Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-4794/2022 14.11.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının iddiaçılar İddiaçı və X2 Cavabdeh qarşı ilk, Cavabdeh İddiaçı və X3 qarşı qarşılıqlı iddia tələblərinə dair iş üzrə QƏRARİ Açar sözlər: pul vəsaitinin ödənilməsinin gecikdirilməsi, zərərin əvəzinin ödənilməsi Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının hakimləri Nurməmmədov Əhməd Güləhməd oğlu (məruzəçi), Hüseynov Abiddin Qabil oğlu və Əliyev Zaur Əli oğlundan ibarət tərkibdə, iddiaçılar İddiaçı və X2 Cavabdeh qarşı “pul vəsaitinin qaytarılmaması nəticəsində dəymiş zərərin əvəzinin ödənilməsi” barədə ilkin, Cavabdeh İddiaçı və X3 qarşı “maddi və mənəvi ziyanın əvəzinin ödənilməsi” bar ədə qarşılıqlı iddia tələblərinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-3640/2022 nömrəli, 19 may 2022-ci il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə 14 noyabr 2022-ci il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. Bakı şəhəri, K. Səfərəliyeva küçəsi 26 saylı evin 3 otaqdan ibarət, yaşayış sahəsi 81,0 kv metr, ümumi sahəsi 134 kv metr olan 15 saylı mənzili X5 məxsus olmuş, Elza Məmmədova mənzilin antresol hissəsini İddiaçı və İlahə Dəmirovaya satmaq barədə onlarla şifahi razılığa gəlmiş və bunun üçün onlardan 6000 manat almış, əvəzində 4000 manata dair beh müqaviləsi bağlanmış, sonradan daha 2000 manat veriləndə isə hər iki məbləğə dair 6000 manatlıq borc m üqaviləsi bağlanmış, alıcılar yaşamaq üçün mənzilə buraxılmışlar. Elza Məmmədova vəfat etdikdən sonra mənzil vərəsəlik qaydasında oğlu Cavabdeh mülkiyyətinə keçmiş, sonuncu, mənzilin anası tərəfindən satılan hissəsini İddiaçı və İlahə Dəmirovaya satmaqdan imtina etdiyi üçün aralarında mübahisələr yaranmış, Nemət və İlahə Dəmirov(a)lar Cavabdeh qarşı iddia qaldıraraq mənzilə istifadə hüquqlarının tanınmasını və alqı-satqı müqaviləsinin bağlanmış hesab edilməsini tələb etmiş, Cavabdeh isə onlara qarşı “mənzildən çıxarılma” tələbi irəli sürmüş, hazırda qüvvədə olan məhkəmə qərarları əsasında Nemət və İlahə Dəmirov(a)lar mənzildən çıxarılmış, mənzil Cavabdeh təhvil verilmişdir.
2. Bundan sonra Nemət və İlahə Dəmirov(a)lar Cavabdeh qarşı iddia ərizəsi ilə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə mü raciət edərək ondan borcun məbləği qismində 20000 manatın, habelə 60000 manat faiz məbləğinin tutulub onlara ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmiş, həmin məhkəmənin xx.xx.2017-ci il tarixli qətnaməsi ilə iddia qismən təmin olunaraq Cavabdeh Nemət və İlahə Dəmirov(a)ların xeyrinə 10000 manatın tutulması, iddia tələbinin qalan hissədə təmin olunmaması qət edilmiş, Bakı Apellyasiya Məhkəməsinin 22 may 2018-ci il tarixli qətnaməsi ilə Nemət və İlahə Dəmirov(a)ların apellyasiya şikayəti qismən təmin edilərək qətnamə qismən, yəni 10000 manat pul vəsaitinin tutulması tələbinin rədd edilməsi hissəsində ləğv olunmaqla Nemət və İlahə Dəmirov(a)ların xeyrinə əlavə 10000 manatın da tutulması qət edilmişdir
3. Bakı Apellyasiya Məhkəməsi xx.xx.2018-ci il tarixli qətnaməsində Nemət və İlahə Dəmirov(a)ların “faiz borcunun tutulması” tələbləri ilə bağlı qeyd etmişdir ki, həmin tələbin qanuni əsası kimi istinad olunan Mülki Məcəllənin 445.7-ci və ya 449.1-ci maddəsi sözügedən işdə tətbiq oluna bilməz, çünkü cavabdehin iddiaçılar qarşısında hər hansı pul məbləğinin ödənilməsi öhdəliyi olmamışdır. Bununla belə apellyasiya məhkəməsi Nemət və İlahə Dəmirov(a)lara izah etmişdir ki, onlar pul vəsaitinin sahibliklərindən çıxması nəticəsində dəymiş zərərin əvəzinin ödənilməsi barədə iddia irəli sürmək hüququna malikdirlər. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat
4. İddiaçılar İddiaçı və X6 Cavabdeh qarşı «pul» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh onların xeyrinə 34000 manat pulun tutulması barədə qətnamə çıxarılması nı xahiş etmişlər.
5. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh anası, mərhum X7 mülkiyyətində olan Bakı şəhəri, Nəsimi rayonu, K.Səfərəliyeva küçəsi 26 saylı evdə yerləşən 15 saylı mənzilin antresol hissəsində yerləşən 7,3 kv metr ölçüsü olan dəhlizi, 1,9 kv metr ölçüsü olan sanitar qovşağını, 2,8 kv metr ölçüsü olan yaşayış otağını 18000 manata İddiaçı satmaq barədə razılaşmış, bu razılaşmaya əsasən xx.xx.2012-ci il tarixdə mərhum Elza Məmmədova makler vasitəsilə beh müqaviləsi üzrə 4000 manat pulu İddiaçı alaraq sənədləşmə üçün qısa bir vaxt istəmiş, tam etibarını qazanmaq üçün ona ailə üzvləri ilə birlikdə satmış olduğu hissədə yaşamağa icazə vermişdir. xx.xx.2012-ci il tarixdə Elza Məmmədova satdığı ev üçün İddiaçıla 6000 manat məbləğində notarial qaydada borc müqaviləsi bağ lmış, bundan əlavə tərəflər, yəni Elza Məmmədova və İddiaçı arasında "xxxx" MMC-nin direktoru Rza Məmmədovun həm şəxsi imzası, həm də şirkətə məxsus möhürlə təsdiq edilmiş, 18000 manat dəyərində qiymətləndirilmiş mülk üçün 4000 manat beh müqaviləsi bağlanmışdır. Bir müddət sonra Elza xanım sağlamlığı ilə əlaqədar olaraq xəstəxanaya getmiş, bu zaman sonuncu, etibar etdiyi üçün yaşadığı birinci mərtəbənin açarını İddiaçı vermiş, təxminən 2012-ci ilin sentyabr ayında evdə olduğu zaman bir nəfər polis formasında olan şəxs qapını döymüş, qapını açdıqda həmin şəxs adının Etibar olmasını və Elza xanımın oğlu olduğunu bildirmiş, Etibardan Elza xanımın vəfat etməsini eşitmişdir. Etibar Nemətdən anasının yaşadığı və xəstəxanaya getməzdən öncə ona verdiyi birinci mərtəbədə yerləşən mənzilin açarını istəmiş, evin açarını Etibara təqdim etmiş, Elza xanımın yas mərasimi zamanı əlindən gələn bütün köməkliyi göstərmiş, Etibar yas mərasimi bitdikdən sonra evin alğı-satqı məsələsini müzakirə edəcəyini demişdir. Bir müddət keçdikdən sonra Etibar demişdir ki, anası Elza xanımın evi Nemətə satmasından xəbəri var və anasının son istəyi evin alğı-satqısının tamamlanması olmuşdur. Ona görə də evin qalan pulu, yəni 12000 manat pul ona çatacaqdır. Etibarla razılaşmış, Etibar vərəsəliklə bağlı məsələləri həll etmək üçün möhlət istəmiş, bundan bir neçə gün sonra Etibar Neməti anasının evi olan birinci mərtəbəyə çağırmış, yas mərasimi üçün 2000 manat pula ehtiyacı olduğunu, həmin pulu evin alğı-satqısına görə ödənilməli olan 12000 manatdan çıxacağını bildirmişdir. Polis əməkdaşı olduğu üçün Etibara i nanıb ona 2000 manat vermiş, bundan 1-2 ay keçdikdən sonra Etibar yenə ona zəng edərək evin sənədləşməsi üçün əlavə 2000 manata ehtiyacı olduğunu söyləmiş, həmin məbləği Etibara vermiş, 3-4 ay sonra Etibar onu birinci mərtbədə yerləşən anasının evinə çağırmış və evin qalan pulunu hazırlamasını söyləmiş, bundan 1-2 ay keçdikdən sonra zəng edərək pulun qalan hissəsini istəmişdir. Nemət, anası, həyat yoldaşı və həyat yoldaşının anası ilə birlikdə birinci mərtəbəyə Etibarın yanına düşmüş, burada onlar pulun qalan hissəsini, yəni 8000 manatı Etibara tam ödəmiş və Etibardan bununla bağlı bir sənəd tələb etmiş, sonuncu isə müxtəlif yalanlar söyləyərək onları inandırmış və heç bir sənəd verməmişdir. Həmin hadisədən təxminən 2 ay keçdikdən sonar Etibar zəng edərək evin bütün sənədləşməsini həll etm ək və evdə yaşayan ailə üzvlərini qeydiyyata almaq üçün əlavə 2000 manat pul istəmiş, bu məbləğ də Etibara verilmiş, beləliklə Etibara və anasına verilən pulun ümumi məbləği 20000 manatı keçmişdir. Bundan sonra Nemət dəfələrlə Etibara zəng etsə də, sonuncu, müxtəlif bəhanələr gətirərək evin sənədlərini təqdim etməkdən yayınmışdır. Etibardan pulu tələb etdiklərində o, 20000 manat pulunun olmadığını və pulu ev söküləndə qaytara biləcəyini bildirmişdir. Sonradan Etibarın onlara hədə-qorxular gəldiyini və pulu qaytarmaq istəmədiyini görüb məhkəmədə iddia qaldırmış və 20000 manat əsas borcun və 60000 manat faiz məbləğinin qaytarılmasını xahiş etmiş, Nəsimi Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli qətnaməsi ilə iddia qismən təmin edilərək Cavabdeh 10000 manatın tutulması qət edilmiş, Bakı Ape llyasiya Məhkəməsinin xx.xx.2018-ci il tarixli qətnaməsi ilə Cavabdeh onların xeyrinə əlavə 10000 manat da tutulmuşdur. Apellyasiya instansiyası məhkəməsi 60000 manat məbləğində faiz məbləğinin tutulması birədə iddianı rədd etsə də, onlara izah etmişdir ki, pul vəsaitinin onların sahibliyindən çıxması nəticəsində dəymiş zərərin əvəzinin ödənilməsi barədə iddia sürmək hüququna malikdirlər. Cavabdeh Bakı şəhəri, Nəsimi rayonu, K.Səfərəliyeva küçəsi 26 saylı evdə yerləşən 15 saylı mənzilin antresol hissəsindəki 7,3 kv metr ölçüsü olan dəhlizi, 1,9 kv metr ölçüsü olan sanitar qovşağını, 2,8 kv metr ölçüsü olan yaşayış otağını onlara verməli olduğu halda bunu təmin etməmiş, nəticədə onlar, özlərinə vurulmuş real zərərlə bərabər, gələcəkdəki faydadan məhrum olmuşlar. Belə ki, sonradan onlara məl um olmuşdur ki, Cavabdeh mənzilin antresol hissəsində yerləşən 7,3 kv metr ölçüsü olan dəhlizi, 1,9 kv metr ölçüsü olan sanitar qovşağını, 2,8 kv metr ölçüsü olan yaşayış otağını onlara verməkdən imtina etdikdən sonra həmin ərazi plana düşmüş və cavabdehə bu əmlaka görə 63000 manat ödənilmişdir. Beləliklə, həmin əmlak onlara təhvil verilsəydi, buna görə nəzərdə tutulmuş kompensasiya məbləği də onlara ödəniləcəkdi ki, onlar bundan məhrum olmuşlar. Məhkəmə qətnaməsi ilə onlara qaytarılan 20000 manat pul vəsaiti nəzərə alındığında, 43000 manat faydadan məhrum olmuşlar və həmin məbləğ Cavabdeh alınaraq onlara ödənilməlidir
6. Cavabdeh İddiaçı və X3 qarşı «maddi və mənəvi ziyanın ödənilməsi» tələbinə dair qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, qarşılıqlı iddianın təmin edilməsi, 10.000 manat maddi ziyan, 20.000 manat mənəvi ziyan, cəmi 30.000 manat pul vəsaiti və hazırkı iddianın verilməsi üçün ödədiyi 30 manat dövlət rüsumunun İddiaçı və X1 tutularaq onun xeyrinə ödənilməsi, ilk iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh isə İddiaçı və X3 qarşı qarşılıqlı iddia ərizəsi təqdim edərək, 10000 manat maddi, 20000 manat mənəvi ziyanın və 30 manat dövlət rüsumunun Nemət və İlahə Dəmirov(a)lardan tutulub xeyrinə ödənilməsi, ilkin iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
7. Qarşılıqlı iddia belə əsaslandırılmışdır ki, 2012-ci ildən etibarən Nemət və İlahə Dəmirov(a)ların ona qarşı əsassız iddia tələbləri ilə bağlı məhkəmələrə müraciətləri başlamış, onların həm daşınmaz əmlak, həm də pul tələbinə dair əvvəlki iddiaları ilə bağlı qanuni qüvvəsini almış yekun məhkəmə qərarları tam icra edilmiş, həmin mülki işlər üzrə icra icraatına xitam verilmişdir. Nemət və İlahə Dəmirov(a)lar 10 ilə yaxındır ondan əl çəkməyərək ev və ya pul qoparmaq məqsədilə əsassız iddialar vermiş, hüquq mühafizə orqanlarına çoxsaylı şikayətlər etmiş, bunun nəticəsində səhhətində ciddi problemlər yaranmış və müayinələr edildikdən sonra ürəyindən təcili əməliyyat olunmasının vacibliyi deyilmiş, mənəvi ziyana məruz qalmışdır.
8. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-5680/2021 nömrəli, 12 noyabr 2021-ci il tarixli qətnaməsi ilə (hakim: Səməd Cəfərov) hər iki iddia tələbi təmin edilməmişdir.
9. Birinci instansiya məhkəməsi mövqeyini əsaslandırarkən göstərmişdir ki, həm ilk iddia üzrə iddiaçılar, həm qarşılıqlı iddia üzrə iddiaçı tərəfindən məhkəməyə iddia tələblərinin əsası kimi istinad etdikləri hallara dair kifayət qədər sübutlar təqdim edilməmişdir.
10. Məhkəmə daha sonra qeyd etmişdir ki, ilk iddia üzrə iddiaçılar onlara əldən çıxmış fayda qismində ziyan vurulmasını təsdiq edən sübutları, qarşılıqlı iddia üzrə iddiaçı isə onun səhhətində olan narahatçılıqlarla qarşılıqlı iddia üzrə cavabdehlərlə mübahisələri arasında səbəbli əlaqənin olmasına dair sübutları məhkəməyə təqdim etməmişdir.
11. Əksinə, iş materiallarına əlavə olunmuş Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin 24 fevral 2017-ci il tarixli 2(006)-340/2017 saylı qətnaməsindən, həmçinin Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 22 may 2018-ci il tarixli 2(103)5534/2018 saylı qətnaməsindən görünür ki, İddiaçı və X2 Cavabdeh qarşı «borcun və ya borc müqaviləsinin şərtlərinin pozulması ilə əlaqədar özgəsinin pul vəsaitlərindən qanunsuz faydalanmağa görə faizlərin tutulması» tələbinə dair iddiası üzrə mübahisəyə məhkəmədə baxılaraq müvafiq hüquqi qiymət verilmişdir. Qeyd olunan qətnamələrlə müəyyən edilmiş faktlar hazırda mübahisələndirilə bilməz
12. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 14.2, 77.1, 88, 217.1, 218.1, 218.3 və 220.4-cü maddələrinə istinad edərək əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat
13. İddiaçı apellyasiya şikayəti verərək, birinci instansiya qətnaməsinin ilk iddia tələbinin rədd edilməsi hissəsində ləğv edilməsi və həmin hissədə iddia tələbinin təmin olunması barədə yeni çıxarılmasını xahiş etmişdir.
14. Apellyasiya şikayəti il kin iddia ərizəsinin məzmununa uyğun əsaslandırılmışdır.
15. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının (bundan sonra – apellyasiya instansiyası məhkəməsi) 2(103)-3640/2022 nömrəli, 19 may 2022-ci il tarixli qətnaməsi ilə (hakimlər Elnur Həsənov - sədrlik edən və məruzəçi, Xumar Mərdanova və Vahid Sadıqov) apellyasiya şikayəti qismən təmin edilərək, birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə ləğv edilmiş, həmin hissədə yeni qətnamə çıxarılmaqla, iddia tələbi həmin hissədə qismən təmin edilmiş, Cavabdeh pul vəsaitinin qaytarılmaması nəticəsində dəymiş zərərin əvəzi qismində 450 manatın, dövlət rüsumlarının əvəzi qismində 30,8 manatın alınaraq İddiaçı və X3 ödənilməsi, ilk iddia tələbinin qalan hissədə rədd olunması qət edilmişdir.
16. Apellyasiya instansi ya məhkəməsi birinci instansiya məhkəməsinin qənaəti ilə razılaşmayaraq qeyd etmişdir ki, məhkəmə, ilkin iddia tələbini “Bakı Apellyasiya Məhkəməsinin 22 may 2018-ci il tarixli qətnaməsi ilə İddiaçı və X2 Cavabdeh qarşı “borcun və ya borc müqaviləsinin şərtlərinin pozulması ilə əlaqədar özgəsinin pul vəsaitlərindən qanunsuz faydalanmağa görə faizlərin tutulması” tələblərinə baxılaraq müvafiq hüquqi qiymət verilmişdir” qənaəti ilə rədd edərkən, sözügedən qətnamədə Nemət və İlahə Dəmirov(a)lara “pul vəsaitinin sahibliklərindən çıxması nəticəsində dəymiş zərərin əvəzinin ödənilməsi barədə iddia irəli sürmək hüququna malik olmaları” hüququnun izah edildiyini nəzərə almamışdır.
17. Bakı Apellyasiya Məhkəməsinin 22 may 2018-ci il tarixli qətnaməsində əks olunan hüquqi mövqeyi nəzərə alan kollegi ya hesab etmişdir ki, iddiaçılara müvafiq pul məbləğinin qaytarılmalı olduğu tarixdən, onun faktiki qaytarıldığı tarixədək olan müddət ərzində Cavabdeh həmin məbləği qanunsuz saxlamışdır və buna görə də bu vəsaitin məbləğindən faizlər ödəməlidir. Belə ki, Bakı Apellyasiya Məhkəməsinin həmin qətnaməsi qanuni qüvvəsini aldıqdan sonra tərəflər arasında yeni - tələbkar-borclu münasibətləri yaranmışdır.
18. Apellyasiya baxışı zamanı müəyyən olunmuşdur ki, ilkin iddiaçılar xx.xx.2017-ci il tarixədək Cavabdeh məxsus evdə yaşamaqla həmin tarixdə oradan çıxarılmış, Bakı Apellyasiya Məhkəməsinin 22 may 2018-ci il tarixli qətnaməsi xx.xx.2018-ci il tarixdə qanuni qüvvəsini almış və məhz bu tarixdən Cavabdeh ilkin iddiaçılara 20000 manat vəsaiti qaytarmalı olmuşdur.
19. Bununla yanaşı, Bakı Apellyasiy a Məhkəməsinin xx.xx.2018-ci il tarixli qətnaməsi qanuni qüvvəsini alana qədər – xx.xx.2018-ci il tarixdə - Cavabdeh ilkin iddiaçılara 14000 manat ödəmiş, qalan 6000 manat isə onun pensiyasından xx.xx.2020-ci il tarixinə qədər tutulmuşdur
20. Həmçinin aydın olur ki, Bakı şəhəri, Nəsimi rayonu, K.Səfərəliyeva küçəsi 26 saylı evdə yerləşən 15 saylı mənzilin dövlət ehtiyacları üçün alınmasına görə Cavabdeh 07 may 2017-ci il tarixdə 216994 manat kompensasiya ödənilmişdir.
21. Apellyasiya məhkəməsi hesab etmişdir ki, ilkin iddiaçılar qeyd olunan halların təsdiqi barədə sübut təqdim etməməklə Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsi ilə üzərlərinə düşən sübutetmə vəzifəsini yerinə yetirə bilmədiklərindən, Cavabdeh Mülki Məcəllənin 449.1-ci maddəsinə əsasən bank uçot faizi dərəcəsinə uyğun hes ablanmış faizlər tutula bilməz. Həmçinin nəzərə alınmalıdır ki, müvafiq sübutetmə vəzifəsinin yerinə yetirilməməsi ilkin iddiaçıların iddia tələbinin Mülki Məcəllənin 1092.1.1-ci maddəsinə əsasən təmin olunmasını da istisna edir, çünkü həmin maddi hüquq norması “əldə edilənlərdən götürülən fayda”nın əsassız varlanma obyekti kimi qaytarılmasını tələb etmək imkanını verir ki, bu halda da sözügedən faydanın mövcudluğu sübuta yetirilməlidir
22. Bu mənada məhkəmənin qənaətinə görə, ilkin iddiaçıların tələblərinə uyğun gələn iddia tələbinin qanuni əsası kimi Mülki Məcəllənin 445.7-ci maddəsi nəzərdən keçirilə bilər. Belə ki, həmin maddəyə görə, borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üç ün illik beş faiz ödəməyə borcludur.
23. Qeyd olunan maddənin dispozitiv şərtlərinə görə kreditor ilk olaraq sübut etməlidir ki, borclu pul məbləğinin ödənilməsini gecikdirib. Bu hal müəyyən olunduqdan sonra isə kreditorun illik 5 faizdən artıq məbləğin tələb etməyə hüququnun olub-olmadığı müəyyən edilir. Kreditor gecikdirməni sübut etdikdən sonra hər bir halda illik 5 faiz ödənilməsini tələb etmək hüququna malikdir
24. Yuxarıda qeyd olunduğu kimi, Cavabdeh ilkin iddiaçılara 20000 manat vəsaiti qaytarmalı olması Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2018-ci il tarixdə qanuni qüvvəsini almış 22 may 2018-ci il tarixli qətnaməsi ilə müəyyən olunmuş, lakin həmin vəsaitin 14000 manatı qətnamə qanuni qüvvəsini alana qədər ödənilmişdir.
25. Apellyasiya məhkəməsinin qənaəti ondan ibarət olmuşdur dir ki, ilkin iddiaçılar yalnız, Bakı Apellyasiya Məhkəməsinin 22 may 2018-ci il tarixli qətnaməsinin qanuni qüvvəsini aldığı tarixdən etibarən onlara ödənilməli olan 6000 manatın ödənildiyi tarixədək olan dövrə münasibətdə Mülki Məcəllənin 445.7-ci maddəsinə görə gecikdirilmiş vaxt üçün illik beş faiz ödənilməsini tələb etmək hüququna malikdirlər
26. Yuxarıda qeyd olunduğu kimi, 6000 manatın Cavabdeh pensiyasından tutulması icra sənədinin icrası qaydasında 2020-ci ilin iyun ayında başa çatdırılmışdır və bu o deməkdir ki, 28 noyabr 2018-ci il tarixindən pulun tam ödənildiyi tarixədək olan dövr təxminən 1 il 6 ay olmaqla həmin müddət üçün hesablanacaq faiz miqdarı 450 manat təşkil edir (6000 manat x 1 il 6 ay x 5% = 450). Kollegiya onu da qeyd edir ki, 6000 manatın Cavabdeh pensiyasından his sə-hissə tutulmuş olması fərqli nəticəyə gəlinməsinə səbəb olmamalıdır; çünkü o, 07 may 2017-ci il tarixdə 216 994 manat kompensasiya almış olmasına və ilkin iddiaçılara ödənilməli olan pulu qaytarmaq imkanına sahib olduğuna baxmayaraq, xx.xx.2018-ci il tarixdə qüvvəyə minmiş qətnamənin icrasını (6000 manata dair hissədə) könüllü təmin etməyərək ilkin iddiaçıları öz haqqlarını onun pensiyasından hissə-hissə almağa məcbur buraxmışdır.
27. Məhkəmə mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21, 445.7, 449.1, 1091.1, 1092.1 və 1093.1-ci, eləcə də MPM-in 14.2, 77.1, 88 və 385-ci maddələrinə istinad edərək əsaslandırmışdır. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri
28. İddiaçı (Vəkil) kassasiya şikayəti verərək, apellyasiya instansiyası mə hkəməsinin ləğv edilməsini və iddia tələbinin tam təmin olunması barədə yeni qərar çıxarılmasını xahiş etmişdir.
29. Kassasiya şikayəti apellyasiya şikayətinin dəlillərinə uyğun əsaslandırılmışdır.
30. İddiaçı şikayətini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21, 385.1, 425.1, 443.1, 443.2 və 449.1-ci maddələrinə istinad edərək əsaslandırmışdır. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
31. Cavabdeh kassasiya şikayətinə qarşı etiraz verərək şikayətin təmin olunmaması və apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin dəyişdrilmədən saxlanılmasını xahiş etmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi
32. Maddə
21. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür.
33. Maddə 445.7. Borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur
34. Maddə 449.1. Özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank dərəcəsi ilə müəyyənləşdirilir. Borc məhkəmə qaydasında tutulduqda məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank üçot dərəcəsini əsas götürməklə ödəyə bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi
35. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
36. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.
37. Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
38. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
39. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya baxışının hədləri
40. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
41. Hazırkı kassasiya şikayətində qətnamə tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Kassasiya instansiya məhkəməsinin mövqeyi
42. Məhkəmə kollegiyası məruzəçini dinləyib, iş materiallarını kassasiya şikayətinin dəlillərinə əsasən araşdıraraq hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir.
43. Məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayətində qeyd edilən dəlillər həm iddia ərizəsində, həm də apellyasiya şikayətində irəli sürülmüş, həmin dəlillər apellyasiya məhkəməsi tərəfindən tam, hərtərəfli, obyektiv və qərəzsiz araşdırılmaqla hüquqi qiymət verilmişdir. Məhkəmə kollegiyası bu qiymətləndirmə ilə razılaşır. 44. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 noyabr 2005-ci il tarixli Qərarının 2.2-ci bəndinə əsasən, məhkəmə qətnaməsi maddi və prosessual hüquq normalarına dəqiq əməl edilməklə qəbul edildikdə qanuni hesab edilir. Həmin Qərarın 2.4-cü bəndinə əs asən, qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun.
45. Nəzərə almaq lazımdır ki, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxd ur.
46. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi iş üzrə müəyyən etdiyi faktiki hallara maddi hüquq normalarını düzgün tətbiq etmiş, prosessual qanun pozuntularına yol verməmişdir, qətnamənin ləğv olunması və ya dəyişdirilməsi üçün əsaslar yoxdur.
47. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-3640/2022 nömrəli, 19 may 2022-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.