Məhkəmə qərarları › İş №2(102)-4813/2022

Ali Məhkəmə Qərar — İş №2(102)-4813/2022

13.09.2022 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-4813/2022 13.09.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdehlər Cavabdeh1nə, 3-cü şəxslər Bakı şəhəri Cavabdeh2nə, Azərbaycan Respublikası FHN, Tikintidə X2 Agentliyinə və Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: zərərin əvəzinin ödənilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Şəfiyev İspəndiyar Əsəd oğlu (sədrlik edən və məruzəçi), Əhmədov Əhməd Abbas oğlu və Həsənov Vüqar Təvəkgül oğlundan ibarət tərkibdə, İddiaçı Cavabdeh1 MTK-ya qarşı “mülkiyyətdə olan yaşayış sahəsinə vurulan zərərin əvəzinin ödənilməsi” tələbinə dair mülki iş üzrə Bakı Apellyas iya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-241/2022 nömrəli, 18 may 2022-ci il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə 13 sentyabr 2022-ci il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları 1. ünvani tam mülkiyyət hüququ üzrə İddiaçı mülkiyyətindədir.

2. Cavabdeh2 başçısının xx.xx.2018-ci il tarixli 116 nömrəli sərəncamı ilə Cavabdeh1 MTK-ya Bayıl qəsəbəsi, Neftçi Qurban küçəsi 32, 34, 36 ünvanlarda yerləşən, uzun müddətli istismar nəticəsində yararsız hala düşərək qəzalı vəziyyətdə olan yaşayış binalarının sökülərək həmin ərazidə çoxmərtəbəli yaşayış binasının layihələndirilməsi və tikintisinə icazə verilmişdir.

3. Həmin bina iddiaçının yaşadığı binanın yanında yerləşir.

4. İddiaçı cavabdeh tərəfi ndən görülən inşaat işləri ilə əlaqəli onun yaşadığı mənzilin divarlarında çatlar əmələ gəlməsini iddia edir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a)Birinci instansiya məhkəməsində icraat

5. İddiaçı Cavabdeh1 MTK-ya qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, yaşadığı və mülkiyyətində olan ünvaninə cavabdehin vurduğu zərərin əvəzi olaraq tikinti başlananadək mövcud olan bazar dəyəri - 80000 manat məbləğində pulun cavabdeh "Kristal Abşeron” MTK-dan onun xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

6. İddia tələbi onunla əsaslandırılmışdır ki, 2018-ci ilin may ayından iddiaçının yaşadığı binadan 5 metr məsafədə cavabdeh tərəfindən hündür mərtəbəli bina inşa edilir. Qazıntı işləri başlanan gündən iddiaçının mülkiyyətində olan mənzildə yaşamaq mümkün deyil. Tikintinin nəticəsində mənzilin və blokun divarlarında əmələ gələn əsaslı çatlar və zədələr mənzili qəzalı vəziyyətə salmış, iddiaçının və ailəsinin həyatına təhlükə yaratmışdır. Hətta tikinti başlanandan bir neçə dəfə sürüşmə baş vermişdir. İnşa olunan 18 mərtəbəli bina şəhərsalma və tikinti qaydalarına zidd olaraq iddiaçının yaşadığı binaya çox yaxın, demək olar ki, bitişik tikilir. Halbuki, Azərbaycan Respublikası Şəhərsalma və Tikinti Məcəlləsinin 69,5.1-ci bəndinə əsasən digər tikililərlə binanın ara məsafə tikilən binanın divar hündürlüyünün 0,6 hissəsi qədər olmalıdır. Bu barədə iddiaçı qonşularla birgə dəfələrlə əlaqədar qurumlara (Fövqəladə Hallar Nazirliyinə, Dövlət Şəhərsalma və Arxitektura Komitəsinə və s.) müraciət etmişdir. Lakin heç bir təşkilat haqlı tələblərinə ağlabatan cavab vermə yib. 2018-ci ilin yayına qədər iddiaçı Bakı şəhərinin elit evlərindən biri sayılan gözəl binada yaşayırdı. Dənizə mənzərəsi, təmiz havası, geniş mənzili var idi. Mənzilinin dəyəri 700000 - 800000 manat qiymətləndirilmişdir. Cavabdehin apardığı tikinti nəticəsində isə bina, o cümlədən mənzil yararsız və qəzalı hala salınıb, hər gün çatların artmasının şahidi olur. İddiaçını və ailəsini belə təhlükəli şəraitdə yaşamağa məcbur edən, bahalı mənzilini dəyərsizləşdirən, bu müddət ərzində sağlamlığına, psixoloji durumuna vurulan zərərə kim məsuliyyət daşıyacaq. Bundan başqa, tikintinin qanuni əsasını təsdiq edən sənədlərin mövcudluğu (tikintiyə icazə və s.) müvafiq dövlət orqanlar tərəfindən qanunauyğun verilib verilməməsi məsələsi də sual altındadır.

7. Məhkəmənin qərardadı əsasında Məhkəmə Eksp ertiza Mərkəzinin verdiyi xx.xx.2019-cu il tarixli, 8345 №-li rəyində göstərilir: 1-ci sual üzrə: Bakı şəhəri, Səbail rayonu, Bayıl qəsəbəsi, ünvan küçəsində yerləşən, Cavabdeh1 MTK tərəfindən inşa olunan çoxmərtəbəli binanın 4 saylı binaya münasibətdə “Dövlətbaşekspertiza” tərəfindən razılaşdırılmış eskiz layihəsində göstərilmiş ara məsafəsinə uyğun yerləşmiş olduğunu və AZDTN 2.6-1 “Dövlət şəhərsalma Norma və Qaydaları”nın yanğın əleyhinə tələblərin 2-ci bəndinə əsasən binaların giriş olmayan fasadları boyunca yanğınsöndürən maşınların keçməsi üçün ara məsafəsinin inşaat norma və qaydalarına uyğun olduğu müəyyən edilir; 2-ci və 3-cü suallar üzrə: Cavabdeh1 MTK tərəfindən inşa olunmuş çoxmərtəbəli binanın İddiaçı məxsus Bakı şəhəri, Səbail rayonu, Bayıl qəsəbəsi, ünvan küçəsində yerləşən 4 saylı evin 21 saylı mənzilin pəncərələrindən 21,2 metr kənarda yerləşdiyini və binalar arasındakı məsafənin razılaşdırılmış layihəyə uyğun olduğunu nəzərə aldıqda, çoxmərtəbəli binanın 4 saylı evin 21 saylı mənzilinə düşən təbii işığın və hava axımının qarşısını almadığı müəyyən olunur. Çoxmərtəbəli yaşayış binasının inşaat norma və qaydalarına uyğun inşa edildiyi, 21 saylı mənzilin texniki pasportunda göstərilən 8 və 10 saylı tikililərinə düşən təbii işığın və hava axımının qarşısı alınmadığı nəzərə alınaraq, qərardadın 3-cü sualı üzrə tədqiqat aparılmadı; 4-cü sual üzrə: Bakı şəhəri, Səbail rayonu, Bayıl qəsəbəsi, ünvan küçəsində yerləşən 4 saylı evin 21 saylı mənzilinin divarları və tavanı üzərində müxtəlif şaquli və üfüqi nazik suvaq üstü çatların yaranma səbəbi (Cavabdeh1 MTK tərə findən binanın inşası ilə əlaqədar olub-olmaması) və dəymiş ziyanın dəyəri Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Tikintidə X2 Agentliyinin mütəxəssis rəyi və smeta sənədləri təqdim edildikdən sonra müəyyən oluna bilər.

8. Birinci instansiya məhkəməsində Cavabdeh1 MTK-nın nümayəndəsi X3 iddianı qəbul etməyərək izahatında göstərmişdir ki, ekspert rəyini şübhə altına alan heç bir səbəb yoxdur. Ekspert, məhkəmənin hakiminin iştirakı ilə də mübahisəli binaya və mənzilə baxış keçirmişdir. İddiaçının yaşadığı bina 100 ildən artıqdır ki, inşa olunub. 2000-ci ildə Bakı şəhərində zəlzələ hadisəsi də baş vermişdir. Binada iri çatlar mövcud deyil. İddiaçının mənzilində isə çatlar suvaq üstü yaranan çatlardır. Yəni nə binanın, nə mənzilin qəzalı vəziyyətdə olması təsdiq olunmur və müəyyən olunmur. Ona görə də qaldırılan iddianın heç bir hüquqi əsası yoxdur. Nümayəndəsi olduğu MTK tərəfindən tikilən bina tikinti norma və qaydalarına uyğun inşa edilmişdir, hər hansı mülkiyyətçinin və sakinin hüquqlarını pozmur.

9. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 23 iyul 2019-cu il tarixli, 2(009)-963/2019 saylı qətnaməsi ilə (hakim Şahin Abdullayev) iddia tələbi təmin edilməmişdir.

10. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, ekspert rəyi ilə cavabdeh tərəfindən aparılan tikintinin razılaşdırılmış eskiz layihəsinə əsasən aparılması müəyyən edilmiş və həmin tikinti AZDTN 2.6-1 “Dövlət şəhərsalma Norma və Qaydaları”nın yanğın əleyhinə tələblərin 2-ci bəndinə uyğundur. İddiaçı cavabdeh tərəfindən aparılan tikintinin Azərbaycan Respublikası Şəhərsalma və Tikinti Məcəlləsinin 69.5.1-ci maddəsinə uyğun olmayaraq aparılmasını iddia etsə də, bu halları təsdiq edəcək sübutları məhkəməyə təqdim edə bilməmişdir. Cavabdeh tərəfindən aparılan tikintinin şəhərsalma və tikinti qaydalarına, həmçinin Şəhərsalma və Tikinti Məcəlləsinin tələblərinə uyğun olması müəyyən edildiyindən, bununla da iddiaçının iddia ərizəsində gətirdiyi dəlillər öz təsdiqini tapmadığından, iddiaçı cavabdeh tərəfindən aparılan tikintinin onun hüquqlarının pozulmasına səbəb olmasını iddia etməkdə haqlı hesab edilə bilməz.

11. Birinci instansiya məhkəməsi həmçinin qeyd edib ki, ekspert rəyi ilə Cavabdeh1 MTK tərəfindən inşa olunmuş çoxmərtəbəli binanın İddiaçı məxsus Bakı şəhəri, Səbail rayonu, Bayıl qəsəbəsi, ünvan küçəsində yerləşən 4 saylı evin 21 saylı mənzilin pəncərələrindən 21,2 m. kənarda yerləşdiyi, binalar arasındakı məsafənin razılaşdırılmış layihəyə uyğun olması, həmçinin çoxmərtəbəli binanın 4 saylı evin 21 saylı mənzilinə düşən təbii işığın və hava axımının qarşısını almadığı müəyyən olunmuşdur. Cavabdehin apardığı tikintinin iddiaçının qanunla qorunan mənafeyinə xələl gətirməməsi iş üzrə təyin edilmiş ekspert rəyi ilə öz təsdiqini tapdığından və həmin ekspert rəyini təkzib edən hər hansı sübut iddiaçı tərəfindən məhkəməyə təqdim olunmadığından, ekspert rəyi mötəbər sübut kimi qəbul edilməli və qimətləndirilməlidir.

12. İş üzrə təyin edilmiş ekspert rəyi ilə müəyyən edilmişdir ki, iddiaçının mülkiyyətindəki mənzilin divarları və tavanı üzərində müxtəlif şaquli və üfüqi nazik suvaq üstü çatlar yaranmışdır. İddiaçı mənzilində yaranmış qüsurların cavabdehin apardığı tikinti nəticəsi ndə baş verməsini iddia etsə də, həmin qüsurların məhz tikinti başlayan və aparılan vaxt yaranması, aparılan tikinti ilə yaranmış qüsurlar arasında səbəbli əlaqənin olması ilə bağlı hər hansı mötəbər sübutu məhkəməyə təqdim edə bilməmişdir.

13. Birinci instansiya məhkəməsi vurğulayıb ki, sübutetmə yükünü daşıyan iddiaçıya iddia tələbi ilə bağlı zəruri əlavə sübutlar təqdim etməsi üçün ona vaxt verilməsi və ya zəruri sübutları əlavə etməsi üçün onları tələb etmək barədə vəsatət verməsi hüquqları izah edilsə də, iddiaçı başqa sübutunun olmadığını, ancaq təqdim etdiyi sübutlar əsasında işə baxılmasını və cavabdeh barəsində yoxlama təşkil edilib ona cinayət işinin açılmasını xahiş etmişdir. İddiaçı mənzilində yaranmış qüsurlar nəticəsində vurulmuş ziyanın əvəzi olaraq mənzilin mövcud bazar d əyərinin cavabdehdən tutulmasını xahiş edir. Lakin məhkəmə qeyd edir ki, cavabdeh tərəfindən iddiaçının mülkiyyətindəki mənzilin yaşayış üçün yararsız və qəzalı vəziyyətə salınması halı mövcud deyil. Digər tərəfdən cavabdeh tərəfindən iddiaçının yaşadığı binanın yaxınlığında yüksək mərtəbəli binanın tikintisi, iddiaçının mənzilində yaşamasını qeyri-mümkün edən hal kimi qiymətləndirilə bilməz. Yəni iddiaçı cavabdeh tərəfindən aparılan tikinti nəticəsində vurulmuş ziyanın əvəzi kimi mülkiyyətindəki mənzilin dəyərini tələb etməsi qanuni hesab edilə bilməz. İddiaçının cavabdehdən mənzilin dəyərini tələb etmək üçün ilk növbədə həmin mənzildə onun yaşamasının qeyri-mümkünlüyü və həmin qeyri-mümkünlüyün cavabdehin hərəkətləri nəticəsində baş verməsi faktı sübut olunmalıdır. Lakin iddiaçı tərəfind ən belə sübutlar da məhkəməyə təqdim olunmamışdır.

14. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1, 21.2, 386-cı, «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 31 may 2002-ci il tarixli qərarı və Mülki Prosessual Məcəllənin 14.2, 77.1, 88-ci maddələrinə istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki birinci icraat

15. İddiaçı apellyasiya şikayəti verərək Səbail Rayon Məhkəməsinin 23 iyul 2019-cu il tarixli qətnaməsinin ləğv edilib iddianın təmin olunması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.

16. Apellyasiya şikayəti iddia ərizəsinin məzmununa uyğun əsaslandırmaqla cavabdeh tərəfindən inşa edilən binanın “Şəhərsa lma və Tikinti” Məcəlləsinin 69.5.1-ci maddəsinin tələblərinə zidd olaraq inşa edildiyini bildirmişdir.

17. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-12036/2019 nömrəli, 03 oktyabr 2019-cu il tarixli qərardadı ilə əlavə məhkəmə tikinti-texniki ekspertizası təyin edilmişdir. Ekspertizanın keçirilməsi Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Tikintidə X2 Agentliyinin mütəxəssisləri cəlb edilməklə Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinə həvalə edilmişdir. Ekspertin qarşısında aşağıdakı suallar qoyulmuşdur:

1. İddiaçı mülkiyyətində olan mənzilin yerləşdiyi Bakı şəhəri, Səbail rayonu, Bayıl qəsəbəsi, ünvan küçəsi, 4 nömrəli evin yaxınlığında Cavabdeh1 MTK tərəfindən çoxmərtəbəli binanın inşa edilməsi mövcud inşaat (tikinti) norma və qaydalarına, o cümlədən Azərb aycan Respublikası Şəhərsalma və Tikinti məcəlləsinin müvafiq müddəalarına uyğundurmu ?

2. Cavabdeh1 MTK tərəfindən çoxmərtəbəli binanın inşa edilməsi İddiaçı mülkiyyətində olan Bakı şəhəri, Səbail rayonu, Bayıl qəsəbəsi, ünvan küçəsi, 4 nömrəli evin 21 saylı mənzilin təbii işıqlanma və hava axınına maneə yaradırmı ?

3. İddiaçı mülkiyyətində olan Bakı şəhəri, Səbail rayonu, Bayıl qəsəbəsi, ünvan küçəsi, 4 nömrəli evin 21 saylı mənzilinin daxilində və ya bayır hissəsində hər hansı çat və zədələr mövcuddurmu? Belə zədələr mövcud olduğu halda onların mövcudluğu mənzildən təyinatı üzrə istifadəsinə mane olurmu, o cümlədən mənzildə yaşayanlara təhlükə yarada bilərmi ?

4. İddiaçı mülkiyyətində olan Bakı şəhəri, Səbail rayonu, Bayıl qəsəbəsi, ünvan küçəsi, 4 nömrəli evin 21 saylı mənzilinin daxil ində və ya bayır hissəsində çatlar və zədələr müəyyən edildiyi halda, onların yaranma səbəbləri müəyyən edilsin. O cümlədən həmin çatların və zədələrin yaranması binanın yaxınlığında Cavabdeh1 MTK tərəfindən çoxmərtəbəli binanın inşa edilməsi ilə əlaqəlidirmi ?

5. İddiaçı mülkiyyətində olan Bakı şəhəri, Səbail rayonu, Bayıl qəsəbəsi, ünvan küçəsi, 4 nömrəli evin 21 saylı mənzilinin daxilində və ya bayır hissəsində çatlar və zədələr müəyyən edildiyi halda onların aradan qaldırılması mümkündürmü? Mümkün olduğu halda onların aradan qaldırılması üçün hansı işlər görülməlidir? Zərərin aradan qaldırılması üçün zəruri olan xərclərin miqdarı (tikinti-quraşdırma işlərinin görülməsi və materialların qiymətləri daxil olmaqla) müəyyən edilsin.

18. Həmin qərardad əsasında Azərbaycan Respublikası Fövqəl adə Hallar Nazirliyi Tikintidə X2 Agentliyinin mütəxəssisi tərəfindən verilmiş rəyin tədqiqat hissəsində göstərilmişdir ki, vizual baxış zamanı müəyyən edildi ki, ünvan 2 ünvanda yerləşən yaşayış binası 4 mərtəbəli, planda düzbucaqlı şəkilli olub 1874-cü ildə inşa edilmişdir. Baxış keçirilən zaman binada sakinlər tərəfindən sonradan artırmalar və eyvanların, böyük ölçülü şüşəbəndlərin inşa olunması müşahidə edildi. Göstərilən əlavə tikililər inşaat-norma və qaydaları gözlənilmədən yerinə yetirilmişdir. Binanın əsas yükdaşıyan və arakəsmə divarları but daşından yerinə yetirilmişdir. Baxış zamanı binanın əsas yükdaşıyan divarlarında ciddi şəkildə çat və deformasiyalar müşahidə olunmadı. Mütəxəssis tədqiqatın yekununda qərardadın 3-cü və 4-cü sualları üzrə müəyyən etmişdir ki, baxış keçiril ən zaman binada sakinlər tərəfindən sonradan artırmalar və eyvanların, böyük ölçülü şüşəbəndlərin inşa olunması müşahidə edildi. Göstərilən əlavə tikililər inşaat norma və qaydaları gözlənilmədən yerinə yetirilmişdir, həmçinin bu artırmalar binanın əlavə yüklənməsinə səbəb olur. Binaya baxış keçirilən zaman binada yuxarıda göstərilən səbəblərdən və uzun illər istismar nəticəsində bəzi yerlərdə kiçik ölçülü çatlar və suvaq çatları müşahidə olunur. Binada hər hansi bir ciddi deformasiya və zədələr müşahidə olunmadı. Göstərilən kiçik ölçülü çat və suvaq çatları binanın normal istismarına və insanların həyat və sağlamlığına təhlükə törətmir.

19. Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin verdiyi 12 iyun 2020-ci il tarixli ekspert rəyində göstərilmişdir ki, Azərbaycan Respublikası Fövqəlad ə Hallar Nazirliyi Tikintidə X2 Agentliyinin mütəxəssis rəyinə əsasən, binada sakinlər tərəfindən sonradan artırmalar və eyvanların, böyük ölçülü şüşəbəndlərin inşa olunması, göstərilən əlavə tikililər inşaat-norma və qaydaları gözlənilmədən yerinə yetirilmiş və həmçinin bu artırmalar binanın əlavə yüklənməsinə səbəb olmuşdur. Binada yuxarıda göstərilən səbəblərdən və uzun illər istismar nəticəsində bəzi yerlərdə kiçik ölçülü çatlar və suvaq çatları müşahidə olunur. Binada hər hansı bir ciddi deformasiya və zədələr müşahidə olunmamışdır. Göstərilən kiçik ölçülü çat və suvaq çatları binanın normal istismarına və insanların həyat və sağlamlığına təhlükə törətmir.

20. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-472/2020 nömrəli, 03 sentyabr 2020-ci il tarixli qətnaməsi ilə (hakimlə r Şeyda Məhərrəmova (sədrlik edən və məruzəçi), Məmməd Məmmədov, Rəşad Həsənov) apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanmışdır.

21. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq, iddiaçının apellyasiya şikayətinin dəlillərini təsdiq edən sübut təqdim edə bilməməsinə istinad etmişdir. Məhkəmə kollegiyası bildirmişdir ki, həm birinci instansiya məhkəməsində, həm də apellyasiya baxışı zamanı iş üzrə verilmiş ekspert rəylərindən müəyyən olunur ki, iddiaçının mülkiyyətində olan ünvaninə zərərin dəyməsinə Cavabdeh1 MTK tərəfindən hündürmərtəbəli binanın inşa edilməsi səbəb olmamışdır. Buna görə də birinci instansiya məhkəməsi iddia tələbini təmin etməməkdə haqlı olmuşdur.

22. Məhkəmə kolleg iyası apellyasiya şikayətinin cavabdeh tərəfindən inşa edilən binanın “Şəhərsalma və Tikinti” Məcəlləsinin 69.5.1-ci maddəsinin tələblərinə zidd olaraq inşa edilməsi barədə dəlilinə dair qeyd etmişdir ki, göstərilən səbəblə iddiaçının cavabdehə qarşı məhkəməyə müraciət etməkdə subyektiv hüququ yoxdur. Belə ki, binanın “Şəhərsalma və Tikinti” Məcəlləsinin tələblərinə zidd olaraq inşa edilməsi barədə iddia tələbi ilə müvafiq icra hakimiyyəti orqanı məhkəməyə müraciət edə bilər. Nəzərə alınmalıdır ki, “Şəhərsalma və Tikinti” Məcəlləsinin 95.3-cü maddəsinə əsasən bu Məcəllənin 95.1.3-1- ci, 95.1.4-cü və 95.2-ci maddələrində nəzərdə tutulmuş hallar istisna olmaqla, digər hallarda müvafiq icra hakimiyyəti orqanı tikinti obyektinin sökülməsi barədə məhkəməyə müraciət edir. c) Kassasiya instansiya sı məhkəməsindəki birinci icraat

23. İddiaçı kassasiya şikayəti verib, qətnamənin ləğv olunmasını, işin yenidən baxılması üçün apellyasiya instansiya məhkəməsinə göndərilməsini xahiş etmişdir.

24. Kasasiya şikayəti onunla əsaslandırılmışdır ki, Bakı Apellyasiya Məhkəməsi işə baxarkən işin faktiki hallarına düzgün qiymət vermədən mülki, mülki prosessual, şəhərsalma və tikinti normaları qaydalarına zidd olan qərar qəbul etmişdir. Belə ki, işin hallarından da göründüyü kimi, MTK tərəfindən onun mənzilinin tam yaxınlığında - 5-10 metr ara məsafəsində hündür mərtəbəli bina tikməsi nəticəsində bazar dəyəri 800000 manat olan əmlakında gözlə görünə biləcək dərəcədə çatlar əmələ gəlməklə binanın əsas dayaq hissələri zədələnmişdir. Bununla bağlı apelyasiya icraatında iş üzrə təyin edilmiş məhkəmə- mühəndislik ekspertizası, həmçinin Fövqəladə Hallar Nazirliyi Tikintidə X2 Agentliyi və Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsi tərəfindən MTK-nın inşa etmiş olduğu tikilinin Tikinti və Şəhərsalma normalarına uyğun olub-olmamasına dair mütəxəssislər qarşısında qoyulmuş suallara həmin orqanlar tərəfindən birmənalı olaraq cavab verilməmiş, bununla da keçirilən ekspertizanın iş üzrə obyektiv və qanuni qərar qəbul edilməsinə dair mötəbər sübut kimi qiymətləndirilməsinə əsaslı maneələr yaradılmışdır. Suallardan ən başlıcası isə bundan ibarət olmuşdur ki, tikilən hündür mərtəbəli bina tikinti normalarına əsasən iddiaçının mülkiyyətində olan binaya hansı məsafədə yerləşir və hündürlüyün ara məsafəsinə münasibətdə 0.6 faizini təşkil edib-etmir? Bütün digər qarşıya qoyulan suallara ekspertizanın vermiş olduğu cavabın məhz bu sualdan çox asılı olduğu nəzərə alınsa, bu suala cavab verilmədiyi təqdirdə digər sualların hər hansı məntiqi və işin nəticəsinə dair təsir gücünün olmadığı qənaətində olmaq olar.

25. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 2(102)1750/2021 nömrəli, 09 mart 2021-ci il tarixli qətnaməsi ilə (hakimlər M.T.Əhmədova (sədrlik edən və məruzəçi), Ə.Ə.Əliyev və İ.K.Xəlilov) iddiaçının kassasiya şikayəti təmin edilmiş, iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-472/2020 nömrəli iş üzrə 03 sentyabr 2020-ci il tarixli qətnaməsi ləğv edilmiş, mülki iş yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə qaytarılmışdır.

26. Kassasiya instansiyası məhkəməsinin mövqeyinə görə məhkəmə araşdırması həyata keçi rilərkən təyin edilmiş hər iki məhkəmə tikinti-texniki ekspertizası üzrə ekspert qarşısında cavabdeh tərəfindən iddiaçının mənzilinə ziyanın vurulubvurulmadığı ilə əlaqədar sual qoyulsa da, birinci instansiya məhkəməsinin təyin etdiyi ekspertiza üzrə bu suala Azərbaycan Respublikası FHN Tikintidə X2 Agentliyinin mütəxəssis rəyi və smeta sənədləri təqdim edildikdən sonra zərərin cavabdeh tərəfindən vurulub-vurulmadığının müəyyən oluna biləcəyi göstərilməklə cavab verilməmiş, apelyasiya baxışı zamanı təyin edilmiş ekspertiza üzrə isə FHN Tikintidə X2 Agentliyinin mütəxəssislərinin cəlb edilməklə həyata keçiriləcək ekspertiza tədqiqatının nəticəsi üzrə bu sualın cavabı tələb olunsa da, FHN Tikintidə X2 Agentliyinin mütəxəssis rəyində bu suala cavab verilmədiyi halda, Məhkəmə Ekspertizası Mərk əzinin xx.xx.2020-ci il tarixli rəyində FHN Tikintidə X2 Agentliyinin mütəxəssis rəyinə əsasən tədqiq olunan mənzildə yaranmış çatların Cavabdeh1 MTK tərəfindən çoxmərtəbəli binanın inşa edilməsi ilə əlaqədar olmadığından qərardadın bu barədə sualı üzrə tədqiqat aparılmadığı göstərilmişdir. İşə mahiyyəti üzrə baxmış apelyasiya instansiyası məhkəməsi isə qəbul etdiyi qətnamədə həm birinci instansiya məhkəməsinin, həm də apelyasiya baxışı zamanı iş üzrə verilmiş ekspert rəyləri ilə iddiaçının mülkiyyətində olan ünvaninə zərərin dəyməsinə Cavabdeh1 MTK tərəfindən hündürmərtəbəli binanın inşa edilməsi səbəb olmadığının müəyyən olunduğuna istinad edərək, iddia tələbini əsaslı hesab etməmişdir. Halbuki, göründüyü kimi, birinci instansiya məhkəməsində baxış zamanı təyin edilmiş ekspertiza üzrə bu barədə suala cavab verilməkdən mütəxəssis rəyi və smeta olmaması ilə əlaqədar imtina edilmiş, apelyasiya baxışı zamanı təyin edilmiş ekspertiza üzrə ekspert tərəfindən isə mütəxəssis rəyində göstərilən sualla bağlı cavab verilmədiyi halda, cavab verilmiş kimi qəbul edilərək, bu barədə tədqiqat aparılmamışdır. Apelyasiya kollegiyası isə ekspert rəyləri ilə iddiaçının mənzilinə ziyanın cavabdeh tərəfindən vurulmadığının müəyyən olunduğuna istinad edərək qətnaməsini əsaslandırmışdır. Apelyasiya baxışı zamanı təyin edilmiş məhkəmə tikinti-texniki ekspertizası iddiaçının mənzilinə dəymiş ziyanın cavabdeh tərəfindən vurulub-vurulmadığı barədə məhkəmənin ekspert qarşısında qoyulmuş suala cavab verməyərək, ümumiyyətlə bu barədə tədqiqat aparmayaraq natamam rəy verməklə ekspertiza tədqiqatını başa çatdırmışdır. Apelyasiya kollegiyası isə qeyd edilən xüsusatlara əhəmiyyət verməyərək, Azərbaycan Respublikası MPM-nin 63.2- ci maddəsinin tələblərini nəzərə almayaraq, əlavə ekspertiza təyin etmək imkanında olduğu halda, natamam rəyi mötəbər sübut kimi qəbul etmişdir. ç) Apellyasiya instansiyası məhkəməsindəki ikinci icraat

27. Apellyasiya instansiya məhkəməsinin 26 may 2021-ci il tarixli, 2(103)4979/2021-ci il tarixli qərardadı ilə əlavə məhkəmə-tikinti (mühəndis)-texniki ekspertizası təyin təyin edilmişdir. Ekspertin qarşısında aşağıdakı suallar qoyulmuşdur:

1. Bakı şəhəri, Səbaii rayonu, Bayıl qəsəbəsi, ünvan küçəsində yerləşən 4 saylı evin 21 saylı mənzilindəki kiçik ölçülü suvaqaltı çatlar hansı səbəblərdən yaranmışdır?

2. Bakı şəhəri, Səbail rayonu, Bayıl qəsəbəsi, ünvan küçəsind ə yerləşən 4 saylı evin 21 saylı mənzilindəki kiçik ölçülü suvaq altı çatlar həmin mənzilin təqribən 100 ildən artıq müddətdə istismarda olması, 2000-ci ildə və sonrakı illərdə Bakı şəhərində baş vermiş zəlzələlər və Bayıl qəsəbəsində yerləşdiyi üçün həmin mənzilin coğrafi yerləşmə vəziyyətinə görə orada baş verən torpaq sürüşmələri nəticəsində yarana bilərdimi?

3. Bakı şəhəri, Səbail rayonu, Bayıl qəsəbəsi, ünvan küçəsində yerləşən 4 saylı evin 21 saylı mənzilindəki kiçik ölçülü suvaqaltı çatların baş verməsi Cavabdeh1 MTK tərəfindən çoxmərtəbəli binanın inşa edilməsi ilə əlaqədardırmı?

28. Məhkəmə kollegiyasının 16 iyun 2021-ci il tarixli, 2(103)-4979/2021-ci il tarixli qərardadı ilə, iddiaçının vəsatəti əsasında ekspertin qarşısında qoyulan suallara «Cavabdeh1 MTK tərəfindən binanın inş ası ilə əlaqədar iddiaçıya məxsus Bakı şəhəri, Səbail rayonu, Bayıl qəsəbəsi, ünvan küçəsində yerləşən 4 saylı evin 21 saylı mənzilinə zərər vurulmuşdurmu? Əgər zərər vurulmuşdursa, həmin zərərin məbləği nə qədər təşkil edir?» sualları əlavə edilmişdir.

29. Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Tikintidə X2 Agentliyinin mütəxəssisinin xx.xx.2021-ci il tarixli rəyinin tədqiqat hissəsində qeyd olunmuşdur ki, baxış zamanı məlum oldu ki, ünvan 3 ünvanda yerləşən yaşayış binası 1 girişli, 4 mərtəbəli, planda ‘Г” şəkilli olub 1874-cü ildə inşa edilmişdir. Binanın əsas yükdaşıyan divarları qalınlığı 0,7 metr olmaqla əllə yonulmuş düzgün formalı əhəng daşından yerinə yetirilmişdir. Mərtəbəarası örtükləri ağac materialından, pilləkənləri isə yığma dəmir-beton elementlərdəndir. Baxış za manı binanın sağ yan və arxa fasad hissələrində sakinlər tərəfindən (21 saylı mənzildə daxil olmaqla) metal borular üzərində müxtəlif inşaat materiallarından olmaqla əlavə yaşayış sahələrinin inşa edilməsi müşahidə olundu. Həmçinin 21 saylı mənzilə sonradan əlavə olunan yaşayış sahəsindən əsas yükdaşıyan divarın sökülməsi vasitəsilə ümumi sahəyə (girişə) əlavə gıriş-çıxış qapısı açılmışdır. Bundan əlavə olaraq 21 saylı mənzilin 8 saylı otağında (texniki pasporta əsasən) əsas yükdaşıyan divarı oyulmaqla kitab rəfi yaradılmışdır. Binanın ümumi sahəsində sakinlər tərəfindən əsas yükdaşıyan divarlara bərkidilməklə metal tirlər üzərində iri tutumlu su çəni quraşdırılmışdır. Baxış zamanı binanın ümumi girişlərində və 21 saylı mənzilin divarlarında kiçik ölçülü birtərəfli və suvaq çatları müşahid ə edildi. ünvan küçəsi 4 saylı binanın sağ yan fasad hissəsində çoxmərtəbəli yaşayış binasının inşa olunması müşahidə edildi. Halhazırda çoxmərtəbəli binada tamamlama işləri aparılır. 4 mərtəbəli yaşayış binası ‘Г” şəkilli, çoxmərtəbəli yaşayış binası isə planda mürəkkəb formalıdır. 4 mərtəbəli ‘Г” şəkilli yaşayış binasının sağ yan fasadından çoxmərtəbəli binaya qədər məsafə 13 metr, digər hissəsindən (21 saylı mənzilin yerləşdiyi hissə) çoxmərtəbəli yaşayış binasının əsas hissəsinə qədər olan məsafə isə 26 metr təşkil edir.

30. Fövqəladə Hallar Nazirliyi Tikintidə X2 Agentliyinin mütəxəssisinin xx.xx.2021-ci il tarixli rəyinin nəticə hissəsində, ekspertiza təyin olunması barədə qərardadda qoyulmuş 1-3-cü suallar üzrə qeyd olunmuşdur ki, Bakı şəhəri, Səbail rayonu, Bayıl qəsəbəsi, ünvan kü çəsində yerləşən 4 saylı binada rəyin tədqiqat hissəsində qeyd olunan əlavə yaşayış sahələrinin inşası, əsas yükdaşıyan divarların sökülməsi və genişləndirilməsi binanın əlavə yüklənməsinə səbəb olmuş, onun tikinti və fəza sərtliyini zəiflətmişdir. Binada və mənzildə yaranmış kiçik ölçülü suvaq və bir tərəfli çatlar binanın uzun müddət istismarı və yuxarıda qeyd olunan qüsurların təsirindən yaranmışdır.

31. Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi məhkəmənin 16 iyun 2021ci il tarixli, 2(103)-4979/2021-ci il tarixli qərardadı əsasında verdiyi xx.xx.2021-ci il tarixli, 10/5614 saylı rəyin nəticə hissəsində bildirmişdir ki, Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Tikintidə X2 Agentliyinin mütəxəssis rəyinə əsasən, Bakı şəhəri, Səbail rayonu, Bayıl qəsəbəsi, ünvan küçəsində yerləşən 4 saylı evin İddiaçı məxsus 21 saylı mənzilinə Cavabdeh1 MTK tərəfindən binanın inşası nəticəsində zərər vurulmamışdır.

32. Ekspert həmçinin qeyd etmişdir ki, iddiaçıya məxsus mənzilə cavabdeh tərəfindən binanın inşası nəticəsində zərər vurulmadığı üçün, qərardadda qoyulan sualın ikinci hissəsi üzrə tədqiqat aparılmadı.

33. İddiaçı həmin ekspertiza rəyinin iş üzrə əvvəl rəyləri vermiş ekspert tərəfindən verildiyini bildirib rəyə etiraz etdiyinə görə, apelyasiya instansiyası məhkəməsi 22 dekabr 2021-ci il tarixli, 2(103)-4979/2021-ci il tarixli qərardadı ilə məhkəmə-tikinti (mühəndis)-texniki ekspertizası təyin edilmiş, ekspertizanın keçirilməsini başqa ekspertə həvalə etmişdir. Məhkəmə kollegiyası həmin qərardadda aşağıdakı suallar qoymuşdur:

1. Bakı şəhəri, Səbail rayonu, Bayıl q əsəbəsi, ünvan küçəsində yerləşən 4 saylı evin 21 saylı mənzilində çatlar vardırmı? Əgər vardırsa hansı səbəblərdən yaranmışdır ?

2. Bakı şəhəri, Səbail rayonu, Bayıl qəsəbəsi, ünvan küçəsində yerləşən 4 saylı evin 21 saylı mənzilindəki suvaqaltı çatların (əgər vardırsa) baş verməsi "xxxx" MTK tərəfindən çoxmərtəbəli binanın inşa edilməsi ilə əlaqədardırmı?

3. Cavabdeh1 MTK tərəfindən binanın inşası ilə əlaqədar İddiaçı məxsus Bakı şəhəri, Səbail rayonu, Bayıl qəsəbəsi, ünvan küçəsində yerləşən 4 saylı evin 21 saylı mənzilinə zərər vurulmuşdurmu? Əgər vurulmuşdursa həmin zərərin məbləği nə qədər təşkil edir ?

34. Məhkəmə eyni zamanda qərardadda ekspertiza tədqiqatının iş materiallarında olan sənədlər əsasında aparılmasını, həmçinin Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Tiki ntidə X2 Agentliyinin işdə olan rəylərinin nəzərə alınmaqla aparılmasını tapşırmışdır.

35. Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2022-ci il tarixli, 10/240 №-li rəyində qeyd edilmişdir ki, Bakı şəhəri, Səbail rayonu, Bayıl qəsəbəsi, ünvan küçəsində yerləşən 4 saylı evin 21 saylı mənzilinin tavanında və divarlarında müxtəlif hissələrdə birtərəfli, suvaq çatlarının olduğu müəyyən edilir. Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Tikintidə X2 Agentliyinin 16 sentyabr 2021-ci il tarixli xx/xx06642 saylı mütəxəssis rəyinə əsasən, Bakı şəhəri, Səbail rayonu, Bayıl qəsəbəsi, ünvan küçəsində yerləşən 4 saylı binanın sağ yan və arxa fasad hissələrində sakinlər tərəfindən (21 saylı mənzildə daxil olmaqla) metal borular üzərində müxtəlif inşaat materiallarından olmaqla əlav ə yaşayış sahələrinin inşa olunması, əsas yükdaşıyan divarların sökülməsi və genişləndirilməsi binanın əlavə yüklənməsinə səbəb olmuş, həmin binanın tikinti və fəza sərtliyini zəiflətmişdir. Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Tikintidə X2 Agentliyinin xx.xx.2020-ci il tarixli xx/xx-02764 saylı və 07 sentyabr 2021-ci il tarixli xx/xx06642 saylı mütəxəssis rəylərində qeyd olunanlar nəzərə alınaraq, sözügədən binada və mənzildə yaranmış kiçik ölçülü suvaq və bir tərəfli çatların binanın uzun müddət istismarı və yuxarıda qeyd olunan əlavə yüklənmələrin təsirindən yarandığı müəyyən edilir. Baxış zamanı mənzildə qeyd edilən qüsurların xarakteri (birtərəfli, suvaq çatları) onların istismar prosesində yarana bilməsini eləcə də ekspertizaya məhkəmə tərəfindən cəlb edilmiş Azərbaycan Rəspublikası Fövqəladə Hallar Nazirliyi Tikintidə X2 Agentliyinin xx.xx.2020-ci il tarixli xx/xx-02764 saylı və 07 sentyabr 2021-ci il tarixli xx/xx-06642 saylı mütəxəssis rəylərində qeyd olunanları nəzərə alaraq, Bakı şəhəri, Səbail rayonu, Bayıl qəsəbəsi, ünvan küçəsində yərləşən 4 saylı evin 21 saylı mənzilindəki suvaqaltı çatların baş verməsinin Cavabdeh1 MTK tərəfindən çoxmərtəbəli binanın inşa edilməsi ilə əlaqəli olmadığı müəyyən edilir.

36. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-241/2022 nömrəli, 18 may 2022-ci il tarixli qətnaməsi ilə (hakimlər F.Babayev (sədrlik edən və məruzəçi), Ş.Məmmədova, R.Eyvazov) apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanmışdır.

37. Apellyasiya instansiyası məhkəməsi birinci in stansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq qeyd etmişdir ki, iş üzrə verilmiş ekspert rəylərindən müəyyən olunur ki, iddiaçının mülkiyyətində olan ünvaninə zərərin dəyməsinə Cavabdeh1 MTK tərəfindən hündürmərtəbəli binanın inşa edilməsi səbəb olmamışdır və cavabdeh tərəfindən inşa edilən binanın “Şəhərsalma və Tikinti” Məcəlləsinin 69.5.1-ci maddəsinin tələblərinə zidd olaraq inşa edilməsi barədə dəlilinə dair qeyd edir ki, göstərilən səbəblə iddiaçının cavabdehə qarşı məhkəməyə müraciət etməkdə subyektiv hüququ yoxdur. Belə ki, binanın “Şəhərsalma və Tikinti” Məcəlləsinin tələblərinə zidd olaraq inşa edilməsi barədə iddia tələbi ilə müvafiq icra hakimiyyəti orqanı məhkəməyə müraciət edə bilər. Nəzərə alınmalıdır ki, “Şəhərsalma və Tikinti” Məcəlləsinin 95.3-cü maddəsinə əsasən bu Məcəl lənin 95.1.3-1-ci, 95.1.4-cü və 95.2-ci maddələrində nəzərdə tutulmuş hallar istisna olmaqla, digər hallarda müvafiq icra hakimiyyəti orqanı tikinti obyektinin sökülməsi barədə məhkəməyə müraciət edir Kassasiya şikayətinin və ona etirazın dəlilləri a)Kassasiya şikayətinin dəlilləri

38. İddiaçı (Vəkil2) kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunmasını, işin yenidən apellyasiya baxışına göndərilməsini barədə yeni qərar çıxarılmasını xahiş etmişdir.

39. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya icraatında ekspert və mütəxəssislər qarşısında qoyulmuş suallara həmin orqanlar tərəfindən birmənalı olaraq cavab verilməmişdir. Suallardan ən başlıcası tikilən hündür mərtəbəli binanın tikinti normalarına əsasən İddiaçı mülkiyyətində ola n binaya hansı məsafədə yerləşdiyi, hündürlüyün ara məsafəsinə münasibətdə 0.6 faizini təşkil edib-etməməsi barədə olmuş, lakin bu suala cavab verilməmişdir. Bütün digər suallara ekspertizanın vermiş olduğu cavab məhz bu sualdan asılıdır. Məhkəmənin bu mövqeyi ilə birmənalı razılaşmayaraq, yenidən üç vəsatət verib iş üzrə rəy vermiş ekspertlərin məhkəmə iclasına dəvət edilmələrini, onların bu iş üzrə mütəxəssis və ekspert kimi biliklərinin yerində yoxlanılmasını xahiş etməsinə baxmayaraq vəsatətləri təmin edilməmişdir. Əsas vəsatətlərdən biri də MTK-nın bina layihəsinin məhkəməyə təqdim edilməsi barədə olmuşdur. Ekspert qarşısında qoyulan 3-cü sual araşdırılmamışdır. İş üzrə təyin edilmiş hər üç ekspertiza eyni subyekt - Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin ekspertləri tərə findən aparıldığına görə bütün ekspert rəyləri birinci ekspert rəyi ilə uyğunluq təşkil etmişdir. Bundan başqa, axırıncı və ümumiyyətlə bütün ekspert rəylərinin nəticə hissəsində göstərilmişdir ki, Fövqəladə Hallar Nazirliyinin Tikintidə X2 Agentliyinin mütəxəssis rəyinə əsasən İddiaçı məxsus Bakı şəhəri, Səbail rayonu, Bayıl qəsəbəsi, ünvan küçəsində yerləşən 4 saylı evin 21 nömrəli mənzilə cavabdeh "xxxx" MTK tərəfindən binanın inşası nəticəsində zərər vurulmamışdır. Halbuki, ekspert öz rəyini Tikintidə X2 Agentliyinin mütəxəssis rəyinə əsasən yox, özü tərəfindən aparılmış tədqiqatın nəticələrinə əsasən əsaslandırmalı və obyektiv rəy verməli idi. Belə ki, Tikintidə X2 Agentliyi əvvəlcədən cavabdeh kimi mülki məhkəmə icraatına cəlb edilmişdir və ən başlıcası isə həmin Agentlik tərəfindən "xxxx" MTK tərəfindən təqdim edilmiş binanın layihə-inşaat sənədlərinə ekspertiza rəyi vermiş və sonradan həmin binanın inşaat işlərinə nəzarəti belə həyata keçirmişdir. Belə olan halda Tikintidə X2 Agentliyinin rəyinin obyektiv olması mümkün ola bilməz və onun əsasında verilən ekspert rəyi də obyektiv ola bilməz. Bundan başqa Apellyasiya Məhkəməsi Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası hazırki iş üzrə qəbul etdiyi 09 mart 2021-ci il tarixli 2(102)-1750/2021 saylı qərarında göstərmişdir ki, ekspertiza rəylərində ekspert qarşısında qoyulan sualların bəzilərinə natamam, bəzilərinə isə ümumiyyətlə cavab verilməmişdir. Apellyasiya Məhkəməsi isə Ali Məhkəmənin Mülki Kollegiyasının göstərişlərinə əməl etməmiş, axırıncı ekspert rəyinin mənzildə çatların əmələ gəlməsi hissəsind ə Tikintidə X2 Agentliyinin mütəxəssis rəyinə istinad etməklə əsaslandırmışdır. Apellyasiya Məhkəməsi, Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin ekspert rəyini mötəbər sübut kimi qəbul etdiyinə görə əsassız qətnamə qəbul etmişdir. Bundan başqa Bakı şəhəri, Səbail rayonu, Bayıl qəsəbəsi, ünvan küçəsində yerləşən 4 saylı evin və iddiaçıya məxsus 21 nömrəli mənzilin, cavabdeh "xxxx" MTK tərəfindən inşa edilmiş bina ilə ara məsafəsinin pozulması barədə təqdim etdiyimiz mütəxəssis rəyinə heç bir qiymət verməmiş, ümumiyyətlə həmin rəyin üstündən sükutla keçmişdir. b) Kassasiya şikayətinə qarşı yazılı etirazın dəlilləri

40. Kassasiya şikayətinə yazılı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi

41. Maddə 21. zərərin əvəzinin ödənilməsini tə ləb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür.

42. Maddə 1097.1. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərər vuran tərəfindən tam həcmdə ödənilməlidir. “Şəhərsalma və Tikinti” Məcəlləsi

43. Yaşayış mə ntəqələrində yanaşı sahələrdə tikinti aparılmasının əsas şərtləri:

44. Maddə 69.5.1. divar hündürlüyünün 0,6 hissəsi

45. Maddə 95.1. Tikintisi başa çatmış və ya çatmamış tikinti obyekti və ya onun hissəsi aşağıdakı hallarda sökülür:

46. Maddə 95.1.3. bu Məcəllənin 92.4.2-ci, 92.4.3-cü və 92.4.4-cü maddələrinə əsasən tikinti işlərinin dayandırılması barədə qərarda nəzərdə tutulan pozuntular 2 il ərzində aradan qaldırılmadıqda.

47. Maddə 95.1.4. sifarişçinin (tikinti obyektinin mülkiyyətçisinin) öz arzusu ilə

48. Maddə 95.2. Bu Məcəllənin 95.1.1-ci və 95.1.2-ci maddələrində nəzərdə tutulmuş hallarda yan divarlarının və dam örtüklərinin inşası başa çatmamış tikinti obyektinin sökülməsi barədə qərar müvafiq icra hakimiyyəti orqanı tərəfindən qəbul edilir. Bu qərar maraqlı şəxslər tərəfindən mü bahisələndirilə bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi

49. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

50. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

51. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.

52. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

53. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.

54. Maddə 417.1.1. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər.

55. Maddə 418.1. Maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması, o cümlədən maddi və prosessual hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin pozulması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır.

56. Maddə 418.3. Prosessual hüquq normalar ının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri

57. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

58. Kassasiya şikayətində iddiaçı qətnaməni tam mübahisə ləndirilib. Bu baxımdan, məhkəmə kollegiyası qətnaməni tam yoxlayır. Kasasiya instansiyası məhkəməsinin mövqeyi

59. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

60. İddia tələbinin ümumiləşdirilmiş dəlilləri ondan ibarətdir ki, Cavabdeh1 MTK tərəfindən aparılmış tikinti işləri nəticəsində iddiaçının mənzilində və blokun divarlarında əsaslı çatlar və zədələr əmələ gəlmişdir, cavabdehin apardığı tikinti n əticəsində iddiaçının mənzili qəzalı vəziyyətə düşmüş, bununla da onun və ailəsinin həyatına təhlükə yaratmışdır. Cavabdeh tərəfindən aparılan tikinti qanunla müəyyən olunmuş norma və qaydalara uyğun deyil və iddiaçının yaşadığı binadan qanunla müəyyən edilmiş məsafədən az məsafədə yerləşir. Bu səbəbdən iddiaçı vurulmuş ziyana görə cavabdehdən 800.000 manat məbləğində pulun tutulmasını xahiş edir.

61. İddia tələbinin maddi-hüquqi əsasını Mülki Məcəllənin 21-ci və 1096-cı maddələri təşkil edir. Məhkəmə qeyd edir ki, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə birbaşa ziyan və ya zərər vurulmasına səbəb olan təqsirli, hüquqazidd əməldir. Mülki hüquq pozuntusunun yaranmasında nəzərdə tutulan hüquqazidd əməl dedikdə mülki qanunvericiliyin normalarını pozan h ərəkət və ya hərəkətsizlik anlaşılır. Eləcə də delikt törətmiş şəxsin əməli təqsirli olmalıdır. Təqsirli əməl şəxsin qəsdi və ya ehtiyatsızlığı nəticəsində yaranır. Bu səbəbdən də mülki hüquqi məsuliyyətin əsasında şəxsin qəsdən və ya ehtiyatsızlıqdan edilmiş hərəkətləri dayanır. Kobud ehtiyatsızlıqda şəxs öz hərəkətinin və ya hərəkətsizliyinin zərərli nəticələr baş verə biləcəyi aşkar göründüyü halda etinasızlıq göstərərək onların qarşısını almır, adi ehtiyatsızlıqda isə baş verə biləcək zərərli nəticələr aşkar görünmür, onların aşkarlanması üçün xüsusi diqqət və qayğı tələb olunur. Yuxarıda göstərilən əlamətləri özündə ehtiva edən mülki hüquq pozuntusu (delikt) törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Delikt törətmiş şəxsin mülki hüquqi məsuliyyətinin yaranması üçün bir sıra əsasla rın mövcudluğu tələb olunur. Ümumiyyətlə, zərərin əvəzinin ödənilməsi üçün, bir qayda olaraq, mülki hüquq pozuntusunun (deliktin) mövcud olması tələb olunur. Beləliklə, mülki hüquq pozuntusunun tərkibini mülki-hüquqi məsuliyyətin aşağıdakı ümumi şərtləri təşkil edir:

1. Törədilmiş əməlin (hərəkətin və ya hərəkətsizliyin) hüquqazidd olması; hüquqazidd əməl dedikdə şəxsin qanunla birbaşa qadağan edilmiş və ya qanunun imperativ normalarını pozan hərəkət və ya hərəkətsizliyi anlaşılır.

2. Törədilmiş əməl (hərəkət və ya hərəkətsizlik) nəticəsində başqa şəxsə birbaşa ziyan və ya zərər yetirilməsi. Bu halda şəxsin maddi və ya mənəvi itkilərə məruz qalması anlaşılır. Maddi zərər əmlak itkilərinə səbəb olur.

3. Zərərvuranın hüquqazidd hərəkəti ilə baş vermiş zərərli nəticələr arasında səbəbli əla qənin olması. Belə ki baş vermiş zərərli nəticə məhz məsuliyyətə cəlb edilməli şəxsin hərəkəti nəticəsində baş verdikdə onun məsuliyyəti yarana bilər. Səbəbli əlaqə zərərli nəticənin konkret əməldən yaranmasını ehtiva edir.

4. Hüququpozan şəxsin təqsirinin olması.

62. Bu baxımdan, deliktə əsaslanan zərərin əvəzinin ödənilməsi ilə bağlı hazırkı iddia tələbi məhz qeyd edilən dispozisiya şərtləri baxımından yoxlanılmalıdır və nəzərə alınmalıdır ki, qeyd edilən dispozisiya şərtlərindən hər hansı birinin mövcud olmaması özlüyündə deliktə əsaslanan iddia tələbinin təmin edilməsinə əsas vermir.

63. İddia tələbi üzrə düzgün nəticəyə gəlmək üçün həlledici hal, iddiaçının yaşadığı mənzildə yaranan çatların cavabdeh tərəfindən aparılan inşaat işləri ilə səbəbli əlaqəsinin olub olmamasıdır. Bu halın m üəyyən edilməsi xüsusi bilik tələb edir və apellyasiya instansiyası məhkəməsi də iş üzrə keçirilmiş ekspertiza rəyləri əsasında müəyyən etmişdir ki, ünvaninə zərərin dəyməsinə Cavabdeh1 MTK tərəfindən hündürmərtəbəli binanın inşa edilməsi səbəb olmamışdır.

64. Göründüyü kimi, deliktə əsaslanan hazırki iddianın təmin olunması üçün vacib şərtlərdən biri mövcud deyildir. Apellyasiya instansiyası məhkəməsi də gəldiyi nəticəni işdə olan ekspert rəyləri əsasında əsaslandırmışdır.

65. Kassatorun dəlillərindən biri, iddiaçının mənzilində yaranan çatların cavabdeh tərəfindən aparılan tikinti işləri səbəbindən yaranıb yaranmadığı barədə sualın cavablandırılmamasıdır. Məhkəmə kollegiyası hesab edir ki, bu dəlil qətnamənin ləğvinə əsas ola bilməz. Çünki rəylər əsasında iddiaçının mənzilində yaranan ça tların səbəbi müəyyən olunub. Həmin səbəblər binanın sağ yan və arxa fasad hissələrində sakinlər tərəfindən (21 saylı mənzildə daxil olmaqla) metal borular üzərində müxtəlif inşaat materiallarından olmaqla əlavə yaşayış sahələrinin inşa olunması, əsas yükdaşıyan divarların sökülməsi və genişləndirilməsinin binanın əlavə yüklənməsinə səbəb olması, bu işlərin binanın tikinti və fəza sərtliyini zəiflətməsidir. Sözügədən binada və mənzildə yaranmış kiçik ölçülü suvaq və bir tərəfli çatların binanın uzun müddət istismarı və yuxarıda qeyd olunan əlavə yüklənmələrin təsirindən yarandığı müəyyən edilib. İşin müəyyən olunan bu halı, iddiaçının mənzilində yaranan çatların cavabdeh tərəfindən aparılmış inşaat işləri ilə səbəbli əlaqəsinin olmamasını ehtiva edir və mənzildə yaranan çatların cavabdeh t ərəfindən aparılan tikinti işləri səbəbindən yaranıb yaranmadığı barədə sualın cavablandırılmasına, habelə inşa edilən binanın “Şəhərsalma və Tikinti” Məcəlləsinin 69.5.1-ci maddəsinin tələblərinə zidd olaraq inşa edilməsinin araşdırılmasına zərurət qalmır.

66. Bu baxımdan, tikilinin ara məsafəsi barədə mütəxəssis rəyinin nəzərə alınmadığı barədə iddiaçının dəlili də, ara məsafəsinin gəlinən nəticəyə təsiri olmadığından qətnamənin ləğvinə əsas vermir.

67. Kassasiya kollegiyası iddiaçının apelyasiya instansiyası məhkəməsi tərəfindən təkrar ekspertizanın keçirilməməsi barədə dəlillini də apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi üçün əsas hesab etmir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 97.1.-ci maddəsinə əsasən, işə baxarkən xüsusi bilik təl əb olunan sualları izah etmək üçün məhkəmə işdə iştirak edən şəxsin vəsatəti və ya öz təşəbbüsü ilə ekspertiza təyin edə bilər. Həmin Məcəllənin 102.1-ci maddəsinə görə ekspertin rəyi kifayət qədər aydın və ya tam olmadıqda, məhkəmə əlavə ekspertiza təyin edə bilər. MPM-nin 102.2-ci maddəsində isə, məhkəmənin əsassızlığına görə ekspertin rəyi ilə razılaşmadığı halda, habelə bir neçə ekspertin rəyləri arasında ziddiyyətlər olduqda təkrar ekspertiza təyin edə bilməsi qeyd olunur. Bu normaların məzmunundan göründüyü kimi, təkrar ekspertizanın təyin edilib-edilməməsi məhkəmənin mülahizəsinə buraxılıb. Həmçinin təkrar ekspertiza təyin olunması üçün konkret əsaslar müəyyən olunub. İddiaçı təkrar ekspertiza təyin olunmasını şərtləndirən mötəbər sübutları təqdim etməmişdir. Nəzərə alınmalıdır ki, ekspert rəyi sübut növlərindən biri olmaqla, digər sübutlarla müqayisədə qabaqcadan müəyyən edilmiş üstünlüyə malik olmasa da, məhkəmənin qərardadı əsasında keçirilmiş ekspertizanın rəyində əks olunan məlumatların həqiqiliyinə olan təminat kifayət qədər yüksəkdir. Məhkəmə iş materiallarında olan sübutların kifayətedici hesab edib, təkrar ekspertiza təyin etməyə bilər. Qeyd olunan prosessual hərəkətin hakimin öhdəliyi kimi qəbul edilməsi qanuna müvafiq hesab edilə bilməz.

68. FHN Tikintidə X2 Agentliyinin işdə üçüncü şəxs olması səbəbindən onun mütəxəssisləri tərəfindən verilən rəyin mötəbərliyi ilə bağlı iddiaçının dəlillərini məhkəmə kollegiyası əsassız sayır. Çünki Agentlik ölkə ərazisində qanunvericiliklə müəyyən edilmiş qaydada öz səlahiyyətləri daxilində tikinti sahəsinə aid fəaliyy ətin bütün mərhələlərində təhlükəsizlik tələbləri ilə bağlı dövlət siyasətinin hazırlanmasında iştirak edən, bu siyasətin həyata keçirilməsini təmin edən və həmin sahədə dövlət nəzarətini həyata keçirən icra hakimiyyəti orqanıdır. Agentlik öz fəaliyyətində Azərbaycan Respublikasının Konstitusiyasını, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələri, Azərbaycan Respublikasının qanunlarını, Azərbaycan Respublikası Prezidentinin fərman və sərəncamlarını, Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərar və sərəncamlarını, Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi haqqında Əsasnaməni, bu Əsasnaməni və Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin əmr və göstərişlərini rəhbər tutur (Tikintidə Təhlükəsizliyə Nəzarət X1 1 və 2-ci bəndləri).

69. Agentliyin işdə üçüncü şəxs kimi iştirak etməsinə baxmayaraq, baxılan işin nəticələrində maraqlı olması barədə hər hansı hal müəyyən olunmayıb.

70. Kollegiya bildirir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya məhkəməsi tərəfindən işdəki sübutlar araşdırılmış, onlara mülki prosessual normalara əsasən hüquqi qiymət verilməklə yuxarıdakı qənaətə gəlinmiş və məhkəmənin gəldiyi nəticə əsaslandırılmışdır.

71. Kassasiya şikayətinin digər dəlilləri işin faktiki halları ilə əlaqədardır ki, həmin hallar kassasiya instansiyası məhkəməsinin araşdırma predmetini təşkil etmir. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsi tərəfindən işin hallarının araşdırılması üçün tərəflərə lazımi şərait yaradıldığından və onların dəlillərinə hüquqi qiymət verildiyindən iş üzrə madd i və prosessual hüquq normaları düzgün tətbiq olunmuşdur, kassasiya şikayətinin dəlilləri qətnamənin ləğv edilməsi üçün əsas təşkil etmir

72. Məhkəmə kollegiyası yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-241/2022 nömrəli, 18 may 2022-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar