Məhkəmə qərarları › İş №2(102)-4772/2019

Ali Məhkəmə Qərar — İş №2(102)-4772/2019

03.07.2019 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-4772/2019 03.07.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Vəliyeva Elşanə Rafiq qızı (sədrlik edən və məruzəçi - hakim), Əsgərov Qürbət Ağa oğlu, Hacıyev Sənan Firudin oğlundan ibarət tərkibdə, X3 oğlunun katibliyi, İddiaçı ləğv prosesində olan “xxxx” Açıq Səhmdar Cəmiyyətinin ləğvedicisi YYYnun vəkili Məmmədov Azər Məhəbbət oğlunun iştirakı ilə, İddiaçı ləğv prosesində olan “xxxx” Açıq Səhmdar Cəmiyyətinin ləğvedicisi YYYnun Cavabdeh qarşı kredit müqavilələri üzrə yaranmış borcun qaytarılması tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 21 dekabr 2018-ci il tarixli, 2(103)-13042/2018 nömrəli qətnaməsindən Cavabdeh və vəkili Vəkiltərəfindən verilmiş kassasiya şikayəti üzrə mülki işə baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı ləğv prosesində olan “xxxx” Açıq Səhmdar Cəmiyyətinin ləğvedicisi YYY Cavabdeh qarşı kredit müqavilələri üzrə yaranmış borcun qaytarılması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ləğvedicisi olduğu bank ilə Cavabdeh arasında 16.09.2014-cü il tarixdə bağlanmış 207 nömrəli kredit müqaviləsi üzrə yaranmış və cavabdeh tərəfindən ödənilməmiş qalan əsas kredit borcunun ödənilməsi məqsədi ilə 14.999,50 manat, əsas borc məbləğinə hesablanmış faiz borcunun ödənilməsi məqsədi ilə 2.470,91 manat; 04.12.2014-cü il tarixdə bağlanmış 18 nömrəli kredit müqaviləsi üzrə yaranmış və ödənilməmiş qalan əsas kredit borcunun ödənilməs i məqsədi ilə 849.998,21 manat, əsas borc məbləğinə hesablanmış faiz borcunun ödənilməsi məqsədi ilə 107.667,86 manat, cəmi isə 975.136,48 manat, habelə iddianın verilməsi üçün ödənilmiş dövlət rüsumunun əvəzinin – 30 manat məbləğində pulun cavabdehdən bankın xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, bank ilə cavabdeh arasında 16.09.2014-cü il tarixdə bağlanmış 207 nömrəli kredit müqaviləsi üzrə kreditdən istifadəyə görə illik 6 faiz dərəcəsi ilə 18 aylıq güzəştlə 36 ay müddətinə 15.000 manat məbləğində; 04.12.2014-cü il tarixli 18 nömrəli kredit müqaviləsi üzrə isə kreditdən istifadəyə görə illik 7 faiz dərəcəsi ilə 24 aylıq güzəştlə, 84 ay müddətinə 850.000 manat məbləğində kreditlər verilmişdir. Cavabdeh kredit müqaviləl əri üzrə üzərinə öhdəlik götürsə də, bu öhdəlikləri icra etməmiş, krediti və ona hesablanmış faizləri banka ödəməkdən yayınmışdır. Nəticədə cavabdehin banka 16.09.2014-cü il tarixli kredit müqaviləsi üzrə 14.999,50 manat məbləğində əsas, 2.470,91 manat məbləğində faiz borcu; 04.12.2014-cü il tarixli kredit müqaviləsi üzrə isə 849.998,21 manat məbləğində əsas, 107.667,86 manat məbləğində faiz borcu yaranmışdır. Bank tərəfindən cavabdehə dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq, o, öhdəliyini icra etməmiş və borc ödənilməmiş qalmışdır. Bu səbəbdən, Fond hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət etmək və bu zaman 30 manat məbləğində dövlət rüsumu ödəmək məcburiyyətində qalmışdır. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 10 may 2018-cı il tarixli, 2(006)-2428/2018 saylı qətnaməsi ilə (hak im N.T.Tağıyeva) iddiaçı ləğv prosesində olan “xxxx” Açıq Səhmdar Cəmiyyətinin ləğvedicisi YYYnun Cavabdeh qarşı kredit müqavilələri üzrə yaranmış borcun qaytarılması tələbinə dair iddiası təmin edilmiş, Cavabdeh iddiaçı LPO “xxxx” ASC-nin xeyrinə 16 sentyabr 2014-cü il tarixli, 207 saylı müqavilə üzrə 14999 manat 50 qəpik əsas borcun, 2470 manat 91 qəpik hesablanmış faiz borcu olmaqla cəmi 17470 manat 41 qəpik məbləğində pul vəsaitinin tutulması, Cavabdeh iddiaçı LPO “xxxx” ASCnin xeyrinə 04 dekabr 2014-cü il tarixli 18 saylı müqavilə üzrə 849998 manat 21 qəpik əsas borcun, 107667 manat 86 qəpik hesablanmış faiz borcu olmaqla cəmi 957666 manat 07 məbləğində pul vəsaitinin tutulması qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 21 dekabr 2018-ci il tarixli, 2(103)13042/20 18 nömrəli qətnaməsi ilə (Məmmədov Məmməd Allahverdi oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər X1 və X2) Cavabdeh apellyasiya şikayətinin rədd edilməsi və hazırki iş üzrə Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 10 may 2018-ci il tarixli qətnamənin dəyişdirilmədən saxlanılması qət edilmişdir. Cavabdeh və vəkili Vəkiliş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 21 dekabr 2018-ci il tarixli, 2(103)-13042/2018 nömrəli qətnaməsindən kassasiya şikayəti vermişlər. KASSASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ: Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsi prosessual hüquq normalarını pozaraq, işə məhkəmə aidiyyəti qaydaları pozulmaqla baxmış, kreditin sahibkarlıq məqsədilə götürülməsini, cavabdehin sahibkar olmasını nəzərə almayaraq, düzgün olmayan qətnamə qəbul etmişdir. Odur ki, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 21.12.2018-ci il tarixli 2(103)-13042/2018 nömrəli qətnaməsinin ləğv edilərək iddia ilə bağlı işin icraatına xitam verilməsi barədə qərar qəbul edilməsi xahiş edilmişdir. PROSESSUAL MƏSƏLƏLƏR: Məhkəmə iclasında iştirak edən iddiaçı ləğv prosesində olan “xxxx” Açıq Səhmdar Cəmiyyətinin ləğvedicisi YYYnun vəkili Məmmədov Azər Məhəbbət oğlu kassasiya şikayətinə etiraz edərək təmin edilməməsini xahiş etmişdir. İş üzrə cavabdehə işə baxılmasının vaxtı və yeri barədə qanunla nəzərdə tutulmuş qaydada məlumat verilmiş, lakin cavabdeh məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 415.3-cü maddəsinə əsasən məhkəmə icla sına gəlməyən şəxsin iştirakı olmadan işə baxılmasını mümkün hesab edir. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası MPM-in 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiqini yoxlayır. Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsinin qəbul etdiyi qətnaməsi ilə gəldiyi nəticələr qanuni və əsaslı olmuşdur. İşin məhkəmələr tərəfindən müəyyən edilmiş hallarından görünür ki, bank ilə cavabdeh arasında bağlanmış 16.09.2014-cü il tarixli kredit müqaviləsinə əsasən bank tərəfindən cavabdehə kreditdən istifadəyə görə illik 6 faiz dərəcəsi ilə, 36 ay müddətinə 15.000 manat məbləğində kredit verilmişdir. Həmçinin bank ilə cavabdeh arasında 04.12.2014-cü il tarixdə bağlanmış kredit müqaviləsinə görə bank tərəfindən cavabdehə kreditdən istifadəyə görə illik 7 faiz dərəcəsi ilə, 84 ay müddətinə 850.000 manat məbləğində kredit verilmişdir. Hər iki müqavilənin şərtlərindən görünür ki, cavabdeh qeyd edilən kredit borclarını müqavilələrdə nəzərdə tutulmuş müddət ərzində, aybaay, hissə- hissə Banka qaytarmağı öhdəsinə götürmüşdür. Cavabdeh “Kredit müqavilələri” üzrə üzərinə götürdüyü öhdəlikləri icra etməmiş, kredit borclarını və hesablanmış faizləri banka ödəməkdən yayınmışdır. İşdə olan bank tərəfindən təqdim edilmiş 14.02.2018-ci il tarixli “Maliyyə arayışı”na əsasən cavabdehin banka 16.09.2014-cü il tarixli “Kredit müqaviləsi” üzrə yaranan əsas borcunun məbləği 14.999,50 manat, faiz borcunun məbləği 2.470,91 manat, 04.12.2014-cü il tarixli “Kredit müqaviləsi” üzrə yaranan əsas borcunun məbləği 849.998,21 manat, faiz borcunun məbləği isə 107.667,86 manat təşkil etmişdir. Apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, cavabdehin bank qarşısında icra edilməmiş öhdəliklərinin mövcud olması təsdiq edildiyindən 16.09.2014-cü il tarixli “Kredit müqaviləsi” üzrə yaranmış əsas borcun əvəzi olaraq 14.999,50 manat, faiz borcunun əvəzi olaraq 2.470,91 manat; 04.12.2014-cü il tarixli “Kredit müqaviləsi” üzrə yaranmış əsas borcun əvəzi olaraq 849.998,21 manat, faiz borcunun əvəzi olaraq 107.667,86 manat məbləğində pulun cavabdehdən bankın xeyrinə tutulması barədə birinci instansiya məhkəməsinin gəldiyi nəticə qanuni və əsaslıdır. Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi işin araşdırılmış halları ilə düzgün olaraq bu nəticəy ə gəlmişdir ki, cavabdeh iddiaçı ilə bağlanmış kredit müqavilələri üzrə öhdəliyi lazımınca və vicdanlılığın tələb etdiyi tərzdə icra etmədiyindən müqavilədən yaranan öhdəliyə görə məsuliyyəti yaranmışdır. Buna görə də tərəflərin iradə azadlığı əsasında bağlanmış müqaviləyə görə yaranmış öhdəliyi (əsas kredit borcu və faizi) icra etməlidir. Mülki Məcəllədə təsbit edilmiş öhdəlik hüququnun normaları baxımından öhdəliyin icrası onun predmetini təşkil edən hərəkətlərin yerinə yetirilməsində və ya yetirilməməsində ifadə olunur. Öhdəliyin yerinə yetirilməməsi anlayışını müəyyən edən Mülki Məcəllənin 442-ci maddəsinə görə isə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Bu mənada, öhdəliyin pozulması öhdəliyin tərkibini təşkil edən hərəkətlərin üm umiyyətlə yerinə yetirilməməsində ifadə olunur. Öhdəliyin lazımınca icra edilməməsi isə MM-in 425-ci maddəsində təsbit edilmiş «vicdanlılıq» anlayışı ilə birgə dəyərləndirilməlidir. Belə birgə dəyərləndirməyə görə öhdəliyin lazımınca icra edilməməsi dedikdə öhdəliyin vaxtında icra edilməməsi, xammalın, işin və xidməti qüsurlu icrası və ya öhdəliyin tərkibini müəyyən edən digər şərtlərin pozulması başa düşülməlidir. Göründüyü kimi, tərəflər arasında kredit müqaviləsi bağlanmaqla Mülki Məcəllənin 386-cı maddəsinə əsasən həmin müqavilədən irəli gələn öhdəliklər yaranmışdır. İddiaçı müqavilə üzrə üzərinə götürdüyü öhdəliyini icra etmiş, lakin Borclu müqavilə üzrə bankın müəyyən etdiyi ödəniş cədvəlinə uyğun olaraq əsas borcu və faizi vaxtlı-vaxtında ödəməmiş, öhdəliyin icrasını gecikdirmişdir. Nəticədə, borclunun banka kredit borcu yarandığından bu səbəbdən, iddiaçı kredit borcunun tutulması barədə borcluya qarşı tələb irəli sürməkdə haqlı olmuşdur. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəliləri ilə bağlı qeyd edir ki, Azərbaycan Respublikası MPM-nin 25.1-ci maddəsinə görə, mülki məhkəmə icraatı qaydasında mülki, ailə, əmək, mənzil, torpaq münasibətləri, təbii ehtiyatlardan istifadə olunması və ya ətraf mühitin qorunması, vergi və digər münasibətlərdən əmələ gələn mübahisələr üzrə tərəflərdən heç olmasa biri fiziki şəxsdirsə və onun fərdi sahibkar statusu yoxdursa və ya belə statusu olsa da, mübahisə onun sahibkarlıq fəaliyyətini həyata keçirməsi ilə əlaqədar yaranmamışsa, həmin mübahisələr üzrə işlərə ümumi məhkəmələr baxır. Prosessual normanın tələbindən göründüyü kimi, s ahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxsin tərəf olduğu mübahisələrə o halda ümumi məhkəmələrdə baxıla bilməz ki, mübahisə onun sahibkarlıq fəaliyyətini həyata keçirməsi ilə əlaqədar yaransın. Hazırki iş üzrə cavabdeh sahibkarlıq fəaliyyəti həyata keçirən fiziki şəxs olsa belə, kredit müqaviləsində cavabdehin sahibkar olması, cavabdehin krediti sahibkarlıq fəaliyyəti həyata keçirmək məqsəd ilə götürməsi göstərilməmiş, eyni zamanda kreditin məhz bu istiqamətdə sərf edilməsi iş üzrə müəyyən edilməmişdir. Buna görə də, mübahisə cavabdehin sahibkarlıq fəaliyyəti ilə əlaqədar olmadığından apellyasiya instansiya məhkəməsi haqlı olaraq hesab etmişdir ki, hazırki mübahisə ümumi məhkəmənin səlahiyyətinə aid mülki münasibətdən yaranmış mübahisədir və iş üzrə məhkəmə aidiyyətı pozulmadığın dan iş üzrə icraata xitam verilməsi üçün əsaslar mövcud deyil. Kassasiya kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi işin faktiki hallarını tam, hərtərəfli və obyektiv araşdırmış və tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmişdir. Məhkəmə kollegiyası hesab edir ki, yuxarıda göstərilənlərə əsasən kassasiya şikayətinin dəlilləri əsassızdır, həmin dəlillər apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğvi üçün qanuni əsas ola bilməz. Bu səbəbdən, kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişiklik edilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası MPM-in 417.1.1-ci maddəsinə əsasən kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsin in qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 416-417, 419, 421-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdeh və vəkili Vəkilkassasiya şikayəti təmin edilməsin. İş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 21 dekabr 2018-ci il tarixli, 2(103)-13042/2018 nömrəli qətnaməsi dəyişiklik edilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar