Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-4780/2019 03.07.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Xələfov İlqar Rəhim oğlu, Allahverdiyev Qəhrəman Əli oğlu və X1 ibarət tərkibdə, Məhərrəmova Çinarə Ədalət qızının katibliyi ilə, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 21 fevral 2019-cu il tarixli 2(103)2522/2019 saylı qətnaməsindən İddiaçı və Cavabdeh tərəfindən verilmiş kassasiya şikayətləri üzrə işə baxaraq MÜƏYYƏN ETDİ: Bakı şəhəri Xətai rayon məhkəməsinin 06 noyabr 2018-ci il tarixli qətnaməsi ilə (hakim S.R.Səlimova, iş № 2(011)-1184/2018) İddiaçı Cavabdeh qarşı borcun qaytarılması və s. tələbinə dair iddiası qism ən təmin edilərək Cavabdeh 14 aprel 2016-cı il tarixli kredit müqaviləsi üzrə borca görə 53.000 manat, məzənnə fərqinə görə 6218 manat, dövlət rüsumuna görə 30,40 manat olmaqla cəmi 59.248,4 manatın alınıb İddiaçı ödənilməsi, iddianın qalan hissədə təmin olunmaması qət edilmişdir. Həmin qətnamə ilə Cavabdeh İddiaçı qarşı 14 aprel 2016-cı il tarixli kredit müqaviləsinin etibarsız hesab olunması tələbinə dair qarşılıqlı iddiası təmin edilməmişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 21 fevral 2019-cu il tarixli qətnaməsi ilə (hakimlər: X.A.Mərdanova, E.M.Həsənov və F.F.Babayev) tərəflərin apellyasiya şikayətləri təmin edilməmiş, Bakı şəhəri Xətai rayon məhkəməsinin 06 noyabr 2018-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. İşin halları: 14 aprel 2016-cı il tarixdə tər əflər arasında kredit müqaviləsi bağlanmış və həmin müqaviləyə əsasən İddiaçı tərəfindən Cavabdeh 14 oktyabr 2017-ci il tarixə kimi qaytarmaq şərti ilə 53.000 manat məbləğində borc verilmişdir. 19 oktyabr 2017-ci il tarixdə İddiaçı yazılı pretenziya ilə borcluya müraciət edərək borcun 3 gün müddətində qaytarılması, əks halda məhkəməyə müraciət edəcəyi barədə ona xəbərdarlıq etmişdir. 2017-ci ilin oktyabr ayının sonunda İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh müqavilədə müəyyən olunmuş müddətdə borcun qaytarılmasını təmin etməməklə müqavilə öhdəliklərini icra etməməsini əsas göstərməklə cavabdehdən əsas borca görə 53.000 manat, məzənnə fərqinə görə 6218 manat, vəkilə ödədiyi hüquqi yardıma görə 400 manat və dövlət rüsumuna görə 30,40 manat-cəmi 59.648,4 manatın alınıb o na verilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. 2018-ci ilin sentyabr ayında Cavabdeh İddiaçı qarşı qarşılıqlı iddia ərizəsi verərək 14 aprel 2016-cı il tarixli kredit müqaviləsinin etibarsız hesab olunmasını xahiş etmişdir. İddia tələbləri üzrə yuxarıda göstərilən məhkəmə qətnamələri qəbul edilmişdir. Kassasiya şikayətinin dəlilləri: İş üzrə İddiaçı kassasiya şikayəti verərək hüquqi yardıma görə vəkilinə 400 manat ödəməsi barədə işdə müvafiq qəbzin olmasına baxmayaraq iddianın həmin hissədə əsassız olaraq rədd edilməsini əsas göstərməklə qətnamənin qismən ləğv edilib iddianın həmin hissədə təmin olunmasına dair qərar qəbul edilməsini xahiş etmişdir. Qətnamədən eyni zamanda iş üzrə Cavabdeh kassasiya şikayəti verərək qətnamənin maddi və prosessual hüquq normalarının pozulmas ı ilə çıxarılmasını əsas göstərməklə ləğv edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında cavabdeh və vəkili verdikləri kassasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etmişlər. İşin baxılma vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumatlandırılmasına baxmayaraq iddiaçı məhkəmə kollegiyasının iclasına gəlməmiş, lakin kollegiya işə onun iştirakı olmadan baxmağı mümkün hesab etmişdir. Hüquqi məsələlər: Kollegiya sədrlik edənin məruzəsini dinləyib, kassasiya şikayətlərinin dəlillərini müzakirə edib, iş materiallarını araşdırdıqdan sonra hesab edir ki, kassasiya şikayətləri təmin olunmamalı, qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası MPM-nin 416-cı maddəsinə görə kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəf indən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739-cu maddəsinə görə borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. (739.1) Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. (739.2.) Borc verən İddiaçı ilə borc alan C avabdeh arasında bağlanmış 14.04.2016-cı il tarixli kredit müqaviləsindən müəyyən olunur ki, borc verən borc alana 53.000 manat borc vermiş, borc alan 14.10.2017-ci il tarixədək krediti borc verənə qaytarmağı öhdəsinə götürmüşdür. İş materiallarından göründüyü kimi borc müqaviləsi tərəflərin könüllü iradəsinə uyğun olaraq bağlanmış, cavabdeh müqaviləni şəxsən bağlamış və müqaviləni təsdiq edən notarius tərəfindən onların hüquqları və vəzifələri izah edilmişdir. Cavabdeh müəyyən olunduğu kimi müqavilə üzrə öhdəliyini icra etməmişdir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337-349-cu maddələrinə görə əqd həmin maddələrdə müəyyən olunmu ş əsaslardan biri olduqda etibarsız sayıla bilər. Mülkü Məcəllənin 340.1-ci maddəsinə əsasən uydurma əqd ona uyğun hüquqi nəticələr yaratmaq niyyəti olmadan yalnız görünüş üçün bağlanmış əqddir. Uydurma əqd əhəmiyyətsizdir. Cavabdeh iddiaçı ilə borc müqaviləsinin formal olaraq bağlanmasını və həmin müqaviləyə əsasən ona pul verilməməsini iddia etsə də bununla əlaqədar göstərdiklərini sübuta yetirə bilməmişdir. İş materiallarından həmçinin görünür ki, cavabdeh tərəfindən borc müqaviləsinin etibarsız hesab edilməsi barədə tələb Azərbaycan Respublikası Mülki Məcəlləsinin 354-cü maddəsində müəyyən olunmuş müddət ötürülməklə qaldırılmışdır. İşdən görünür ki, iddiaçı qətnamənin qanuniliyini yalnız hüquqi yardıma görə ödədiyini iddia etdiyi 400 manatın tutulmasına dair hissədə mübahisələndirmiş dir. İddiaçı məhkəməyə təqdim etdiyi iddia ərizəsində hüquqi yardıma görə vəkilə 400 manat ödəməsini iddia edərkən həmin məbləğin cavabdehdən onun xeyrinə tutulmasını xahiş etsə də məhkəməyə bunu təsdiq edən heç bir sübut təqdim etməmiş, ödənişə dair qəbzi yalnız apellyasiya şikayətinə əlavə etməklə apellyasiya instansiyası məhkəməsinə təqdim etmişdir. Azərbaycan Respublikası MPM-nin 372.2-ci maddəsinə görə əlavə faktlar və sübutlar məhkəmə tərəfindən o halda qəbul edilir ki, ərizəçi onların birinci instansiya məhkəməsində təqdim edilməsinin ondan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. İddiaçı hüquqi yardıma görə vəkilə 400 manat ödəməsi barədə sübutu birinci instansiya məhkəməsinə təqdim etmədiyindən və bunun ondan asılı olmayan səbəbə görə mümkün olmamasını əsaslan dıra bilmədiyindən apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, qətnamənin həmin hissədə ləğv edilməsi və iddianın təmin olunması üçün qanuni əsaslar yoxdur. Kollegiya göstərilənlərlə əlaqədar apellyasiya instansiyası məhkəməsinin iş üzrə gəldiyi nəticə ilə razılaşır və hesab edir ki, qətnamə maddi və prosessual hüquq normalarının tələblərinə əməl edilməklə çıxarıldığından kassasiya şikayətlərinin təmin edilməsi üçün əsaslar yoxdur. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 416-419-cu maddələrini rəhbər tutaraq kollegiya QƏRARA ALDİ: Kassasiya şikayətləri təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının hazırkı iş üzrə olan 21 fevral 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-4780/2019
Ali Məhkəmə Qərar — İş №2(102)-4780/2019
03.07.2019 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver