Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-4761/2019 03.07.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Xələfov İlqar Rəhim oğlu, Allahverdiyev Qəhrəman Əli oğlu və X1 ibarət tərkibdə, Məhərrəmova Çinarə Ədalət qızının katibliyi ilə, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 28 dekabr 2018-ci il tarixli 2(103)13291/2018 saylı qətnaməsindən Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə baxaraq MÜƏYYƏN ETDİ: Bakı şəhəri Nərimanov rayon məhkəməsinin 10 oktyabr 2018-ci il tarixli qətnaməsi ilə (hakim G.A.Əsədova, iş № 2(005)-4871/2018) İddiaçı Cavabdeh qarşı borcun qaytarılması tələbinə dair iddiası qismən təmin edilər ək Cavabdeh İddiaçı xeyrinə 2.474,41 manat tutulması, iddianın qalan hissədə təmin olunmaması qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 28 dekabr 2018-ci il tarixli qətnaməsi ilə (hakimlər: M.A.Məmmədov, X.Ə.Sarıyev və E.Y.Şamayev) cavabdehin apellyasiya şikayəti təmin edilməmiş, Bakı şəhəri Nərimanov rayon məhkəməsinin 10 oktyabr 2018-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. İşin halları: 18 yanvar 2015-ci il tarixdə Cavabdeh İddiaçı 1 ay müddətinə qaytarmaq şərti ilə 6.000 manat məbləğində borc almasına dair qəbz vermişdir. 2016-cı ilin fevral ayında İddiaçı həmin borcun və onun qaytarılmasının gecikdirilməsinə görə dəymiş 5000 manat məbləğində ziyanın Cavabdeh alınıb ona verilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi üzrə yuxa rıda göstərilən məhkəmə qətnamələri qəbul edilmişdir. Kassasiya şikayətinin dəlilləri: Cavabdeh qətnamədən kassasiya şikayəti verərək işə onun iştirakı olmadan baxılmasını əsas göstərməklə qətnamənin iddianın təmin olunmuş hissəsində ləğv edilib həmin hissədə iddianın rədd olunmasına dair qərar qəbul edilməsini xahiş etmişdir. Cavabdeh Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 67.1-ci maddəsinin tələblərinə zidd olaraq məhkəmə iclasına vəkilsiz gəldiyindən məhkəmə tərəfindən onun izahatı dinlənilməmişdir. İşin baxılma vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumatlandırılmasına baxmayaraq iddiaçı məhkəmə kollegiyasının iclasına gəlməmiş, lakin kollegiya işə iddiaçının iştirakı olmadan baxmağı mümkün hesab etmişdir. Hüquqi məsələlər: Kollegiya sədrlik edənin məru zəsini dinləyib, kassasiya şikayətinin dəlillərini müzakirə edib, iş materiallarını araşdırdıqdan sonra hesab edir ki, kassasiya şikayəti təmin olunmamalı, qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası MPM-nin 416-cı maddəsinə görə kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. İş materiallarından görünür ki, iddiaçı tərəfindən cavabdehə bir ay müddətinə qaytarmaq şərti ilə 6000 manat məbləğində borc verilmiş və iddia tələbində həmin borcun və 5000 manat məbləğində ziyanın ödənilməsi xahiş edilmişdir. Lakin işə məhkəmədə baxılarkən müəyyən olunmuşdur ki, cavabdehin işlədiyi Azərbaycan Dövlət İqtisad Universiteti və Qərb Kaspi Universiteti tərəfindən onun əmək haqqınd an 3525,59 manat tutularaq iddiaçının bank hesabına köçürülmüş və beləliklə də borcun 3525,59 manatı ödənilmişdir. Qalan 2.474,41 manat cavabdeh tərəfindən iddiaçıya qaytarılmadığı üçün məhkəmə iddianı qismən təmin etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borcun alınmasını təsdiq edən qəbzdə cavabdeh bir ay müddətinə 6000 manatı ona qaytaracağını öhdəsinə götürsə də öhdəliyinin icrasını təmin etməmişdir. Azərbayc an Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Öhdəliyin icra olunmaması üçün borclunun məsuliyyətini müəyyən edən Mülki Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməy ibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. İşdən görünür ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılması 28 dekabr 2018-ci il tarixə təyin olunmuş və bu barədə cavabdehə məhkəmə bildirişi göndərilməklə işin baxılma vaxtı və yeri barədə lazımınca xəbərdar edilmişdir. Lakin Cavabdeh teleqramla apellyasiya məhkəməsinə müraciət edərək iş qrafikinin sıxlığı üzündən məhkəmə iclasında iştirak edə bilməyəcəyini bildirmiş və həmin tarixdə keçirilmiş məhkəmə iclasına gəlməmişdir. Həmin teleqram və orada göstərilən səbəb işə baxılmaması üçün əsas vermədiyindən məhkəmə kollegiyası onun iştirakı olmadan işə baxaraq mübahisəni həll etmişdir. Göstərilənlərlə əlaqədar kollegiya işə cavabdehin iştirakının təmin olunmadan baxılmaql a onun hüquqlarının pozulmasına dair kassasiya şikayətinin dəlillərini əsassız sayır və hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə prosessual hüquq normalarının tələblərinə əməl edilməklə və maddi hüquq normalarının qüvvəsi düzgün tətbiq edilməklə baxılmışdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 416-419-cu maddələrini rəhbər tutaraq kollegiya QƏRARA ALDİ: Kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının hazırkı iş üzrə olan 28 dekabr 2018-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-4761/2019
Ali Məhkəmə Qərar — İş №2(102)-4761/2019
03.07.2019 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver