Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-4766/2019 08.07.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası Ali Məhkəmənin hakimləri Rüstəmov Əli Məhəmməd oğlu (sədrlik edən və məruzəçi), Əhmədova Mehparə Tofiq qızı və Nurməmmədov Əhməd Güləhməd oğlundan ibarət tərkibdə, Cumazadə Ceyhun Rizvan oğlunun katibliyi, iddiaçı "İddiaçı" ASC-nin vəkili Vəkil iştirakları ilə, İddiaçı Ləğv Prosesində olan "İddiaçı" ASC-nin Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 26 fevral 2019-cu il tarixli qətnaməsindən verdiyi kassasiya şikayəti üzrə işə baxaraq, MÜƏYYƏN ETDİ: Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 11 oktyabr 2018-ci il tarixli qətnaməsi ilə (hakim: X.B.Məhərrəmova; 2(004)-6866/2018) iddiaçı ləğv prosessində olan "İddiaçı" ASC-nin Cavabdeh qarşı kredit müqaviləsi üzrə borcun qaytarılması barədə iddia tələbi təmin edilməmiş, iş üzrə ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 26 fevral 2019-cu il tarixli qətnaməsi ilə (R.Ə.Qurbanov (sədrlik edən və məruzəçi), E.Q.Nəbiyev və A.Ə.Hüseyn iş 2(103)-2290/2019) iddiaçı ləğv prosesində olan "İddiaçı"ASC tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)6866/2018 saylı mülki iş üzrə qəbul etdiyi 11 oktyabr 2018-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. İşin halları İddiaçı ləğv prosesində olan "İddiaçı"ASC Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət e dərək, Cavabdeh ********* nömrəli, 16.07.2013-cü il tarixli kredit müqaviləsinə 16.07.2018-ci il tarixə əsas borc üzrə 1737,28 manat, faiz borcu üzrə 1433, 07 manat, cərimə borcu üzrə 333,68 manat, cəmi 3504, 03 manat məbləğində borcun və ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun iddiaçının xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbini onunla əsaslandırilmışdır ki, "İddiaçı" ASC ilə Cavabdeh arasında bağlanmış ********* nömrəli, 16.07.2013-cü il tarixli kredit müqaviləsinə əsasən bank tərəfindən Cavabdeh 24 ay müddətinə,illik 24% olmaqla 5000 manat məbləğində kredit verilmişdir. Kreditin müddəti 16 iyul 2015-ci il tarixdə bitmişdir. Cavabdeh kredit müqaviləsinin şərtlərini pozmuş, üzərinə düşən öhdəlikləri laziminca yerinə yetirməmişdir. Hazırda cavabdehin banka 16.07.2018-ci il tarixə əsas borc üzrə 1737,28 manat, faiz borcu üzrə 1433, 07 manat, cərimə borcu üzrə 333,68 manat, cəmi 3504, 03 manat borcu vardır. Cavabdehə dəfələrlə yazılı və şifahi qaydada xəbərdar edilməsinə baxmayaraq cavabdeh öhdəliyinin icra edilməsindən qərəzli olaraq yayınmışdır. Göstərilənləri nəzərə alaraq iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Kassasiya şikayətinin dəlilləri İddiaçı Ləğv prosesində olan "İddiaçı"ASC kassasiya şikayətində apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsini və işin yenidən baxılması üçün həmin məhkəməyə göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsi cavabdh tərəfindən məhkəməyə təqdim olunan iddia müddətin in tətbiqi barədə ərizəni nəzərə alaraq sözügedən kredit müqaviləsi üzrə iddia müddətinin axımının kredit müqaviləsinin bitdiyi 16 iyul 2015-ci ildən götürülməsi və iddia tələbini rədd edərək, Konstitusiya Məhkəməsi Plenumunun 03.06.2013-cü il tarixli, 24.12.2014-cü il tarixli və 08.05.2008-ci il tarixli qərarlarının tələbləri nəzərə alınmadan, həmçinin Azərbaycan Respublikası Mülki Məcəlləsinin 375.2,739.2-ci, MPM-nin 14.1-14.2, 417, 386-cı maddələrinin tələblərini pozaraq əsassız və qanunsuz qətnamə qəbul etmişdir. Tərəflərin izahatı Məhkəmə kollegiyasının iclasında iddiaçı "İddiaçı" ASC-nin vəkili Vəkil kassasiya şikayətinə uyğun izahat verərək, şikayətin təmin edilməsini xahiş etdi. Məhkəmə kollegiyası iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, cava bdeh heç bir üzrlü səbəb göstərmədən məhkəmə kollegiyasının iclasına gəlməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 415.3-cü maddəsinə əsasən onun iştirakı olmadan işə baxılmasını mümkün hesab edir. Hüquqi məsələlər Azərbaycan Respublikası MPM-nin 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yalnız maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunubolunmamasını yoxlayır. Kassasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki halları yoxlanmasa da, apellyasiya instansiyası məhkəməsinin maddi və prosessual hüquq normalarını düzgün tətbiq edib-etm əməsini yoxlayarkən, hüquqi məsələlərin düzgün qiymətləndirilməsi üçün işin faktiki hallarının nəzərə alınması və onlara istinad olunması vacibdir. Kassasiya instansiyası məhkəməsinin işin müəyyənləşdirilmiş faktiki hallarına istinad etməsi faktiki halların yoxlanılması və araşdırılması hesab olunmamalıdır.Qeyd etmək lazımdır ki, işin faktiki hallarının prosessual qanunvericiliyin tələblərinə riayət edilmədən müəyyən olunması ədalətli məhkəmə araşdırılması hüququnun pozulmasına dəlalət etməklə mübahisə ilə əlaqədar qəbul edilmiş hüquqi akta təsir göstərə bilər. Apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmiş işin hallarından və məhkəmə iclasında tədqiq edilmiş sənədlərdən o, cümlədən görünür ki, İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış 16 iyul 2013-cü il tarixli ******** * saylı kredit kartı vasitəsi ilə verilən kredit xətti müqaviləsindən görünür ki, İddiaçı ASC Cavabdeh illik 24% borc faizləri ödəməsi şərtilə, 24 ay müddətinə 5000 manat məbləğində kredit vermiş, borc alan isə bü müqaviləyə əsasən krediti qəbul etməyi, bu müqavilədə göstərilən müddətdə və qaydada krediti və kredit üzrə hesablanacaq faizləri borc verənə qaytarmağı öhdəsinə götürmüşdür. Ləğv prosesində olan İddiaçı ASC-nin 17.07.2018-ci il tarixli maliyyə arayışından görünür ki, borclu Cavabdeh 16.07.2013-cü il tarixli ********* saylı kredit müqaviləsinə əsasən kredit üzrə maliyyə arayışının təqdim edilmə gününə əsas borcu 1737,28 manat, kredit üzrə maliyyə arayışının təqdim edilmə gününə faiz borcu 1433,07 manat, kredit üzrə maliyyə arayışının təqdim edilmə gününə cərimə borcu 333,68 manat, kredit üzrə maliyyə arayışının təqdim edilmə gününə cəmi borc 3504,03 manat təşkil edir. Həmin arayışla həmçinin müəyyən olunur ki, Cavabdeh 09.06.2014-cü il tarixdə 374 manat məbləğində kredit üzrə son ödəniş etmişdir, Cavabdeh 16.07.2013-cü il tarixli müqavilənin müddətinin sonuna, yəni 16.07.2015-ci il tarixə olan faiz borcu 187,70 manat təşkil edir. İş materiallarında olan kredit müqaviləsi üzrə hesabdan çıxarışından görünür ki, Cavabdeh tərəfindən son ödəniş 09.06.2014-cü il tarixdə 374 manat məbləğində ödəniş edilmişdir. 11.07.2018-ci il tarixli xəbərdarlıqdan görünür ki, Cavabdeh ləğv prosesində olan İddiaçı ASC-yə olan borcun ödənilməsi, əks təqdirdə məhkəməyə müraciət ediləcəyi barədə ləğv prosesində olan İddiaçı ASC tərəfindən xəbərdarlıq edilmişdir. Apellyasiya instansiyası mə hkəməsi haqlı olaraq hesab etmişdir ki, iddia rədd edilməlidir. Beləki, tərəflər arasında bağlanmış kredit müqaviləsinin şərtlərinə görə kredit 24 ay müddətinə verilmiş və kreditdən istifadə müddəti 16.07.2015-ci il tarixdə başa çatır. Hazırki iddia ərizəsi isə 07.08.2019-ci il tarixdə, yəni 16.07.2015-ci il tarixdən hesablanmaqla 3 il 21 gün gecikdirdikdən sonra verilmişdir. Azərbaycan Respublikası Mülki Məcəllənin 372.1 və 372.2-ci maddələrinin tələblərinə görə başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir. Hüququ pozulmuş şəxsin iddiası ilə hüququn müdafiəsi üçün müddət iddia müddəti sayılır. Həmin Məcəllənin 373.2-ci maddəsinə görə müqavilə tələbləri üzrə iddia müddəti üç il, daşınmaz əşyalarla bağlı müqavi lə tələbləri üzrə iddia müddəti isə altı ildir. Qeyd olunan Məcəllənin 375.2-ci maddəsinə görə məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 03.06.2013-cü il tarixli qərarına əsasən kredit münasibətlərindən yaranan mübahisələrə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2-ci maddəsində nəzərdə tutulan üç illik iddia müddəti tətbiq edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 377.2-ci maddələrinin mənasına görə kredit müqaviləsində başqa hal nəzərdə tutulmayıbsa, iddia müddətinin axımı bu müqavilədə müəyyənləşdirilmiş bütün öhdəliklər üzrə icra müddəti bitdikdə başlanır. İddiaçının Mülki Məcəllənin 373.2-ci maddəsində müəyyən edilmiş iddia müddəti keçdikdən sonra məhkəməyə müraciət etdiyini, hazırkı işdə Mülki Məcəllənin 379 və 380ci maddələrində göstərilən iddia müddəti axımının dayandırılması və kəsilməsi hallarının müəyyən olunmadığını, həmçinin iddiaçı tərəfindən iddia müddətinin üzrlü səbəblərdən ötürülməsi barədə sübutların təqdim edilmədiyini və cavabdeh tərəfindən iddia müddətinin tətbiqi barədə ərizənin verildiyini nəzərə alaraq məhkəmə kollegiyası hesab edir ki, iddia müddətinin keçməsi səbəbinə görə iddia rədd edilməlidir. Apellyasiya instansiyası məhkəməsi düzgün olaraq hesab etmişdir ki, apellyasiya şikayətinin dəlilləri əsassızdır. Belə ki, Azərbaycan Respu blikası Konstitusiya Məhkəməsi Plenumunun 03.06.2013-cü il tarixli qərarında birbaşa ifadə olunmuşdur ki, kredit münasibətlərindən yaranan mübahisələrə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2-ci maddəsində nəzərdə tutulan üç illik iddia müddəti tətbiq edilməli və iddia müddətinin axımı müqavilədə müəyyənləşdirilmiş bütün öhdəliklər üzrə icra müddəti bitdikdə başlanır. Tərəflər arasında bağlanmış kredit müqaviləsində də bütün öhdəliklər üzrə icra müddəti 16.07.2015-ci il tarixi müəyyən edilmişdir. Həmin tarixdən Mülki Məcəllənin 373.2-ci maddəsində müəyyən edilmiş 3 illik iddia müddətini hesabladıqda isə müəyyən edilir ki, iddiaçı 16 iyul 2018-ci il tarixədək cavabdehə qarşı iddia irəli sürə bilərdi. Lakin iddiaçı iddia müddəti keçdikdən sonra, yəni 07 avqust 2018-ci il tarixdə h azırkı iddianı qaldırmışdır. Bundan başqa iddiaçının müqavilənin qüvvədə olma müddətinin öhdəliklərin tam icra edilməsi ilə əlaqələndirilməsi və həmçinin tərəflər arasında bağlanmış kredit müqaviləsinin 9.1 -ci bəndi əsassızdır. Belə ki, həmin bəndə əsasən bu müqavilə bağlandığı andan qüvvəyə minir və borcalan və ya üçüncü şəxs tərəfindən müqavilə üzrə öhdəliklər tam yerinə yetirilən ana qədər qüvvədə qalır. Kollegiya qeyd edir ki, müqavilənin qüvvədə olma müddətinin öhdəliklərin tam icra edilməsi ilə əlaqələndirilməsi Mülki Məcəllənin 372-384-cü maddələrində nəzərdə tutulmuş iddia müddətinin və həmin Məcəllənin 550-554-cü maddələrində nəzərdə tutulmuş müddətin keçməsinə görə öhdəliyin xitamının tətbiqini qeyri-mümkün edir. Çünki bu halda öhdəliklər icra edilməyənədək müddətin axımı başlan mır, öhdəliklər tam icra olunduqda isə müddətin hesablanmasına ehtiyac olmur. Apellyasiya instansiyası məhkəməsi haqlı olaraq iş üzrə müəyyən edilmiş halları və yuxarıda göstərilən maddələrin tələblərini nəzərə alaraq nəticəyə gəlmişdir ki, tərəflər arasında bağlanmış kredit müqaviləsinin 9.1-ci bəndi Mülki Məcəllənin tələblərinə zidd olduğu üçün etibarsızdır. Birinci instansiya məhkəməsinin qətnaməsi qanuni və əsaslı olmaqla işin hallarına uyğundur, apellyasiya şikayətində irəli dəlillər isə əsassızdır və mahiyyətcə düzgün olan birinci instansiya məhkəməsinin qətnaməsinin ləğvi üçün əsas ola bilməz. Azərbaycan Respublikası MPM-nin 372.1-ci maddəsinin tələbinə müvafiq olaraq tam hüquqlu məhkəmə kimi iş üzrə toplanmış sübutları tədqiq edib onlara hüquqi qiymət verərək apellyasiya instansiya sı məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmaqla qanuni və əsalı olduğunagörə həmin qətnaməni dəyişdirmədən saxlamışdır. İşin şərh olunan hallarını müzakirə edərək məhkəmə kollegiyası nəticəyə gəlir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən iş üzrə maddi və prosessual hüquq normaları düzgün tətbiq edilməklə qanuni və əsaslı qətnamə qəbul edildiyinə görə qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Kassasiya şikayətinin dəlilləri əsassız olduğu üçün qanuni və əsaslı olan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi üçün əsas ola bilməz. Ona görə də kassasiya şikayəti təmin olunmamalıdır. Göstərilənlərəəsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 416-419-cu maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: Kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 26 fevral 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-4766/2019
Ali Məhkəmə Qərar — İş №2(102)-4766/2019
08.07.2019 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver