Məhkəmə qərarları › İş №2(102)-478/2018

Ali Məhkəmə Qərar — İş №2(102)-478/2018

25.01.2018 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-478/2018 25.01.2018 ALİ MƏHKƏMƏ AzərbaycanRespublikasıadından AzərbaycanRespublikasıAliMəhkəməsinin MülkiKollegiyasının QƏRARİ 25 yanvar2018-ciil İş№ 2(102)-478/2018 Bakışəhəri Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Qoldman Tatyana Aleksandrovnanın sədrliyi və məruzəsi ilə, Mirzəliyev Əsəd Abdulla oğlundan və Quliyev Gündüz Ağababa oğlundan ibarət tərkibdə, Oruclu Bahar Nurəddin qızının katibliyi, iddiaçının vəkili X4ün iştirakı ilə, İddiaçı ASC-nin, habelə cavabdehlər Cavabdeh1, X1 və X3ün Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(107)-380/2017 saylı 14 sentyabr 2017-ci il tarixli qətnaməsindən verdikləri kassasiya şikayətləri üzrə işə baxaraq MÜƏYYƏN ETDİ: Balakən Rayon Məhkəməsin in 18 noyabr 2016-cı il tarixli qətnaməsi ilə (hakim H.Q.Səlimov, iş № 2(019)-117/2016)iddiаçı "xxxx" Qаpаlı Səhmdаr Cəmiyyətinin cаvаbdehlər Cavabdeh1, Cavabdeh2 və X4ə qarşı kredit müqаviləsi üzrə bоrc tələbi və tutmanın ipоtekа predmetinə yönəldilməsi tələbi bаrədə iddiаsı qismən təmin edilmiş, cavabdehlərdən müştərək qaydada iddiаçının xeyrinə 19R*********1214 kredit razılaşması üzrə 14671,02 АBŞ dоllаrı məbləğində kredit borcu, 2200,65 АBŞ dоllаrı məbləğində faiz borcu və 300 АBŞ dоllаrı məbləğində cərimə olmaqla, cəmi 17171,67 АBŞ dоllаrı məbləğində borcun qətnamə icra edilən tarixə Azərbaycan manatına məzənnə ilə, dövlət rüsumu olaraq ödənilmiş 30 manat vəsait, ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin qeydə alınması üçün ödənilmiş 10 manat dövlət rüsumu və 21 manat xidmət haqqının tutulmаsı, tələbin ünvan 1 ünvanında olan 0,0050 ha torpaq sahəsinə və həmin torpaq sahəsində yerləşən Cavabdeh1in xüsusi mülkiyyətində olan 1 mərtəbəli, ümumi sahəsi 38,64 kv.m olan qeyri-yаşаyış binаsınа (mаğаzа) yönəldilməsi, həmin torpaq sahəsi və qeyriyаşаyış binаsının (mаğаzа) ilkin satış qiymətinin 38500 manat olmaqla açıq hərracdan satılmаsı və 17171,67 АBŞ dоllаrı məbləğində borcun qətnamə icra edilən tarixə Azərbaycan manatına məzənnə ilə, dövlət rüsumu olaraq ödənilmiş 30 manat vəsait, ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin qeydə alınması üçün ödənilmiş 10 manat dövlət rüsumu və 21 manat xidmət haqqının hərracdan satışdan əldə olunan vəsait hesabına iddiаçıyа ödənilməsi, tutmаnın ünvan 1 ünvanda olan 0,0050 ha torpaq sahəsinə və həmin torpaq sahəsində yerləşən Cavabdeh1in xüsusi mülkiyyətində olan 1 mərtəbəli, ümumi sahəsi 34,68 kv.m olan qeyri-yаşаyış binаsınа (mаğаzа) yönəldilməsi, həmin torpaq sahəsinə və qeyri-yаşаyış binаsınа (mаğаzа) tutma yönəldildikdən və o satıldıqdan 1 ay sonra Cavabdeh1in həmin əmlakdan çıxarılmаsı, əmlakın boşaldılmаsı, iddia tələbinin qalan hissədə təmin edilməməsi qət edilmiş, ünvan 1 ünvanda olan 0,0050 ha torpaq sahəsinin və həmin torpaq sahəsində yerləşən Cavabdeh1in xüsusi mülkiyyətində olan 1 mərtəbəli, ümumi sahəsi 34,68 kv.m olan qeyri-yаşаyış binаsının (mаğаzа) ilkin satış qiyməti 38500 manat müəyyən edilmişdir. Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 14 sentyabr 2017-ci il tarixli qətnaməsi ilə (hakimlər İ.H.Şükürov (sədrlik edən və məruzəçi), M.M.Hüseynov və R.Ə.Əliyev, iş № 2 (107)380/2017) cаvаbdehlər Cavabdeh1, Cavabdeh2 və X4 tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilmiş, Balakən Rayon Məhkəməsinin 18 noyabr 2017-ci il tarixli, 2(019)-117/2016 sаylı qətnaməsi dəyişdirilmiş, 14671,02 ABŞ dolları əsas, 1894,52 ABŞ dolları faiz və 300 ABŞ dolları cərimə borcu olmaqla, cəmi 16865,54 ABŞ dolları məbləğində borcun məhkəmə qətnaməsinin icra edildiyi günə Azərbaycan manatına məzənnəsi ilə cаvаbdehlər Cavabdeh1dən, Cavabdeh2dən və X5dən müştərək qaydada İddiaçı ASC-nin xeyrinə tutulması, tutmanın ünvan 1 ünvanında olan 0,0050 ha torpaq sahəsinə və həmin torpaq sahəsində yerləşən Cavabdeh1in xüsusi mülkiyyətində olan 1 mərtəbəli, ümumi sahəsi 38,64 kv.m olan qeyri-yаşаyış binаsınа (mаğаzа) yönəldilməsi, həmin torpaq sahəsi və qeyri-yаşаyış binаsının (m аğаzа) ilkin satış qiymətinin 102000 manat müəyyən edilməsi, iş üzrə təyin olunmuş məhkəmə-mühasibatlıq ekspertizasının tədqiqat dəyəri olan 50 manat pulun yarısı olan 25 manat məbləğində vəsaitin İddiaçıASC-dən, qalan 25 manat məbləğində pulun isə cavabdehlərdən tutularaq dövlətin hesabına ödənilməsi, qətnamənin qalan hissədə dəyişdirilmədən saxlanılması qət edilmişdir. Göstərilən qətnamədən İddiaçı ASC, habelə cavabdehlər Cavabdeh1, X2 və X3 kassasiya şikayətləri vermişdir. İşin halları: İddiaçı cаvаbdehlər Cavabdeh1ə, Cavabdeh2ə və X4ə qаrşı “kredit müqаviləsi üzrə bоrc tələbi və tutmanın ipоtekа predmetinə yönəldilməsi tələbinə” dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə instansiyaları tərəfindən mübahisə yuxarıda göstərilən qaydada həll edilmişdir. Kassasiya şikayətlə rinin dəlilləri: İddiaçı-nin nümayəndəsi X5 və vəkili X6 kassasiya şikayəti verərək apellyasiya instansiyası məhkəməsi qətnaməsinin qismən- ipoteka predmeti olan torpaq sahəsinin və qeyri-yaşayış binasının (mağazanın) ilkin satış qiymətinin 102000 manat müəyyən edilməsi hissəsində ləğv edilməsini və işin həmin hissədə yenidən baxılmaq üçün apellyasiya instansiyası məhkəməsinə qaytarılması barədə qərar qəbul edilməsini xahişetmişlər. Kassasiya şikayətində göstərilir ki, apellyasiya instansiyası məhkəməsi MPM-nin 88, 102.2-ci maddələrini pozmuş, “Əmlak Məsələləri Dövlət Komitəsi haqqında” Əsasnamənin 7.10, “Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti haqqında” Əsasnamənin 9.26-cı bəndlərini nəzərə almamış, nəticədə qanunsuz və əsassız qətnamə qəbul etmişdir. Cavabdehlər Cavabdeh1, Cavabdeh2, X6 və onların vəkili X7 kassasiya şikayəti verərək apellyasiya instansiyası məhkəməsi qətnaməsinin ləğv edilməsini və işin yeni apellyasiya baxışına göndərilməsini xahişetmişlər. Kassasiya şikayətində göstərilir ki, apellyasiya instansiyası məhkəməsi Konstitusiyanın 60, MPM-nin 14-cü maddələrini pozmuş, nəticədə qanunsuz və əsassız qətnamə qəbul etmişdir. Prosessual məsələlər: Kassasiya instansiyası məhkəməsində işə baxılarkən iddiaçının vəkili X8 kassasiya şikayətinin məzmununa uyğun izahat verməklə, Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(107)-380/2017 saylı 14 sentyabr 2017-ci il tarixli qətnaməsinin qismən ləğv edilməsinə vəkassasiyaşikayətinintəminolunmasınadairqərarqəbuledilməsinixahiş etmişdir. Cavabdeh1AzərbaycanRespublikasıMPM-nin 67.1cimaddəsinintələblərinəəməletməyərəkmə hkəməkollegiyasınıniclasınavəkilsizgəldiyinəgörəişinkass asiyabaxışındaiştiraketməmişdir. Məhkəməkollegiyasıiclasınınyerivəvaxtıbarədəlazımiqaydadaməlumatlandırılmalarınabaxmay araqdigər cavabdehlər heçbirüzrlüsəbəbgöstərmədənməhkəməkollegiyasınıniclasınagəlməmişlər. MəhkəməkollegiyasıMPM-nin 415.3-cü maddəsini iştirakıolmadanbaxılmasınımümkünhesabetmişdir. rəhbər tutaraq işə onların Hüquqi məsələlər: Azərbaycan Respublikası MPM-nin 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Məhkəmə kollegiyası işin materiallarını tədqiq edərək, məruzəçini, iddiaçının vəkilini dinləyərək, kassasiya şikayətinin dəlillərini müzakirə edərək hesab edir ki, apellyasiya ins tansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tələblərinə tam həcmdə riayət olunmuşdur və buna görə də qəbul olunmuş qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası ilk növbədə qeyd edir ki, hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. Hakimlər işlərə qərəzsiz, ədalətlə, tərəflərin hüquq bərabərliyinə, faktlara əsasən və qanuna müvafiq baxırlar (Konstitusiyanın 60-cı maddəsinin İ hissəsi, 71-ci maddəsinin İ hissəsi və 127-ci maddəsinin İİ hissəsi). Mülki işlər üzrə məhkəmə icraatının vəzifələri hər bir fiziki və ya hüquqi şəxsin Azərbaycan Respublikası Konstitusiya sından, qanunlarından və digər normativ-hüquqi aktlarından irəli gələn hüquq və mənafelərinin məhkəmədə təsdiq olunmasıdır. Mülki məhkəmə icraatı qanunçuluğun və ictimai qaydanın bərqərar edilməsinə, vətəndaşların qanunlara dönmədən hörmət ruhunda tərbiyə edilməsinə rəvac verir (MPM-in 2.1 və 2.2-ci maddələri). Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yəni işə baxan birinci və apellyasiya instansiyaları məhkəmələri tərəfindən sübut kimi müəyyən olan faktlara qiymət vermir. Kassasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki halları yoxlanılmasa da apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilib-edilməməsini yoxlayarkən iş materiallarında olan sübutlara və hüquqi faktlara istinad etməsi faktiki halları araşdırmaq kimi qiymətləndirilə bilməz. Apellyasiyainstansiyasıməhkəməsitərəfindənmüəyyənolunmuşişinfaktikihallarındangörünürki, İddiaçı ASC ilə Cavabdeh1 arasında bağlanmış 29 аvqust 2013-cü il tаrixli 19L*********0933 №-li kredit xətti müqаviləsinə əsаsən "xxxx" АSC tərəfindən Cavabdeh1ə 120 аy müddətinə 30000 АBŞ dоllаrı məbləğində kredit xətti аçılmış, 30 аvqust 2013-cü il tаrixli 19R**********4 №-li kredit rаzılаşmаsına əsasən isə Cavabdeh1ə "xxxx" QSC ilə bаğlаdığı 30 аvqust 2013-cü il tаrixli 19R*********1214 №-li kredit rаzılаşmаsı əsаsındа 48 аy müddətinə, аylıq fаiz dərəcəsi 2% оlmаqlа, ödəniş plаnı üzrə hissə-hissə qаytаrmаq şərti ilə 20000 manat məbləğində kredit verilmişdir. Həmçinin işdə olan 29 аvqust 2013-cü il tаrixli 19S*********1863 №-li və 19S**** *****1845 №-li zаminlik müqаvilələrindən görünür ki, həmin müqаviləyə görə zaminlər Cavabdeh2 və X4 borclunun kredit müqaviləsindən irəli gələn öhdəliklərini icra etməsi üçün bank qarşısında məsuliyyəti öz üzərlərinə götürmüşlər. Eləcə də, ünvan 1 ünvanında olan 0,0050 ha torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən Cavabdeh1in xüsusi mülkiyyətində olan 1 mərtəbəli, ümumi sahəsi 38,64 kv.m olan qeyri-yаşаyış binаsı (mаğаzа) ipoteka ilə yüklü edilmişdir.Kredit müqaviləsinə əsasən cavabdeh krediti ona hesablanmış faizlərlə birlikdə hər ay hissə-hissə ödəməyi öhdəsinə götürmüşdür. Bank tərəfindən kreditin verilməsinə baxmayaraq cavabdeh müqavilə öhdəliklərinə əməl etmədiyindən bank hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Apellyasiya instansiyası məhkəməsi tərəfindən 07 fevr al 2017-ci il tarixdə iş üzrə məhkəmə mühasibatlıq ekspertizası təyin edilmişdir. Ekspertizanın nəticələrinə dair 17 avqust 2017-ci il tarixli, 6643 nömrəli məhkəmə ekspertizasının rəyindən görünür ki, hazırkı iddia tələbi üzrə əsas borcun məbləği 14864,85 ABŞ dolları, faiz borcunun məbləği isə 1894,52 ABŞ dolları müəyyən edilmişdir. Bundan əlavə, apellyasiya məhkəməsi 07 fevral 2017-ci il tarixdə mülki iş üzrə ipoteka predmeti olan 1 mərtəbəli qeyri-yaşayış binasının (mağaza) qiymətləndirilməsinin aparılmasını "xxxx" MMC-yə tapşırmışdır. Toplanmış məlumatlar nəzərə alınmaqla aparılmış təhlil və hesablamalar nəticəsində məlum olmuşdur ki, Cavabdeh1ə məxsus ünvan 1 ünvanında qeyriyaşayış binasının tələblə təklifin qarşılıqlı təsiri nəticəsində təşəkkül tapan qiyməti 102 000 manat təşkil etm işdir. Qüvvədə olan mülki qanunvericiliyin müddəalarına əsasən, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır (Mülki Məcəllənin 739.1, 739.2-ci maddələri). Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya Mülki Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. İcranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Öhdəliyinonunicra sıüçünmüəyyənləşdirilmişmüddətdəicraedilməməsivəicramüddətiçatanadəkkredit orunetdiyixəbərdarlıqdansonradaöhdəliyinicraedilməməsiborclununicranıgecikdirməsisayılır. Əgər borclu icra müddəti çatdıqdan sonra kreditorun xatırlatmasına baxmayaraq öhdəliyi icra etməzsə, o, icranı xatırlatma üzrə gecikdirmiş sayılır. Öhdəliyin icrası barədə iddia irəli sürülməsi, habelə icraya dair yazılı tələbin çatdırılması xatırlatmaya bərabər tutulur. Mülki Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Özgə vəsaitindən istifadə üçün faizlər, əgər müqavilədə faizlərin hesablanması üçün daha qısa müddət müəyyənləşdirilməyibsə, həmin vəsait məbləğinin kreditora ödənildiyi günə qədər tutulur. Dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir (Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1, 386.1, 442, 443.1, 445, 448.1, 449.4, 462.1-ci maddələri). «İpoteka haqqında» Azərbaycan Respublikası Qanununun 34-cü maddəsinə əsasən, əsas öhdəliyin, yaxud onun bir hissəsinin vaxtında icra olunmaması və ya əsas öhdəlik üzrə faizlərin ödənilməsi müddətlərinin ardıcıl olaraq iki dəfə pozulması ipoteka saxlayanın ipoteka predmetinə t utmanın yönəldilməsi hüququnun yaranması anı kimi təsbit edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 269.1-ci maddəsinə əsasən, girov və ipoteka hüququ girov qoyanın əşyası barəsində girov saxlayanın əşya hüququdur və eyni zamanda borclunun girov saxlayan qarşısında pul və ya başqa öhdəliyinin icrasının təmin edilməsi üsuludur. Həmin Məcəllənin295-ci maddəsinə əsasən, girov saxlayanın (kreditorun) tələblərinin ödənilməsi üçün tutma girov qoyulmuş əşyaya borclu girovla təmin edilmiş öhdəliyi onun cavabdeh olduğu səbəblərdən icra etmədikdə və ya lazımınca icra etmədikdə yönəldilə bilər. Mülki Məcəllənin 317-ci maddəsinə görə, borclu təminat vasitəsi ipoteka olan əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə ipoteka saxlayan daşınmaz əşyanın satılmasını tələb edə bilə r. Həmin Məcəllənin 319.1 və 319.6-cı maddələrinə əsasən, əgər borclu icrasını təmin etmək üçün əşyanın ipotekaya verildiyi öhdəliklərin yerinə yetirilməsini gecikdirmişsə, ipoteka saxlayan ipoteka ilə yüklü edilmiş obyekti açıq hərracdan satmaq hüququna malikdir. Əgər ipoteka predmetinin satışından götürülmüş məbləğ ipoteka saxlayanın tələblərini ödəməyə kifayət etmirsə, borclu çatışmayan məbləği ipoteka saxlayana ödəməlidir. Əgər satışdan götürülən və ya əldə edilən məbləğ ipoteka saxlayanın tələblərindən artıqdırsa, artıq məbləğ borcluya qaytarılmalıdır. Məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticələrlə razılaşır. Belə ki, müəyyən olunmuşdur ki, cavabdeh kredit müqaviləsi üzrə götürdüyü öhdəliyi icra etməmişdir. Cavabdeh iddiaçı banka olan borcunu müqavilə il ə nəzərdə tutulan vaxt və qaydada ödəməmiş, müqavilə şərtlərini pozmuşdur. Buna görə də o, risk dairəsinə daxil olan öhdəliyin icra edilmədiyi bütün hallar üçün cavabdeh olduğundan, öz öhdəliyinin hər bir təqsirli pozuntusuna görə məsuliyyət daşıyaraq, əsas kredit borcunu müqavilədə razılaşdırıldığı kimi faiz borcu və dəbbə pulu ilə birlikdə iddiaçıya ödəməlidir. Bundan başqa əsas öhdəlik icra edilmədiyindən borcun tutulması iddiaçının tələbinə əsasən ipoteka və girov predmetinə yönəldilməsi üçün əsasdır. İddiaçı bank isə öz üzərinə düşən öhdəliyi lazımınca icra etmiş və heç bir prosedur qaydalarının pozuntusuna yol verməmişdir. Lakin, cavabdeh mütəmadi olaraq ödəmə qaydalarını pozmuş və nəticədə iddiada göstərilən qaydada borcları yaranmışdır. Cavabdehlər kassasiya şikayətində borcun artı q hesablandığını göstərsələr də, bununla bağlı iş materiallarında hər hansı sübut mövcud deyildir. Cavabdehlər həmçinin ipoteka predmetinin ilkin satış qiymətinin aşağı olduğunu bildirmişlər. İddiaçı Bank isə kassasiya şikayətində yalnız ipoteka predmetinin ilkin satış qiyməti ilə razı olmadıqlarını, qiymətin həddən artıq yüksək müəyyən olunduğunu qeyd etmişdir. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi haqlı olaraq bu hissədə belə nəticəyə gəlmişdir ki, birinci instansiya məhkəməsinin qətnaməsi ipoteka predmetinin ilkin satış qiymətinə aid hissədə dəyişdirilməli, ipoteka predmetinin ilkin satış qiyməti 102000 manat müəyyən edilməlidir. Belə ki, “İpoteka haqqında” Qanunun 39.3.3-cü maddəsinə əsasən, məhkəmə ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında qər ar qəbul edərkən, qərarda ipoteka predmetinin ilkin satış qiymətini göstərməlidir. İlkin satış qiyməti ipoteka qoyanla ipoteka saxlayanın razılaşması əsasında, mübahisə olduqda isə müstəqil qiymətləndiricinin rəyi əsasında məhkəmə tərəfindən müəyyən edilir. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi qətnamə qəbul edərkən iş üzrə maddi və prosessual hüquq normalarının pozulmasına yol verməmiş, işin hallarının hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaratmış və nəticə etibarı ilə qanuni və tam əsaslı qətnamə qəbul etmişdir. Buna görə də kassasiya şikayətlərinin dəlilləri apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsas ola bilməz. Şərh edilənlərə əsasən və Azərbaycan Respublik ası MPM-nin 416, 417.1.1, 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALİR: İddiaçı ASC-nin, habelə cavabdehlər Cavabdeh1, X2 və X3ün kassasiya şikayətləri təmin edilməsin. Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(107)-380/2017 saylı 14 sentyabr 2017-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir. Sədrlik edən: imza Hakimlər: imzalar Əsli ilə düzdür. Ali Məhkəmənin hakimi Tatyana Qoldman

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar