Məhkəmə qərarları › İş №2(102)-4777/2020

Ali Məhkəmə Qərar — İş №2(102)-4777/2020

14.10.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-4777/2020 14.10.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Xələfov İlqar Rəhim oğlu, Quliyev Gündüz Ağababa oğlu və Əliyev Zaur Əli oğlundan ibarət tərkibdə, Məhərrəmova Çinarə Ədalət qızının katibliyi ilə, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxx 2019-cu il tarixli 2(103)9805/2019 saylı qətnaməsindən cаvаbdeh Cavabdeh1 tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə baxaraq Müəyyən etdi: Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli qətnaməsi ilə (hakim T.N.Məmmədov, iş № 2(010)-818/2019) İddiaçı İKB ASC-nin cаvаbdehlər Cavabdeh1 və Cavabdeh2 qаrşı borcun tutulması tələbinə dair iddiası qismən təmin edilərək, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada qətnamənin icra olunduğu günə olan Azərbaycan manatının məzənnəsi ilə hesablanmaqla 10.058,47 ABŞ dolları əsas, 5399,53 ABŞ dolları faiz borcu. 30 ABŞ dolları cərimə borcu və kredit müqaviləsi üzrə xx.xx.2017-ci il tarixdən xx.xx.2018-ci il tarixədək gecikdirilmiş vaxt üçün illik 5 faizlə hesablanmış 589,8 ABŞ dolları məbləğində əldən çıxmış fayda olmaqla, cəmi 16.077,80 ABŞ dolları borc və 30 manat dövlət rüsumunun İddiaçı İKB ASC-nin xeyrinə tutulması, iddianın qalan hissədə təmin edilməməməsi qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxx 2019-cu il tarixli qətnaməsi ilə (hakimlər: E.Y.Şamayev, M.A.Məmmədov və Ş.Ə.Məhərrəmova) cаvаbdeh Cavabdeh1 apelyasiya şikayəti təmin edilməmiş, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tar ixli qətnaməsi Cavabdeh1 münasibətdə dəyişdirilmədən saxlanılmışdır. Cavabdeh1 Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxx 2019-cu il tarixli qətnaməsindən kassasiya şikayəti vermişdir. İşə kassasiya qaydasında baxılarkən məhkəmə iclasına gəlmiş Cavabdeh1 məhkəməyə kassasiya şikayətindən imtina edilməsi barədə ərizə təqdim edərək kassasiya icraatına xitam verilməsini xahiş etmişdir. Kollegiya sədrlik edənin məruzəsini dinləyib, kassasiya şikayətindən imtinaya dair Cavabdeh1 ərizəsini müzakirə etdikdən sonra hesab edir ki, kassasiya şikayətindən imtina qəbul edilməli və kassasiya instansiyasında icraata xitam verilməlidir. Azərbaycan Respublikası MPM-nin 410-cu maddəsinə əsasən kassasiya şikayəti vermiş şəxs kassasiya qərarı çıxarılana kimi ondan imtina etməyə haqlıdır (410.1). Məhkəmə bu Məcəllənin 191-ci maddəsində nəzərdə tutulmuş əsaslarla şikayətdən imtinanı qəbul etməməyə və işə kassasiya qaydasında baxmağa haqlıdır. İşdə iştirak edən başqa şəxslər qətnamə və qərardaddan şikayət verməmişlərsə və məhkəmə kassasiya şikayətindən imtinanı qəbul edirsə, kassasiya instansiyasında icraata xitam verilir(410.2). Kassasiya instansiyasında icraata xitam verilməsi barədə kassasiya məhkəməsi qərar çıxarır(410.3). Göstərilən Məcəllənin 191.2-ci maddəsinə görə hakim iddiaçının iddiadan imtina etməsini, cavabdehin iddianı etiraf etməsini və tərəflərin barışıq sazişini təsdiq edənə qədər onlara müvafiq prosessual hərəkətlərin nəticələrini izah edir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 410-cu maddəsini rəhbər tutaraq kollegiya QƏRARA ALDİ: Cavabdeh1 B akı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxx 2019-cu il tarixli qətnaməsindən verdiyi kassasiya şikayətindən imtinası təsdiq edilsin və kassasiya icraatına xitam verilsin. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar