Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-4813/2023 20.12.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh və Zamin qarşı “kredit müqaviləsi üzrə yaranmış borcun ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə QƏRARİ (Açar sözlər: kassasiya şikayətindən imtina, kassasiya instansiyasında icraata xitam verilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının hakimləri Şamayev Elşad Yaquboviç (sədrlik edən və məruzəçi), Vəliyeva Elşanə Rafiq qızından və Xıdırov Əhliman Mehman oğlundan ibarət tərkibdə, Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 19 oktyabr 2023-cü il tarixli, 2(103)6601/2023 nömrəli qərard adından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə Azərbaycan Respublikası Ali Məhkəməsinin inzibati binasında yazılı icraat qaydasında baxaraq, müəyyən etdi: İş üzrə qəbul edilmiş məhkəmə aktları:
1. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 06 sentyabr 2023-cü il tarixli, e2(008)-4403/2023 nömrəli qətnaməsi ilə (hakim R.Ə.Mirzəliyev) iddia qismən təmin edilərək, Cavabdeh 3320,81 ABŞ dolları (ödəniş günü Azərbaycan Respublikası Mərkəzi Bankının rəsmi məzənnəsinə uyğun olaraq manatla) borcun və ödənilmiş 76,45 manat dövlət rüsumunun tutularaq iddiaçı Ləğv prosesində olan İddiaçı ASC-nin xeyrinə ödənilməsi, iddianın qalan hissədə rədd edilməsi qət edilmişdir.
2. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 19 oktyabr 2023-cü il tarixli, 2(103)-6601/2023 nömrəli qərardadı ilə (hakim M.A.Məmmədovun sədrliyi və məruzəsi ilə, hakimlər F.Ş.Talşınskidən və A.N.İmanovdan ibarət tərkibdə) Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 06 sentyabr 2023-cü il tarixli qətnaməsindən iddiaçı Ləğv prosesində olan İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun verdiyi apellyasiya şikayəti üzrə apellyasiya qeyri-mümkün hesab edilmiş və apellyasiya şikayəti mülki işlə birlikdə Sabunçu Rayon Məhkəməsinə qaytarılmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri:
3. İddiaçı Ləğv prosesində olan İddiaçı ASC ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu vasitəsi ilə kassasiya şikayəti verərək, Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 19 oktyabr 2023-cü il tarixli, 2(103)-6601/2023 nömrəli qərardadının ləğv edilməsini xahiş etmişdir.
4. Kassasiya şikayətinə qarşı y azılı etiraz daxil olmamışdır.
5. Sonradan iddiaçı Ləğv prosesində olan İddiaçı ASC-nin səlahiyyətli nümayəndəsi Nümayəndə1 və vəkili Nümayəndə2 ərizə ilə məhkəməyə müraciət edərək, kassasiya şikayətindən imtina edildiyini göstərmiş, kassasiya şikayətindən imtinanın qəbul olunmasını və iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Tətbiq edilən hüquq:
6. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 410.1-ci maddəsinə əsasən kassasiya şikayəti vermiş şəxs kassasiya qərarı çıxarılana kimi ondan imtina etməyə haqlıdır. 410.2-ci maddəsinə əsasən məhkəmə bu Məcəllənin 191-ci maddəsində nəzərdə tutulmuş əsaslarla şikayətdən imtinanı qəbul etməməyə və işə kassasiya qaydasında baxmağa haqlıdır. İşdə iştirak edən başqa şəxslər qətnamə və qərardaddan şikayət verməmişlərsə və məhkəmə ka ssasiya şikayətindən imtinanı qəbul edirsə, kassasiya instansiyasında icraata xitam verilir. 410.3-cü maddəsinə əsasən kassasiya instansiyasında icraata xitam verilməsi barədə kassasiya məhkəməsi qərar çıxarır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi:
7. Məhkəmə kollegiyası hesab edir ki, iddiaçı kassasiya şikayətindən imtina etdiyindən, kassasiya şikayətindən imtina səlahiyyətli şəxs tərəfindən imzalanmaqla yazılı formada ifadə edildiyindən, qanuna zidd olmadığından və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozmadığından qəbul olunmalı və kassasiya instansiyasında icraata xitam verilməlidir.
8. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 410, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İddi açı Ləğv prosesində olan İddiaçı ASC-nin Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 19 oktyabr 2023-cü il tarixli, 2(103)-6601/2023 nömrəli qərardadından verdiyi kassasiya şikayətindən imtina qəbul edilsin və işin kassasiya instansiyasında icraatına xitam verilsin. Qərar qəbul edildiyi andan qüvvəyə minir.