Məhkəmə qərarları › İş №2(102)-4790/2021

Ali Məhkəmə Qərar — İş №2(102)-4790/2021

31.08.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-4790/2021 31.08.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı "xxxx" ASC-nin Cavabdeh qarşı iş üzrə QƏRARİ (Açar sözlər: kredit müqaviləsi üzrə borcun ödənilməsi tələbinə dair mülki iş üzrə icraata xitam) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Şəfiyev İspəndiyar Əsəd oğlu (sədrlik edən və məruzəçi), Əhmədov Əhməd Abbas oğlu və Həsənov Vüqar Təvəkgül oğlundan ibarət tərkibdə, X1 oğlunun katibliyi ilə, Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(107)-1083/2021 nömrəli, 07 may 2021-ci il tarixli qərardadından iddiaçı "xxxx" ASC tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. İddiaçı "xxxx" ASC ilə Cavabdeh arasında bağlanmış 10 oktyabr 2016-cı il tarixli kredit müqaviləsinə əsasən sonuncuya illik 29 faiz əlavəsi ilə 60 ay müddətinə qaytarmaq şərti ilə 2802 manat kredit verilmişdr. a) Birinci instansiyası məhkəməsində icraat

2. İddiaçı "xxxx" ASC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh iddiaçı "xxxx" ASC-nin xeyrinə 10 oktyabr 2016-cı il tarixli kredit müqaviləsi üzrə ödənilməmiş qalan 2.044,15 manat əsas, 1.264,65 manat faiz olmaqla, cəmi 3.308,8 manat məbləğində kredit borcunun, ödənilmiş 30 manat dövlət rüsumunun və 0,4 manat xidmət haqının tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

3. Şəki Rayon Məhkəməsinin 01 aprel 2021-ci il tаrixli, 2(075)-551/2021 nömrəli qərardadı ilə ( hakim C.İmanov) iddiaçı "xxxx" ASC-nin Cavabdeh qarşı “müqavilə üzrə yaranmış borcun ödənilməsi“ tələbinə dair iddia ərizəsi üzrə işin icraatına xitam verilməsi qərara alınmış və iddiaçı "xxxx" ASC-yə Cavabdeh hüquq varisini müəyyən etməklə yenidən məhkəməyə müraciət etmək hüququnun olması izah edilmişdir.

4. Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, iddiaçı məhkəmədə artıq 2 il əvvəl ölmüş cavabdehə qarşı iddia qaldırmışdır. Halbuki, iddiaçı məhkəməyə müraciət etdiyi vaxtda cavabdeh artıq vəfat etmişdi.

5. Məhkəmə qeyd etmişdir ki, Azərbaycan Respublikası MPM-nin 261.0.7-ci maddəsinin məzmununa görə mərhum Cavabdeh məhkəmə iclasında tərəf kimi iştirak edib, mülki işə baxılan zaman vəfat edərdisə və mübahisə edilən hüquq münasibəti hüquq varisliyinə yol verərdisə məhkəmə cavabde hin hüquqi varisini müəyyən edərək işə cəlb etməlidir. Lakin hazırkı vəziyyətdə iddiaçının özünün mərhum Cavabdeh hüquqi varisini aşkar edərək ona qarşı məhkəmədə iddia qaldırmaq hüququ vardır.

6. İddiaçı qərardaddan şikayət verərək qərardadın ləğv edilməsini və işə mahiyyəti üzrə baxılmasını xahiş etmişdir.

7. Şəki Rayon Məhkəməsinin 16 aprel 2021-ci il tаrixli, 2(075)-551/2021 nömrəli qərardadı ilə (hakim C.İmanov) iddiaçının şikayəti təmin olunmamış və Azərbaycan Respublikası MPM-nin 269.3-cü maddəsinə əsasən şikayət baxılması üçün işlə birlikdə apellyasiya instansiyası məhkəməsinə göndərilmişdir. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat

8. Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(107)-1083/2021 nömrəli, 07 may 2021-ci il tarixli qərardadı ilə (hakimlər V.İ.Məlikov (sə drlik edən və məruzəçi), R.R.Rəfiyev və İ.H.Şükürov) iddiaçı "xxxx" ASC tərəfindən verilmiş şikayət təmin edilməyərək, Şəki Rayon Məhkəməsinin 01 aprel 2021-ci il tаrixli, 2(075)-551/2021 saylı qərardadı dəyişdirilmədən saxlanılmışdır.

9. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, iddia ərizəsi üzrə cavabdeh kimi qeyd edilən Cavabdeh məhkəmədə tərəf olarkən deyil, hələ belə status qazanmamışdan təxminən 2 il əvvəl vəfat etmişdir. Göründüyü kimi, iddiaçı məhkəmədə artıq 2 il əvvəl ölmuş cavabdehə qarşı iddia qaldırmışdır.

10. Apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, Azərbaycan Respublikası MPM-nin 261.0.7-ci maddəsinin məzmununa görə mərhum Cavabdeh məhkəmə iclasında tərəf kimi iştirak edib, mülki işə baxılan zaman vəfat edərdisə və mübahisə edilən hüquq münasibəti hü quq varisliyinə yol verərdisə məhkəmə cavabdehin hüquqi varisini müəyyən edərək işə cəlb etməlidir. Hazırkı vəziyyətdə iddiaçının özünün mərhum Cavabdeh hüquqi varisini aşkar edərək ona qarşı məhkəmədə iddia qaldırmaq hüququ vardır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Kassasiya şikayətinin dəlilləri

11. İddiaçı "xxxx" ASC kassasiya şikayəti verərək apellyasiya instansiyası məhkəməsinin qərardadının ləğv edilməsinə və işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir.

12. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsi nəzərə almamışdır ki, iddiaçı tərəf hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət etməzdən öncə müvafiq sorğ u ilə DİN-nin BPQMİ-nin MAPS şöbəsinə müraciət etmiş, sonuncu sorğuya cavab olaraq 11 fevral 2020-ci il tarixli arayış təqdim etmiş, həmin arayışda Cavabdeh Abuzər qızının Şəki rayonu, Bolludərə kəndində qeydiyyatda olması müəyyən olunduqdan sonra hazırki iddianı irəli sürmüşdür. Göründüyü kimi, iddiaçı məhkəməyə müraciət etdiyi zaman cavabdehin vəfat etməsi barədə məlumatlı olmamış, 11 fevral 2020-ci il tarixli arayışla onun qeydiyyatda olması müəyyən olunmuş, həmin arayış sübut qismində iddia ərizəsinə əlavə olunmuşdur. Hazırki mübahisə müqavilə üzrə yaranmış borcun ödənilməsi ilə bağlı olmaqla mübahisə edilən hüquq münasibəti üzrə hüquq varisliyinə yol verilir. Bu səbəbdən də Mülki Prosessual Məcəllənin 261.0.7ci maddəsinə istinad edilməklə mülki işin icraatına xitam verilməsi yol ver ilməzdir. Həmçinin işin icraatına xitam verilməsi nəticəsində, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə müraciət edilməsinə yol verilmir. Birinci instansiya məhkəməsi tərəfindən prosessual hüquq normasının tələbinə zidd olaraq eyni tələblə məhkəməyə müraciət etmək hüququ iddiaçı tərəfə izah olunmasına baxmayaraq, mübahisə predmeti olan apellyasiya instansiyası məhkəməsinin qərardadında bu hala ümumiyyətlə qiymət verilməmişdir. Apellyasiya instansiyası məhkəməsi iş üzrə icraatı dayandırmalı olduğu halda bunu etməmiş, əsassız olaraq iş üzrə icraata xitam verməklə prosessual hüquq normasının tələblərini pozmuşdur. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

13. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. c) Məhkəmə icraatı iş tirakçılarının izahatları

14. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq iş üzrə iddiaçı "xxxx" ASC-nin nümayəndəsi məhkəmə iclasına gəlmədiyi və gəlməməsinin səbəbləri barədə məlumat vermədiyi üçün məhkəmə kollegiyası MPM-in 415.3-cü maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq

15. Azərbaycan Respublikasının Konstitusiyası Maddə

60. Hüquq və azadlıqların inzibati və məhkəmə təminatı İ. Hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir.

16. Azərbaycan Respublikası Mülki Məcəlləsi Maddə

24. Fiziki şəxs anlayışı 24.1. Fiziki şəxs hüquq münasibətlərində öz adından iştirak edən insan fərdidir. Maddə

25. Fiziki şəxsin mülki hüquq qabiliyyəti 25.1. Fiziki şəxsi n mülki hüquq qabiliyyəti insanın mülki hüquqlara malik olmaq və mülki hüquq vəzifələri daşımaq qabiliyyətidir. Bütün fiziki şəxslərin mülki hüquq qabiliyyəti eyni dərəcədə tanınır. 25.2. Fiziki şəxsin hüquq qabiliyyəti onun doğulduğu an əmələ gəlir və ölümü ilə xətm edilir. Beyinin fəaliyyətinin dayanması ölüm anı sayılır.

17. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi Maddə

4. Müdafiə üçün məhkəməyə müraciət etmək hüququ 4.1. Bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Maddə

58. Prosessual hüquq varisliyi 58.1. Barəsində mübahisə edilən hüquq münasibətində və ya qətnamə ilə müəyyən edilən hüquq müna sibətində tərəflərdən biri sıradan çıxdıqda (şəxs öldükdə, hüquqi şəxs yenidən təşkil edildikdə, tələb güzəşt edildikdə, borc köçürüldükdə və maddi hüquq münasibətlərində şəxslərin dəyişməsinin digər hallarında) məhkəmə həmin tərəfi onun hüquq varisi ilə əvəz etməyə yol verir. Hüquq varisliyi prosesin hər hansı mərhələsində mümkündür. Maddə

72. Qanuni nümayəndələr 72.3. Ölmüş və ya müəyyən olunmuş qaydada ölmüş elan edilmiş şəxsin nümayəndəsi qismində iştirak edən vərəsə, vərəsəlik heç kim tərəfindən qəbul edilməmişsə, miras əmlakın saxlanılması və idarə olunması üçün təyin edilmiş şəxs və ya himayəçi iş üzrə varisin nümayəndəsi kimi çıxış edir. Maddə

261. İcraata xitam verilmə əsasları 261.0. Hakim iş üzrə icraata aşağıdakı hallarda xitam verir: 261.0.1. iş məhkəmədə baxılmalı deyildirs ə; 261.0.7. iş üzrə tərəflərdən biri olan şəxs öldükdən sonra barəsində mübahisə edilən hüquq münasibəti hüquq varisliyinə yol verməzsə. Maddə

384. Apellyasiya instansiyası məhkəməsinin səlahiyyətləri 384.0. Apellyasiya instansiyası məhkəməsi: 384.0.4. qətnaməni tamamilə və ya qismən ləğv edə bilər, iş üzrə icraata xitam verə və yaxud ərizəni baxılmamış saxlaya bilər. Maddə

391. İcraata xitam verməklə və ya ərizəni baxılmamış saxlamaqla qətnamənin ləğv edilməsi Bu Məcəllənin 19-cu və 20-ci fəsillərində göstərilən əsaslar olduqda işin icraatına xitam verilməklə və ya ərizə baxılmamış saxlanılmaqla məhkəmənin qətnaməsi ləğv edilməlidir. Maddə

417. Kassasiya instansiyası məhkəməsinin səlahiyyətləri 417.1. Kassasiya məhkəməsi işə baxarkən: 417.1.1. apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Maddə

418. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin və ya qərardadının ləğv edilməsinin əsasları 418.1. Maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması, o cümlədən maddi və prosessual hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin pozulması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır. Kassasiya baxışının hədləri

18. MPM-in 407.2-ci maddəsinə əsasən kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədi yi üçün kassasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir.

19. MPM-yə əsasən kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (maddə 416). Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin (maddə 418.3).

20. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

21. İş üzrə iddiaçı olan kassator apelyasiya instansiyası məhkəməsinin qərardadının tam ləğvini xahiş etdiyindən, həmin məhkəmə aktı tam yoxlanılır. Kasasiya instansiyası məhkəməsinin mövqeyi

22. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi iş üzrə icraata xitam verilməli olması barədə birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşmaqda haqlı olmuşdur.

23. Məhkəmə kollegiyası baxılan şikayətlə bağlı hüquqi məsələlərə giriş olaraq qeyd edir ki, Kons titusiyanın 60-cı maddəsinə görə hər kəsin hüquq və azadlıqlarının məhkəmə müdafiəsinə təminat verilir. Şəxsin məhkəmə müdafiəsi hüququnun reallaşdırılması yollarından biri onun pozulmuş hüquqlarının bərpa olunması üçün məhkəməyə müraciət etmək hüququdur.

24. Bu hüququn mülki mühakimə icraatında həyata keçirilməsini müəyyən edən Azərbaycan Respublikası MPM-nin 4.1-ci maddəsinə görə bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər.

25. Həmin Məcəllənin 5.1-ci maddəsində göstərilmişdir ki, hər hansı fiziki və yaxud hüquqi şəxs öz hüququnun və ya qanunla qorunan mənafeyinin müdafiəsi və yaxud təsdiqi üçün məhkəməyə mü raciət etdiyi hallarda məhkəmədə iş başlanılır.

26. Məhkəməyə müraciət etmək hüququnun məhdudlaşdırılmasına yol verilmir. Konstitusiyanın 71-ci maddəsində göstərilmişdir ki, insan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsini heç kəs məhdudlaşdıra bilməz. Bu Konstitusiyanın heç bir müddəası insan və vətəndaş hüquqlarının və azadlıqlarının ləğvinə yönəldilmiş müddəa kimi təfsir edilə bilməz. Azərbaycan Respublikasının ərazisində insan və vətəndaş hüquqları və azadlıqları birbaşa qüvvədədir.

27. Lakin nəzərə alınmalıdır ki, məhkəmə müdafiəsi hüququ mütləq hüquq deyildir və müəyyən prosessual şərtlərin mövcudluğunda bəzi məhdudiyyətlərə məruz qala bilər.

28. Hazırki işin müəyyən edilmiş hallarından görünür ki, cavabdeh vəfat etdikdən sonra iddiaçı hazırkı iddia ərizəsi ilə m əhkəməyə müraciət etmişdir.

29. Mülki Məcəllənin 25.2-ci maddəsinə görə fiziki şəxsin hüquq qabiliyyəti onun doğulduğu an əmələ gəlir və ölümü ilə xətm edilir. Beyinin fəaliyyətinin dayanması ölüm anı sayılır. Cavabdehin ölməsi isə hazırki durumda işin məhkəmə qaydasında baxılmalı olmasını aradan qaldırır. Bu hal Azərbaycan Respublikası MPM-nin 261.0.1-ci maddəsinə əsasən iş üzrə icraata xitam verilməsi üçün əsasdır.

30. Kassasiya kollegiyası iddiaçının məhkəməyə yenidən müraciət edilməsi hüququ ilə bağlı qeyd edir ki, borclunun ölümü ilə onun öhdəliklərinin aradan qalxmasının və bununla da bağlanmış müqavilələrin hüquqi təminatdan məhrum olmasının qarşısının alınmasına xidmət edən institutlardan biri vərəsəlik institutudur. Vərəsəlik hüququ ölmüş şəxsin əmlakının və bununla bağlı hüquq və vəzifələrinin qanun üzrə və ya vəsiyyət üzrə vərəsələrə keçməsi qaydalarını müəyyənləşdirən hüquq normalarının məcmusudur.

31. Mülki Məcəllənin 558, 1151 və 1153-cü maddələri nəzərə alınmaqla göstərilməlidir ki, şəxsi xarakterli hüquq və vəzifələr vərəsəlik qaydasında ölmüş şəxsin vərəsələrinə keçmir. Borclunun kredit müqaviləsindən irəli gələn vəzifələri isə şəxsə bağlı olmayan və şəxsən icranı tələb etməyən, üçüncü şəxslər tərəfindən icrası mümkün olan əmlak xarakterli öhdəliklərdir. Bu səbəbdən də kredit müqaviləsi üzrə borclunun ölümü ilə onun öhdəliklərinə xitam verilmir və bu öhdəliklər, müvafiq şərtlər mövcud olduqda miras qoyanın vərəsələri tərəfindən icra edilməlidir.

32. Lakin cavabdeh vəfat etməsinə baxmayaraq iddiaçı kreditor tərəfindən onun varislərinin müəyyən edilməsi üçün səy göstərməmiş, birbaşa məhkəməyə müraciət edilmişdir. Gələcəkdə iddiaçı tərəfindən eyni tələblə cavabdehin vərəsələrinə qarşı iddia qaldırılarsa, hazırki iş üzrə mülki işin icraatına xitam verilməsi, iddiaçının yenidən məhkəməyə müraciət etmək hüququnu heç bir şəkildə məhdudlaşdırmayacaqdır. Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 153.2.2-ci maddəsinə görə eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə mübahisəyə dair məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi və ya iddiaçının iddiadan imtina etməsi ilə əlaqədar iş üzrə icraata xitam edilməsi və ya tərəflərin barışıq sazişinin təsdiq edilməsi haqqında məhkəmənin qərardadı olarsa hakim iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir. Maddənin məmzunundan da göründ üyü kimi, eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə mübahisəyə dair məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi olmadığı müddətcə iddiaçı yenidən cavabdehin vərəsələrinə qarşı iddia qaldıra bilər.

33. Kassasiya kollegiyası kassatorun mübahisə edilən hüquq münasibəti hüquq varisliyinə yol verdiyi halda iş üzrə tərəflərdən biri olan fiziki şəxsin ölməsi işin icraatının xitam edilməsi üçün deyil, (MPM-in 254.1.1-ci maddəsinə əsasən) dayandırılması üçün əsas olması ilə bağlı dəlillərinə münasibətdə qeyd edir ki, cavabdeh məhkəmə iclasında tərəf kimi iştirak edib, mülki işə baxılan zaman vəfat edərdisə və mübahisə edilən hüquq münasibəti hüquq varisliyinə yol verərdisə məhkəmə cavabdehin hüquqi varisini müəyyən edərək işə cəlb edə bilər və yaxud iş üzrə icraatı dayandır a bilərdi. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 254.1.1-ci maddəsinə görə işdə tərəf olan şəxs öldükdə və ya hüquqi şəxs yenidən təşkil edildikdə, barəsində mübahisə edilən hüquq münasibəti hüquq varisliyinə və ya işdə tərəf olan hüquqi şəxsin ləğv edilməsinə yol verərsə hakim iş üzrə icraatı dayandırmalıdır. Həmin Məcəllənin 50.1-ci maddəsinə görə prosesdə tərəflər iddiaçı və cavabdeh hesab edilirlər. Ölmüş şəxsin heç bir prosessual statusu yoxdur və iddia tələbi üzrə cavabdeh qismində tanına bilməz.

34. Kassasiya kollegiyası apellyasiya instansiyası məhkəməsinin iddia ərizəsində cavabdeh kimi göstərilmiş şəxs iddia ərizəsi ilə məhkəməyə müraciət edilənədək ölmüş olduğuna görə iş üzrə icraata xitam verilməli olması barədə gəldiyi qənaətlə razılaşır. Buna görə kassasiya şikayətinin dəlilləri əsassız olduğundan təmin olunmamalı, qərardad dəyişdirilmədən saxlanılmalıdır.

35. Məhkəmə kollegiyası yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Qərara aldı: İddiaçı "xxxx" ASC tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(107)-1083/2021 nömrəli, 07 may 2021-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar