Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-4819/2021 19.10.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı: İddiaçı1 Cavabdeh2 Faiq qızına və digərlərinə qarşı iş üzrə QƏRARİ iş № 2(102)-4819/21 (Açar sözlər: alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının hakimləri Əhmədov Əhməd Abbas oğlu (sədrlik edən, məruzəçi), Həsənov Vüqar Təvəkgül oğlu və Şəfiyev İspəndiyar Əsəd oğlundan ibarət tərkibdə, Əzimova Səbinə Yaşar qızının katibliyi, Cavabdeh: Cavabdeh1 vəkili Vəkil1 iştirakları ilə, Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 19 aprel 2021-ci il tarixli, 2(105)-1427/2021 saylı qətnaməsindən İddiaçı1 kassasiya şikayəti üzrə işə 19 oktyabr 2021-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları İşin hallarına görə, İddiaçı1 məhkəmədə Cavabdeh2 və digərlərinə qarşı iddia qaldıraraq, Quba rayonu, Digah kəndində yerləşən atası X2 məxsus fərdi yaşayış evinə və həyətyanı torpaq sahəsinə dair mərhum X3 adına verilmiş JN-399 F saylı, 04 oktyabr 2002-ci il tarixli Şəhadətnamənin, həmin şəhadətnamə əsasında Cavabdeh1 adına verilmiş 30 iyul 2011-ci il tarixli “Vərəsəlik hüququ haqqında” Şəhadətnaməsinin və 30 oktyabr 2012-ci il tarixli Çıxarışın, Cavabdeh1 ilə Cavabdeh2 arasında bağlanmış 25 dekabr 2017-ci il tarixli alqı-satqı müqaviləsinin və həmin müqavilə əsasında sonuncunun adına verilmiş 15 fevral 2018-ci il tarixli Çıxarışın etibarsız hesab edilməsi ba rədə qətnamə qəbul edilməsini xahiş edib. İş üzrə qəbul edilmiş məhkəmə aktları Birinci instansiya məhkəməsində icraat Quba Rayon Məhkəməsinin 27 iyun 2018-ci il tarixli qətnaməsi ilə (sədrlik edən, hakim F.M.Yaqubov) iddia təmin edilərək, Quba rayon AİK-nın 03 may 1997-ci il tarixli, 04 saylı qərarı ilə mərhum Afət Mirzəxanova 0,21 ha həyətyanı torpaq sahəsinin ayrılması barədə JN-399 F saylı, “Torpağın mülkiyyətə verilməsinə dair” Şəhadətnamənin, notariat orqanı tərəfindən Leyla Mirzəxanovanın adına verilmiş 30 iyul 2011-ci il tarixli “Qanun üzrə vərəsəlik hüququ haqqında” Şəhadətnamə, Quba rayonu, Digah kəndində, 0,21 ha torpaq sahəsində yerləşən 2 mərtəbəli, 3 otaqlı, ümumi sahəsi 127,6 kv.metr olan fərdi yaşayış evinə dair Leyla Mirzəxanovanın adına verilmiş 30 oktyabr 2012-ci il tari xli Çıxarışın, Cavabdeh1 ilə Cavabdeh2 arasında notarial qaydada bağlanmış 25 dekabr 2017-ci il tarixli alqı-satqı müqaviləsinin və həmin müqaviləyə əsasən Cavabdeh2 adına verilmiş 14 fevral 2018-ci il tarixli Çıxarışın etibarsız hesab edilməsi qət edilib. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni belə əsaslandırıb ki, iddiaçı xx xxxx 1990-cı il tarixdə X1 Aydəmirovanın faktiki nikah münasibətindən doğulub və atalıq məhkəmə qaydasında müəyyən edilib. Zeydulla Mirzəxanov 15 dekabr 1990-cı ildə ölüb və Bakı şəhəri, Binəqədi rayon İHB-nın 30 iyul 1994-cü il tarixli, 898 saylı sərəncamı ilə bibisi Rübabə Seyidova iddiaçının üzərində qəyyum təyin edilib. Mübahisəli torpaq sahəsi və ev iddiaçının atası Zeydulla Mirzəxanova məxsus olub. 1980-cı ildən Bakı şəhərində yaşadığı və qeydiyyatda old uğu halda Quba rayon AİK-nın 03 may 1997-ci il tarixli, 04 saylı qərarı ilə mübahisəli 0,21 ha torpaq sahəsinə dair Afət Mirzəxanovun adına “Torpağa mülkiyyət hüququna dair” Şəhadətnamə verilərkən iddiaçının hüquqları pozulub. 21 yanvar 2011-ci ildə Afət Mirzəxanov ölüb və onun ölümündən sonra mübahisəli evə və torpaq sahəsinə dair qızı Leyla Mirzəxanovanın adına notariat orqanı tərəfindən 30 iyul 2011-ci il tarixli “Qanun üzrə vərəsəlik hüququ haqqında” Şəhadətnamə verilib. Bundan sonra Leyla Mirzəxanova sözügedən əmlaka mülkiyyət hüququ barədə Çıxarış alaraq 25 dekabr 2017ci il tarixli notarial qaydada təsdiq edilmiş alqı-satqı müqaviləsinə əsasən həmin əmlakı Cavabdeh2 satıb və 14 fevral 2018-ci il tarixli Çıxarışa əsasən həmin əmlak mülkiyyət hüququ üzrə Cavabdeh2 adına qeydə alınıb. İ ddiaçı, atası Zeydulla Mirzəxanovdan miras qalmış əmlakı qəyyumu Rübabə Seyidovanın vasitəsi ilə faktiki idarə etməklə qəbul edib və onun həmin əmlaklar üzərində qanunla qorunan hüquqları pozulub. Ona görə də iddia təmin edilməlidir. Birinci instansiya məhkəməsi hüquqi mövqeyini Mülki Məcəllənin 1133.1, 1151.1, 1159.1.1-ci maddələrinin və digər maddi, prosessual hüquq normalarının tələbləri ilə əsaslandırıb. Cavabdeh2 apellyasiya şikayəti verərək iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilib, iddia tələblərinin rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş edib. Apellyasiya instansiyası məhkəməsində birinci icraat Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 10 aprel 2019-cu il tarixli qətnaməsi ilə (hakimlər S.A.Qafari sədrlik edən, məruzəçi, L.M.Məm mədova və F.Ə.Məmmədov) apellyasiya şikayəti təmin edilərək, iş üzrə Quba Rayon Məhkəməsinin 27 iyun 2018-ci il tarixli qətnaməsi ləğv edilib, yeni qətnamə qəbul edilməklə iddia tələbləri rədd edilib. Cavabdeh1 kassasiya şikayəti verərək iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilib, yeni qərar qəbul edilməklə iddia tələblərinin rədd edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş edib. Kassasiya instansiyası məhkəməsində birinci icraat Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 01 fevral 2021-ci il tarixli qərarı ilə (hakimlər A.Q.Hüseynov sədrlik edən, məruzəçi, Ə.G.Nurməmmədov və M.T.Əhmədova) kassasiya şikayəti qismən təmin edilərək, iş üzrə Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 10 aprel 2019-cu il tarixli qətnaməsi ləğv edilib, mülki iş yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə qaytarılıb. Apellyasiya instansiyası məhkəməsində ikinci icraat Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 19 aprel 2021-ci il tarixli qətnaməsi ilə (hakimlər G.F.Tağızadə sədrlik edən, məruzəçi, T.O.Quliyev və E.G.Rəhimov) apellyasiya şikayəti təmin edilərək, iş üzrə Quba Rayon Məhkəməsinin 27 iyun 2018-ci il tarixli qətnaməsi ləğv edilib, iddia tələbləri rədd edilib. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni belə əsaslandırıb ki, iddiaçı xx xxxx 1990-cı ildə Quba rayonu, Digah kəndində anadan olmaqla, atası Zeydulla Aydəmirov, anası Gülbəhər Aydəmirova olub və Quba rayon məhkəməsinin 26 iyul 1991-ci il tarixli qətnaməsi ilə onun atasının Zeydulla Aydəmirovun olması faktı müəyyən edilib. 15 dekabr 1990 -cı ildə Zeydulla Mirzəxanov ölüb. Bundan sonra, Bakı Şəhəri, Binəqədi rayon İHB-nın 30 iyul 1994-cü il tarixli, 898 saylı sərəncamı ilə iddiaçının üzərində bibisi Rübabə Seyidova qəyyum təyin edilib. Quba rayon AİK-nın 03 may 1997-ci il tarixli, 04 saylı qərarı ilə JN 399 F saylı “Torpağın mülkiyyətə verilməsinə dair” Şəhadətnaməyə əsasən, Quba rayonu, Digah kəndində yerləşən 0,21 ha həyətyanı torpaq sahəsi iddiaçının əmisi Afət Mirzəxanovun mülkiyyətinə verilib və 21 yanvar 2011-ci il tarixdə sonuncu ölüb. Daha sonra, Afət Mirzəxanovdan miras qalmış Quba rayonu, Digah kəndində yerləşən 0,21 ha həyətyanı torpaq sahəsinə və onun üzərində olan 2 mərtəbəli, ümumi sahəsi 127,7 kv.metr olan fərdi yaşayış evinə dair onun qızı Cavabdeh1 adına notarial qaydada təsdiq edilməklə 30 iyul 2011-ci il tarixli “Qanun üzrə vərəsəlik hüququ haqqında” Şəhadətnamə və mülkiyyət hüququna dair 30 oktyabr 2012-ci il tarixli Çıxarış verilib. 25 dekabr 2017-ci il tarixli notarial qaydada təsdiq edilmiş alqı-satqı müqaviləsinə əsasən Cavabdeh1 sözügedən əmlakı 15.000 manata Cavabdeh2 satıb və həmin müqaviləyə əsasən sonuncu əmlaka dair mülkiyyət hüququ barədə 15 fevral 2018-ci il tarixli Çıxarış alıb. Göründüyü kimi mübahisəli torpaq sahəsi mərhum Afət Mirzəxanovun mülkiyyətinə Quba rayon AİK-nın 03 may 1997-ci il tarixli, 04 saylı qərarına əsasən verilib və bu gündə həmin qərar qüvvədədir və iddiaçı tərəfindən məhkəmə qaydasında mübahisələndirilməyib. Bundan başqa, Cavabdeh2 mübahisəli torpaq sahəsini və evi əvəzi qabaqcadan ödənilməklə Cavabdeh1 satın alıb və həmin əmlakı vicdanlı əldə edib. Ona görə də iddia rədd olunmalıdır. Apellyasiya instansiyası məhkəməsi hüquqi mövqeyini Mülki Məcəllənin 140-cı maddəsinin və digər maddi, prosessual hüquq normalarının tələbləri ilə əsaslandırıb. Kassasiya instansiyası məhkəməsində icraat Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları Kassasiya şikayətinin dəlilləri İddiaçı kassasiya şikayəti verərək iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilib, mülki işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə qaytarılması barədə qərar qəbul edilməsini xahiş edib. Kassasiya şikayəti belə əsaslandırılıb ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən maddi və prosessual hüquq normalarının tələblərini pozub və iş üzrə düzgün olmayan qətnamə qəbul edib. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri Kassasiya şikayətinə dair etiraz ərizəsi daxil olmayıb. Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə iclasında Cavabdeh1 vəkili Vəkil1 kassasiya şikayətinin dəlilləri ilə razılaşmayıb izahatında iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. İddiaçı1, vəkili Vəkil2, cavabdehlər Cavabdeh2, Cavabdeh1, üçüncü şəxslər Sumqayıt Asan Xidmət Notariat Kontoru və Azərbaycan Respublikası ƏMDK-nin yananda DƏDRX-nin 05 saylı Xaçmaz Ərazi İdarəsi məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilsələr də üzrsüz səbəblərdən məhkəmə iclasına gəlmədikləri üçün kassasiya instansiyası məhkəməsi Azərbaycan Respublikası MPM-nin 415.3-cü maddəsinə əsasən onların iştirakları olmadan işə baxılması nı mümkün hesab etdi. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsi: Mülki Məcəllənin 140-cı maddəsinə əsasən, reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Əqd əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir. Həmin Məcəllənin 149.2-ci maddəsində göstərilir ki, əgər daşınmaz əmlaka hüquqların qeydiyyatı əsassızdırsa və ya əgər düzgün qeydiyyat əsassız çıxarılmışsa və ya dəyişdirilmişsə, bunun nəticəsində daşınmaz əmlaka olan hüquqlarına toxunulmuş istənilən şəxs qeydiyyatın çıxarılm ası və ya dəyişdirilməsi haqqında iddia qaldıra bilər. Həmin Məcəllənin 178.1-ci maddəsinə görə, daşınmaz əmlaka mülkiyyət hüququ qanunla müəyyənləşdirilmiş əsaslarla onun verilməsinin daşınmaz əmlakın dövlət reyestrində qeydə alındığı andan əldə edənə keçir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsində göstərilir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəti cələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir (MPM-nin 407.2-ci maddəsi). Kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (MPM-nin 416-cı maddəsi). Kassasiya baxışının hədləri Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək mülki iş materiallarında olan birinci və apellyasiya instansiyası məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə edilmiş və araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad etməsi kassasiya instansiyası məhkəməsinin işin faktiki hallarını araşdırması kimi qiymətləndirilməməlidir. İddiaçı kassasiya şikayətində iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsini bütövlükdə mübahisələndirildiyindən, qətnamənin əsaslılığı kassasiya şikayətinin dəlilləri hüdudlarında tam yoxlanılmalıdır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi Kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin mübahisələndirilən hissədə gəldiyi nəticə və hüquqi əsaslandırma ilə razılaşır və hesab edir ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən maddi və prosessual hüquq normalarının tələblərini hazırki mülki mübahisəyə düzgün tətbiq edib və işdə, kassasiya şikayə tinin dəlillərinə əsasən iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin kassasiya qaydasında ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar yoxdur. Belə ki, iddiaçı kassasiya şikayətində apellyasiya instansiyası məhkəməsinin işə baxarkən maddi və prosessual hüquq normalarının tələblərini pozmasını, iddia tələblərinin təmin edilməsi üçün əsasların olmasını göstərsə də, kassasiya instansiyası məhkəməsi onun bu dəlilləri ilə razılaşmır. Belə ki, işin apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmiş hallarından görünür ki, iddiaçı xx xxxx 1990-cı ildə Quba rayonu, Digah kəndində anadan olmaqla, atası Zeydulla Aydəmirov, anası Gülbəhər Aydəmirova olub və Quba rayon məhkəməsinin 26 iyul 1991-ci il tarixli qətnaməsi ilə onun atasının Zeydulla Aydəmirovun olması faktı müə yyən edilib. 15 dekabr 1990-cı ildə Zeydulla Mirzəxanov ölüb. Bundan sonra, Bakı şəhəri Binəqədi rayon İHB-nın 30 iyul 1994-cü il tarixli, 898 saylı sərəncamı ilə iddiaçının üzərində bibisi Rübabə Seyidova qəyyum təyin edilib. Daha sonra Quba rayon AİK-nın 03 may 1997-ci il tarixli, 04 saylı qərarı ilə JN 399 F saylı “Torpağın mülkiyyətə verilməsinə dair” Şəhadətnaməyə əsasən, Quba rayonu, Digah kəndində yerləşən 0,21 ha həyətyanı torpaq sahəsi iddiaçının əmisi Afət Mirzəxanovun mülkiyyətinə verilib və 21 yanvar 2011-ci il tarixdə sonuncu ölüb və ondan miras qalmış Quba rayonu, Digah kəndində yerləşən 0,21 ha həyətyanı torpaq sahəsinə və onun üzərində olan 2 mərtəbəli, ümumi sahəsi 127,7 kv.metr olan fərdi yaşayış evinə dair qızı Cavabdeh1 adına notarial qaydada təsdiq edilməklə 30 iyul 20 11-ci il tarixli “Qanun üzrə vərəsəlik hüququ haqqında” Şəhadətnamə və mülkiyyət hüququna dair 30 oktyabr 2012-ci il tarixli Çıxarış verilib. 25 dekabr 2017-ci il tarixli notarial qaydada təsdiq edilmiş alqı-satqı müqaviləsinə əsasən isə Cavabdeh1 sözügedən əmlakı 15.000 manata Cavabdeh2 satıb və həmin müqaviləyə əsasən sonuncunun adına mülkiyyət hüququna dair 15 fevral 2018-ci il tarixli Çıxarış verilib. Göründüyü kimi mübahisəli torpaq sahəsi mərhum Afət Mirzəxanovun mülkiyyətinə Quba rayon AİK-nın 03 may 1997-ci il tarixli, 04 saylı qərarına əsasən verildiyi halda, iddiaçı həmin qərarı inzibati icraat qaydasında mübahisələndirmədən, həmin qərara əsasən verilmiş JN 399 F saylı “Torpağın mülkiyyətə verilməsinə dair” Şəhadətnaməni mübahisələndirib. Apellyasiya instansiyası məhkəməsi, işin hallarını nəzərə alıb haqlı olaraq qeyd etmişdir ki, sözügedən qərarın qanuniliyi yoxlanılmadan, həmin qərara əsasən Cavabdeh1 adına verilmiş hüquq müəyyənedici sənədlər etibarsız sayıla bilməz. Digər tərəfdən, işdən görünür ki, Cavabdeh1 mübahisəli torpaq sahəsini və evi mülkiyyətinə keçirdikdən sonra, həmin əmlakı notarial qaydada təsdiq edilmiş 25 dekabr 2017-ci il tarixli alqı-satqı müqaviləsinə əsasən əvəzi ödənilməklə, yəni 15.000 manata Cavabdeh2 satıb və 15 fevral 2018-ci il tarixli Çıxarışa əsasən həmin əmlak mülkiyyət hüququ üzrə sonuncunun adına qeydə alınıb. Apellyasiya instansiyası məhkəməsi, birinci instansiya məhkəməsinin gəldiyi nəticə və hüquqi əsaslandırma ilə razılaşmayıb haqlı olaraq qeyd etmişdir ki, hər bir fiziki şəxs azad surətdə müqavilə bağlaya və bu müqavilənin m əzmununu müəyyənləşdirə bilər və o, Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilə bağlaya bilər. Hazırki halda mübahisəli torpaq sahəsi və evə Cavabdeh1 ilə Cavabdeh2 arasında alqı-satqı müqaviləsi bağlanarkən Mülki Məcəllədə müəyyənləşdirilmiş hər hansı şərtlər pozulmayıb və həmin əmlak üzərində mülkiyyət hüququ onun verilməsinin daşınmaz əmlakın dövlət reyestrində qeydə alındığı andan əldə edənə, yəni Cavabdeh2 keçib. Göründüyü kimi Cavabdeh2 sözügedən əmlakı vicdanlı əldə edib və işdə, onun vicdansızlığını özündə ehtiva edən heç bir mötəbər yazılı sübut yoxdur. Mülki Məcəllənin 140-ci maddəsi daşınmaz əmlakın dövlət reyestrinə üstün əhəmiyyət verərək bir tərəfdən reyestr qeydiyyatını mötəbər sübut kimi qeyd edir, digər tərəfdən reyestr qeydiyyatı qüvvədə olduğu halda d aşınmaz əmlak üzərində digər şəxslərin mülkiyyət və sair hüquqlarının olmasını istisna edir. Həmin maddə reyestrin həqiqiliyinə etimad edən hüquq münasibətlərinin iştirakçılarının hüquq və mənafelərini qoruyur. Daşınmaz əmlak barədə reyestrin məzmunun qeyri-dəqiqliyinin müəyyən olunmasını iddiaçının bunu sübut etməsi ilə əlaqələndirmişdir. İddiaçı reyestrin məzmununun qeyri-dəqiqliyini mötəbər sübutlarla təsdiq etdikdə mülkiyyətçinin mülkiyyət hüququnu təkzib etmiş olur. Əksinə o, buna nail olmadıqda daşınmaz əmlaka hüquqlar qüvvədə qalır. Bu mənada apellyasiya instansiyası məhkəməsi düzgün olaraq qeyd etmişdir ki, Cavabdeh2 adına verilmiş mübahisələndirilən Çıxarış qanuni əsaslarla əldə edildiyindən və Mülki Məcəllənin 140-ci maddəsinə uyğun olaraq reyestrin məzmununun qeyri-dəqiqliyi süb uta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədə olduğundan, iddia tələbləri rədd edilməlidir. “İ.K.Rəcəbovun şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 03 iyun 2005-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 22 mart 2006-cı il tarixli qərarında göstərilmişdir ki, qanunverici sahiblik, istifadə və sərəncam hüququnun mahiyyətini açıqlayaraq, Mülki Məcəllənin 152.4-cü maddəsində qeyd etmişdir ki, sərəncam hüququ əmlakın (əşyanın) hüquqi müqəddəratını təyin etməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. Beləliklə, mülki qanunvericiliyin tələblərinə görə əmlakın (əşyanın) hüquqi müqəddəratını (qanunvericilik tərəfindən müəyyən edilən istisnalar nəzərə alınmaqla) yalnız mülkiyyətçi təyin edə bilər. “S.Vəkil2 şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 27 oktyabr 2004-cü il tarixli qərarında qeyd edilmişdir ki, əmlakı başqa şəxslərdən əldə edən hər bir alıcıda əqdin legitimsizliyi barədə şübhə yaranmadıqda, o vicdanlı alıcı qismində qəbul olunur. Bundan başqa, əldə olunmuş əmlaka üçüncü şəxslərin mümkün iddialarından xəbəri olmadığı hallarda da alıcı vicdanlı hesab edilir. Həmçinin vurğulanmalıdır ki, mülkiyyət hüququna dair dövlət reyestrindəki yazının qanuniliyinin yoxlanılmasından sonra de yil, məhz həmin yazının mövcudluğu faktına əsasən vicdanlı alıcı əmlakın mülkiyyətçisi kimi tanınır. Gələcəkdə əqdin bağlanması anında ona mane olan hər hansı halların müəyyən olunması isə vicdanlı alıcının əmlak hüquqlarının pozulması səbəbini təşkil etməməlidir. Həmçinin, həmin qərarda göstərilmişdir ki, əqdlərin etibarsızlığı ilə bağlı mübahisələrin həllində həm mülkiyyət hüququ müdafiə olunmalı, həm də vicdanlı alıcıların əmlak hüquqları təmin olunmalıdır. Belə hüquqi mövqenin tutulması mülki dövriyyə sabitliyinin, onun iştirakçılarının hüquqlarının və qanuni mənafelərinin qorunması məqsədlərinə nail olmaq, habelə Mülki Məcəllənin 6-cı maddəsində öz əksini tapmış mülki qanunvericiliyin prinsiplərinə əməl etmək üçün şərait yaradır. “H.Cəfərovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 6 fevral 2012-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Republikası Konstitusiya Məhkəməsi Plenumunun 15 sentyabr 2014-cü il tarixli Qərarında qeyd edilmişdir ki, insan hüquq və azadlıqlarının qorunması və müdafiəsi məhkəmələr tərəfindən hər hansı mübahisənin qanuni həllinə yönəlmiş müvafiq maddi hüquq normalarının elə tərzdə tətbiqini şərtləndirir ki, nəticədə konstitusiya əhəmiyyətli digər dəyərlərə xələl gətirilməsin, ictimai və xüsusi maraqlar arasında tarazlığa riayət olunsun. Mübahisəli əşya üzərində qanuni əsaslarla yaranmış əmlak hüquqları mülkiyyətçi ilə yanaşı digər şəxslərə də mənsub olduqda mülkiyyət hüquqlarının dövlət müdafiəsinə verilmiş konstitusiya təminat ı həmin şəxslərin əmlak hüquqlarına da şamil olunur. Bu cür əmlak hüquqları sırasına vicdanlı əldə edənin hüquqları da aiddir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsi haqlı olaraq qeyd etmişdir ki, Cavabdeh2 vicdanlı əldə edən olduğundan, iddia tələblərini təmin etməklə birinci instansiya məhkəməsi düzgün nəticəyə gəlməyib və sadalanan maddi hüquq normalarının tələblərini hazırki mülki mübahisəyə düzgün tətbiq etməyib. Kassasiya instansiyası məhkəməsi yuxarıda qeyd olunanları nəzərə alıb hesab edir ki, iddiaçının kassasiya şikayəti ilə eyni məzmunlu olan iddia tələblərinə apellyasiya instansiyası məhkəməsi tərəfindən araşdırılaraq düzgün hüquqi qiymət verildiyi üçün, həmin dəlilləri təkrar araşdırmağa lüzum görmür. Ona görə də iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən, kassasiya şikayəti təmin edilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 416, 417 və 419-cu maddələrinin tələblərini rəhbər tutaraq, kassasiya instansiyası məhkəməsi Qərara aldı: İddiaçı1 kassasiya şikayəti təmin edilməsin. İş üzrə Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 19 aprel 2021-ci il tarixli, 2(105)-1427/2021 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-4819/2021
Ali Məhkəmə Qərar — İş №2(102)-4819/2021
19.10.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver