Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-477/2022 31.01.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçı "xxxx" KB Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh4, Cavabdeh5, Cavabdeh10, Cavabdeh3, Cavabdeh6, Cavabdeh11, X1, Cavabdeh2, X3 və X4 qarşı iddia tələbinə dair iş üzrə QƏRARİ Açar sözlər: Kassasiya şikayətinin geri qaytarılması Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının hakimləri Nurməmmədov Əhməd Güləhməd oğlu (məruzəçi hakim), Hüseynov Abiddin Qabil oğlu və Xələfov İlqar Rəhim oğlundan ibarət tərkibdə, Bakı Apellyasiya Məhkəməsi mülki kollegiyasının 2(103)-22/2021 nömrəli iş üzrə 08 oktyabr 2021-ci il tarixli qərardadından Cavabdeh4 tərəfindən verilmiş kassasiya şikay əti üzrə işə 31 yanvar 2022-ci il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi: İş üzrə qəbul edilmiş məhkəmə aktları Birinci instansiya məhkəməsində icraat İddiaçı Unibank KB ASC cavabdehlər Cavabdeh4, Cavabdeh5, Cavabdeh10, Cavabdeh3, Cavabdeh6, Cavabdeh11, X1, Cavabdeh2, X3 və X4 qarşı iddia ərizəsi və iddia ərizəsinin dəqiqləşdirilməsi ilə bağlı ərizə təqdim edərək, Cavabdeh4 və Cavabdeh5 15.03.2012-ci il tarixli 05U/12 saylı əsas kredit müqaviləsi çərçivəsində bağlanmış 29.08.2014-cü il tarixli 85BKƏ/14 saylı əlavə kredit müqaviləsi üzrə müştərək qaydada əsas borca görə 69091 ABŞ dolları, faiz borcuna görə 17933,38 ABŞ dolları, cəriməyə görə 25274,82 ABŞ dolları olmaqla cəmi 112299,20 ABŞ dolları borcun və məhkəmə xərclərinə görə 60 man atın tutulmasına, tutmanın Cavabdeh10 mülkiyyətində olan Bakı şəhəri Xətai rayonu S.Ə.Şirvani küçəsi 14 saylı evin 150 saylı mənzilinə yönəldilməsinə, ipoteka predmetinin ilkin satış qiymətinin 78000 manat olmaqla açıq hərracdan satılmasına, satışdan əldə olunmuş vəsait hesabına borcun ödənilməsinə, ipoteka predmetinin satışından ən geci 1 ay ərzində Cavabdeh4, Cavabdeh10, Cavabdeh3, Cavabdeh6, Cavabdeh11, Cavabdeh7, Cavabdeh2, X2, Cavabdeh1 mənzildən çıxarılmaqla mənzilin boşaldılmasını xahiş etmişdir. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin (hakim Səadət Səlimova) 2(011)-774/2017 saylı, 08.05.2017-ci il tarixli qətnaməsi ilə iddia qismən təmin edilərək Cavabdeh4 və Cavabdeh5 15.03.2012-ci il tarixli 05U/12 saylı əsas kredit müqaviləsi çərçivəsində bağlanmış 29.08.2014-cü il tarixli 85BKƏ/14 saylı əlavə kredit müqaviləsi üzrə müştərək qaydada əsas borca görə 69091 ABŞdolları, faiz borcuna görə 17933,38 ABŞ dolları, cəriməyə görə 1000 ABŞ dolları olmaqla cəmi 88024,38 ABŞ dolları borcun ödənişin icra edildiyi gün Azərbaycan Respublikası Mərkəzi Bankının müəyyən etdiyi məzənnə üzrə manatla və məhkəmə xərclərinə görə 60 manat Unibank KB ASC-nin xeyrinə tutulması, Cavabdeh4 və Cavabdeh5 müştərək qaydada ipoteka predmetinin qiymətləndirilməsinə çəkilən xərcə görə 200 manatın Daşmar və Daşınmaz Əmlakların Qiymətləndirilməsi Xidməti MMC-nin xeyrinə tutulması, Cavabdeh4 və Cavabdeh5 müştərək qaydada iş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyərinə görə 50 manatın dövlət nəfinə tutulması, Cavabdeh10 mülkiyyətində olan Bakı şəhəri Xətai rayonu S.Ə.Şirvani küçəsi 14 saylı evin 150 sa ylı mənzilinin ilkin satış qiymətinin 88000 manat olmaqla açıq hərracda satılması, satışdan əldə olunmuş pul vəsaitindən 88024,38 ABŞ dolları borc ödənişin icra edildiyi gün Azərbaycan Respublikası Mərkəzi Bankının müəyyən etdiyi məzənnə üzrə manatla və məhkəmə xərclərinə görə 60manat Unibank KB ASC-nin hesabına, 200 manat Daşmar və Daşınmaz Əmlakların Qiymətləndirilməsi Xidməti MMC-nin hesabına, 50 manat dövlət nəfinə keçirilməsi, Bakı şəhəri Xətai rayonu S.Ə.Şirvani küçəsi 14 saylı evin 150 saylı mənzili satıldıqdan ən geci bir ay ərzində Cavabdeh4, Cavabdeh10, Cavabdeh3, Cavabdeh6, Cavabdeh11, Cavabdeh7, Cavabdeh2, X5, Cavabdeh1 həmin mənzildən çıxarılmaqla mənzilin boşaldılması, iddia ərizəsinin qalan hissədə təmin edilməməsi qət edilmişdir. Qətnamədən cavabdehlər Cavabdeh4 və Cavabdeh 10 ayrı-ayrılıqda apellyasiya şikayətləri verərək, qətnamənin ləğv edilməsini xahiş etmişlər. Apellyasiya instansiyası məhkəməsində icraat Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasının (hakimlər: Anar Tanrıverdiyev - sədrlik edən və məruzəçi, Tofiq Səmədov, İkram Şirinov) 07 may 2021-ci il tarixli, 2(103)-22/2021 saylı qətnaməsi ilə apellyasiya şikayətləri təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsinin Bakı şəhəri, Xətai rayonu, S.Ə.Şirvani küçəsində yerləşən 14 saylı evin 150 saylı mənzilinin ilkin satış qiyməti hissəsində dəyişdirilməsi, Bakı şəhəri, Xətai rayonu, S.Ə.Şirvani küçəsində yerləşən 14 saylı evin 150 saylı mənzilinin ilkin satış qiymətinin 65000 manat məbləğində müəyyən edilməsi, qətnamənin qalan hissədə dəyişdirilmədən saxlanılması qət edilmişdir. Cavab deh4 apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən kassasiya şikayəti verilməsi üçün prosessual müddətin bərpa edilməsi barədə ərizə ilə Bakı Apellyasiya Məhkəməsinə müraciət etmiş və ərizəsini onunla əsaslandırmışdır ki, qətnaməni 04.06.2021-ci il tarixində poçt vasitəsilə almışdır. Lakin qətnamədən kassasiya şikayəti vermək üçün maddi imkanı olmadığından şikayətin verilməsi üçün müddəti bir neçə gün üzürlü səbəbdən ötürmüşdür. Bakı Apellyasiya Məhkəməsi mülki kollegiyasının (hakimlər – Anar Tanrıverdiyev - sədrlik edən və məruzəçi, Tofiq Səmədov, İkram Şirinov) 08 oktyabr 2021-ci il tarixli qərardadı ilə ərizəsi təmin edilməmiş, kassasiya şikayətinin geri qaytarılması qərara alınmışdır. Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, Cavabdeh4 barəsində kassasiya şikayəti verd iyi 07.05.2021-ci il tarixli qətnaməni 07.06.2021-ci il tarixində poçt xəbərnaməsinə imza etməklə rəsmi qaydada qəbul etmişdir. Cavabdeh ərizəsində də məhkəmə qətnaməsini poçt vasitəsilə 04.06.2021-ci il tarixində almasını və müddəti ötürməklə kassasiya şikayəti verdiyini etiraf etmişdir. Cavabdeh ərizəsində kassasiya şikayəti verilməsi üçün prosessual müddəti maddi imkanının olmaması səbəbindən ötürdüyü halına istinad etmişdir. Apellyasiya instansiyası məhkəməsi bununla bağlı qeyd etmişdir ki, əgər cavabdehin kassasiya şikayəti verməsi üçün vəkillə müqavilə bağlamağa maddi imkanı yox idisə, o kassasiya şikayəti verilməsi üçün dövlət hesabına vəkillə təmin olunması üçün məhkəməyə ərizə ilə müraciət edə bilərdi. Lakin, iş materiallarında cavabdehin belə bir ərizə ilə məhkəməyə müraciət etmə si müəyyən edilmir. Qeyd edilənlərə əsasən apellyasiya instansiyası məhkəməsi belə qənaətə gəlmişdir ki, kassasiya şikayətinin verilməsi üçün nəzərdə tutulmuş prosessual müddətin bərpasına dair ərizə təmin edilməməli, kassasiya şikayəti geri qaytarılmalıdır. Cavabdeh4 (Vəkil) kassasiya şikayəti verərək apellyasiya instansiyası məhkəməsinin qərardadının ləğv edilməsini xahiş etmişdir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Kassasiya şikayətinin dəlilləri Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsi prosessual hüquq normalarına əməl etməyərək vəsatətin təmin edilməməsi haqqında qərardad çıxarmaqla cavabdehin məhkəmə müdafiəsi hüquqlarını pozmuşdur. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri Kassasiya şikayətinə etiraz daxil olmamışdır. Kassasiya baxışının hədləri Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Qətnamədən kassasiya şikayəti verən Cavabdeh4 qətnaməni tam mübahisələndirdiyindən məhkəmə aktı tam yoxlanılır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Maddə 1 33.1. Məhkəmə qanunla müəyyən edilmiş müddətin buraxılmasının səbəbini üzürlü hesab edərsə, işdə iştirak edən şəxsin ərizəsinə əsasən buraxılmış müddəti bərpa edir. Maddə 405.0.1. Qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində kassasiya şikayəti verilə bilər. Maddə 408.1.4. Kassasiya şikayəti müəyyən edilmiş müddət ötürülməklə verilmişsə və buraxılmış müddətin bərpa edilməsinə dair vəsatət təmin olunmamışsa geri qaytarılır. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 417.1.1 Kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Maddə 10.8-1. Bu Məcəllənin 159, 269, 280, 284-5, 394-1, 397.2, 403-1.6, 414.1, 422, 431-3 və 437-ci maddələrində nəzərdə tutulmuş hallarda işlərə yazılı icraat qaydasında, yəni məhkəmə iclası keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılır. Bu Məcəllənin 394-1, 397.2 və 414.1-ci maddələrində nəzərdə tutulmuş hallarda məhkəmənin qərardadına əsasən işə məhkəmə iclasında baxıla bilər. Kassasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisələndirilən qərardad qəbul edilərkən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qərardadının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur. Kassasiya şikayətində cavabdeh apellyasiya instansiyası məhkəməsi tərəfindən prosessual hüquq normalarının tələblərinə riayət edilmədiyini ümumi ifadələrlə qeyd etsə də, bununla bağlı mövqeyini əsaslandırmamışdır. Maddi imkanının olmaması barədə cavabdehin dəlilinə apellyasiya instansiyası məhkəməsi prosessual müddətin bərpa edilməsi barədə ərizəyə baxarkən hüquqi qiymət vermişdir. Məhkəmə kollegiyası həmin məsələ üzrə apellyasiya instansiyası məhkəməsinin qiymətləndirməsi ilə razılaşır. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, apellyasiya instansiyası məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti təmin olunmamalıdır. Yuxarıda göstərilənlərə əsasən və MPM-nin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi mülki kollegiyasının 2(103)-22/2021 nömrəli iş üzrə 08 oktyabr 2021-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qər
Məhkəmə qərarları › İş №2(102)-477/2022
Ali Məhkəmə Qərar — İş №2(102)-477/2022
31.01.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver