Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-4795/2020 22.09.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Əhmədova Mehparə Tofiq qızı (sədrlik edən və məruzəçi - hakim), Əliyev Ələsgər Əliabbas oğlu, Xələfov İlqar Rəhim oğlundan ibarət tərkibdə, Allahverdiyev Səlim Məhərrəm oğlunun katibliyi, İddiaçı1 vəkili Vəkil1 və Cavabdeh1 vəkili Vəkil2 iştirakları ilə, Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2020-ci il tarixli, 2(107)-*****/2020 nömrəli qətnaməsindən İddiaçı1 tərəfindən verilmiş kasasiya şikayəti üzrə mülki işə baxaraq, MÜƏYYƏN ETDİ: Yevlax rayon Məhkəməsinin (hakim T.Əliyev) xx.xx.2018-ci il tarixli, 2(039)-***** /2018 nömrəli qətnaməsi ilə İddiaçı1 Cavabdeh1 qarşı “vurulmuş maddi ziyanın ödənilməsi” tələbinə dair iddiası qismən təmin edilərək, Cavabdeh1 vurulmuş maddi ziyanın əvəzi olaraq 65,000 manat, ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 30.40 manat olmaqla, cəmi 65030,40 manatın İddiaçı1 xeyrinə tutulması, ekspertiza xərci – Cavabdeh1 120 manatın tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməsi qət edilmişdir. Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının (hakimlər Ə.Məcidov, M.Əsədli, İ.Quliyev) xx.xx.2019-cu il tarixli, 2(107)-*****/2019 nömrəli qətnaməsi ilə Cavabdeh1 tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməyərək, Yevlax rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2(039)*****/2018 saylı qətnaməsinin dəyişdirilmədən saxlanması qət edilmişdir. Azərbaycan Respubli kası Ali Məhkəməsinin Mülki Kollegiyasının (hakimlər Q.Əsgərov, E.Vəliyeva, S.Hacıyev) xx.xx.2019-cu il tarixli, 2(102)-*****/19 saylı qərarı ilə Cavabdeh1 tərəfindən verilmiş kasasiya şikayəti qismən təmin edilərək, iş üzrə Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2019-cu il tarixli qətnaməsinin ləğv edilməsi və işin yenidən baxılması üçün həmin məhkəməyə göndərilməsi qərara alınmışdır. Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının (hakimlər R.Əliyev, A.Eyvazov, İ.Şükürov) xx.xx.2020-ci il tarixli, 2(107)-*****/2020 nömrəli qətnaməsi ilə Cavabdeh1 tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilərək, Yevlax rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2(039)*****/2018 saylı qətnaməsinin ləğv edilməsi, iş üzrə yeni qətnamə qəbul edilərək iddia tələbinin təmin edilməməsi, e kspertiza tədqiqatının dəyəri olan 120 manatın iddiaçıdan alınıb Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməsi qət edilmişdir. İddiaçı1 iş üzrə Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2020-ci il tarixli qətnaməsindən kasasiya şikayəti vermişdir. İşin halları: İddiaçı1 Cavabdeh1 qarşı “vurulmuş maddi ziyanın ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh1 tərəfindən ona məxsus “********” markalı, **-****-*** dövlət nömrə nişanlı yük avtomaşınına qoşqusu ilə birlikdə dəymiş 70000 ABŞ dolları ziyanın alınaraq ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktları qəbul edilmişdir. Kassasiya şikayətinin dəlilləri və tərəflərin izahatları: İddiaçı1 və vəkili Vəkil1 kasasiya şikayətini onun la əsaslandırmışlar ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının xx xxxxxxx 2019-cu il tarixli Qərarında açıq şəkildə bildirilir ki, “..apelyasiya instansiyası məhkəməsində müəyyən edilmiş hallar və sübutlar kifayət qədər olmadığı üçün və iş üzrə apelyasiya qaydasında müəyyən araşdırmalar aparılması zərurəti olduğundan hazırki iş üzrə yeni qərar qəbul edilməsi mümkün deyildir”(səh,7 altdan 2-ci abzas) və kollegiya bir sıra iradları əsas gətirərək, işi ləğv edib yenidən baxılması üçün Şəki Apellyasiya Məhkəməsinə qaytarmışdır. Ali Məhkəmənin həmin Qərarında bəhs olunan göstərilən iradların heç birisi öz həllini tapmamışdır, heç bir araşdırma və əlavə sübutlar olmamışdır. Ali Məhkəmənin xx xxxxxxx 2019-cu il tarixli Qərarında aşağıdakı tutduğu iradları Şəki Apellyasiya M əhkəməsi xx xxxxxx 2020-ci il tarixli qətnaməsində həll etməmiş, ədalətsiz Qərar çıxarmışdır. Ali Məhkəmənin Qərarında 1-ci iradı-- furqon hissənin İddiaçı1 qardaşı X2 olmasına irad tutulmuşdur. Bununla əlaqədar bildirirlər ki, X2 qardaşı İddiaçı1 verdiyi baş etibarnamə məhkəmənin Qətnaməsi elan edilən gün məhkəməyə təqdim edilmişdir. xx xxx 2020-ci il tarixdə Şəkidə Apellyasiya Məhkəməsində işlə tanış olan zaman işin içərisində həmin etibarnamənin olmadığı müəyyən edilmişdir. Həmin etibarnamə notariusdan yenidən alınaraq şikayətə əlavə olunur. Ali Məhkəmənin Qərarında 2-ci irad- Cavabdeh1 şikayətində bildirir ki, icarə müqaviləsi və Mülki məsuliyyət haqqında müqavilə olmayıb, bu məsələdə, “bu müqavilədəki imzaların Cavabdeh1ə məxsusluğu” hissəsində də araşdırılma aparılmamışdır. Məhkəmə b u məsələdən də yan keçmişdir. Ali Məhkəmənin Qərarında 3-cü irad- apelyasiya instansiyası məhkəməsi, işdə olan Cavabdeh1 barəsində Rusiya Federasiyası İnzibati Xətalar Məcəlləsinin 12.24-cü maddəsinin 2-ci hissəsi ilə inzibati iş açılmasına dair İnzibati xəta haqqında xx xxx 2018-ci il tarixli qərardadın surətinə istinad etsə də, Cavabdeh1 tərəfindən bununla bağlı inzibati istintaq müddətinin uzadılması haqqında xx.xx.2018-ci il tarixli qərardadın, inzibati hüquq pozuntusu haqqında iş üzrə icraatın dayandırılması haqqında xx.xx.2018-ci il tarixli qərarın məzmununda göstərilənlərə, həmçinin sözügedən qəzanın Cavabdeh1in təqsiri ucbatından baş verdiyi halda, X3 Məcəlləsinin tələblərinə uyğun qəbul edilmiş inzibati qərarın iş materiallarında olmamasına hüquqi qiymət verməmişdir. Məhkəmə bu mə sələdən də yan keçmişdir. Ali Məhkəmənin Qərarında 4-cü iradında yazır ki, apelyasiya instansiyası məhkəməsi, tərəflər arasında müqavilə münasibətlərinin olmasını müəyyən edərkən hazırki işə deliktlə bağlı maddi hüquq normalarının tətbiqini əsaslandırmamışdır. Məhkəmə bu məsələdən də yan keçmiş, hətta Cavabdeh1 təqsirli olmaması qənaətinə gəlmişdir. Hazırda İddiaçı1 dəymiş ziyan onu, yeganə qazanc mənbəyindən məhrum etmişdir və hal-hazırda çox ağır bir maddi duruma düşməsinə səbəb olmuşdur. Cavabdeh1 izahatı “nağıla” oxşayır, məhkəmə də buna inanmışdır. O, deməyəcək ki, sürət həddini aşmışdım, maşını idarə edə bilmədim, yoldan çıxıb aşırdım, yaxud da, deyən deyil ki, yatmışdım. Uydurur ki, qarşıdan maşın gəldi mənim yoluma çıxdı mən də idarəetməni itirdim. Onun izahatına görə inzibati iş a çılır və Cavabdeh1in dediyi qarşıdan gələn maşın müəyyən edilmir, belə bir halda hansı Yaşıl kartdan, sığortadan danışmaq olar. Deməli Cavabdeh1 günahı ucbatından bu yol nəqliyyat hadisəsi baş vermişdir. Şəki Apellyasiya Məhkəməsində hakim Ələddin Məcidovun sədrliyi ilə keçirilən xx xxx 2018-ci il tarixli iclasda Cavabdeh1 izahat verərkən bildirdi ki, (olduğu kimi yazıram) Bizi bir yoldaş tanış elədi, bu mənə zəng etdi ki, bura Xaçmaza gəl. Dedi bir sürücümüzün deportu var, maşını götür get Rostova. Mən pomidor yükləyib Rostovda boşaltdım, maşına steklovat vurduq. Sverloqrad Blaqadarnı yolunda yağış yağırdı, qarşıdan bir maşın çıxdı mənim yoluma, tormoz vurdum, təkərlər köhnə və nasaz idi, gördüm ki, maşın sürüşdü, sağa-sola oynadı və yoldan çıxdı. Suallara cavab verərkən isə bildirdi -Mən ə bu reysə görə 550-600 manat verməli idi. -Rostova yola düşəndə mənə 25 000 rubl verdi. -Maşını saatda 65 km sürətlə sürürdüm. -Mən **** firmasında 2012-2015-ci illərdə MAN sürmüşəm. -Mənim bütün sürücülük kateqoriyalarım var. -MAN arxası qoşqusuz idi. Bəli, birinci dəfə idi ki, arxasında qoşqu (priçep) olan nəqliyyat vasitəsini idarə edirdim. -Qarşıma çıxan maşının markasını xatırlamıram. Apellyasiya şikayətində isə Cavabdeh1 yazıb ki, guya İddiaçı1 ona, sadəcə, yolda qalmış maşınını Svetloqrad-Blaqodarnıy-Budonevsk yoluna aparmağı xahiş edibdir. (Ali Məhkəmənin Qərarı 3 vərəq altdan 2-ci abzas). Ali Məhkəmənin Qərarının 5-ci vərəq altdan 2-ci abzasında Qüsur Aktının olmamasından bəhs edilir. Şəkillərdən də göründüyü kimi, avtomaşın tam yararsız hala düşmüşdür, heç nəyə yaramır, qüsur ak tı maşının bir hissəsi yararsız hala düşəndə tərtib edilir, tam yararsız hala düşəndə yox. Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(107)*****/2020 saylı xx xxxxxx 2020-ci il tarixli qətnaməsinin əsaslandırıcı hissəsi sanki yoxa çıxıb, yəni nə səbəbdən Cavabdeh1in apelyasiya şikayətinin təmin olunması həmin Qətnamənin 6-cı vərəqəsinin sonuncu abzasında Cavabdeh1 vəkilinin çıxışı təşkil edir və sonra deliktdən bəhs olunur, Rusiya Federasiyasının İnzibati Qərar və Qərardadlarındın bəhs edilir, səh 7-də sonuncu abzasın üstündəki sətirdə -yaxır ki, həmin Qərardadda “ hüquq pozuntusu üzrə inzibati xəta tərkibi olmadığı üçün iş üzrə icraata xitam verilmişdir. Həmin vərəqin sonuncu abzası- “Cavabdeh1 mülki hüquq pozuntusu (delikt) törətməsi ilə əlaqədar mülki məsuliyyətin yaranmaması ilə bərabər, onun iddiaçı ilə imzaladığı mülki məsuliyyət barədə müqaviləyə əsasən də məsuliyyət yaranmır. Belə çıxır ki, kim istəsə aparıb nasaz, yararsız maşınını vuracaq ağaca, daşa-divara qoy Yaşıl sığorta ziyanını ödəsin? Bundan sonra, Qətnamənin 8-ci vərəqəsində 3-cü abzasında Cavabdeh1i vəkilinin İcbari Sığorta Bürosundan aldığı sorğudan bəhs edir və yazır ki, iddiaçı getsin “Yaşıl Kart” sistemi çərçivəsində sığorta haqqı almamışdırsa avtonəqliyyat vasitəsinin sığortalandığı sığorta şirkətindən alsın. Bəs onda sığorta ödədiyi pulu kimdən alsın, Cavabdeh1 “yoluna çıxan heç rəngini markasını bilmədiyi” naməlum sürücüdənmi? Qətnamənin 8-ci vərəqəsində son abzasında məhkəmə yazır ki, “İddiaçı1 ona dəyən maddi ziyanın məhz Cavabdeh1in təqsirli hərəkəti və ya günahı üzündən baş verməsini təsdiq edən sübutları məhkəməyə təqdim etməlidir. Lakin iş materiallarından belə bir sübutun təqdim olunması müəyyən edilmir.” Belə aydın olur ki, İddiaçı1 maşınını o, günə salanın, yəni təqsirli şəxsin, Rusiya Federasiyası Yol Polislərinin tapa bilmədiyi Cavabdeh1 “yoluna çıxan heç rəngini markasını, sərnişin ya yük maşını olduğunu belə bilmədiyi” naməlum sürücünü iddiaçı tapıb sübut kimi təqdim etməlidir. Göstərilənlərə əsasən onlar Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2020-ci il tarixli, 2(107)-*****/2020 nömrəli qətnaməsinin ləğv edilməsi və işin yeni apelyasiya baxıışına qaytarılıması barədə qərar qəbul edlməsini xahiş etmişlər. İşdə iştirak edən şəxslər işə baxılmasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmişlər. Lakin İddiaçı1 və Cavabdeh1 məhkəmə icla sına gəlməmiş və gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 415.3-cü maddəsinə əsasən məhkəmə iclasına gəlməyən şəxslərin iştirakı olmadan işə baxılmasını mümkün hesab edir. Məhkəmə iclasında iştirak edən İddiaçı1 vəkili Vəkil1 kasasiya şikayətini müdafiə edərək, məhkəmədən şikayətin təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən Cavabdeh1 vəkili Vəkil2 oğlu kasasiya şikayətinə etiraz edərək, şikayətin təmin edilməməsini, Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2020-ci il tarixli, 2(107)-*****/2020 nömrəli qətnaməsinin dəyişdirilmədən saxlanmasını xahiş etdi. Hüquqi məsələlər: Azərbaycan Respublikası MPM-in 416-cı maddəsinə əsasən kasasiya instansiyası məhkəməsi apelyasiya instansiyası məhkəmə si tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiqini yoxlayır. Qanunun tələbinə görə kasasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yalnız maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlayır. Kasasiya instansiyası tərəfindən işin faktiki halları yoxlanılmasa da, apelyasiya instansiyası məhkəməsinin maddi və prosessual normaları düzgün tətbiq edib - etməməsini yoxlayarkən, hüquqi məsələlərin düzgün qiymətləndirilməsi üçün işin faktiki hallarıının nəzərə alınması və onlara istinad olunması vacibdir. Kasasiya instansiyası məhkəməsinin işin müəyyənləşdirilmiş faktiki hallarına istinad etməsi faktiki halların yoxlanılması və araşdırılması hesab olunmamalıdır. İddianın rədd edilməsi qənaətinə gələn apelyasiya instansiyası məhkəmə si qənaətini onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsinin qətnaməsi işin həqiqi hallarına uyğun olmamaqla, iş üzrə mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan maddi hüquq normaları ilə bağlı düzgün nəticəyə gəlməmiş, iddia tələbini qismən təmin etməklə səhvə yol vermişdir. Halbuki, MPM-in 217.3-cü maddəsinə əsasən, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Apelyasiya kollegiyası hesab etmişdir ki, birinci instansiya məhkəməsi mübahisəni araşdırarkən ilk növbədə Cavabdeh1in iddiaçı qarşısında mülki məsuliyyət daşımaması ilə bağlı dəlillər üzrə araşdırma aparmalı və onlara hüquqi qiymət verməli olduğu halda bunu etməmişdir. Apelyasiya kollegiyasının iclasında tədqiq edilmiş sübutlarla müəyyən olunmuşdur ki, xx xxx 2018-ci ildə, saat 13 radələrində Rusiya Federasiyasının Svetloqrad-BlaqodarnıyBudenovsk yolunda iddiaçıya məxsus olub Cavabdeh1 təfəfindən idarə olunan X8 ***** markalı ** **** *** dövlət qeydiyyat nişanlı yük avtomobili qoşqusu ilə birlikdə qəzaya uğramış, hadisə nəticəsində həm X8 ***** markalı avtomobilə, həm də yarımqoşquya xeyli miqdarda ziyan dəymişdir. Lakin bu ziyanın Cavabdeh1 təqsirli hərəkətləri, yəni günahı üzündən vurulması müəyyən olunmur. Belə ki, həm apelyasiya şikayətinin dəlillərindən, həm də Cavabdeh1in vəkilinin məhkəmə kollegiyasındakı çıxışından görünür ki, Cavabdeh1 yolda qalmış avtomobili aparmaq üçün iddiaçının onu aidiyyəti üzrə Rusiya Federasiyasının Svetloqrad Blaqodarnıy Budonevsk yoluna aparmasını xahiş etdiyini, yol da qəzanın baş verməsi və avtomobilə zərər dəyməsinin onun günahı ucbatından baş verməməsini, aralarında nə bir müqavilə, nə də onunla məsuliyyəti müəyyən edə biləcək heç bir dəlilin mövcud olmamasını və ola da bilməməsini, vurulmuş zərərə görə məsuliyyət daşıyıcısı olmamasını, baş verən hadisənin onun təqsiri ucbatından yox, avtomobilin özündə olan ciddi qüsurlar səbəbindən baş verməsini, qəzanın onun təqsiri ucbatından baş versəydi, X5 Məcəlləsi ilə inzibati qərar qəbul edilə biləcəyini, onun təqsirli hərəkətlərinin olmamasını, onunla mülkiyyətçi arasında avtomobilin təhlükəsizliyi ilə bağlı baş verə biləcək hadisə ilə əlaqədar mülki məsuliyyətin heç bir halda müəyyən edilməməsini göstərmişdir. Apelyasiya kollegiyası hesab etmişdir ki, birinci instansiya məhkəməsi işdə olan xx xxxxx 2018 -ci il tarixli icarə müqaviləsinə və mülki məsuliyyət haqqında müqaviləyə istinad etsə də, Cavabdeh1in apelyasiya şikayətinin əsas dəlili kimi aralarında belə bir müqavilənin olmamasına dair dəlili üzrə araşdırma aparmamış, həmin sənədlərin əslinin iş materiallarında olmasına baxmayaraq, bu sübutlara lazımi hüquqi qiymət verməmiş, qətnaməsində göstərmişdir ki, təqdim edilmiş sübutlarla təsdiq olunur ki, Cavabdeh1 təqsirli hərəkəti nəticəsində İddiaçı1 məxsus X9***** LS markalı ** **** *** dövlət qeydiyyat nişanlı yük avtomobilinə maddi ziyan vurulmuşdur. Birinci instansiya məhkəməsi qeyd edilən dəlillər üzrə tam araşdırma aparmamaqla yanaşı, tərəflər arasında müqavilə münasibətlərinin olmasını müəyyən edərkən mübahisəyə deliktlə bağlı maddi hüquq normalarının tətbiqini də əsaslandırmamışdı r. Halbuki, qanunvericiliyə əsasən tərəflər arasında müqavilə münasibətləri olmadığı halda, mülki hüquq pozuntusu ilə əlaqədar mübahisələrdə mübahisənin həllinin Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra MM) 1096.1, 1097.1-ci maddəsinə əsasən həll edilməli olması təsbit edilmişdir. Belə ki, MM-in 21, 1096, 1097.1-ci maddələrinin tələblərinə görə zərərin ödənilməsi üçün aşağıdakı hüquqi əsaslar müəyyən edilməlidir: 1. zərərin mövcud olması, 2. zərərin qanunsuz hərəkət və yaxud hərəkətsizlik nəticəsində vurulması, 3. zərərlə qanunsuz hərəkət və yaxud hərəkətsizlik arasında səbəbli əlaqənin olması, zərər vuran şəxsin təqsirli olması. Bu əsaslar müəyyən olunmadan Cavabdeh1in üzərinə zərərin ödənilməsi öhdəliyi qoyula bilməz. Göründüyü kimi, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə birbaşa ziyan və ya zərər vurulmasına səbəb olan təqsirli, hüquqazidd əməldir. Bunun nəticəsində yaranmış öhdəlikdə delikt törətmiş zərərvuran və zərərçəkmiş şəxs iştirak edir. Mülki hüquq pozuntusunun yaranmasında nəzərdə tutulan hüquqazidd əməl dedikdə, mülki qanunvericiliyin normalarını pozan hərəkət və ya hərəkətsizlik başa düşülür. Bu zaman da delikt törətmiş şəxs həmin əməldə təqsirli olmalıdır. Təqsirli əməl isə şəxsin qəsdi və ya ehtiyyatsızlığı nəticəsində yaranır. Apelyasiya kollegiyası hesab etmişdir ki, yuxarıda göstərilən əlamətləri özündə ehtiva edən mülki hüquq pozuntusu (delikt) törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Qanunvericiliyin tələbindən də aydın olduğu kimi, mülki hüquq pozuntusu törətmiş şəxs hüquqla və ya qanunla m üdafiə edilən başqa şəxsə vurduğu zərərəin əvəzini tam həcmdə ödəməlidir. Lakin işdə olan xx xxx 2018-ci il tarixli inzibati xəta haqqında qərardadın surətindən görünür ki, Cavabdeh1 barədə Rusiya Federasiyası İnzibati Xətalar Məcəlləsinin 12.24-cü maddəsinin 2-ci hissəsi ilə inzibati iş açılmış, xx xxxx 2018ci il tarixli qərardadla (i. v. 109) Rusiya Federasiyası İnzibati Xətalar Məcəlləsinin 12.27-ci maddəsinin 2-ci hissəsi üzrə başladılmış inzibati hüquq pozuntusu üzrə araşdırma müddəti iki ay uzadılmış, xx.xx.2018-ci ildə isə (i. v. 103, 107) RF İXM-in 24.5-ci maddəsinin 1-ci hissəsinin 2-ci bəndinə əsasən, inzibati hüquq pozuntusu üzrə inzibati xəta tərkibi olmadığı üçün iş üzrə icraata xitam verilmişdir. Cavabdeh1 mülki hüquq pozuntusu (delikt) törətməsi ilə əlaqədar mülki məsuliyyət inin yaranmaması ilə bərabər, onun iddiaçı ilə imzaladığı mülki məsuliyyət barədə müqaviləyə əsasən də məsuliyyəti yaranmır. Belə ki, işdə olan mülki məsuliyyət haqqında müqavilənin 3-cü bəndində qeyd olunmuşdur ki, icarəçinin günahı üzündən avtonəqliyyat vasitəsinə dəyən ziyanın miqdarı müəyyən edildikdən sonra onun ödənişi mövcud qanunvericilik əsasında həyata keçirilir. İcarədar icarəçidən bu müqavilədə nəzərdə tutulan vəzifələrin icra olunmasını tələb etməlidir. Apelyasiyakollegiyası hesab etmişdir ki, Cavabdeh1in mülki məsuliyyətinin müəyyən edilmədiyi halda iş üzrə ekspertiza keçirilməsinə zərurət olmamışdır, çünki iş üzrə o zaman ekspertiza keçirilə bilərdi ki, mübahisəli avtomobilə ziyan yetirilməsində Cavabdeh1in təqsiri və ya günahı müəyyən edilmiş olsun. Əgər birinci instansiy a məhkəməsi iş üzrə mövcud olan sübutlara MPM-in 88-ci maddəsinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət versə idi işin həqiqi hallarını müəyyən edə və nəticədə ekspertizanın keçirməməsi qənaətinə gəlmiş olardı ki, bunu da etməmişdir. Cavabdeh1in iddiaçıya məxsusX91814 LS markalı ** **** *** dövlət qeydiyyat nişanlı yük avtomobilinə və X4 məxsus 2008-ci il buraxılışlı, ağ rəngli, **-****-*** dövlət qeydiyyat nişanlı ********* markalı furqon soyuducu yarımqoşquya ziyan vurulmasında təqsirliliyi və ya günahı müəyyən edilmədiyi üçün məhkəmə kollegiyası iddiaçının özünə məxsus olmayan yarımqoşqunu Cavabdeh1in icarəsinə verməsi və bu zaman onun səlahiyyətinin (hüququnun) olub-olmaması, yarımqoşquy a vurulan ziyanla bağlı mülkiyyətçinin Cavabdeh1ə qarşı iddia qaldırmamasının səbəblərinin müəyyən edilməsi, habelə yarımqoşqunun mülkiyyətçinin iş üzrə cəlb edilib dindirilməsini iddianın nəticəsinə təsir etməyən hal kimi qiymətləndirir. Göstərilənlərlə yanaşı, Cavabdeh1in vəkilinin İcbari Sığorta Bürosuna ünvanladığı sorğuya cavabdan müəyyən edilir ki, Azərbaycan Respublikasının hüdudlarından kənarda Azərbaycan dövlət qeydiyyat nişanlı avtonəqliyyat vasitələrinə dəymiş zərərin qiymətləndirilməsi və sığorta ödənişinin məbləği, qəzanın baş verdiyi ölkənin qanunvericiliyinə uyğun tənzimlənir. Rusiya Federasiyasının qanunvericiliyinə əsasən sığorta ödənişinin məbləğləri:
4. Əmlaka dəyən zərərə görə – 400.000 (dörd yüz min) rubl,
5. Sağlamlığa dəyən zərərə görə – 500.000 (beş yüz min) rubl mü əyyənləşdirilmişdir. Bundan başqa, zərərçəkmiş şəxs yol nəqliyyat hadisəsini törətmiş şəxsin avtonəqliyyat vasitəsinin sığortalandığı sığorta şirkətinə müraciət etməlidir. X9 markalı **-****-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi xx xxx 2018-ci ildə “Yaşıl Kart” sistemi çərçivəsində sığortalı olmuşdur. Cavabdeh1in vəkili isə çıxışında bildirmişdir ki, iddiaçının sığorta pulunu alıb-almaması barədə dəqiq məlumatımız yoxdur. Belə olan halda iddiaçı sığortalı X9 markalı nəqliyyat vasitəsinə görə “Yaşıl Kart” sistemi çərçivəsində sığorta haqqı almamışdırsa avtonəqliyyat vasitəsinin sığortalandığı sığorta şirkətindən bunu tələb edə bilər. İddiaçı1 ona dəyən maddi ziyanın məhz Cavabdeh1in təqsirli hərəkəti və ya günahı üzündən baş verməsini təsdiq edən sübutları məhkəməyə təqdim etməlid ir. Lakin iş materiallarından belə bir sübutun təqdim olunması müəyyən edilmir. Halbuki, MPM-in tələblərinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir (mad. 14.2) və hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir (mad.77.1). Bu səbəbdən məhkəmə kollegiyası hesab edir ki, işdə olan sübutları təhlil etmədən, onların mötəbərliyini yoxlamadan işin bu və ya digər faktiki hallarının müəyyən edilmiş və ya müəyyən edilməmiş hesab edilməsi yolverilməzdir və işin məhkəmə tərəfindən müəyyən edilmiş hesab olunan hər bir halı barədə məhkəmənin gəldiyi yekun nəticə işdə olan sübutlarla təsdiq olunmalıdır. Məhkəmə sübutları sadalamaqla kifayətlənməməli, onları əlaqəli şəkildə şərh etməli, bu və ya digər sübutun qəbul edilib-edilməməsinin səbəblərini qətnamədə aydın izah etməlidir. Kasasiya kollegiyası apellyasiya kollegiyasının göstərilən mövqeyi ilə razılaşmayaraq bildirir ki, əvvəla apelyasiya kollegiyası işə daha əvvəl baxmış kasasiya instansiyası məhkəməsinin məhkəmə araşdırması tələb edilən hallarla bağlı araşdırma aparmamışdır. Belə ki, işə daha əvvəl baxmış kasasiya kollegiyası Cavabdeh1in izahatı əsasında qeyd etmişdir ki, apellyasiya instansiyası məhkəməsi hazırki mübahisəni araşdırarkən ilk növbədə Cavabdeh1in iddiaçı qarşısında mülki məsuliyyət daşımaması ilə bağlı dəlilləri üzrə araşdırma aparmamış və onlara hüquqi qiymət verməmişdir. apellyasiya instansiyası məhkəməsi xx xxxxx 2018-ci il tarixli İcarə müqaviləsinə və Mülki Məsuliyyət haqqında müqaviləyə istinad etsə də, Cavabdeh1in apellyasiya şikayətinin əsas dəlili kimi aralarında belə bir müqavilə olmamasına dair dəlili üzrə araşdırma aparmayaraq həmin sənədlərin əslinin iş materiallarında olmasına baxmayaraq bu müqavilələrdəki imzanın Cavabdeh1ə məxsusluğu, müqavilələrin bağlanamasının, eləcə də iddiaçının tələbinin əsası kimi niyə həmin müqavilələrə istinad etməməsinin səbəbləri, tərəflər arasında bağlanmış icarə müqaviləsi üzrə Cavabdeh1in icarə haqqını ödəyib-ödəməməsi istiqamətində heç bir araşdırma aparmamışdır. Hazırki halda da kasasiya yoxlaması həyata keçirilərkən müəyyən edilir ki, apelyasiya kollegiyası xx xxxxx 2018-ci il tarixli İcarə müqaviləsi və Mülki Məsuliyyət haqqında müqavilələrdəki imzaların Cavabdeh1ə məxsus olması, tərəflər arasında bağlanmış icarə müqaviləsi üzrə Cavabdeh1in icarə haqqını ödəyib-ödəməməsi istiqamətində heç bir araşdırma aparmamışdır. Bundan əlavə kasasiya kollegiyası qeyd etmişdir ki, xx xxxxx 2018-ci il tarixli İcarə müqaviləsinə və Mülki Məsuliyyət haqqında müqavilələrində iddiaçının özünə məxsus olmayan yarımqoşqunu Cavabdeh1in icarəsinə verməsinin və buna onun səlahiyyəti (hüququ) olubolmamasını da araşdırmamış, təqdim edilmiş fotoşəkillərdən həmin avtomobilə yol nəqliyyatı hadisəsi nəticəsində zərər vurulması, avtomobilin yararsız hala düşməsi müşahidə olunsa da, yarımqoşquya vurulan ziyanla bağlı onun mülkiyyətçinin Cavabdeh1ə qarşı iddia qaldırmamasının səbəblərini müəyyən etməmiş, göstərilənlər məsələlərin aydınlaşdırılması ilə bağlı İcarə müqaviləsinə və Mülki Məsuliyyət haqqında müqavilələrdə qeyd edilmiş yarımqoşqunun mülkiyyətçi i ş üzrə cəlb edilib dindirilməsinin məqsədəmüvafiqliyi müzakirə edilməmişdir. Hazırki halda da kasasiya yoxlaması zamanı müəyyən edilir ki, işə əvvəl baxmış kasasiya kollegiyasının qeyd edilən göstərişinə əməl edilməmiş və bu barədə də hər hansı araşdırma həyata keçirilməmişdir. Halbuki, araşdırma həyata keçirilsə idi, ən azından adıçəkilən yarımqoşquya dair iddiaçıya baş etibarnamə verilməsi müəyyən edilə bilərdi. Bundan əlavə kasasiya yoxlaması zamanı müəyyən edilir ki, Cavabdeh1 apelyasiya şikayətində İddiaçı1 ona, sadəcə, yolda qalmış maşınını Svetloqrad-Blaqodarnıy-Budonevsk yoluna aparmağı xahiş etməsini göstərsə də, işə əvvəl baxmış apelyasiya kollegiyasının (İ cild, səh 78) iclasında isə bir tanışı vasitəsi ilə iddiaçı ilə tanış olduğunu, aralarında olan razılaşma əsasında göstərilə n avtomobillə Rusiya Federasiyasına pomidor aparmasını göstərmiş, işə mahiyyəti üzrə baxan apelyasiya kollegiyası iş üzrə araşdırmanı tam həyata keçirməmiş, Cavabdeh1in apelyasiya şikayəti və qeyd edilən izahatı arasındakı ziddiyyəti də araşdırmamışdır. Beləliklə kasasiya yoxlaması zamanı məlum olur ki, işə mahiyyəti üzrə baxan apelyasiya kollegiyası ilk öncə və mübahisənin həllinə təsir edəcək olan, Cavabdeh1in onun imzalamadığı, inkar etdiyi müqavilə münasibətlərinin olub-olmamasını, icarə və mülki məsuliyyət haqqında müqavilədəki imzanın Cavabdeh1ə məxsus olub-olmamasını araşdırmamış, yalnız Cavabdeh1in barəsində inziabti xəta haqqında iş üzrə icraata xitam verilməsinə istinad etməklə iddianın təmin edilməməsi qənaətinə gəlmişdir. Apelyasiya kollegiyası ümumiyyətlə qəbul etdiyi qətnaməd ə kasasiya kollegiyasının göstərişləri üzrə hansı araşdırma həyata keçirməsini, hansı halları müəyyən etməsini əsaslandıra bilməmişdir. Beləliklə, iş materiallarından göründüyü kimi, apelyasiya kollegiyası işin hallarını, xüsusən də Cavabdeh1in iddiaçı ilə arasında müqavilə olmaması ilə bağlı dəlilini tam araşdırmamış, təqdim edilmiş sübutların əldə edilmiş sübutlarla müqayisəli tədqiqatını həyata keçirməmiş, məhkəmə tədqiqatını müfəssəl həyata keçirməklə, obyektiv həqiqətə nail olunmasını təmin etməmişdir. Azərbaycan Respublikasının MPM-nin ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına m üvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 218.1-ci maddəsinə əsasən qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin qərarlarında da qeyd edilmişdir ki, məhkəmənin vəzifəsi məhkəmə araşdırılmasının ədalətli olub-olmadığını, o cümlədən sübutların necə alındığını qiymətləndirməkdir. Buna görə də o, sübutun ədalətli məhkəmə araşdırmasına təminat veriləcək qaydada təqdim edilib-edilmədiyini müəyyən etməlidir. Tərəflərin təqdim etdiyi arqumentlərin və sübutların düzgün şəkildə araşdırılmasını təmin etmək milli məhkəmələrin vəzifəsidir (Elsholz Almaniyaya qarşı iş üzrə 2000-ci il 13 iyul tarixli, Blucher Çex Respublikasına qarşı iş üzrə 2005ci il 11 yanvar tarixli, Van de Hurk Hollandiya qarşı iş üzrə 1994-cü il 19 aprel tarixli qərarlar). Kasasiya kollegiyası həmçinin hesab edir ki, prosessual qanunvericiliyin “iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edilməsi”, “nə kimi halların müəyyən edilməməsi”, “tərəflərin hansı hüquq münasibətində olmaları” barədə tələblərinə riayət olunması üçün ilkin olaraq iş üzrə toplanmış sübutlar düzgün qiymətləndirilməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu özünün «N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» xx xxxxxx 2006- cı il tarixli qərarında göstərmişdir ki, «məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçı1nın hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da Cavabdeh1in iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi ilk növbədə məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir». Göründüyü kimi apellyasiya instansiyası məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının pozuntusu ilə çıxarılmışdır. Azərba ycan Respublikası MPM-in 416-cı maddəsinə əsasən, kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Azərbaycan Respublikası MPM-in 417.1.3-cü maddəsinə əsasən kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını tamamilə, yaxud qismən ləğv edib işi yenidən baxılmaq üçün apellyasiya instansiyası məhkəməsinə göndərə bilər. Azərbaycan Respublikası MPM-in 418.1-ci maddəsinə əsasən maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır. Azərbaycan Respublikası MPM-in 418.3-cü maddəsinə əsasən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. İşin yuxarıda qeyd olunan faktiki hallarını və sadalanan normaların tələblərini nəzərə alaraq, kasasiya kollegiyası hesab edir ki, apelyasiya kollegiyası işə mahiyyəti üzrə baxmağa səlahiyyətli məhkəmə olduğundan, işin hallarının, dəlillərinin tam və düzgün araşdırılması, tərəflərin bərabərliyinin və məhkəmə araşdırmasının ədalətliliyinin təmin edilməsi məqsədilə kasasiya şikayəti təmin edilməli, iş üzrə Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2020-ci il tarixli, 2(107)-*****/2020 nömrəli qətnaməsi ləğv edilməli və iş yeni apellyasiya baxışına qaytarılmalıdır. Azərbaycan Respublikası MPM-in 420-c i maddəsinə əsasən kasasiya instansiyasında işə baxan məhkəmənin qərarında şərh edilən göstərişlər həmin işə yenidən baxan məhkəmə üçün məcburidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 416-417, 418.1, 418.3, 419, 420, 421-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı1 tərəfindən verilmiş kasasiya şikayəti təmin edilsin. İş üzrə Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2020-ci il tarixli, 2(107)*****/2020 nömrəli qətnaməsi ləğv edilsin və mülki iş yenidən apellyasiya qaydasında baxılması üçün Şəki Apellyasiya Məhkəməsinə göndərilsin. Qərar qəbul edildiyi andan qüvvəyə minir.