Məhkəmə qərarları › İş №2(102)-4794/2023

Ali Məhkəmə Qərar — İş №2(102)-4794/2023

26.12.2023 · Sair mülki iş - Maneənin aradan qaldırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-4794/2023 26.12.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh qarşı tələbinə dair ilkin və Cavabdeh İddiaçı qarşı qarşılıqlı iddiasına dair iş üzrə QƏRARİ Açar sözlər: yoldan istifadəyə cavabdeh tərəfindən yaradılmış maneələrin qadağan edilməsi Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Şəfiyev İspəndiyar Əsəd oğlu (sədrlik edən və məruzəçi), Əhmədov Əhməd Abbas oğlu və Həsənov Vüqar Təvəkgül oğlundan ibarət tərkibdə, İddiaçı Cavabdeh qarşı “yoldan istifadəyə cavabdeh tərəfindən yaradılmış maneələrin qadağan edilməsi və pəncərələrin bağlanması” tələbinə dair ilkin iddia, iddiaçı Cavabdeh İddiaçı qarşı “mülkiyyətində o lan torpaq sahəsindəki darvazanın sökülməsi” tələbinə dair qarşılıqlı iddiasına dair mülki iş üzrə Şəki Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(107)-924/2023 nömrəli, 05 sentyabr 2023-cü il tarixli qətnaməsindən ilk iddia üzrə Cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə 26 dekabr 2023-cü il tarixdə mülki işə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. İddiaçı ilə Cavabdeh qardaşdır və qonşu torpaq sahələrinin mülkiyyətçiləridir.

2. Belə ki, mərhum ataları Əhmədov Ramazan Veysəl oğlu mülkiyyətində olan 0.1741 ha torpaq sahəsinin bir hissəsini və 77.6 kv.metrlik sahəsi olan evi 25 yanvar 2018ci il tarixli bağışlama müqaviləsinə əsasən Cavabdeh, 0.0635 ha hissəsini isə xx.xx.2018ci il tarixli bağışlama müqaviləsinə əsasən İddiaçı hədiyyə etmişdir.

3. Şəki şəhəri X4 küçəsində yerləşən 0,0635 ha həyətyanı torpaq sahəsi üzərində İddiaçı mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində ********** nömrə ilə xx.xx.2019-cu il tarixdə qeydiyyata alınmışdır.

4. Şəki şəhəri X4 küçəsi, dalan 9 ev 3 ünvanda yerləşən 0,0764 ha həyətyanı torpaq sahəsi və onun üzərində yerləşən ümumi sahəsi 77,6 kv.m olan fərdi yaşayış evinə Cavabdeh mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində xx.xx.2018-ci il tarixdə ********** nömrə ilə qeydiyyata alınmışdır.

5. Tərəflərin arasında torpaq sahəsindən istifadə üzrə mübahisə var. Bundan əvvəl Cavabdeh məhkəmədə iddia qaldıraraq, 14 fevral 2018-ci il tarixdə verilmiş RX seriyalı, ******* saylı hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa ə sasən onun mülkiyyətində olan fərdi yaşayış evindən istifadəyə İddiaçı tərəfindən törədilən maneələrin qadağan edilməsini xahiş etmişdir. Eyni zamanda İddiaçı qarşılıqlı iddia verərək, mərhum atası Əhmədov Ramazan Veysəl oğlu ilə Cavabdeh arasında bağlanmış 25 yanvar 2021-ci il tarixli bağışlama müqaviləsinin etibarsız hesab edilməsi və Cavabdeh adına verilmiş 14 fevral 2018-ci il tarixli, RX seriyalı, ******* nömrəli çıxarışın ləğv olunmasını xahiş etmişdir.

6. Şəki Rayon Məhkəməsinin 11 avqust 2021-ci il tarixli, 2(075)-1201/2021 saylı qətnaməsi ilə ilk iddianın qismən təmin edilməsi, DƏDRX-nin Ərazi İdarəsi tərəfindən 14 fevral 2018-ci il tarixdə verilmiş RX seriyalı, ******* saylı hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən iddiaçının mülk iyyətində olan fərdi yaşayış evindən Cavabdeh istifadə hüququnun həyata keçirilməsinə İddiaçı tərəfindən hər hansı maneələrin yaradılması cavabdehə qadağan edilməsi, ilk iddianın qalan hissədə təmin edilməməsi, İddiaçı Cavabdeh qarşı «mərhum atası Əhmədov Ramazan Veysəl oğlu ilə Cavabdeh arasında bağlanmış 25 yanvar 2021-ci il tarixli bağışlama müqaviləsinin etibarsız hesab edilməsi və Cavabdeh adına verilmiş 14 fevral 2018-ci il tarixli, RX seriyalı, ******* nömrəli çıxarışın ləğv edilməsi» tələbinə dair qarşılıqlı iddia ərizəsinin baxılmamış saxlanılması barədə Şəki Rayon Məhkəməsinin 11 avqust 2021-ci il tarixli, 2(075)-1201/2021 nömrəli qərardadı nəzərə alınması qət edilmişdir.

7. Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 16 sentyabr 2021-ci il tarixli, 2(107)-1866/2021 saylı qət naməsi ilə Cavabdeh tərəfindən verilmiş şikаyət təmin edilməmiş, iş üzrə Şəki Rayon Məhkəməsinin qarşılıqlı iddia ərizəsinin baxılmamış saxlanılması haqqında 11 avqust 2021-ci il tarixli 2(075)1201/2021 nömrəli qərardadı və onun əsasında qəbul edilmiş 25 avqust 2021-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılmışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat

8. İddiaçı Cavabdeh qarşı hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Şəki şəhəri, F.X.Xoyski küçəsində yerləşən, DƏDRX-nin 12 saylı Ərazi İdarəsi tərəfindən daşınmaz əmlakın dövlət reyestrində adına **********87 nömrə ilə qeydə alınmış torpaq sahəsinə və həmin torpaq sahəsi üzərində tikilmiş evinə gedən yola cavabdeh tərəfindən yaradılmış maneələrin qadağan edilməsi və cavabdehə məx sus evin həmin yola baxan hissəsində olan pəncərələrin bağlanması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

9. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, cavabdehin adına qeydə alınmış reyestrdən çıxarış onun iddia etdiyi kimi bütün evi və torpaq sahəsini əhatə etmir. İddia etdiyi yol onun adına verilmiş reyestrdən çıxarışda olan mülkiyyətinin yeganə yoludur. Cavabdeh ona həmin yoldan istifadəyə maneəçilik törədir. Hesab edir ki, həmin yoldan istifadə cavabdehə qadağan edilməlidir.

10. Cavabdeh qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, DƏDRX tərəfindən verilmiş 14 fevral 2018-ci il tarixli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən mülkiyyətində olan ünvan 2 ünvanında yerləşən 3 nömrəli fərdi yaşayış evinə aid olan to rpaq sahəsinin girişində quraşdırılmış qapının (dəmir darvaza) iddiaçının öz hesabına sökülərək götürülməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

11. Qarşılıqlı iddia tələbi onunla əsaslandırılmışdır ki, mübahisə predmeti olan fərdi yaşayış evinin ona məxsus olmasına dair hüquq müəyyənedici sənədlər mövcuddur. Qarşılıqlı iddia üzrə cavabdeh ona məxsus torpaq sahəsinə giriş üçün qapı qoymuşdur. Həmin qapının saxlanılması onun mülkiyyət hüquqlarını pozur.

12. Məhkəmə tərəfindən mübahisə predmeti olan evlərə və torpaq sahəsinə iddiaçının və cavabdehin iştirakı ilə yerli baxış keçirilmişdir. Baxış zamanı müəyyən edilmişdir ki, iddiaçı ilə cavabdehin küçədən onların öz evlərinə gedən yolları ayrıdır və hər iki evə girişdə darvaza-qapı mövcuddur və tərəflər arasında faktiki bölgü mövcuddu r. Cavabdehin həm evi həm də torpaq sahəsi onun mülkiyyəti kimi reyestrdə qeydə alınsa da, iddiaçının yalnız torpaq sahəsi onun adına dövlət qeydiyyatına alınmışdır. Lakin müəyyən olunmuşdur ki, iddiaçı cavabdehin mülkiyyətində olan 64 kv/m-lik hissəsində darvaza-qapı quraşdırmışdır. Həmçinin cavabdehin iddiaçının həyətinə baxan hissəsindən keçməklə mülkiyyətində ev və iddiaçının mülkiyyətində olan 11 kv/m-lik torpaq sahəsi üzərində istifadəsində olan tikili vardır. Məhz iddiaçının bağlanmasını xahiş etdiyi pəncərələr də onun özünün torpaq sahəsi üzərində inşa edilmiş tikilinin üzərindədir. Bu hal işə əlavə edilmiş ƏMDK Daşınmaz Əmlakın Kadastr və Ünvan Reyestr Xidmətinin xx.xx.2022- ci il tarixli mütəxəssiz rəyində də öz əksini tapmışdır.

13. Yerli baxış zamanı və məhkəmə iclasları zamanı mövcud vəziyyətin ən potensial həlli kimi tərəflər arasında barışığın əldə edilməsi onların diqqətinə çatdırılsa da, tərəflər barışıq üçün heç bir cəhd etməmişdir.

14. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 16 may 2022-ci il tarixli, 10/2781 nömrəli ekspert rəyində göstərilmişdir ki, Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən seriya RX ******* nömrəli çıxarış üzrə Cavabdeh mülkiyyətində olan Şəki şəhəri, X4 küçəsi, dalan 9, ev 3 ünvanında yerləşən daşınmaz əmlak olan ev Şəki şəhər torpaqların elektron uçot informasiya bazasına əsasən 78 kv.metr olub, bunun 11 kv.metri **********87 saylı reyestrdə göstərilən torpaq sahəsində, yerdə qalan 67 kv.metr hissəsi iddiaçı Cavabdeh mülkiyyəti ndə olan 0.0764 ha torpaq sahəsi üzərində tikilmişdir. Sənəd üzrə iddiaçı Cavabdeh mülkiyyətində olub cavabdeh tərəfindən istifadə edilən darvazanın yerləşdiyi 64 kv.metr torpaq sahəsinin döngə nöqtələri, koordinatları, sahəsi mütəxəssis rəyinə əlavə edilmiş yerquruluşu planında göstərilmişdir.

15. Azərbaycan Respublikası DƏDRX hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrində xx.xx.2019-cu il tarixdə **********87 saylı reyestrlə qeydə alınmış İddiaçı mülkiyyətində olan Şəki şəhəri, X4 küçəsində yerləşən 0.0635 torpaq sahəsinin 11 kv.metr hissəsi Cavabdeh tərəfindən istifadə edilir. Həmin (tikili altında) torpaq sahəsinin döngə nöqtələri, koordinatları, sahəsi mütəxəssis rəyinə əlavə edilmiş yerquruluşu planında göstərilmişdir.

16. Şəki Rayon Məhkəməsinin 19 iyul 2022-ci il tarixli, 2(075)-75/2022 saylı qətnaməsi ilə (hakim Cahid İmanov) ikin iddia tələbinin qismən təmin edilməsi, ƏMDK yanında DƏDRX-nin 12 saylı Şəki Ərazi İdarəsi tərəfindən verilmiş **********87 reyestr nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən Şəki şəhəri, X4 küçəsi ünvanında İddiaçı mülkiyyətində olan 0.0635 ha torpaq sahəsindən istifadə edilməsinə Cavabdeh tərəfindən törədilən maneələrin ona qadağan edilməsi və həmin 0,0635 ha torpaq sahəsinin 11 kv.m hissəsi üzərində Cavabdeh tərəfindən inşa edilmiş evin (tikilinin) pəncərələrinin bağlanması, ilkin iddia tələbinin qalan hissədə təmin edilməməsi, qarşılıqlı iddia tələbinin təmin edilməsi, ƏMDK yanında DƏDRX-nin 12 saylı Şəki Ərazi İdarəsi tərəfindən verilmiş 14 fevral 201 8-ci il tarixli RX seriyalı ******* nömrəli çıxarışa əsasən Cavabdeh mülkiyyətində olan Şəki şəhəri, X4 küçəsi, dalan 9, ev 3 ünvanında yerləşən fərdi yaşayış evinə aid olan torpaq sahəsinin girişində İddiaçı tərəfindən quraşdırılmış darvaza-qapının cavabdeh İddiaçı öz hesabına sökülərək götürülməsi qət edilmişdir.

17. Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, mübahisələndirilən ev və həmin evin yerləşdiyi həyətyanı torpaq sahəsi vaxtilə tərəflərin ataları Əhmədov Ramazan Veysəl oğlunun mülkiyyətində olmuşdur. Onlar özləri də daxil olmaqla bütün bacıqardaşları həmin evdə doğulmuş və həmin evdə böyüyüb boya-başa çatmışlar. Ataları hələ sağlığında mülkiyyətində olan torpaq sahəsinin 0.0635 ha hissəsini xx.xx.2018-ci il tarixli bağışlama müqaviləsinə əsasən iddiaçıya bağışlamış, o da həmin hədiyyəni qəbul etmiş və buna dair çıxarış almışdır. Həmçinin ataları 25 yanvar 2018-ci il tarixli bağışlama müqaviləsi ilə mülkiyyətində olan 77.6 kv.metrlik sahəsi olan evi və 0.1741 ha torpaq sahəsini cavabdehə bağışlamış, o da hədiyyəni qəbul edərək öz adına çıxarış almışdır. Müəyyən edilmişdir ki, iddiaçı ilə cavabdehin evlərinə gedən yol ayrıdır və hər iki evə girişdə darvaza-qapı mövcuddur və tərəflər arasında faktiki bölgü mövcuddur. Cavabdehin həm evi, həm də torpaq sahəsi onun mülkiyyəti kimi reyestrdə qeydə alınsa da, iddiaçının yalnız torpaq sahəsi onun adına dövlət qeydiyyatına alınmışdır. İddiaçı cavabdehin mülkiyyətində olan 64 kv.metrlik hissəsində darvaza-qapı quraşdırmışdır. Həmçinin cavabdehin iddiaçının həyətinə baxan hissəsindən keçməklə mülkiyyətində ev və id diaçının mülkiyyətində olan 11 kv.metrlik torpaq sahəsi üzərində istifadəsində olan tikili vardır. Məhz iddiaçının bağlanmasını xahiş etdiyi pəncərələr də onun özünün torpaq sahəsi üzərində inşa edilmiş tikilinin üzərindədir. Belə olan halda iddiaçı cavabdehdən mülkiyyətində olan torpaq sahəsi üzərində inşa edilmiş tikilinin pəncərəsinin bağlanmasını tələb edə bilər. Belə ki, cavabdeh tərəfindən inşa edilmiş yaşayış evinin qeyd edilən mübahisəli pəncərələri bir mülkiyyətçi kimi iddiaçının öz mülkiyyətində olan əmlakdan sərbəst istifadəsinə maneçilik yaradır. Bu isə qanunla yol verilməz hesab edilir.

18. Məhkəmə hesab etmişdir ki, ilk iddia qismən təmin edilərək ƏMDK yanında DƏDRX-nin 12 saylı Şəki Ərazi İdarəsi tərəfindən verilmiş **********87 reyestr nömrəli hüquqların dövlət qeydiyyatı h aqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən Şəki şəhəri, X4 küçəsi ünvanında İddiaçı mülkiyyətində olan 0.0635 ha torpaq sahəsindən istifadə edilməsinə Cavabdeh tərəfindən törədilən maneələr ona qadağan edilməli və həmin 0.0635 ha torpaq sahəsinin 11 kv/m hissəsi üzərində Cavabdeh tərəfindən inşa edilmiş evin (tikilinin) pəncərələri bağlanmalı, ilk iddia qalan hissədə təmin edilməməlidir. Həmçinin qarşılıqlı iddia təmin edilərək, ƏMDK yanında DƏDRX-nin 12 saylı Şəki Ərazi İdarəsi tərəfindən verilmiş 14 fevral 2018-ci il tarixli RX seriyalı ******* nömrəli çıxarışa əsasən Cavabdeh mülkiyyətində olan Şəki şəhəri, X4 küçəsi, dalan 9, ev 3 ünvanında yerləşən fərdi yaşayış evinə aid olan torpaq sahəsinin girişində İddiaçı tərəfindən quraşdırılmış darvaza-qapı cavabdeh İddiaçı ö z hesabına sökülərək götürülməlidir.

19. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Konstitusiyasının 29, 71.1-ci və Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.2, 180.1, 180.2, 180.3, 180.4-cü maddələrinə istinad etməklə əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki birinci icraat

20. İddiaçı (aqrşılıqlı iddia üzrə cavabdeh) İddiaçı apellyasiya şikayəti verərək həmin qətnamənin qismən - “həyətinə giriş hissəsində qoyulmuş qapının sökülərək götürülməsi“ hissəsində ləğv edilməsi və bu barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

21. İddiaçı apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, onun ailəsinin yeganə giriş-çıxış yolu var, ayrı yerdən giriş-çıxış yolu yoxdur. Bu faktı öz qətnaməsində göstərsə də, hakim obyektiv qərar qəbul etməmişdir. Bunlardan başqa, məhkəmə işə baxan zaman aydınlaşdırmamışdır ki, cavabdeh 2018-ci il tarixdə mülkiyyət hüququ əldə etmişdir. Nə üçün bu 4 ildə atası Əhmədov Ramazan Veysəl oğlunun sağlığında belə bir iddia ilə ona qarşı iddia qaldırmamışdır. Baxmayaraq ki, ekspertiza təyin edilmişdir, ekspertizanın rəyi də düzgün deyil. Ona görə ki, heç bir halda, heç bir vaxt atası Əhmədov Ramazan Veysəl oğlu onun evinə giriş-çıxış hissəsini əhatə edən yeganə giriş-çıxış torpaq sahəsini Cavabdeh mülkiyyətinə verə bilməzdi. Ona görə ki, bu halda onun evinə gediş-gəliş yolu tamam bağlanmış olardı. Bu, qardaşı Cavabdeh və Şəki şəhər Torpaq Şöbəsinin əməkdaşlarının saxtakarlığı ucbatından baş vermişdir.

22. Şəki Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(107)-1295/2022 nömrəli, 13 dekabr 2022-ci il tarixli qətnaməsi ilə ( hakimlər Günay Cavadova (sədrlik edən və məruzəçi), Elçin Hüseynov və Vəzirxan Məlikov) apellyasiya şikayəti təmin edilməmiş, Şəki Rayon Məhkəməsinin 19 iyul 2022-ci il tarixli qətnaməsi apelyasiya baxışının predmeti olan hissədə dəyişdirilmədən saxlanılmışdır.

23. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qətnaməsini yalnız qarşılıqlı iddia tələbinin təmin edilməsi hissəsində yoxlayaraq müəyyən etmişdir ki, tərəflərin mərhum ataları Əhmədov Ramazan Veysəl oğlu mülkiyyətində olan torpaq sahəsinin 0.0635 ha hissəsini xx.xx.2018-ci il tarixli bağışlama müqaviləsinə əsasən iddiaçıya, 0.1741 ha torpaq sahəsini və 77.6 kv.metrlik sahəsi olan evi 25 yanvar 2018-ci il tarixli bağışlama müqaviləsinə əsasən cavabdehə hədiyyə etmişdir. İddiaçı və cavabdeh onlara bağışlanmış həmin daşınmaz əmlaklara dair öz adlarına daşınmaz əmlakın dövlət reyestrindən müvafiq çıxarışlar almışlar. Həmin çıxarışlar bu gün də qüvvədədir. İddiaçı ilə cavabdehin ümumi küçədən onların öz evlərinə gedən yol ayrıdır, hər iki evə girişdə darvaza-qapı mövcuddur və tərəflər arasında faktiki bölgü mövcuddur. İddiaçı və cavabdehə məxsus torpaq sahəsinin 64 kv.metrlik hissəsində darvaza-qapı quraşdırmışdır. Qeyd olunan fakt iş üzrə alınmış Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 16 may 2022-ci il tarixli, 10/2781 nömrəli rəyində də öz təsdiqini tapmışdır.

24. Apellyasiya instansiya məhkəməsi hesab etmişdir ki, İddiaçı başqasının (qarşılqılı iddia üzrə iddiaçının) mülkiyyətində olan torpaq sahəsində darvaza-qapı quraşdırması mülkiyyətçi kimi iddiaçının hüquqlarını məhdudlaş dırır, oz mülkiyyətindən sərbəst və öz istədiyi kimi istifadə etməsini qeyi-mümkün edir. Bu isə hamılıqla tanınan və qorunmalı olan konstitusion hüquqlardan biri olan cavabdehin mülkiyyət hüququnu pozur.

25. İddiaçı apellyasiya şikayətində hazırki iş üzrə verilmiş ekspert rəyi ilə müəyyən edilmiş halları şübhə altına alsa da, bunun əksini təsdiq edən hər hansı sübutu məhkəmələrə təqdim etməmişdir.

26. Məhkəmə kollrgiyası hesab etmişdir ki, cavabdeh ona məxsus torpaq sahəsində iddiaçının quraşdırdığı darvaza-qapının sökülməli olduğunu iddia etməkdə, işə baxmış rayon məhkəməsi isə həmin iddianı təmin etməkdə haqlı olmuşlar.

27. Məhkəmə onu da qeyd etmişdir ki, İddiaçı Cavabdeh torpaq sahəsindən servitut hüququ əsasında özünə aid torpaq sahəsinə gediş-gəliş yolunun verilməsi ilə bağlı Cavabde h, bu barədə mübahisə yarandıqda isə müvafiq məhkəməyə müraciət edə bilər.

28. Məhkəmə kollegiyası öz mövqeyini Azərbaycan Respublikası Konstitusiyasının 13, 29,2, 29.4-cü, Mülki Məcəllənin 139.1, 140, 157.2, 157.4-cü, Torpaq Məcəlləsinin 111ci, MPM-in 88-ci maddələrinə istinad etməklə əsaslandırmışdır. c) Kassasiya instansiyası məhkəməsində birinci icraat

29. İddiaçı (qarşılıqlı iddia üzrə cavabdeh) (vəkil Nümayəndə1) kassasiya şikayəti verərək apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi və işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə qaytarılması barədə qərar çıxarılmasını xahiş etmişdir.

30. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, işə baxmış məhkəmələr müəyyən etmişdir ki, tərəflərin ümumi küçədən onların öz evlərinə gedən yol ayırır v ə hər iki evə girişdə darvaza-qapı mövcuddur və tərəflər arasında faktiki bölgü mövcuddur. İddiaçı və cavabdehə məxsus torpaq sahəsinin 64 kv.metrlik hissəsində darvaza-qapı quraşdırmışdır. Qeyd olunan fakt iş üzrə alınmış Məhkəmə Ekspertiza Mərkəzinin 16 may 2022-ci il tarixli, 10/2781 nömrəli rəyində də öz təsdiqini tapmışdır. Məhkəmələr özləri hər iki evə giriş-çıxış üçün darvaza olduğunu müəyyən etsələr də, iddiaçının cavabdehin mülkiyyətində sonradan necə darvaza qoymasını araşdırmamışdır. İşə baxan hər iki məhkəmə nəzərə almalı idi ki, torpaq sahəsi mülkiyyətçinin sahibliyində olan sahəsində zəruri yol və keçid, ictimai yola zəruri keçidin verilməsi yol veriləndir. Bir haldakı, yaşayış sahəsindən ümumi işlənən yola başqa sahədən zəruri keçid yoxdursa, haradan gedişgəliş yolu olmalıdı r? İndiyə qədər haradan gediş-gəliş yolundan istifadə olunub? Belə ki, Mülki Məcəllənin 175.1-ci maddəsinə görə özgənin sahibliyində olan sahədən zəruri yol və keçid, əgər torpaq sahəsi mülkiyyətçisinin öz sahəsindən ictimai yola elektrik, neft, qaz və su təchizatı xətlərinə keçid yoxdursa, o tələb edə bilər ki, qonşular ona tam əvəzi ödənilməklə zəruri keçid ayırsınlar. Tələb ilk növbədə o qonşuya qarşı yönəldilir ki, mülkiyyət və keçid münasibətləri ilə əlaqədar keçid verilməsinin ondan tələb edilməsi daha yolveriləndir. Daha sonra tələb keçidin daha az zərər vurduğu qonşulara yönəldilir. Zəruri keçid müəyyənləşdirilərkən qarşılıqlı mənafelər nəzərə alınmalıdır. Apellyasiya şikayətində göstərilməsinə baxmayaraq birinci instansiya məhkəməsinin qətnamə qəbul edərkən nəzərə almadığı halları, yol verdiyi nöqsanları, işə apellyasiya qaydasında baxan məhkəmə kollegiyası da nəzərə almamış, anoloji nöqsanları təkrarlamışdır.

31. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının (bundan sonra – kassasiya instansiya məhkəməsi) 2(102)-1729/2023 nömrəli, 17 may 2023-cü il tarixli qərarı ilə (hakimlər E.R.Vəliyeva (sədrlik edən və məruzəçi), E.Y.Şamayev və Ə.M.Xıdırov) kassasiya şikayəti təmin edilmiş, apellyasiya instansiya məhkəməsinin qətnaməsi qismən - ilkin iddianın rədd edilməsi hissəsində ləğv edilərək həmin hissədə işin yeni apellyasiya baxışına qaytarılması qərara alınmışdır.

32. Məhkəmə kollegiyası mövqeyini belə əsaslandırmışdır ki, apellyasiya məhkəməsi müəyyən etdiyi işin faktiki hallarına əsasən iddiaçının istifadəsində olan darvazanın cavabdehin mülkiyyətində o lan 64 kv.m torpaq sahəsində quraşdırılmasını müəyyən edərək həmin darvazanın sökülməsini qət etmişdir. Lakin bu zaman həmin 64 kv.m torpaq sahəsindən iddiaçının mülkiyyətində olan torpaq sahəsi və onun üzərində yerləşən evinə gediş-gəliş yolu kimi istifadə olunduğunu nəzərə almamış, cavabdeh həmin torpaq sahəsindən istifadəni qadağan etdiyi halda, iddiaçıya həmin torpaq sahəsindən keçid verilməsinin zəruriliyini müzakirə etməmişdir.

33. Apellyasiya məhkəməsi qətnaməsində yalnız iddiaçıya Cavabdeh torpaq sahəsindən servitut hüququ əsasında özünə aid torpaq sahəsinə gediş-gəliş yolunun verilməsi ilə bağlı sonuncuya müraciət etmək, bu barədə mübahisə yarandıqda isə müvafiq məhkəməyə müraciət etmək hüququnun olmasını izah etməklə kifayətlənmişdir.

34. Halbuki apellyasiya məhkəməsi tərəflər ar asında artıq yoldan istifadə ilə bağlı mübahisənin olmasına və iddiaçının yoldan istifadəyə maneələrin aradan qaldırılması barədə iddia tələbinin mövcudluğuna, birinci instansiya məhkəməsinin həmin tələbi rədd edərkən hər hansı əsaslandırma aparmamasına diqqət yetirməmiş, iddiaçının başqa yolu olmadığına görə servitut müəyyən edilənə qədər onun Mülki Məcəllənin 175.1-ci maddəsində nəzərdə tutulan qaydada zəruri keçidlə təmin edilməsi məsələsini müzakirə etməmişdir.

35. Belə ki, sözügedən normaya əsasən əgər torpaq sahəsi mülkiyyətçinin öz sahəsindən ictimai yola keçidi yoxdursa, o tələb edə bilər ki, qonşular ona tam əvəzi ödənilməklə zəruri keçid ayırsınlar. Tələb ilk növbədə o qonşuya qarşı yönəldilir ki, mülkiyyət və keçid münasibətləri ilə əlaqədar keçid verilməsinin ondan tələb edil məsi daha yolveriləndir; daha sonra tələb keçidin daha az zərər vurduğu qonşulara yönəldilir. Zəruri keçid müəyyənləşdirilərkən qarşılıqlı mənafelər nəzərə alınmalıdır. İşdə olan sənədlərdən aydın görünür ki, ilk iddia üzrə iddiaçının ictimai yola birbaşa və rahat keçid imkanı yoxdur.

36. Məhkəmə kollegiyası hesab etmişdir ki, həmin darvazanın sökülməsi tələbinin təmin edilməsi ilə yanaşı iddiaçının ictimai yola keçidi yalnız cavabdehin mülkiyyətində olan 64 kv.m torpaq sahəsindən olduğu halda, iddiaçıya həmin sahədən zəruri keçid verilməsi məsələsinə ilkin iddianın yoldan istifadəyə maneələrin aradan qaldırılması tələbi çərçivəsində baxılmalı, zəruri keçid verildikdən sonra isə iddiaçıya həmin hüququ servitut kimi tələb etmək, əks tərəfə isə zəruri keçidə görə əvəz və ya muzd ödənilməsini tələb etmək hüququ izah edilməlidir. d) Apellyasiya instansiyası məhkəməsində ikinci icraat

37. Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(107)-924/2023 nömrəli,05 sentyabr 2023-cü il tarixli qətnaməsi ilə (hakimlər E.Mehdiyev (sədrlik edən və məruzəçi), Ə.Məcidov və X.Səmədov) apellyasiya şikayəti qismən təmin edilmiş, birinci instaniya məhkəməsinin qətnaməsi iddianın rədd edilmiş iddiaçının adına qeydə alınmış torpaq sahəsinə və həmin torpaq sahəsi üzərində tikilmiş evinə gedən yola cavabdeh tərəfindən yaradılmış maneələrin qadağan edilməsi hissəsində ləğv edilmiş, həmin hissədə yeni qətnamə qəbul edilərək, İddiaçı Cavabdeh qarşı adına qeydə alınmış torpaq sahəsinə və həmin torpaq sahəsi üzərində tikilmiş evinə gedən yola cavabdeh tərəfindən yaradılmış maneələrin qadağan edilməsi nə dair iddiası Cavabdeh mülkiyyətində olan 64 kv/m topraq sahəsindən zəruri keçid verilməklə təmin edilməsi, Şəki şəhəri F.X.Xoyski küçəsində İddiaçı adına **********87 saylı reyestrlə DƏDRX-nin 12 saylı ərazi İdarəsi tərəfindən qeydə alınmış torpaq sahəsinə və həmin torpaq sahəsi üzərində tikilmiş evinə gedən yolun qarşısında Cavabdeh mülkiyyətində olan 64 kv/m torpaq sahəsindən zəruri keçidin verilməsi və zəruri keçid şəklində verilmiş yola Cavabdeh tərəfindən yaradılmış maneələrin qadağan edilməsi, İddiaçı zəruri keçid verilmiş yolla bağlı hüququ servitut kimi tələb etmək, Cavabdeh isə zəruri keçidə görə əvəz və ya muzd ödənilməsini tələb etmək hüququ izah edilməsi qərara alınmışdır.

38. Məhkəmə kollegiyası hesab etmişdir ki, birinci instansiya məhkəməsi iddia tələbinin iddiaçının adın a qeydə alınmış torpaq sahəsinə və həmin torpaq sahəsi üzərində tikilmiş evinə gedən yola Cavabdeh tərəfindən yaradılmış maneələrin qadağan edilməsi hissəsinə münasibətdə qəbul etdiyi qətnaməni maddi hüquq normalarının tələbləri baxımından düzgün əsaslandırmamış, mübahisədə iştirak edən tərəflərə münasibətdə ədalətli məhkəmə araşdırmasını təmin etməmiş, iş materiallarında olan sübutları və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin tələblərini nəzərə almamış, iddianı düzgün olmayaraq həmin hissədə rədd etmişdir.

39. Apellyasiya instansiyası məhkəməsi kassasiya instansiyasının göstərişlərinə əsasən qeyd etmişdir ki, birinci instansiya məhkəməsinin qətnaməsinin iddia tələbinin təmin olunmayan və mübahisələndirilən yəni, İddiaçı adına qeydə alınmış torpaq sahəsinə və həmin torpaq sah əsi üzərində tikilmiş evinə gedən yola Cavabdeh tərəfindən yaradılmış maneələrin qadağan edilməsinə dair hissəsinə qiymət verilməsi zəruridir.

40. Apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli əraziyə yerində baxış keçirilərkən müəyyən etmişdir ki, küçədən iddiaçının həyətyanı torpaq sahəsinə və onun üzərində yerləşən fərdi yaşayış evinə gedən yol sahəsinin üzərində darvaza-qapı mövcuddur. Hansı ki, həmin darvaza Cavabdeh mülkiyyətində olan 64 kv/m torpaq sahəsində yerləşir. Mübahisəli əraziyə yerində baxış keçirilərkən, həmin 64 kv/m torpaq sahəsindən keçməklə iddiaçıya məxsus həyətə daxil olduqda sağ tərəfin dağlıq ərazi, sol tərəfdə cavabdehin evi və həyətyanı sahələri ayıran daş hasarı, iddiaçının evinin arxa hissəsində isə digər qonşularla həyətləri ayıran daş hasarın olmas ı, beləliklə iddiaçıya məxsus həyətyanı torpaq sahəsinə və həmin torpaq sahəsi üzərində inşa edilmiş evinə hazırda iddiaçının yol kimi istifadə etdiyi cavabdehin mülkiyyətində olan 64 kv.m torpaq sahəsindən zəruri keçidin verilməsinin mümkün olması müəyyən edilmişdir. Məhkəmə kollegiyasının zəruri keçidin hansı ərazidən verilməsinin mümkünlüyünü dəqiqləşdirmək məqsədi ilə dəvət etdiyi mütəxəssis - Daşınmaz Əmlakın Dövlət Reyestri və X2 şəxsi 12 saylı Şəki Ərazi İdarəsinin nümayəndəsi X1 da iddiaçıya məxsus həyətyanı torpaq sahəsinə və həmin torpaq sahəsi üzərində inşa edilmiş evinə zəruri keçidin yalnız hazırda iddiaçının yol kimi istifadə etdiyi cavabdehin mülkiyyətində olan 64 kv/m torpaq sahəsindən verilməsinin mümkün olduğunu göstərmişdir.

41. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, birinci instansiya məhkəməsi iddiaçının istifadəsində olan darvazanın cavabdehin mülkiyyətində olan 64 kv.m torpaq sahəsində quraşdırılmasını müəyyən edərək həmin darvazanın sökülməsini qət etsə də, darvazanın yerləşdiyi 64 kv.m torpaq sahəsindən iddiaçının mülkiyyətində olan torpaq sahəsi və onun üzərində yerləşən evinə gediş-gəliş yolu kimi istifadə olunduğunu, iddiaçının mülkiyyətində olan torpaq sahəsi və onun üzərində yerləşən evinə gediş-gəliş üçün digər yolunun olmadığını nəzərə almamış, iddiaçıya həmin torpaq sahəsindən keçid verilməsinin zəruriliyini müzakirə etməmişdir.

42. Kollegiya həmçinin qeyd etmişdir ki, iddiaçı iddia tələbində yoldan istifadəyə maneələrin aradan qaldırılmasını xahiş etsə də, işə baxan birinci instansiya məhkəməsi bu istiqamətdə heç bir əsaslan dırma aparmamış, eyni zamanda iddiaçının başqa yolu olmadığına görə servitut müəyyən edilənə qədər onun Mülki Məcəllənin 175.1-ci maddəsində nəzərdə tutulan qaydada zəruri keçidlə təmin edilməsi məsələsini müzakirə etməmişdir. Mübahisəli əraziyə yerində baxış keçirilərkən və bu məqsədlə dəvət edilmiş mütəxəssisin fikirlərindən zəruri keçidin məhz Cavabdeh mülkiyyətində olan 64 kv.m torpaq sahəsindən verilməsinin daha yolverilən olması müəyyən edilmişdir.

43. Həmçinin kollegiya hesab etmişdir ki, İddiaçı zəruri keçid verilmiş yolla bağlı hüququ servitut kimi tələb etmək, Cavabdeh isə zəruri keçidə görə əvəz və ya muzd ödənilməsini tələb etmək hüququ izah edilməlidir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri

44. Cavabdeh (vəkil Nümayəndə2) kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi ləğv edilərək, işin yenidən baxılması üçün apellyasiya instansiyasına göndərilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir.

45. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, hazırda onların hər ikisinin küçədən evlərinə gedən ayrıca giriş qapısı var. Lakin iddiaçı onun mülkiyyətində olan torpaq sahəsinin 64 kv.m-lik hissəsində özünə darvaza-qapı qoymuşdur. Halbuki, onun Elmanın evinə gedən yol hissəsində 1 otaq və dəhlizdən ibarət evi vardır və evinin həmin hissəsinə yalnız Elmanın quraşdırdığı darvaza-qapıdan keçməklə gedə bilər. Əvvəllər həmin evin içdən onun evinin daxilinə açılan qapısı olmuşdur. Lakin sonradan həmin qapı bağlanmış və ev hazırkı vəziyyətə gətirilmişdir. Həmin evdən hazırda istifadə edə bilmir. Elman tərəfindən onun evinə gedən yolda quraşdırılmış darvaza-qapı sökülməli və həmin yol iki hissəyə ayrılmalı və o, Elmana məxsus torpaq sahəsinə baxan evinə sərbəst gedib gəlməlidir. Cavabdeh izahatından da göründüyü kimi, o, iddiaçıya öz mülkiyyətində olan 64 kv.metr torpaq sahəsindən keçməklə yaşayış evinə gedib gəlməsinə heç bir maneə törətmir. Apellyasiya instansiyası məhkəməsi işin faktiki hallarını görməzdən gəlmiş, İddiaçı Cavabdeh məxsus 64 kv.metr torpaq sahəsindən öz evinə gediş-gəliş yolu kimi istifadə hüququnu Cavabdeh 64 kv.metr torpaq sahəsinə olan mülkiyyət hüququndan üstün tutmaqla Konstitusiyanın 29, 71-ci maddələrinin, Mülki Məcələnin 157.2-ci maddəsinin tələblərini pozmuşdur. İş üzrə tərəflərin təqdim etdiyi sübutlar ümumiyyətlə qanunvericiliyin tələb etdiyi formada araşdı rılmamış və düzgün hüquqi qiymət verilməmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

46. İddiaçı kassasiya şikayətinə qarşı etiraz təqdim edərək onun rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Konstitusiyası

47. Maddə 13, hissə İ. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur.

48. Maddə 29, hissə İİ. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur.

49. Maddə 29, hissə İV. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikasının Mülki Məcəlləsi

50. Maddə 5.3. Mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar.

51. Maddə 157.2. Mülkiyyətçi özgəsinin qanunsuz sahibl iyindən öz əmlakını geri tələb edə bilər.

52. Maddə 157.4. Əgər mülkiyyətə maneələr mülkiyyətdən məhrum etmədən törədilərsə, mülkiyyətçi bu hərəkətlərə son qoymağı tələb edə bilər və bu cür hərəkətlər davam edərsə, həmin hərəkətlərə son qoyulması məhkəmə vasitəsilə tələb oluna bilər.

53. Maddə 169.1. Bu Məcəllədə müəyyənləşdirilmiş hallarda mülkiyyət hüququ məhdudlaşdırıla bilər.

54. Maddə 175.1. Əgər torpaq sahəsi mülkiyyətçisinin öz sahəsindən ictimai yola, elektrik, neft, qaz və su təchizatı xətlərinə keçidi yoxdursa, o tələb edə bilər ki, qonşular ona tam əvəzi ödənilməklə zəruri keçid ayırsınlar. Tələb ilk növbədə o qonşuya qarşı yönəldilir ki, mülkiyyət və keçid münasibətləri ilə əlaqədar keçid verilməsinin ondan tələb edilməsi daha yolveriləndir; daha sonra tələb keçidin daha az zər ər vurduğu qonşulara yönəldilir. Zəruri keçid müəyyənləşdirilərkən qarşılıqlı mənafelər nəzərə alınmalıdır.

55. Maddə 175.2. Sahələrindən zəruri yol və ya birləşdirici xətt keçəcək qonşulara müvafiq kompensasiya ödənilməlidir. Tərəflər arasında razılaşmaya əsasən kompensasiya birdəfəlik ödəniş şəklində verilə bilər.

56. Maddə 560.1. Mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir.

57. Maddə 560.2. Hüquqdan sui-istifadəyə yol verilmir, bu əsas üzərində həyata keçirilən razılaşmalar və hərəkətlər isə etibarsızdır.

58. Maddə 560.3. Hüquqdan sui-istifadə xüsusən aşağıdakılardır:... 560.3.4. digər tərəfin güvəndiyi və güvənmiş olduğu əvvəlki rəftara zidd hüququn həyata keçirilməsi;... Azərbaycan Respublik asının Mülki Prosessual Məcəlləsi

59. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

60. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

61. Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

62. Maddə 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

63. Maddə 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

64. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.

65. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

66. Maddə 416.2. Apellyasiya i nstansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. Kassasiya baxışının hədlər

67. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

68. Hazırkı kassasi ya şikayətində qətnamə cavabdeh tərəfindən tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

69. Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

70. Belə ki, qətnamənin mübahisələndirilən hissəsində tərəflər arasında yaranmış mübahisə, özgənin sahibliyində olan sahədən zəruri yol və keçid verilməsi əsası ilə mülkiyyət hü ququnun məhdudlaşdırıla bilən olması ilə bağlı yaranmış mübahisədir.

71. Bu iddia tələbinin maddi hüquqi əsası kimi Mülki Məcəllənin 169 və 175-ci maddələri çıxış edir. Həmin normalara görə, əgər torpaq sahəsi mülkiyyətçisinin öz sahəsindən ictimai yola, elektrik, neft, qaz və su təchizatı xətlərinə keçidi yoxdursa, onun qonşulardan zəruri keçid ayrılmasını tələb etmək hüququ tanınır. Bu cür tələb ilk növbədə o qonşuya qarşı yönəldilir ki, mülkiyyət və keçid münasibətləri ilə əlaqədar keçid verilməsinin ondan tələb edilməsi daha yolveriləndir. Zəruri keçid müəyyənləşdirilərkən qarşılıqlı mənafelər nəzərə alınmalıdır.

72. Göründüyü kimi torpaq sahəsi mülkiyyətçisinin öz sahəsindən ictimai yola, elektrik, neft, qaz və su təchizatı xətlərinə keçidi yoxdursa, bu cür yol verilməsi üçün qonşu to rpaq sahəsinin mülkiyyətçisinin mülkiyyət hüququnun məhdudlaşdırılması yolveriləndir.

73. İşə baxmış apelyasiya instansiyası məhkəməsi də məhz bu maddi hühquq normaları əsasında işin hallarını araşdırmış və yuxarıda qeyd olunan nəticəyə gəlmişdir.

74. Kassatorun irəli sürdüyü dəlillər qətnamənin ləğv olunmasına əsas vermir. Belə ki, həmin dəlillər məzmunu etibarilə işin hallarının araşdırılması ilə bağlıdır. Bu məzmunda dəlillər isə kassasiya qaydasında araşdırmanın predmetini təşkil etmir. Kassasiya icraatı yalnız məsələnin hüquqi tərəfi ilə, yəni şikayət edilən qətnamədə qanun pozuntularının mövcudluğu və ya onun olmamasına dair şikayətdə qoyulmuş məsələlərə cavab verilməsi ilə məhdudlaşır.

75. Kollegiya bildirir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apelly asiya məhkəməsi tərəfindən işdəki sübutlar araşdırılmış, onlara mülki prosessual normalara əsasən hüquqi qiymət verilməklə yuxarıdakı qənaətə gəlinmiş və məhkəmənin gəldiyi nəticə əsaslandırılmışdır.

76. Məhkəmə kollegiyası yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Şəki Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(107)-924/2023 nömrəli, 05 sentyabr 2023-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar