Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-48/2020 10.01.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakim Dəmirov İlqar Kamal oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər İsgəndərov Akif Əsgər oğlu və Əhmədov Əhməd Abbas oğlundan ibarət tərkibdə, Cəfərova Qəmər Muxtar qızının katibliyi, İddiaçı2, Cavabdeh2 iştirakları ilə, Cavabdeh2 və vəkili Əliyeva Sevda Rufulla qızının Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 10 iyul 2019-cu il tarixli, 2(105)-2375/2019 saylı qətnaməsindən verdikləri kassasiya şikayəti üzrə işə baxaraq Müəyyən etdi: Abşeron Rayon Məhkəməsinin 17 yanvar 2019-cu il tarixli qətnaməsi ilə (hakim S.M.Quliyeva, iş № 2(012)-81/2019) iddiaçılar İddiaçı2 və İddiaçı3 cavabdehlər Cavabdeh3, Cavabdeh2 və Cavabdeh4 qarşı pul tələbi təmin edilərək, cavabdehlər Cavabdeh3, Cavabdeh2 və Cavabdeh4 müştərək qaydada 3.000 manat məbləğində pul vəsaiti və 30 manat məbləğində dövlət rüsumu olmaqla, cəmi 3.030 manat məbləğində pul vəsaitinin tutulub iddiaçılar İddiaçı2 və İddiaçı3 verilməsi qət edilmişdir. Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 10 iyul 2019-cu il tarixli, 2(105)-2375/2019 saylı qətnaməsi ilə (hakimlər: sədrlik edən və məruzəçi T.O.Quliyev, G.F.Tağızadə və E.G.Rəhimov) Cavabdeh4 verdiyi apellyasiya şikayəti qismən təmin edilərək, Abşeron Rayon Məhkəməsinin 17 yanvar 2019-cu il tarixli, 2(012)-81/2019 saylı qətnaməsinin qismən - Cavabdeh4 aid hissədə ləğv edilməsi, iddia tələbinin ona münasibətdə təmin edilməməsi, qətnamənin - “cavabdehlər Cavabdeh3 və Cavabdeh2 müştərək qaydada 3.000 manat məbləğində pul vəsaiti və 30 manat məbləğində dövlət rüsumu olmaqla, cəmi 3.030 manat məbləğində pul vəsaitinin tutulub iddiaçılar İddiaçı2 və İddiaçı3 verilsin” hissəsində dəyişdirilmədən saxlanılması qət edilmiş, Cavabdeh2 verdiyi apellyasiya şikayəti təmin edilməyərək, ekspertiza tədqiqatının dəyəri olan 100 (bir yüz) manat məbləğində pul cavabdehlər Cavabdeh3 və Cavabdeh2 müştərək qaydada alınıb AZ.MEM, VÖİN **********, X2, KOD 210005 VÖEN ********** müxbir hesab AZ 41 NABZ******************** SWİFT BİK CTREAZ 22 hesabına keçirilmişdir. İşin halları: İddiaçılar İddiaçı2 və İddiaçı3 iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddia tələbini onunla əsaslandırmışlar ki, Abşeron rayonu, Saray Bələdiyyəsinin 15.02.2007-ci il tarixli, 04 saylı qərarına əsasən fərdi yaşayış evinin tikintisi üçün X1 ayrılmış Saray qəsəbəsinin ərazisində yerləşən 0,06 hektar torpaq sahəsi onlar tərəfindən alınmışdır. X3 12 sentyabr 2007-ci il tarixdə Bakı şəhəri 11 saylı dövlət notariat kontorunda İddiaçı2 etibarnamə verərək, adına olan torpaq sahəsinin sənədləşdirilməsi və digər işlərin aparılması səlahiyyətlərini vermişdir. Bundan sonra həmin torpaq sahəsi hündürlüyü 2,4 metr, uzunluğu 100 metr olan mişar daşla hasarlanmışdır. Daş hasarın hörülməsinə 3.000 manat məbləğində pul vəsaiti xərclənmişdir. Bundan əlavə həmin torpaq sahəsində 16 kv.metr ölçüsü olan əldamı və ayaqyolu inşa edilmişdir. Buna görə də təxminən 1000 manat məbləğində pul vəsaiti xərclənmişdir. Qeyd olunan tikinti i şləri aparıldıqdan sonra həmin torpaq sahəsinə dair mülkiyyət sənədini almaq üçün rəsmi olaraq Daşınmaz Əmlakın Reyestr Xidmətinə müraciət edilmişdir. Reyestr Xidmətinin əməkdaşları GPS vasitəsi ilə həmin torpaq sahəsinin ölçülərini müəyyən edərkən aydın olmuşdur ki, X1 Saray Bələdiyyəsi tərəfindən ayrılmış və ondan alınmış torpaq sahəsi sözü gedən torpaq sahəsi deyil, onun yanındakı torpaq sahəsidir. Hazırki mübahisəli torpaq sahəsinin yanında yerləşən Saray Bələdiyyəsi tərəfindən X1 ayrılmış 0.06 hektar sahəsi də onlar tərəfindən daş hasarla bağlanmışdır. Səhvən əvvəlki torpaq sahəsinin ətrafında inşa etdiyi torpaq sahəsini sökmək qərarına gələrkən, qonşular bildirmişdirlər ki, mübahisəli torpaq sahəsinin sahibi Ceyranbatan qəsəbəsində yaşayan Cavabdeh3 və onun kirvəsi Cavabdeh2dur. İddi açı2 onlarla görüşərək bildirmişdir ki, çəkdiyi daş hasarı üç tərəfdən söküb, özünə aid olan torpaq sahəsinin ətrafını hasarlamaq istəyir.Lakin cavabdehlərin hər ikisi ona bildirmişdirlər ki, hasarı sökməyə heç bir ehtiyac yoxdur, onsuzda biz torpağı satmaq fikrindəyik, satıb pulunu ödəyəcəyik. Həmin vaxt onlara bildirilmişdir ki, daş hasara görə 3.000 (üç min) manat məbləğində xərc çəkilmişdir.Əlavə olaraq əldamı və ayaqyolu tikilmiş, onlara da təxminən 1000 (bir min) manat məbləğində xərc çəkilmiş, bunu isə təmənnasız olaraq onlara bağışlayırlar. Onlar bu barədə razılaşmış və bundan sonra özlərinə məxsus torpaq sahəsini də yenidən əlavə xərc çəkərək daş hasara almışlar. Təxminən 06 ay keçəndən sonra a və a zəng edərkən, onlar hüzürləri düşdüyünə görə pulu ödəyə bilmədiklərini göstərmişlə r. Sonradan Cavabdeh2 onlara bildirmişdir ki, torpağı satır və daş hasara görə 2500 manat pul verəcəkdir. Lakin onunla razılaşma olmadığından məhkəməyə müraciət etmək məcburiyyətində qalmışlar. Ona görə də, Abşeron rayonu, Saray qəsəbəsində yerləşən cavabdehlərə məxsus 0,06 hektar torpaq sahəsinin daş hasarla hasarlanmasına görə sərf etdiyi 3.000 manat məbləğində pul vəsaitinin və 30 manat məbləğində dövlət rüsumunun cavabdehlər Cavabdeh3, Cavabdeh2 və Cavabdeh4 tutulub onlara verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişlər. İş üzrə yuxarıda göstərilən məhkəmə aktları qəbul edilmişdir. Apellyasiya instansiyası məhkəmə kollegiyasının iş üzrə qətnaməsindən narazı qalaraq Cavabdeh2 həmin qətnamədən Ali Məhkəmənin Mülki Kollegiyasına kassasiya şikayəti vermiş və kassasiya şikayətində ape llyasiya instansiyası məhkəmə kollegiyasının qətnaməsinin ləğv edilib iddia tələbinin Cavabdeh2 münasibətdə təmin edilməməsinə dair yeni qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayətinin dəlilləri və tərəflərin izahatları Cavabdeh2 və vəkili Əliyeva Sevda Rufulla qızı kassasiya şikayətini onunla əsaslandırmışlar ki, işə apellyasiya qaydasında baxan məhkəmə instansiyası heç bir əsas olmadan Cavabdeh2 cavabdehliyə cəlb etmiş və onun üzərinə kiminsə gəlir götürdüyü bir torpaq sahəsinə görə pul ödəmək öhdəliyi qoymuş, işin faktiki hallarını tam, obyektiv və hərtərəfli araşdırmamış, işin faktiki hallarına düzgün hüquqi qiymət verməmişdir. Apellyasiya instansiyası məhkəmə kollegiyası tərəfindən qüvvədə olan maddi və prosessual hüquq normaları pozulmuş, sübutlar tam yoxlanılmamış, nəti cədə qanunsuz və əsassız məhkəmə qətnaməsi qəbul edilmişdir. Ali Məhkəmənin Mülki Kollegiyasının iclasında İddiaçı2 və Cavabdeh2 vəkilsiz iştrak etdiklərinə görə Azərbaycan Respublikası Mülki Prossesual Məcəlləsinin 67-ci maddəsinin tələbinə əsasən onların izahatı dinlənilməmişdir. Məhkəmə kollegiyası iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq İddiaçı3, cavabdehlər Cavabdeh3 və Cavabdeh4 heç bir üzrlü səbəb göstərmədən məhkəmə kollegiyasının iclasına gəlməmişlər. Bu səbəbdən məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 415.3-cü maddəsinə əsasən onların iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Ali Məhkəmənin Mülki Kollegiyası AR MPM-nin 67 və 415.3-cü maddəsinin tələblərini rəhbər tutaraq işə baxmışdır. Hüquqi məsələlər: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Ali Məhkəmənin Mülki Kollegiyası iş üzrə məruzəçi hakimin məruzəsini dinləyib hesab edir ki, aşağıdakılara əsasən Cavabdeh2 kassasiya şikayəti qismən təmin edilməli, qətnamə Cavabdeh2 aid hissədə ləğv edilməli, iş həmin hissədə yeni apellyasiya baxışına qaytarılmalı, qətnamənin digər hissəsi kassasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsi onunla əsaslandırılmışdır ki, iddiaçılar İddiaçı2 və İddiaçı3 öz üzərlərinə götürdükləri öhdəlikləri yerinə yetirib, inşa etmiş olduqları tikintiləri sökmədikləri halda, c avabdehlər Cavabdeh3 və Cavabdeh2 daş hasarın sökülməməsi müqavilində həmin tikintinin inşası üçün xərclənmiş 3000 manat mabləğində pul vəsaitinin iddiaçılara qaytarılması barədə üzərlərinə götürmüş olduqları öhdəliyi icra etməmişlər. Cavabdeh2 birinci instansiya məhkəməsinin qətnaməsinin ona aid hissədə ləğv edilib, iddianın rədd olunması üçün heç bir sübut təqdim edə bilməmiş və həmin halları sübuta yetirə bilməmişdir. Ali Məhkəmənin Mülki Kollegiyası apellyasiya instansiyası məhkəməsinin iddia tələbinin Cavabdeh2 münasibətdə gəldiyi nəticəni qanuni və əsaslı hesab etmir. Belə ki, hazırkı idida tələbi iddiaçıların başqasının torpaq sahəsində səhvən hasarın tikilməsi ilə bağlı çəkilmiş xərclərin ödənilməsi ilə bağlıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1092.1-ci maddəsinə əsasən varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Həmin Məcəllənin 1092.2-ci maddəsinə əsasən əldə edilənləri vermək mümkün olmadıqda, onların dəyəri ödənilir. Lakin apellyasiya instansiyası məhkəməsi həmin maddənin tələbləri baxımından iddiaçılar tərəfindən inşa edilmiş hasarın əhatə etdiyi torpaq sahəsinin məhz Cavabdeh2 məxsus olub-olmamasını araşdırmamış, bununla da iddia tələbinin ona aid hissəsində düzgün hüquqi nəticəyə gəlməmişdir. Azərbaycan Respublikası MPM-nin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qeyd olunan Məcəllənin 217.3-cu maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Azərbaycan Respublikası MPM-nin 418.1-ci maddəsinə əsasən maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır. İşə yenidən baxan məhkəmə iddia tələbinin Cavabdeh2 aid hissəsi ilə bağlı yuxarıda qeyd olunan nöqsanları aradan qaldırmaqla yanaşı işin hərtərəfli, tam və obyektiv tədqiqinə nail olmaq üçün lazım olan bütün tədbirləri görməli, mübahisəli hüquq münasibətinə maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunmasını təmin etməli, işin müəyyən edilmiş hallarına uyğun olaraq iş üzrə əhəmiyyət kəsb edən halların araşdırılmasının zəruri liyini müzakirə etməli və müəyyən edilən, eləcə də araşdırılan sübutlara Azərbaycan Respublikası MPM-nin 88-ci maddəsinin tələbləri baxımından düzgün qiymət verməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416- 419-cu madələrini rəhbər tutaraq məhkəmə kollegyası qərara aldı: Cavabdeh2 kassasiya şikayəti qismən təmin edilsin. Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 10 iyul 2019-cu il tarixli, 2(105)-2375/2019 saylı qətnaməsi Cavabdeh2 aid hissədə ləğv edilsin, iş həmin hissədə yeni apellyasiya baxışına qaytarılsın, qətnamənin digər hissəsi kassasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-48/2020
Ali Məhkəmə Qərar — İş №2(102)-48/2020
10.01.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver