Məhkəmə qərarları › İş №2(102)-4801/2020

Ali Məhkəmə Qərar — İş №2(102)-4801/2020

22.09.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-4801/2020 22.09.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Əhmədova Mehparə Tofiq qızı (sədrlik edən və məruzəçi - hakim), Əliyev Ələsgər Əliabbas oğlu, Xələfov İlqar Rəhim oğlundan ibarət tərkibdə, Allahverdiyev Səlim Məhərrəm oğlunun katibliyi, İddiaçılar İddiaçı1, İddiaçı2 və Cavabdeh1 nümayəndəsi və vəkili Vəkil1 iştirakları ilə, Şirvan Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2020-ci il tarixli 2(106)-*****/2019 nömrəli qərardadından Cavabdeh1 nümayəndəsi və vəkili Vəkil1 tərəfindən verilmiş kasasiya şikayəti üzrə mülki işə baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: İmişli rayon Məhkəm əsinin (hakim Ü.Qənbərov) xx.xx.2019-cu il tarixli 2(036)-*****/2019 nömrəli qətnaməsi ilə iddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “əmlak” tələbinə dair iddiası qismən təmin edilərək, İddiaçı1 məxsus olan 5500 dəyərində qızıl komplekt dəstinin-müvafiq ölçülərə (şəkillərdə əks olunmuş görüntüyə görə) uyğun çəkilərdə 1 cüt sırğa, 1 ədəd üzük,, 1 ədəd bilərzik və 1 ədəd klonun Cavabdeh1 alınıb onun özünə verilməsi, Cavabdeh1 1800 manatın və 400 ABŞ dollarının (ödəniş vaxtı məzənnəyə uyğun manatla) alınıb İddiaçı2 verilməsi, iddia tələbinin Cavabdeh2 qarşı olan hissədə təmin edilməməsi qət edilmişdir. Şirvan Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının (hakimlər N.Mirzəyev, Q.Kərimov, Z.Babayev) xx.xx.2019-cu il tarixli 2(106)-*****/2019 nömrəli qətnaməsi ilə cav abdeh Cavabdeh1 tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməyərək, İmişli rayon Məhkəməsinin xx.xx.2019cu il tarixli 2(036)-*****/2019 nömrəli qətnaməsinin dəyişdirilmədən saxlanması qət edilmişdir. Cavabdeh1 nümayəndəsi və vəkili Vəkil1 Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2019-cu il tarixli 2(106)-*****/2019 nömrəli qətnaməsindən kasasiya şikayəti vermişdir. Şirvan Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının (hakimlər N.Mirzəyev, Q.Kərimov, Z.Babayev) xx.xx.2020-ci il tarixli 2(106)-*****/2019 nömrəli qərardadı ilə Cavabdeh1 nümayəndəsi və vəkili Vəkil1 Şirvan Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2019-cu il tarixli 2(106)*****/2019 nömrəli qətnaməsindən kasasiya şikayəti verilməsi üçün buraxılmış prosessual müddətin bərpası barədə ərizəsinin təmin edilməməs i, Şirvan Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2019-cu il tarixli 2(106)-*****/2019 nömrəli qətnaməsindən Cavabdeh1 nümayəndəsi və vəkili Vəkil1 tərəfindən verilmiş kasasiya şikayətinin geri qaytarılması qərara alınmışdır. Cavabdeh1 nümayəndəsi və vəkili Vəkil1 Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2020-ci il tarixli 2(103)-*****/2019 nömrəli qərardadından kasasiya şikayəti vermişlər. İş üzrə yuxarıda göstərilən məhkəmə aktları qəbul edilmişdir. Kasasiya şikayətinin dəlilləri və tərəflərin izahatları: Cavabdeh1 nümayəndəsi və vəkili Vəkil1 kasasiya şikayətini onunla əsaslandırmışdır ki, o, həm də cavabdehin nümayəndəsi olmuşdur. Hüquqlarını müdafiə etdiyi Cavabdeh1 xx.xx.2019-cu il tarixdə Azərbaycan Respublikasının hüdudlarından kənara getmiş, Şirvan Apellyasiya M əhkəməsinin Mülki Kollegiyasının xx.xx.2019-cu il tarixli, 2(106)-*****/2019 saylı qətnaməsinin surəti xx.xx.2020-ci il tarixdə poçt vasitəsilə nümayəndəsi olan hazırki vəkilinə göndərilmiş və xx.xx.2020-ci il tarixdə almışdır. Həmin qətnamədən onun tərəfindən kasasiya şikayəti verilməsi üçün Cavabdeh1 adından onun atası Cavabdeh2 ilə hüquqi yardım göstərilməsi üçün müqavilə bağlanılması tələb olunmuş, lakin İmişli rayonunda yaşayan Cavabdeh2 orada məktəb direktoru işlədiyinə, daha sonra Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Operativ Qərargahın xx.xx.2020-ci il tarixli qərarı ilə koronavirus infeksiyasının yayılmasının qarşısını almaq məqsədilə bütün səviyyələrdə hərəkətin məhdudlaşdırılması nəticəsində xx.xx.2020-ci il tarixinədək onun fəaliyyət göstərdiyi Xırdalan Şəhər Və kil Bürosuna gələ bilməmiş, həmin tarixdə gəldiyinə görə onunla hüquq yardım göstərilməsi üçün müqavilə bağlanılmışdır. Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2019-cu il tarixli, 2(106)-*****/2019 saylı qətnaməsindən kasasiya şikayəti verilməsi üçün qanunla nəzərdə tutulmuş prosessual müddət məhz həmin üzrlü səbəbə görə buraxılmışdır. Apelyasiya kollegiyası müddətin ötürülməsini üzrlü hesab etməyərək qənaətini onunla əsaslandırmışdır ki, mülki iş üzrə Cavabdeh1 nümayəndəsi və vəkili Vəkil1 Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2019-cu il tarixli, 2(106)- *****/2019 saylı qətnaməsindən kasasiya şikayəti verilməsi üçün buraxılmış prosessual müddətin bərpasına dair ərizəsinə kasasiya şikayəti əlavə edilməsinə və onun tərəfindən imzalanmasına baxmayaraq kasasiya şikayəti verilməsi üçün müəyyən edilmiş prosessual müddət üzrsüz səbəbdən ötürülmüşdür. Cavabdeh1 nümayəndəsi və vəkili Vəkil1 kasasiya şikayəti verilməsi üçün prosessual müddətin bərpa edilməsinə dair ərizəsində cavabdehin atası ilə müqavilə bağlanmasını və onun ****** Şəhər Vəkil Bürosuna gələ bilməməsini əsaslandırsa da, iş materiallarında olan etibarnamədən (səh 37) görünür ki, Cavabdeh1 vəkil Vəkil1 ona məhkəmə aktlarından şikayət vermə səlahiyyətini 10 il müddətinə ona etibar etmiş, vəkil Vəkil1 ona verilmiş səlahiyyətdən istifadə etməyərək kasasiya şikayətini qanunla müəyyən edilmiş müddət ərzində verməli olduğu halda verməmişdir. Bununla da Cavabdeh1 nümayəndəsi və vəkili Vəkil1 prosessual müddəti üzrsüz səbəbdən ötürmüşdür. Lakin məhkəmənin bu mövqeyi qanunvericiliyin tə ləblərinə uyğun deyil. Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 407.3-cü maddəsinə əsasən kasasiya şikayəti onu verən şəxs (onun qanuni nümayəndəsi və ya nümayəndəsi) və şikayəti tərtib etmiş vəkil tərəfindən imzalanmalıdır. Qanuni nümayəndə və ya nümayəndə tərəfindən verilən şikayətə onun səlahiyyətlərini təsdiq edən sənəd əlavə edilməlidir. Elə həmin Məcəllənin 407.4-cü maddəsinə əsasən şikayətə vəkilin orderi və dövlət rüsumunun ödənilməsini sübut edən sənəd əlavə olunur. Göründüyü kimi qanunvericiliyin yuxarıda göstərilən normasında kasasiya şikayətinin “şikayəti tərtib etmiş vəkil tərəfindən imzalanmalı olduğu” və “şikayətə vəkilin orderinin əlavə olunmalı olduğu” birbaşa göstərilmişdir. Vəkil orderinin kasasiya şikayətinə əlavə olunması üçün tərəflər arasında hüquqi yardım göstərilməsi üçün müqavilə bağlanılmalıdır. Belə olan halda, etibarnamə olsa da, vəkil orderinin olmaması vəkil tərəfindən kasasiya şikayətinin imzalanması və verilməsi imkanını aradan qaldırır. Kasasiya şikayəti verilməsi üçün buraxılmış müddətin üzrlü səbəbdən baş verməsi isə aydın qaydada izah edilmişdir. Göstərilənlərə əsasən o, Şirvan Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2020-ci il tarixli 2(106)-*****/2019 nömrəli qərardadının ləğv edilməsi, Şirvan Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2019-cu il tarixli 2(106)-*****/2019 nömrəli qətnaməsindən kasasiya şikayəti verilməsi üçün buraxılmış prosessual müddətin bərpası barədə ərizənin təmin edilməsi, kasasiya şikayətinin baxılması üçün Azərbaycan Respublikası Ali Məhkəməsinə göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İşdə iştirak edən şəxslər işə baxılmasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmişlər. Lakin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 415.3-cü maddəsinə əsasən məhkəmə iclasına gəlməyən şəxslərin iştirakı olmadan işə baxılmasını mümkün hesab edir. Məhkəmə iclasında iştirak edən Cavabdeh1 nümayəndəsi və vəkili Vəkil1 kasasiya şikayətini müdafiə edərək, məhkəmədən şikayətin təmin edilməsini xahiş etdi. İddiaçılar İddiaçı1 və İddiaçı2 məhkəmə iclasında vəkilsiz iştirak etdiklərinə görə Azərbaycan Respublikası MPM-nin 67-ci maddəsinin tələbinə uyğun olaraq iş üzrə onların izahatı dinlənilmədi. Hüquqi məsələlər: Az ərbaycan Respublikası MPM-nin 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiqini yoxlayır. Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının qəbul etdiyi xx.xx.2020-ci il tarixli qərardadından görünür ki, apelyasiya instansiyası məhkəməsi buraxılmış prosessual müddətin bərpasına dair Cavabdeh1 nümayəndəsi və vəkili Vəkil1 ərizəsinin təmin edilməməsi barədə qərardadını onunla əsaslandırmışdır ki, mülki iş üzrə Cavabdeh1 nümayəndəsi və vəkili Vəkil1 Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2019-cu il tarixli, 2(106)- *****/2019 saylı qətnaməsindən kasasiya şikayəti verilməsi üçün buraxılmış prosessual müddətin bərpasına dair ərizəsinə kasasiya şikayəti əlavə edil məsinə və onun tərəfindən imzalanmasına baxmayaraq kasasiya şikayəti verilməsi üçün müəyyən edilmiş prosessual müddət üzrsüz səbəbdən ötürülmüşdür. Cavabdeh1 nümayəndəsi və vəkili Vəkil1 kasasiya şikayəti verilməsi üçün prosessual müddətin bərpa edilməsinə dair ərizəsində cavabdehin atası ilə müqavilə bağlanmasını və onun ****** Şəhər Vəkil Bürosuna gələ bilməməsini əsaslandırsa da, iş materiallarında olan etibarnamədən (səh 37) görünür ki, Cavabdeh1 vəkil Vəkil1 ona məhkəmə aktlarından şikayət vermə səlahiyyətini 10 il müddətinə ona etibar etmiş, vəkil E.Yusifov ona verilmiş səlahiyyətdən istifadə etməyərək kasasiya şikayətini qanunla müəyyən edilmiş müddət ərzində verməli olduğu halda verməmişdir. Bununla da Cavabdeh1 nümayəndəsi və vəkili Vəkil1 prosessual müddəti üzrsüz səbəbdən ötürmü şdür. Kasasiya kollegiyası aşağıda göstərilən əsaslara görə, apelyasiya məhkəməsinin gəldiyi nəticəni əsaslı hesab etmir. Belə ki, Cavabdeh1 nümayəndəsi və vəkili Vəkil1 iş materiallarından göründüyü kimi, cavabdehin həm də nümayəndəsi olsa da, kasasiya şikayətinin verilməsi üçün kasasiya şikayəti vəkil tərəfindən imzalanmalıdır ki, bunun üçün də tərəflər arasında hüquqi yardım göstərilməsi haqqında müqavilə bağlanılmalıdır. Vəkil1 cavabdehin nümayəndəsi olsa belə o, vəkil kimi özü ilə hüquqi yardım haqqında müqavilə bağlaya bilməz. Etibarnamə olsa da, vəkil orderinin olmaması vəkil tərəfindən kasasiya şikayətinin imzalanması və verilməsi imkanını aradan qaldırır. Buraxılmış prosessual müddətin ötürülməsinin üzrlü səbəbdən baş verməsinə görə bərpa edilməli olmalı barədə cavabdehin dəlilinə gəldikdə isə, iş materialları ilə də apelyasiya kollegiyasının Cavabdeh1 tərəfindən rəsmi qaydada əldə edilməsi müəyyən edilmir. Bundan əlavə, Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Operativ Qərargahın xx.xx.2020-ci il tarixli qərarı ilə koronavirus infeksiyasının yayılmasının qarşısını almaq məqsədilə bütün səviyyələrdə hərəkətin məhdudlaşdırılması nəticəsində xx.xx.2020-ci il tarixinədək Bakı şəhəri ilə rayonlar arasında hərəkətin məhdudlaşdırılması da bu günümüzün reallığıdır və təkzibedilməz faktdır. Azərbaycan Respublikası MPM-nin 405.0.1-ci maddəsinə əsasən, kasasiya şikayəti qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində verilə bilər. Həmin Məcəllənin 133.1-ci maddəsinə əsasən məhkəmə qanunla müəyyən edilmiş müddətin buraxılmasının s əbəbini üzrlü hesab edərsə, işdə iştirak edən şəxsin ərizəsinə əsasən buraxılmış müddəti bərpa edir. Həmin Məcəllənin 407.3-cü maddəsinə əsasən, şikayət onu verən şəxs (onun qanuni nümayəndəsi və ya nümayəndəsi) və şikayəti tərtib etmiş vəkil tərəfindən imzalanmalıdır. Həmin Məcəllənin 407.4-cü maddəsinə əsasən şikayətə vəkilin orderi və dövlət rüsumunun ödənilməsini sübut edən sənəd əlavə olunur. Göstərilənləri nəzərə alaraq kassasiya kollegiyası hesab edir ki, iş materialları ilə apelyasiya instansiyası məhkəməsi tərəfindən qəbul edilmiş qətnamənin cavabdehə rəsmi qaydada təqdim edilməsi müəyyən edilmədiyindən, həmçinin koronovaris infeksiyası ilə bağlı həyata keçirilmiş məhdudlaşdırıcı tədbirlər və onların tətbiq edilmə müddəti nəzərə alınaraq kasasiya şikayətinin dəlilləri əsaslı hesab edilməli, kasasiya şikayəti təmin edilməli, iş üzrə Şirvan Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2020-ci il tarixli 2(106)-*****/2019 nömrəli qərardadı ləğv edilməli, Cavabdeh1 nümayəndəsi və vəkili Vəkil1 tərəfindən kasasiya şikayəti verilməsi üçün buraxılmış prosessual müddətin ötürülməsi üzrlü hesab edilərək bərpa edilməli və iş kasasiya icraatına qəbul edilməlidir. Azərbaycan Respublikası MPM-in 417.1.4-cü maddəsinə əsasən kasasiya məhkəməsi işə baxarkən apelyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını tamamilə, yaxud qismən ləğv edib apelyasiya instansiyası məhkəməsində müəyyən edilmiş hallar və sübutlar əsasında yeni qərar qəbul edə bilər. Azərbaycan Respublikası MPM-in 417.2-ci maddəsinə əsasən kasasiya məhkəməsi işə baxarkən bu Məcəllənin 417.1.4-cü maddəs ində nəzərdə tutulmuş qərar yalnız o halda qəbul edilir ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi hüquq normaları pozulmuş və ya düzgün tətbiq edilməmiş olsun. Azərbaycan Respublikası MPM-in 418.1-ci maddəsinə əsasən maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması apelyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 405-408, 416-417, 418.1,420, 421-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdeh1 nümayəndəsi və vəkili Vəkil1 tərəfindən verilmiş kasasiya şikayəti qismən təmin edilsin. İş üzrə Şirvan Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2020-ci il tarixli 2(106)*****/2019 nömrəli qərardadı ləğv edilsin. Cavabdeh1 nüma yəndəsi və vəkili Vəkil1 tərəfindən kasasiya şikayəti verilməsi üçün buraxılmış prosessual müddətin ötürülməsi üzrlü hesab edilərək bərpa edilsin və iş kasasiya icraatına qəbul edilsin. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar