Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-4781/2020 14.10.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Xələfov İlqar Rəhim oğlu, Quliyev Gündüz Ağababa oğlu və Əliyev Zaur Əli oğlundan ibarət tərkibdə, Məhərrəmova Çinarə Ədalət qızının katibliyi ilə, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxxxx 2019-cu il tarixli 2(103)-15216/2020 saylı qətnaməsindən Cavabdeh2 tərəfindən verilmiş kasasiya şikayəti üzrə işə baxaraq Müəyyən etdi: Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx xxxxxxxx 2019-cu il tarixli qətnaməsi ilə (hakim F.H.Qasımov, iş № 2(001)-333/2019) iddiaçı “xxxxxxxxxx” QSC-nin Cavabdeh1 və Cavabdeh2 qarşı kredit borcunun tutulması tələbinə dair iddiası qismən təmin edilərək cavabdehlərdən müştərək qaydada cəmi 18.982,51 ABŞ dollarının ödəniş anına olan məzənnəyə uyğun olaraq manatla tutulub banka ödənilməsi, iddianın qalan hissədə təmin olunmaması qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxxxx 2019-cu il tarixli qətnaməsi ilə (hakimlər: T.S.Səmədov, İ.Ş.Şirinov və E.C.Kazımov) Cavabdeh2 apelyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi Cavabdeh2 aid hissədə dəyişdirilmədən saxlanılmışdır. İşin halları: “xxxxxxxxxx” QSC ilə Cavabdeh1 arasında bağlanmış xx xxxxxx 2010-cu il tarixli uzun müddətli kredit müqaviləsinə əsasən bank tərəfindən Cavabdeh1 120 ay müddətinə 30.000 ABŞ dolları məbləğində kredit xətti açılmışdır. xx xxxxxx 2013-cü il tarixdə həmin müqaviləyə dəyişiklik edilərək kredit xəttinin məbləği 100.000 ABŞ dollarınadək, müddəti i sə 166 ayadək uzadılmışdır. xx xxxxxx 2015-ci il tarixli kredit razılaşması əsasında Cavabdeh1 24 ay müddətinə, aylıq istifadə dərəcəsi 2.1667 faiz olmaqla 20.000 ABŞ dolları məbləğində kredit verilmişdir. xx xxxxxx 2015-ci il tarixli uzunmüddətli kredit müqaviləsi üzrə borclunun öhdəliklərinin təminatı kimi Cavabdeh2 ilə bank arasında zaminlik müqaviləsi bağlanmışdır. 2018-ci ilin mart ayında bank borcluya və zaminə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək borclu Cavabdeh1 kredit müqaviləsi üzrə öhdəliklərini lazımınca icra etməməsi səbəbindən banka cəmi 25.931,11 ABŞ dolları məbləğində borcunun yaranmasını əsas göstərməklə həmin borcun cavabdehlərdən alınaraq banka qaytarılmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayətinin dəlilləri: İş üzrə Cavabdeh2 k assasiya şikayəti verərək qətnamənin sübutlara düzgün qiymət verilmədən çıxarılmasını, bankla Cavabdeh1 arasında bağlanmış xx xxxxxx 2016-cı il tarixli sazişlə kredit razılaşmasına və ödəniş planına onun razılığı olmadan dəyişiklik edilərək müddətin uzadılmasını və s. əsas göstərməklə qətnamənin ləğv edilib iş üzrə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Kassasiya kollegiyasının iclasında Cavabdeh2 vəkili kassasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etmişdir. İşin baxılma vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumatlandırılmalarına baxmayaraq iddiaçı və digər cavabdeh məhkəmə kollegiyasının iclasına gəlməmiş, lakin kollegiya işə onların iştirakı olmadan baxmağı mümkün hesab etmişdir. Hüquqi məsələlər: Kollegiya sədrlik edənin məruzəsini dinləyib, kassasi ya şikayətinin dəlillərini müzakirə edib, iş materiallarını araşdırdıqdan sonra hesab edir ki, kassasiya şikatəti qismən təmin edilməli, qətnamə ləğv olunmaqla iş yenidən baxılması üçün apelyasiya instansiyası məhkəməsinə göndərilməlidir. Azərbaycan Respublikası MPM-nin 416-cı maddəsinə görə kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Apelyasiya instansiyası məhkəməsi Cavabdeh2 münasibətdə iddianın qismən təmin olunmasını qanuni sayarkən borclu Cavabdeh1 bank qarşısında öhdəliyini lazımınca icra etməməsinə və belə vəziyyətdə bankla bağladığı zaminlik müqaviləsinə əsasən həmin borcun qaytarılması üçün Cavabdeh1lə birgə məsuliyyət daşımasına əsaslanmışdır. Kollegiya hesab edir ki, ape lyasiya instansiyası məhkəməsi həmin nəticəyə iş üçün mühüm əhəmiyyəti olan halları nəzərə almadan gəldiyindən qətnamə qanuni və əsaslı sayıla bilməz. İş materiallarından görünür ki, bank tərəfindən Cavabdeh1 xx xxxxxx 2015-ci il tarixli kredit razılaşması əsasında aylıq istifadə dərəcəsi 2.1667 faiz olmaqla 24 ay müddətinə 20.000 ABŞ dolları məbləğində kredit verilmişdir. Həmin müqavilənin müddəti 2017-ci ilin fevral ayında başa çatmasına baxmayaraq, bankla borclu arasında həmin müqaviləyə və ödəniş planına dəyişiklik edilməsi barədə xx xxxxxx 2016-cı il tarixdə yeni kredit razılaşması imzalanmış və həmin tarixli ödəniş planına görə kredit razılaşmasının müddəti daha bir il-xx xxxxxx 2018-ci il tarixə kimi uzadılmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 477.0, 477.0.1-ci maddəsin ə görə zaminliyin təmin etdiyi öhdəliyə xitam verildikdə, habelə zaminin razılığı olmadan həmin öhdəlik dəyişdirildikdə və bu dəyişdirilmə onun məsuliyyətinin artmasına və ya onun üçün digər əlverişsiz nəticələrə səbəb olduqda zaminliyə xitam verilir. Cavabdeh1lə bağlanmış xx xxxxxx 2015-ci il tarixli kredit razılaşmasına xx xxxxxx 2016-cı il tarixdə dəyişiklik edilərkən, işdən göründüyü kimi zamin Cavabdeh2 buna razılığı alınmamışdır. Göstərilən vəziyyətdə işə baxan apelyasiya instansiyası məhkəməsi tərəfindən zaminin vəziyyətinə Mülki Məcəllənin 477.0.1-ci maddəsinin tələbləri və Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx xxx 2018-ci il tarixli “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 477.0.1-ci maddəsinin həmin Məcəllənin 470.2-ci maddəsi və “İpoteka haqqında” Azərb aycan Respublikası Qanununun 1.0.8 və 10.5-ci maddələri, eləcə də Azərbaycan Respublikası Mülki Məcəlləsinin 269.11 və 307.4-cü maddələrinin “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 3.2 və 10.5-ci maddələri ilə əlaqəli şəkildə şərh edilməsinə dair” qərarında müəyyən edilmiş hüquqi mövqeyi baxımından qiymət verilməmişdir. Bundan başqa, işdən görünür ki, apelyasiya instansiyası məhkəməsi Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx xxxxxxxx 2019-cu il tarixli qətnaməsindən verilmiş apelyasiya şikayəti əsasında işə baxsa da, son nəticədə həmin qətnamənin deyil, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx xxxxxxxx 2019-cu il tarixli qətnaməsinin dəyişdirilmədən saxlanılması barədə qətnamə qəbul etmişdir. Göstərilənlərlə əlaqədar kollegiya hesab edir ki, qətnamə ləğv edilməli və iş ye nidən baxılması üçün apelyasiya instansiyası məhkəməsinə göndərilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 416-419-cu maddələrini rəhbər tutaraq kollegiya QƏRARA ALDİ: Kassasiya şikayəti qismən təmin edilsin. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının hazırkı iş üzrə olan xx xxxxxx 2019-cu il tarixli qətnaməsi ləğv edilsin. İş yenidən baxılması üçün həmin məhkəməyə göndərilsin. Qərar qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-4781/2020
Ali Məhkəmə Qərar — İş №2(102)-4781/2020
14.10.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver