Məhkəmə qərarları › İş №2(102)-4798/2020

Ali Məhkəmə Qərar — İş №2(102)-4798/2020

04.11.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-4798/2020 04.11.2020 ALİ MƏHKƏMƏ AZƏRBAYCAN RESPUBLİKASİ ADİNDAN QƏRAR Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası Hakimlər Əliyev Zaur Əli oğlu (sədrlik edən və məruzəçi), Quliyev Gündüz Ağababa oğlu və Xələfov İlqar Rəhim oğlundan ibarət tərkibdə, Quliyeva Qumru Şahverən qızının katibliyi, İddiaçı Ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinin ləğvedicisi xnun vəkili X1 iştirakı ilə, Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2020-ci il tarixli, X nömrəli qərardadından iddiaçı Ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinin ləğvedicisi x tərəfindən verilmiş kassasiya şikayəti üzrə mülki işə baxaraq, MÜƏYYƏN ETDİ: Biləsuvar Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, x nömr əli qətnaməsi ilə Cavabdeh1 xx xxxxxx 2015-ci il tarixli İKM 01 saylı kredit müqaviləsi üzrə əsas borc qismində 2053,79 (iki min əlli üç manat yetmiş doqquz qəpik) manat, habelə ödənilmiş dövlət rüsumunun əvəzi qismində 20 manat məbləğində pulun tutularaq iddiaçı Ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə ödənilməsi, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir. Həmin qətnamədən iddiaçı Ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyəti apelysaiya şikayəti vermişdir. Biləsuvar Rayon Məhkəməsinin (hakim R.Əliyev) xx xxxxxx 2020-ci il tarixli, x nömrəli qərardadı ilə apelyasiya şikayəti qanunla müəyyən edilmiş qaydada dövlət rüsumunun ödənilməsini təsdiq edən sənəd əlavə edilmədiyinə görə geri qaytarılmışdır. Bu qərardaddan verilmiş şikayət Biləsuvar Rayon Məhk əməsinin (hakim P.Əhmədov) xx xxxx 2020-ci il tarixli, x nömrəli qərardadı ilə rədd edilərək baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilmişdir. Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının (hakimlər-N.Mirzəyev (sədrlik edən və məruzəçi), Q.Kərimov və Z.Babayev) xx.xx.2020-ci il tarixli, X nömrəli qərardadı ilə iddiaçı Ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinin ləğvedicisi x tərəfindən verilmiş şikayət təmin edilməmiş, Biləsuvar Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılmışdır. İddiaçı Ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinin ləğvedicisi x qeyd edilən qərardaddan kassasiya şikayəti vermişdir. Kassasiya şikayətinin həddi və dəlilləri: Kassator həmin qərardadın ləğv edilməsini xahiş etmişdir. Kassasiy a şikayəti onunla əsaslandırılmışdır ki, iş materiallarında olan iddia ərizəsinin qoşma hissəsinə dövlət rüsumunun ödənilməsini təsdiq edən sənəd əlavə edildiyi qeyd edilmiş və zəruri sənədlər iddia ərizəsinə əlavə edilərək Biləsuvar rayon Məhkəməsinə göndərilmişdir. Qərardadda qeyd olunmuş sənədlər əlavə olunmuş sənədlərin içərisində olmadığı halda, məhkəmə tərəfindən akt tərtib edilməli idi. Lakin belə bir akt tərtib edilməmiş, yəni qoşmada qeyd edilən sənədlərdə əksiklik müəyyən edilməmişdir. Prosessual məsələlər və işdə iştirak edən şəxslərin izahatları: Məhkəmə iclasında iştirak edən iddiaçının vəkili, kassasiya şikayətinin dəlillərini müdafiə edərək, onun təmin olunmasını xahiş etdi. İşdə iştirak edən digər şəxslər işə baxılmasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilsə də, məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbləri barədə məlumat verməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 415.3-cü maddəsinə əsasən, işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Hüquqi məsələlər: Mülki Prosessual Məcəllənin 416-cı maddəsinə əsasən, kassasiya instansiyası məhkəməsi apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kollegiya aşağıdakılara əsasən hesab edir ki, kassasiya şikayəti əsassızdır və təmin edilməməlidir. Belə ki, Mülki Prosessual Məcəllənin 363.1.2-ci maddəsinə görə, apelyasiya şikayətinə müəyyən edilmiş qaydada və məbləğdə dövlət rüsumunun ödənilməsini təsdiq edən sənədlər əlavə olunmamışdırsa, qanunla dövlət rüsumunun ödənilməsinə möhlət verilm əsi, hissə-hissə ödənilməsi və ya onun məbləğinin azaldılması imkanı nəzərdə tutulmuşdursa, bu barədə vəsatət olmadıqda və ya vəsatət rədd edilmişdirsə apelyasiya şikayəti birinci instansiya məhkəməsi tərəfindən qaytarılır. İddiaçı Ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinin apelyasiya şikayətinə əlavə olunmuş, dövlət rüsumunun ödənilməsinə dair qəbzdə rüsumun X3 vasitəsilə Şirvan Apelyasiya Məhkəməsinə deyil, Bakı Apelyasiya Məhkəməsinə ödənildiyi qeyd edilmişdir. Belə olan halda, apellyasiya şikayətinin verilməsi üçün dövlət rüsumunun qanunla müəyyən edilmiş qaydada ödənilmədiyinə dair məhkəmələrin qənaəti qanuni və əsaslıdır. Kassaisya şikayətində isə bu məsələyə münasibət bildirilmədən rüsuma dair qəbzin şikayətə əlavə olunduğuna istinad edilir. Halbuki, məhkəmə rüsum qəbzin in olmamasına yox, rüsumun təyinatı üzrə ödənilməməsinə görə şikayəti geri qaytarmışdır. Odur ki, kassasiya şikayətinin dəlilləri işin hallarına uyğun olmadığı üçün əsassızdır. Ona görə də qərardad dəyişdirilmədən saxlanılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 417- 419 və 421-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Kassasiya şikayəti təmin edilməsin. Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2020-ci il tarixli, X nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar