Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-4787/2019 03.07.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının hakimləri Allahverdiyev Qəhrəman Əli oğlu (sədrlik edən və məruzəçi) Xələfov İlqar Rəhim oğlu və Şadıyev Ənvər Əhməd oğlundan ibarət tərkibdə, ACnun katibliyi ilə, Bakı Apellyasiya Məhkəməsinin MK-nın 11 fevral 2019-cu il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə 03 iyul 2019-cu il tarixdə baxaraq MÜƏYYƏN ETDİ: Bakı şəhəri, Suraxanı Rayon Məhkəməsinin 14 iyun 2016-cı il tarixli qətnaməsi ilə (sədrlik edən hakim G.İmanova) iddia qismən təmin edilərək, Cavabdeh 16722.99 ABŞ dolları əsas, 1050.7 ABŞ dol ları faiz, 400 ABŞ dolları cərimə borcu olmaqla, cəmi 18173.69 ABŞ dolları borcun İddiaçı ASC-nin xeyrinə tutulması, tutmanın girov predmetinə yönəldilməklə, Cavabdeh məxsus ** GL *** olan «Hyundai Azera» dövlət qeydiyyat nişanlı avtomobilin açıq hərracdan satılması və Cavabdeh İddiaçı ASC-nə olan kredit borcunun həmin ipoteka predmetinin satışından əldə ediləcək pul vəsaiti hesabına ödənilməsi, iddiaçının tələbi tam ödənildikdən sonra, satışdan qalan pul vəsaitinin Cavabdeh qaytarılması, Cavabdeha məxsus ** GL *** olan «Hyundai Azera» dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə qoyulmuş həbsin hazırki qətnamə icra edilənədək qüvvəsində saxlanılması qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin MK-nın 11 fevral 2019-cu il tarixli qətnaməsi ilə (hakimlər İ.Xəlilov (sədrlik edən, məruzəçi), X.Cəmilova və İ.Kərimli, 2(103)-174/2019 saylı mülki iş) hazırki iş üzrə Bakı şəhəri, Suraxanı Rayon Məhkəməsinin 14 iyun 2016-cı il tarixli qətnaməsi dəyişdirilməsi, Cavabdeh İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə 200 ABŞ dolları (iki yüz) cərimə tutulması, ipoteka predmeti olan “Hyundai Azera” ** GL *** dövlət qeydiyyat nişanlı avtomobilin ilkin satış qiyməti 35000 manat ( otuz beş min) müəyyən olunması, qətnamənin qalan hissədə dəyişdirilmədən saxlanılması, məhkəmə ekspertiza tədqiqatının dəyəri olan 100 (yüz) manat Cavabdeh aid edilməsi qət edilmişdir. İşin halları İddiaçı Açıq Səhmdar Cəmiyyəti iddia ərizəsi ilə müraciət edərək, Cavabdeh bankın xeyrinə 16722.99 ABŞ dolları əsas, 1050.7 ABŞ dolları faiz, 924.14 ABŞ dolları cərimə borcun, 200 manat əlavə cərimə borcunun tutulması, tə ləbin cavabdehə məxsus dövlət nömrə nişanlı ** GL *** olan «Hyundai Azera» markalı avtomobilə yönəldilməsi, avtomobilin açıq hərracda satılaraq satışdan əldə olunmuş vəsait hesabına banka olan borcun ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktları çıxarılmışdır. Kassasiya şikayətinin dəlilləri Cavabdeh apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən kassasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normaları pozulmuş, düzgün tətbiq edilməmişdir. Tərəflər məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilmələrinə baxmayaraq, məhkəmə iclasında iştirak etməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 415.3-cü maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Həmin maddənin tələbinə görə iclasın vaxtı və yeri haqqında lazımı qaydada xəbərdar edilmiş işdə iştirak edən şəxsdən hər hansı birinin üzrlü səbəb olmadan məhkəmə iclasına gəlməməsi işə baxılmasına mane olmur. Hüquqi məsələlər Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yəni işə baxan birinci instansiya və apellyasiya instansiyası məhkəməsi tə rəfindən sübut kimi qəbul olunan faktlara hüquqi qiymət vermir. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, kassasiya instansiyası məhkəməsinin iş materiallarında olan sübutlara və hüquqi faktlara istinad etməsi faktiki halları araşdırma kimi qiymətləndirilməməlidir. Apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmişdir ki, İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış 26.12.2013-cü il tarixli, Avtomobil krediti və girov/ipoteka müqaviləsinə əsasən Cavabdeh 48 ay müddətinə illik 19% olmaqla 26400 ABŞ dolları məbləğində kredit verilmişdir. Kassa məxaric orderinə əsasən ASC cavabdehə nəzərdə tutulan məbləği 26.12.2013-cü il tarixdə vermişdir. Cavabdeh arasında bağlan mış ipoteka müqaviləsi ilə kreditin təminatı olaraq ** GL *** qeydiyyat nişanlı «Hyundai Azera» markalı avtomobil girov qoyulmuşdur. AA 114968 seriyalı 26.12.2013-cü il tarixli çıxarışdan görünür ki, həmin müqavilə Azərbaycan Respublikası DİN BDYPİ tərəfindən 26.12.2013-cü il tarixdə qeydiyyata alınmışdır. 23.02.2016-cı il tarixdə Cavabdeh banka olan borcunun ödəməyəcəyi təqdirdə tutmanın ipoteka qoyulmuş avtomobilə yönəlməsi barədə məhkəməyə müraciət olunacağı ilə bağlı xəbərdarlıq göndərilmişdir. 09.03.2016-cı il tarixdə isə bildirişin qeydə alınması üçün Bankın ərizəsi Azərbaycan Respublikası DİN BDYPİ-də qeydiyyatdan keçirilmişdir. 09.03.2016-cı il tarixli Maliyyə arayışından məlum olmuşdur ki, Cavabdeh ASC-yə 16722.99 ABŞ dolları əsas, 1050.7 ABŞ dolları faiz, 924.14 ABŞ dolları cərim ə və 200 manat əlavə cərimə borcu yaranmışdır. 14.06.2016-cı il tarixli arayışdan aydın olmuşdur ki, cavabdeh tərəfindən cəmi 17084.45 manat məbləğində kredit borcu ödənilmişdir. Ödənilən həmin məbləğin 9284.07 manat əsas, 7563.71 manat faiz, 236.67 manatı cərimə borcu təşkil etmişdir. Bakı Apellyasiya Məhkəməsinin 25 sentyabr 2017-ci il tarixli qərardadı ilə məhkəmə mühasibatlıq ekspertizası təyin olunmuş, Məhkəmə Ekspertiza Mərkəzinin 06 aprel 2018ci il tarixli ekspert rəyinə əsasən, Cavabdeh əsas borc üzrə 16720.12 ABŞ dolları, faiz borcu üzrə 1312.61 ABŞ dolları borcu var. Bakı Apellyasiya Məhkəməsinin 19 noyabr 2018-ci il tarixli qərardadı ilə qiymətləndirmə ekspertizası təyin olunmuş, "xxxx" MMC-nin 08 yanvar 2019-cu il tarixli rəyinə əsasən, Cavabdeh məxsus “Hyundai Azera” ** GL * ** dövlət qeydiyyat nişanlı avtomobilin bazar dəyəri 35000 manat təşkil etmişdir. Tərəflər arasında kredit və girov-ipoteka müqaviləsilərinin bağlanması, vəsaitin verilməsi, cavabdehin müqavilə üzrə öhdəliklərini yerinə yetirməməsi işin mübahisəsiz hallarıdır. Cavabdeh qətnaməni əsas, faiz və cərimə borcunun məbləği hissəsində,həmçinin “Hyundai Azera” ** GL *** dövlət qeydiyyat nişanlı avtomobilin ilkin satış qiymətinin müəyyənləşdirilməməsi hissəsində mübahisələndirilmişdir. Borcun məbləğinin düzgün hesablanmaması ehtimalı olduğu üçün apellyasiya icraatı zamanı 25.09.2017-ci il tarixli qərardad ilə məhkəmə-mühasibatlıq ekspertizası təyin olunmuşdur. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 25.09.2017-ci il tarxili rəyi ilə müəyyən edilmişdir ki, Cavabdeh 0 9.03.2016-cı il tarixə banka olan əsas borcu 16720,12 ABŞ dolları, faiz borcu isə 1312,61 ABŞ dolları təşkil etmişdir. Ekspert rəyindən məlum olmuşdur ki, faiz məbləği üzrə borc qətnamə ilə müəyyən edilən məbləğdən artıqdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 218.3. maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Buna görə də faiz məbləği rəydə göstərilən məbləğdə dəyişdirilə bilməz. Həmçinin əsas borc qətnamədə nəzərdə tutulan məbləğdən cuzi (2 ABŞ dolları) miqdarda az olduğu üçün əsas borcun ekspert rəyində göstərilən məbləğə dəyişdirilməsinə zərurət olmamışdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 462.1. maddəsinə əsasən, dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınc a icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Həmin Məcəllənin 464.1. maddəsinə əsasən, kreditor qanunla müəyyənləşdirilmiş dəbbə pulunun ödənilməsini, tərəflərin razılaşmasında onun ödənilməsi vəzifəsinin nəzərdə tutulub-tutulmadığından asılı olmayaraq, tələb edə bilər. Həmin Məcəllənin
467. Maddəsinə görə, məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Yuxarıda qeyd olunan qanunvericilik normalarını nəzərə alaraq apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, cavabdehdən tutulan cərimənin 200 ABŞ dolları məbləğində müəyyənləşdirilməsi daha məqsədəuyğundur. “İpoteka haqq ında Qanun”un 39.3.3-cü maddəsinə əsasən məhkəmə ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında qərar qəbul edərkən, qərarda ipoteka predmetinin ilkin satış qiymətini göstərməlidir. İlkin satış qiyməti ipoteka qoyanla ipoteka saxlayanın razılaşması əsasında, mübahisə olduqda isə müstəqil qiymətləndiricinin rəyi əsasında məhkəmə tərəfindən müəyyən edilir. Birinci instansiya məhkəməsi tərəfindən qətnamə qəbul edilərkən, ipoteka predmetinin ilkin satış qiyməti müəyyənləşdirilməmişdir. Bu məqsədlə məhkəmə kollegiyası qiymətləndirmə ekspertizası təyin etmiş və "xxxx" MMC-nin rəyi ilə göstərilmişdir ki, Cavabdeh məxsus “Hyundai Azera” ** GL *** dövlət qeydiyyat nişanlı avtomobilin bazar dəyəri 35000 manat təşkil etmişdir. Məhkəmə kollegiyası hesab etmişdir ki, ipoteka ilə yüklü edilmiş əmlakı n ilkin satış qiyməti qiymətləndirmə rəyinə uyğun müəyyənləşdirilməlidir. Göstərilənlərə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini dəyişdirməklə Cavabdeh İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə 200 ABŞ dolları (iki yüz) cərimə tutmaqla, ipoteka predmeti olan “Hyundai Azera” ** GL *** dövlət qeydiyyat nişanlı avtomobilin ilkin satış qiyməti 35000 manat (otuz beş min) müəyyən etməklə, qətnamənin qalan hissədə dəyişdirmədən saxlamaqla düzgün nəticəyə gəlmişdir. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi iş üzrə müəyyən etdiyi faktiki hallara maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmişdir. Qətnamənin ləğv edilməsi və kassasiya şikayətinin təmin olunması üçün heç bir əsas olmadığından qətnamə dəyişdirilmədə n saxlanmalı, kassasiya şikayəti təmin edilməməlidir. Şərh edilənlərə və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416, 417, 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdeh kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin MK-nın hazırkı iş üzrə 11 fevral 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.