Məhkəmə qərarları › İş №2(102)-4808/2020

Ali Məhkəmə Qərar — İş №2(102)-4808/2020

11.11.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kre
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-4808/2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçı “xxxx” KB ASC-nin Cavabdeh qarşı iş üzrə QƏRARİ (Açar sözlər: borcun tutulması və girova yönəldilməsi) 11.11.2020 Hakimlər Əliyev Zaur Əli oğlu (sədrlik edən və məruzəçi), Quliyev Gündüz Ağababa oğlu və Xələfov İlqar Rəhim oğlundan ibarət tərkibdə, Quliyeva Qumru Şahverən qızının katibliyi, Cavabdeh vəkili X1 iştirakı ilə, Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xxx nömrəli iş üzrə xx xxx 2020ci il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. Tərəflər arasında bağlanmış xx xxx 2012-ci il tarixli xxx saylı kredit müqaviləsinə əsasən cavabdehə 96 ay müddətinə illik 15 faiz ilə 23346,63 manat məbləğində kredit verilmişdir. Eyni zamanda kredit müqaviləsi üzrə öhdəliklərin icrasınını təminatı kimi Cavabdeh ilə xx xxx 2012-ci il tarixli, X saylı girov müqaviləsinə əsasən mülkiyyət hüququ ilə cavabdehə məxsus “X3” MMC tərəfindən emissiya olunmuş və xx xxx 2012ci il tarixdə dövlət qeydiyyatına alınmış AMS ******* nömrəli mənzil sertifikatı bankın xeyrinə girov qoyulmuşdur. Girov müvafiq qaydada xx xxxxx 2011-ci il tarixdə AR Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi tərəfindən dövlət qeydiyyatına alınmışdır.

2. İddiaçı işin yuxarıda qeyd edilən faktiki hallarına istinad etməklə bildirmişdir ki, cavabdeh kredit müqaviləsi üzrə bank qarşısında tam icra etmə miş və xx xxxx 2017-cı il tarixə olan hesablamalara görə onun ümumilikdə 13474,59 manat borcu yaranmışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat 3. “xxxx” KB ASC ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeh 13012,30 manat əsas, 269,05 manat faiz və 193,24 manat cərimə olmaqla cəmi 13474,59 manat borcun və 30 manat ödənilmiş dövlət rüsumunun tutulması, tələbin Cavabdeh məxsus “X3” MMC tərəfindən emissiya olunmuş və xx xxx 2012-ci il tarixdə dövlət qeydiyyatına alınmış AMS ******* nömrəli mənzil sertifikatına yönəldilməsi, mənzil sertifikatının hərracda satılması, satışdan əldə olunmuş vəsait hesabına banka olan borcun ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

4. İşə birinci instansiya məhkəməsində baxılarkən cavabdeh məhkəmə iclasına gəlməmiş və iddiaya etiraz etməmişdir.

5. Zaqatala Rayon Məhkəməsinin (hakim E.Məmmədov) xx xxxxxxx 2017-ci il tarixli, 2(033)-1604/2017 nömrəli qətnaməsi ilə iddia təmin edilmişdir.

6. Məhkəmə mövqeyini belə əsaslandırmışdır ki, tərəflər arasında qanunvericiliyə uyğun kredit və ipoteka müqaviləsi bağlanmış, kredit müqaviləsi ilə kreditin məbləği, kreditə görə faizin miqdarı, ödəmənin gecikdirilməsi üçün cərimə və öhdəliyə görə borclunun məsuliyyəti müəyyənləşdirilmiş, kreditor tərəfindən üzərinə düşən öhdəliklər yerinə yetirilmiş, lakin borclu müqavilə üzrə üzərinə düşən öhdəlikləri yerinə yetirməmiş, bununla da borclu müqavilənin şərtlərini əhəmiyyətli dərəcədə pozmuşdur. b) Apelyasiya instansiyası məhkəməsindəki icraat

7. Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının (hakimlər-E.Hü seynov (sədrlik edən və məruzəçi), E.Hüseynov və G.Abbasov) xx xxx 2020-ci il tarixli, xnömrəli qətnaməsi ilə apelyasiya şikayəti təmin edilməmiş, Zaqatala Rayon Məhkəməsinin xx xxxxxxx 2017-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.

8. Apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin gəldiyi nəticə və əsaslandırma ilə razılaşmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Kassasiya şikayətinin dəlilləri

9. Cavabdeh kassasiya şikayəti verərək qətnamənin ləğv, iddianın rədd edilməsini xahiş etmişdir.

10. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə borcu müəyyən edərkən yalnız iddiaçının təqdim etdiyi arayışa istinad etmiş, cavabdehin bank hesabından iddia verilən və ya qətnamə çıxarılan dövr ü əhatə edən çıxarışı almamışdır. Müqavilə üzrə cavabdeh üzərinə düşən öhdəlikləri yerinə yetirildiyindən, öhdəliyin onun tərəfindən yerinə yetirilməsi və müqavilənin şərtlərinin əhəmiyyətli dərəcədə pozulması, onun banka kredit borcunun yaranması barədə məhkəmə qənaəti əsassızdır. R. Ağayev həmin ərəfədə əsasən Bakı şəhərində yaşadığından məhkəmə iclasları barədə məlumatı olmamış, iclaslarda iştirak etmədiyindən yuxarıda göstərilən faktları məhkəməyə təqdim edə bilməmiş, çıxarılmış məhkəmə qətnaməsini də almamışdır. xx xxx 2012-ci il tarixli, xxx saylı kredit müqaviləsinin müddətinin xx xxx 2020-cı il tarixdə bitməsinə və xx.xx.2019-cu il tarixədək Cavabdeh həmin müqavilə üzrə üzərinə düşən öhdəliyi tam yerinə yetirməyi və bank qarşısında borcunun olmaması barədə apelyasiya kollegiyasına xx xxxx 2019-cu il tarixli, x2 saylı arayış və hesabdan çıxarış təqdim edilməsinə baxmayaraq, məhkəmə bunlara əhəmiyyət verməmiş, işin həqiqi halları və tərəflərin qarşılıqlı münasibətləri baxımından düzgün hüquqi nəticəyə gəlməmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

11. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. c) Məhkəmə icraatı iştirakçılarının izahatları

12. Məhkəmə iclasında iştirak edən cavabdehin vəkili, kassasiya şikayətinin dəlillərini müdafiə edərək onun təmin olunmasını xahiş etdi.

13. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmalarına baxmayaraq işdə iştirak edən digər şəxslər məhkəmə iclasına gəlmədikləri və gəlməmələrinin səbəbləri barədə məlumat vermədikləri üçün Məhkəmə kollegiyası MPM-in 415.3-cü maddəsinə əsasən, işə o nların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq. Azərbaycan Respublikasının Mülki Məcəlləsi:

14. Maddə

295. Girov saxlayanın (kreditorun) tələblərinin ödənilməsi üçün tutma girov qoyulmuş əşyaya borclu girovla təmin edilmiş öhdəliyi onun cavabdeh olduğu səbəblərdən icra etmədikdə və ya lazımınca icra etmədikdə yönəldilə bilər.

15. Maddə

297. Girov qoyulmuş əşya hərracda (açıq auksionda) və ya “Daşınar əmlakın yüklülüyü haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş hallarda istənilən üsulla satıla bilər.

16. Maddə

442. Öhdəliyin icrа edilməməsi dedikdə onun pozulmаsı və yа lаzımıncа icrа edilməməsi bаşа düşülür.

17. Maddə 445.2.1. Öhdəliyin onun icrаsı üçün müəyyənləşdirilmiş müddətdə icrа edilməməsi borclunun icrаnı gecikdirməsi sаyılır. Bun un nəticəsində icrаnı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zаmаnı təsаdüfən bаş vermiş icrа mümkünsüzlüyünün nəticələri üçün kreditor qаrşısındа məsuliyyət dаşıyır.

18. Maddə 448.1. Əgər bu Məcəllə ilə və müqаvilə ilə аyrı qаydа müəyyənləşdirilməyibsə, borclu onun risk dаirəsinə dаxil olаn öhdəliklərin icrа edilmədiyi bütün hаllаr üçün cаvаbdehdir.

19. Maddə 460.1. Öhdəliklərin icrаsı girov, dəbbə pulu və bu Məcəllədə nəzərdə tutulаn digər üsullаrlа təmin edilə bilər.

20. Maddə 739.1. Borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc аlаn) isə аldıqlаrını müvаfiq olаrаq pul və yа eyni keyfiyyətdə və miqdаrdа eyni növl ü əşyаlаr şəklində borc verənə qаytаrmаğı öhdəsinə götürür.

21. Maddə

741. Əgər müqavilənin iştirakçıları borcun faizlər ilə verilməsini şərtləşdirirlərsə, faizlər müvafiq surətdə bir ilin sonunda ödənilməli, borc bir il başa çatanadək qaytarılmalıdırsa, borcun qaytarılması ilə bir vaxtda ödənilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:

22. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

23. Maddə 361.4. Apelyasiya şikayətini verən şəxsin birinci instansiya məhkəməsinə təqdim edilməyən yeni sübutlara istinad etməsinə yalnız o hallarda yol verilir ki, o, şikayətdə həmin sübutların birinci instansiya məhkəməsinə təqdim edilməsinin qeyrimümkün olduğunu əsaslandırsın.

24. Maddə

416. Kassasiya instansiyası məhkəm əsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya baxışının hədləri

25. Hazırkı kassasiya şikayətində qətnamə tam mübahisələndirildiyindən apelyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır.

26. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

27. Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

28. İşin müəyyən edilmiş hallarından (§1) görünür ki, Cavabdeh bankdan götürdüyü kredit borcunu vaxtında qaytarmaq öhdəliyini pozmuşdur. Belə olan halda, “xxxx” KB ASC-nin qalıq borcun Cavabdeh tutularaq girov predmetinə yönəldilməsi tələbi yuxarıda qeyd edilən maddi hüquq normaları çərçivəsində əsaslıdır (§ 14-21).

29. Məhkəmə kollegiyası, ödədiyi pul məbləğlərin nəzərə alınmaması və borcunun olmaması barədə kassatorun dəlillərini əsaslı saymır. Ona görə ki, cavabdeh lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, birinci instansiya məhkəməsində iştirak və iddiaya etiraz etməmişdir. Belə olan halda, borcun ödənilməsinə istinad əsaslı sayıla bilməz. Çünki şəxsin birinci instansiya məhkəməsinə təqdim edilməyən yeni sübutlara istinad etməsinə yalnız o hallarda yol verilir ki, o, şikayətdə həmin sübutların birinci instansiya məhkəməsinə təqdim edilməsinin qeyri-mümkün olduğunu əsaslandırsın (§23). Cavabdeh tərəfindən isə belə əsaslandırma edilməmişdir.

30. Qeyd olunanları nəzərə alaraq Kollegiya bu qənaətə gəlir ki, apelyasiya instansiyası məhkəməsinin qətn aməsi dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti təmin olunmamalıdır.

31. Göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh kassasiya şikayəti təmin edilməsin. Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xxx nömrəli iş üzrə xx xxx 2020ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar