Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(102)-479/2022 28.02.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Abbasov Aqil Əzizağa oğlu (sədrlik edən və məruzəçi), Vəliyeva Elşanə Rafiq qızı və Şamayev Elşad Yaquboviçdən ibarət tərkibdə İddiaçı Şirvan Apellyasiya Məhkəməsinin 2(106)2562/2021 saylı, 24 avqust 2021-ci il tarixli qətnaməsindən verdiyi kassasiya şikayəti üzrə işə yazılı icraat qaydasında baxaraq, MÜƏYYƏN ETDİ: Həşimov X1 Rayon Məhkəməsində iddia qaldıraraq, pul məbləğinin 4 il 6 ay gecikdirilməsinə görə Cavabdeh 8666 manat pulun və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 30 manatın tutulması barədə qətnaməsi çıxarılma sını xahiş etmişdir. Cəlilabad Rayon Məhkəməsinin 2(073)-255/2021 saylı, 09 mart 2021-cu il tarixli qətnaməsi ilə iddia qismən təmin edilərək, Cavabdeh 35000 manat məbləğində pulun və ödənilmiş 30 manat dövlət rüsumunun alınıb İddiaçı verilməsi qət edilib. (hakim Elxan Əmirəliyev) Şirvan Apellyasiya Məhkəməsinin 2(106)-2562/2021 saylı, 24 avqust 2021-ci il tarixli qətnaməsi ilə Cavabdeh şikayəti təmin edilmiş, Cəlilabad Rayon Məhkəməsinin 2(073)255/2021 saylı, 09 mart 2021-cu il tarixli qətnaməsi ləğv edilmiş, iddia təmin ediməmişdir. (hakimlər Zaur Allahyarov (sədrlik edən və məruzəçi), Zeynal Zeynalov, Müşfiq Həsənov) İddiaçı kassasiya şikayəti verərək Şirvan Apellyasiya Məhkəməsinin 24 avqust 2021-ci il tarixli qətnaməsinin ləğv edilməsi, işin yeni apellyasiya baxışına qaytarılmasənə xa hiş etmişdir. Məhkəmə kollegiyası hesab edir ki, aşağıda göstərilənlərə əsasən iş kassasiya baxışından çıxarılmaqla apellyasiya məhkəməsinə göndərilməlidir. Belə ki, Mülki Prosessual Məcəllənin 402.1-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. İş materiallarından müəyyən olunur ki, iddia tələbi 8666 manat həddində olmuş, birinci instansiya məhkəməsi həmin iddianı 3500 man at olmaqla qismən təmin etsə də, qətnamənin nəticə hissəsində 35000 manat qeyd etmiş, iddiaçı bundan apellyasiya şikayəti verməmişdir. Qətnamədən cavabdeh apellyasiya şikayəti verməklə, mübahisələndirilən hissə 3500 manat həddində olmuşdur. Apellyasiya məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini ləğv edərək, iddianı mübahisələndirilən hissədə də təmin etməmiş və əlavə olaraq birinci instansiya məhkəməsinin qətnaməsinin nəticə hissəsində 3500 manat deyil, 35000 manat məbləğində pulun cavabdehdən tutulmasının qeyd edilməsinin də səhv olduğu nəticəsinə gəlmişdir. Başqa sözlə, birinci instansiya məhkəməsinin qətnaməsi cavabdehdən 3500 manat pulun tutulması barədə olmuş, qətnaməni iddiaçı apellyasiya qaydasında mübahisələndirməmişdir. Qətnamə cavabdehin apellyasiya şikayəti əsasında həmin hissədə ləğv edilmişdir. Belə olan halda, qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti 5 min manatdan aşağı olduğundan bundan kassasiya şikayəti verilə bilməz. Birinci instansiya məhkəməsinin qətnaməsinin nəticə hissəsində səhvən 35000 manatın tutulması qət edildiyindən, kassasiya şikayəti də buna görə səhvən icraata götürülmüşdür. Buna görə də kassasiya şikayəti baxışından çıxarılmalıdır. Mülki Prosessual Məcəllənin 417.1.7-ci maddəsinə görə kassasiya şikayətinin bu Məcəllənin tələblərinə zidd olaraq icraata qəbul olunması, yaxud da icraata qəbul olunduqdan sonra digər şəxslərin kassasiya şikayəti ilə apellyasiya məhkəməsinə müraciət etməsi müəyyən edilərsə, icraata qəbul qərardadını ləğv edərək işi kassasiya baxışından çıxarmaqla apellyasiya instansiyası məhkəməsinə q aytara bilər. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin nəticə hissəsində həmin qətnamədən kassasiya şikayəti verilməsinin mümkünlüyü ilə bağlı izahı qətnamə qəbul edildiyi dövr üçün mülki prosessual qanunvericiliyinə uyğun olmuşdur. Lakin Azərbaycan Respublikasının 2021-ci il 9 iyul tarixli 363-VİQD nömrəli Qanunu ilə Mülki Prosessual Məcəlləyə, o cümlədən həmin Məcəllənin 402.1-ci maddəsinə dəyişiklik edilmiş, mülki işlər üzrə mübahisələndirilən hissədə iddianın qiymətinin beş min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələrdən kassasiya şikayətinin verilməsi istisna edilmişdir. Həmin Qanunun keçid müddəalarının 2.1-ci bəndinə əsasən Məcəlləyə dəyişiklər edilməsi barədə qanun 2021-ci il oktyabrın 1-dən qüvvəyə minmişdir. K eçid müddəlarının 2.2-ci bəndinə əsasən Qanun onun qüvvəyə minməsindən sonra verilən iddia ərizələri və digər ərizələrə, şikayətlərə və onlar əsasında baxılan işlərə şamil edilir. Mülki Prosessual Məcəllənin 3.1-ci maddəsinə əsasən məhkəmə icraatı işə baxılan, ayrı-ayrı prosessual hərəkətlər həyata keçirilən və yaxud məhkəmə aktı icra edilən zaman qüvvədə olan mülki prosessual qanuna əsasən aparılır. Beləliklə, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, İddiaçı Şirvan Apellyasiya Məhkəməsinin 2(106)-2562/2021 saylı, 24 avqust 2021-ci il tarixli qətnaməsindən verdiyi kassasiya şikayətinin icraata qəbul edilməsi haqqında 19.yanvar 2022-ci il tarixli qərardadı ləğv edilməli və kassasiya şikayəti kassasiya baxışından çıxarılmalı, iş kassasiya şikayətinin qaytarılması məsələsinin həlli üçün Şi rvan Apellyasiya Məhkəməsinə göndərilməlidir. Göstərilənləri əsasən və Mülki-Prosessual Məcəllənin 417.1.7-ci maddəsini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı Şirvan Apellyasiya Məhkəməsinin 2(106)-2562/2021 saylı, 24 avqust 2021-ci il tarixli qətnaməsindən verdiyi kassasiya şikayətinin icraata qəbul edilməsi haqqında 19.yanvar 2022-ci il tarixli qərardadı ləğv edilsin. İddiaçı Şirvan Apellyasiya Məhkəməsinin 2(106)-2562/2021 saylı, 24 avqust 2021-ci il tarixli qətnaməsindən verdiyi kassasiya şikayəti kassasiya baxışından çıxarılsın və iş kassasiya şikayətinin qaytarılması məsələsinin həlli üçün Şirvan Apellyasiya Məhkəməsinə göndərilsin.
Məhkəmə qərarları › İş №2(102)-479/2022
Ali Məhkəmə Qərardad — İş №2(102)-479/2022
28.02.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver