Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-481/2024 22.01.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı ilk, iddiaçı Cavabdeh2 cavabdeh İddiaçı qarşı qarşılıqlı iddia ərizələri üzrə QƏRARİ Açar sözlər: torpaq sahəsi və fərdi yaşayış evində ölçmə işlərinin aparılmasına yaradılan maneənin aradan qaldırılması Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası hakimlər Məmmədov Vidadi Məmməd oğlu (məruzəçi), Əliyev Zaur Əli oğlu və Abbasov Aqil Əzizağa oğlundan ibarət tərkibdə İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı torpaq sahəsi və fərdi yaşayış evində ölçmə işlərinin aparılmasına yaradılan maneənin aradan qaldırılması tələbinə dair ilk, iddia çı Cavabdeh2 cavabdeh İddiaçı qarşı (mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 5 saylı Xaçmaz ərazi idarəsi) alqı-satqı aktının etibarlı hesab edilməsi və sair tələblər barədə qarşılıqlı iddia ərizələri ilə bağlı Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(105)-1852/2023 nömrəli iş üzrə 01 noyabr 2023-cü il tarixli qətnaməsindən Cavabdeh2 kassasiya şikayətinə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ
1. Torpağın mülkiyyətə verilməsinə dair JN-029F kod 30407028 nömrəli şəhadətnaməyə görə, Dəvəçi rayonu Aqrar İslahat Komissiyasının 18 noya br 1998-ci il tarixli 59 nömrəli qərarına əsasən İddiaçı mülkiyyətinə fərdi yaşayış evinin tikintisi məqsədi ilə 0.10 ha həyətyanı torpaq sahəsi verilmişdir.
2. Şabran rayon Dövlət Arxivi tərəfindən verilmiş 02 may 2023-cü il tarixli 73 nömrəli arxiv çıxarışına əsasən, Şabran (keçmiş Dəvəçi) RİHB Pirəbədil İƏV Kilvar kəndi üzrə 1996-2000-ci illərdə tərtib edilmiş təsərrüfatbaşına kitabda İddiaçı təsərrüfatı və həmin təsərrüfatda tək özü qeydə alınmışdır.
3. Şabran RİHB Zeyvə İƏD üzrə nümayəndəsinin 02 may 2023-cü il tarixli arayışına görə, İddiaçı həqiqətən Şabran rayonu Kilvar kəndində 0.10 ha sahədə (JN-029F kod ********) fərdi yaşayış evi vardır.
4. AR İN ƏMDX Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri PHŞ 5 saylı Xaçmaz ərazi idarəsinin 20 iyun 2023-cü il tarixli məktubuna əsasən, İd diaçı adına olan 0.10 ha torpaq sahəsinə verilmiş JN-029F kod 30407028 nömrəli Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən 5 saylı Xaçmaz ərazi idarəsinə təhvil verilmiş şəhadətnamələrin verilməsi kitabında qeydiyyatdan keçmiş və qanuni istifadəsində həyətyanı torpaq sahəsi olan vətəndaşların adlı siyahısında 29-cu sırada adı qeyd olunmuşdur. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) Birinci instansiya məhkəməsində icraat
5. İddiaçı cavabdehlərə qarşı ilk iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, mülkiyyətində olan Şabran rayonu Kilvar kəndi ərazisində yerləşən torpaq sahəsinin və fərdi yaşayış evinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri PHŞ əməkdaşları tərəfindən müayinəsinin edilməsinə maneə olmalarının qadağan olunmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir.
6. İddiaçı Cavabdeh2 da məhkəməyə qarşılqlı iddia ərizəsi təqdim edərək, 30 iyul 1991-ci il tarixdə X1 ilə X4 arasında Dəvəçi (indiki Şabran) rayonunun Pirəbədil sovetliyində imzalanmış əmlakın alqı-satqısı haqqında aktın etibarlı hesab edilməsi, Ç.Məmmədovanın varisi Cavabdeh2 qanun üzrə yeganə vərəsə kimi tanınması, Ç.Məmmədovanın Şabran rayonunun Kilvar kəndində olan miras əmlakının qəbul edilməsi üçün müddətin uzadılması, cavabdeh İddiaçı adı qeyd olunan JN-029F kod 30407028 nömrəli torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamənin etibarsız hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
7. Şabran Rayon Məhkəməsinin 2(031)-373/2023 nömrəli iş üzrə 06 iyul 2023-cü il tarixli qətnaməsi ilə (hakim Ç.İsgəndərov) ilk iddia rədd edilmiş, qarşılıqlı iddia qismən təmin edilmiş, İddiaçı adı qeyd olunan JN-029F KOD 30407028 nömrəli torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə etibarsız hesab edilmiş, qarşılıqlı iddia qalan hissədə təmin edilməmişdir.
8. Birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslarına görə, “Məhkəmə ilkin iddia ilə bağlı hesab edir ki, iddia əsassızdır, belə ki, məhkəmə araşdırması zamanı müəyyən olundu ki, İddiaçı 1990-cı ildə Şabran rayonu Kilvar kəndinə gəlin köçmüş, 2-3 il həmin kənddə yaşadıqdan sonra Sumqayıt şəhərinə köçüb orada yaşamışdır. Üç uşağı vardır, uşaqlar da Sumqayıt şəhərində doğulmuş, orada oxuyub təhsil almışlar. Cavabdehlər 1990-cı ildən mübahisə edilən evdə yaşamış və hazırda da orada yaşayırlar. Evin kommunal xərclərini də onlar öddəmişlər. Cavabdeh tərəfindən mübahisələndirilən torpaq şəhadətnaməsi İddiaçı adına 2002-ci ildə verilmişdir. Həmin şəhadətnamənin verilməsinə əsas olan sənədlər müəyyən olunmadı. Məhkəmə qarşılıqlı iddia üzrə yuxarıda qeyd olunan mülki qanunvericiliyin tələblərinə əsasən və ilkin iddiaya qarşı münasibətdə hesab edir ki, Cavabdeh2 İddiaçı qarşı 30 iyul 1991-ci il tarixdə X1 ilə X4 arasında Dəvəçi (indiki Şabran) rayonunun Pirəbədil sovetliyində imzalanmış əmlakın alqı-satqısı haqqında aktın etibarlı hesab edilməsi, X2 varisi Cavabdeh2 qanun üzrə yeganə vərəsəsi kimi tanınması, X2 Şabran rayonunun Kilvar kəndində olan miras əmlakının qəbul edilməsi üçün müddətin uzadılması barədə tələbi əsassızdır. Cavabdeh İddiaçı adı qeyd olunan JN-029F KOD 30407028 nömrəli, torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamənin verilmə sinə əsas olan sənədlər müəyyən edilmədiyindən, həmin dövrlərdə İddiaçı Şabran rayonu Kilvar kəndində yaşamadığından, şəhadətnamənin surətini vəkil sorğusu ilə əldə etməsi belə nəticəyə gəlməyə əsas verir ki, İddiaçı adına olan JN-029F KOD 30407028 nömrəli, torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə etibarsızdır.” b) Apellyasiya instansiyası məhkəməsində icraat
9. Birinci instansiya məhkəməsinin qətnaməsindən İddiaçı və Cavabdeh2 apellyasiya şikayətləri vermişlər.
10. Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(105)-1852/2023 nömrəli iş üzrə 01 noyabr 2023-cü il tarixli qərardadı ilə (hakimlər S.Qafari (sədrlik edən və məruzəçi), A.Mahmudov və L.Məmmədova) İddiaçı apellyasiya şikayəti qismən təmin edilmiş, Şabran Rayon Məhkəməsinin 06 iyul 2023-cü il tarixli qətnaməsi qarşı lıqlı iddia təmin olunan hissədə ləğv edilmiş, qarşılıqlı iddianın torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamənin etibarsız hesab edilməsi tələbinə mülki mühakimə icraatı qaydasında ümumi məhkəmədə baxılmalı olmadığından, həmin hissədə iş üzrə icraata xitam verilmişdir.
11. Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(105)-1852/2023 nömrəli iş üzrə 01 noyabr 2023-cü il tarixli qətnaməsi ilə (hakimlər S.Qafari (sədrlik edən və məruzəçi), A.Mahmudov və L.Məmmədova) İddiaçı apellyasiya şikayəti qismən təmin edilmiş, birinci instansiya məhkəməsinin 06 iyul 2023-cü il tarixli qətnaməsi ilk iddia tələbinə aid hissədə ləğv edilmiş, həmin hissədə iş üzrə yeni qətnamə qəbul edilmiş, ilk iddia təmin edilmiş, Cavabdeh2 apellyasiya şikayəti təmin edilməmiş, qətnamə qarşılıqlı iddianın mü bahisələndirilən təmin edilməyən hissəsində dəyişdirilmədən saxlanılmışdır.
12. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin əsaslarına görə, “Dəvəçi rayonu Aqrar İslahat Komissiyasının xx.xx.1998-ci il tarixli 59 saylı qərarı ilə Şabran rayonu Gilvar kəndində 0,10 ha torpaq sahəsinin İddiaçı mülkiyyətinə verilməsi işin mübahisəsiz halıdır. Əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər (Mülki Məcəllənin 157.4. maddəsi). Qeyd etmək lazımdır ki, hər bir şəxsin mülkiyyətində daşınar və daşınmaz əmlakı olar. Mülkiyyət hüququ şəxsin mülkiyyətində olan əmlak üzərində sahiblik, istifadə və sərəncam vermək hüququnun realizəsi ilə həyata keçirilir. Bu hüququnun həyata keçirilməsinə hər hansı bir müdaxilənin edilməsi qadağandır və belə bir qadağa mülkiyyət hüququna müdaxilə kimi dəyərləndirilir. Həmçinin o da nəzərə alınmalıdır ki, bu əşyanı mülkiyyətçinin sahibliyindən götürmədən mülkiyyət hüququnun həyata keçirilməsinə maneələr törədən hərəkətlərdən müdafiə üsuludur. Bu halda mülkiyyətçinin belə hərəkətlərə son qoyulmasını tələb etmək hüququ yaranır. Adətən belə maneələr mülkiyyətçinin öz əmlakından istifadə etmək səlahiyyəti pozulur. Çünki əmlak onun sahibliyindən çıxmır və onu həmin əmlak barəsində sərəncam vermək hüququndan məhrum etmir. Mövcud vəziyyətdə iddiaçı mülkiyyətində olan 0,10 ha torpaq sahəsinə çıxarışın və texniki pasportu n verilməsi ilə Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 5 saylı Xaçmaz Ərazi İdarəsinə müraciət etmiş və həmin orqanın xx.xx.2022-ci il tarixli məktubuna əsasən mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınması ilə əlaqədar müraciət edilən fərdi yaşayış evi üzərində mübahisə mövcud olduğundan nəticədə daşınmaz müayinə baş tutmamışdır. Bu səbəbdən fərdi yaşayış evinin texniki göstəricilərini əks etdirən texniki pasportun hazırlanması və dövlət reyestrində qeydiyyata alınması mümkün olmadığı bildirilmişdir. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, iddiaçının mülkiyyətində olan torpaq sahəsindən istifadəyə cavabdehlər tərəfindən maneələr törədildiyindən və bu maneələr məhkəmə kollegiyasında öz təsdiqini tapdığından, sonuncunun bu hərəkətləri iddiaçının mülkiyyət hüququna müdaxiləni qaçılmaz etdiyindən, maneələr aradan qaldırılmalı, iddiaçının mülkiyyətinə cavabdehlər tərəfindən qəsd edən hərəkətlərə son qoyulmalı, Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin əməkdaşları tərəfindən müayinənin edilməsinə maneə olmaları qadağan edilməlidir.” KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA ETİRAZİN DƏLİLLƏRİ a) Kassasiya şikayətinin dəlilləri
13. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsi ilə razılaşmayan Cavabdeh2 ondan kassasiya şikayəti verərək, qətnamənin ləğv edilib, iddianın təmin olunmasını xahiş etmişdir.
14. Kassasiya şikayətinin dəlillərinə görə, ailə başçısı Cavabdeh1 onun evinə gəlin gəlmiş və hazırkı iş üzrə ilk iddiaçı olan İddiaçı Sumqayıt şəhərində olan 5 otaqlı mənzili hədiyyə etmişdir. İddiaçı heç bir zaman nə həmi n kənddə yaşamışdır, nə də həmin sovxozda işləmişdir. İlk İddiaçı öz tələbinin əsası kimi birinci instansiya məhkəməsinə qanunu pozmaqla əldə etdiyi JN-029F KOD 30407028 nömrəli torpağın mülkiyyətə verilməsinə dair şəhadətnaməni təqdim etmişdir. Şəhadətnamənin sübut kimi etibarsız olduğu məhkəmə baxışında sübut olunmuş, ƏMDX DƏDKR PHŞ 5 saylı Xaçmaz ərazi idarəsinin xx.xx.2023-cü il tarixli məktubunda da öz təsdiqini tapmışdır. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
15. Kassasiya şikayətinə qarşı etiraz təqdim olunmamışdır. TƏTBİQ EDİLƏN HÜQUQ
16. Azərbaycan Respublikasının Konstitusiyası: Maddə
13. Mülkiyyət İ. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur; İİ. Mülkiyyət dövlət mülkiyyəti, xüsusi mülkiyyət və bələdiyyə mülkiyyəti növündə ola bilər; Maddə
29. Mülkiyyət hüququ İ. Hər kəsin mülkiyyət hüququ vardır; İİ. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur; İİİ. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir; Maddə
60. Hüquq və azadlıqların inzibati və məhkəmə təminatı İ. Hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir; Maddə
125. Məhkəmə hakimiyyətinin həyata keçirilməsi Vİİ. Məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir; Maddə
129. Məhkəmə qərarları və onların icrası İİİ. Məhkəmə qərarı qanuna və sübutlara əsaslanmalıdır. 17. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiya: Maddə
6. Ədalətli məhkəmə araşdırması hüququ
1. Hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. 18. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyaya dair Protokol: Maddə
1. Mülkiyyətin müdafiəsi Hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs, cəmiyyətin maraqları naminə qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. Yuxarıdakı müddəalar dövlətin ümum i maraqlara müvafiq olaraq, mülkiyyətdən istifadəyə nəzarəti həyata keçirmək üçün yaxud vergilərin və ya digər rüsum və ya cərimələrin ödənilməsini təmin etmək üçün zəruri hesab etdiyi qanunları yerinə yetirmək hüququnu məhdudlaşdırmır.
19. Azərbaycan Respublikasının Mülki Məcəlləsi: Maddə 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur; Maddə 152.5. Mülkiyyətçi müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, h əmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın; Maddə 157.4. Əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər.
20. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi (MPM): Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir; Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq nor malarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur; Maddə 106.1. İşdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir; Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır; Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır; Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir; Maddə 416.1. Kassasiya in stansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır; Maddə 417.1. Kassasiya məhkəməsi işə baxarkən: 417.1.1. apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər; Maddə 418.1. Maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması, o cümlədən maddi və prosessual hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin pozulması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır; Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv e dilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
21. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilib, işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
22. Kassasiya şikayətində qətnamənin ləğvi xahiş edildiyi üçün, apellyasiya instansiyasının yekun məhkəmə aktı şikayətdə irəli sürülən d əlillər üzrə tam yoxlanılır.
23. Məhkəmə kollegiyası hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün əhəmiyyətli hesab etmədiyindən, kassasiya şikayətinə yazılı icraat qaydasında baxmışdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
24. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Həmçinin, iş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan, apellylasiya instansiyası məhkəməsinin qətnaməsinin tam yaxud qismən ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
25. Apellyasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki halları və apellyasiya şikayətinin dəlilləri üzrə lazımi araşdırma aparılmış, sübutetmə yükü düzgün bölüşdürülmüş, sübutlara hüquqi qiymət verilmişdir.
26. İlk olaraq, hər hansı üçüncü şəxsin törətdiyi pozuntudan mülkiyyətçinin əşya hüquqları məhkəmə müdafiəsi üsulu ilə müdafiə edilir. Belə hüquqi müdafiə üsulunun əsas məqsədi ya mülkiyyətçiyə ona məxsus olan sahiblik, əmlakdan istifadə və onun üzərində sərəncam vermək hüquqlarını bərpa etməkdən, ya da bu hüquqların həyata keçirilməsinə mane olan halları aradan qaldırmaqdan ibarətdir. Bu üsulun əsas istiqaməti subyektiv hüquq olan mülkiyyət hüququnu bilavasitə müdafiə etməklə şərtlənir.
27. Mülkiyyətin məhkəmə müdafiəsi hüququ iddia vasitəsilə həyata keçirilir. Bu iddia əşya hüququnu pozan hər bir şəxsə qarşı irəli sürülür. Əşya-hüquqi id dialara vindikasiya iddiası, neqator iddia və mülkiyyət hüququnun tanınması barədə iddialar daxildir. Hər üç iddia petitor iddiadır. Petitor iddia dedikdə, mülkiyyət hüququ barədə verilən iddia başa düşülür.
28. Neqator iddia sahiblikdən məhrum edilməklə əlaqədar olmayan pozuntuların aradan qaldırılması barədə iddiadır. Neqator iddia mülkiyyətçinin ona məxsus olan əmlakdan istifadə və onun üzərində sərəncam səlahiyyətlərinin həyata keçirilməsinə mane olan pozuntuların aradan qaldırılması haqqında üçüncü şəxsə qarşı irəli sürdüyü müqavilədənkənar tələbdən ibarətdir. Neqator iddia habelə mülkiyyət hüququnun həyata keçirilməsinə yönələn maneə təhlükəsinin olması imkanları olduqda da qaldırıla bilər. Neqator iddianın anlayışı Mülki Məcəllənin 157.4-cü maddəsində verilmişdir. Neqator iddanın məqsədi mülkiyyətçinin və digər titul sahibinin əşyaya sahiblikdən məhrumetmə ilə bağlı olmayan digər salahiyyətlərini (istifadə və sərəncam səlahiyyətini) müdafiə etməklə, pozulmuş hüquqları bərpa etməkdən ibarətdir. Bu iddiadan üç məqsəd güdülür: birincisi, hüququ pozulmuş hərəkətlərin qarşısını almaq; ikincisi, gələcəkdə mülkiyyət hüququnun pozulmasına gətirib çıxara biləcək hərəkətlərin qarşısını qabaqcadan almaq (preventiv məqsəd); üçüncüsü, hüququn pozulması anına kimi mövcud olan vəziyyəti bərpa etmək üçün müəyyən hərəkət etməyi cavabdehə həvalə etmək. Neqator iddia təmin edildikdə pozuntu törədən şəxsin üzərinə yaratdığı maneəni aradan qaldırmaq vəzifəsi qoyulur. Bu vəzifənin icra edilməsi nəticəsində mülkiyyətçi əşya barəsində istifadə və sərəncam səlahiyyətlərini həyata keçirmək imkanı əldə edir.
29. Həmçinin, hüquqi həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Təqdim olunmuş sübutlar əsasında həqiqətin müəyyən edilməsi isə məhkəmə tərəfindən sübutların düzgün qiymətləndirilməsindən asılıdır. Sübutların qiymətləndirilməsi faktların müəyyənləşdirilməsi imkanına dair məntiqi fəaliyyətdir və işdə olan sübutlar əsasında işin həll olunması deməkdir. Sübutların qiymətləndirilməsi məhkəmə tərəfindən ilkin (məhkəmə araşdırmasının sonunda) və yekun (müşavirə otağında məhkəmə qətnaməsi qəbul edilərkən) qiymətləndirməni nəzərdə tutur. İlkin qiymətləndirmə ayrı-ayrı faktların müəyyən edilməsi üçün hər bir sübutun aid edilməsi, mümkünlüyü, mötəbərliyi və yetərliliyi nöqteyinəzərindən onun predmetinin keyfiyyətinə da ir keçirilir. Sübutetmənin son mərhələsi məhkəmə tərəfindən bütün sübutların yoxlanılması əsasında verilən yekun hüquqi qiymətdir. İş üzrə qərarın əsasında yalnız obyektiv, qərəzsiz, hərtərəfli və tam yoxlanılmış sübutlar dayana bilər. Sübutların bu cür qiymətləndirilməsi məhkəmə iclasında sübutetmə predmetinə daxil olan tərəflərin bildirdiyi bütün faktların hərtərəfli, tam və qərəzsiz tədqiqi əsasında və yalnız qanuna əsaslanaraq hakim tərəfindən həyata keçirilir. Hər bir sübut aidiyyət, mümkünlük, mötəbərlik nöqteyinəzərindən, bütün sübutların məcmusu isə iş üzrə sübut edilməli olan faktların yetərliliyi baxımından qiymətləndirilir. Heç bir sübut məhkəmə üçün əvvəlcədən müəyyən edilmiş qüvvəyə malik deyil.
30. Konstitusiya Məhkəməsinin Plenumu da qərarlarında qeyd etmişdir ki, hər bir tə rəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir (“Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinin şərh edilməsinə dair” 2016-cı il 23 fevral tarixli Qərar).
31. Bu kontekstdə kassasiya şikayətinə münasibətdə qeyd edilməlidir ki, şikayətin dəlilləri əsassızdır. Belə ki, Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(105)1852/2023 nömrəli iş üzrə 01 noyabr 2023-cü il tarixli qərardadı ilə qarşılıqlı iddianın torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamənin etibarsız hesab edilməsi tələbinə mülki mühakimə icraatı qaydasında ümumi məhkəmədə baxılmalı olmadığından, həmin hissədə iş üzrə icraata xitam verilmiş, qərardad Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının hazırkı iş üzrə 22 yanvar 2024-cü il tarixli qərarı ilə dəyişdirilmədən saxlanılmışdır, həmin şəhadətnamə hazırda qüvvədədir və iddiaçının barəsində qəbul edilmiş əlverişli inzibati akt olmaqla, maraqlı şəxslərə münasibətdə məcburi hüquqi nəticələr doğurur.
32. Beləliklə, mülki işə kassasiya qaydasında baxan məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişiklik edilmədən saxlanılmalıdır.
33. Göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(105)-1852/2023 nömrəli iş üzrə 01 noyabr 2023-cü il tarixli qətnaməsi dəyişiklik edilmədən saxlanılsın. Cavabdeh2 kassasiya şikayəti təmin edilməsin. Qərar qəbul edildiyi andan qüvvəyə minir.