tarixli qətnaməsi ilə (hakimlər İ.Kərimli (sədrlik edən və məruzəçi), İ.Xəlilov, X.Cəmilova) iddiaçının apellyasiya şikayəti qismən təmin edilmiş, Azərbaycan Respublikası Maliyyə Nazirliyi və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin apellyasiya şikayətləri təmin edilməmiş, qətnamə ləğv edilmiş, iş üzrə yeni qətnamə qəbul edilmiş, iddia qismən təmin edilərək vurulmuş maddi ziyana görə cəmi 203.159 manat, o cümlədən 152.369 manat məbləğində pul vəsaitinin Azərbaycan Respublikası Maliyyə Nazirliyi vasitəsi ilə Azərbaycan Respublikasının dövlət büdcəsindən, 50.789,75 manat məbləğində pul vəsaitinin Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsindən alınaraq iddiaçıya ödənilməsi qət edilmişdir.

15. Apellyasiya instansiya məhkəməsi iş üzrə gəldiyi qənaəti onunla əsaslandırmışdır ki, Lənkəran şəhəri Qala Xiyabanı 33-də yerləşən “Mərkəzi Univermaq” Əmlak Məsələləri Dövlət Komitəsi ilə bağlanmış 30 oktyabr 2014-cü il tarixli alğı-satqı müqaviləsinə əsasən 203159 manata X1. Bu halda, həmin məbləğ daha ağlabatan olmaqla, iddiaçının irəli sürdüyü tələbi tam ehtiva edir. Belə ki, həmin məbləğ obyektdə aparılmış yaxşılaşdırma işlərinin dəyəri nəzərə alınmaqla obyektin real dəyərini əks etdirir. c) Kassasiya instansiyası məhkəməsindəki ikinci icraat

16. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 2(102)-2057/2020 saylı iş üzrə 04.11.2020-ci il tarixli qərarı ilə (hakimlər G.Quliyev (sədrlik edən və məruzəçi), İ.Xələfov və Z.Əliyev) İddiaçı kasasiya şikayəti qismən, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin kasasiya şikayəti tam təmin edilərək, Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 03 dekabr 2019-cu il tarixli qətnaməsinin ləğv edilməsi və işin yenidən baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır.

17. Kassasiya instansiyası məhkəməsinin hüquqi mövqeyi ondan ibarət olmuşdur ki, apellyasiya məhkəməsi mübahisəyə əqdin etibarsızlığının nəticələrini müəyyən edən maddi hüquq normalarının tələblərinə uyğun hüquqi qiymət verməmiş, iddiaçıya mübahisəli əmlakın 30 oktyabr 2014-cü il tarixdə özgəninkiləşdirilməsi barədə alqı-satqı müqaviləsində göstərilən qiymətinə uyğun pul vəsaitinin qaytarılması barədə qanunsuz və əsassız nəticəyə gəlmişdir. d) Apellyasiya instansiyası məhkəməsindəki üçüncü icraat

18. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-2850/2021 nömrəli iş üzrə 01 aprel 2021-ci il tarixli qətnaməsi ilə (hakimlər Ş.A.Məmmədova (sədrlik edən və məruzəçi), E.C.Kazımov,E.Ə.Mehdiyev) iddiaçının apellyasiya şikayətinin rədd edilməsi, Azərbaycan Respublikası Maliyyə Nazirliyi və Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əml ak Məsələləri Dövlət Xidmətinin (Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin) apellyasiya şikayətlərinin qismən təmin olunması, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-496/2018 nömrəli iş üzrə 22 iyun 2018-ci il tarixli qətnaməsinin ləğv edilməsi, iddianın qismən təmin edilməsi, Azərbaycan Respublikası Maliyyə Nazirliyi vasitəsi ilə Azərbaycan Respublikasının dövlət büdcəsindən 61.247,82 (altmış bir min iki yüz qırx yeddi manat səksən iki qəpik) manat və Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətindən (Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi) 20.415,94 (iyirmi min dörd yüz on beş manat doxsan dörd qəpik) manat pulun tutulub iddiaçıya ödənilməsi və iddianın qalan hissədə rədd edilməsi qət edilmişdir.

19. Apelly asiya instansiya məhkəməsi iş üzrə gəldiyi qənaəti onunla əsaslandırmışdır ki, Mülki Məcəllənin 337-ci maddəsinin müddəaları əqdin etibarsızlığı zamanı tərəflərin ilkin vəziyyətə qaytarmasını ehtiva edir. Konstitusiya Məhkəməsinin qeyd olunan Qərarında müəyyən olunan hüquqi mövqeyə görə etibarsız hesab edilən alqı-satqı müqaviləsinə müvafiq ödənilən pulun qaytarılmaması Konstitusiyanın 29-cu maddəsində təsbit olunmuş mülkiyyət hüququnun pozulmasına səbəb olur.

20. Apellyasiya instansiya məhkəməsi qeyd etmişdir ki, iddiaçı tərəfindən Lənkəran şəhəri Qala Xiyabanı, 33 ünvanında yerləşən “Mərkəzi Univermaq”ın alınması üçün 1997ci ildə 82.211.820 manat, 1998-ci ildə 179.416.000 manat, 1999-ci ildə 15.000.000 manat, 2000-ci ildə 70.500.000 manat, 2001-ci ildə 61.191.000 manat, yəni-yeni manatla 81.663,76 manat pul ödənilmişdir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Kassasiya şikayətinin dəlilləri

21. İddiaçı kassasiya şikayəti verərək apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iddia tələbinin təmin edilməsi barədə yeni qərar qəbul olunmasını xahiş etmişdir.

22. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, işə baxan apellyasiya instansiyası məhkəməsi işin hallarını nəzərə almadan, onlara müvafiq hüquqi qiymət vermədən, istinad etdiyi Mülki Məcəllənin 337.5-ci maddəsinin tələblərini yarımçıq tətbiq etməklə iddiaçıya yalnız Komitəyə ödədiyi 81.663,78 manat məbləğində pulun ödənilməsi barədə nəticəyə gəlmişdir. Apellyasiya instansiyası məhkəməsi Mülki Məcəllənin 337.5-ci maddəsinə düzgün istin ad etsə də, mübahisənin həmin normanın tətbiqi ilə bağlı Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 05 dekabr 2011-ci il tarixli qərarına uyğun həllini təmin etməmişdir. Mübahisəli əmlakın yaxşılaşdırılmasına iddiaçının çəkdiyi xərclərin inflyasiyasının da nəzərə alınmaqla ödənilməsi iddia tələbinin əsasını təşkil etməsinə baxmayaraq apellyasiya instansiyası məhkəməsi həmin tələbə heç bir münasibət bildirməmiş və qətnaməsini Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.2-ci maddəsinin tələblərinə uyğun əsaslandırmamışdır. Komitə univermaq binasını ikinci dəfə Pərviz Fərzəliyevə 203.159 manata satmış, bununla da 121.496 manat (203.159-81.663=121.496) qazanaraq onun hesabına varlanmışdır. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

23. Kassasiya şikayətinə qa rşı etiraz daxil olmamışdır. c) Məhkəmə icraatı iştirakçılarının izahatları

24. Məhkəmə iclasında iştirak edən İddiaçı vəkili Vəkil kassasiya şikayətinin dəlillərini müdafiə edərək şikayətin təmin edilməsi barədə qərar çıxarılmasını xahiş etdi.

25. Məhkəmə iclasında iştirak edən cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin vəkili X7 və nümayəndəsi Hüsiyev Araz Oktay oğlu kassasiya şikayətinin dəlillərinə etiraz edərək şikayətin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etdilər.

26. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq iş üzrə iddiaçı, eləcə də digər cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlmədikləri və gəlməmələrinin səbəbləri barədə məlumat vermədikləri üçün Məhkəmə kollegiyası MPM-in 415.3-cü maddəsinə ə sasən işə iddiaçının və digər cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq

27. Azərbaycan Respublikasının Mülki Məcəlləsi Maddə 5.3. Mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. Maddə 21.1. Hüququ pozulmuş şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Maddə 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) baş a düşülür. Maddə

152. Mülkiyyət hüququ – subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Maddə 425.1. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Maddə

337. Əqdlərin etibarsızlığı anlayışı və onun nəticələri. Mübahisə edilən və əhəmiyyətsiz əqdlər 337.1. Bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahi sə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. 337.5. Əqd etibarsız olduqda, əgər bu Məcəllədə onun etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmayıbsa, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən alınanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəməlidir.

28. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Maddə

14. İş üzrə məhkəmə baxışının prinsipləri 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onla rı xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə

77. Sübut etmə vəzifəsi 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə

80. Sübutların aid edilməsi Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Maddə

81. Sübutların mümkünlüyü Qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Maddə

88. Sübutların qiymətləndirilməsi Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə

417. Kassasiya instansiyası məhkəməsinin səlahiyyətləri 417.1. Kassasiya məhkəməsi işə baxarkən: 417.1.1. apelyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Maddə

418. Apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin və ya qərardadının ləğv edilməsinin əsasları 418.1. Maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması, o cümlədən maddi və prosessual hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin pozulması apelyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır. Kassasiya baxı şının hədləri

29. MPM-in 407.2-ci maddəsinə əsasən kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir. MPM-ə əsasən kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (maddə 416).

30. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola b ilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin (maddə 418.3).

31. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

32. Hazırkı kassasiya şikayətində apellyasiya instansiyası məhkəməsi aktının tam ləğvi xahiş edildiyindən, məhkəmə aktı tam yoxlanılır. Kassasiya instansiy ası məhkəməsinin mövqeyi

33. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

34. Kassasiya kollegiyası baxılan iş üzrə Mülki Məcəllənin 337.5-ci maddəsinə və kassasiya instansiyası məhkəməsinin əvvəlki qərarında ifadə etdiyi hüquqi mövqeyə uyğun olaraq işə yenidən baxmış apellyasiya instansiyası məhkəməsinin gəldiyi qənaətlə razılaşır. 35.Çünki bu nəticə, əqdlərin etibarsızlığının nəticələrini müəyyən edən Mülki Məcəllənin 337-ci maddəsinin məzmunundan irəli gəlir. 36.Məhkəmə kollegiyası, kassatorun Komitə tərəfindən univermaq binasını ikinci dəfə Pərviz Fərzəliyevə 203.159 manata satmasına istinadən, 121.496 manat fərqin onun tərəfindən edilmiş yaxşılaşmaya aid edilməli olduğu barədə dəlilini əsassız sayır. Əvvəla, obyektin Təranə Dadaşovaya satıldığı 07.08.2004-cü ilədək orada görülmüş yaxşılaşdırmalara dair sübut təqdim olunmamışdır. İddiaçının təqdim etdiyi qiymətləndirmə rəyi isə 2013-cü ildə tərtib olunmuşdur. 37.Bundan başqa, obyektin Komitə tərəfindən sonradan əvvəlkinə nisbətən daha yüksək qiymətə satılması faktı, özlüyündə univermaqda iddiaçı tərəfindən əlavə yaxşılaşdırma işlərinin aparıldığına dəlalət etmir.

38. Kassasiya şikayətinin digər dəlilləri məhkəmənin gəldiyi nəticə üçü n əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmaması və qətnamədə ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmaması ilə bağlıdır və hazırkı icraat çərçivəsində belə dəlillər üzrə araşdırma aparılmır, onlara qiymət verilmir.

39. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti təmin olunmamalıdır.

40. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-2850/2021 nömrəli iş üzrə 01 aprel 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar