Məhkəmə qərarları › İş №2(102)-4792/2019

Ali Məhkəmə Qərar — İş №2(102)-4792/2019

01.07.2019 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-4792/2019 01.07.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyası, hakimlər Əsgərov Qürbət Ağa oğlunun sədrliyi və məruzəsi ilə, Vəliyeva Elşanə Rafiq qızı və Hacıyev Sənan Firudin oğlundan ibarət tərkibdə, Əkbərli Əkbər Eldar oğlunun katibliyi ilə, Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasının 09 aprel 2019-cu il tarixli qərardadından “xxxx” ASC-nin və vəkili Vəkil kassasiya şikayəti üzrə işə baxaraq, MÜƏYYƏN ETDİ: Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin 27 noyabr 2018-ci il tarixli qətnaməs: İddiaçı cavabdeh “xxxx” ASC-yə qarşı maddi ziyar ödənilməsi tələbinə dair iddiası qismən təmin edilmişd ir. Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasının 09 aprel 2019-cu il tarixli qərardadı ilə (hakimlər A.Hüseynov, A.İmanov və V.Sadıqov) Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-3242/2018 saylı mülki iş üzrə 11 noyabr 2018-ci il tarixli qətnaməsindən cavabdeh “xxxx” ASC tərəfindən verilmiş apellyasiya şikayəti üzrə apellyasiyanın qeyri-mümkün hesab edilməsi və mülki işin Bakı Şəhər Nəsimi Rayon Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası 2(103)-5955/19 saylı 09.04.2019-cu il tarixli qərardadına əsasən cavabdeh “xxxx” ASC-ti və vəkili Vəkil qərardadı ilə razılaşmayaraq kassasiya şikayəti vermişlər. KASSASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ VƏ TƏRƏFLƏRİN İZAHATLARİ: Cavabdeh “xxxx” ASC-ti və vəkili Vəkil kassasiya şikayəti verərək şikayəti onunl a əsaslandırmışlar ki, prosessual hüquq normaları pozulduğundan Bakı Apellyasiya Məhkəməsinin MK-nin 09 aprel 2019-cu il tarixli qərardadının ləğv olunmasını və işin apellyasiya instansiyası məhkəməsinə göndərilməsini xahiş edirlər. Məhkəmə kollegiyası, cavabdehin nümayəndəsi Nümayəndə məhkəmə kollegiyasının iclasına vəkilsiz gəlməsi səbəbindən Azərbaycan Respublikası MPM-nin 67.1-ci maddəsinə müvafiq olaraq işə onun iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə kollegiyasının iclasının yeri və vaxtı barədə digər tərəflərə lazımi qaydada bildiriş göndərilmiş olsa da, digər tərəflər üzrlü səbəblər olmadan gəlməmişlər. Azərbaycan Respublikası MPM-nin 415.3-cü maddəsinə əsasən kollegiya işə gəlməyən digər tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə kollegiya sı məruzəçini dinləyib, kassasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, kassasiya şikayəti təmin edilmədən Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasının 09 aprel 2019-cu il tarixli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. HÜQUQ MƏSƏLƏLƏRİ: Azərbaycan Respublikası MPM-nin 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiqini yoxlayır. Apellyasiya instansiyası məhkəməsinin iş üzrə gəldiyi nəticə ondan ibarətdir ki, apellyasiya şikayətinə dövlət rüsumunun ödənilməsi barədə ödəniş tapşırığı əlavə edilmişdir. Həmin arayış dövlət rüsumunun müəyyən edilmiş qaydada ödənilməsini təsdiq edən sənəd kimi qəbul oluna bilməz. Belə ki, dövlət rüsumu yalnız elektron ödəniş sistemlə ri vasitəsilə ödənilməlidir. Yaranmış vəziyyət isə işə apellyasiya qaydasında baxılmasını qeyri-mümkün edir. MPM-in 366-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi iş məhkəməyə daxii olduqdan sonra 15 gün müddətində apellyasiyanın mümkünlüyünü yoxlayır. Buraya işə apellyasiya qaydasında baxılmaq üçün prosessual əsasların olması daxildir. Əgər apellyasiyanın mümkünlüyü üçün əsaslar yoxdursa, o, qəbul olunmamış hesab edilə bilər. Ona görə də qətnamədən apellyasiya şikayəti qeyri-mümkün hesab edilərək, mülki işlə birlikdə birinci instansiya məhkəməsinə göndərilməlidir. Apellyasiya Məhkəməsi gəldiyi nəticəni aşağıdakı prosessual hüquq normaları ilə əsaslandırmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinə əsasən apellyasiya və kassasiya şikayətləri verildikdə, eləcə də iş üzrə icraatın xitam verilməsindən, iddianın baxılmamış saxlanılmasından, məhkəmə cərimələrini qoyulmasından şikayət verildikdə dövlət rüsumu ödənilir (108.1.4). Dövlət rüsum yalnız elektron ödəniş sistemləri vasitəsilə ödənilməlidir (maddə 108.3). Apellyasiya şikayəti dövlət rüsumunun ödənilməsini təsdiq edən sübutlar əlavə edilir (361.3). Apelyasiya şikayətinə müəyyən edilmiş qaydada və məbləğdə dövlət rüsumunun ödənilməsini təsdiq edən sənədlər əlavə olunmamışdırsa, qanunla dövlət rüsumunun ödənilməsinə möhlət verilməsi, hissə-hissə ödənilməsi və ya onun məbləğinin azaldılması imkanı nəzərdə tutulmuşdursa, bu barədə vəsatət olmadıqda və ya vəsatət rədd edilmişdirsə apellyasiya şikayəti birinci instansiya məhkəməsi tərəfindən qaytarılır (363.1.2). Məhkəmə kollegiyası hesab edir ki, ape llyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə qanuni və əsaslıdır. Cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinin dəlillərinə gəldikdə məhkəmə kollegiyası onları əsassız hesab edir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 366.1-ci maddəsinə görə apellyasiyanın mümkünlüyü işə apellyasiya qaydasında baxılması üçün prosessual əsasların olmasından asılıdır. Apellyasiyanın mümkünlüyünü şərtləndirən belə prosessual əsaslara: a) məzmununa görə apellyasiya şikayətinin MPM-nin 361.1-ci maddəsinin tələblərinə cavab verməsi; b) apellyasiya şikayətinin bu şikayəti vermək hüququna malik olan şəxslər tərəfındən verilməsi, həmin şəxslər və ya onların nümayəndəsi (qanuni nümayəndəsi) tərəfindən imzalanması; c) apellyasiya şikayəti verilərkən dövlət rüsumunun ödənilməsi (şikayət verən şəxsin dövlə t rüsumunu ödəməkdən azad olduğu hallar istisna olmaqla); ç) apellyasiya şikayətinin qaytarılmasının MPM-nin 363.1-ci maddəsində nəzərdə tutulmuş əsaslarının olmaması aiddir. Beləliklə, apellyasiyanın mümkünlüyü dedikdə, işə apellyasiya qaydasında baxılması üçün prosessual əsasların mövcud olması başa düşülməlidir. İşdən göründüyü kimi apellyasiya şikayətinə dövlət rüsumunun ödənilməsi barədə ödəniş tapşırığı əlavə edilmişdir. Dövlət rüsumu isə yalnız elektron ödəniş sistemləri vasitəsilə ödənilməlidir. Belə olan halda apellyasiya instansiyası məhkəməsi haqlı olaraq şikayətin prosessual qanunvericiliyin tələblərinə uyğun olmadığından apellyasiya qaydasında baxılmasını qeyri-mümkün hesab etmişdir. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayəti əsassızdır. Apel lyasiya instansiyası məhkəməsinin qərardadı qanuni və əsaslı olmaqla iş üzrə düzgün hüquqi nəticəyə gəlinmiş, kassasiya şikayətinin dəlilləri məhkəmə qərardadının ləğv olunmasına əsas vermir. Ona görə də kassasiya şikayəti təmin edilmədən, apellyasiya instansiyası məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Şərh edilənləri və Azərbaycan Respublikası MPM-nin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: “xxxx” ASC-nin kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasının 09 aprel 2019-cu il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar