Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-4793/2020 22.09.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Əhmədova Mehparə Tofiq qızı (sədrlik edən və məruzəçi - hakim), Əliyev Ələsgər Əliabbas oğlu, Xələfov İlqar Rəhim oğlundan ibarət tərkibdə, Allahverdiyev Səlim Məhərrəm oğlunun katibliyi ilə, Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2020-ci il tarixli, 2(108)-******/2019 nömrəli qətnaməsindən İddiaçı H1 tərəfindən verilmiş kasasiya şikayəti üzrə mülki işə baxaraq, MÜƏYYƏN ETDİ: Şahbuz Rayon Məhkəməsinin (hakim A.Bağırov) xx.xx.2019-cu il tarixli, 2(090)******/2019 nömrəli qətnaməsi ilə İddiaçı H1 C avabdeh R1 qarşı “maneənin aradan qaldırılması” tələbinə dair iddiasının qismən təmin edilməməsi, İddiaçı H1 Cavabdeh R1 ******* kəndində ona məxsus olan 1000 kv.m torpaq sahəsindəki su xəttinə maneə tələbi üzrə su xəttindən İddiaçı H1 istifadə etməsinə Cavabdeh R1 istifadə etməsinə maneənin aradan qaldırılması qət edilmişdir. Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının (hakimlər V.Kuimova, F.Abbasov, M.Allahverdiyev) xx.xx.2020-ci il tarixli, 2(108)-******/2019 nömrəli qətnaməsi ilə Cavabdeh R1tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilərək, Şahbuz Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(090)-******/2019 nömrəli qətnaməsinin İddiaçı H1 Cavabdeh R1 ****** kəndində ona məxsus olan 1000 kv.m torpaq sahəsindəki su xəttinə maneə tələbi üzrə su xəttindən İdd iaçı H1 istifadə etməsinə Cavabdeh R1 istifadə etməsinə maneənin aradan qaldırılmasına dair hissədə ləğv edilməsi, iddianın rədd edilməsi qət edilmişdir. İddiaçı H1 iş üzrə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2020-ci il tarixli qətnaməsindən kasasiya şikayəti vermişdir. İşin halları: İddiaçı H1 Cavabdeh R1 qarşı “su xəttində yaradılan maneənin aradan qaldırılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ****** kəndində ona məxsus olan 1000 kv.m torpaq sahəsindəki su xəttinə maneənin aradan qaldırılması və 15lik 150 metr su borusunun, 80 ədəd də Bakı kubikinin özünə qaytarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktları qəbul edilmişdir. Kassasiya şikayətinin dəlilləri və tərəflərin izah atları: İddiaçıvə vəkili kasasiya şikayətini onunla əsaslandırmışlar ki, məhkəmə yalnız birinci instansiya məhkəməsində dindirilmiş şahidlərin ifadələrinə istinad edərək qətnamə qəbul etmişdir. Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası belə qənaətə gəlmişdir ki, Cavabdeh R1 qardaşı H1 su xəttindən istifadə etməməsinə icazə verməməsinin izahat və şahid ifadələri ilə təsdiq olunmasına baxmayaraq birinci instansiya məhkəməsi buna S1 sağlığında su xəttindən İddiaçı H1 istifadəsinə verilməsi, onun vəfatından sonra isə istifadə hüququnun vərəsəliyə çevrilməsi kimi qiymət verərək səhv nəticəyə gəlmişdir. Şahbuz rayon Məhkəməsində mülki işin məhkəmə baxışı zamanı Cavabdeh R1 qismində dindirilmiş Cavabdeh R1 məhkəməyə verdiyi izahatında atası İsmayılın suyun çəkilməsində ona k öməklik və maddi yardım etdiyini bildirmişdir. Lakin işə baxan kollegiya bu izahatı nəzərə almadan belə qənaətə gəlmişdir ki, ümumiyyətlə mərhum ***** suyun çəkilməsində heç bir rolu olmamışdır. Əgər mərhum suyun çəkilməsinə maddi yardım göstərmişsə məhz buna görə də Cavabdeh R1ona sudan bir xətt vermiş, mərhum həmin sudan H1 ağaclarının suvarılmasına bir qanad ayırmışdır. Məhz buna görə də ikiyə bölünmüş suyun istifadəçisi öləndən sonra ona məxsus olan bir xətt varisliyə çevrilmişdir. Məhz buna görə də Şahbuz Rayon Məhkəməsinin gəldiyi qənaət tamamilə qanuna uyğundur. Ona görə də onlar iş üzrə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2020-ci il tarixli, 2(108)-******/2019 saylı qətnaməsinin ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişlər. İşdə iş tirak edən şəxslər işə baxılmasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmişlər. Lakin İddiaçıvə vəkili məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Cavabdeh R1 və vəkili X12 məhkəməyə teleqram ünvalayaraq, səhhəti ilə bağlı məhkəmə iclasında iştirak edə bilməyəcəyini göstərib, şikayətin təmin edilməməsini və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2020-ci il tarixli, 2(108)-******/2019 saylı qətnaməsinin dəyişdirilmədən saxlanmasını xahiş etmişdir. Hüquqi məsələlər: Azərbaycan Respubİikası MPM-nin 416-cı maddəsinə əsasən kasasiya instansiyası məhkəməsi apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiqini yoxlayır. Apelyasiya kollegiyası qənaətini onun la əsaslandırmışdır ki, istər birinci instansiya məhkəməsində istərsə də apelyasiya instansiyasında işin araşdırılması zamanı Cavabdeh R1 və şahid qismində dindirilən X7, X10, X18, X4 ifadələri ilə su xəttinin Cavabdeh R1 istifadəsində olması, 1980-ci ildən 1985-ci ilədək suyun ***** rayonunun ****** kəndinin “*******” deyilən massivindən 9 km uzaqlıqda olan məsafədən cavabdehin də daxil olmaqla 8 nəfərin birlikdə istifadə üçün çəkilməsi, su çəkən yoldaşlardan dördünün vəfat etməsi, dördünün isə qalması, X9 və İddiaçı H1 su xəttinin çəkilməsi ilə heç bir əlaqələrinin olmaması, suyun çəkilişi zaman H1 hərbi xidmətdə olması, heç bir maddi yardım göstərməməsi, hər il gedib həmin suyun mənbəyini təmizləyib təmir etmələri, bir dəfə də olsun İddiaçı H1 onlarla birlikdə təmirə getməməsi tam təsdi qini tapmışdır. Şahid qismində dindirilən X8 ifadəsində cavabdehin qardaş bacısı heç kimin qapısından su götürməsinlər deyə həmin su xəttindən də atasına istifadə üçün verdiyini, həmin vaxtdan atasının həyətində su xətti olduğunu, su xətti çəkilən zaman qardaşı Həşimin hərbi xidmətdə olduğunu, atasının H1 adına torpaq götürdükdən sonra ağac əkdiyini, R1 verdiyi su xəttindən həmin ağaclar qurumasın deyə atasının həmin əraziyə də su xətti verək dediyini, atasının H1 su xətti vermədiyini, ağaclara da atasının qulluq etdiyini göstərərək, bir daha su xəttinin R1 məxsus olduğunu təsdiq etdi. İddiaçı H1 isə izahatında suyu atası X13 kəndinin sakinləri ilə birgə “*****” massivi adlanan ərazidən çəkdiyini, suyun çəkilişinin bütün xərcini atasının çəkdiyini, həmin vaxtı qardaşının maddi imkanı olmad ığı üçün onun suyu çəkə bilmədiyini, özünün su xəttinin çəkilişində iştirak etdiyini, boruları daşımaqla, yer qazmaqla köməklik etdiyini göstərsə də buna dair heç bir mötəbər sübut təqdim edə bilməmiş, yalnız iki bacısının su xəttinin çəkilişində onun iştirakının şahid olduqlarını, məhkəməyə gəlmək imkanları olmadığını göstərərək, mülki işin materiallarında olan X5 və X3 bu barədə verdiyi ərizələrə istinad etmişdir. Apelyasiya kollegiyası hesab etmişdir ki, mülki işin 16 və 17-ci vərəqələrində olan X5 və X3 ərizələri şahid ifadələri kimi qiymətləndirilə bilməz. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 62.2- ci maddəsinə əsasən şahid qismində məhkəməyə çağırılan şəxs məhkəməyə gəlməyə və iş üzrə ona məlum olan məlumatları və halları bildirməyə borcludur. Məcəllənin 6 2.3-cü maddəsinə əsasən şahid düzgün ifadə verməyə, hakimlərin və prosesdə iştirak edən şəxslərin suallarına cavab verməyə borcludur. 62.4-cü maddəsinə əsasən şahid bilərəkdən yalan ifadə verməyə və ifadə verməkdən boyun qaçırmağa görə cinayət məsuliyyəti daşıyır. X5 və X3 verdiyi ərizələr şahid ifadələrini əvəz edə bilməz. Birinci instansiya məhkəməsi qaldırılmış iddianın su xəttinə maneənin aradan qaldırılması ilə bağlı hissəsini təmin edərkən xx xxxxxx 1997-ci il tarixdə qəbul olunmuş ‘Azərbaycan Respublikası Su Məcəlləsinin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Qanunun 34-cü maddəsinə istinad etmişdir ki, həmin maddənin tələbinə əsasən su obyektlərindən istifadə hüququ Azərbaycan Respublikasının qanunvericiliyində nəzərdə tutulmuş qaydada əldə edilə bilər. Su obyektlərindən istifadənin tələb edən növləri və icazənin verilməsi qaydaları müvafiq icra hakimiyyəti orqanları tərəfindən müəyyən edilir. Su obyektləri istifadəçisi-fiziki şəxs öldükdə və ya su obyektləri istifadəçisi-hüquqi şəxs yenidən təşkil edildikdə su obyektlərindən istifadə hüququ onların varislərinə keçir. Qanunun mənasına görə su obyektlərindən istifadə hüququ Azərbaycan Respublikasının qanunvericiliyində nəzərdə tutulmuş qaydada əldə edildikdə onun istifadəçisi-fiziki şəxs öldükdə su obyektlərindən istifadə hüququ onun varisinə keçir. X1 su istifadəçisi olması, bu hüququ Azərbaycan Respublikasının qanunvericiliyində nəzərdə tutulmuş qaydada əldə edilməsi məhkəmə araşdırması zamanı öz təsdiqini tapmamışdır. Kasasiya kollegiyası, apelyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə ilə razılaşı r və kasasiya şikayətinin dəlillərinə münasibətdə qeyd edir ki, kasasiya şikayətinin dəlilləri əsasında kasasiya yoxlaması da həyata keçirilərkən müəyyən edilir ki, tərəflərin atası olmuş mərhum X2 istifadəçisi olması, bu hüququ Azərbaycan Respublikasının qanunvericiliyində nəzərdə tutulmuş qaydada əldə edilməsi məhkəmə araşdırması zamanı öz təsdiqini tapmamış, iddiaçı isə Cavabdeh R1tərəfindən maneə yaradılmasını sübut edə bilməmişdir. Ümumilikdə kasasiya yoxlaması nəticəsində apelyasiya kollegiyası tərəfindən hər hansı maddi və prosessual hüquq normasının pozuntusuna yol verilməsi halı müəyyən edilməmişdir. Odur ki, kasasiya şikayətinin dəlilləri apelyasiya instansiya məhkəməsinin qəbul etdiyi qətnamənin ləğv edilməsi üçün əsas hesab edilə bilməz. Azərbaycan Respublikasının MPM-nin 14.2- ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 76.1 və 76.2-ci maddələrinə əsasən, tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Beləliklə, kasasiya kollegiyası belə qənaətə gəlir ki, kasasiya şikayəti təmin edilməməli, apelyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişiklik edilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası MPM-in 417.1. 1-ci maddəsinə əsasən kasasiya məhkəməsi işə baxarkən apelyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 416-417, 419, 421-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı H1 tərəfindən kasasiya şikayəti təmin edilməsin. İş üzrə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2020-ci il tarixli, 2(108)-******/2019 nömrəli qətnaməsi dəyişiklik edilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-4793/2020
Ali Məhkəmə Qərar — İş №2(102)-4793/2020
22.09.2020 · Sair mülki iş - Maneənin aradan qaldırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver