Məhkəmə qərarları › İş №2(102)-4763/2023

Ali Məhkəmə Qərar — İş №2(102)-4763/2023

29.12.2023 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-4763/2023 29.12.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçı Cavabdeh qarşı iş üzrə QƏRARİ (Açar sözlər: dəymiş maddi zərərin və debitor borcun ödənilməsi, sübutların qiymətləndirilməsi) Bakı şəhəri, 29 dekabr 2023 Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Abbasov Aqil Əzizağa oğlu (məruzəçi), Məmmədov Vidadi Məmməd oğlu və Əliyev Zaur Əli oğlundan ibarət tərkibdə, İddiaçı Cavabdeh qarşı “maddi zərərin və debitor borcun ödənilməsi” tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-5324/2023 nömrəli, 06 sentyabr 2023-cü il tarixli qətnaməsindən İddiaçı kassasiya şikayətinə 29 dekabr 2023-c ü il tarixdə Ali Məhkəmənin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. İddiaçı Bakı X6 Departamenti ilə istehlakçı Cavabdeh arasında təbii qazın alqısatqısı barədə xx.xx.2023-cü il tarixli müqaviləyə bağlanmışdır.

2. Cavabdeh adına olan abonent saldosundan və “Gasrep” hesabdan çıxarışına əsasən (abonent kodu **********00000) cavabdehin abonent hesabına aktlar əsasında 2017-ci ilin dekabr ayında 476 manat, 2018-ci ilin yanvar ayında 622,80 manat, 2018-ci ilin fevral ayında 69,20 manat, 2018-ci ilin mart ayında 256,20 manat, 2018-ci ilin aprel ayında 182 manat, 2018-ci ilin may ayında 64,80 manat, 2019-cu ilin noyabr ayında 426,60 manat, 2019-cu ilin dekabr ayında 295,20 manat, 2020-ci ilin yanvar ayında 295,20 manat, 2020-ci ilin fevra l ayında 295,20 manat, 2020-ci ilin mart ayında 127,90 manat, 2021-ci ilin fevral ayında 885,60 manat, 2021-ci ilin mart ayında 295,20 manat, 2021-ci ilin oktyabr ayında 892,80 manat, 2021-ci ilin noyabr ayında 648 manat, 2021-ci ilin dekabr ayında 648 manat, 2022-ci ilin yanvar ayında 648 manat, 2022-ci ilin fevral ayında 648 manat, 2022-ci ilin mart ayında 734,40 manat və 2022-ci ilin aprel ayında 669,60 manat zərər və 961,78 manat debitor borc hesablanmışdır.

3. Cavabdeh Bakı X6 Departamentinin rəisinə yazdığı 30 yanvar 2023-cü il tarixli ərizədə 11185,94 manat borcunun olmasını qəbul etdiyini göstərmişdir İş üzrə qəbul edilmiş məhkəmə aktları a)Birinci instansiya məhkəməsində icraat

4. İddiaçı İstehsalat Bitliyi (bundan sonra “iddiaçı” və ya İddiaçı) iddia ərizəsi ilə Xəzər Rayon Məhkə məsinə müraciət edərək, Cavabdeh (bundan sonra “cavabdeh” və ya “abonent”) iddiaçıya vurulmuş zərərin əvəzi olaraq 10.201,66 manat, debitor borc üzrə 961,78 manat və dövlət rüsumu kimi ödənilmiş 123,49 manatın, cəmi 11.286,93 manat pulun məcburi qaydada tutularaq iddiaçının "xxxx" Azəriqaz şöbəsi üzrə bank hesabına ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

5. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı ilə cavabdeh arasında təbii qazın alqı-satqısına dair xx.xx.2023-cü il tarixli, 03-13220 saylı müqavilə imzalanmışdır. Həmin müqavilə əsasında iddiaçı cavabdehin fərdi yaşayış evini təbii qazla təchiz etmişdir. Cavabdehin ünvanına Bakı X6 Departamenti tərəfindən **********00000 saylı abonent kodu verilmiş, fərdi yaşayış evini təbii qazla təchiz edən qaz xəttinin üzərində isə G-4T markalı qaz sayğacı quraşdırılmışdır.

6. Cavabdeh qeyd olunan müqavilənin 2.3.2-ci yarımbəndinin və “Qazdan istifadə qaydaları”nın 6.5-ci bəndinin tələblərini pozaraq qaz sayğacından kənar qanunsuz olaraq qaz xəttinə qoşulmaqla təbii qazı talamışdır. Belə ki, iddiaçının əməkdaşları tərəfindən İddiaçıın balans və istismarında olan küçə qaz xətlərinə, habelə cavabdehin fərdi yaşayış evinə çəkilmiş təbii qaz xətti üzərində quraşdırılmış qaz sayğacına müxtəlif tarixlərdə baxış keçirilərkən cavabdeh tərəfindən qaz xəttinə özbaşına qoşulmaqla onun təbii qazdan qanunsuz olaraq istifadə etməsi, yəni təbii qazı qeyri-qanuni şəkildə talaması faktları aşkar olunmuş, aşkar olunmuş faktlar yerindəcə aktlaşdırılmaqla rəsmiləşdirilmişdir. Həmçinin, qeyd olunan həmin faktlarla bağlı İddiaçıın əm əkdaşları tərəfindən “təbii qazdan istifadə qaydalarının pozulması haqqında” müvafiq aktlar tərtib edilmişdir. Həmin aktlarla iddiaçıya ümumilikdə cəmi 10.201,66 manat məbləğində zərərin dəymiş olduğu müəyyən olunmuşdur.

7. Cavabdehin 2016-cı il üzrə ödənilməmiş 749,60 manat sərfiyyat borcu, 2020-ci ilin mart-noyabr-dekabr ayları üzrə 4 manat sərfiyyat borcu, 2021-ci ilin aprel ayı üzrə 1 manat sərfiyyat borcu, 2022-ci ilin iyul-dekabr ayları üzrə 153 manat sərfiyyat borcu və limitdən əlavə 6 manat sərfiyyat borcu, 2023-cü ilin yanvar ayı üzrə 70,68 manat sərfiyyat borcu olmaqla, cəmi 984,28 manat sərfiyyat borcu qalmışdır. 2020-ci ilin mart ayından 2023-cü ilin yanvar ayına qədər cavabdeh 22,50 manat məbləğində ödəniş etmişdir. Qeyd olunanlardan əlavə cavabdehin sayğac üzrə faktiki isti fadə edilmiş və dəyəri ödənilməmiş 961,78 manat debitor borcu da qalmışdır. Beləliklə, cavabdehin Birliyə borcu hazırda abonentin saldosu və Gazrep üzrə ümumi 11.163,44 manat təşkil etməkdədir.

8. Müqavilə öhdəliklərinin istehlakçı-cavabdeh tərəfindən kobud şəkildə pozulması, habelə cavabdehin təqsirli hərəkətləri nəticəsində iddiaçıya vurulmuş maddi zərərlə bağlı cavabdeh tərəfindən heç bir ödəniş həyata keçirilmədiyi üçün məhkəməyə müraciət etmək zərurəti yaranmışdır.

9. İddiaçı tələbini hüquqi əsası kimi Mülki Məcəllənin 14.2.6, 21.1, 21.2, 442, 443.1, 1096.1, 1097.1-ci, Mənzil Məcəlləsinin 135.1, 136.4, 139.4-cü, “Qaz təchizatı haqqında” Qanunun 6.2-ci maddələrinə və Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 80 saylı, xx.xx.2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Qazdan ist ifadə Qaydaları” müvafiq bəndlərinə istinad etmişdir.

10. Birinci instansiya məhkəməsində cavabdehin nümayəndəsi (əri) X3 iddia tələbini qismən etiraf edərək göstərmişdir ki, Xəzər rayonu, Binə qəsəbəsi Sərdarov küçəsi, ev 18 cavabdehin babasının mülkiyyətində olmuşdur və sayğac da onun adına olmuşdur. Həmin evdə qeyri-qanuni istifadə təxminən 1-2 il ərzində olmuşdur. Həmin müddətlər ərzində isə qeyd edilən miqdarda borc absurd olmaqla yanaşı ağlabatan deyildir. Cavabdehin babası X1 12 oktyabr 2021-ci il tarixində, atası X2 isə xx.xx.2021-ci il tarixində vəfat etmişdir. Cavabdehin babasının vəfat etdiyi 2021-ci ilin oktyabr ayından 2022-ci il iyun ayının 22-dək həmin ünvanda heç kəs yaşamamışdır. Həmin tarixlər arasında tərtib edilmiş aktlar tam olaraq əsassızdır. Qış aylarında aylıq sərfi yyat 70-80 manat, yay aylarında isə 10-20 manat olur. Bu səbəbdən də, əlavə sərfiyyat kimi 20002200 manat hissədə borcu qəbul edir. Eyni zamanda debitor borc kimi 961,78 manat borcu da qəbul edirlər. Daha sonra cavabdeh müraciət edərək sayğacı öz adına keçirmişdir. Lakin sayğac elektron olmadığına görə onun dəyişdirilməsi üçün müraciət edilsə də, yalnız 2 aydan sonra əməkdaşlar gələrək sayğacı dəyişdirmişlər. Cavabdeh tərəfindən borcun etirafı ilə bağlı xx.xx.2023-cü il tarixli ərizə etibarsızdır. Belə ki, həmin ərizənin surətindən görünür ki, ərizə şablon formada (blankda) yazılmış və imzalanmışdır. İmzalandıqdan sonra borc məbləği yazılmışdır. Həmin məbləği qətiyyən qəbul etmirlər.

11. Xəzər Rayon Məhkəməsinin e-2(003)-1102/2023 nömrəli, 31 may 2023-cü il tarixli qətnaməsi ilə iddia əriz əsi qismən təmin olunmuş, Cavabdeh vurulmuş zərərə görə 2200 manat, debitor borca görə 961,78 manat və ödənilmiş dövlət rüsumuna görə 51,61 manatın tutularaq İddiaçı "xxxx" ASC-nin Azəriqaz şöbəsi üzrə bank hesabına ödənilməsi, iddia ərizəsinin qalan hissədə təmin edilməməsi, ödənilmiş dövlət rüsumunun qalan 71,88 manat hissəsinin İddiaçı özünə aid edilməsi qət edilmişdir. (hakim Emin Rüstəmov)

12. Birinci instansiya məhkəməsi müəyyən etmişdir ki, paylayıcı İddiaçıın Bakı X6 Departamenti ilə cavabdeh arasında qazın alğı-satqısı barədə xx.xx.2023-cü il tarixli müqavilə bağlanmışdır. Müqaviləyə əsasən paylayıcı müqavilə ilə müəyyən edilmiş şərtlərə uyğun olaraq istehlakçını keyfiyyətli qazla təmin etməli, istehlakçı isə aldığı qazın dəyərini qaz sayğacının göstəricisinə uyğun olaraq paylayıc ı tərəfindən təqdim edilən hesaba əsasən ödəməlidir.

13. Birinci instansiya məhkəməsi iş üzrə cavabdehdən tələb olunan borc məbləğinin əsasını onun tərəfindən dəfələrlə, yəni 2017-ci ilin dekabr ayından 2022-ci ilin iyun ayınadək təbii qazdan kənar xətt vasitəsilə istifadə etməsi faktının müəyyən edilməsi barədə tərtib edilmiş aktların təşkil etməsini nəzərə alaraq hesab etmişdir ki, həmin aktların tərtib edilməsi və zərərin hesablanmasına əsas olmuş halların mövcudluğu və doğruluğu, o cümlədən həmin halların məhz iş üzrə cavabdeh tərəfindən törədilməsini sübut etmək vəzifəsi bu aktı qəbul etmiş orqanın, yəni iddiaçının üzərinə düşür.

14. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, cavabdeh tərəfindən sayğacdan kənar təbii qazdan istifadə olunması hallarına dair (cavabdehin etiraf etdiy i haldan başqa) hər hansı bir mötəbər sübutlar məhkəməyə təqdim edilməməklə, həmin illərdə tərtib edilmiş aktların əsaslı olması müəyyən edilməmişdir. Belə ki, həmin aktlardan başqa, cavabdehin qazdan istifadə qaydalarının pozulması ilə bağlı halların mövcüdluğunu təsdiq edən digər təsdiqedici sübutlar məhkəməyə verilməmiş və işin halları ilə də müəyyən edilməmişdir.

15. Eyni zamanda xx.xx.2020-ci il tarixli ******* saylı, xx.xx.2020-ci il tarixli ******* saylı, xx.xx.2020-ci il tarixli ******* saylı, xx.xx.2021-ci il tarixli ******* saylı, xx.xx.2021-ci il tarixli ******* saylı, xx.xx.2021-ci il tarixli ******* saylı, xx.xx.2021-ci il tarixli ******* saylı, xx.xx.2021-ci il tarixli ******* saylı, xx.xx.2022-ci il tarixli ******* saylı, xx.xx.2022-ci il tarixli ******* saylı, xx.xx.2022- ci il tarixli ******* saylı, xx.xx.2022-ci il tarixli ******* saylı, xx.xx.2022-ci il tarixli ******* saylı və xx.xx.2022-ci il tarixli ******* saylı aktlar ümumiyyətlə məhkəməyə təqdim edilməmişdir.

16. Həmçinin aktlar tərtib edildiyi zaman istehlakçının iştirakı təmin edilməmiş, quraşdırılmış avadanlıqlara baxış keçirilmədən istehlakçı tərəfindən təbii qazdan istifadə edilməsi üçün hansı avadanlıqlardan istifadə olunması müəyyən edilməmişdir. Ümumiyyətlə, aktlar tərtib edilən zaman həmin ünvanın mülkiyyətçisi cavabdehin babası olmuş, cavabdehin sayğacdan kənar qaz xətti barədə məlumatı olmamışdır.

17. Eyni zamanda birinci instansiya məhkəməsi hesab etmişdir ki, cavabdehin məhkəmə iclasında verdiyi izahatı, onun tərəfindən etiraf edilən məbləğdə nəzərə alınmalı və bu hal cavabdehin sayğac dan kənar təbii qazdan istifadəni təsdiq edən sübut kimi qəbul edilməlidir. Belə ki, cavabdeh həmin hissədə etirafedici izahat verməklə iddiaçını bu hissədə sübut etmə yükündən azad etmişdir. Buna görə də həmin halın iddiaçı tərəfindən sübut edilməsi zərurəti aradan qalxmışdır.

18. Birinci instansiya məhkəməsinin mövqeyinə görə etiraf olunan məbləğdən başqa, digər aktların tərtib edilməsinə əsas olmuş hallar sübut olunmadığından həmin aktlar əsasında cavabdehdən dəymiş ziyanın tələb edilməsi əsassızdır.

19. Birinci instansiya məhkəməsi müəyyən edilmiş halı nəzərə alaraq hesab etmişdir ki, cavabdeh tərəfindən 2017-ci il tarixdən 2021-ci il tarixədək təbii qazdan qeyriqanuni xətt vasitəsilə istifadə etməsi nəticəsində iddiaçıya 2200 manat dəyərində zərər dəymişdir.

20. Birinci instansiya məh kəməsi iddianın debitor borc hissəsinə münasibətdə iddia tələbi əsaslı sayaraq mövqeyini belə əsaslandırmışdır ki, cavabdehin nümayəndəsi tərəfindən də həmin ünvanda yaşayan zaman quraşdırılan sayğacdan istifadəyə görə 961,78 manat borcun yaranması etiraf edilmişdir.

21. Birinci instansiya məhkəməsi iddia tələbinin ödənilmiş 123,49 manat dövlət rüsumunun tutulması hissəsinə qiymət verərək göstərmişdir ki, iddia tələbi qismən təmin edildiyindən, 51,61 manat məbləğində dövlət rüsumu cavabdehdən alınaraq iddiaçının xeyrinə tutulmalı, qalan məbləğ isə iddiaçının özünə aid edilməlidir.

22. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Mülki Məcəllənin 14.1, 21.1 və 21.2-ci “Qaz təchizatı haqqında” Qanunun 20-ci, 21.1-ci, Mülki-Prosessual Məcəllənin 14.2-ci maddələri, Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 80 saylı, xx.xx.2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”nın 6.5, 6.6 və 6.7-ci bəndləri ilə əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat

23. İddiaçı apellyasiya şikayəti verərək qətnamənin dəyişdirilib iddianın tam təmin edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir.

24. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, İddiaçıın əməkdaşları tərəfindən qanunvericiliyin tələblərinə uyğun hazırlanmış aktlar cavabdeh tərəfindən birliyə vurulmuş zərəri sübut edir. Qazpaylayıcı şəbəkəyə qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla qazın verilməsini dayandırmalı və dəymiş zərərin ödənilməsini qanunvericiliyə uyğun olaraq həmin şəxsdən tələb et məlidir. Aktlar təbii qazdan qanunsuz istifadə etdiyinə dair əsaslardır. Məhkəmə aktların abonent tərəfindən imzalanmamasını əsas gətirmişdir, lakin İddiaçıın əməkdaşları tərəfindən hazırlanmış aktlar qanunvericiliyin tələblərinə uyğun hazırlanmışdır və abonentin həmin aktları imza etməkdən imtinası həmin aktların qanunsuz olduğuna dəlalət etmir, bununla yanaşı, “qüsurlu” sübut kimi dəyərləndirilməsinə əsas vermir. Bundan əlavə, İddiaçıın əməkdaşları tərəfindən aktlar tərtib olunarkən çəkilən fotoşəkillərdə açıq-aşkar görünür ki, qaz sayğacından kənar qanunsuz olaraq qaz xəttinə qoşulma mövcuddur. Bilərəkdən (qəsdən) qaz qurğu sahibindən icazəsiz qaz alan cavabdeh şəxs, qaz qurğusu sahibinə vurmuş zərərin əvəzini ödəmək vəzifəsi daşıyır. Tərəflərindən təqdim olunmuş sübutlara, yəni aktla ra hərtərəfli və tam baxılmayıb və hakim təqdim etdikləri sübutları nəzərə almamış və qətnamə qəbul edərkən lazımi qaydada əsaslandırmamışdır. Məhkəmə hesab etmişdir ki, cavabdeh tərəfindən məhkəməyə hər hansı sübut təqdim edilməmişdir. Cavabdehin qeyd etdiyi halları təsdiq və ya sübut etmək məqsədilə məhkəmə qanunvericiliyin tələblərinə uyğun olaraq öz təşəbbüsü ilə ekspertiza təyin edə bilərdi. Hakim tam əsaslı olaraq verdikləri iddianı nəyə görə və hansı sübutlara əsaslanaraq tam təmin etmədiyini öz qərarında bildirməmişdir.

25. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-5324/2023 saylı, 6 sentyabr 2023-cü il tarixli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmışdır. (hak imlər Azad İmanov (sədrlik edən və məruzəçi), Məmməd Məmmədov, Fuad Talışinski)

26. Apellyasiya instansiyası məhkəməsi tərəfindən işin hallarına əsasən müəyyən olunmuşdur ki, İddiaçı ilə Cavabdeh arasında bağlanmış “Qazpaylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı barədə” müqavilə əsasında iddiaçı cavabdehə məxsus yaşayış evi təbii qazla təmin etmişdir. Cavabdeh sayğacdan kənar qeyri-qanuni təbii qazdan istifadə etmiş və iddiaçıya ziyan vurmuşdur. Hazırkı halda aktlar üzrə borcun hansı qaydada və nəyə əsasən hesablandığının sübut edilməsi iddiaçın üzərinə düşür.

27. Apellyasiya instansiyası məhkəməsi cavabdehin kənar qaz xəttindən istifadəyə görə hesablanmış borcunun şişirdilmiş olduğuna dair dəlilini inandırıcı saymışdır. Belə ki, istinad edilən Qaydaların tə ləblərindən göründüyü kimi qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal şəbəkədən ayırmaqla qazın verilməsini dayandırmalı və dəymiş zərərin ödənilməsini qanunvericiliyə uyğun olaraq həmin şəxsdən tələb etməli, qazın verilməsinin dayandırılmasına səbəb olmuş hallar aradan qaldırıldıqdan və müvafiq qaydada rəsmiləşdirildikdən sonra 1 (bir) iş günü müddətində qaz paylayıcısı tərəfindən qazın verilməsi bərpa edilməli, qazın verilməsinin dayandırılması və bərpa edilməsi hər bir halda qaz paylayıcısı tərəfindən istehlakçının iştirakı ilə aktla rəsmiləşdirilməli və aktın bir nüsxəsi istehlakçıya təqdim edilməlidir.

28. İş üzrə cavabdehdən tələb olunan borc məbləğinin əsasını onun tərəfindən dəfələrlə, yəni 2017-ci ilin dekabr ayından 2022-ci ilin iyun ayınadək təbii qazdan kənar xətt vasitəsilə istifadə etməsi faktının müəyyən edilməsi barədə tərtib edilmiş aktların təşkil etməsini nəzərə alaraq apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, həmin aktların tərtib edilməsi və zərərin hesablanmasına əsas olmuş halların mövcudluğu və doğruluğu, o cümlədən həmin halların məhz iş üzrə cavabdeh tərəfindən törədilməsini sübut etmək vəzifəsi bu aktı qəbul etmiş orqanın, yəni iddiaçının üzərinə düşür.

29. Cavabdeh tərəfindən sayğacdan kənar təbii qazdan istifadə olunması hallarına dair (cavabdehin etiraf etdiyi haldan başqa) hər hansı bir mötəbər sübutlar məhkəməyə təqdim edilməməklə, həmin illərdə tərtib edilmiş aktların əsaslı olması müəyyən edilməmişdir. Belə ki, həmin aktlardan başqa, cavabdehin qazdan istifadə qaydalarının pozulması ilə bağlı halların mövcüdluğunu təsdiq edən digər təsdiqedici sübutlar məhkəməyə təqdim edilməmiş və işin halları ilə də müəyyən edilməmişdir. Eyni zamanda xx.xx.2020-ci il tarixli ******* saylı, xx.xx.2020-ci il tarixli ******* saylı, xx.xx.2020-ci il tarixli ******* saylı, xx.xx.2021-ci il tarixli ******* saylı, xx.xx.2021-ci il tarixli ******* saylı, xx.xx.2021-ci il tarixli ******* saylı, xx.xx.2021-ci il tarixli ******* saylı, xx.xx.2021-ci il tarixli ******* saylı, xx.xx.2022-ci il tarixli ******* saylı, xx.xx.2022-ci il tarixli ******* saylı, xx.xx.2022-ci il tarixli ******* saylı, xx.xx.2022-ci il tarixli ******* saylı, xx.xx.2022-ci il tarixli ******* saylı və xx.xx.2022-ci il tarixli ******* saylı aktlar ümumiyyətlə nə birinci, nə də apellyasiya şikayətinə əlavə edilməmişdir.

30. Apellyas iya instansiyası məhkəməsi onu da qeyd etmişdir ki, aktlar tərtib edildiyi zaman istehlakçının iştirakı təmin edilməmiş, quraşdırılmış avadanlıqlara baxış keçirilmədən istehlakçı tərəfindən təbii qazdan istifadə edilməsi üçün hansı avadanlıqlardan istifadə oluması müəyyən edilməmişdir. Ümumiyyətlə, aktlar tərtib edilən zaman həmin ünvanın mülkiyyətçisi cavabdehin babası olmuş, cavabdehin sayğacdan kənar qaz xətti barədə məlumatı olmamışdır. Bundan əlavə, işdə olan fotoşəkillərin çəkilmə tarixi göstərilmədiyindən hansı aktları əsaslandırdığını müəyyənləşdirmək qeyrimümkün olması aktların düzgülüyünə şübhə yaradır.

31. Apellyasiya instansiyası məhkəməsi cavabdeh tərəfindən İddiaçıa xx.xx.2022-ci il tarixdə yazılmış ərizəyə münasibətdə göstərmişdir ki, həmin ərizənin mövcudluğu halında belə, iddiaçının tərtib etdiyi aktlar üzrə borcun hansı qaydada və nəyə əsasən hesablandığının sübut edilməsi vəzifəsindən azad edə bilməz. Belə ki, ərizədən görünür ki, cavabdehin öz xətti ilə deyil, iddiaçı tərəfindən tərtib edilmiş və yalnız cavabdehə imza etdirilmişdir. Ərizədə şəxsin ad və soyadı, həmçinin borcun məbləği qrafası isə kompyuter formatında deyil, əl yazısı ilə əlavə edilmişdir ki, bu da həmin ərizənin düzgülüyünə şübhə yaradır.

32. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni Mülki Məcəllənin 14, 21, 1096 və 1097-ci, “Qaz təchizatı haqqında” Qanunun 6, 11, 20, 21-ci, Mülki Prosessual Məcəllənin 14.2, 77.1-ci maddələri, Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 80 saylı, xx.xx.2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”nın 1.3, 1.4, 3.4.1, 6.5, 6.6, və 6.7-ci bəndləri ilə əsaslandırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a)Kassasiya şikayətinin dəlilləri

33. İddiaçı (vəkil Nümayəndə) kassasiya şikayəti verərək qətnamənin ləğv, iddianın təmin olunmasına dair yeni qərar qəbul edilməsini xahiş etmişdir.

34. Kassasiya şikayətində qeyd olunmuşdur ki, iddiaçının iddia tələbi əslində cavabdehə vurulmuş zərər olmasına baxmayaraq, məhkəmə iddia tələbinin böyük bir qismini əsassız olaraq təmin etməmişdir. Həmçinin zərər iddiaçının tərtib etdiyi aktlarla təsbit olunaraq öz təsdiqini tapsa da, məhkəmələr iddianın böyük bir qismini təmin etməmişlər. İşin halları üzrə mühüm əhəmiyyət kəsb edən abonentin saldosu məhkəmə tərəfindən düzgün və hərtərəfli araşdırılmayıb. Məhkəmələr işin obyektiv araşdırılmasında maraqlı o lmamış, mülki iş üçün nə ekspertiza təyin edilmiş, nə də yerli baxış həyata keçirilmişdir. Yuxarıda qeyd edilən hər hansı prosessual hərəkətlər edilməyərək əsassız mülahizələrlə qətnamə qəbul edilmişdir. Məhkəməyə təqdim edilmiş aktlar və şəkillər hadisənin həqiqiliyini, o cümlədən zərərin reallığını əks etdirsə də, məhkəmələr demək olar ki, bu xüsusatlara diqqət yetirməyərək qətnamə qəbul etmişlər. Məhkəmə qətnaməsi heç bir sübuta əsaslanmadan qəbul edilmişdir. Məhkəmə qətnaməsində qeyd edir ki, mübahisə olunan və ya tələb olunan məbləğ şişirdilmişdir. Qətnamədə qeyd etməsinə baxmayaraq, məhkəmə iş üzrə hər hansı ekspertiza təyin etməyərək, işin tam hər tərəfli və obyektiv həlli üçün hər hansı prosessual hərəkət etməmiş, cavabdehin etiraf etdiyi məbləğlə kifayətlənmişdir. b) Kassasiya şik ayətinə qarşı etirazın dəlilləri

35. Kassasiya şikayətinə qarşı etiraz verilməmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi Maddə 14.1 mülki hüquqlar və vəzifələr mülki qanunvericilikdə nəzərdə tutulan əsaslardan, habelə fiziki və hüquqi şəxslərin qanunvericilikdə nəzərdə tutulmasa da, mülki qanunvericiliyin prinsiplərinə görə mülki hüquqlar və vəzifələr doğuran hərəkətlərindən əmələ gəlir. Maddə 21.1 Hüququ pozulmuş şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Maddə 21.2 Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (rea l zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür Maddə 1096.1 Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Maddə 1096.2 Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Maddə 1097.1 Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. “Qaz təchizatı haqqında” Azərbaycan Respublikası Qanunu Maddə 6.2. Bilərəkdən (qəsdən) və ya səhlənkarlıq nəticəsində qaz qurğularına ziyan vuran və ya qurğu sahibindən icazəsiz digər qurğudan qaz alan istənilən şəxs, qaz qurğusu sahibinə dəymiş ziyana görə məsuliyyət daşıyır. Maddə 11.6. Qazpaylayıcısı ilə istehlakçı arasında qazın alqı-satqısı müqavilə əsasında həyata keçirilir. Qazpaylayıcısı ilə istehlakçı arasında qazın alqı-satqı müqaviləsinin nümunəsi, qazın qiyməti, şəbəkəyə qoşulma və şəbəkədən ayırma şərtləri, qazın keyfiyyəti (təzyiq və təchizatın etibarlılığı), qazın dəyərinin ödəmə şərtləri və digər məsələlər qazdan istifadə qaydaları ilə tənzimlənir. Qazdan istifadə Qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Maddə

20. Müvafiq icra hakimiyyəti orqanı və qa z nəzarəti üzrə onun müvəkkil etdiyi nümayəndələr qaz fəaliyyəti ilə bağlı bütün yerləri, binaları və qurğuları yoxlama hüququna malikdir. Maddə 21.1 Müvafiq icra hakimiyyəti orqanı qaz qurğularının və ya qazla bağlı fəaliyyətlərin tələblərə cavab vermədiyini, onun əhali, ətraf mühit və əmlak üçün təhlükə törətdiyini müəyyən etdikdə qanunvericilikdə nəzərdə tutulmuş müvafiq tədbirləri görməlidir. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 80 saylı, xx.xx.2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları” 1.3-cü bənd. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli, 80 saylı qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları” Qazpaylayıcısı tərəfindən istehlakçının qazla təchiz edilməsi qazın alqı-satqı müqaviləsinə əsasən həyata keçirilir. 1.4-cü bənd. İstehlakçıya tələb olunan qazın həcmi onun istismar edəcəyi qaz qurğularının texniki pasport göstəricilərində maksimal saatlıq qaz sərfinə uyğun olaraq müəyyən edilir. 3.4.1-ci bənd. Özbaşına qaz qurğularının quraşdırılmasını həyata keçirmək istehlakçılara qadağandır. 6.5-ci bəndi. Qazpaylayıcı şəbəkəyə qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal şəbəkədən ayırmaqla qazın verilməsini dayandırmalı və dəymiş zərərin ödənilməsini qanunvericiliyə uyğun olaraq həmin şəxsdən tələb etməlidir. 6.6-cı bənd. Qazın verilməsinin dayandırılmasına səbəb olmuş hallar aradan qaldırıldıqdan və müvafiq qaydada rəsmiləşdirildikdən sonra 1 (bir) iş günü müddətində qaz paylayıcısı tərəfindən qazın verilməsi bərpa edilməlidir. 6.7-ci bənd. Qazın verilməsinin da yandırılması və bərpa edilməsi hər bir halda (bu Qaydaların 6.1.2-ci yarımbəndi istisna olunmaqla) qaz paylayıcısı tərəfindən istehlakçının iştirakı ilə aktla rəsmiləşdirilməli və aktın bir nüsxəsi istehlakçıya təqdim edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olun mamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. Maddə 417.1.1. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməs inin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Maddə 418.1. Maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması, o cümlədən maddi və prosessual hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin pozulması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri

36. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normaları nın düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

37. Kassasiya şikayətində iddiaçı apellyasiya instansiyası məhkəməsinin qətnaməsini tam mübahisələndirdiyi üçün kollegiya qətnaməni tam yoxlayır. Məhkəmə kollegiyası qeyd edir ki, iddianın təmin edilməyən hissəsindən iddiaçı apellyasiya şikayəti vermiş, apellyasiya baxışının predmeti və apellyasiya instansiyası məhkəməsinin qətnaməsi də iddianın təmin edilməyən hissəsi üzrə olmuşdur. Bu baxımdan qətnamənin tam yoxlanılması dedikdə, apellyasiy a baxışnın predmeti olan hissə başa düşülür.

38. Məhkəmə kollegiyası hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün əhəmiyyətli hesab etmədiyindən hazırki şikayətə yazılı icraat qaydasında baxılmasını qərara almışdır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

39. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

40. Kassasiya şikayətinin dəlilləri ilə eynilik təşkil edən ape llyasiya şikayətinin dəlillərinə apellyasiya instansiyası məhkəməsi tərəfindən qiymət verilib.

41. Apellyasiya instansiyası məhkəməsi iddia tələbi və apellyasiya şikayəti üzrə qanuni nəticəyə gəlmişdir.

42. İddia tələbi cavabdehin təbii qazdan qanunsuz istifadəyə görə hesablanmış zərərin və debitor borcun ödənilməsi barədədir.

43. İşdən görünür ki, iddia tələbi sübuta yetirilən həddə təmin edilmiş, qalan hissədə isə sübuta yetirilməməsi əsası ilə rədd edilmişdir.

44. Məhkəmə kollegiyası məhkəmələrin qeyd edilən əsasla qalan hissədə iddia tələbinin təmin edilməməsi ilə bağlı mövqeyini düzgün hesab edir. Çünki Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

45. Məhkəmə kollegiyası qeyd edir ki, MPM-in 77.1-ci maddəsinə əsasən iddia tələbinin sübuta yetirilməsi iddiaçının üzərinə düşsə də, iddiaçı öz tələblərini qismən sübuta yetirmiş, sübuta yetirilən hissədə iddia təmin, sübuta yetirilməyən hissədə isə rədd edilmişdir.

46. Apellyasiya instansiyası məhkəməsi iddiaçının iddia ərizəsində və apellyasiya şikayətində istinad etdiyi sübutları (aktlar və abonentin saldosu) Mülki Prosessual Məcəllənin 88-ci maddəsinə uyğun olaraq düzgün qiymətləndirmişdir.

47. Məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin hazırki qərarın 26-30-cu bəndlərində əks edilən mövqeyi ilə razılaşır və bu səbəbdən əlavə şərhə zərurət görmür.

48. Kassasiya şikayətinin dəlillərinə gəldikdə, məhkəmə kollegiyası qeyd edir ki, bu dəlillər apellyasiya şikayətinin də dəlilləri olmuş və məhz onlara qiymə t verməklə apellyasiya instansiyası məhkəməsi yuxarıda göstərilən nəticəyə gəlmişdir.

49. Məhkəmə kollegiyası qeyd olunanlara əsasən belə qənaətə gəlir ki, apelyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti təmin olunmamalıdır.

50. Yuxarıda göstərilənləri və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İddiaçı kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-5324/2023 nömrəli, 06 sentyabr 2023-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar