Məhkəmə qərarları › İş №2(102)-4779/2022

Ali Məhkəmə Qərar — İş №2(102)-4779/2022

30.08.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-4779/2022 30.08.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh qarşı iş üzrə QƏRARİ (Açar sözlər: ərazi aidiyyatı) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Xəlilov İsmayıl Kamil oğlu (məruzəçi), Əliyev Ələsgər Əliabbas oğlu və Əhmədova Mehparə Tofiq qızından ibarət tərkibdə, İddiaçı Cavabdeh qarşı ərazi aidiyyatı ilə bağlı Gəncə Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(104)-1763/2022 nömrəli, 31 may 2022-ci il tarixli qərardadından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə 30 avqust 2022-ci il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi: İşin halları 1. cava bdeh xx.xx.2019-cu il tarixdə saat təxminən 16;20 radələrində Bərdə Şəhəri, H.Aslanov küçəsində texniki cəhətdən saz vəziyyətdə olan etibarnamə ilə idarə etdiyi İbrahimov Yaşar Ədil oğluna məxsus XXX markalı **-BL-*** dövlət qeydiyyat nişanlı avtomobillə XXX Şəhəri XXX küçəsində yerləşən asfalt yolda hərəkətdə olarkən “X4” Azərbaycan Respublikası Qanununun 69-cu maddəsinin 7-ci hissəsinin 1-ci bəndinin tələblərinə əsasən üfiqi nişanlanma xəttini (əks istiqamətli nəqliyyat axınlarını ayıran ağ bütöv qoşa üfiqi nişanlanma xətti) kəsib keçməməli olduğu halda bunları etməyərək cinayətkarcasına özünə güvənib avtomobili 40-45 km/saat surətlə idarə edərkən üfiqi nişanlanma xəttini kəsərək asfalt yolun sağ tərəfindən sol tərəfinə dönərkən avtomobilin qabaq tərəfi ilə yolun solunda oturaqcaqda otur an piyada İddiaçı vuraraq sonuncuya ağır septiki şokla müşayiət olunan sirkə kasasının sınığı, qasıq sümüyünün sınığı, qasıq sümüyünün travmatik cırılması, budun açıq yarası, topuğun sınığı, incil sümüyünün sital şöbəsinin sınığı, qabırğaların çıxsaylı sınıqları, travmatik pnevmotoraks, travmatik hemotoraks, kəskin peritonit, nazik bağırsağın travması ilə müşayiət olunan və həyat üçün təhlükəli olan ağır bədən xəsarətləri yetirməklə ehtiyatsızlıqdan sağlamlığına ağır zərər vurulması ilə nəticələnən yol nəqliyyat hadisəsi törətmişdir. 2. 8 sentyabr 2020-ci il tarixli pul qəbzinə əsasən İddiaçı xəstəxanaya 6000 ABŞ dolları pul ödəniş etmişdir. 3. 14 sentyabr 2020-ci il tarixli pul qəbzinə əsasən İddiaçı xəstəxanaya 6000 ABŞ doları pul ödəniş etmişdir.

4. Acıbadəm sağlıq xidmətləri mərkəzi tə rəfindən verilmiş 19 sentyabr 2020-ci il tarixli qəbzə əsasən İddiaçı Xəstəxanaya 1150 ABŞ dolları pul ödəniş etmişdir.

5. Acıbadəm sağlıq xidmətləri mərkəzi tərəfindən verilmiş 19 sentyabr 2020-ci il tarixli qəbzə əsasən İddiaçı Xəstəxanaya 320 tüek lirəsi məbləğində pul ödəniş etmişdir.

6. X2 Ortopedi Akademiyası tərəfindən verilmiş arxiv fakturasına əsasən İddiaçı 08 oktyabr 2020-ci il tarixdə xəstəxanaya 50.000 türk lirəsi ödəniş etmişdir.

7. ROMLTEM fiziki müalicə və reabilitasiya xəstəxanası tərəfindən verilmiş 18 oktyabr 2020-ci il tarixli qəbzə əsasən İddiaçı xəstəxanaya 12650 türk lirəsi məbləğində pul ödəniş etmişdir.

8. Bakı Sağlamlıq Mərkəzi tərəfindən verilmiş 26 noyabr 2020-ci il tarixli, 27 noyabr 2020-ci il tarixli, 16 dekabr 2020-ci il tarixli, qəbzlərə əsasən İddiaçı mərk əzə 103, 200, 20, 60 manat ödəniş etmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat

9. İddiaçı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək Cavabdeh 383 manat, 12350 ABŞ dolları və 62970 türk lirəsinin ödəniş gününə olan Azərbaycan manatı məzənnəsi ilə, həmçinin 30 manat dövlət rüsumu məbləğində pul vəsaitinin onun xeyrinə tutulmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir.

10. İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdeh ona külli miqdarda maddi ziyan vurmuşdur. Bir ildən çoxdur müxtəlif səhiyyə ocaqlarında müalicə olunsa da səhəti hələ də tam bərpa olunmur. Aldığı xəsarətlərlə əlaqədar bel fəqərələri, qasıq sümüyü, bud topuğu, incik sümüyü, qabırğaları çoxsaylı yerdən sınmışdır. Dəfələrlə ağır cərrahi əməliyyatlar keçirmişdir. Sonuncu d əfə Türkiyə Respublikasında əməliyyat olunmuşdur. Cavabdehə qarşı vurulmuş maddi ziyanın ödənilməsi tələbi ilə Bərdə rayon məhkəməsində iddia qaldırmış, Bərdə rayon məhkəməsinin 16 sentyabr 2020-ci il tarixli qətnaməsi ilə iddia tələbi qismən təmin edilmiş, Cavabdeh 9273 manat və 30 manat dövlət rüsumunun alınaraq ona verilməsi qət edilmiş, lakin bu günə qədər ona heç bir ödəniş edilməmişdir. Məhkəmə qətnaməsi qət olunduğu gündən də sonra səhhətində ciddi problemlər yaşanmış, bu səbəbdən də Bakı şəhərində müalicə olunmuş və daha sonra isə Türkiyə Respublikasında yerləşən xəstəxanada müalicəsini davam etdirmişdir.

11. İddiaçı nümayəndəsi MPM-in 53-cü maddəsinə əsasən iddia tələbinin dəqiqləşdirilməsinə dair məhkəməyə ərizə verərək cavabdehdən 383 manat, 13150 ABŞ dolları, 62970 türk lirəs inin ödəniş gününə olan Azərbaycan manatı məzənnəsi ilə, həmçinin 30 manat dövlət rüsumu məbləğində pul vəsaitinin onun xeyrinə tutulmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir.

12. Bərdə Rayon Məhkəməsinin (hakim Məhərrəm Allahverdiyev) 2(021)-793/2021 nömrəli 2 mart 2021-ci il tarixli qətnaməsi ilə iddia təmin edilmiş, Cavabdeh 13150 ABŞ dolları, 62970 türk lirəsi ödəniş gününüə olan Azərbaycan manatı məzənnəsi ilə və 838 manat pul və 30 manat ödənilmiş dövlət rüsumu alınaraq İddiaçı verilməsi qət edilmişdir.

13. Məhkəmə öz mövqeyini əsaslandıraraq qeyd etmişdir ki, Cavabdeh yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozaraq ehtiyatsızlıqdan İddiaçı xəsarət yetirdiyindən və iddiaçı qeyd olunan xəsarətlərə görə 13150 ABŞ dolları, 62970 türk lirəsi və 383 manat x əstəxanalara müalicəsi üçün pul ödəmişdir. İddiaçıya mülki hüquq pozuntusu nəticəsində ziyan dəyməsi məhkəmə iclasında araşdırılmış sübutlarla öz təsdiqini tapmışdır.

14. Məhkəmə öz mövqeyini əsaslandırarkən Azərbaycan Respublikasının Konstitusiyasının 60, Mülki Məcəllənin 21.1, 386, 1096.1, 1097.1, 1108, MPM-in 14.2, 217.3, 76, 80, 81, 88-ci maddələrinə istinad etmişdir. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat

15. Bərdə Rayon Məhkəməsinin 2(021)793/2021 nömrəli 2 mart 2021-ci il tarixli qətnaməsindən Cavabdeh Yaşa oğlu apellyasiya şikayəti vermiş, eyni zamanda buraxılmış prosessual müddətin bərpasına dair ərizə verərək buraxılmış prosessual müddətin bərpasını məhkəmədən xahiş etmişdir.

16. Bərdə Rayon Məhkəməsinin 31 mart 2022-ci il tarixli 2(021)-793/2021 nömrəli qərardadı ilə ərizə təmin edilmiş və apellyasiya şikayəti baxılması üçün Gəncə Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır.

17. Həmin qərardaddan narazı qalan iddiaçının nümayəndəsi X1 şikayət verərək qərardadın ləğv edilməsi və ərizənin təmin olunmamasını xahiş etmişdir.

18. Bərdə Rayon Məhkəməsinin 06 aprel 2022-ci il tarixli 2(021)-793/2021 nömrəli qərardadı ilə şikayət təmin edilməmiş və baxılması üçün Gəncə Apellyasiya Məhkəməsinə göndərilmişdir.

19. Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 4 may 2022-ci il tarixli qərardadı ilə şikayət təmin edilməmiş, iş üzrə Bərdə Rayon Məhkəməsinin 31 mart 2022-ci il tarixli 2(021)-793/2021 saylı qərardadı və onun əsasında verilmiş Bərdə Rayon Məhkəməsinin 6 aprel 2022-ci il tarixli 2(021)-793/2021 saylı qərardadı dəyişdirilmədən saxlanılm ış, Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti apellyasiya qaydasında baxılması üçün Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına verilmişdir.

20. Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının (hakimlər Rəhman Muradov (sədrlik edən və məruzəçi), Fikrət Mehtiyev və Ədil Məmmədov) 2(104)1763/2022 nömrəli 31 may 2022-ci il tarixli qərardadı ilə Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilmiş, Bərdə Rayon Məhkəməsinin 02 mart 2021-ci il tarixli 2(021)-793/2021 nömrəli qətnaməsi ləğv edilmiş, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki iş aidiyyəti üzrə baxılması üçün Ağdam Rayon Məhkəməsinə göndərilmişdir.

21. Məhkəmə kollegiyası öz mövqeyini əsaslandıraraq qeyd etmişdir ki, cavabdeh X3 rayonu XXX kəndində qeydiyyatdadır. Ona görə də hazırki mülki i şə cavabdehin rəsmi qeydiyyatda olduğu yerin məhkəməsində, yəni Ağdam Rayon Məhkəməsində baxılmalıdır.

22. Məhkəmə kollegiyası öz mövqeyini əsaslandırarkən Azərbaycan Respublikasının Konstitusiyasının 62-ci, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 24.1, 31.1, 31.2, 32.3, 35.1, 44.2.2, 387.2..9-cu maddələrinə, Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 24 noyabr 2005-ci il tarixli 4 saylı tövsiyyə xarakterli qərarının 2.2-ci bəndinə istinad etmişdir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri

23. Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 31 may 2022-ci il tarixli qərardadından iddiaçı (Vəkil) kassasiya şikayəti vermişdir.

24. Kassator kassasiya şikayətini əsaslandıraraq qeyd etmişdi r ki, mübahisə predmeti şikəstetmə və səhhəti sair şəkildə zədələmə ilə bağlı olmuşdur və sözügedən hadisə XXX şəhərində baş vermişdir. MPM-in 36.6-cı maddəsinə əsasən şikəstetmə və ya səhhəti sair şəkildə zədələmə ilə, habelə ailəni dolandıranın ölümü ilə vurulan ziyan haqqında iddialar ziyan vuranın yaşadığı yerə görə və ya ziyan vurma yerinə görə verilə bilər. Bu səbəbdən də işə Bərdə rayon Məhkəməsində baxılmalı olduğundan o Bərdə Rayon Məhkəməsində iddia qaldırmışdır. İşə baxan apellyasiya məhkəməsi MPM-in tələblərinə əməl etmədən yalnış nəticəyə gəlmişdir.

25. Kassator öz mövqeyini əsaslandırarkən MM-in 425, MPM-in 4.1, 377, 405.1, 416-cı maddələrinə istinad etmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

26. Cavabdeh kassasiya şikayətinə qarşı etiraz edərək bildirmişdir k i, işə aidiyyatı üzrə Ağdam rayon məhkəməsi baxmalı olduğu halda, Bərdə rayon məhkəməsi əsassız qətnamə qəbul etmişdir, ona heç bir xəbərdarlıq olmadan, o qətnamədən apellyasiya şikayəti vermiş və nəticədə işə yenidən baxılması üçün Ağdam rayon məhkəməsinə göndərilməsi barədə qərardad qəbul edilmişdir. Lakin işə aidiyyatı üzrə baxmaq üçün Ağdam rayon məhkəməsinə göndərilən iş tam əsaslı və ədalətli qərardır. İddiaçı və onun vəkili düzgün olmayan nəticəyə gəlmişdir. Odur ki, işə Ağdam rayon məhkəməsində baxılmasına o etiraz etmir. İddiaçı və onun vəkili tərəfindən verilmiş kassasiya şikayətinə etiraz etdiyini bildirmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Konstitusiyası

27. Maddə

62. Məhkəmə aidiyyətinin qanunsuz dəyişdirilməsinə yol verilmir. Həmin maddəyə əsasən hər kəsin on un işinə qanunla müəyyən edilmiş məhkəmədə baxılması hüququ vardır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi

28. Maddə 24.1. Azərbaycan Respublikasının məhkəmələri, pozulmuş və barəsində mübahisə edilən hüquq və azadlıqların müdafiəsi məhkəmədən kənar digər qaydada həyata keçirilmirsə, bu Məcəlləyə və ya digər qanunlara müvafiq olaraq belə hüquq və azadlıqları müdafiə və təmin edir.

29. Maddə 31.1. Aidiyyət qaydalarının pozulmasına yol verilmir.

30. Maddə 31.2. Aidiyyət qaydalarına riayət etməklə məhkəmənin öz icraatına qəbul etdiyi iş, sonradan başqa məhkəməyə aid olsa da, mahiyyəti üzrə həmin məhkəmədə həll edilməlidir.

31. Maddə 32.3. Hakimin özü də mübahisənin məhkəməyə aidiyyəti olmamasını aşkara çıxara bilər.

32. Maddə 35.1. Qanunla başqa hal nəzərdə tutulmamışdırsa, idd ia cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə verilir.

33. Maddə 36.6. Xəsarət yetirmə və ya sağlamlığın başqa şəkildə pozulması ilə, habelə ailəni dolandıranın ölümü ilə vurulan ziyan haqqında iddialar ziyan vuranın yaşadığı yerə görə və ya ziyan vurma yerinə görə verilə bilər.

34. Maddə 417.1.3. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını qismən ləğv edə və ya tamamilə, yaxud qismən ləğv edib işi yenidən baxılmaq üçün apellyasiya instansiyası məhkəməsinə göndərə bilər.

35. Maddə 417.2. Bu Məcəllənin 417.1.4-cü maddəsində nəzərdə tutulmuş qərar yalnız o halda qəbul edilir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi hüquq normaları pozulmuş və ya düzgün tətbiq edilməmiş olsun. Kassasiya baxışının hədləri

36. Kassasiy a instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

37. Hazırkı kassasiya şikayətində apellyasiya instansiyası məhkəməsi aktının tam ləğvi xahiş edildiyinə görə məhkəmə aktı tam yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

38. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi işin ərazi aidiyyəti il bağlı düzgün nəticə yə gəlməmişdir.

39. Əvvəla, məhkəmələr müəyyən etmişlər ki, cavabdehin təqsirli hərəkətləri nəticəsində iddiaçının xəsarətlənməsi və şikəst olması ilə bağlı cinayət hadisəsi XXX rayonu ərazisində baş vermiş, cavabdeh həmin rayon məhkəməsinin hökmü ilə məhkum edilmişdir. İddiaçının sağlamlığına vurulmuş zərərlə bağlı analoji tələbinə bir dəfə Bərdə Rayon Məhkəməsində baxılmış və məhkəmənin 16 sentyabr 2020-ci il tarixli qətnaməsi ilə iddia tələbi qismən təmin edilmiş, qətnamə qanuni qüvvəsini almışdır.

40. İşdən görünür ki, cavabdeh Ağdam rayonundan məcburi köçkündür və XXX rayonu XXX binasında məskunlaşmışdır. Tərəflər işin ərazi aidiyyəti ilə bağlı heç vaxt mübahisə açmamışlar, hətta apellyasiya icraatında dəfələrlə məhkəmə iclası keçirilsə də, tərəflər işin ərazi üzrə başqa məhkəməyə aid olması məsələsini qaldırmamışlar. Sonuncu məhkəmə baxışı zamanı apellyasiya məhkəməsi öz təşəbbüsü ilə prosessual qanunvericiliyin tələblərini pozaraq işin ərazi aidiyyəti ilə bağlı qərardad çıxarmışdır.

41. Azərbaycan Respublikası MPM-in 36.6.-cı maddəsinə əsasən xəsarət yetirmə və ya sağlamlığın başqa şəkildə pozulması ilə, habelə ailəni dolandıranın ölümü ilə vurulan ziyan haqqında iddialar ziyan vuranın yaşadığı yerə görə və ya ziyan vurma yerinə görə verilə bilər.

42. Hazırkı işdə tələb yuxarıda qeyd olunan normanın dispozisiya şərtlərinə uyğun olan tələbdir. Ona görə 1-ci instansiya məhkəməsi işə Bərdə Rayon Məhkəməsində baxmaqda haqlı olmuşdur.

43. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 403, 416, 419-cu maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə tərkibi Qəra ra aldı: İddiaçı kassasiya şikayəti təmin edilsin. Həmin iş üzrə Gəncə Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(104)-1763/2022 nömrəli, 31 may 2022-ci il tarixli qərardadı ləğv olunaraq iş cavabdehin apellyasiya şikayətinə mahiyyəti üzrə baxılması üçün apellyasiya baxışına qaytarılsın. Qərar qətidir, qəbul edildiyi andan qanuni qüvvəsini alır.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar