Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-476/2021 02.03.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının QƏRARİ İddiaçı: İddiaçı Qapalı Səhmdar Cəmiyyəti Cavabdeh: Cavabdeh1 Cavabdeh: X1 Cavabdeh: Cavabdeh5 Cavabdeh: Cavabdeh3 Cavabdeh: Cavabdeh4 Cavabdeh: Cavabdeh6 İddia tələbi: “kredit müqaviləsi üzrə borc tələbinə dair” Açar sözlər: borc tələbi Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Dəmirov İlqar Kamal oğlu (sədrlik edən və məruzəçi), Əhmədov Əhməd Abbas oğlu və Həsənov Vüqar Təvəkgül oğlundan ibarət tərkibdə, Cəfərova Qəmər Muxtar qızının katibliyi ilə, Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(105)-1955/2020 nömrəli iş üzrə xx xxxx 2020-ci il tarixli qətnaməsi ndən İddiaçı Qapalı Səhmdar Cəmiyyəti tərəfindən verilmiş kassasiya şikayətinə dair işə xx xxxx 2021-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin faktiki halları İş materiallarından olan: - xx.xx.2011-cu il tarixli, 21L000000910 saylı kredit xətti müqaviləsindən görünür ki, İddiaçı QSC (bank) ilə Cavabdeh1 (kredit alan) arasında kredit müqaviləsi bağlanmış və bu müqaviləyə əsasən bank müqavilə ilə müəyyən olunmuş şərtlər əsasında hissələrlə verilən kreditlər üçün kredit alana 20.000 ABŞ dolları məbləğində kredit xəttini açır. Bu müqavilə və kredit razılaşmaları əsasında istənilən məbləğ 120 ay, xx xxxxxx 2021-ci il tarixdən gec olmayaraq verilməlidir. -xx.xx.2011-ci il tarixli, 21L000000910 saylı kredit xətti müqaviləsi üzrə xx xxxxxx 2013-cü il tarixli, 21R000006038 saylı kredit razılaşmasından görünür ki, İddiaçı QSC (bank) ilə Cavabdeh1 (kredit alan) arasında kredit razılaşması bağlanmış və bu razılaşmaya əsasən bank məbləği 16.000 ABŞ dolları olan krediti aylıq faiz dərəcəsi 2,3333 % olmaqla 24 ay müddətinə kredit alana vermişdir. -xx.xx.2011-ci il tarixli, 21S000002247 saylı zaminlik müqaviləsindən görünür ki, xx.xx.2011-cu il tarixli, 21L000000910 saylı kredit xətti müqaviləsi və bu müqavilənin ayrılmaz hissəsi olan kredit razılaşması üzrə Cavabdeh1 öhdəliklərinin icrasını təmin etmək məqsədilə İddiaçı QSC ilə Cavabdeh2 arasında zaminlik müqaviləsi bağlanmışdır. -xx.xx.2011-ci il tarixli, 21S000002248 saylı zaminlik müqaviləsindən görünür ki, xx.xx.2011-ci il tarixli, 21L000000910 saylı kredit xətti müqavil əsi və bu müqavilənin ayrılmaz hissəsi olan kredit razılaşması üzrə Cavabdeh1 öhdəliklərinin icrasını təmin etmək məqsədilə İddiaçı QSC ilə Cavabdeh6 arasında zaminlik müqaviləsi bağlanmışdır. -xx.xx.2013-cü il tarixli, 21S000007575 saylı zaminlik müqaviləsindən görünür ki, xx.xx.2011-cu il tarixli, 21L000000910 saylı kredit xətti müqaviləsi və bu müqavilənin ayrılmaz hissəsi olan kredit razılaşması üzrə Cavabdeh1 öhdəliklərinin icrasını təmin etmək məqsədilə İddiaçı QSC ilə Cavabdeh3 arasında zaminlik müqaviləsi bağlanmışdır. -xx.xx.2013-cü il tarixli, 21S000007579 saylı zaminlik müqaviləsindən görünür ki, xx.xx.2011-ci il tarixli, 21L000000910 saylı kredit xətti müqaviləsi və bu müqavilənin ayrılmaz hissəsi olan kredit razılaşması üzrə Cavabdeh1 öhdəliklərinin icrasını təmin etmək məqsəd ilə İddiaçı QSC ilə Cavabdeh4 arasında zaminlik müqaviləsi bağlanmışdır. -xx.xx.2015-ci il tarixli, 033S**********01 saylı zaminlik müqaviləsindən görünür ki, xx.xx.2011-cu il tarixli, 21L000000910 saylı kredit xətti müqaviləsi və bu müqavilənin ayrılmaz hissəsi olan kredit razılaşması üzrə Cavabdeh1 öhdəliklərinin icrasını təmin etmək məqsədilə İddiaçı QSC ilə Cavabdeh5 arasında zaminlik müqaviləsi bağlanmışdır. -xx.xx.2015-ci il tarixli 21R000006038S saylı, xx.xx.2015-ci il tarixli 21R000006038SA saylı, xx.xx.2016-cı il tarixli 21R000006038SB saylı, xx.xx.2016-cı il tarixli 21R000006038SC saylı sazişlərdən görünür ki, xx.xx.2011-cu il tarixli, 21L000000910 saylı kredit xətti müqaviləsi üzrə xx xxxxxx 2013-cü il tarixli, 21R000006038 saylı kredit razılaşmasına və ödəniş planına dəyişiklik edilmişdir. İşdə olan arayışdan görünür ki, Cavabdeh1 xx.xx.2013-cü il tarixli 21R000006038 saylı kredit razılaşması üzrə xx.xx.2020-ci il tarixə əsas borc üzrə 3.153 ABŞ Dolları məbləğində kredit borcu vardır. Birinci və apellyasiya instansiyası məhkəməsində icraat İddiaçı QSC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh5, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh6 müştərək qaydada İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin xeyrinə 21R000006038 saylı kredit razılaşması üzrə 3.906,8 ABŞ dolları məbləğində kredit borcu, 1.268,28 ABŞ dolları məbləğində faiz borcu və 2.457,15 ABŞ dolları məbləğində cərimə borcu olmaqla, ümumilikdə cəmi 7.632,23 ABŞ dolları (yeddi min altı yüz otuz iki dollar, iyirmi üç sent) məbləğində borcun, məhkəmədə iddia qaldırmaq üçün ödənilm iş 30 manat məbləğində dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Abşeron Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 2(012)-1273/2020 saylı qətnaməsi ilə (hakim E.T.Məmmədov) iddianın qismən təmin edilməsi, Cavabdeh1 xx xxxxxx 2013-cü il tarixli, 21R000006038 saylı kredit razılaşması üzrə xx.xx.2020-ci il tarixə olan əsas borc üzrə 3.153 (üç min yüz əlli üç) ABŞ dolları məbləğində kredit borcu və ya ödəniş gününə Azərbaycan Respublikası Mərkəzi Bankının müəyyən etdiyi rəsmi məzənnəyə uyğun manatla kredit borcu və ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun əvəzinin tutularaq İddiaçı QSC-nin xeyrinə ödənilməsi və iddia tələbinin qalan hissədə təmin edilməməsi qət edilmişdir. Qətnamədən İddiaçı Qapalı Səhmdar Cəmiyyəti apellyasiya şikayəti vermişdir. Sumqayı t Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(105)-1955/2020 nömrəli, xx xxxx 2020-ci il tarixli qətnaməsi ilə (hakimlər – G.F.Tağızadə (sədrlik edən və məruzəçi), L.M.Məmmədova və T.O.Quliyev) iddiaçının nümayəndəsi Vəkil apellyasiya şikayəti təmin edilməyərək, Abşeron Rayon Məhkəməsinin bu iş üzrə xx xxxx 2020-ci i il tarixli 2(012)1273/2020 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Kassasiya şikayətinin dəlilləri, ona etiraz, kassasiya iclasında tərəflərin iştirakı və izahatları İddiaçı Qapalı Səhmdar Cəmiyyəti kassasiya şikayəti verərək apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunmasına və iddia tələbinin təmin edilməsinə dair yeni qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, işə apellyasiya qaydasında baxan məhkəmə inst ansiyası zaminlik öhdəliyinin dəqiq müddətinin və limitinin müəyyən edildiyini nəzərə almamış, işin faktiki hallarını tam, obyektiv və hərtərəfli araşdırmamış, işin faktiki hallarına düzgün hüquqi qiymət verməmişdir. Apellyasiya instansiyası məhkəmə kollegiyası tərəfindən qüvvədə olan maddi və prosessual hüquq normaları pozulmuş, sübutlar tam yoxlanılmamış, nəticədə qanunsuz və əsassız məhkəmə qətnaməsi qəbul edilmişdir. Kassasiya şikayətində qeyd edilmişdir ki, iş materiallarına əlavə edilmiş xx.xx.2013-cü il tarixli, 21R000006038 saylı kredit razılaşması və onun ayrılmaz tərkib hissəsi olan ödəniş planı (kreditin məbləğini, müddətini və faizini əks etdirən hissəsi) zaminlər Cavabdeh6 və Cavabdeh2 tərəfindən imzalanmış və onların razılığı alınmışdır.Lakin apellyasiya instansiyası məhkəməs i həmin faktı nəzərə almamış və qətnaməsində əksini qeyd etmişdir. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmalarına baxmayaraq, iş üzrə İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin nümayəndəsi, cavabdehlər Cavabdeh1, X1, Cavabdeh5, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh6 hər hansı üzrlü səbəb göstərmədən iclasa gəlməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 415.3-cü maddəsini rəhbər tutaraq işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsinin: -739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alan a) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. -739.2-ci maddəsinə görə borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. -741-ci maddəsinə əsasən əgər müqavilənin iştirakçıları borcun faizlər ilə verilməsini şərtləşdirirlərsə, faizlər müvafiq surətdə bir ilin sonunda ödənilməli, borc bir il başa çatanadək qaytarılmalıdırsa, borcun qaytarılması ilə bir vaxtda ödənilməlidir. -385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. -443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. -477.0.1-ci maddəsinə əsasən zaminin razılığı olmadan həmin öhdəlik dəyişdirildikdə və bu dəyişdirilmə onun məsuliyyətinin artmasına və ya onun üçün digər əlverişsiz nəticələrə səbəb olduqda zaminliyə xitam verilir. Kassasiya baxışının hədləri MPM-nin 407.2-ci maddəsinə əsasən kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğu n olmamasına istinad etməyə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir. MPM-yə əsasən kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (maddə 416). Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin (maddə 418.3). Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Kassasiya instansiyası məhkəməsinin mövqeyi Birinci instansiya məhkəməsinin qətnaməsinin zaminlərə münasibətdə iddiaçının tələbinin təmin edilməməsi hissəsi ilə apellyasiya instansiyası məhkəməsi razılaşaraq qeyd etmişdir ki, İddiaçı QSC ilə Cavabdeh1 arasında xx.xx.2011-cu il tarixli, 21L000000910 saylı kredit xətti müqaviləsi, xx xxxxxx 2013-cü il tarixli, 21R000006038 saylı kredit razılaşması, həmin müqavilə və razılaşmadan irəli gələn öhdəli klərin təmini üsulu kimi İddiaçı QSC ilə Cavabdeh2, Cavabdeh6, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5 arasında zaminlik müqavilələri imzalanmışdır. Bu müqavilələr Azərbaycan Respublikası Mülki Məcəlləsi ilə müəyyən olunmuş qaydada tam fəaliyyət qabiliyyətli şəxslər arasında bağlanmışdır və onların etibarsızlığına səbəb ola biləcək digər hallar da mövcud deyildir Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən iddia tələbinin zaminlərə münasibətdə təmin edilməməsi, yəni Cavabdeh2, Cavabdeh6, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 zaminliklərinə xitam verilməsi barədə gəldiyi nəticəni düzgün hesab etmişdir. İş materiallarından görünür ki, İddiaçı QSC ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2011-cu il tarixli, 21L000000910 saylı kredit xətti müqaviləsindən zaminlərin xəbəri olsa da, eyni tərəflər arasında bağlanmış xx xxxxxx 2013-cü il tarixli, 21R000006038 saylı kredit razılaşması müqaviləsi və xx xxxxxx 2013-cü il tarixli, 21R000006038 saylı kredit razılaşmasına və ödəniş planına dəyişiklik edilməsi barədə xx.xx.2015-ci il tarixli 21R000006038S saylı, xx.xx.2015-ci il tarixli 21R000006038SA saylı, xx.xx.2016-cı il tarixli 21R000006038SB saylı, xx.xx.2016-cı il tarixli 21R000006038SC saylı sazişlərdən zaminlərin xəbəri olmamış, zaminlərin həmin müqavilə üzrə razılığı alınmamışdır. İddiaçı QSC ilə zaminlər Cavabdeh2, Cavabdeh6, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 arasında zaminlik müqavilələri bağlanarkən zaminlik müqavilələrində xx xxxxxx 2013-cü il tarixli, 21R000006038 saylı kredit razılaşmasının şərtləri müəyyən edilməmişdir. Həmin şərtlər İddiaçı QSC ilə Cavab deh1 arasında xx.xx.2013-cü il tarixdə bağlanmış kredit razılaşmasına daxil edilmişdir ki, sözügedən müqavilə barədə zaminlər məlumatlandırılmamış və zaminlərin həmin müqavilənin bağlanmasına dair razılığı alınmamışdır, bu isə zaminlərin məsuliyyətinin artmasına və zaminlər üçün əlverişsiz nəticələrə səbəb olmuşdur Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə nəticəyə gəlir ki, kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi kassasiya şikayəti ilə mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: İddiaçı Qapalı Səhmdar Cəmiyyəti tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(105)-1955/2020 nömrəli, xx xxxx 2020-ci il tarixli qətnaməsi kassasiya şikayəti ilə mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-476/2021
Ali Məhkəmə Qərar — İş №2(102)-476/2021
02.03.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver