Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-477/2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh qarşı iş üzrə QƏRARİ (Açar sözlər: maddi ziyanın ödənilməsi) 24.01.2023 Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Həsənov Vüqar Təvəkgül oğlu (məruzəçi), Şəfiyev İspəndiyar Əsəd oğlu və Əhmədov Əhməd Abbas oğlundan ibarət tərkibdə, İddiaçı Cavabdeh qarşı “dəymiş ziyanın ödənilməsi” tələbinə dair mülki iş üzrə Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(105)-1698/2022 nömrəli, 19 sentyabr 2022-ci il tarixli qətnaməsindən İddiaçı (vəkili Vəkil2) tərəfindən verilmiş kassasiya şikayətinə 24 yanvar 2023-cü il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qayda sında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. İddiaçı və cavabdeh ünvan 1 ünvanda qonşu olmaqla yaşayırlar. Cavabdeh iddiaçının evindən onun evinə su sızmasını bildirərək, bu problemin aradan qaldırılması üçün iddiaçının mənzilindəki hamamın və sanitar qovşağını öz hesabına təmir etməyi vəd etmişdir.
2. Cavabdeh iddiaçının mənzilindəki hamamı və sanitar qovşağı təmir etdikdən sonra iddiaçı həmin sahələrinin həcminin azalmasından və təmirin keyfiyyətindən narazı qalmışdır. Aralarında mübahisələr bundan sonra yaranmışdır.
3. Quba Rayon Məhkəməsinin 3(027)-840/2019 saylı, xx.xx.2019-cu il tarixli qərarı ilə Cavabdeh Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı (döymə və sair zorakı hərəkətlərlə qəsdən fiziki ağrı yetirm ə) törətməkdə təqsirli bilinib, barəsində 300 (üç yüz) manat məbləğində cərimə növündə inzibati tənbeh tətbiq edilmişdir.
4. İddiaçı ailəsi ilə birlikdə 2018-ci il tarixdən 2020-ci il tarixədək X1 məxsus iki otaqlı evdə aylıq 300 manat kirayə haqqı ödəməklə yaşamışlar. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat
5. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh ona vurduğu ziyana görə onun xeyrinə 19551.92 manat məbləğində pulun tutulub ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
6. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, ünvan 2 ünvanda yaşayır. Ondan başqa həmin evdə həyat yoldaşı Şəlalə, oğlanları-Turan, Tamerlan və qızı Gülsümxanım onunla birgə yaşayırlar. Evin mülkiyyətçisi X3 olsa da o, onlarla birlikdə yaşamı r. O, həyat yoldaşı və uşaqları həmin evdə istifadə hüququna malikdirlər. 2018-ci ildə dəfələrlə qonşusu olan cavabdeh onun yanına gələrək demişdir ki, “sənin hamamının suyu mənim evimə sızır, nəmişlik əmələ gəlir.” O, cavabdehə inanmasa da onun bəhanəsini kəsmək üçün ondan soruşmuş ki, nə etmək istəyir. Cavabdeh bildirmişdir ki, “icazə ver tualetini və hamamını söküm və öz xərcimlə yenidən tikim.” O vaxt tikinti materiallarını əldə etmək çox çətin idi. Həmin hamamın tikintisi ona 30.000 (otuz min) manata başa gəlmişdir. 2018-ci ilin iyun ayında cavabdehə icazə vermişdir ki, hamamı və tualeti söküb yenidən tiksin. Cavabdeh ona söz vermişdir ki, iki ay müddətinə hamamı və tualeti yenidən tikib təhvil verəcək. Cavabdeh hamam və tualeti söküb bütün materialları özündə saxlamışdır. İndiyə qədə r cavabdeh vədinə əməl etməmiş, sökdüyü hamam və tualetə uyğun hamam və tualeti tikib ona təhvil verməmişdir. O, birinci qrup əlildir. Fiziki cəhətdən ona gücü çatmır. Dəfələrlə ondan hamamın və tualetin tikilib təhvil verilməsini xahiş etsə də, cavabdeh onu hədələyərək verdiyi vədi yerinə yetirməmişdir. Axırıncı dəfə 04 iyul 2019-cu il tarixdə o, ona yanaşaraq tələb etmişdir ki, hamamı və tualeti tikib təhvil versin. Cavabdeh onun xahişinə əməl etməkdənsə, onun küçədə camaatın gözü qarşısında döymüşdür. Cavabdehin etdiyi bu hərəkətə görə o, Quba Rayon Məhkəməsinin 09 avqust 2019-cu il tarixli qərarı ilə 300 manat məbləğində cərimə növündə inzibati tənbeh edilmişdir. Beləliklə, cavabdehin təqsiri səbəbindan 2018- ci ilin iyun ayından bu günə qədər bütün ailəni evlərindən didərgin salmış, o səbəbdən də 35 aydır ki, yaşadığı evdə hamam və tualet olmadığı üçün ailəsi ilə birlikdə ayda 300 manat verərək kirayədə yaşayır. 10500 manat kirayə pulu vermişdir. Cavabdeh onun tikdiyi hamam və tualeti sökərək, hamam və tualetin yerini dəyişərək təzədən hamam və tualet tikmişdir. Cavabdeh tərəfindən sökülən hamam və tualetin həcmi ilə təzə tikilən hamam və tualet arasında çox fərq vardır. İndiki bazar qiymətlərini nəzərə alaraq sökülən hamamın və tualetin tikintisi 5857,50 manat təşkil edir. Sökülmüş hamam və tualetin tikintisinə materialların pulu 5857.50 manat və işlərin görülməsi üçün ustaların pulu 3194.42 manat, cəmi 9051.92 manat pul işlənmişdir. Beləliklə, cavabdeh hamamın və tualetin sökülüb yenidən tikilməsi üçün ona 9051.92 manat, kirayədə yaşadığı 35 ay üçün hər ayı 300 man at olmaqla 10.500 manat, cəmi 19551.92 manat ziyan vurmuşdur. Cavabdehin təzə tikdiyi bina, onun əvvəlki binasından həcimcə kiçik olduğu üçün o binadan hamam kimi rahat istifadə edilməsi mümkün deyil. Əvvəlki tikili sökülərkən üstündən çıxan bütün materiallar və əşyaları cavabdeh özündə saxlamışdır. Buna baxmayaraq, cavabdeh 2 ildən artıqdır ki, qarın-yağışın altında qalıb, yararsız vəziyyətə düşən materiallardan və əşyalardan istifadə etmişdir. Hamamın su xətlərini, sanitar su qovşağını düzgün qoşmamışdır. Belə olduğu halda o, tikintini qəbul etmir.
7. Məhkəmə tərəfindən təyin edilmiş tikinti-texniki obyektlərin tədqiqi ekspertizasının xx.xx.2021-ci il tarixli, 10/2733 saylı rəyindən görünür ki, tədqiq olunan ünvanda baxış keçirilən zaman mübahisə predmeti olan tikilinin faktiki olaraq mö vcud olmadığı müşahidə olunmuşdur. Tikili faktiki olaraq mövcud olmadığından ölçü işlərinin aparılması və tikinti zamanı hansı inşaat materiallarından istifadə olunmasının müəyyən edilməsi mümkün olmamışdır. Belə olan halda Cavabdeh İddiaçı vurduğu ziyanın məbləğinin müəyyən edilməsi mümkün olmamışdır.
8. Quba Rayon Məhkəməsinin 01 noyabr 2021-ci il tarixli, 2(027)-1136/2021 saylı qətnaməsi ilə (sədrlik edən hakim Rahim Həsənov) iddia tələbləri rədd edilmişdir.
9. Məhkəmənin mövqeyinə görə, iddiaçı ilk növbədə sübuetmə yükü baxımından Cavabdeh iddiaçıya 19551.92 manat məbləğində ziyan vurmasını sübut etməlidir. Cavabdeh tərəfindən iddiaçıya vurulmuş ziyanın məbləğinin müəyyən edilməsi üçün məhkəmə tərəfindən ekspertiza təyin edilmiş, lakin tikili faktiki olaraq mövcud olmadığından ölçü işl ərinin aparılması və tikinti zamanı hansı inşaat materiallarından istifadə olunmasının müəyyən edilməsi mümkün olmamışdır. Belə olan halda Cavabdeh İddiaçı vurduğu ziyanın məbləğinin müəyyən edilməsi mümkün olmamışdır. Cavabdehin iddiaçıya 19551.92 manat məbləğində ziyan vurmasını təsdiq edən sübut iş materiallarında mövcud deyil.
10. Məhkəmə gəldiyi nəticəni Mülki Məcəllənin 385.1, 442, 445.2.1-2, 1096, 1097.1ci maddələri və Mülki Prosessual Məcəllənin 14.2, 77.1, 78.1, 217.4-cü maddələrinə istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat
11. İddiaçı qətnamədən apellyasiya şikayəti verərək, qətnamənin ləğv olunması və iddianın təmin olunması barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
12. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, cavabdehin o na və ailəsinə qarşı qanunsuz hərəkətinə son qoyulmağı xahiş etdikdə döyülmüşdür. Cavabdeh buna görə 300 manat cərimə olunmuşdur. Cavabdehin onun hamamının və tualetinin sökməsi onunla sübut olunur, faktiki olaraq cavabdeh onun həyətində təzə hamam və tualet tikmişdir. Məhkəmə ekspertiza rəyinə istinad edib, onun iddiasını təmin etməmişdir. Məhkəmə tərəfindən maddi hüquq normaları pozulmuşdur.
13. Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının (bundan sonra – apellyasiya instansiya məhkəməsi) 2(105)-1698/2022 nömrəli iş üzrə 19 sentyabr 2022-ci il tarixli qətnaməsi ilə (hakimlər – Gülnarə Tağızadə (sədrlik edən və məruzəçi), Lətifə Məmmədova və Telman Quliyev) apellyasiya şikayəti təmin edilməmiş, Quba Rayon Məhkəməsinin iş üzrə 01 noyabr 2021-ci il tarixli 2(027)-1136/2021 nömrəli qə tnaməsi dəyişdirilmədən saxlanılmışdır.
14. Məhkəmə kollegiyası müəyyən etmişdir ki, tərəflər arasında iddiaçıya məxsus olan həyətdə tikilinin sökülməsi və yenidən cavabdehin hesabına tikilməsi barədə razılıq olmuşdur, həmin razılığa əsasən Cavabdeh öz öhdəsinə düşən vəzifəsini yerinə yetirmiş, lakin hazırda iddiaçı onun tərəfindən ilk tikintiyə sərf etmiş tikinti materiallarını qiymətini cavabdehdən tələb edir
15. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin yekun mövqeyi ilə razılaşaraq qeyd etmişdir ki, sübutetmə üzrə vəzifələrin müəyyən edilməsi həm də iş üçün əhəmiyyət kəsb edən halların mötəbər aşkarlanmasının mümkünsüzlüyü halında hüquqi münasibətlərdə yaranan qeyri-müəyyənliyin aradan qaldırılması məqsədini daşıyır. Bununla belə, sübutların çatışmazlığı ilə bağlı işin hall arı barədə etibarlı qənaətlər mümkün olmadıqda, məhkəmə sübutların kifayətedici olmamasına və işin faktiki hallarının müəyyən edilməməsinə istinadən qərarın çıxarılmasından yayına bilməz. Bu mənada, bir tərəfdən, qeyri-müəyyənliyin aradan qaldırılmasına, digər tərəfdən, müvafiq faktların mövcud olub-olmamasında məhkəmə mülahizəsinin məhdudlaşdırılmasına xidmət edən mexanizm qismində sübutetmə yükünün bölüşdürülməsi institutu çıxış edir.
16. Məhkəmə kollegiyası gəldiyi nəticəni Mülki Məcəllənin 385.1, 442, 445.2.1-2, 1096, 1097.1-ci maddələri və Mülki Prosessual Məcəllənin 14.2, 77.1, 78.1, 217.4-cü maddələrinə istinadla əsaslandırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri
17. Qətnamədən İddiaçı (vəkili Vəkil2) kassasiya şikayəti verərək, qətn amənin ləğv edilməsi və işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.
18. Kassasiya şikayətinin dəlilləri ondan ibarət olmuşdur ki, cavabdeh iddiaçıya məxsus hamam və tualeti sökmüş, əvəzində yeni hamam və tualet tikmək öhdəliyi götürmüşdür. Lakin cavabdeh öz öhdəliyini icra etməmiş, istifadəyə yararsız olan, ölçüləri və parametrləri sökdüyü hamam və tualetdən xeyli miqdarda az olan yarımçıq bir tikili tikmişdir. Nəticədə hamam və tualet istifadəyə yararsız olduğundan iddiaçı öz ailəsi ilə kirayədə qalmaq məcburiyyətində qalmışdır. Məhkəmə prosesi zamanı müəyyən edilmişdir ki, tərəflər arasında olan razılığa əsasən iddiaçıya məxsus olan həyətdə tikilinin cavabdehin hesabına sökülməsi və yenidən tikilməsi raz ılaşdırılmışdır. Bu işin mübahisəsiz halıdır. Lakin cavabdeh öz üzərinə düşən vəzifəni yerinə yetirməmişdir. İş materiallarına təqdim olunmuş foto şəkillərdən də müəyyən edilir ki, cavabdeh tərəfindən istifadəyə yararsız olan, ölçüləri və parametrləri sökdüyü hamam və tualetdən xeyli miqdarda az olan, yarımçıq bir tikili tikilmişdir. Əvvəlki tikili sökülərkən oradan çıxan bütün materiallar və əşyalar 2 ildən artıq müddətdə qarın və yağışın altında qalmış, yararsız vəziyyətə düşən materiallardan istifadə edilmişdir. Hamamın su xətləri, sanitar su qovşağı düzgün qoşulmamışdır.
19. Bundan başqa həm iddia ərizəsində, həm apellyasiya şikayətində və məhkəmə proseslərində iddiaçının cavabdehin göstərişi ilə köhnə hamam və tualetin söküntü işlərində iştirak edən Muradov Abdulqədirin şahid qismində dindirilməsini xahiş etsə də məhkəmələr bu tələbi təmin etməmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
20. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Mülki Məcəlləsi
21. Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.
22. Maddə
442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.
23. Maddə 1096.1. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir).
24. Maddə 1096.2. Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır.
25. Maddə 1097.1. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Mülki Prosessual Məcəllə
26. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
27. Mad də 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.
28. Maddə 82.4. Məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə və kommersiya mübahisəsinə baxılarkən məhkəmə üçün hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir.
29. Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
30. Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.
31. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.
32. Maddə 407.2. Kassasiya şika yətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
33. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
34. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.
35. Maddə 418.3. Prosessual hüquq norma larının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri
36. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
37. Hazırkı kassasiya şikayət ində qətnamə kassator tərəfindən tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır.\ Kassasiya instansiyası məhkəməsinin mövqeyi
38. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya səhv tətbiq olunması halları müəyyən edilmir. Bu baxımdan, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
39. Kollegiya bildirir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan məhkəmələr tərəfindən işdəki sübutlar araşdırılmış, onlara və tərəflərin dəlillərinə hüquq n ormalarına əsasən qiymət verilməklə yuxarıdakı qənaətə gəlinmiş və məhkəmələrin gəldiyi nəticə əsaslandırılmışdır.
40. Kassasiya kollegiyası apellyasiya məhkəməsinin iş üzrə gəldiyi nəticə və əsaslandırma ilə razılaşır.
41. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsi tərəfindən işin hallarının araşdırılması üçün tərəflərə lazımi şərait yaradıldığından və onların dəlillərinə hüquqi qiymət verildiyindən iş üzrə maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmuşdur, kassasiya şikayətinin dəlilləri qətnamənin ləğv edilməsi üçün əsas təşkil etmir.
42. Ona görə də kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
43. Göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kolleg iyası Qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(105)-1698/2022 nömrəli, 19 sentyabr 2022-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.