Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-4769/2019 24.06.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Əhmədova Mehparə Tofiq qızı (sədrlik edən və məruzəçi - hakim), Rüstəmov Əli Məhəmməd oğlu, Nurməmmədov Əhməd Güləhməd oğlundan ibarət tərkibdə, Əliyeva Tutu Nazim qızının katibliyi, İddiaçı Ləğv Prosesində olan İddiaçı ASC-nin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun vəkili Rnun iştirakı ilə, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 12.02.2019-cu il tarixli, 2(103)-1901/2019 nömrəli qətnaməsindən Cavabdeh və vəkili P tərəfindən verilmiş kassasiya şikayəti üzrə mülki işə baxaraq, MÜƏYYƏN ETDİ: Bakı şəhəri Nəsimi ray on Məhkəməsinin (hakim P.Hüseynov) 25.10.2018-ci il tarixli, 2(006)5376/2018 nömrəli qətnaməsi ilə iddiaçı Ləğv Prosesində olan İddiaçı ASC-nin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun Cavabdeh qarşı “əsas borcun və ona hesablanmış faizlərin tutulması” tələbinə dair iddiası qismən təmin olunaraq, 11.04.2016-cı il tarixli, 15/4 KX saylı kredit müqaviləsi üzrə 50000 manat əsas borcun, 10066.70 manat faiz borcunun, dövlət rüsumuna görə ödənilmiş 30 manatın, cəmi 60096.70 manat məbləğində pulun Cavabdeh alınaraq İddiaçı ASC-yə ödənilməsi qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının (hakimlər A.Hüseynov, A.İmanov, V.Sadıqov) 12.02.2019-cu il tarixli, 2(103)-1901/2019 nömrəli qətnaməsi ilə Cavabdeh tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməyərək, Bakı şəhəri N əsimi rayon Məhkəməsinin 25.10.2018-ci il tarixli, 2(006)-5376/2018 nömrəli qətnaməsinin mübahisələndirilən hissədə-iddianın təmin edilmiş hissəsində dəyişdirilmədən saxlanması qət edilmişdir. Cavabdeh və vəkili P iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 12.02.2019cu il tarixli qətnaməsindən kassasiya şikayətləri vermişlər. İşin halları: İddiaçı Ləğv Prosesində olan İddiaçı ASC-nin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun Cavabdeh qarşı “əsas borcun və ona hesablanmış faizlərin tutulması” tələbinə dair iddia ərizəsi ilə 20.08.2018-ci il tarixdə məhkəməyə müraciət edərək, İddiaçı ASC ilə arasında bağlanmış 11.04.2016-cı il tarixli, 15/4 KX saylı kredit müqaviləsi üzrə öhdəliklərin yerinə yetirilməməsinə görə Cavabdeh İddiaçı ASC-nin xeyrinə 50000 manat əsas borcun, 200 66.71 manat faiz borcunun, cəmi 70066.71 manat borcun, habelə ödənilmiş 30 manat dövlət rüsumunun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktları qəbul edilmişdir. Kassasiya şikayətinin dəlilləri və tərəflərin izahatları: Cavabdeh və vəkili P kassasiya şikayətini onunla əsaslandırmışlar ki, apelyasiya instansiyası məhkəməsi düzgün nəticəyə gəlməyərək iddiaçının şişirdilmiş məbləğlərini heç bir araşdırma aparmadan əsaslı bilmiş, birinci instansiya məhkəməsinin qəbul etdiyi qətnaməni dəyişiklik etmədən saxlamışdır. Halbuki, məhkəmə şikayəti araşdıran zaman cavabdehin etdiyi külli miqdarda ödənişləri nəzərə almaqla iddia tələbinə düzgün hüquqi qiymət verilməsi üçün iş üzrə məhkəmə-mühasibatlıq ekspertizası keçirməli idi. Cavabdeh bu barə də məhkəmələrə müraciət etsə də, heç bir məhkəmə instansiyası buna münasibət bildirməmişdir. Cavabdehin banka heç bir borcu yoxdur. Cavabdehin bankda olan əmanətlərinin borcu ilə əvəzləşdirilməsi ilə bağlı ərizəsi olmuş və bank bağlanmamışdan xeyli müddət öncə borc tamamilə bağlanmışdır. Lakin hansısa səbəbdən bank tərəfindən qeyd olunanlar məhkəmədən gizlədilmiş və nəticədə əsassız qətnamə qəbul edilmişdir. Cavabdeh tərəfindən edilmiş ödənişlərin əsas və ya faiz borcundan silinməsi məlum olmamış, məhkəmə kollegiyası bu halı da nəzərə almamış, iş üçün əhəmiyyəti olan halları aydınlaşdırmamışdır. Ona görə də onlar iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 12.02.2019-cu il tarixli, 2(103)-1901/2019 nömrəli qətnaməsinin ləğv edilməsini və kredit üzrə cavabdehin ödənişləri və əma nətləri ilə əvəzləşdirilməsi nəzərə alınmaqla iddia tələbi üzrə kreditlərin əsas və faiz borcları hissələrində mühasibatlıq ekspertizası keçirilməklə yenidən araşdırılması üçün işin apelyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə qərar çıxarılmasını xahiş etmişlər. İşdə iştirak edən şəxslər işə baxılmasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmişlər. Lakin, Cavabdeh və vəkili P məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 415.3-cü maddəsinə əsasən məhkəmə iclasına gəlməyən şəxslərin iştirakı olmadan işə baxılmasını mümkün hesab edir. Məhkəmə iclasında iştirak edən iddiaçı Ləğv Prosesində olan İddiaçı ASC-nin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun vəkili R kassasiy a şikayətinə etiraz edərək, şikayətin əsassız olduğunu bildirib şikayətin təmin edilməməsini xahiş etdi. Hüquqi məsələlər: Azərbaycan Respublikası MPM-in 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiqini yoxlayır. Apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmiş işin hallarından görünür ki, tərəflər arasında bağlanmış 11.04.2016-cı il tarixli, 115/4 KX saylı kredit müqaviləsinə əsasən, Bank borcalana illik 24 faiz dərəcəsi ilə 12 ay müddətinə 50000 manat kredit vermiş, cavabdeh krediti və ona hesablanacaq faizləri ödəməyi öhdəsinə götürmüşdür. Maliyyə arayışına əsasən cavabdehin müqavilə müddətinin bitdiyi 11.04.2017-ci il tarixə Banka 50000 manat əsas borcu, 10066,70 m anat məbləğində faiz borcu hesablanmışdır. Birinci instansiya məhkəməsi işin müəyyən edilmiş hallarına Azərbaycan Respublikası Mülki Məcəlləsinin 442, 443.1, 449.1, 739-cu maddələrini tətbiq etməklə belə nəticəyə gəlmişdir ki, iddia qismən təmin edilməli, müqavilənin bitdiyi tarixə yaranmış əsas və faiz borcu cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Məhkəmə kollegiyası hesab etmişdir ki, birinci instansiya məhkəməsi iddianın təmin edilmiş hissəsində mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir. Kassasiya kollegiyası kassasiya şikayətinin dəlilləri ilə bağlı qeyd edir ki, kassatorun kassasiya şikayətinin dəlilləri apelyasiya şikiayətinin dəlilləri ilə eynilik təşkil etmiş, apelyasiya instansiyası məhkəməsi həmin də lillərə cavabdeh tərəfindən göstərdiyi hallarla bağlı sübut təqdim edilməməsi ilə qiymət vermişdir. Kassasiya şikayətinin digər dəlili olan “cavabdeh məhkəmələrə mühasibatlıq ekspertiza keçirilməsi barədə ərizə ilə məhkəməyə müraciət etsə də, buna münasibət bildirilməmişdir” dəlili ilə bağlı kassasiya kollegiyası qeyd edir ki, iş materiallarından cavabdeh tərəfindən ekspertiza təyin edilməsi ilə bağlı məhkəməyə müraciət edilməsi müəyyən edilməmişdir. Beləliklə, apellyasiya instansiyası məhkəməsi qətnamə qəbul edərkən maddi və prosessual hüquq normalarının tələblərinə riayət etmiş və pozuntuya yol verməmişdir. Odur ki, kassasiya şikayətlərinin dəlilləri əsaslı hesab edilə bilməz. Belə ki, Azərbaycan Respublikasının MPM-nin 385.1-ci maddəsinin tələbinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinin tələbinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 445-ci maddəsinin tələbinə görə, icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 448.1-ci maddəsinin tələbinə görə, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə əsasən borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Beləliklə, kassasiya kollegiyası, apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə ilə razılaşır və kassasiya şikayətlərinə münasibətdə qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi qətnamə qəbul edərkən, hazırkı işin faktiki hallarını tam, hərtərəfli və obyektiv araşdırmış, tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmiş, iş üzrə qanuni və əsaslı qətnamə qəbul etmişdir. Odur ki, kassasiya kollegiyası belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişiklik edilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası MPM-in 417.1.1-ci maddəsinə əsasən kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Göstərilənl ərə əsasən və Azərbaycan Respublikası MPM-in 416-417, 419, 421-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. İş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 12.02.2019-cu il tarixli, 2(103)1901/2019 nömrəli qətnaməsi dəyişiklik edilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-4769/2019
Ali Məhkəmə Qərar — İş №2(102)-4769/2019
24.06.2019 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver