Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-4768/2021 02.09.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı ASC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iş üzrə QƏRARİ (Açar sözlər: kreditin, ona hesablanmış faiz və cərimənin qaytarılması) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası hakim Həsənov Vüqar Təvəkgül oğlunun sədrliyi və məruzəsi, hakimlər Əhmədov Əhməd Abbas oğlu və Şəfiyev İspəndiyar Əsəd oğlundan ibarət tərkibdə, Abbaszadə Sima Elçin qızının katibliyi, Cavabdeh1 iştirakı ilə, Şəki Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(107)-748/2021 nömrəli iş üzrə 31 mart 2021-ci il tarixli qətnaməsindən İddiaçı ASC tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə 02 sentyabr 2021-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları 23.07.2017-ci il tarixli arayışda, Cavabdeh1 qeyd edilən müqavilə üzrə 2214.99 ABŞ dolları məbləğində əsas borcu, 1116.38 ABŞ dolları məbləğində faiz borcunun olduğu göstərilir. 21.02.2020-ci il tarixli arayışda, Cavabdeh1 həmin tarixə banka 819.39 ABŞ dolları məbləğində əsas borcu, 410.77 ABŞ dolları məbləğində faiz borcu və 17.65 ABŞ dolları məbləğində məhkəmə xərci borcunun olduğu göstərilir. Cavabdeh1 ünvanlanmış 12.07.2017-ci il tarixli bildirişlə borcun ödənilməsi xahiş edilmişdir. Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” 551 nömrəli 28.02.2019-cu il tarixli Fərm anının icrası ilə bağlı X1 hesabına 19.04.2019-cu il tarixdə 1.395,60 ABŞ dolları məbləğində ödəniş edilmişdir. Ağsu Rayon Məhkəməsinin 19.03.2018-ci il tarixli qərardadı əsasında təyin edilmiş məhkəmə-mühasibatlıq ekspertizasının 12351 saylı, 22.04.2019-cu il tarixli rəyindən görünür ki, rəyin tədqiqat hissəsində göstərilənlərə əsasən, İddiaçı ASC ilə Nəzifə Ocaqqulu qızı arasında bağlanmış 09.09.2014-cü tarixli, MK/38550/44/10 №-li kredit müqaviləsi üzrə 30.11.2017-ci il tarixə ödənilməli olan borc məbləği əsas borc üzrə 1118.28 ABŞ dolları, faiz borcu üzrə 741.67 ABŞ dolları, cəmi 1.859,95 ABŞ dolları məbləğində müəyyən edilmişdir. Ağsu Rayon Məhkəməsinin 26.09.2019-cu il tarixli qərardadı əsasında təyin edilmiş təkrar məhkəmə-mühasibatlıq ekspertizasının 27056 saylı, 16.01.2020-ci il t arixli rəyindən görünür ki, rəyin tədqiqat hissəsində göstərildiyi kimi, iş materiallarında olan sənədlərə əsasən 30.11.2017-ci il tarixə ödənilməli olan borc məbləği 1.280,37 ABŞ dolları məbləğində, o cümlədən əsas borc üzrə 1118.28 ABŞ dolları, faiz borcu üzrə 162,09 ABŞ dolları müəyyən edilir. Bundan başqa qeyd edilir ki, iş materiallarında kreditin kompensasiyası haqqında çıxarış öz əksini tapmışdır ki, həmin çıxarışda borcun azaldılmasına yönəldilən məbləğ 2372,52 manat göstərilmişdir. Bütün yuxarıda göstərilənlər nəzərə alınmaqla İddiaçı ASC ilə X3 arasında bağlanmış kredit müqaviləsi üzrə kreditin kompensasiyası haqqında çıxarışda göstərilən tarixə borclu X3 tərəfindən banka ödənilməli olan borc məbləği müəyyən edilmir. O cümlədən: 2372,52- 1280,37 (kredit borcu) x 1,7=195,89. Yəni İddiaçı ASC ilə X3 arasında bağlanmış 09.09.2014-cü il tarixli, MK/38550/44/10 №-li kredit müqaviləsi üzrə X2 195.89 manat məbləğində pul vəsaitinin qaytarılmalı olması müəyyən edilmişdir. Ağsu Rayon Məhkəməsinin 10.03.2020-ci il tarixli qərardadı əsasında təyin edilmiş təkrar məhkəmə-mühasibatlıq ekspertizasının 9/1220 saylı, 27.07.2020-ci il tarixli rəyindən görünür ki, rəyin tədqiqat hissəsində göstərilənlərə əsasən, Cavabdeh1 krediti üzrə banka ödənilmiş pul vəsaitlərinə dair ödəniş qəbzləri, hesabdan çıxarış məlumatları, 05.11.2012ci il tarixli kredit şərtləri müqaviləsi, 09.09.2014-cü il tarixli, MK/38550/44/10 nömrəli kredit sazişi və Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3., 399.4., 445. və 497-cu maddələrinin bəzi müddəlarının şərh edilməsinə” dair 24 dekabr 2014-cü il tarixli qərarı nəzərə alınmaqla (kredit müqaviləsinin bitmə tarixindən illik 5% ilə faiz borcu hesablanmaqla) Cavabdeh1 09.12.2015-ci il tarixə (kredit müqaviləsi müddətinin bitmə tarixi) banka olan borcu 1.202,93 ABŞ dolları məbləğində və 30.11.2017-ci il tarixə (sualda göstərilən tarix) banka olan borcu 1.314,45 ABŞ dolları məbləğində, o cümlədən faiz borcu üzrə 7.21 ABŞ dolları, əsas borc üzrə 1195.72 ABŞ dolları, 30.11.2017-ci il tarixə faiz borcu üzrə 118.72 ABŞ dolları, əsas borc üzrə 1195.72 ABŞ dolları müəyyən edilmişdir. Rəyin tədqiqat hissəsində göstərilənlərə əsasən, tərəflər arasında bağlanmış kredit sazişi üzrə təqdim edilmiş hesabdan çıxarış məlumatlarına əsasən Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respub likasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” 551 nömrəli 28.02.2019-cu il tarixli Fərmanının icrası ilə bağlı X1 hesabına 19.04.2019-cu il tarixdə 1.395,60 ABŞ dolları məbləğində ödəniş edilmiş və həmin məbləğ bank tərəfindən əsas borca silinmişdir. Rəyin təsviri hissəsində göstərilən və hazırki tədqiqatla İddiaçı ASC ilə X3 arasında bağlanmış kredit müqaviləsi üzrə Cavabdeh1 30.11.2017-ci il tarixə (sualda göstərilən tarix) müəyyən edilmiş 1.314,45 ABŞ dolları məbləğində banka olan borcundan 19.04.2019-cu il tarixdə Cavabdeh1 hesabına ödənilmiş 1.395,60 ABŞ dolları çıxıldıqda hal-hazıra kredit borcu tam ödənilmiş və 80,55 ABŞ dolları məbləğində artıq ödəmə müəyyən edilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları Birinci instansiya məhkəməsi ndə icraat İddiaçı ASC əmr icraatı qaydasında ərizə ilə məhkəməyə müraciət edərək 2214.99 ABŞ dolları əsas və 1116.38 ABŞ dolları faiz borcunun, cəmi 3331.37 ABŞ dolları və ödənilmiş 20 manat məbləğində dövlət rüsumunun Cavabdeh1 və Cavabdeh2 İddiaçı ASC-nin xeyrinə tutulmasına dair məhkəmə əmrinin verilməsini xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, Cavabdeh1 ilə İddiaçı ASC arasında 09.09.2014cü il tarixli kredit müqaviləsinə əsasən bank borcluya 15 ay müddətinə, illik 31% olmaqla 6000 ABŞ dolları məbləğində kredit vermişdir. Cavabdeh2 isə onun öhdəliklərinə zamin durmuşdur. Borclu borcu ödəməkdən yayınır. Ağsu Rayon Məhkəməsinin 30.11.2017-ci il tarixli məhkəmə əmrinə əsasən 2214.99 ABŞ dolları əsas və 1116.38 ABŞ dolları faiz borcunun, cəmi 3331.37 ABŞ dolları məbləğinin məh kəmə əmrinin icra olunduğu günə olan manatın məzənnəsi ilə hesablanmaqla borc və ödənilmiş 20 manat məbləğində dövlət rüsumunun Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada alınaraq İddiaçı ASC-yə ödənilməsi müəyyən edilmişdir. Ağsu Rayon Məhkəməsinin 08 oktyabr 2020-ci il tarixli qətnaməsi ilə (hakim E.Hümbətov, iş № 2(016)-250/2020) İddiaçı ASC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı kreditin, ona hesablanmış faiz və cərimənin qaytarılması barədə iddiasının rədd edilməsi, iş üzrə keçirilmiş ekspertiza tədqiqatlarının dəyərləri olan 395 (üç yüz doxsan beş) manat məbləğində pul vəsaitinin İddiaçı ASC-dən alınaraq Məhkəmə Ekspertizası Mərkəzinin VÖEN **********, AZ34CTRE******************** hesabına ödənilməsi qət edilmişdir. Birinci instansiya məhkəməsində hesab etmişdir ki, 27056 saylı, 1 6.01.2020-ci il tarixli və 9/1220 saylı, 27.07.2020-ci il tarixli rəylərin zəruri sənədlərə və qanunvericilik aktlarına əsaslanmaqla verildiklərini nəzərə alaraq həmin rəylərlə razılaşır və onun iddiaçıya borcunun qalmadığına dair cavabdehin qeyd edilən rəylərlə tamamlanan dəlillərini işin hallarına uyğun sayır. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarmalı olduğundan iddiaçı isə dəbbə pulu və ya cərimənin tutulmasını tələb etmədiyindən, eləcədə cavabdehin öhdəliyini lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etməsi təsdiq edilmədiyindən, ekspertlərin cərimə ilə bağlı fikir bildirməmələri bu rəylərin əsassızlığına səbəb ola bilməz. İddiaçı və Cavabdeh1 arasında bağlanmış 09.09.2014-ci il tarixl i kredit müqaviləsinə əsasən hazırda cavabdehin iddiaçıya olan borcu tamamilə ödənildiyindən iddia tələbi təmin edilməməlidir. Apelyasiya instansiyası məhkəməsində icraat Şəki Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının 31 mart 2021-ci il tarixli qətnaməsi ilə (hakimlər Ə.Məcidov (sədrlik edən və məruzəçi), M.Əsədli, A.Mahmudov, iş № 2(107)748/2021) iş üzrə Ağsu Rayon Məhkəməsinin 08 oktyabr 2020-ci il tarixli 2(016)-250/2020 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmış, İddiaçı ASC-nin nümayəndəsi Nümayəndə tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmişdir. Apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, birinci instansiya məhkəməsi qətnamə qəbul edərkən düzgün nəticəyə gəldiyindən və qətnamə faktlar nöqteyinəzərindən qanuni və əsaslı, mahiyyəti üzrə isə düzgün olduğundan, işdə qətnamənin apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar yoxdur. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları Kassasiya şikayətinin dəlilləri İddiaçı ASC (vəkil Nümayəndə) kassasiya şikayətini onunla əsaslandırmışdırlar ki, işə baxarkən apelyasiya instansiyası məhkəməsi maddi və prosessual qanun pozuntularına yol vermişdir. Ona görə də, Şəki Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(107)-748/2021 nömrəli iş üzrə 31 mart 2021-ci il tarixli qətnaməsinin ləğv edilərək iddia tələbinin təmin edilməsi barədə yeni gərar qəbul edilməsini xahiş edir. Kassasiya şikayətinin dəlilləri apellyasiya şikayətinin dəlilləri ilə eynilik təşkil edir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. c ) Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə kollegiyası iclasında vəkilsiz iştirak etdiyinə görə Azərbaycan Respublikasının MPM-nin 67-ci maddəsinə əsasən məhkəmə kollegiyası Cavabdeh1 izahatını dinləməmişdir. Digər tərəf məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmişdir. Məhkəmə kollegiyası onun iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Kassasiya baxışının hədləri Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış v ə (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Belə ki, işin faktiki hallarının prosessual qanunvericiliyin tələblərinə riayət edilmədən müəyyən olunması ədalətli məhkəmə araşdırması hüququnun pozulmasına dəlalət etməklə mübahisənin hüquqi aktlara təsir göstərə bilər. Hazırda apellyasiya instansiya məhkəməsinin qətnaməsindən iddiaçı kassasiya şikayəti vermişdir. Bu səbəbdən apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin qanuniliyi kassasiya şikayətinin dəlillərinə uyğun tam yoxlanması təşkil edir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə da xil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 465.2-ci maddəsinə əsasən əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. 739.2-ci maddəsinə görə, kredit müqaviləsi üzrə bank və ya başqa kredit təşkilatı əqdlə nəzərdə tutulmuş həcmdə və şərtlərdə pulun (kredit) borcluya verilməsi öhdəliyini, borclu isə bu məbləğin qaytarılması və faizlərin ödənilməsi öhdəliyini öz üzərinə götürür. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim et dikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. 76.2-ci maddəsinə əsasən bu məlumatlar yazılı və maddi sübutlara, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə əsasən isə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və t am baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 101.3.-cü maddəsinə əsasən ekspertin rəyi məhkəmədə tədqiq olunur və digər sübutlarla yanaşı qiymətləndirilir. 103.1-ci maddəsinə əsasən ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir. 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. 416-cı maddəsinə əsasən kasasiya instansiyası məhkəməsi apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq norm alarının düzgün tətbiq edilməsini yoxlayır. 417.1.1-ci maddəsinə əsasən kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiya məhkəməsinin qətnamə və ya qərardadının dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Kassasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur. Kassasiya şikayətində apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsinin əsası kimi borc məbləğinin düzgün müəyyən edilməməsi, kifayət qədər sübutların olmasına baxmayaraq eksperiza təyin olunaraq həmin rəyin əsassız olaraq əsas götürülməsi ilə bağlı olmuşdur. İddiaçı eyni dəlillərlə bağlı apellyasiya instansiyası məhkəməsinə müraciət etmişdir. Lakin apellyasiya məhkəməsi müvafiq olaraq digər möhtəbər sübutlar olmadığına və məhkəmə-mühasibatlıq ekspertizasının rəyinin nəticələrinin işin hallarına uyğun olmasına əsaslanaraq borc məbləğinin müəyyən olmamasını qeyd etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 407.2.-ci maddəsinə əsasən, kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi “Məsumə Vəzirovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin MİÜMK-nın 14 may 2009-cu il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 21 iyun 2010-cu il tarixli qərarında qeyd etmişdir ki, kassasiya instansiyası məhkəməsi heç bir halda aşağı instansiya məhkəməsinin səlahiyyətlərini öz üzərinə götürməməlidir. Kassasiya instansiyası məhkəməsi mülki işin aşağı instansiya məhkəmələri tərəfindən müəyyən edilməmiş yeni hallarını müəyyən etməsinə həmin hallara maddi hüquq normalarını tətbiq etməsi üçün hüquqi əsas mövcud deyildir. Əks yanaşma Azərbaycan Respublikasında kassasiya qaydasında ədalət mühakiməsi ni həyata keçirən Ali Məhkəmənin Konstitusiya hüquqi statusunu müəyyən edən Konstitusiyanın 131-ci maddəsinin məzmununa uyğun olmazdı. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi iş üzrə müəyyən etdiyi faktiki hallara maddi hüquq normalarını düzgün tətbiq etmiş, prosessual qanun pozuntularına yol verməmişdir. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, apelyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti təmin olunmamalıdır. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İddiaçı ASC tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Şəki Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(107)-748/2021 nömrəli iş üzrə 31 ma rt 2021-ci il tarixli qətnaməsi mübahisələndirilən hissədə - İddiaçı ASC-yə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-4768/2021
Ali Məhkəmə Qərar — İş №2(102)-4768/2021
02.09.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver