Məhkəmə qərarları › İş №2(102)-4768/2023

Ali Məhkəmə Qərar — İş №2(102)-4768/2023

20.12.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-4768/2023 20.12.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı ASC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “borcun ödənilməsi və ipoteka predmetinə yönəldilməsi” tələbinə dair iddia ərizəsi üzrə QƏRARİ (Açar sözlər: apellyasiyanın qeyri-mümkün hesab edilməsi, apellyasiya şikayətinin verilməsi üçün prosessual müddət) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Şamayev Elşad Yaquboviçdən (sədrlik edən və məruzəçi), Vəliyeva Elşanə Rafiq qızından və Xıdırov Əhliman Mehman oğlundan ibarət tərkibdə, Şirvan Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 24 oktyabr 2023-cü il tarixli, 2(106)1228/2023 nömrəli qərardadından cavabdehl ər tərəfindən verilmiş kassasiya şikayəti üzrə mülki işə Azərbaycan Respublikası Ali Məhkəməsinin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakıları müəyyən etdi: İş üzrə qəbul edilmiş məhkəmə aktları:

1. Sabirabad Rayon Məhkəməsinin 15 mart 2022-ci il tarixli, 2(056)-29/2022 nömrəli qətnaməsi ilə (hakim N.A.Bağırov) iddia qismən təmin olunaraq, "xxxx" İKB ASC ilə Cavabdeh1 arasında bağlanmış 02 dekabr 2014-cü il tarixli kredit müqaviləsi üzrə 19 mart 2021-ci il tarixə yaranmış 29866,37 ABŞ dolları əsas kredit borcu, müqavilənin bitdiyi 02 dekabr 2019-cu il tarixə 30030,21 ABŞ dolları faiz borcu, müqavilənin bitdiyi 02 dekabr 2019-cu il tarixdən – 19 mart 2021-ci il tarixədək dövr üçün illik 5 faiz dərəcəsi ilə hesablanmış 1937,17 ABŞ dolları faiz borcu və 200 ABŞ dolları c ərimə borcu olmaqla, ümumilikdə isə 62033,75 ABŞ dolları məbləğində pul vəsaitinin, həmçinin iddianın qaldırılması ilə bağlı ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun 15 manat hissəsinin, ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin qeydə alınmasına görə köçürülmüş 40 manat pulun 20 manat hissəsinin Cavabdeh1 tutulub İddiaçı ASC-nin hesabına köçürülməsi, yuxarıda qeyd olunan müqavilə üzrə tələb olunan pul vəsaitinin 02 dekabr 2014-cü il tarixli İpoteka (Girov) müqaviləsinə əsasən ipoteka ilə yüklü edilmiş Cavabdeh1 məxsus Abşeron rayonu Novxanı kəndində yerləşən 5 otaqlı 223,8 kv.m ümumi, 115,30 kv.m yaşayış, 108,5 kv.m yardımçı sahədən ibarət fərdi yaşayış evinə və 0,06 ha torpaq sahəsinə yönəldilməsi, həmin fərdi yaşayış evi və torpaq sahəsinin 94000 manat məbləğində i lkin satış qiyməti ilə açıq hərraca çıxarılaraq satılması, satışdan əldə edilən pul vəsaitinin yuxarıda göstərilən pul tələblərinin təmin edilməsi məbləğində İddiaçı ASC-yə ödənilməsi, satışdan əldə olunmuş pul vəsaitinin qalan (tələbdən artıq məbləğ) hissəsinin Cavabdeh1 verilməsi, ipoteka predmeti - Abşeron rayonu Novxanı kəndində yerləşən 5 otaqlı 223,8 kv.m ümumi, 115,30 kv.m yaşayış, 108,5 kv.m yardımçı sahədən ibarət fərdi yaşayış evi və 0,06 ha torpaq sahəsi açıq hərracda satıldıqdan sonra, ən geci 1 ay ərzində cavabdehlər Cavabdeh1 və Cavabdeh2 fərdi yaşayış evindən və 0,06 ha torpaq sahəsindən istifadə hüquqlarının itirilmiş hesab edilməsi, onların həmin fərdi yaşayış evindən çıxarılması, evin və torpaq sahəsinin boşaldılaraq İddiaçı ASC-yə təhvil verilməsi vəzifəsinin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 üzərinə qoyulması qət edilmişdir.

2. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 apellyasiya şikayəti verərək, Sabirabad Rayon Məhkəməsinin 15 mart 2022-ci il tarixli, 2(056)-29/2022 nömrəli qətnaməsinin ləğv edilməsi və iddia tələbinin təmin edilməməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişlər.

3. Şirvan Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 24 iyul 2023-cü il tarixli, 2(106)-1228/2023 nömrəli qərardadı ilə apellyasiya şikayəti icraata qəbul edilmişdir.

4. Sonradan, Şirvan Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 24 oktyabr 2023-cü il tarixli, 2(106)-1228/2023 nömrəli qərardadı ilə (hakim P.T.Əhmədovun sədrliyi və məruzəsi ilə, hakimlər T.S.Kərimovdan və İ.Q.Əsədovdan ibarət tərkibdə) apellyasiya şikayətinin icraata götürülməsinə dair Şirvan Apellyasi ya Məhkəməsinin Mülki kollegiyasının 24 iyul 2023-cü il tarixli, 2(106)-1228/2023 nömrəli qərardadı ləğv edilmiş, apellyasiya şikayəti qeyri-mümkün hesab edilərək, iş apellyasiya baxışından çıxarılmaqla birinci instansiya məhkəməsinə göndərilmişdir.

5. Apellyasiya instansiyası məhkəməsinin qərardadı onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsinin 15 mart 2022-ci il tarixli 2(056)-29/2022 nömrəli qətnaməsi 18 mart 2022-ci il tarixli məktubla rəsmi qaydada işdə iştirak edən şəxslərə göndərilmiş və işdə olan xəbərnaməyə əsasən Cavabdeh1 çatdırılmışdır. Qətnamədən apellyasiya şikayəti verilməsi üçün qanunla müəyyən edilmiş müddət keçdikdən sonra icra sənədi icraya yönəldilmiş, icra hərəkətləri, eləcə də hərrac həyata keçirilmiş və ipoteka predmeti olan fərdi yaşayış evi 24 yanv ar 2023-cü il tarixdə tələbkar İddiaçı ASC-nin xüsusi mülkiyyəti kimi daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatdan keçmişdir. Cavabdehlər və onların nümayəndəsi vəkil Nümayəndə 12 aprel 2023-cü il tarixdə məhkəməyə müraciət edərək, Sabirabad Rayon Məhkəməsinin 15 mart 2022-ci il tarixli qətnaməsindən məlumatlı olmadıqlarını və bundan yalnız icra hərəkətləri zamanı xəbərdar olduqlarını bildirərək, qətnamənin onlara verilməsini xahiş etmişlər. Cavabdehlər və onların nümayəndəsi həmin gün - 12 aprel 2023-cü il tarixdə qətnaməni əldə etdikdən sonra 11 may 2023-cü il tarixdə qətnamədən apellyasiya şikayəti verilmiş və Sabirabad Rayon Məhkəməsi apellyasiya şikayətinə baxılması üçün mülki işi Şirvan Apellyasiya Məhkəməsinə göndərmişdir. 6. 01 mart 2023-cü il tarixli etibarnamə ilə cavabdehlər vəkil Nümayəndə 01 mart 2028-ci il tarixədək nümayəndə olaraq bütün səlahiyyətlərini həvalə etmişlər. Cavabdehlər və onların nümayəndəsi 05 mart 2023-cü il tarixdə hərracın nəticələrinə dair protokolun etibarsızlığı və digər tələblərlə bağlı Bakı şəhəri Yasamal Rayon Məhkəməsində iddia qaldırmış, Bakı Apellyasiya Məhkəməsinin 24 iyul 2023-cü il tarixli, 2(103)-4486/2023 nömrəli qərardadı ilə hazırkı mülki iş üzrə çıxarılacaq məhkəmə aktı qanuni qüvvəyə minənə qədər həmin iş üzrə icraat dayandırılmışdır. Qeyd edilən (protokolun etibarsızlığı və digər tələblər üzrə) iddia ərizəsindən görünür ki, o, 05 mart 2023-cü il tarixdə imzalanmışdır. Orada cavabdehlər adıçəkilən qətnamədən məlumatlarının olmadığını bildirmişlər. Habelə, həmin ərizənin məzmunundan 02 fevral 2023-cü il tarixdə vəkilin i şdən məlumatlı olması və müvafiq sorğu ilə İddiaçı ASC-yə müraciət etməsi aşkar olur.

7. Eyni zamanda, istər protokolun etibarsızlığı və digər tələblərlə bağlı digər iş üzrə iddia ərizəsində, eləcə də hazırkı iş üzrə apellyasiya şikayətində yazışmaların aparılmasının istənildiyi ünvan olaraq ünvan 1in 15 mart 2022-ci il tarixli 2(056)-29/2022 nömrəli qətnaməsi 18 mart 2022-ci il tarixli məktubla rəsmi qaydada Cavabdeh1 (Sabirabad rayonu Moranlı kəndi) çatdırılmış (xəbərnamənin poçta daxil olma və çıxmasının möhür tarixləri 01 iyul və 04 iyul 2022-ci ildir), habelə hazırkı mülki iş üzrə icraya yönəldilmiş icra sənədi üzrə icra hərəkətləri zamanı Əmlak Hərrac Mərkəzinin müvafiq sənədləri cavabdehlərə göndərilmişdir. Belə ki, işə əlavə edilmiş poçt reyestrlərinə əsasən (poçt möhürlərinin tari xi: 17 noyabr 2022-ci il, 06 dekabr 2022-ci il və 23 dekabr 2022-ci il) adıçəkilən sənədlər və məlumatlar Cavabdeh1 Sabirabad rayonu Moranlı kəndinə və eyni zamanda faktiki yaşayış ünvanı Abşeron rayonu Novxanı kəndinə göndərilmişdir.

8. Beləliklə, cavabdehlər Cavabdeh1 və Cavabdeh2, həmçinin onların nümayəndəsi vəkil Sadıqlı X1 Rayon Məhkəməsinin 15 mart 2022-ci il tarixli, 2(056)29/2022 nömrəli qətnaməsindən apellyasiya şikayəti vermə müddətini ötürmədiklərini bildirsələr də, bu hal iş materialları ilə tamamilə təkzib edilir.

9. Qərardad Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 8, 130.1, 130.3, 363.1.3, 384.0.6-cı maddələri, Avropa İnsan Hüquqları Məhkəməsinin və Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun qərarları ilə əsaslandırılmışdır. Kassasiya şikayəti nin və ona etirazın dəlilləri:

10. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 kassasiya şikayəti verərək, Şirvan Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 24 oktyabr 2023-cü il tarixli, 2(106)1228/2023 nömrəli qərardadının ləğv edilməsi və apellyasiya şikayətinin baxılması üçün iş materiallarını apellyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

11. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən Mülki Prosessual Məcəllənin 134.1.5, 135.2-135.5, 360-cı maddələrinin tələbləri pozulmuşdur. Belə ki, cavabdeh X2 ümumiyyətlə məhkəmə qətnaməsi rəsmi qaydada verilməmiş, ona ünvanlanmış məhkəmə qətnaməsinin olduğu poçt göndərişi geri qayıtmış, iş materiallarına əlavə olunmuşdur. Apellyasiya məhkəməsinin istin ad etdiyi 18 mart 2022-ci il tarixli məktubla 01 iyul 2022-ci il tarixdə Moranlı kənd poçtuna daxil olmuş və 04 iyul 2022-ci il tarixdə çıxmış xəbərnamədən məhkəmə qətnaməsinin Cavabdeh1 verilməsi təsdiq olunmur. Qətnamə cavabdehlərə ərizələri əsasında 12 aprel 2023-cü il tarixdə verilmiş, 11 may 2023-cü il tarixdə isə müddət ötürülmədən apellyasiya şikayəti verilmişdir.

12. Kassasiya şikayətinə Azərbaycan Respublikası MPM-in 10.8-1 və 414.1-ci maddələrinə uyğun olaraq yazılı icraat qaydasında baxılmışdır.

13. Kassasiya şikayətinə qarşı etiraz verilməmişdir. Tətbiq edilən hüquq:

14. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 10-1.3-cü maddəsinə əsasən kommersiya mübahisələri üzrə məhkəmə icraatı, habelə “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə məhkəmə icraatı, o cümlədən ərizə, şikayət və digər sənədlərin göndərilməsi, qəbulu, habelə məhkəmə sənədlərinin məhkəməyə və proses iştirakçılarına çatdırılması “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə həyata keçirilir. 130.1-ci maddəsinə əsasən qanunla müəyyən edilmiş və ya məhkəmə tərəfindən təyin edilmiş müddət keçdikdə, prosessual hərəkətləri etmək hüququ keçmiş olur. 360-cı maddəsinə əsasən apellyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində verilə bilər. 363.1.3-cü maddəsinə əsasən apellyasiya şikayəti müəyyən edilmiş müddət keçdikdən sonra verilmişdirsə apellyasiya şikayəti birinci instansiya məhkəməsi tərəfindən qaytarılır. 363.4-cü maddəsinə əsasən bu Məcəllənin 363.1.1 və 363.1.2-ci maddələrində göstərilmiş hallar aradan qaldırıldıqdan sonra şikayəti vermiş şəxs yenidən məhkəməyə ümumi qaydada apellyasiya şikayəti ilə müraciət edə bilər. 416.1-ci maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. 416.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. 417.1.1-ci maddəsinə əsasən kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik e dilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Kassasiya instansiyası məhkəməsinin mövqeyi:

15. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi səlahiyyətləri çərçivəsində iddiaçının apellyasiya şikayətinin mümkünlüyünü yoxlayarkən müəyyən etmişdir ki, apellyasiya şikayətinin verilməsi ilə bağlı prosessual müddət ötürülmüşdür.

16. Belə ki, apellyasiya instansiyası məhkəməsi iş materiallarında olan sənədlərə istinad edərək müəyyən etmişdir ki, hazırki iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsindən cavabdehlərin məlumatı olmuş, lakin onlar apellyasiya şikayətinin prosessual müddəti ötürməklə vermişlər.

17. Məhkəmə kollegiyası apellyasiya məhkəməsinin bu mövqeyi ilə razılaşaraq qeyd edir ki, cavabdehlərin azı 17 noyabr 2022-ci il tarixdən (hərracın keçirilməsi barədə birinci bildiriş ünvanlarına çatdığı tarixdən) məlumatı olmuşdur. Həmçinin, cavabdehlər (onların hər ikisinin səlahiyyətli nümayəndəsi) hərrac təşkilatına qarşı qaldırdıqları iddia ərizəsində azı 02 fevral 2023-cü il tarixdən əmlakları ilə bağlı hərracın keçirilməsindən məlumatlı olduqlarını etiraf etmişlər.

18. Kassasiya şikayətində göstərildiyi kimi, cavabdehlərə həqiqətən qətnamə rəsmi qaydada təqdim edilmədiyi halda da, onlar məhkəmə aktının alınması üçün ağlabatan müddətdə hər hansı tədbir görməmiş, bununla bağlı birinci instansiya məhkəməsinə müraciət etməmişlər. 19. “Akif Həsənov Azərbaycana qarşı” məhkəmə işi üzrə qəbul etdiyi X4 Hüquqları Məhkəməsi göstərmişdir ki, “Hətta Bakı Apellyasiya Məhkəməsi onu məhkəməyə çağırmamış olsa və onun məhkəmə baxışında iştirakını təmin etm əmiş olsa belə (həmçinin qərarın surətini ərizəçiyə verməmiş olsa da), bu faktlar ərizəçinin özünün müvafiq orqanlardan öz şikayətinin nəticəsi barədə məlumat almaq üçün elementar addımlar atmaq öhdəliyindən azad etmir.”

20. Belə olan halda, məhkəmə kollegiyasının qənaətinə görə, cavabdeh tərəfin göstərilən davranışı prosessual hüquqlardan sui-istifadə kimi qiymətləndirməlidir. Cavabdehlər məhkəmə aktını əldə etmək üçün elementar hərəkətlər etmək imkanında olmuş, bu hərəkətlərin etməmələrinin riskini daşımalıdırlar.

21. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, cavabdehlərin apellyasiya şikayətinin qeyri-mümkün hesab olunmasına dair apellyasiya məhkəməsinin qərardadı qanuni və əsaslı olmuşdur. Kassasiya şikayətində göstərilənlər qanuni və əsaslı qərardadın ləğvi üçün əsas ola bilməz. O dur ki, apellyasiya instansiyası məhkəməsinin qərardadı dəyişiklik edilmədən, kassasiya şikayəti isə təmin edilmədən saxlanılmalıdır.

22. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 416-417, 419, 421ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Şirvan Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 24 oktyabr 2023-cü il tarixli, 2(106)-1228/2023 nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar